Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Tayfı
Tayfı — Azərbaycanda xalq seleksiyası yolu ilə alınmış şərab üzümü sortu. Azərbaycanda, xüsusilə Naxçıvanda ağ və çəhrayı tayfı sortları becərilir. Tənəyi güçlü boy atır, çiçəyi ikicinsiyyətlidir. Vegetasiya dövrü 167 gündür. Tam yetişmiş gilələri ağ və çəhrayı rəngdə olur. Şirəsində 18,1% şəkər, 6,6 q/l turşu var. Hər hektardan 150—200 sentinerədək məhsul yığılır. Oktyabrın əvvəllərində yetişir.
Azərbaycan tarı
Azərbaycan tar ifaçılıq sənəti —Azərbaycanda geniş istifadə edilən simli musiqi musiqi aləti. == Tar sözünün mənası == Bəzi dilçilər "tar" sözünün farskökənli olduğunu yazır. Ancaq sözün hər hansı dildə mövcudluğu hələ onun həmin dildə doğma olduğuna dəlalət eləmir. Hind-avropa dillərinin heçbirində "tar" kökünün məntiqli etimoloji və fonetik açıqlaması yoxdur. Altaist Sergey Starostin öz "Babil qülləsi" adlı etimoloji toplusunda "taram-/tera-" kökünün (saç, tel, sim) yalnız türk və altay dillərində mövcud olduğunu göstərib, belə ki: qırğız, qazax, noğay, başqırd, qaraqalpaq dillərində "taramış" biçimində; özbək, uyğur, şor, oyrat dillərində isə "taram" kimi. "Tar" və "taram" sözləri "daramaq" (1. saç daramaq, 2. dağıtmaq) feilindən törəyib , necə ki "saç" sözü "saçmaq"dan (ətrafa yayılmaq, dağılmaq) əmələ gəlib . Azərbaycan türkcəsində "tarım" sözü (bərk dartılıb çəkilmiş) indi də var. Mənasından belə bir sonuc çıxarmaq olar ki, "tar" sözü "daramaq" deyil, "dartmaq" feilinin törəməsidir.
Birləşmə Tağı
Birləşmə Tağı (rəsmi Milli Birləşmə naminə üç nöqtə fərmanı abidəsi) abidəsi Şimali Koreyanın paytaxtı Pxenyan şəhərinin cənubunda yerləşir. Abidə 2001-ci ilin avqust ayında Kim İr Senin Koreyanın birləşməsi ilə bağlı təkliflərini anmaq məqsədiylə inşa edilmişdir.Tağ Pxenyandan Koreya tərəfsiz bölgəsinə kimi uzanan birləşmə magistralı üzərində yerləşir. O, iki milli libasda olan Koreya qadınını ehtiva edir və şimal və cənubun birlikdə kürədə əks edilmiş birləşmiş Koreyanı yuxarı qaldırmaları təsvir edir. Kürə Üç Nöqtənin emblemidir; Milli yenidən birləşmənin üç prinsipi; Koryo Demokratik Federal Respublikasının qurulması planı və 10 bəndlik proqramdan ibarət bütün xalqın Böyük Birliyinin. Abidənin alt hissəsində yenidən birləşməyə və müxtəlif fərdlərin, təşkilatların, xalqların sülh şəraitində yaşamasına dəstək mesajı verən obrazlar təsvir edilmişdir. Tağ 2002-ci ildə poçt markaların üzərində təsvir edilmişdir.
Günəş tacı
Günəş tacı — Günəşdən 5 mln. km-dək məsafədə yerləşir. O, Günəşdən ətraf aləmə səpələnən yüklü hissəciklərdən, tozlardan, qaz kütlələrindən (onlara koronium deyilir) ibarətdir. Bu plazma axınları Günəş küləyi adlanır. Onların sürəti 300–400 km/san.-yə çatır. Günəşin ətrafa şüalandırdığı ümumi enerjinin miqdarı 4*10³³ erq/san-dir. Bu enerjinin 1/2.200.000.000 hissəsi Yer səthinə gəlib çatır. Adi müşahidə zamanı Günəş tacını ancaq tutulma əsnasında görmək olar. 1868-ci ilin 18 avqustunda müxtəlif ölkələrdən bir çox astronomlar tam Günəş tutulmasını müşahidə etmək üçün Hindistana getmişdilər. Bu zaman tacın və protuberansların spektrini öyrənməklə "helium qazı" kəşf edildi.
Komarov hafı
Komarov hafı (lat. Rethera komarovi) — pulcuqqanadlılar dəstəsinin haflar fəsiləsinə aid növ. Nadir növdür. == Təsviri == Qanadları açıq halda 70-75 mm-dir. Ön qanadları yaşıl olub, üzərindən krem rəngli köndələn xətt keçir, kənarı zeytuni-yaşılıdır. Arxa qanadları sarı, kənarı qonurdur. == Yayılması == Kiçik Asiya, Türkiyə, Şimali İran, Əfqanıstan, Türkmənistan, Cənubi Qafqaz, Azərbaycanda isə Araz çayı vadisi, Talış (Zuvand Dövlət Təbiət Yasaqlığı), Şamaxı (Pirqulu). == Həyat tərzi == Friqanoid bitki olan traqakantın yayıldığı quru dağ çölləri kəpənəyin yaşayış sahələridir. Kəpənəklər mayın sonu – iyunun əvvəllərində uçur, ildə bir nəsil verir. Gündüzlər sığınacaqlarda gizlənir.
Nəxl Tağı
Nəxl Tağı— İranın Buşehr ostanının Kəngan şəhristanının Əsəluyə bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 7 818 nəfər və ya 1 574 ailədən ibarət idi.
Oleandr hafı
Oleandr hafı (lat. Daphnis nerii) — Pulcuqluqanadlılar dəstəsinə, haflar fəsiləsinə aid növ. Nəsli kəsilməkdə olan növdür. == Qısa təsviri == İri gecə kəpənəyidir. Qanadları açıq halda 90 –125 mm-dir. Ön qanadın uzunluğu 45 – 52 mm-dir. Ön qanadlar üzərində qradient ləkələrdən, qırmızı, çəhrayı, yasəməni, boz, ağ rənglərin qarışığından ibarət səciyyəvi "mərməri" naxış vardır. Arxa qanadlar çəhrayımtıl-boz rəngdə olub, üzərində nazik dalğavari xətt vardır, xarici kənarları bozumtul – yaşıldır. Başı, döşü, qarıncığı bozumtul – yaşıl rənglidir. Bığcıqları ağımtıldır.
