Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Təmas öncəsi profilaktika
Təmas öncəsi profilaktika (ing. Pre-exposure prophylaxis) - Tibb ədəbiyyatlarında ekspozisiyadan əvvəl profilaktika (PrEP) kimi də əks olunmuşdur. TÖP İnsanın immunçatışmazlığı virusuna yoluxmaq ehtimalı olan şəxslərin cinsi əlaqədən öncə qəbul etdikləri dərman vasitəsidir. Bu dərmanı qəbul etmiş şəxslərin HİV daşıyıçısı olan şəxslərlə mümkün cinsi əlaqələri zamanı virusa yoluxmaq ehtimallarını sıfıra endirir. Termin adətən QİÇS-in qarşısının alınması strategiyası kimi antiviral dərmanların istifadəsinə də şamil edilməkdədir. Təmas öncəsi profilaktika dünyada səhiyyəsi tərəfindən qısaca PrEP olaraq tanınmışdır. Profilaktika tədbirinin yaradılmasındakı əsas strategiya İİV-ə yoluxma riski yüksək olan cinsi aktiv yetkinlər, venadaxili narkotik istifadəsi ilə məşğul olan insanlar və HİV virusuna sahib partnoyrları olan şəxsləri mümkün yoluxma risklərindən qorumaqdan ibarətdir. Serodiskordant cinsi əlaqələr zamanı yüksək yoluxma hallarının qeydə alıması cinsi əlaqə öncəsi mümkün profilaktika proseslərinin inkişaf etdirilməsi zərurətini yaratmışdır. Serodiskordant cütlərdə tərəflərdən biri HİV+ digəri isə negativ olur və belədə virusa sahib olmayan şəxsin cinsi əlaqədən öncə qorunması zərurəti yaranır. Təlimatlara uyğun istifadə edildikdə, PrEP-in yüksək effektivlik göstəricisinə malik olduğu, HİV-ə yoluxma riskini 99%-ə qədər azaltdığı göstərilmişdir.
Dağlıq Qarabağ təmas xətti
Dağlıq Qarabağ təmas xətti (erm. շփման գիծ) — Dağlıq Qarabağ münaqişəsində Azərbaycan Silahlı Qüvvələri ilə Ermənistan Silahlı Qüvvələrini (yəni Dağlıq Qarabağ Müdafiə Ordusu) bir-birindən ayırır. O, 1994-cü ilin mayında Qarabağ müharibəsinə (1988-94) son verən atəşkəsdən sonra quruldu. Murovdağ dağ silsiləsi təmas xəttinin şimal hissəsi sayılır və mahiyyət etibarilə iki qüvvə arasında təbii sərhəddir. Təmas xəttinin uzunluğu 180 kilometrdən (110 mil) 200 kilometrə (120 mil) qədərdir. Təmas xətti 27 sentyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən yarılmışdır. Prezident İlham Əliyev xalqa müraciəti zamanı da bunu bildirmişdir. == Terminologiya == "Təmas xətti" ifadəsi rəsmi sənədlərdə və bəyanatlarda, o cümlədən ATƏT-in Minsk qrupu tərəfindən geniş istifadə olunur. Azərbaycanda Dağlıq Qarabağın işğal olunmuş ərazi olduğunu vurğulamaq üçün "təmas xətti" tez-tez "işğal xətti" adlanır. Ara Papyan da daxil olmaqla bəzi erməni analitiklər, Ermənistan tərəfini "təmas xətti" ifadəsindən çəkinməyə və oranı Artsax ilə Azərbaycan arasında olan "dövlət sərhədi" adlandırmağa çağırırlar.
Peqas
Peqas (bürc)
Texas
Texas — ABŞ-nin cənubunda yerləşən ştat. ABŞ-də ərazi böyüklüyünə görə Alyaskadan sonra 2-ci yeri tutur (696 241 km2) əhalisinə görə isə Kaliforniyadan sonra 2-ci yerdədir. (26 956 958 nəfər) Texas Amerikanın kənd təsərrüfatı, maldarlıq, təhsil, neft-qaz və kimya sənayesi, maliyyə institutlarının mərkəzlərindən biridir. Ştatın paytaxtı — Ostindir. ABŞ ştatları arasında abbreviaturası — "TX"-dir. == Tarixi == === İspan müstəmləkəçiliyi === Avropadan olan İspanlar və digər köçkünlər məskunlaşmazdan əvvəl Texasın müasir ərazisi müxtəlif Hindu tayfalarının yaşayış yeri idi: Apaça, Atakapa, Bidai, Caddo, Komançi, Çeroki, Kayova, Tonkara, Viçita və Karankava. Apaçilər 1870-ci illərdə Texası tərk etd. Onlar ştatın xeyli ərazisini tutan son hindilər idilər. Hal-hazırda ABŞ hökuməti Texasın üç yerli tayfasını — Alabama və Kuşat tayfasını, Kikapu tayfasını və İslet Del Sur Pueblo Saliko qəbiləsini tanıyıb. 1519-cu ildə Texas sahili boyunca ilk dəfə Meksika Körfəzinin sahil xəttini xəritəyə çəkən İspan dənizçisi Alonso Alvarez de Pineda keçib.
HAL Tejas
HAL Tejas (Sanskritcə: तेजस) Hindustan Aeronautics Limited şirkəti tərəfindən Hindistan Hərbi Hava Qüvvələrini təmin etmək məqsədilə hazırlanmış çoxməqsədli qırıcıdır. Təyyarə artıq köhnəlmiş MiQ-21 qırıcılarının yerini alması məqsədilə hazırlanmışdır. İlk uçuşunu 2001-ci ildə həyata keçirmiş və 2015-ci ildə Hindistan HHQ-də silahlanmaya qəbul olunmuşdur. Təyyarə, həmçinin birləşmiş formada olan delta qanad dizaynına sahibdir.
