Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
TƏBİB
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi və ya qısaca TƏBİB — İcbari tibbi sığortanın tətbiqi ilə əlaqədar tabeliyinə verilən dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin idarə edilməsini və bu sahədə nəzarəti həyata keçirir. "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxsi (TƏBİB) Azərbaycan Respublikası Prezidenti 2018-ci il 20 dekabr tarixli 418 nömrəli Fərmana əsasən yaradılmışdır. Fərmanın icrası məqsədilə 12 aprel tarixində Azərbaycan Respublikasının Nazirlər Kabineti TƏBİB-in tabeliyindəki tibb müəssisələrinin siyahısının təsdiq edilməsi barədə qərar qəbul edib. TƏBİB-in əsas vəzifəsi icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar tibb müəssisələrinin idarəedilməsini və bu sahədə nəzarəti həyata keçirməkdir. TƏBİB-in fəaliyyətinin əsas məqsədi tabeliyində olan tibb müəssisələrində əhalinin sağlamlığının qorunması üçün tibbi xidmətlərin təşkilini təmin etməkdən və tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün tədbirlər görməkdən ibarətdir. TƏBİB əhalinin sağlamlığının qorunması sahəsində əhali üçün əlverişli şərtlər yaradacaq, tibb müəssisələrinin fəaliyyətini icbari tibbi sığorta sisteminin tələblərinə uyğunlaşdıracaq. Tibb müəssisələrində tibbi xidmətlərin keyfiyyətinin müasir tələblərə uyğunlaşdırılmasına nəzarət edəcək. TƏBİB-in saxlanması və fəaliyyətinin təmin edilməsi dövlət büdcəsindən ayırmalar, fəaliyyət istiqamətlərinə uyğun olaraq görülən işlərdən, göstərilən xidmətlərdən əldə edilən daxilolmalar, ianələr, qrantlar və nizamnaməsində müəyyən edilmiş digər mənbələrdən daxil olan vəsait hesabına həyata keçiriləcək.
"Təbib" nəşriyyatı
"Təbib" nəşriyyatı == Haqqında == "Təbib" nəşriyyatı 1991-ci ildə Respublikada tibb ədəbiyyatı nəşrinin təkmilləşdirilməsi məqsədilə təşkil edilmişdir. Nəşriyyatın ilk direktoru T. Səfərov olmuşdur. 1994-cü ildən X. A. Balaxanlı direktor təyin edilmişdir. Nəşriyyat 1992-ci ildən etibarən tam təsərrüfat hesabı ilə fəaliyyət göstərir. Burada əsasən tibb universiteti tələbələri üçün dərsliklər, dərs vəsaitləri, metodik ədəbiyyat və tibbə dair monoqrafiyalar, elmi-praktik məcmuələr, elmi-kütləvi əsərlər çap edilir. Nəşriyyatın nəzdində kompyüter yığımı sexi və mətbəə şöbəsi fəaliyyət göstərir. == Əlaqə == Ünvan: AZ0078, Bakı, Mərdanov qardaşları küç. 100, tel.: 495–55-76.
Təbib (nəşriyyat)
"Təbib" nəşriyyatı "Təbib" nəşriyyatı 1991-ci ildə Respublikada tibb ədəbiyyatı nəşrinin təkmilləşdirilməsi məqsədilə təşkil edilmişdir. Nəşriyyatın ilk direktoru T. Səfərov olmuşdur. 1994-cü ildən X. A. Balaxanlı direktor təyin edilmişdir. Nəşriyyat 1992-ci ildən etibarən tam təsərrüfat hesabı ilə fəaliyyət göstərir. Burada əsasən tibb universiteti tələbələri üçün dərsliklər, dərs vəsaitləri, metodik ədəbiyyat və tibbə dair monoqrafiyalar, elmi-praktik məcmuələr, elmi-kütləvi əsərlər çap edilir. Nəşriyyatın nəzdində kompyüter yığımı sexi və mətbəə şöbəsi fəaliyyət göstərir. Ünvan: AZ0078, Bakı, Mərdanov qardaşları küç. 100, tel.: 495–55-76.
Təbib (qəzet)
Təbib (qəzet) — Bakıda çap olunan universitet tibb qəzeti. Qəzet 2014-cü ilin yanvarından 8 səhifə olmaqlar rəngli çap olunur. İlk sayı "Tibbi qadro uğrunda" adı altında 1933-cü ilin 16 dekabrında buraxılmışdır. Ayda iki dəfə işıq üzü görən "Təbib" qəzeti Azərbaycan Tibb Universitetinin nəşridir. Universitetin ictimai həyatını, elmi yenilikləri, alimlərin yubileylərini, dünya tibb elmində baş verən son məlumatları öz oxucularına çatdırır. Qəzetin səhifələrində özünə ardıcıl yer qazanmış həkim məsləhətləri, xalq təbabətindən nümunələr, tanınmış alimlərin ayrı-ayrı xəstəliklərlə bağlı çıxışları təkcə tibb ictimaiyyəti, tələbələr arasında deyil, həmçinin geniş xalq kütləsi tərəfindən rəğbətlə qarşılanır. "Təbib" qəzeti təkcə tibb universitetinin həyatı ilə məhdudlaşan bir çərçivədə deyil, Azərbaycan səhiyyəsi ilə bağlı aktiv yazılara da mütəmadi yer ayırır. e-mail: e-mail: tel.