Rafiq Tağı
Rafiq Tağı (tam adı: Rafiq Nəzir oğlu Tağıyev; 5 avqust 1950, Xoşçobanlı, Masallı rayonu – 23 noyabr 2011, Bakı) — azərbaycanlı yazıçı-filosof, həkim-kardioloq. == Həyatı == Rafiq Tağı 1950-ci il avqustun 5-də Masallı rayonunun Xoşçobanlı kəndində anadan olub. 1966-cı ildə Masallı rayonu Təklə kənd orta məktəbini, 1972-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini bitirib. 1981–1983-cü illərdə Moskva Tibb İnstitutunun daxili xəstəliklər üzrə klinik ordinaturasında təhsil alıb. 1972–1974-cü illərdə Sabirabad rayonu Yolçubəyli kənd ambulatoriyasının baş həkimi, 1974–1979-cu illərdə Masallı rayonu Həsənli kənd xəstəxanasının baş həkimi vəzifələrində çalışıb. 1979-cu ildə Rusiyanın Kalinin vilayətinin Konakovo şəhər poliklinikasında sahə terapevti, 1979–1983-cü illərdə Moskvada 23 saylı Şəhər Klinik Xəstəxanasında, 1983–1990-cı illərdə Moskva Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında, 1990-cı ildən Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında həkim işləyib. == Həbs olunması == 2006-cı ilin noyabrında Bakıda nəşr olunan "Sənət qəzeti"ndə çap etdirdiyi "Avropa və biz" məqaləsinə görə həbs olunaraq, Bakı şəhəri Səbail rayon məhkəməsinin 2007-ci il 4 may tarixli hökmü ilə 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 283-cü maddəsi (milli, irqi və dini ədavətin qızışdırılması) ilə təqsirli bilinmişdir. Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 28 dekabr 2007-ci il tarixli əfv fərmanı ilə azadlığa buraxılmışdır. == Ölümü == 2011-ci il noyabrın 19-da naməlum şəxslər onu bıçaqlayıb.
Sarı Tağı
Mirzə Məhəmməd Tağı (fars. میرزا محمد تقی‎) və ya Sarı Tağı (fars. سارو تقی‎) (1579, Təbriz – 11 oktyabr 1645) — Səfəvilər dövründə xədim, öldürülənə qədər Səfəvi şahı I Səfinin (1629-1642) və onun oğlu II Abbasın (1642–1666) vəziri. Sarı Tağı erkən yaşlarında xədim işləməsi üçün yox, I Abbasın dövründə bir kişiyə təcavüz etməkdə günahlandırıldığı üçün axtalanmışdı. Ancaq daha sonra onun günahsız olduğu ortaya çıxmışdı. == Həyatı == === Erkən dövr === Sarı Tağı təqribən 1579-cu ildə Təbrizdə kasıb, orta səviyyəli müsəlman ailəsində anadan olub. Onun ailəsi əmisi Xacə Qasım Əlinin ölümündən sonra biabırçı vəziyyətə düşüb. Sarı Tağı gənclik dövründə İsfahan şəhərində orduda xidmət edib, daha sonra isə Ərdəbil hakimi Zülfüqar xan Qaramanlının maliyyə naziri olaraq xidmət edib. O, eyni vəzifəni Qarabağ bəylərbəyliyinin mərkəzi Gəncədə and Şirvan bəylərbəyliyində icra etdikdən sonra Qarabağ bəylərbəyinin vəziri təyin edilib. Sarı Tağı 1615-ci ildə Mömin adlı dəri ustası tərəfindən ona təcavüz etməkdə günahlandırıldığı üçün I Abbasın əmri ilə axtalanıb və mülkü əlindən alınıb.
Saybalı tayı
Saybalı tayı-Ağcabədi rayonu Yuxarı Qiyaməddinli kəndi ərazisində alınmış oroqrafik obyektlərdən biri. == Toponimikası == Qədim türk dillərində say sözü "daşlıq, düzənlik", "səhra" anlamındadır. Toponimin tərkibindəki balı sözü "sığınacaq", "qala" mənasındadır.saybalı tayı oronim relyef əsasında yaranan mürəkkəb toponimdir. Saybalı şəxs adı da məlumdur. Tağıbəyli elinin saybalı adlı tirəsi də vardır. Ağdam rayonunda Saybalı kəndi var. Vaxtilə Qərbi Azərbaycanda (Ermənistanda ) indiki Kamo rayonunda Saybalı adlı kənd olub. 1918-ci ildə azərbaycanlı əhali kənddən qovulmuş, orada Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir.1946-cı ildə kənd Sarnakunk adlandırılıb.Gəncə quberniyasının (Yelizavetpol) quberniyasının Zəngəzur qəzasında (indiki Sisiyan) da Saybalı kəndi vardır. 1919-cu ildə kəndin əhalisini qovub, oraya gəlmə erməniləri yerləşdirmişlər. 1946-cı ildə ermənilər bu kəndi də Sarnakunk adlandırmışlar.
Sülh Tağı
Sülh tağı - ABŞ-Kanada sərhəddində, Bleyn və Surrey şəhərləri arasında yerləşən abidə. Hündürlüyü 20.5 metrdir. Abidə 1921-ci ildə Samuel Hills tərəfindən tikdirilmişdir. Abidənin tikilməsində məqsəd 1814-cü ildə bağlanan Qent müqaviləsi nəticəsində yaranan ABŞ-Kanada sülh münasibətlərinin yüzilliyini qeyd etmək olmuşdu. Abidə tam olaraq ABŞ-Kanada sərhəddində, Ştatlararası 5 və Avtomaqistral 99 arasında şimal-cənub hərəkət zolaqlarının arasındakı yaşıllıq ərazidə yerləşir. Abidənin tacında hər iki ölkənin bayrağı dalğalanır. Frizin üzərində ABŞ tərəfdə “Children of a common mother” (Bir ananın övladları), Kanada tərəfində isə “Brethren dwelling together in unity” (Birlik içərisində yaşayan qardaşlar) yazısı həkk olunmuşdur. Tağın daxilində iki dəmir qapı yerləşdirilmişdir. Burada “May These Gates Never Closed” (Bu qapılar heçvaxt bağlanmasın) yazılmışdır. Abidə hər iki tərəfdən Sülh Tağı Parkı ilə əhatə olunub.
Tağı Abdullazadə
Tağı İlham oğlu Abdullazadə (5 may 1992; Sədərək, Azərbaycan — 2 noyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Tağı Abdullazadə 1992-ci il mayın 5-də Sədərək şəhərində anadan olub. 1999-2010-cu illərdə Sədərək şəhərində 1 nömrəli tam orta məktəbdə təhsil alıb. Ailəli idi. Bir övladı yadigar qaldı. == Hərbi xidməti == Tağı Abdullazadə 2010-2011-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2019-cu ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Azərbaycan Ordusunun kiçik çavuşu olan Tağı Abdullazadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin və Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Tağı Abdullazadə noyabrın 2-də Hadrutun azad edilməsi zamanı şəhid olub. Sədərək şəhərində dəfn olunub.