Azərbaycan–Ermənistan arasında təmas xəttində toqquşma (2016)
Aprel döyüşləri, Aprel müharibəsi və ya Dördgünlük müharibə — 2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin Qondarma Dağlıq Qarabağ Respublikasının hərbi birləşmələri arasında baş vermiş hərbi münaqişə. Aprel döyüşləri Dağlıq Qarabağda 1994-cü ildə atəşkəs haqqında saziş imzalandıqdan bəri ən şiddətli döyüşlər idi. Döyüşlər Azərbaycan Silahlı Qüvvələrinin qələbəsi ilə nəticələnmiş, Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələ təpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar kəndi və Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində yollar düşməndən azad olunmuşdur. 5 apreldə hər iki tərəfin razılığı və beynəlxalq qurumların müşahidəsi ilə yenidən atəşkəs müqaviləsi imzalanmışdır. Buna baxmayaraq, Ermənistan tərəfindən dəstəklənən seperatçı qüvvələr atəşkəs imzalanmazdan bir neçə saat sonra onu dəfələrlə pozmuşdur. Azərbaycan Respublikasının verdiyi rəsmi məlumata görə Azərbaycan Silahlı Qüvvələri 2,000 hektarlıq ərazini azad etmişdir, ancaq Ermənistan tərəfi bu ərazinin ölçüsünün sadəcə 800 hektar olduğunu və heç bir strateji əhəmiyyətə malik olmadığını iddia edir. Amerika Birləşmiş Ştatları Dövlət Departamentinin hesablamalarına görə, dörd gün davam edən döyüşlər zamanı həm hərbi, həm də mülki olmaqla təxminən 350 nəfərin həyatını itirdiyini açıqlamışdır. == Zəmin == Aprel döyüşləri özünün həcminə görə 12 may 1994-cü ildə razılaşdırılmış atəşkəs rejimindən sonra Azərbaycan qoşunların təmas xəttində baş vermiş ən böyük hərbi qarşıdurma idi. Aprel döyüşlərinin başlanması barədə müxtəlif fikirlər vardır. Bəzi siyasi şərhçilərə görə, döyüşlərin əsl təşəbbüskarı Rusiya və ya Türkiyə idi.
Abilin (Texas)
Abilin (ing. Abilene) — ABŞ-nin cənubunda, Texas ştatının mərkəzi hissəsində şəhər. 2006-cı ilin məlumatlarına görə, şəhərin əhalisi 113,888 nəfər olmuş, şəhərətrafı ərazisində 130 min nəfərdən insan yaşayırdı. Abilin mühüm kənd təsərrüfatı və neft istehsalı regionunun mərkəzidir. Şəhərdə pambıq yağı və yem istehsalı inkişaf etmişdir. Burada Abilin Xristian Universiteti, Qardin-Simmons Universiteti və Makmürri Kolleci yerləşir. == İstinadlar == == Əlavə ədəbiyyat == == Xarici keçidlər == abilenetx.com — Rəsmi saytı Convention & Visitors Bureau Abilene.com "Collections: City Directories: Abilene". Portal to Texas History. University of North Texas Libraries. (circa 1900s-1950s) "Historical Maps of Texas Cities: Abilene".
Ancelina (Texas)
Angelina rayonu (ing. Angelina county) - Amerika Birləşmiş Ştatlarının Texas ştatında yerləşən rayon. 2000-ci ildə bu rayonda 80 130 nəfər yaşayırdı. 2008-ci ildə ABŞ siyahıyaalma bürosunun qiymətləndirməsinə görə, rayonun əhalisi azalaraq 80 038 nəfər olmuşdur. Rayonun mərkəzi Lafkin şəhəridir. == Tarixi == Angelina rayonu 1846-cı ildə yaradılmışdır. Bu rayon, ispan missionerlərinə kömək edən Ancelinanın (ing. Angelina) şərəfinə adlandırılmışdır. == Coğrafiyası == ABŞ Siyahıyaalma Bürosunun məlumatına görə, Ancelina bölgəsinin sahəsi 2239 km2, bunlardan 2076 km2— quru, 163 km2 isə su səthi (7,28%) təşkil edir. === Əsas şoselər === ABŞ şosesi 59 ABŞ şosesi 69 ABŞ şosesi 69 Ştatdaxili şose 7 Ştatdaxili şose 63 Ştatdaxili şose 94 Ştatdaxili şose 103 Ştatdaxili şose 147 Farm Market şosesi 1818 == Əhali == 2000-ci ildə əhalinin siyahıyaalmasına görə, 80 130 nəfər Ancelina rayonunda yaşayırdı.
Anderson (Texas)
Anderson County — ABŞ-nin Texas əyalətindədir. 2010-cu ildə ABŞ-də əhalinin siyahıya alınmasına əsasən, əhali 58,458 nəfərdir. Ən böyük şəhəri Palestindir. Anderson rayonu 1846-cı ildə yaranmış və 1845-ci ildə vəfat etmiş Texas Ştatının Baş vitse-prezidenti olmuş Kenneth L. Andersonun şərəfinə adlandırılmışdır. Rayon tamamilə 430 – 903 bölgə kodları daxilində yerləşir. == Coğrafiyası == === Əsas avtobanlar === === Göllər === == Hökumət, məhkəmə və siyasət == === Hökumət === Anderson rayonu komissiya heyəti tərəfindən idarə edilir. Komissiya heyəti, dörd komissardan ibarət bir heyətdir. ==== Rayon komissiya heyəti ==== ==== Ştat həbsxanaları ==== Texas Cəza Ədliyyə İdarəsi mahalda kişilər üçün dövlət həbsxanaları fəaliyyət göstərir. Beto, Coffield, Michael və Powledge birimləri və Gurney vahidi köçürmə təsisi Fələstinin 7 mil qərbindəki etibarsız ərazidə yerləşir. Beto Vahidi Təşkilat İdarəsi Bölməsinin Region II xidmət mərkəzinə malikdir.
Andryus (Texas)
Andryus rayonu (ing. Andrews county) — Amerika Birləşmiş Ştatlarının Texas ştatında yerləşən rayon. 2000-ci ildə bu rayonda 13 004 nəfər yaşayırdı. 2008-ci ildə ABŞ siyahıyaalma bürosunun qiymətləndirməsinə görə, rayonun əhalisi artaraq 13 645 nəfər olmuşdur. Rayonun mərkəzi Andryus şəhəridir. Andryus Rayonu Texasın 46 "quru" rayonlarından biridir, yəni burada da digər rayonlar kimi "quru qanun" fəaliyyət göstərir. == Tarixçəsi == Andryus rayonu 1876-cı ildə Texas qanunvericiliyinin 15 nömrəli fərmanı ilə yaradılmışdır. Bu rayon 1835-ci ildə Texas müstəqillik müharibəsində həlak olmuş ilk şəxs – Riçard Andreyevin (ing. Richard Andreev) şərəfinə adlandırılmışdır. 1890-cı ilə qədər rayon ərazisində əsasən rançonun sahibi, hərbi işçilər və hindilər (Anasazi, Apaçi və Komançi) yaşamışlar.
