Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Tamqalı
Tamqalı ― Qazaxıstanın Yeddisu şəhərində yerləşən petroqliflər. Tamqalı 2004-cü ildə UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir. Ərazi Almatıdan 170 km şimal-qərbdə yerləşir. Qazax və digər türk dillərində Tamqalı adı "boyalı və ya işarələnmiş yer" mənasını verir. Tamqalı dərəsinin daş qalereyası ilk dəfə 19 sentyabr 1957-ci ildə Qazaxıstan SSR Elmlər Akademiyası Tarix və Arxeologiya İnstitutunun Cənubi Qazaxıstan arxeoloji ekspedisiyasının Yeddisu dəstəsi tərəfindən, Qazaxıstanın ilk peşəkar arxeoloqu Anna Qeorqiyevna Maksimovaniçin rəhbərliyi ilə aşkarlanmışdır. Son yarım əsrdə burada onlarla elmi ekspedisiya keçirilmiş və alimlər qədim insanların həyatları ilə bağlı yeni dəlillər tapmışdırlar. Bu gün qoruq 3800 hektar ərazini əhatə edir. Burada yaşayış yerləri, mazarlar, daş oymalar, petroqliflər (5000-dən çox təsvir daxil olmaqla) və dini tikililərmövcuddur. Müxtəlif dövrlərə aid yüzə yaxın abidədən ibarət qoruq, misilsiz bir arxeoloji kompleksdir. Tamqalıda 48 sahə arasında paylanmış təqribən 5 000 petroqlif var.
Qaybalı
Qaybalı — Azərbaycan Respublikasının Şuşa rayonunun Qaybalı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Şuşa rayonunun Qeybalı kəndi Xəlfəli kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Qeybalı kənd Soveti yaradılmışdır. 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Qaybalı kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikasının nəzarətinə qayıtmışdır. Kənd keçmişdə Qeybalıkənd adlanmışdır. Bu ad qismən təhrifə ugramışdır. Yaşayış məntəqəsini vaxtilə Cənubi Azərbaycanın Xoy mahalındakı Qeybəyli (Qayıbaylı) kəndindən koçüb gələnlər salmışlar. Bəzi tədqiqatçılar bu toponimi Qeybalı şəxs adi ilə əlaqələndirirlər. Qaybalı kəndi Əzət bəyim Cavanşirə məxsus olub.
Saybalı
Saybalı (Ağdam) — Azərbaycan Respublikasının Ağdam rayonunun Bağbanlar kənd inzibati ərazi dairəsində kənd. Saybalı (Sisyan)— Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Sisyan rayonu ərazisində kənd.
Tasmalı
Tasmalı (Qax) — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd. Tasmalı (Türkman) — Qərbi Azərbaycan ostanının, Urmiya şəhristanının, Mərkəz bəxşinin, Türkman dehestanında kənd.
Tayıflı
Tayıflı — Azərbaycan Respublikasının Oğuz rayonunun inzibati ərazi vahidində kənd. Kəndin əsl adı Tayıblıdır. "B" səsinin "f" ilə əvəzlənməsi Azərbaycan dilinin qərb qrupu üçün və eləcə də bir sıra türk dilləri üçün səciyyəvidir. Yaşayış məntəqəsinin adı keçmişdə maldarlıqla məşğul olmuş tayıblı nəslinin adı ilə bağlıdır. Kəndin ərazisi vaxtilə həmin nəslin əkin yeri olmuşdur. "Tayıflı" sözü üç hissədən ibarətdir: tay-ıf-lı. "Tay"ın "Azərbaycan dilinin izahlı lüğəti"ndə iki məna daşıdığı bildirilir: 1) bərabər, münasib, 2) qoşa şeylərdən biri – dağın, dərənin, çayın tərəflərindən biri. Kəndin mərkəzindən keçən yol vaxtilə çay olmuş, bu çayın hər iki tayında, tərəfində evlər tikilmiş, kənd salınmışdır. "Tay" həm də ucalığı bildirir. "Altay" sözündə (al-tay, yəni "uca dağ") olduğu kimi.
Aynalı
Aynalı və Ağlyanlı — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Talin rayonunda kənd. Aynalı (Susuz) — Qars ilinin Susuz ilçəsinin Mərkəz bucağında kənd. Aynalı (Xudafərin) — İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd.
Qayalı
Kəndlər Qayalı (Bərdə) — Azərbaycanın Bərdə rayonunda kənd. Qayalı (Qubadlı) — Azərbaycanın Qubadlı rayonunda kənd. Qayalı (Şörəyel) — Ermənistan Respublikasının Şörəyel mahalında kənd. Qayalı (Dərələyəz) — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, sonralar keçmiş Paşalı (Əzizbəyov, Vayk) rayonun ərazisində kənd. Bələdiyyələr Qayalı bələdiyyəsi — Digər Qayalı (Kəkildağ) düşərgəsi Qayalı dağlar — Şimali Amerika Kordilyer dağlarının şimalında dağ sistemi.