Tağı Alıkişiyev
Tağı Allahyar oğlu Alıkişiyev — mühasib, kolxoz sədri.Ali Sovetin Deputati == Həyatı == 1928-ci ildə kəndli ailəsində anadan olmuşdur, azərbaycanlıdır, 1961-ci ildən Sov.İKP üzvüdür, ali təhsili var – Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirmişdir. Əmək fəaliyyətinə 1943-cü ildə kolxozçuluqdan başlamış, mühasib işləmiş, sonra isə Sovet ordusunds xidmət etmişdir. 1954-cü ildən Mirbəşir rayonundakı “Şəfəq” kolxozunda mühasib olmuşdur, 1964-cü ildən isə həmin kolxozun sədridir. Azərbaycan SSR Ali Soveti xarici işlər komissiyasının üzvüdür. Doqquzuncu çağırış Azərbaycan SSR Ali Sovetinə deputat seçilmişdir (Mirbəşir seçki dairəsi). == İstinadlar == Azərbaycan SSR Ali Sovetinin Deputatları. Doqquzuncu çağırış. Bakı: Azərnəşr. 1976.
Tağı Bədirov
Tağı Mürsəl oğlu Bədirov — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR yeyinti sənayesi naziri (1965–1972). == Həyatı == Tağı Bədirov 1907-ci ildə qulluqçu ailəsində anadan olmuşdur. Azərbaycan Sənaye İnstitutunu bitirmişdir.1932-ci ildən Tağı Bədirov Dağıstan balıq trestində mühəndis, baş mexanik, baş mühəndis, trest müdirinin müavini vəzifələrində işləmişdir. 1954-cü ildən Azərbaycan balıq trestinin şöbə rəisi, Azərbaycan SSR Balıq Sənayesi Nazirliyi Donanma İdarəsinin rəisi, 1957-ci ildən Azərbaycan SSR Dövlət Plan Komitəsində şöbə rəisinin müavini, şöbə rəisi, sonra isə Azərbaycan SSR Xalq Təsərrüfatı Şurası Yeyinti Sənayesi İdarəsinin rəisi olmuşdur. 1965–1972-ci illərdə Azərbaycan SSR yeyinti sənayesi naziri vəzifəsində çalışmışdır.Tağı Bədirov Azərbaycan Kommunist Partiyası Təftiş Komissiyasının üzvü olmuş, Azərbaycan SSR Ali Sovetinin 7 və 8-ci çağırış deputatı seçilmişdir. Ona "Azərbaycan SSR əməkdar mühəndisi" fəxri adı verilmişdir.
Tağı Nağıoğlu
Tağı Əliyeviç Nağıyev (Rusiya imperiyası) — Bakı Şəhər İctimai Özünüidarəsinin üzvü, Bakı Şəhər Dumasının üzvü, keçmiş Hümmətçi, Müsavat Partiyası qurucularından biri. == Siyasi fəaliyyəti == 1911-ci ilin oktyabr ayında Bakıda Tağı Nağıyev və Məhəmməd Əli Rəsulzadə ilə Abbasqulu Kazımzadə Məhəmməd Əmin Rəsulzadənin tapşırıq və tövsiyələrinə uyğun olaraq Müsəlman Demokrat Müsavat Partiyasının əsasını qoymuşdur. Məhəmməd Əli Rəsulzadə daha sonralar yazırdı: 1918-ci ildə Bakı Şəhər Dumasının 36 üzvü tərəfindən Duma əvəzinə işə düşəcək Bakı Şəhər İctimai Özünüidarəsinin 46 yeni üzvü seçilmiş bütün 80 üzvün siyahısı 22 sentyabr 1918-ci ildə hökumət tərəfindən təsdiqlənmişdi. Yeni seçilən üzvlər arasında Tağı Nağyev də var idi. == Mənbə == === Ədəbiyyat === Азербайджанская Демократическая Республика: 1918–1920: законодательные акты. Azərbaycan Nəşriyyatı. 1998. 560.
Tağı Nağıyev
Tağı Əliyeviç Nağıyev (Rusiya imperiyası) — Bakı Şəhər İctimai Özünüidarəsinin üzvü, Bakı Şəhər Dumasının üzvü, keçmiş Hümmətçi, Müsavat Partiyası qurucularından biri. == Siyasi fəaliyyəti == 1911-ci ilin oktyabr ayında Bakıda Tağı Nağıyev və Məhəmməd Əli Rəsulzadə ilə Abbasqulu Kazımzadə Məhəmməd Əmin Rəsulzadənin tapşırıq və tövsiyələrinə uyğun olaraq Müsəlman Demokrat Müsavat Partiyasının əsasını qoymuşdur. Məhəmməd Əli Rəsulzadə daha sonralar yazırdı: 1918-ci ildə Bakı Şəhər Dumasının 36 üzvü tərəfindən Duma əvəzinə işə düşəcək Bakı Şəhər İctimai Özünüidarəsinin 46 yeni üzvü seçilmiş bütün 80 üzvün siyahısı 22 sentyabr 1918-ci ildə hökumət tərəfindən təsdiqlənmişdi. Yeni seçilən üzvlər arasında Tağı Nağyev də var idi. == Mənbə == === Ədəbiyyat === Азербайджанская Демократическая Республика: 1918–1920: законодательные акты. Azərbaycan Nəşriyyatı. 1998. 560.
Tağı Oşenyüzən
Tağı Oşenyüzən — Azərbaycanlı bəstəkar Çox kasıb olan bəstəkar ölənə qədər yoxsulluq içində yaşayıb. Bu yoxsulluğa dözməyib və sonda intihar edib. Ölümündən sonra onun evindən həmin 500 lirəlik çek tapılıb. Məlum olub ki, o qədər yoxsulluğa, səfalətə baxmayaraq, bəstəkar çeki pula çevirməyib – çekdə məhz Atatürkün imzası olduğu üçün. 6 oktyabr 1924-cü ildə Mustafa Kamal Atatürk Qars şəhərinə səfər edir. Mustafa Kamal dəmiryol vağzalında mahnılar və folklor oyunları ilə qarşılanır. Bu mahnının bəstəkarı azərbaycanlı Tağı Oşenyüzəndir. Həmin vaxt Atatürk bəstəkarı bu şərqiyə görə mükafatlandırır və ona 500 lirəlik çek yazır. == Mənbə == Azərbaycanlı bəstəkarın ürək dağlayan aqibəti.