Əbdülməcid Təbib
Əbdül Məcid Təbib (XIII əsr) — Azərbaycanın XIII əsr görkəmli həkimlərindən biridir. O,Marağada yaşamış və Şərqin böyük astronom və riyaziyyatçısı Nəsir əd-Din Tusinin yaratdığı rəsədxanada çalışmışdır. Əbdül Məcid Şərqdə geniş yayılmış "Kitabüt-tibb" adlı kitabın müəllifidir. Adına, materialların yerləşməsinə və bəzi şərhlərinə görə,bu əsəri Mahmud ibn İlyasın "Elmi təbabət kitabı"na da bənzətmək olar. Lakin bu yalnız ilk baxışdan belə görsənir. Əbdül Məcidin əsərində həm diaqnostika, həm də xüsusən əsəblə bağlı bir çox xəstəliklərin müalicəsinə dair orijinal fikirlər vardır. Buna baxmayaraq, aydın görünür ki, Əbdül Məcid öz əsərini yazarkən Mahmudun kitabının təsiri altında olmuşdur, bəlkə də hətta onlar tanış idilər. "Kitabüt-tibb" 1275–1280-ci illərdə, Mahmudun ölümündən bir qədər əvvəl yazılmış və 1307-ci ildə işıq üzü görmüşdür. Buna görə də onların görüşdüklərini ehtimal etmək mümkündür. Əsər monqol hökmdarı Orqan xana həsr olunmuşdur və 49 hissədən ibarətdir.
Mirzə Məmmədqulu Təbib
Mirzə Məmmədqulu bəy Molla Həsən bəy oğlu Qayıbov (1818, Şuşa – 1875, Şuşa) — şair, həkim. Mirzə Məmmədqulu bəy Molla Həsən bəy oğlu 1819-cu ildə Şuşa şəhərində dünyaya göz açmışdı. İbtidai təhsilini atasından almışdı. Atasının vəfatından sonra anasının və əmisinin himayəsində böyümüşdü. Anası oxumağa həvəsini görüb, onu İsfahana göndərir. İsfahanda Məmmədqulu bəyi mədrəsədə yer olmadığını bəhan gətirib qəbul etmək istəmirlər. Bunu görən Məmmədqulu bəy su ilə tam dolu piyaləyə bir gül yarpağı atır, bunun nə demək olduğunu soruşan müəllimlərə Məmmədqulu bəy belə cavab verir: "Görürsünüzmü, bir gül yarpağı, dolu piyaləni daşırtmadı, məgər bir adam, belə böyük bir mədrəsə üçün artiq ola bilərmi?" Uşağın bu fərasətini görən rəhbərlik onu mədrəsəyə qəbul edir. Məmmədquli bəy təhsilini müvəffəqiyyətlə başa vurub, tibb elminə sahib olur. Onu yüksək savadına görə şah sarayında həkim vəzifəsində saxlamaq istəyirlər, lakin vətənə, doğma yurda, ailəyə olan məhəbbəti onu dəbdəbəli saray həyatını qoyub, doğma Qarabağa çəkib gətirir. Mirzə Məmmədqulu bəy Gövhərnisə bəyim ağa İbrahimxəlil xan qızı Cavanşirin şəxsi həkimi və vəqfinin mütəvəllisi idi.
Yusif Məhəmməd Təbib
Yusif Məhəmməd Təbib (XV əsrin sonu — XVI əsrin əvvəli) — mənşəcə Azərbaycan türklərindən olan məşhur alim, təbib. XV əsrin sonu — XVI əsrin əvvəlində yaşamış məşhur təbib Yusifi Məhəmməd ibn Yusif haqqında məlumatlara Azərbaycanda təbabət tarixinin ilk tədqiqatçısı İ. K. Əfəndiyevin araşdırmalarında rast gəlinir. Yusif Təbib haqqında bioqrafik məlumatlar olmadığından araşdırıcı onun əsərlərinin təhlili ilə kifayətlənmişdir. Yusifi Məhəmməd ibn Yusif Təbibdən bizə onun təbabətə dair bir neçə əsəri gəlib çatmışdır. Bu əsərlərdən ən erkən yazılanı 1513-cü ildə bitirdiyi və Şah İsmayıl Xətaiyə həsr etdiyi "Came ül-Fəvaid"dir. Bu əsər görünür, yadda yaxşı qalmaqdan ötrü nəzmlə yazılmışdır. Buradan da belə bir ehtimal irəli sürülür ki, əsər o zaman mövcud olmuş çoxsaylı tibb təhsil mərkəzlərinin tələbələri üçün nəzərdə tutulub. Kitab iki fəsildən ibarətdir. Birinci fəsildə xəstəliklərin simptomologiyası, bunların qarşısını almaq vasitələri və həmin vasitələrin hazırlanması metodları nəzərdən keçirilir. İkinci fəsil heyvani və bitki əsaslı qida maddələrinin insan orqanizmi üçün faydalılığı haqqındadır.
Əbdül Məcid Təbib
Əbdül Məcid Təbib (XIII əsr) — Azərbaycanın XIII əsr görkəmli həkimlərindən biridir. O,Marağada yaşamış və Şərqin böyük astronom və riyaziyyatçısı Nəsir əd-Din Tusinin yaratdığı rəsədxanada çalışmışdır. Əbdül Məcid Şərqdə geniş yayılmış "Kitabüt-tibb" adlı kitabın müəllifidir. Adına, materialların yerləşməsinə və bəzi şərhlərinə görə,bu əsəri Mahmud ibn İlyasın "Elmi təbabət kitabı"na da bənzətmək olar. Lakin bu yalnız ilk baxışdan belə görsənir. Əbdül Məcidin əsərində həm diaqnostika, həm də xüsusən əsəblə bağlı bir çox xəstəliklərin müalicəsinə dair orijinal fikirlər vardır. Buna baxmayaraq, aydın görünür ki, Əbdül Məcid öz əsərini yazarkən Mahmudun kitabının təsiri altında olmuşdur, bəlkə də hətta onlar tanış idilər. "Kitabüt-tibb" 1275–1280-ci illərdə, Mahmudun ölümündən bir qədər əvvəl yazılmış və 1307-ci ildə işıq üzü görmüşdür. Buna görə də onların görüşdüklərini ehtimal etmək mümkündür. Əsər monqol hökmdarı Orqan xana həsr olunmuşdur və 49 hissədən ibarətdir.