Apton (Texas)
Apton rayonu (ing. Upton county) — Amerika Birləşmiş Ştatlarının Texas ştatında yerləşən rayon. 2000-ci ildə bu rayonda 3404 nəfər yaşayırdı. 2008-ci ildə ABŞ siyahıyaalma bürosunun qiymətləndirməsinə görə, rayonun əhalisi cüzi miqdarda artaraq 3149 nəfər olmuşdur. Rayonun mərkəzi Rankin şəhəridir. == Tarixçəsi == Apton rayonu 1887-ci ildə Tom-Qrin rayonunun bir hissəsindən yaradılıb. Bu rayon konfederasiyalar ordusunun polkovniklərinin şərəfinə adlandırılmışdır.
Ayriyon (Texas)
Ayriyon Rayonu (ing. Irion county) - Amerika Birləşmiş Ştatlarının Texas ştatında yerləşən rayon. 2000-ci ildə bu rayonda 1771 nəfər yaşayırdı. 2008-ci ildə ABŞ-nin siyahıyaalma bürosunun qiymətləndirməsinə görə rayonun əhalisi 1699 nəfər idi. Rayonun mərkəzi şəhəri Mersondur. == Tarixçəsi == Ayrion dairəsi 1889-cu ildə Tom-Qrin rayonunun bir hissəsindən formalaşmışdır. Ayrılıb müstəqil rayon olduqdan sonra, Texas Respublikasının dövlət katibi Robert Anderson Ayriyonun şərəfinə adlandırılıb. == Coğrafiyası == ABŞ-nin siyahıyaalma bürosunun məlumatına görə, Ayriyon rayonunun sahəsi 2724 km2 —dır, onlardan 2724 km2 — quru, 0 km2 isə su sahəsidir (0,01 %).
Las-Veqas
Las Veqas (ing. Las Vegas) — Amerika Birləşmiş Ştatlarının Nevada ştatında şəhər. Las Veqas dünya qumarxana və əyləncə dünyasının mərkəzi hesab olunur. "Sin City" (Günahlar şəhəri) ləqəbini daşıyır. == Tarixi == Las Veqas şəhəri ilk vaxtlar kiçik qəsəbə böyüklüyündə idi. Şəhərdən dəmiryolu xətti keçirdi və bir çox vaxtlarda qatarlar, burada dayanırdılar. Qatarların burada tez-tez dayanması səbəbindən Las Vegas ətraf ərazilərdə olan cinayətkar birliklərin daim maraq dairəsində olmuşdur. XX əsrin əvvələrinə qədər, Vegas əhalisi az, təsərrüfatı isə zəif inkişaf etmiş kiçik şəhərcik idi. Las Vegasın sürətlə inkişaf etməsi XX əsrin 30-cu illərindən başlayır. 1931-ci ildə ABŞ dövləti qumarxanaların fəaliyyətini qanuniləşdirmək barədə qərar qəbul etdi.
Las Veqas
Las Veqas (ing. Las Vegas) — Amerika Birləşmiş Ştatlarının Nevada ştatında şəhər. Las Veqas dünya qumarxana və əyləncə dünyasının mərkəzi hesab olunur. "Sin City" (Günahlar şəhəri) ləqəbini daşıyır. == Tarixi == Las Veqas şəhəri ilk vaxtlar kiçik qəsəbə böyüklüyündə idi. Şəhərdən dəmiryolu xətti keçirdi və bir çox vaxtlarda qatarlar, burada dayanırdılar. Qatarların burada tez-tez dayanması səbəbindən Las Vegas ətraf ərazilərdə olan cinayətkar birliklərin daim maraq dairəsində olmuşdur. XX əsrin əvvələrinə qədər, Vegas əhalisi az, təsərrüfatı isə zəif inkişaf etmiş kiçik şəhərcik idi. Las Vegasın sürətlə inkişaf etməsi XX əsrin 30-cu illərindən başlayır. 1931-ci ildə ABŞ dövləti qumarxanaların fəaliyyətini qanuniləşdirmək barədə qərar qəbul etdi.
Ostin (Texas)
Ostin (ing. Austin) — Texas ştatının cənub-mərkəzi hissəsində yerləşən Travis şəhəri dövlət paytaxtı və inzibati mərkəzi olan ABŞ-də bir şəhərdir. Şəhər 1839-cu ildə təsis edilib və müstəqil Texas qurucularından biri olan Stephen Austinin şərəfinə adlandırılıb. Ostin Texasda 4-cü ən böyük şəhərdir. ABŞ-də isə ən böyük 14-cü (2010-cu ildə 790.390 nəfər, 2017-ci ildə təxminən 950.715 nəfər) şəhərdir. Ostin ABŞ-nin ən böyük universitetlərindən birinə - Texas Universitetinə ev sahibliyi edir.
Peqas (bürc)
Peqas (lat. Pegasus) — ekvatorial bürc. Mərkəzi enliklərdə yayda, payızda və qışın əvvəllərində yaxşı görsənir.
Peqas (mifologiya)
Peqas, Peqasus (yun. Πήγασος - "bulaq", lat. Pegasus) yunan mifologiyasında Qorqona Meduza və Poseydondan törənmiş qanadlı at. Persey ilə mübarizədə artıq meduza Poseydondan hamilə qalmışdı. Onun başsız bədənindən qan axını ilə onun uşaqları yekəpər Xrisaor (üç bədənli Herionun atası) və qanadlı at Peqasus dünyaya gəlmiş olur.
Plano (Texas)
Plano - Texas ştatında şəhər, ABŞ.