Tağı Rzayev
Tağı Əsgər oğlu Rzayev (17 iyul 1895, İrəvan – 1 yanvar 1959) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri. 1918–1920 illərdə Zaqavqaziya Seyminin Müsəlman fraksiyasının üzvü, AXC liderlərindən biri, AXC Parlamentin deputatı və Baş katibi, Araz-Türk Respublikasının naziri Bağır Əsgər oğlu Rzayevin (1893–1827) qardaşı. == Həyatı == İrəvan klassik gimnaziyasında oxumuşdur (1906–1916). Moskva İmperator Unuversitetinə daxil olmuşdur və hüquq fakültəsinin iki kursunu bitirmişdir. AXC Parlamentin 1919-cu il 1 sentyabr tarixli qəranna əsasən, təhsilini yüngül sənayesi mühəndisliyi sahəsində davam etdirmək üçün Paris Universitetinə (Fransa) göndərilmişdir. Təhsilini tamamlanmadan sonra 1924-cü ildə Bakıya qayidıb və "Yoldaş Vladimir İlyiç Lenin" (indiki H. Z. Tağıyev) adına toxuculuq kombinatında əvvəl mühəndis, sonra isə direktor vəzifəsində işləyib. 1952–1958 illərdə Az SSR Toxuculuq Sənayesi Komissarlığında şöbə rəisinin müavini olub. 1 yanvar 1959-cu il tarixində gəfildən infarkt keçirtdi və öldü. Yasamal qəbiristanlığında ailə panteonunda dəfn olunub.
Tağı Tağıyev
Tağı Əzizağa oğlu Tağıyev (7 noyabr 1917, Bakı – 27 iyun 1993, Bakı) — Azərbaycan SSR xalq rəssamı. == Həyatı == Tağı Əzizağa oğlu Tağıyev 1917-ci il noyabr ayının 7-də Bakı şəhərində anadan olmuşdur. Tağı Tağıyev 1931–1935-ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda, daha sonra isə 1940–1941-ci illərdə Moskva Rəssamlıq İnstitutunda oxumuşdur. O, əsasən tematik tablolar, natürmort, portret, mənzərə və məişət səhnələrinin müəllifidir. Azərbaycanda realist boyakarlığının yaradıcılarından olan Tağıyev portret ustası kimi daha məşhurdur. Yaradıcılığında tarixi mövzular və tarixi şəxsiyyətlərin təsviri, əmək adamlarının obrazı və əməyin tərənnümü, doğma təbiətin təsviri mühüm yer tutur. Misal olaraq "Koroğlu dəsgahı", "Poladəridən", "Qaynaqçı", "Göy-göl", "Qarlı yollar"ı qeyd etmək olar. Tağı Tağıyev bir çox xarici – Türkiyə, Yunanıstan, İtaliya, Fransa, İspaniya və s. ölkələrdə olmuş və onların həyatına dair tablolar çəkmişdir. Rəssamın ən yaxşı əsərləri "Uşaqlıq xatirələri", "Abşeron silsiləsi", "El gözəli", "Qarayanız qız" və bir çox rəsm əsərləri Praqa, Pekin, Dakar, Bağdad və s.
Tağı Tağızadə
Tağı Ələkbər oğlu Tağızadə (4 sentyabr 1923, Bakı – 25 noyabr 1998, Bakı) — Azərbaycanlı epidemioloq, tibb elmləri doktoru, professor, Azərbaycan SSR əməkdar elm xadimi (1981). == Həyatı == T. Ə. Tağızadə 1942-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini bitirmişdir. O, əmək fəaliyyətinə 1942-ci ildə Kəlbəcər rayonunda əvvəl epidemioloq və parazitoloq, sonra isə rayon səhiyyə şöbəsinin müdiri, 1943–1944-cü illərdə Yevlax rayonunda sanitar-epidemioloji stansiyanın və eyni zamanda tropik stansiyanın rəisi, 1944–1945-ci illərdə Quba rayon dövlət sanitariya müfəttişi vəzifələrində çalışmışdır. 1945-ci ildə N. Nərimanov adına ADTİ epidemiologiya kafedrasına assistant vəzifəsinə seçilmişdir. 1956–1962-ci illərdə müalicə-profilaktika fakültəsinin dekan müavini, 1966–1968-ci illərdə sanitariya-gigiyena fakültəsinin dekanı olmuşdur. 1962–1966, 1981–1988-ci illərdə Elmi-Tədqiqat Tibbi Parazitologiya və Tropik Təbabət İnstitutunun, 1988–1992-ci illərdə isə Elmi tədqiqat Epidemiologiya, gigiyena və peşə xəstəlikləri institutunun direktoru vəzifəsində işləmişdir. 1964-cü ildən 1992-ci ilə qədər ATU-nun epidemiologiya kafedrasının müdiri, 1992–1998-ci illərdə kafedranın professoru olmuşdur.1968–1975-ci illərdə Səhiyyə Nazirliyinin baş epidemioloqu, 1984–1992-ci illərdə isə baş parazitoloqu olmuşdur. 1974-cü ildən 1992-ci illər ərzində Azərbaycan epidemioloqları, mikrobioloqları və parazitoloqlarının elmi cəmiyyətinin, Səhiyyə Nazirliyinin problem komissiyasının, ATU-nun nəzdindəki İxtisaslaşdırılmış şuranın, profil həkimlərinin attestasiya Komissiyasının sədri, "Azərbaycan Tibb", "Tibbi parazitologiya və parazitar xəstəliklər" (Moskva) jurnallarının redaksiya heyətinin, keçmiş SSRİ-də bir çox cəmiyyət və elmi şuraların üzvü olmuşdur. Geniş erudisiyalı və hərtərəfli biliyə malik olan professor T. Ə. Tağızadə öz elmi-pedaqoji fəaliyyətinin 55 ili ərzində infeksion və parazitar xəstəliklərin öyrənilməsi və onlarla mübarizənin təşkili sahəsində elm və praktikanı qiymətli məlumatlarla zənginləşdirən çoxsaylı tədqiqat işləri aparmışdır. Tədqiqatları, əsasən, leptospiroz, malyariya, helmintozlar və salmonelyoz xəstəliklərinin epidemiologiyasına həsr olunmuşdur.