Təsbih
Təsbih və ya təsbeh (ərəb. تشبيه‎ ) — antropomorfizm mənasını verən islam dini anlayışı. Bu, tanrını öz yaratdıqıları ilə müqayisə edir. İslam teologiyasında tanrıya iki əks termin aid edilir: tənzih və təsbih. Birincisi "yaxınlıq, əlçatanlıq" deməkdir, lakin tənzihin daha dolğun mənası "müqayisəsizliyi bəyan etmək", yəni tanrının insanlıqdan üstünlüyünü təsdiq etməkdir. Həm tanrını öz sifətlərindən məhrum edən tətil, həm də antropomorfizmi təsdiq edən təsbih sünnilər tərəfindən bidət hesab olunur. Təsbih zeydi şiə təlimində, xüsusən b.e. VIII əsrdə yaşamışzeydiyyə imamı Qasim Rəssinin fikrində aydın görünürdü. Murata, Sachiko; William C. Chittick. The Vision of Islam.
TƏBİB - Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi və ya qısaca TƏBİB — İcbari tibbi sığortanın tətbiqi ilə əlaqədar tabeliyinə verilən dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin idarə edilməsini və bu sahədə nəzarəti həyata keçirir. "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxsi (TƏBİB) Azərbaycan Respublikası Prezidenti 2018-ci il 20 dekabr tarixli 418 nömrəli Fərmana əsasən yaradılmışdır. Fərmanın icrası məqsədilə 12 aprel tarixində Azərbaycan Respublikasının Nazirlər Kabineti TƏBİB-in tabeliyindəki tibb müəssisələrinin siyahısının təsdiq edilməsi barədə qərar qəbul edib. TƏBİB-in əsas vəzifəsi icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar tibb müəssisələrinin idarəedilməsini və bu sahədə nəzarəti həyata keçirməkdir. TƏBİB-in fəaliyyətinin əsas məqsədi tabeliyində olan tibb müəssisələrində əhalinin sağlamlığının qorunması üçün tibbi xidmətlərin təşkilini təmin etməkdən və tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün tədbirlər görməkdən ibarətdir. TƏBİB əhalinin sağlamlığının qorunması sahəsində əhali üçün əlverişli şərtlər yaradacaq, tibb müəssisələrinin fəaliyyətini icbari tibbi sığorta sisteminin tələblərinə uyğunlaşdıracaq. Tibb müəssisələrində tibbi xidmətlərin keyfiyyətinin müasir tələblərə uyğunlaşdırılmasına nəzarət edəcək. TƏBİB-in saxlanması və fəaliyyətinin təmin edilməsi dövlət büdcəsindən ayırmalar, fəaliyyət istiqamətlərinə uyğun olaraq görülən işlərdən, göstərilən xidmətlərdən əldə edilən daxilolmalar, ianələr, qrantlar və nizamnaməsində müəyyən edilmiş digər mənbələrdən daxil olan vəsait hesabına həyata keçiriləcək.
Təkbir
Təkbir, (ərəb. الله أكبر‎ — oxunuşu: Əllahu əkbər — Allah vəsfə gələcək hər şeydən böyükdür.) şəklində ifadə edilən İslam anlayışı. Allahın hər şeydən üstün, uca və ulu olduğunu ifadə edir.
Təzhib
Təzhib sözü ərəbcə “zəhəb” (qızıl) kökündən yaranıb, “qızıllamaq, qızıllaşdırmaq” mənasına gəlir. Cəm şəklində “təzhibat” isə “qızılla bəzəmələr” deməkdir. Türk və İslam dünyasında yaranmış məşhur incəsənət növlərindən biridir. Təzhib sənətilə məşğul olan insanlara müzəhhib/müzəhhibə deyilir. İslamın yaranması və yayılması ilə başlayan təzhib sənəti, bütün İslam dövlətlərində xətt sənətiylə yanaşı tətbiq olunmuş və inkişaf etmişdir. Təməli İran və ətrafında atılan təzhib sənəti, ilk inkişafını, Təbrizdən başlamış, daha sonra Herat, Bağdad, Mosul, Konya, Karaman, Amasya, Harput, Sivas və s. davam etdirmişdir. Bölgələrə görə fərqliliklər görülsə də ümumiyyətlə bir üslub xətti vardır. Təzhib sənəti ilk dəfə Qurani-Kərimin təzhiblənməsiylə başlayan bir sənətdir. Quranı ilk təzhibləyən isə Həzrəti Əli olmuşdur.
Təşvir
Təşvir (az-əbcəd. تشویر‎, fars. تشویر‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Gilvan bəxşinin Gilvan qəsəbəsinin ərazisinə daxil olan kənd. 2016-cı ilin məlumatına görə kənddə 1,249 nəfər yaşayır (378 ailə).
Həbib
Həbib — Azərbaycanlı kişi adı. Həbib Bayramov — Tarzən. Azərbaycanın xalq artisti (1983). Həbib Elqaniyan — Tehran yəhudi Cəmiyyətinin prezidenti Həbib Minaçeviç Minaçev Həbib İsrafilov — Geologiya elmləri doktoru, professor Həbib Şirinov — iqtisad elmləri doktoru, professor. Həbib Qaramani — XV əsr xəlvəti şeyxlərindən biri. Həbib bəy Səlimov — general-mayor, ADR ordusunun ilk baş qərargah rəisi, Həbib Rəhimoğlu — Ermənistanın əməkdar jurnalisti. Həbib İsmayılov — Azərbaycan kino rejissoru.