Serbin (Texas)
Serbin — ABŞ-nin Texas ştatı, Li qraflığında yerləşən, heç bir bələdiyyəyə aid olmayan, birləşdirilməmiş ərazidir. Ərazi Ostin şəhərindən 50 mil (80 km) məsafədə yerləşir. Yaşayış məskəni 1850-ci illərin ortalarında Texasdakı Sorb imiqrantları tərəfindən "Low Pin Oak Settlement" (Aşağı Pin palıd qəsəbəsi) adı ilə salınmışdır. Cəmiyyətin adı 1860-cı ilə qədər sorb dilində "Sorb diyarı" mənasını verən Serbin olaraq dəyişdirildi. (Hər iki slavyan etnik qrupunun adları ümumi mənşəyə malik olsa da, sorblar serblərlə qarışdırılmamalıdır) Sorbin immiqrantları ABŞ-yə ən böyük kçləri zamanı Serbini "ana koloniya" olaraq istifadə edərək Texasda məskunlaşdılar. 20 sentyabr 1854-cü ildə Lusatiya, Prussiya və Saksoniyadakı yığıncaqlardan təxminən 550 sorbiyalı lüteran Con Kilianın rəhbərliyi ilə Texasa yola düşdü. Texasa gəldikdə, indiki Serbin xalqı Texasdakı Lüteran Kilsəsinin – Missuri Sinodunun ən erkən üzvləri oldular. 1871-ci ildə tikilmiş Müqəddəs Pol Lüteran Kilsəsi, Vend memarlığının hələ də tam istifadə edilən tipik bir nümunəsi olaraq qalır. Serbində Müqəddəs Pol kilsəsi meydanında Texas Vendləri İrsi Muzeyi yerləşir. Bina keçmiş Müqəddəs Paul parokal məktəbi də daxil olmaqla üç müstəqil binanı özündə birləşdirir.
Texas Instruments
Texas Instruments Inc. (TI) – elektrik avadanlıqlarının və elektron cihazların istehsalı ilə məşğul olan şirkət. Mənzil-qərargahı Dallaş şəhərində (ABŞ, Texas ştatı) yerləşir. Yarımkeçirici cihazların istehsalı sahəsində dünyada Intel, Samsung və Toshiba şirkətlərindən sonra 4-cü yeri tutur. Mobil qurğular üçün mikrosxemlərin istehsalı üzrə isə 1-ci yerdədir. == İstinadlar == == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Texas Respublikası
Texas Respublikası (ing. Republic of Texas) — 1836–1846-cı illərdə Şimali Amerikada mövcud olmuş dövlət. Texas Respublikası Meksikanın şimal-şərqində istiqlaliyyət uğrunda gedən müharibənin nəticəsində yaranmışdır. 1845-ci ildə vətəndaşların azad iradəsi və öz müqəddəratını təyin etmək barədə aktın qəbulundan sonra ABŞ-nin tərkibinə daxil olmuş və ştat hüququnu almışdır. == Texas inqilabı == 1830-cu illərin ortalarında prezident Antonio Santa-Annanın diktaturası və Meksikada hökm sürən özbaşınalıq nəticəsində dövlət tamamilə məhv olmaq ərəfəsində idi, Texas və Yukatan əraziləri konstitusiyaya uyğun olaraq-ayrılmaq arzusu adı ilə dövlətdən qoparılmışdır. Texaslıların narazılığının digər bir səbəbi də 1835-ci ildə qəbul olunmuş Texas konstitusiyası və Meksikada quldarlığın ləğv olunması idi. 1835-ci il 2 oktyabrda Qonzales şəhəri yaxınlığında texaslılarla Meksika süvari dəstələri arasında baş vermiş toqquşma hərbi əməliyyatların başlanmasına səbəb oldu. 1835-ci il 10 oktyabrda Qoliadda Meksika qarnizonu təslim oldu. 1935-ci il 24 oktyabrda texaslılar Bexarda (indiki San-Antonio şəhəri) Meksika qarnizonunu mühasirəyə aldılar. 1835-ci il 28 oktyabrda Konsepsyon yaxınlığında baş vermiş döyüşün gedişində 90 nəfər texaslı 450 nəfər meksikalının hücumunu dəf etdi.
Texas bluebonnet
Lupinus texensis (lat. Lupinus texensis) — paxlakimilər fəsiləsinin acıpaxla cinsinə aid bitki növü. Texasdan Meksikanın şimal-şərqinə qədər ərazidə yayılmışdır.
Texas ştatı
Texas — ABŞ-nin cənubunda yerləşən ştat. ABŞ-də ərazi böyüklüyünə görə Alyaskadan sonra 2-ci yeri tutur (696 241 km2) əhalisinə görə isə Kaliforniyadan sonra 2-ci yerdədir. (26 956 958 nəfər) Texas Amerikanın kənd təsərrüfatı, maldarlıq, təhsil, neft-qaz və kimya sənayesi, maliyyə institutlarının mərkəzlərindən biridir. Ştatın paytaxtı — Ostindir. ABŞ ştatları arasında abbreviaturası — "TX"-dir. == Tarixi == === İspan müstəmləkəçiliyi === Avropadan olan İspanlar və digər köçkünlər məskunlaşmazdan əvvəl Texasın müasir ərazisi müxtəlif Hindu tayfalarının yaşayış yeri idi: Apaça, Atakapa, Bidai, Caddo, Komançi, Çeroki, Kayova, Tonkara, Viçita və Karankava. Apaçilər 1870-ci illərdə Texası tərk etd. Onlar ştatın xeyli ərazisini tutan son hindilər idilər. Hal-hazırda ABŞ hökuməti Texasın üç yerli tayfasını — Alabama və Kuşat tayfasını, Kikapu tayfasını və İslet Del Sur Pueblo Saliko qəbiləsini tanıyıb. 1519-cu ildə Texas sahili boyunca ilk dəfə Meksika Körfəzinin sahil xəttini xəritəyə çəkən İspan dənizçisi Alonso Alvarez de Pineda keçib.
Həmas
HƏMAS (ərəb. حماس‎) və ya tam adı ilə İslami Müqavimət Hərəkatı (ər. حركة المقاومة الاسلامية; Hərəkət əl-Müqavəmət əl-İslamiyyə) — 1987-ci ildə yaradılmış, fələstinli islamçı-sünni fundamentalist Fələstin təşkilatı və hərbiləşdirilmiş hərəkat. HƏMAS Fələstində yaradılmış islamçı bir siyasi və hərbi hərəkatdır. 1987-ci ildə fələstinlilər arasında başlayan Birinci İntifada (İsrail işğalına qarşı xalq üsyanı) zamanı qurulmuşdur. HƏMAS həm siyasi, həm də silahlı qanada malikdir və onun əsas məqsədi İsrailin işğalı altındakı Fələstin torpaqlarını azad etmək və Fələstinin müstəqilliyini təmin etməkdir. HƏMAS islamçı bir təşkilatdır və Fələstin torpaqlarında İslam qanunlarına əsaslanan bir dövlət qurmağı hədəfləyir. Hərəkatın əsas ideologiyası Fələstinin İsrail tərəfindən işğal olunmuş ərazilərini azad etmək üçün “cihad” (müqavimət savaşı) aparmaqdır. HƏMAS həm siyasi partiya kimi fəaliyyət göstərir, həm də müxtəlif sosial xidmətlər göstərir. O, Fələstin seçkilərində iştirak etmiş və 2006-cı ildə keçirilən parlament seçkilərində qələbə qazanmışdır.