Tayqa
Tayqa (c.alt. tayγa, rus. тайга) — Yerin təbii zonası. Avrasiya və Şimali Amerikanın şimalında yayılmış iynəyarpaqlı meşə zolağıdır. Ərazidə üstünlük təşkil edən bitki tipi tayqa mamırlı, mamırlı-kolluqlu və otlu-kolluqlu meşələrdir ki, cənubda onları yarpaqlı və enliyarpaq meşələr əvəz edir. Burada subasar çəmənliklərdə və ağacların altında çəmən ot bitkiləri də geniş yayılmışdır. Böyük sahələr, xüsusən də Qərbi Sibirdə bataqlıq assosiasiyaları ilə örtülmüşdür. Zonanın Avropa və Qərbi Sibir hissəsi iqlim şəraitinə, bitki və torpaq örtüyünə görə şimaldan cənuba üç yarım zonaya bölünür: şimali, orta və cənubi tayqa. Bu yarımzonalarda tünd iynəyarpaq meşələr hakimdir. Burada əsas meşəəmələgətirən ağaclar küknar, şam, ağ şam və sidrdir.
Faydalı qazıntılar
Faydalı qazıntılar — insanların təbiətdən əldə edərək, sənayedə və məişətdə effektli istifadə etdiyi kimyəvi maddələr və qiymətli daşlar. Faydalı qazıntı axtarmağın tarixi 12 −15 min il əvvələ qədər uzanır. Yer qabığında 88 kimyəvi element mövcuddur. Bu kütlədə oksigenin payı 47, silisium −27, alüminium −8, dəmir −5, kalsium −5, natrium, maqnezium və kalium 2–2,7 faiz təşkil edir. 4 elementin (titan, fosfor, manqan, hidrogen) payı 1% və digər 76 elementlərin payı cəmi 0,41% -dir. Bu kimyəvi elementlər yer qabığında sərbəst kristallokimyəvi sistem –bərk minerallar yaradır. Minerallar – təbii və süni yaranan dayanıqlı kimyəvi birləşmələrdir. Minerallar birlikdə dağ süxurlarını (dunitləri, piroksenləri, qabbronu, bazaltları, dioritləri, qranatları, qranodioritləri və s.) təşkil edirlər. Dağ süxurlarından daha dərin, maqma ilə əlaqədar olan dunitlər və piroksenlər sayılır ki, onunla almaz, xromit, qızıl, platin, nikel yataqları; qabbroidlərlə — dəmir, nikel titan, vanadium, mis; diorit, qranodioritlərlə — mis, molibden, volfram; qranitlərlə nadir metallar (qalay, volfram, beril, litium, tantal, uran və s.) yataqları əlaqədardır. == Kreyter sxemi == Dünyada sənaye tələbatına görə faydalı qazıntı yataqlarının "Kreyter sxemi" deyilən bir sxemi qəbul olunub; bu sxem aşağıdakı şəkildədir: mineral yanacaq (kömür, neft, qaz, torf və s.) qara metal filizləri (dəmir, titan, manqan, xrom və s.) əlvan metal filizləri (sink, qurğuşun, qalay, alüminium, civə, sürmə və s.) qiymətli (nəcib) metal filizləri (qızıl, platin, və s.) nadir metal və səpinti elementlər (litium, beril, tantal, sirkonum, stronsium, molibden, volfram və s.) kimya sənayesi üçün filizlər (daş duz, apatit, kükürd, flüorit və s.) sənaye xammalı filizləri (almaz, asbest, talk, muskovit, qrafit, abraziv qranat və s.) flüslər, metallurgiya sənayesi üçün odadavamlı xammal və dulusçuluq istehsalı üçün xammal (əhəngdaşı, dolomitlər, gillər, kvars, çöl şpatı, olivin, kalsit, diatomit və s.) tikinti materialları (but və üzlük daşlar, çınqıl, qravi, qum, gil, əhəngdaşı və s.) qiymətli və zərgərlik daşları (ametist, qranat, kvars, peqmatitlər və s.) içməli və mineral sular.
Halqalı cürə
Halqalı cürə (lat. Callonetta) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi.
Havsallı tayfası
Havsallı tayfası — Cavanşir elinin Yağləvənd oymağının böyük qolu. == Tarixi == Cavanşir elinin Yağləvənd oymağının böyük tayfalarından biri də havsalılıdır. Havsalılı adının açımı xalq yozumunda Yağləvənd oymağının əsasını qoyan iki bacıdan birinin — Hafizənin törəməsi, hafizəlilər anlamındadır. Əslində isə havsalılar orta çağda yaşamış ünlü din xadimi Hafiz Alının törəməsidirlər. Havsalılı tayfası xələfli, pəricahanlı, məhərrəmuşağı, niyarlı, kəlbiyəlilər və başqa tirələrə bölünür. == Mənbə == Ənvər Çingizoğlu, Cavanşir eli: Yağləvəndlilər, Bakı, 2014.
Həbəşistan çaqqalı
Həbəşistan çaqqalı (lat. Canis simensis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin i̇tlər fəsiləsinin canavar cinsinə aid heyvan növü.