Təbil
Təbil - eramızdan əvvəl yaradılmış qədim zərb alətidir. "Kitabi-Dədə Qorqud" dastanında təbilin adı çəkilir. Klassik şairlərimizdən Əfzələddin Xaqani, Nizami Gəncəvi, Məhəmməd Füzuli, Məsihi və başqaları öz şeirlərində təbili vəsf etmişlər Nizami "İsgəndərnamə" poemasında yazır: Təbildən müxtəlif məqsədlərlə istifadə olunurdu: qoşunu döyüşə ruhlandırmaq, karvanı səfərə səsləmək, informasiya vasitəsi kimi və s. Əfrasiyab Bədəlbəyli "Musiqi lüğəti" kitabında yazır: "Sağanağının hər iki tərəfinə dana və ya qoyun dərisi çəkilir və sonradan xüsusi ağacla çalınır. Təbil öz konstruksiyası etibarilə nağaraya bənzəyir, lakin təbilin sağanağı xeyli böyük, həm də çəllək kimi ellips şəklində olur".
Tərbi
Tərbi — dördləmə, iki misralı şeiri dörd misralı etmək deməkdir. Yaxın və Orta Şərq xalqları poeziyasında şeir yaradıcılığı üsullarından biridir. Şair başqa müəllifin qəzəlini götürüb onun hər beytinin əvvəlinə özünün yeni yazdığı beyti əlavə etməklə tərbi (dördləmə) yaradır. Bəzən şair özünün əvvəl yazmış olduğu qəzəl əsasında tərbi yaradır. Tərbi formasında yazılan şeirin əsas xüsusiyyətlərindən biri qəzəlindən istifadə olunmuş şairin təxəllüsünün yad edilməsidir. Azərbaycan klassik şeirində Q. Zakir, S. Ə. Şirvani, M. Hadi və başqaları müraciət etmişdir.
Threads (tətbiq)
Threads (azərb. Threads‎) — əsası 6 iyul 2023-cü ildə Mark Zukerberq tərəfindən qoyulmuş sosial şəbəkə. Meta Platforms şirkətinə məxsusdur. Tətbiq, Twitter və digər mikrobloq platformaları kimi işləyir: istifadəçilər mətn, şəkillər və videolar yerləşdirə və paylaşa bilər; başqalarının yazılarına cavab verə, repost edə və bəyənə bilər. Tətbiq iOS və Android-də tam və məhdud funksionallıqla internetdə mövcuddur, tezliklə genişləndiriləcək. Sosial şəbəkə ilk 48 saat ərzində 80 milyon istifadəçiyə çatdı və daha əvvəl ChatGPT tərəfindən müəyyən edilmiş sürətli istifadəçi qeydiyyatı rekordunu qırdı.
Mobil tətbiq
Mobil proqram — telefon, planşet və ya saat kimi mobil cihazda işləmək üçün nəzərdə tutulmuş kompüter proqramı və ya proqram təminatı. Mobil proqramlar, tez-tez masaüstü kompüterlərdə işləmək üçün nəzərdə tutulmuş masaüstü proqramlardan və birbaşa mobil cihazda deyil, mobil veb brauzerlərdə işləyən veb proqramlardan fərqlidir. Proqramlar əvvəlcə e-poçt, təqvim və kontakt siyahısı kimi məhsuldarlıq yardımı üçün nəzərdə tutulmuşdu, lakin proqramlara olan ictimai tələbat mobil oyunlar, avtomatlaşdırılma, GPS və məkana əsaslanan xidmətlər, sifariş izləmə və bilet kimi digər sahələrə doğru sürətlə genişlənməsinə səbəb oldu. Əksər proqramlar internetə çıxış tələb edir. Proqramlar ümumiyyətlə rəqəmsal paylama platformasının bir növü olan proqram mağazalarından endirilir. Proqramlar üç növə bölünür: doğma (native) proqramlar, hibrid proqramlar və veb proqramlar. Doğma proqramlar xüsusi olaraq mobil əməliyyat sistemi, adətən iOS və ya Android üçün nəzərdə tutulub. Veb proqramlar HTML5 və ya CSS-də yazılır və adətən brauzer vasitəsilə işləyir. Hibrid proqramlar JavaScript, CSS və HTML5 kimi veb texnologiyalarından istifadə etməklə qurulur və yerli konteynerdə gizlənmiş veb proqramlar kimi fəaliyyət göstərir. Əksər mobil cihazlar veb-brauzer, e-poçt, təqvim, xəritə və musiqi, digər media və ya daha çox proqram satın almaq üçün mağaza kimi əvvəlcədən quraşdırılmış proqram təminatı kimi yığılmış bir neçə proqramla birlikdə satılır.
Bloqosfer (tədbir)
Bloqosfer – Azərbaycanda bloqçuların və yeni media mütəxəssislərinin forumu. 2010-cu ildən bəri hər il keçirilir. Bloqosfer forumunun məqsədi bloqçuları, yeni media mütəxəssislərini, İnternetə aidiyyatı olan müxtəlif qurumları və ümumilikdə İnternet ictimaiyyətini bir araya toplayaraq Azərbaycanda bloqçuluğun, yeni media və sosial medianın düzgün inkişafı istiqamətində təkliflər hazırlamaqdır. Forum Azərbaycanda 2010-cu ildən etibarən keçirilir. 2011-cci ildə Bloqosferdə 130-dan çox mütəxəssis iştirak etmişdir.