Maqas
Maqas — Rusiya Federasiyasında yerləşən şəhər, İnquşetiya Respublikasının mərkəzi.
Təsis ət-Təqdis
Əsas ət-təqdis ( ərəb. أساس التقديس‎, hərf. Allahın transsendensiyasını bəyan etmənin əsası) və ya Təsis ət-Təqdis (ərəb. تأسيس التقديس‎, hərf. Müqəddəsliyin əsası) — şafii-əşəri alimi Fəxrəddin Razi tərəfindən Kərrəmiyyə və digər antropomorfistlərin metodik təkzibi kimi yazılmış islam teoloji kitabı. Fəxrəddin Razi bu əsəri ifrat ənənəçi İbn Xuzeymə tərəfindən tərtib edilmiş "Kitab ət-Tövhid" əsərinə qarşı çıxmaq üçün yazmışdır. O, İbn Xuzeyməni "korporealist" adlandırmışdır. == İstinadlar == == Xarici keçidlər == Book's page on Goodreads — Goodreads.com Dr.
Live in Texas
Live in Texas – Linkin Parkın birinci canlı albomu 3-cü DVD-sidir. Orjinal albom 13 noyabr 2003. Albom Linkin Parkın Hyuston Staionunda keçirdiyi konsert əsasında yazılmışdır. Konsertdə Lying from You mahnısını görüntüləri sinqlda istifadə olunmuşdur.
Nort Texas FK
Nort Texas FK — Amerika futbol sisteminin üçüncü diviziyası sayılan ABŞ Birinci Liqasında çıxış edən peşəkar ABŞ futbol klubu. Klub MLS təmsilçilərindən olan "Dallas" klubunun ehtiyat komandası kimi fəaliyyət göstərir. Əsas komanda Texas ştatının Frisko şəhərində oynasa da, bu klub 2020-ci ildən etibarən Arlinqton şəhərində öz oyunlarını keçirir. Klub ev oyunlarını bir zamanlar "Texas Reyncers" beyzbol klubunun ev sahibliyi etdiyi Qloub Layf Park in Arlinqton stadionunda keçirir. Klub 2 noyabr 2018-ci ildə Birincli Liqanın qurucu üzvlərindən biri olaraq yaradılmışdır. == Tarixi == 2 noyabr 2018-ci ildə "Dallas" klubu 2019-cu ildə yeni yaradılacaq futbol sisteminin üçüncü diviziyası sayılan ABŞ Birinci Liqasında çıxış etmək üçün bu klubu yaratdıqlarını açıqlamışdır. 6 dekabr 2018-ci ildə klub öz adının Nort Texas olacağını açıqlamış və klubun loqosunu təqdim etmişdir. Klub ilk mövsümündə heyətində "Dallas" klubunun gənc akademiya futbolçularının oynamasına baxmayaraq, liqanı çempion olaraq başa vurmuşdur. Həmçinin klub oktyabr ayında növbəti mövsümdə artıq "Dallas" klubunun ev oyunlarını keçirtdiyi Toyota stadionunda oynamayacaqlarını açıqlamışdır. Hal-hazırda klub amerikan futbolu komandası olan "Dallas Reneceyds" komandasının stadionu olan Qloub Layf Park in Arlinqton stadionunda ev oyunlarını keçirir.
Ostin Texas Universiteti
Ostin Texas Universiteti (ing. The University of Texas at Austin) — ABŞ-nin Texas ştatının Ostin şəhərində yerləşən ali təhsil müəssisəsi; ştatın böyük elmi-tədqiqat mərkəzlərindən biridir. == Tarixi == Texasda dövlət universitetinin yaranması haqqında ilk məlumat 1827-ci ilə təsadüf edir. Həmin dövrdə Texas Meksika dövlətinin tərkibində idi və burada ilk universitet yaradılması haqqında maddə Meksika dövlətinin konstitusiyasında qeyd olunmuşdu. Konstitusiyada incəsənət və elm sahələrini əhatə edən universitetin yaradılması göstərilsə də, həmin dövrdə Meksika hökuməti bu istiqamətdə heç bir tədbir görmür. 1836-cı ildə Texas müstəqillik əldə edir. Həmin dövrdə Texas Konqresi Respublika Konstitusiyasını qəbul edir. Konstitusiyanın ölkədə dövlət təhsilinin yaradılması haqqında maddəsinə əsasən Texasda iki universitet və iki kollec yaradılması haqqında məsələyə toxunulur. Nəhayət, 1839-cu ildə Texas Konqresi ali məktəb yaradılması üçün 50 liq (Latın Amerikasında qeyri-rəsmi ölçü vahidi) torpaq sahəsi, eləcə də yeni paytaxt Ostində 14 akr (160000 m²) ərazi ayırır. 1846-cı ildə Texas Amerika Birləşmiş Ştatlarının tərkibinə birləşdirilir.