Tağı İsmayılov
Tağı Mahmud oğlu İsmayılov (1887, Çomaxtur, Şərur-Dərələyəz qəzası – 4 iyul 1958, Çomaxtur, Noraşen rayonu) — istiqlalçı, partizan, "Qırmızı tabor"un komandirlərindən. == Həyatı == Tağı Məşədi Mahmud oğlu İsmayılov 1887-ci ildə Naxçıvanın Şərur mahalının Çomaxtur kəndində anadan olmuşdur. Onun Xorasan Ali Ruhani məktəbində təhsil almış atası Məşədi Mahmud İsmayıl oğlu dövrün uzaqgörən və mütərəqqi şəxsiyyətlərindən olmuşdu. O,yalnız Naxçıvan elində deyil, Cənubi Azərbaycanın bəzi şəhərlərində (Xorasan, Təbriz, Xoy və Makuda) yaşayan dövrün mütərəqqi fikirli maarifçi ziyalıları ilə yaxından dostluq etmişdi. Məşədi Mahmud ali ruhani təhsilli olsa da, onun Avropasayağı dəbdə geyiminə işarə ilə tanıyanlar hörmət və ehtiram əlaməti olaraq ona "Zaqraniçnı Mahmud" deyərmişlər. Heç də təsadüfü deyildi ki, Məşədi Mahmud kiçik yaşlı Tağını Çomaxtur kəndində olan molla məktəbinə deyil, inqilabçı baxışlarına görə Qafqaza sürgün edilmiş maarifçilərdən olan Vanya Petroviçin qonşu Yengicə kəndində yenicə təşkil etdiyi "rus –tatar" ("rus-azərbaycan") məktəbinə qoyur. Tağı ilk gündən şagird qabiliyyəti və cəsarəti ilə müəlliminin diqqətini çəkir. O,bu məktəbdə rus dilində üç il təhsil alır. Ancaq Rusiyada baş verən inqilabı hadisələrdən danışan Vanya Petroviç Tağının mənəvi aləminə ciddi təsir edir, onda yeni dünyagörüş formalaşdırır. Rusiyaya qayıtmalı olan Vanya Petroviç bu müddətdə hörmətini qazanmış Məşədi Mahmuda yaxın adamlarının biri ilə Məşədi Mahmuda sifariş yollayır: "Tağıdan nigaran qalma, o,mənimlə bizə — Armavirə gedir." Tağının Armavirdə Vanya Petroviçin inqilabçı dostları ilə tanışlığı onun həyat tarixçəsində haqsızlığa, ədalətsizliyə, mövcud quruluşun qəddarlığına qarşı mübarizə səhifəsi açır.
Tağı Şahbazi
Tağı Şahbazi Simurq (1892, Bakı – 2 yanvar 1938, Bakı) — Bakı Dövlət Universitetinin ilk azərbaycanlı rektoru (sayca dördüncü) (1926–1929-cu illər), yazıçı, publisist, pedaqoq. == Həyatı == Tağı Şahbazi Simurq 1892-ci ildə Bakının Fatmayı kəndində anadan olmuşdur. İbtidai təhsilini mollaxanada almışdır. 1902–1905-ci illərdə İçəri şəhərdə 9 saylı məktəbdə, sonra Həbib bəy Mahmudbəyovun müdir olduğu birinci rus-tatar məktəbində təhsilini davam etdirmişdir. Məktəbi bitirdikdən bir il sonra, 1913-cü ildə Bakıda Üçüncü Gimnaziyada latın dilindən imtahan verib şəhadətnamə almış, onun əsasında həmin il Xarkov Darülfünunun Fizika və Riyaziyyat fakültəsinin Təbiyyat şöbəsinə daxil olmuşdur. Tələbəlik həyatı inqilabi hadisələr mühitində keçmişdir. 1914-cü ildə Darülfünunu Tibb şöbəsinə keçməsi onu inqilabçı tələbələrə daha da yaxınlaşdırmışdır. 1915-ci ildə "Sosial-Demokrat Bolşevik Firqəsi"nin tələbə fraksiyasına daxil olmuşdur. 1917-ci ildə Bakıda "Hümmət" təşkilatında, 1918-ci ildə Xarkovda "Cənub türk-tatar işçisi" hərəkatında fəal çalışmışdır. == Fəaliyyəti == 1919-cu ildə Ukrayna K(b)P MK yanında "Hümmət" müsəlman bürosunun sədri, RSFSR Xalq Milli İşlər Komissarlığı Zaqafqaziya müsəlmanları şöbəsinin katibi, Şərq Xalqları Kommunist təşkilatları bürosunda məlumat şöbəsinin müdiri olmuşdur.
Tağı Əbdülrəhimov
Tağı İbrahim oğlu Əbdülrəhimov (mart 1907, Salyan, Cavad qəzası – 13 fevral 1983, Bakı) — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR su təsərrüfatı naziri (1951–1953, 1954–1965) və meliorasiya və su təsərrüfatı naziri (1965–1971), Azərbaycan SSR əməkdar irriqatoru (1971), "Stalin" mükafatı laureatı (1951). == Həyatı == Tağı İbrahim oğlu Əbdülrəhimov 1907-ci ildə Salyan şəhərində fəhlə ailəsində anadan olmuşdur. Əmək fəaliyyətinə 14 yaşında, 1921-ci ildə başlamışdır. 1927–1931-ci illərdə Azərbaycan Politexnik İnstitutunda təhsil almış, Azərbaycan Su Təsərrüfatı İdarəsində çalışmışdır.Tağı Əbdülrəhimov 1931-ci ildə topoqrafiya-tədqiqat dəstəsinin rəhbəri olmuşdur. 1932-ci ildə Lənkərana işə göndərilmiş, 1933-cü ildən Salyanda suvarma qurğuları inşaatında, 1935-ci ildən isə yenidən Lənkəranda suvarma sistemləri idarəsində çalışmış, elə həmin ildən suvarma sistemləri idarəsinin rəisi işləmişdir. 1941-ci ildə Azərbaycan Su Təsərrüfatı İdarəsinin rəisi təyin edilmişdir.1947-ci ildə Tağı Əbdülrəhimov Azərbaycan SSR su təsərrüfatı nazirinin müavini vəzifəsinə irəli çəkilmiş, 1951-ci ildən isə su təsərrüfatı naziri olmuşdur. Sonralar Azərbaycan SSR kənd təsərrüfatı nazirinin müavini və başqa məsul vəzifələrdə çalışmış, 1954-cü ildə yenidən su təsərrüfatı naziri vəzifəsinə təyin edilmişdir. 1965-ci ildən isə Azərbaycan SSR meliorasiya və su təsərrüfatı naziri olmuşdur. Bu illər ərzində onun bilavasitə iştirakı ilə Yuxarı Qarabağ, Yuxarı Şirvan və Samur–Dəvəçi kanalları, Bəhramtəpə su qovşağı, Ceyranbatan və Ağsu dəryaçaları, Baş Şirvan və Mil–Qarabağ kollektorları kimi iri qurğular tikilmişdir.Tağı Əbdülrəhimov 1971-ci ildə təqaüdə çıxaraq həyatının sonunadək pedaqoji fəaliyyətlə məşğul olmuş, Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda hidrotexnika və hidromeliorasiya işlərinin texnologiyası və təşkili kafedrasının dosenti işləmişdir.Tağı Əbdülrəhimov 1939-cu ildən Sovet İttifaqı Kommunist Partiyası üzvü olmuş, IV, VI və VII çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir. O, 1954–1956-cı illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvlüyünə namizəd, 1956–1961-ci illərdə Partiya Təftiş Komissiyasının üzvü, 1966-cı ildən isə yenidən Mərkəzi Komitə üzvlüyünə namizəd olmuşdur.