Tərbiz Əliyev
Tərbiz Nəsib oğlu Əliyev - iqtisad elmləri doktoru, professor, AMEA-nın Elmi İnnovasiyalar Mərkəzinin Tədris-təhsil mərkəzinin direktoru, Beynəlxalq İnformatizasiya və Eko-energetika Akademiyalarının həqiqi üzvü, Rusiya Təbiət Elmləri Akademiyasının müxbir üzvü, Ukrayna Texnologiya Akademiyasının həqiqi üzvü, “Adam Smit” adına qızıl medalın laureatı, Odessa Hüquq Akademiyasının Kiyev şəhərindəki Əqli Mülkiyyət İnstitutunun fəxri professoru Tərbiz Nəsib oğlu Əliyev 1947-ci ildə Füzuli rayonunun Əhmədbəyli kəndində anadan olmuşdur. O,1965-ci ildə Bala Bəhmənli kənd orta məktəbini bitirmiş, Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Mühəndis-iqtisad fakültəsində ali təhsil almış, 1970-ci ildə iqtisadçı-mühəndis ixtisasına yiyələnmişdir. Elmi-pedaqoji və təsərrüfat fəaliyyəti dövründə kiçik elmi işçi, böyük iqtisadçı, şöbə müdiri, idarə rəisi, direktor, baş direktor, kafedra müdiri vəzifələrində çalışmışdır. Tərbiz Əliyev hazırda Azərbaycan Milli Elmlər Akademiyası Elmi İnnovasiyalar Mərkəzinin nəzdindəki, Ukrayna Əqli Mülkiyyət İnstitutu ilə birgə yaradılmış informasiya və innovasiya istiqamətində magistr hazırlığını həyata keçirən Tədris-Təhsil Mərkəzinin direktorudur. Tərbiz Əliyev 1978-ci ildə namizədlik, 1992-ci ildə doktorluq dissertasiyalarını müdafiə etmiş, 2000-ci ildə isə professor adına layiq görülmüsdür. Tərbiz Əliyev 2005-ci ildə o, Beynəlxalq İnformasiya Akademiyasının və Beynəlxalq Ekoenergetika Akademiyasının akademiki seçilmişdir. Tərbiz Əliyev Ukrayna Texnologiya Akademiyasının 29 aprel 2015-ci il tarixli ümumi yığıncağında həmin akademiyanın həqiqi üzvü seçilmişdir. Tərbiz Əliyevin bu günə kimi 35 monoqrafiya və kitabı, icmal-informasiya, dərs vəsaiti, 480 çap vərəqi həcmində 200-ə yaxın elmi məqaləsi işıq üzü görmüşdür ki, onlardan da 15-i xarici ölkələrin nüfuzlu jurnallarında özünə yer tutmuşdur. Ölkəmizdə ilk dəfə olaraq 1984-cü ildə Azərbaycan dilində Tərbiz Əliyevin "İstehsalın idarə edilməsinin əsasları" adlı dərs vəsaiti nəşr olunmuşdur. 1986-cı ildə isə Moskvada "Neft emalı və neft-kimya müəssisələrinin idarə edilməsinin təşkilinin təkmilləşdirilməsi" adlı monoqrafiyası çap edilmişdir.
Təşriq günləri
Təşriq günləri — (ərəb. أيام التشريق‎) — Qəməri təqviminin sonuncu ayının 11-dən 13-nə kimi qeyd olunan Qurban bayramının davamıdır. Qurban bayramının özü Zülhiccə ayının 10-cu günü qeyd olunur. Möminlər həcc ziyarəti etdikdə bu ay müsəlmanlar tərəfindən mübarək sayılır. Zəvvarlar Mina vadisinə gedir və orada şeytanı döymək simvolu olaraq üç sütuna daş atırlar. Sütunların hər birinə 7 çınqıl atılır - kiçik cəmrətül-ula, orta cəmrətül-vüsta və böyük cəmrətül-əkəbə. Onlar ət-Təşrik günlərinin birinci gecəsini orada keçirirlər, səhər isə camaat namazı qılır, sonra təkbir (Allaha həmd) oxuyurlar. Sonra ət-Təşriq ayının üçüncü günündə yenidən daş atma baş verir. Ализаде А. А. Аййам ат-Ташрик // Исламский энциклопедический словарь. — М. : Ансар, 2007.
Elman Həbib
Hacıyev Elman Həbib oğlu (4 may 1949, Tivi, Ordubad rayonu – 18 sentyabr 2009, Naxçıvan) — şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1989), Jurnalistlər Birliyinin üzvü (1979), Naxçıvan MR-in Əməkdar incəsənət xadimi (1989), Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi (1999). == Həyatı == Elman Həbib 4 may 1949-cu ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Tivi kəndində anadan olmuşdur. 1970-ci ildə indiki Azərbaycan Pedaqoji Universitetini, 1979-cu ildə isə Azərbaycan Jurnalist Sənətkarlığı İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir. 1970-ci ildə Naxçıvan MR Dövlət Televiziya və Radio Verilişləri Komitəsində kiçik redaktor kimi işə başlamış, burada müxtəlif vəzifələrdə çalışmışdır. 1991-ci ildən 2001-ci ilədək Naxçıvan MR Dövlət Teleradio Verilişləri Komitəsinin sədri olmuşdur. 2001-ci ildən Naxçıvan MR Həmkarlar İttifaqları Şurasının sədri vəzifəsinə seçilmişdir. 1990-cı ildə Naxçıvan Muxtar Respublikasının əməkdar incəsənət xadimi, 1999-cu ildə Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi fəxri adlarına layiq görülmüş, 2005-ci ildə "Tərəqqi" medalı, 2008-ci ildə isə "Şöhrət" ordeni ilə təltif edilmişdir. Birinci çağırış Naxçıvan MR Ali Məclisinin deputatı seçilmişdir. Ailəlidir, 3 övladı var. Elman Həbib 18 sentyabr 2009-cu ildə Naxçıvan şəhərində vəfat etmişdir.