Texas Süvari Medalı
Texas Süvari Medalı, Birləşmiş Ştatlar Konqresi tərəfindən təsdiqlənən və 1917 və 1918-ci ildə xidmət üçün federal xidmətə çağrılmayan Texas Ştatı tərəfindən yetişdirilən süvari briqadası üzvlərinə verilən, federal bir xidmət medalı idi və bu iki adamı Birinci Dünya Müharibəsi Zəfər Medalı'na uyğun olmayan vahidlər. Texas Süvari Xidmət Medalı'nın seçmə tarixləri 8 dekabr 1917-ci ildən 11 noyabr 1918-ci ilə qədər davam etdi. Bu müddətdə yalnız 840 medal mükafatlandırıldı. Texas Süvari Medalı, federal xidməti xatırlamaq üçün Konqres tərəfindən yaradıldı və federal hökumət tərəfindən verilən dövlət birliklərinin medalı. Bu səbəblə Texas Süvari Medalı'na səlahiyyət verən qanun, xüsusilə Amerika Birləşmiş Ştatları hərbi formaları üçün aktiv vəzifədə qalmasını təsdiqləyir. İtalyan-Amerikalı heykəltaraş Antoni de Fransiski medalı hazırladı. == Görünüşü == Medal, Antoni de Fransiski tərəfindən, Ordu Komandirliyi baş katibi Avadanlıq Şöbəsi tərəfindən hazırlanan dizayn və görünüş meyarlarına görə hazırlandı. Təsdiqlənən dizayn bürünc altıbucaqlı bir medalın diametri 1 1/8 qarış (29 mm) 'dir. Medalın ön üzü Blubonnet, Texas Ştat çiçəyini təsvir edir. Kənarın küncündə yazılmış olan sözlər AWARDED • BY • CONGRESS • FOR • SERVICE (Konqres tərəfindən xidmət üçün mükafatlandırılmışdır), Medalın yuxarısında və TEXAS • CAVALRY (Texas Süvarisi), Medalın aşağısında.
Texas Veslian Universiteti
Texas Veslian Universiteti — ABŞ-də özəl universitet, Metodiki Yepiskopal (Yepiskoplar tərəfindən idarə olunan) Kilsə tərəfindən 1890-cı ildə əsası qoyulan humanitar elmlər universitetidir. Birgə təlimə aid olandır, əsas universitet şəhərciyi Fort-Uort, Birləşmiş Ştatların Politexnik Hündürlüklər Qonşuluqlarında (Ətraflarında) yerləşir. Onun talismanı "domkratdır (porşendir)".
Fuqas
Fuqas (fr. Fougasse) — Fransa mətbəxində adətən Provans ilə bağlı bir çörək növü. İtaliyada focaccia adlanır və müxtəlif üsullarla hazırlanır.
Rəqqas
Rəqs (ərəbcə: رقص) bədii obrazın ritmik plastik hərəkətlərinin və insan bədəninin ifadəli vəziyyətlərinin dəyişilməsi ilə yaranan incəsənət növü. Rəqs musiqisi Azərbaycan milli folklorunda xüsusi yer tutur. Azərbaycan xalq rəqslərinin çox qədim tarixi var. Qobustan qayaüstü rəsmlərində əksini tapmış rəqs səhnələri bunun əyani sübutudur. Ritminə görə Azərbaycan rəqsləri 3 qrupa bölünür: ağır, aram – "Mirzəyi", "Turacı", "Uzundərə"; yüngül şən – "Tərəkəmə", "Ceyranı", "Brilyant (rəqs); şıdırğı "Qaytağı", "Qazağı", "Xançobanı". Bəzi rəqslərin adı isə hərəkətlərlə bağlıdır: "Süzmə", "Kəsmə", "Atlanma", "Çolağı". Qadın və kişi rəqsləri bir-birindən fərqlənir. Qadın rəqslərində uzun yubka ayaqların süzgün hərəkətini müəyyənləşdirir, rəqqasələrin bütün diqqəti əl və bədənin yuxarı hissəsinin (çiyinlər, baş, üzün mimikası və s.) hərəkətinə yönəlir. Kişi rəqsinin əsas əlaməti isə ayaqların hərəkətidir. Rəqqas barmaqları üzərində dayanır, dizləri sürətlə yerə vurur.
Talas
Talas (qırğ. Талас) — Qırğızıstanda şəhər, Talas vilayətinin mərkəzi. == Tarixi == Mahmud Qaşqaridə Talas şəhərinin Kiçi və Kümi kimi fərqləndirici leksik vahidləri özünü göstərir. 751-ci ildə baş verən Talas döyüşü ilə İslama qovuşur. Talas döyüşündən sonra Türk boyları at belində Anadoluya, Balkan və Avropa ölkələrinə qədər irəliləyirlər. == Coğrafiyası == Talas şəhəri yerləşdiyi Talas vadisinin adını daşıyan kiçik bir şəhərdir. Bura Manas Torpağı adlanır. Ehtimal edilir ki, eposun qəhrəmanı bu şəhərdə doğulub və onun qəbiri bu şəhərin yaxınlığındadır. Bu şəhərin mərkəzində, çay kənarında gözoxşayan təbii park yerləşir. 20 km aralıda yerləşən üç şəhərdə Kulan Say, Terek Say və Kurqan Taş şəhərlərində bir neçə qiymətli daş abidələr və petroqlif nümunələri var.
Tapas
Tapas (isp. tapa; fel isp. tapar - örtmək) — İspaniya mətbəxində yer alan qəlyanaltı çeşidi. Soyuq və isti növləri mövcüddur. İspaniyanın seçilmiş restoranlarında tapas mürəkkəb bir yeməyə çevrilmişdir. Mərkəzi Amerika ölkələrində bokas kimi tanınır. Meksikada isə buna bənzər yeməklər botana adlanır.
Toqat
Tokat ili — Türkiyədə il. Şimalda Samsun, şimal-şərqdə Ordu, şərq və cənubda Sivas, cənub-qərbdə Yozqat və qərbdə Amasya rayonları ilə həmsərhəddir. Rayonlarından Yeşilyurt və Sulusaray İç Anadolu Bölgəsində qalır. 1943-cü ildə Taşova, 1944te Artova və Turhal, 1954-cü ildə Almus, 1987-ci ildə Bazar və Yeşilyurt, 1990-cı ildə Sulusaray və Başçiftlik rayonları yaradılıb. 2010 TÜİK məlumatlarına görə mərkəz rayonla birlikdə 12 rayon, 77 beldə və 609 kənd vardır. == Xarici keçidlər == "1980 Genel Nüfus Sayımı: Tüm idari birimler (Şehir, belde, köy): Tokat İli" (türk). Türkiye İstatistik Kurumu. 2015-11-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-4..
Təbəs
Təbəs-İranın Cənubi Xorasan ostanının şəhərlərindən və Təbəs şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 30,681 nəfər və 7,962 ailədən ibarət idi.
