SARSIMAQ

f.
1. Güclü bir zərbədən titrəmək, lərzəyə gəlmək, yerindən oynamaq.
2. məc. Güclü həyəcan keçirmək, sarsılmaq (bu mənada adətən tərkiblərdə işlənir).
Sübhanverdizadə əli ilə onun saçını tumarlaya-tumarlaya barmağını onun çənəsinə toxundurdu və ildırım vurmuş kimi bütün vücudu ilə sarsıdı. S.Rəhimov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • SARSIMAQ laxlamaq — boşalmaq — tərpənmək — səndələmək
  • SARSIMAQ karıxmaq — çaşmaq

Antonimlər (əks mənalı sözlər)

  • SARSIMAQ SARSIMAQ – MÖHKƏMLƏNMƏK Gözlərin mənliyimi sarsıdır (C.Cabbarlı); Sənin sözlərin ona təsəllidir, onu möhkəmlədir
SARSIMA
SARSINTI

Digər lüğətlərdə