Həbib Abdullayev
Həbib Məhəmmədoviç Abdullaev (18 iyul (31), 1912, Fərqanə vilayəti, Aravan kəndi - 20 iyun 1962, Daşkənd) - Sovet Özbəkistan geoloqu, akademik (1947-ci ildən) və Özbəkistan SSR Elmlər Akademiyasının prezidenti (1956-1962). SSRİ Elmlər Akademiyasının müxbir üzvü (1958). == Həyatı == Həbib Abdullayev 1936-cı ildə İslam Kərimov adına Daşkənd Dövlət Texniki Universitetini bitirib. Daha sonra Moskva Geologiya Kəşfiyyat İnstitutunda və Orta Asiya Politexnik İnstitutunda dərs demişdir. Abdullayevin əsas əsərləri petrologiya və filiz yataqlarına həsr edilmişdir. Yer qabığındakı əsas mineralların əmələ gəlməsi və paylanması qanunlarına dair bir nəzəriyyəsi mövcuddur. 1936-1939-cu illərdə Moskva Dövlət Geolologiya İnstitutunda mühazirələr oxuyur. 1941-ci ildə Sənaye şöbəsinin müdiri işləmişdir. 1942-1948-ci illərdə Xalq Komissarları Sovetinin sədr müavini təyin edilmişdir. 1943-cü ildə Müxbir Üzv seçilmişdir.
Həbib Babayev
Həbib Bayram oğlu Babayev (30 dekabr 1926, Bucaq, Şəki qəzası – 2 iyul 1994, Bakı) — Azərbaycan ədəbiyyatşünası, filologiya elmləri doktoru (1969), professor (1970), Azərbaycan SSR əməkdar elm xadimi (1990). == Həyatı == 1932–1939-cu illərdə Bucaq kənd orta məktəbdə təhsil almış, lakin valideynlərinin vəfatı ilə əlaqədar Şuşa şəhər 1 saylı uşaq evinə göndərilmişdir. 1939–1941-ci illərdə təhsilini orada davam etdirmişdir. 1941–1943-cü illərdə Şuşa ikiillik Müəllimlər İnstitunun Dil və Ədəbiyyat fakültəsində, 1946–1951-ci illərdə ADU-nun Filologiya fakültəsində ali təhsil almışdır. 1951–1955-ci illərdə isə Moskvada M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun aspiranturasında ali təhsilini davam etdirmişdir. 2 iyul 1994-cü ildə Bakı şəhərində vəfat etmişdir. == Əmək fəaliyyəti == Əmək fəaliyyətinə 1943–1944-cü illərdə Bucaq kəndində başlamışdır. O, 1956–1958-ci illərdə M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunda elmi işçi olmuşdur. 1958–1970-ci illərdə isə Azərbaycan Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda baş elmi işçi vəzifəsini icra etmişdir. 1970-ci ildən ömrünün sonunadək Bakı Slavyan İnstitutunda kafedra müdiri olmuşdur.
Həbib Bayramov
Həbib Əbdül Hüseyn oğlu Bayramov (14 iyun 1926, Bakı – 15 avqust 1994, Bakı) — azərbaycanlı tarzən, Azərbaycan SSR xalq artisti (1989). == Həyat və yaradıcılığı == Həbib Bayramov 14 iyun 1926-cı ildə Bakı şəhərində anadan olmuşdur. Bayramovun hələ uşaq olarkən musiqiyə olan həvəsini görən atası Əbdül Hüseyn Bayramov oğluna tar alaraq onu Əhməd Bakıxanovun yanına aparmışdır. Həbib Bayramov 1941-ci ildən Ə.Bakıxanovun rəhbərlik etdiyi Azərbaycan Xalq Alətləri Ansamblında çalışmış, 1973-cü ildən ömrünün sonunadək Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin Əhməd Bakıxanov adına ansamblının bədii rəhbəri olmuşdur. Həbib Bayramov 1943-cü ildə Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbində həm təhsil almış, həm də müəllim çatışmadığı üçün burada muğamat sinfində dərs demişdir. Daha sonra 1949-cu ildən Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının Azərbaycan Qastrol-Konsert Birliyi təşkil olunandan sonra isə bu birliyin solisti olmuşdur. Həbib Bayramov repertuarında "Rast", "Şur", "Çahargah", "Humayun", "Segah" və digər muğamlar əsas yeri tuturdu. Həbib Bayramov həmçinin saz ifaçısı olmuşdur. Onun sazda ifa etdiyi "Segah", "Humayun", "Bayatı-Qacar" muğamları radionun qızıl fondunda saxlanılmaqdadır. Həbib Bayramov 15 avqust 1994-cü ildə Bakı şəhərində vəfat etmiş, II Fəxri xiyabanda dəfn olunmuşdur.