Təkab
Təkab (fars. تکاب‎ Azərbaycan türkcəsində. Tikan təpə) — İranın Qərbi Azərbaycan ostanında şəhər. Şəhər Təkab şəhristanının inzibati mərkəzidir. Türk mənşəli Tikantəpə toponimi dəyişdirilmiş və Təkab adlandırılmışdır. == Tarix == 1938-ci ildə Rza xan Palani Pəhləvinin toponimlərin farslaşdırılması proqramına uyğun olaraq tarixi adı Tikantəpə olan şəhərin adı dəyişdirilərək Təkab olmuşdur. == Əhali == 2006-cı il siyahıya alınmasına əsasən əhalisi 43,702 nəfərdir. Şəhərin əsas əhalisi azərbaycanlılardan, az qismi isə kürdlərdən ibarətdir. Tikantəpə şəhərinin 42 məhəlləsi vardır. Şəhərin Şərifava məhəlləsi kürdlərdən ibarətdir, Qırnav məhəlləsində isə kürdlər azərbaycanlılarla birlikdə yaşayırlar: 1962-ci ildə şəhərin çıxışındakı körpünün yaxınlığında kasıb bir kürd ailəsi məskunlaşdı.
Təqti
Təqti(ərəb. تقطع‎ fasilə, bölgü) və yaxud misradaxili bölgü misra daxilindəki fasilələrdir. Ritm bütün dillərdə qafiyə ilə yanaşı poeziyanın əsas və universal əlamətidir. Heca, əruz və müxtəlif xalqlarda olan ağ (sillabik) şeir də ritmə əsaslanır. Milli dillərdə poetik ritmin xüsusiyyətləri bu dillərin fonetik quruluşu, saitlərin və sonor samitlərin uzun ya qısa tələffüzünə əsaslanır. Türk dillərində ümumiyyətlə saitlər hamısı qısadır. Ona görə də türk dillərindəki heca vəzninin ritmikliyi misraların təqtilərə bölünməsindən yaranır. Heca təqtiləri. Təqtilər şeir misrasında daxili ritmin tərkib ünsürləridir. Heca vəznində təqti müəyyən sayda hecalardan sonra verilən durğulara (ritmik fasiləyə) əsaslanır.
Təqva
Təqva - (ərəbcə: التقوى‎) "viqayə" sözündəndir, pəhriz saxlama, yəni günahları tərk etmək anlamındadır. Təqva - vəqayə maddəsindən olaraq, ziyan qarşısında nəyinsə hifz edilməsi deməkdir. Təqva - ruh və nəfsin hifz edilməsi deməkdir. Sonralar qorxuya da təqva deməyə başladılar və şəri dildə günah və haramdan çəkinməkdir və onun kamalı bəzi şübhələri, mubahatları da tərk etməkdir. İmam Əli (ə) təqva haqqında buyurur: "Günahlar - üsyankar at kimidir və günahkarlar da ona minirlər və yüyənləri qırılar, onlar cəhənnəmə yıxılarlar. Ancaq təqva - aram at kimidir və sahibi ona minəndə, onun idarəsini ələ keçirərək, behiştə tərəf çaparlar". Başqa yerdə o Həzrət (ə) yenə buyurur: "Bilin, ey Allahın bəndələri, təqva - möhkəm və məğlub olmayan bir qaladır. Ancaq günahlar davamsız hasar kimidir və ona sığınmış insanları ziyandan qorumur və o, amanda deyildir. Bilin ki, ancaq təqva vasitəsilə günahdan qorunmaq olar". Başqa yerdə yenə o Həzrət buyurur: "Təqva - düzlüyün kilidi, Qiyamətin ehtiyatı və hər cür köləlikdən azad olmaq və hər bir günahdan nicat tapmaqdır".
Təvaf
Təvaf (Ərəbcə: طواف) — Həcc və ya ümrə vaxtı Kəbənin ətrafına saat əqrəbinin əksi istiqamətində dövrə vurmaq. Ümrə, həcc və habelə "Nisa" təvafları zamanı Kəbənin ətrafında yeddi dəfə dolanmaq ("şut") vacibdir. Təvaf, qəsdi-qürbət niyyəti ilə yerinə yetirilməlidir. Təvaf, Həcərül-əsvədin qarşısından başlamalı və Kəbə təvaf edən şəxsin sol tərəfində olmalıdır. Həcərül-əsvədə çatdıqda bir "şut" sayılır və bu iş yeddi dəfə təkrar edilməli və yeddi dövrədən sonra bir "təvaf" əməli sona çatır. Vacib təvafda təharətli olmaq, onun qəbul olması üçün vacib şərt, müstəhəb təvafda isə fəzilət şərti sayılır. Təvaf edən şəxs Kəbədən fasilədə olmamalıdır. Amma cəmiyyət izdihamı halında ondan uzaqlaşmağa məcbur olduqda, imkan olduqca Kəbədən fasiləsiz halda təvaf etmək lazımdır. Vacib təvaf dövrələri bir-birinin ardınca və ardıcıl şəkildə olmalıdır. Amma bir şəxs müəyyən bir üzrlü səbəb üzündən təvaf əsnasında dördüncü dövrədən sonra ondan xaric olarsa, sonradan kəsdiyi yerdən (beşinci dövrədən) təvafa başlayıb onu sona çatdıra bilər.
Təxar
Təxar vilayəti (dəri تخار, puşt. تخار, tac. Тахор) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri. Təxar vilayəti ölkənin şimalında yerləşir. Tacikistanla həmsərhəddir. 2001-ci ildə səhra komandiri Əhməd Şah Məsud burada öldürülmüşdür. Vilayətin sahəsi 12.333 km², 2009-cu ilin əvvəlinə olan rəsmi məlumata əsasən əhalisi 886.4 min nəfər, inzibati mərkəzi Taloqan şəhəridir. == Əhalinin etnik tərkibi == Əhalisinin əksəriyyətini özbəklər təşkil edir.
Trias
Trias :
Fəqan
Fəqan — Azərbaycanlı adı. Fəqan Məmmədov — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. Fəqan Xudaverdiyev — Azərbaycan Silahlı Qüvvələrinin mayoru. Fəqan Ziyadov — Azərbaycan Silahlı Qüvvələrinin MAHHXHQ Fəqan Zalov — Azərbaycan Hərbi Dəniz Qüvvələrinin kiçik miçmanı. Fəqan Umudov — Azərbaycanı təmsil edən taekvondoçu.