Tağı Əhmədov
Əhmədov Tağı Məhəmməd oğlu (1 fevral 1949, Güney Qışlaq, Şahbuz rayonu) — Bakı Metropoliteninin sabiq rəisi (1998–2014), Azərbaycan Dama Federasiyasının vitse-prezidenti, Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri. == Həyatı == Tağı Əhmədov 1 fevral 1949-ci ildə Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun Yuxarı Remeşin (indiki Güney Qışlaq) kəndində anadan olmuşdur. 1965-ci ildə Naxçıvan Kənd Təsərrüfatı Texnikumunu, 1977-ci ildə Azərbaycan Politexnik İnstitutunu, 1987-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirmişdir. 1965-ci ildən "Badamlı" zavodunda fəhlə, 1970–1994-cü illərdə Bakı Metropoliteninin tunel qurğuları və yol xidmətində tunel fəhləsi, böyük tunel ustası, distansiya rəisi, 1994–1998-ci illərdə tunel qurğuları xidmətinin rəisi işləmişdir. 1997-ci ildən Azərbaycan Memarlıq və İnşaat Universitetinin aspirantıdır. Texnika elmləri namizədidir. 1998–2014-cü illərdə Bakı Metropoliteninin rəisi vəzifələrində çalışmışdır. "Tunellərin zəlzələyə davamlılığı" mövzusunda tədqiqat işi aparır. "Fəxri Dəmiryolçu", "Bakı meropoliteni veteranı" döş nişanları, "Şöhrət ordeni" və "Azərbaycan Resbulikasının Əməkdar mühəndisi" fəxri adı və nişanı ilə təltif edilib. 2005-ci ildən Beynəlxalq Nəqliyyat Akademiyasının həqiqi üzvüdür.
Tağı Ərani
Tağı Əbülfət oğlu Ərani (5 sentyabr 1902, Təbriz – 4 fevral 1940, Tehran) — İran inqilabçısı və milliyətçisi, fars dilində nəşr olunan "Dünya" marksist jurnalının təsisçisi və redaktoru. == Həyatı == === Uşaqlıq və yeniyetməlik illəri === Tağı Ərani 1902-ci il sentyabrın 5-də Təbriz şəhərində, məmur ailəsində anadan olmuşdur. Atası Əbülfət Ərani İranın maliyyə nazirliyində vergi yığan idi. Bu vəzifə az müddətdə xeyli var-dövlət toplamaq imkanı verirdi. Bir çox mə'murlar belə də edirdilər: onlar soyğunçuluq və aldatma yolu ilə dövlət yığır, özləri üçün mənsəb və rütbə satın alırdılar. Lakin Əbülfəth Ərani bu yol ilə gedə bilmirdi; o, öz vəzifəsini namus və vicdanla yerinə yetirir, yeri düşəndə zəhmətkeşlərin ağır vəziyyətini yüngülləşdirirdi. 1907-ci ildə Ərani ailəsi Tehrana köçdü. Bundan sonra Əbülfət Ərani öz xidmətinə görə tez-tez və uzun müddətə əyalətlərə getməli olurdu. Evi dolandırmaq və uşaqları böyüdüb tərbiyələndirmək dərd–sərini Tağının anası çəkirdi. Bu zəhmətsevən, xeyirxah və mehriban qadın evi bacarıqla dolandırır, uşaqları–bircə oğlunu və iki qızını nəvazişlə tərbiyələndirirdi.
Tabi
Tabi (yap. 足袋) — Yaponların ənənəvi milli corabı. Ayaq biləyinə qədər hündürlüyə malik olan pambıq üzü və pambıq astarlı, klassik ağ rəngdə və də bağlamaq üçün dəmir sancaqlara malik bu corablar adət etdiyimiz corablardan həm də baş barmağının digər barmaqlardan ayrılması ilə fərqlənir. Bu formada olduqlarından onları kişi və qadınlar zori, geta və digər qayış və ya ipli ənənəvi ayaqqabılarla geyinə bilirlər. Tabi milli geyimləri — kimono (yap. 着物) və digər vafuku (yap. 和服 — Yaponiya geyimi) növlərini, eləcə də, orta əsrlərdə samuray paltarlarını bir növ tamamlayır. Tabinin daha geniş yayılmış forması ağ rəngdədir. Ağ tabilər rəsmi mərasimlərdə, məsələn, məşhur çay mərasimi zamanı geyinilir. Kişilər səfərlər zamanı bəzən qara və göy tabi geyinir.
Taif
Taif (ərəb. الطائف‎) — Səudiyyə Ərəbistanının qərbində Məkkə vilayətində şəhər. Məkkədən 70 km cənub-qərbdə, dəniz səviyyəsindən 1751 m yüksəklikdə tarixi Hicaz regionunda yerləşir. Regionun əlverişli iqlimi nəticəsində şəhər ətrafında kənd təsərrüfatı inkişaf etməkdədir. Burada meyvə, tərəvəz və taxıl yetişdirilir. Taif şəhərində Səudiyyə hökumətinin yay iqamətgahı yerləşir. == Tarixi == Taif şəhəri VI əsrdə yaranmışdı. Şəhərin adı burda yaşayan Saqif ailəsi ilə bağlıdır. Taif Məkkədən 100 km cənub-şərqdə yerləşirdi. 630-cu ildə Xilafət tərkibinə daxil olan şəhər, 1517-ci ilə qədər onun tərkibində qalır.
Tali
Tali — Zəngilan rayonunun cənub-qərbində dağ. Araz çayının yaxınlığında yerləşir. Hündürlüyü 660 m. Talit variantında da qeydə alınmışdır. Oronim ərəb dilindəki tal sözündən və i(t) şəkilçisindən düzəlib, "çara, yüksəklik, baş, zirvə” deməkdir.
Tаci
Taci (ərəb. التاجي‎)— İraqın mərkəzində, Bağdad mühafəzəsində şəhər. Tacinin təxminən 200.000 əhalisi var. Çoxları əkinçilik və kənd təsərrüfatı sektorunda çalışan sünni ərəb müsəlmanlardır.