Həbib Cəbiyev
Həbib Pirican oğlu Cəbiyev (sentyabr 1899, Balaxanı, Bakı qəzası – 21 aprel 1938, Bakı) — siyasi və dövlət xadimi, publisist. == İlk illər == Həbib Pirican oğlu Cəbiyev 1899-cu ildə Balaxanıda anadan olub. Ailədə 2 qardaş olublar: Həbib Cəbiyev və Ağahüseyn Cəbiyev. Atası Pirican Cəbiyev Nobel qardaşları ilə birgə fəaliyyət göstərib. Hacı Zeynalabdin Tağıyev və Arafelovla birgə o vaxt "Novıy Ararat" şirkətini təsis ediblər(Xəyal Bünyadzadə."Cümhuriyyət" qəzeti, 21–27 aprel 2023-cü il, " Mircəfər Bağırov neft maqnatının inqilabçı oğlunu niyə güllələdi"). Atası onu öz işinin davamçısı görmək istəmiş və bu arzu ilə 12 yaşlı Həbibi Bakı kommersiya məktəbinə qoymuşdur. Həmin illərdə sosial ədalətsizliklər, fəhlələrin ağır və məşəqqətli həyatı, maddi çətinliklərə qarşı etirazlar yeniyetmə Həbibdə inqilabi əhvali-ruhiyyə yaratmışdı. O, tez-tez kommersiya məktəbində kor-koranə yaranan toplanış və yığıncaqlarda iştirak edir və narazılıqlarını açıq söyləyirdi. O, eyni zamanda məktəbdə yaradılmış gizli şagird dərnəyinə üzv olur və bu dərnəyin işində fəal iştirak edirdi. == İnqilaba gedən yol və partiya işləri == 1916-cı ilin sonlarında Həbib Cəbiyev müharibə (Birinci Dünya müharibəsi) əleyhinə apardığı təbliğata görə həbs edilərək iki gün polis sahəsində saxlanılır.
Tespis
Qədim Yunanıstan mədəniyyətinə aid ilk dramaturqlar arasında Esxil və Sofoklla yanaşı Tespisin də adı çəkilir. Tespis Yunanıstanın İkariya adlı yerindən olub, teatr sahəsində bir sıra yeniliklər etmişdir. Aristotel də daxil olmaqla, digər mötəbər yunan qaynaqlarının verdiyi məlumata görə, faciələrdə aktyor kimi bilavasitə çıxış edərək, personaj canlandıran ilk adam Tespis olub. Başqa bir yenilik ondan ibarət idi ki, ilk dəfə onun faciələrindəki aktyorlar teatrı müşayiət edən xor başçısı (korifey) ilə dialoq qurmuşdu. O həmçinin ilk dəfə teratr maskaları, kostyumları və s. ixtira etməklə aktyorun bir neçə rolu ifa etməsinə imkan yaratmışdı. Tespis teatr qastrollarının da yaradıcısı sayılır. O, maska, kostyum və digər teatr avadanlıqlarını da arabada daşıyaraq, başqa yerlərə tamaşa göstərməyə gedirdi. Tespis haqqında başqa bir maraqlı məlumat budur ki, o, eramızdan əvvəl 534-cü il 23 noyabrda dramaturqlar arasında keçirilən yarışda qalib olmuşdu. Həmin müsabiqədə ikincilik Esxilə, üçüncülük isə Sofokla nəsib olmuşdu.
Təsbeh
Təsbeh — dini ibadət zamanı işlədilən əşyadır. İslam aləmində zikir əşyası sayılan və ərəb dilində subha kəlməsindən (Sübhanallah sözünün qısaldılmış forması) törəyən təsbeh sözü yalnız fars və türk dillərində bu cür səslənir. Əfqanlar ona tisba, tatarlar isə dispe deyirlər. Lakin ortaq cəhət budur ki, bu sözlərin hamısının tərkibində "s-b-h" hərf birləşməsi mövcuddur və ərəbcə mənası Allahı mədh etmək, tərifləmək deməkdir. Müsəlman dünyasında təsbehdən istifadənin yaranma tarixçəsi haqqında tədqiqatçılar, əsasən, iki fikir yürüdürlər. Birincilər belə hesab edirlər ki, bir neçə hədisdə təsbeh haqqında az da olsa məlumat verilmiş və Həzrət Peyğəmbərin (s) bununla bağlı müəyyən təlimatları olmuşdur. Lakin bu fikir təsdiqini tam tapmamış və ona əks qüvvətli dəlillər gətirilmişdir. Hətta, dörd raşidi xəlifələr dövründə təsbeh haqqında hər hansı məlumata rast gəlinməmişdir. Əslində bu əşyanın tarixçəsi elə din məfhumu qədər qədimdir desək yanılmarıq. Tarixi mənbələr bizə məlum ən qədim təsbehlərin e.ə.
Təsnif
Təsnif (fars. تصنيف‎) — Azərbaycan milli musiqi janrı. Muğamdan əvvəl və ya sonra ifa edilir. Əvvəllər təsnifin mövzuları xalq ruhunu əks etdirən vətənpərvərlik təsnifləri idi. Daha sonra təsniflər klassik şeirlərdən istifadə edərək əsas olaraq sevgi mövzulara həsr olunmuşdur.. Təsnif nəzəriyyəsi ilk dəfə XV əsrdə Əbdülqadir Marağayinin yazılarında qeyd edilir, lakin XIX əsrin sonuna qədər klassik Avaz və ya Radifi üstün tutaraq təsnif janrını ciddiyə alınmırdı. Qacar dövründə (1875–1925) vokal oxumə mədəniyyəti bir neçə kateqoriyaya bölünürdü: dini, xalq, məşhur, kübar və siyasi. Təsnif ilə yanaşı həmçinin sürud (fars. سرود‎ — himn), dini mahnılar və təranə (fars. ترانه‎ — xalq mahnısı) mövcud olmuşdur..
Yəsrib
Mədinə — Səudiyyə Ərəbistanında şəhər. (Qədimdə Yəsrib adlanırdı (ərəbcə: يثرب Yəsrib). Erkən orta əsrlərdən isə Mədinə, Mədinətü 'n-Nəbi [ مدينة ال نبي Mədinət əl-Nəbi] (Nəbi/Peyğəmbər şəhəri) ya da Mədinətü 'l-Münəvvərə (المدينة المنورة) (işıqlandırılmış şəhər) olaraq adı dəyişdirilmişdir. Məhəmməd peyğəmbərin qəbri də bu şəhərdədir. Məkkədən 300 km şimalda yerləşir. Müsəlman aləmində Məkkə ilə birlikdə iki müqəddəs şəhərdən biri hesab olunur. Qeyri-müsəlmanların şəhərə daxil olması qadağandır.