Tomas
Tomas — ad. Tomas Anders — Alman pop ifaçısıdır, musiqi yazan və prodüseri Tomas Qoltz — Amerika tarixçisi, jurnalisti və yazıçısı. Tomas Maltus — ingilis iqtisadçı, demoqraf alim, kilsə xadimi. Tomas Makoley Tomas Micli Tomas de Vaal — britaniyalı jurnalist və yazar Tomas Şellinq — amerikalı iqtisadçı.
Təqaüd
Təqaüd (ərəb. تقاعد ‎ — oturaq), qanun təyin etmiş qocalıq yaşına çatan insanlara, əlillərə, tələbələrə və bir sıra ehtiyacı olan insanlara, müntəzəm surətdə verilən pul yardımı. == Tarixi == Təqaüd VII əsrdə xəlifə Ömər ibn Xəttab tərəfindən yeridilmişdir. Zəkatdan və Cizyədən yığılan pulların bir hissəsi ehtiyacı olan insanlara, kasıblara, qocalara, yetimlərə, dul qadınlara və əlillərə Xilafət hökuməti tərəfindən verilirdi.
HƏMAS
HƏMAS (ərəb. حماس‎) və ya tam adı ilə İslami Müqavimət Hərəkatı (ər. حركة المقاومة الاسلامية; Hərəkət əl-Müqavəmət əl-İslamiyyə) — 1987-ci ildə yaradılmış, fələstinli islamçı-sünni fundamentalist Fələstin təşkilatı və hərbiləşdirilmiş hərəkat. HƏMAS Fələstində yaradılmış islamçı bir siyasi və hərbi hərəkatdır. 1987-ci ildə fələstinlilər arasında başlayan Birinci İntifada (İsrail işğalına qarşı xalq üsyanı) zamanı qurulmuşdur. HƏMAS həm siyasi, həm də silahlı qanada malikdir və onun əsas məqsədi İsrailin işğalı altındakı Fələstin torpaqlarını azad etmək və Fələstinin müstəqilliyini təmin etməkdir. HƏMAS islamçı bir təşkilatdır və Fələstin torpaqlarında İslam qanunlarına əsaslanan bir dövlət qurmağı hədəfləyir. Hərəkatın əsas ideologiyası Fələstinin İsrail tərəfindən işğal olunmuş ərazilərini azad etmək üçün “cihad” (müqavimət savaşı) aparmaqdır. HƏMAS həm siyasi partiya kimi fəaliyyət göstərir, həm də müxtəlif sosial xidmətlər göstərir. O, Fələstin seçkilərində iştirak etmiş və 2006-cı ildə keçirilən parlament seçkilərində qələbə qazanmışdır.
Kabin təkan
Kabin təzyiqi — yüksək hündürlükdə insanlar üçün təhlükəsiz və rahat bir mühit yaratmaq üçün havanın bir təyyarənin və ya kosmik gəminin kabinəsinə vurulduğu bir prosesdir. Təyyarələrdə hava ümumiyyətlə işləyən qaz turbinli mühərrikin bir kompressorundan alınır, bir kosmik gəmi üçün hava sıxılmış və ya mayeləşdirilmiş formada gətirilir. == Gücləndirmə ehtiyaclığı == Təhlükəsiz (hava təzyiqi ilə) 4 km-dən az yüksəklik hesab olunur. 4 km-dən çox bir hündürlüyə hər hansı bir dırmaşma müxtəlif həyat dəstək sistemlərinin istifadəsini tələb edir. 3 km-dən çox bir hündürlüyə qalxmaqla, bir insan oksigen aclığının əlamətlərini göstərir (yatmaq istəyirsən). 9 km-dən çox yüksəkliklərdə qaz baloncukları (aeroembolism) bədən mayesindən azad ola bilər. 19 km-dən çox yüksəkliklərdə dərialtı maye qaynayır. 11 km-dən yuxarı havanın temperaturu −60 °C-ə çata bilər. Həyat üçün belə əlverişsiz şəraitdə bir təyyarədə uçmaq üçün hava ilə həyat təminetmə sistemlərinin yaradılması tələb olunurdu. == Aviasiya == İnsanlarda oksigen aclığının əlamətləri bir çox amillərdən asılıdır (bax Hypoxia).
Kiber-təqib
Kibertəqib (ing. Cyberstalking) — fərdi, qrupu və ya təşkilatı izləmək və narahat etmək üçün İnternet və ya başqa elektron vasitələrdən istifadə edilməsi.
Gəraş
Gəraş- İranın Fars ostanının şəhərlərindən və Gəraş şəhristanın mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 27,574 nəfər və 6,261 ailədən ibarət idi.
Heqat
Heqat (Hekat) qədim Misirdə tutum və ya həcm vahidi olub 4,8 litrə bərabərdir. Kəsir hissəsi Udjat gözü əsasında tərtib edilmişdir. Onun dörddə bir hissəsi - (göz bəbəyi) "Heqatı" adlanır. Das Heqat (auch Hekat) repräsentierte im Alten Ägypten als Hohlmaß die Menge von 4,8 Litern und entspricht zugleich zehn Henu. == İstinadlar == == Mənbələr == Rainer Hannig: Großes Handwörterbuch Ägyptisch-Deutsch : (2800 - 950 v. Chr.). von Zabern, Mainz 2006, ISBN 3-8053-1771-9, S. 1320. Wolfgang Helck: Kleines Lexikon der Ägyptologie, 1999 ISBN 3-447-04027-0 S. 179f.
Laqaş
Laqaş-Mesopotamiyada Qədim dövr şəhərlərindən biri.E.ə. XXV-XXIV əsrlərdə yaranmışdır.Erkən sülalələr dövrünün son mərhələsində (e.ə. XXV-XXIV əsrlər) Laqaş şəhəri yüksəlməyə başlayır. Laqaş dövlətinin banisi Urnanşe idi. Urnanşenin nəvəsi Eannatum (2400-cü il) Laqaşın qüdrətini daha da artırır. Eannatum Şumerin bir sıra şəhərlərini Laqaşa tabe edir. Entemena və Luqalandanın vaxtında ərazi böyüsə də, əhalinin vəziyyəti pisləşir. Ona görə də Luqalandanın hakimiyyəti uzun sürmür . Ali hakimiyyət Uruinimkinanın əlinə keçir. O, əvvəlcə özünü ensi (kahin-hökmdar), sonra luqal (hökmdar) adlandırır.