Şafi
Məhəmməd ibn İdris əş-Şafii (28 avqust 767, Qəzzə, Abbasilər – 20 yanvar 820) — Şafi məzhəbinin banisi. == Həyatı == Şafii məzhəbinin qurucusu Məhəmməd ibn İdris əş-Şafii 767-ci ildə Qəzzədə (Fələstində) dünyaya gəlmişdir. Soyu Qureyş tayfasındandır. Erkən yaşlarından atasını itirib ehtiyac içində böyüyən, lakin istedadlı olan gənc Məhəmməd Quran və hədisləri mükəmməl öyrənmiş, sonra isə Məkkəyə köçüb, tanınmış alimlərdən müxtəlif elmlərə dair dərs almışdır. Daha sonra bacarıq və istedadı sayəsində çeşidli dövlət vəzifələrində çalışmış, müəllimlik fəaliyyəti ilə də məşğul olmuşdur. Ömrünün çox hissəsini Bağdadda, son illərini isə Misirdə keçirmiş və 820-ci ildə orada da vəfat etmişdir. == İmam əş-Şafinin nəsəbi == O, Əbu Abdilləh Muhəmməd bin İdris bin Abbas bin Osman bin əş-Şafi bin Səib bin Ubeyd bin Abdi Yezid bin Haşim bin əl-Muttalib bin Abdi Manaf əl-Muttalibi əl-Qureyşidir. Rəsulullah - səllallahu aleyhi və alihi səlləmin - nəsəbi ilə babası Abdu Manaf ibnu Qusayda birləşir. Künyəsi Əbu Abdilləhdir. Amma Əbu Hənifədən fərqli olaraq künyəsi ilə deyil babası əş-Şafiyə nisbəti ilə məşhurdur.
Haşim Taçi
[mənbə göstərin] Haşim Taçi (24 aprel 1968) — Kosovo Respublikasının baş naziri. Kosovo Demokratik Partiyasının prezidenti. Priştina Universitetində tarix üzrə oxuyub.
Kafi şərt
Kafi şərt - Verilmiş hökmün alındığı hər hansı şərt. Kafi şərt zəruri olmaya da bilər. Kafi şərt zəruri şərtlə yanaşı riyaziyyatın çox mühüm anlayışlarından biridir. Riyaziyyatın çox teoremləri "zəruri" və "kafi" dir terminləri ilə ifadə olunur. Müəyyən bir hökmün doğruluğu üçün bir və ya bir - neçə kafi şərt söyləmək olar. Məsələn, qabarıq dördbucaqlının paraleloqram olması üçün aşağıdakı şərtlərin hər biri kafidir. 1) İstənilən iki tərəfin bir-birinə bərabər və paralel olması; 2) Qarşı tərəflərin cüt-cüt bərabər olması; 3) Dördbucaqlının simmetriya mərkəzinin olması və s. == Ədəbiyyat == 1. M.Mərdanov, S.Mirzəyev, Ş. Sadıqov Məktəblinin riyaziyyatdan izahlı lüğəti. Bakı 2016, "Radius nəşriyyatı", 296 səh.
Miçiyo Taki
Miçiyo Taki — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Nafi Cusoyti
Nafi Cusoyti — Sovet və Osetiya şairi, dramaturq, publisist, ədəbiyyatşünas, tərcüməçi, Osetiyanın xalq yazıçısı. Filologiya elmləri doktoru, Gürcüstan SSR Elmlər Akademiyasının müxbir üzvü, Yabloko Narts mükafatı laureatı. Şair Taymuraz Hacetinin qardaşı. == Bioqrafiya == Cənubi Osetiyanın Kudar dərəsində kəndli ailəsində anadan olmuşdur. 1941-ci ildə Kirov orta məktəbini qızıl medalla bitirib və Böyük Vətən müharibəsinin başlaması ilə iyulun 24-də könüllü olaraq cəbhəyə yollanır. 1945-ci ilin noyabrında tərxis edilir. 1945-ci ildə müharibə bitdikdən sonra Cənubi Osetiya vilayət partiya komitəsinin təlimatçısı kimi işə başlayır. 1947-ci ildən 1949-cu ilə qədər Cənubi Osetiya başlıqlarının senzurası, "Zarya Vostoka" qəzetinin Cənubi Osetiyada xüsusi müxbiri işləyir. V.I. adına Şimali Osetiya Dövlət Pedaqoji İnstitutunun Tarix fakültəsində qiyabi təhsil alır. 1949-cu ildə məzun olur.
Taif (şəhər)
Taif (ərəb. الطائف‎) — Səudiyyə Ərəbistanının qərbində Məkkə vilayətində şəhər. Məkkədən 70 km cənub-qərbdə, dəniz səviyyəsindən 1751 m yüksəklikdə tarixi Hicaz regionunda yerləşir. Regionun əlverişli iqlimi nəticəsində şəhər ətrafında kənd təsərrüfatı inkişaf etməkdədir. Burada meyvə, tərəvəz və taxıl yetişdirilir. Taif şəhərində Səudiyyə hökumətinin yay iqamətgahı yerləşir. == Tarixi == Taif şəhəri VI əsrdə yaranmışdı. Şəhərin adı burda yaşayan Saqif ailəsi ilə bağlıdır. Taif Məkkədən 100 km cənub-şərqdə yerləşirdi. 630-cu ildə Xilafət tərkibinə daxil olan şəhər, 1517-ci ilə qədər onun tərkibində qalır.
Taif şəhəri
Taif (ərəb. الطائف‎) — Səudiyyə Ərəbistanının qərbində Məkkə vilayətində şəhər. Məkkədən 70 km cənub-qərbdə, dəniz səviyyəsindən 1751 m yüksəklikdə tarixi Hicaz regionunda yerləşir. Regionun əlverişli iqlimi nəticəsində şəhər ətrafında kənd təsərrüfatı inkişaf etməkdədir. Burada meyvə, tərəvəz və taxıl yetişdirilir. Taif şəhərində Səudiyyə hökumətinin yay iqamətgahı yerləşir. == Tarixi == Taif şəhəri VI əsrdə yaranmışdı. Şəhərin adı burda yaşayan Saqif ailəsi ilə bağlıdır. Taif Məkkədən 100 km cənub-şərqdə yerləşirdi. 630-cu ildə Xilafət tərkibinə daxil olan şəhər, 1517-ci ilə qədər onun tərkibində qalır.