Təsir
Təsir (ərəb. تأثير‎) ya da Effekt (lat. effectus) — Əsər etmə və bunun nəticəsində əmələ gələn hal, əlamət, iz. Effekt – [lat. effectus – təsir] 1)nəyinsə nəticəsi, arzu olunan nəticə, gözlənilən nəticə; 2)nəyinsə, kiminsə hər hansı bir şəxsdə yaratdığı təəssürat, təəssürat vasitəsi (işıq, gurultu və s.); 3)hər hansı bir hərəkətin, çalışmağın və ya səbəbin, gücün təsiri, nəticəsi. Effektivlik – təsirlik, təsir bağışlama qabiliyyəti, dərəcəsi. Nəticə, nəticəlilik. Большая советская энциклопедия : [в 30 т.] / гл. ред. А. М. Прохоров.
Rastr təsvir
Rastr təsvir — kompüter monitorunda, kağızda və ya başqa əks etdirmə qurğularda və materiallarda piksellərdən və ya rəngli nöqtələrdən (adətən düzbucaqlı formalı) təşkil olunmuş təsvir. Təsvirin əhəmiyyətli xarakteristikası: piksellərin miqdarı — göstərilə bilər en və hündürlük üzrə piksellərin miqdarı (1024×768, 640×480 və s.) və ya piksellərin ümumi sayı; istifadə edilən rənglərin miqdarı və ya rəngin dərinliyi (bu xarakteristikalar N = 2 k {\displaystyle N=2^{k}} asılığına malikdir, N {\displaystyle N} — rənglərin miqdarı, k {\displaystyle k} — rəngin dərinliyi); rəng sahəsi (rəng modeli) — RGB, CMYK, XYZ, YCbCr və başqaları; displey ölçüsü — təsvirin məsləhət görülən ölçüsü. Rastr təsvirini rastr qrafik redaktorlarının köməyi ilə redaktə etmək olar. Rastr təsviri fotoaparatlarla, skanerlərlə, bilavasitə rastr redaktorları və s. ilə yaratmaq mümkümdür.
Salvatore Tessio
Salvatore "Sal" Tessio Mario Puzonun 1969-cu ildə yazdığı "Xaç atası" romanında, eləcə də onun əsasında çəkilmiş iki filmdə - "Xaç atası" (1972) və "Xaç atası II hissə" (1974) filmindəki uydurma personajdır. Onun adı filmlər üçün yaradılmışdır; o, romanda yalnız "Tessio" kimi xatırlanır. Tessionu “Xaç atası” filmində Abe Viqoda canlandırıb. “Xaç atası II hissə”də Con Aprea kiçik Tessionu canlandırdı, Viqoda filmin sonunda 1941-ci ilin sonlarında çəkilmiş fleşbekdə rolu təkrar etdi. Tessio həmçinin 2004-cü ildə çıxan “Xaç atası qayıdır” romanında və 2006-cı ildə “Xaç atası” videooyununda da rol alıb. Tessio Peter Klemenza və Vito Korleone ilə dostluq edir və onlar Nyu-Yorkun Manhettenin Kiçik İtaliya məhəlləsində aşağı səviyyəli quldurlar kimi cinayətkar karyeralarına başlayırlar; o və Klemenza bahalı xalça oğurlayaraq Vitoya ilk cinayətini etməyə kömək edir. Vito mafiyanın yeraltı dünyasında gücə və şöhrətə yüksəldikcə Tessio və Klemenza onun etibarlı kaporlarına çevrilirlər. Bütün şəhərlə yaxşı əlaqəsi olan Tessio, Mafiya əsgərləri üçün əməliyyat bazası olan Broklin Embassi Cluba sahibdir. Əksər federal müstəntiqlər Tessionu Corleone kapolarından daha ağıllı, daha ağıllı və amansız hesab edirlər. Bununla belə, kitaba görə, o, Nyu-York Mafiya ailələri arasında on il ərzində sülhü xeyli yumşaldır.
Miniatür təsvir
Miniatür təsvir (ing. thumbnail) — şəkillərin və ya videoların kiçildilmiş versiyaları. Bunlar onları tanımağa və təşkil etməyə kömək etmək üçün istifadə olunur, adi mətn indeksinin sözlər üçün olan məqsədi ilə eyni xarakter daşıyırlar. "Microsoft Windows", "macOS", KDE ("Linux") və GNOME ("Linux") və s. müasir əməliyyat sistemləri və ya iş masası mühitlərində olduğu kimi rəqəmsal şəkillər əsrində vizual axtarış sistemləri və təsviri təşkil edən proqramlar adətən miniatür təsvirlərdən istifadə edir. Veb-səhifələrində onlar lazımsız yerə daha böyük faylları yükləmək ehtiyacını aradan qaldırırlar. "Thumbnail" sözü insanın baş barmaq dırnağına işarədir. Bu, insanın barmaq dırnağının ölçüsü ilə müqayisə oluna bilən şəkil və ya təsvirin kiçik ölçüsünü nəzərdə tutur. Sözün bu mənada ən erkən istifadəsinin XVII əsrə aid edilməsinə baxmayaraq, Amerika İrs Lüğətində ifadənin ilk dəfə XIX əsrin ortalarında "kiçik ölçülü bir rəsm əsəri"ni ifadə etmək üçün ortaya çıxdığını bildirilir. Daha sonra bu söz obrazlı şəkildə həm isim, həm də sifət şəklində kiçik və ya qısa hər hansı bir şeyə, məsələn, bioqrafik esseyə işarə etmək üçün istifadə edilmişdir.