Taqi Əsgərov
Taqi Nizami oğlu Əsgərov (9 aprel 2001; Gəncə, Azərbaycan — 8 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Taqi Əsgərov 2001-ci il aprelin 9-da Gəncə şəhərində anadan olub. 2007-2018-ci illərdə Gəncə şəhərinin 6 nömrəli tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Taqi Əsgərov 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi. Azərbaycan Ordusunun əsgəri olan Taqi Əsgərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Taqi Əsgərov noyabrın 8-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Gəncə şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Taqi Əsgərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Taqi Əsgərov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Taqi Əsgərov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Taqi Əsgərov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Xan bağı (Bakı)
Xan bağı - İçərişəhərdə yerləşən və Bakı xan sarayı kompleksinin tərkibində olan tarixi bağdır. Xan bağı sarayın birinci həyətinə, xan ailəsinə məxsus evin qarşısında yerləşir. Bağın mərkəzində kiçik hovuz yerləşir. Həmçinin bağ ərazisində ovdan və təndir vardır. Park ərazisində Azərbaycan florasının ayrılmaz ünsürləri olan Eldar şamı, çinar, sərv, ağcaqayın və digər ağaclar saxlanılmış, əlavə olaraq isə müvafiq sahədə gümüşvari küknar, ağ akasiya, leylan sərvi, adi yasəmən, Şərq tuyası, müxtəlif qızılgül kolları vardır. 2018-ci ildən Bakı xan sarayı kompleksi ərazisində bərpa və yenidənqurma işlərinə start verilmişdir. == Tarixi == Bakı xan sarayı şəhərin qədim nüvəsi olan İçərişəhərdə tikilmişdi. Kompleksin inşasına 1754-cü ildə Əbdülrəhim bəy və Mehdiqulu bəyin sifarişi ilə başlanılmışdır. Kompleksin ilk tikililəri Böyük Qala küçəsi boyunca tikilmiş, sonrakı yüzillik ərzində, yəni XIX əsrin sonlarına kimi həyət istiqamətində də tikililərin sayı artırılmışdır. Azərbaycanın SSRİ tərkibinə qatılmasına kimi sarayın birinci həyətində bulaqlar və bağ mövcud idi.
Yapon bağı (Bakı)
Yapon bağı — Azərbaycanın Bakı şəhərində, Xətai rayonunun Heydər Əliyev parkında yerləşən yapon üslubunda bağ. == Tarixi == Azərbaycanda ilk yapon bağı 2009-cu ilin oktyabrında İsmayıllı rayonunda tikilmişdir. Açılış mərasimində prezident İlham Əliyev iştirak etmişdir.Bakıda yapon bağının salınması barədə qərar 2014-cü ildə verilmişdir. Tikinti işləri isə 2015-ci ilin fevralında başlamışdır. Tikintidə Yaponiyadan gəlmiş 11 nəfər mütəxəssis çalışmışdır. Bağın açılışı 15 oktyabr 2015-ci ildə baş tutmuşdur. Açılış mərasimində Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov, Yaponiyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Tsuquo Takahaşi, Azərbaycan Respublikası Prezident Administrasiyasının məsul əməkdaşı Tağı Tağıyev, Yapon bağları və parklarının salınması və dizaynı üzrə ixtisaslaşmış "Kosugi Zohen" şirkətinin prezidenti Saki Kosuqi və rayon sakinləri, səlahiyyətli şəxslər iştirak ediblər. == Xüsusiyyətlər == Parkda qədim Yaponiya mədəniyyətini, folklorunu və milli ornamentlərini əks etdirən atributlar, torii quraşdırılıb, İtaliyanın Pistoya şəhərindən gətirilmiş sakura, aser, şam ağacı və digər yapon mənşəli ağac və gül kolları əkilib. Xızı rayonundan gətirilən təbii qaya və çay daşlarından şəlalə kompleksi yaradılıb, eləcə də oturacaqlar quraşdırılıb.
Tasi mədəniyyəti
Tasi mədəniyyəti - Yuxarı Misirdə aşkarlanmış ən qədim arxeoloji mədəniyyət olub, təxminən e.ə. 4500-cü ildə yaranmışdır. == Ümumi məlumat == Mədəniyyət öz adını dəfn artefaktlarının tapıldığı Nilin şərq sahilində, Asut və Axmim şəhərləri arasındakı Deir-Tasa ərazisindən götürmüşdür. Tasi mədəniyyətinin əsas xarakterik göstəricisi yuxarı hissəsi və içi qara rəngdə olan ketamik qablardır. Ümumiyyətlə bu cür keramik qablar Qədim Misirdə sülalədən əvvəlki dövrün periodizasiyasını verməyə imkan verir. Misiroloq Flinders Pitrinin yaratdığı xüsusi sistemlə sülalədən əvvəlki dövr aid istənilən keramikin təxmini tarixini vermək olar. Bu zaman artefaktın tutacaqlarına istinad edilir. Arxeoloji qazıntılar nəticəsində bu mədəniyyətə aid məzarlıqlar tapılmışdır. Əldə edilən daşlaşmış skeletlər Merimde mədəniyyətinə aid skeletlərə oxşayır. Araşdırmalar göstərir ki, bu dövrün insanları dolixosefal, yəni uzunsov başlı, iri gövdəli olurlar.
Tati Qabriel
Tatiana Qabriel Hobson (ing. Tatiana Gabrielle Hobson; 25 yanvar 1996, San-Fransisko, Kaliforniya) — ABŞ aktrisası. Əsasən Tati Qabriel olaraq tanınır. == İlk illəri == Tati Qabriel 25 yanvar 1996-cı ildə Kaliforniya ştatının San-Fransisko şəhərində anadan olmuşdur. Atası qara, anası isə qara və koreyalıdır. Övladlığa götürüldüyü ailəsi Cənubi Koreyada yaşayan qara amerikalı ailədir.Qabriel 3 yaşında modelliyə başlamışdır. 5 yaşında isə Macy's və Nordstorm mağazaları üçün modellik etmişdir.
Hacı dayı
Hacı dayı — Azərbaycan şifahi xalq ədəbiyyatında əslən Azərbaycanın Şəki şəhərindən olan lətifə qəhrəmanı.
Mərədərə-darı dağı
Mərədərə-darı dağı — Culfa rayonu ərazisində dağ (hünd. 1093,6 m). Zəngəzur silsiləsindən cənub-qərbə ayrılan Dəmirlidağ-Göydağ qolunun cənub istiqamətli Gəvək şaxəsinin qərb yamacında, Qaradərəçayın aşağı axınında, onun sol sahilində zirvə. Dizə kəndindən 1,5 km-dək cənub-şərqdədir. Alt Eosenin İpr mərtəbəsinin orta hissəsinə aid Gilançay lay dəstəsinin terrigen-çökmə süxurlarından təşkil olunmuş, qərb və cənub yamacları sıldırımlı günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentinin cənub-qərb cinahına aid Qarakəmər sinklinalının geniş cənub-qərb qanadında yerləşir.