Kolanı tayfası
Kolanı tayfası — Azərbaycanda yaşayan tayfa. Bəzilərinə görə türk tayfası, bəzilərinə görə isə kürd və türklərdən ibarətdir. Kolanıların yaşadığı Ağdam, Ağdərə, Kəlbəcər, Şirvan, Naxçıvan və İrəvan bölgələrinə aid 19-cu əsrə aid bütün siyahıyaalmalarda Kolanı kəndlərin əhalisi istisnasız olaraq milliyətcə tatar (azərbaycanlı), danışdığı dil tatar (Azərbaycan dili), din İslam-şiə olaraq qeydiyyata alınmışdır. == Etimologiyası == Tədqiqatçıların mülahizəsinə görə, Kol, Kül, Gül qədim türklərdə "böyük" mənasında işlənmiş (məsələn, Kül Təgin-Gül Tigin, Kol Erki), bu söz toplum anlamında isə "çoxluq, böyük, el" mənalarını ifadə edir. Güman edilir ki, "kul, kol" tayfa adı olaraq işlənmiş, "an" şəkilçisini isə "yaşayış yeri" mənasında izah etmək daha düzgündür. Köçdükləri yeni yerlərdə "Kol, Kul tayfasının yaşadığı yer" mənasında işlənən "Kolan, Kulan" toponiminə mənsubiyyət bildirən "lı" şəkilçisi də əlavə olunaraq bu yerə aid olan tayfanı xarakterizə etmişdir. Yəni, "Kolan, Kulan yaşayış yerindən olanlar". Mülahizələrə görə adın əsli Kolanlı olmuş, dildə "Kolannı" kimi də işlənmiş, sonradan yazıya köçürüldükdə bir "n" hərfi də düşərək Kolanı yazılmışdır. Azərbaycan ərazisində bu tayfanın adı ilə bağlı bir çox toponimlər mövcud olmuşdur. == Tarixi == Orta əsrlərə aid mənbələrdə Anadoluda, Kilis ərazisində oğuzların bayat qoluna bağlı hesab edilən Kolanlu tayfasının yaşadığının əks olunması, Kolanı tayfasının oğuzların bir qolu olan qarapapaqlara aid edilməsi, Qazax-Borçalı bölgəsində yaşamış Qarapapaq tayfası barədə araşdırmada bu tayfanın qolları içərisində Kolanıların da adı qeyd olunması, Kolanlıların oğuz tayfalarının üstünlük təşkil etdiyi Qaraqoyunlu tayfa ittifaqının tərkibində olması, Türkiyənin Yozqat vilayətində yerləşən Kolanlı kəndi sakinlərinin türkmən-oğuz mənşəli hesab olunması, Anadolu ərazisində yaşamış oğuz tayfa ittifaqına daxil olmuş tayfalardan birinin Kolanşam türkmənləri adlandırılması, bu tayfanın adı ilə bağlı olduğunu güman edilən Golan yer adının Türkmənistanın şimalında, Daş Oğuz (Dış Oğuz) vilayətində yerləşməsi, XVI əsrdə Anadoluda, Sivasda oğuzlarla bağlı olduğu irəli sürülən Kayı-Kolan kənd adının olması əsasında bu fikrə gəlmək olur, lakin bəzi tədqiqatçılar bu tayfanı bulqar, peçeneq, kəngərli və digər türk tayfalarına da aid edirlər.
Maak qanqalı
Maak qanqalı (lat. Cirsium maackii) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin qanqal cinsinə aid bitki növü.
Qacar tayfası
Qacar tayfası (Qacar qəbiləsi; Qacar oymağı; Qacar soyu) — Oğuz türklərinin Bayat boyuna mənsub oymağı (qəbiləsi). "An Ethnohistorical dictionary of the Russian and Soviet empires"-ə görə bu gün azərbaycanlıların İranın şimalında yaşayan sub-etnik qrupudur. Kompakt şəkildə Gorgan ostanının Sovar-Şaku şəhristanında və Mazandaran ostanının Xəzər-Cərib vadisində yaşıyırlar. Sayları 35 mindən çoxdur. Qacarların əcdadları XIII-XIV əsrlərdə Orta Asiyadan Ön Asiyaya köç etmişlər. Qacar hərbçiləri Səfəvilər dövlətinin hərbi dayağı olmuşlar. Qacarların əksər hissəsi şiə müsəlmanlar, az bir hissəsi isə sünnilərdir. Vadidə əkinçiliklə, dağlarda isə heyvandarlıqla (keçi və qoyun bəsləmənməsi) məşğul olurlar. Bir çox qacarlar şəhərlərdə yaşayırlar və yüksək sosial statusa malikdirlər. Qacarların əhəmiyyətli bir hissəsi farslar tərəfindən assimilə olunmuşdur.
Qarabayramlı tayfası
Qarabayramlı tayfası — Hacısamlı camaatının qoludur. Qarabayramlı tayfasının ulu babası Qara Bayram Şəvə oğludur. Qarabağ xanlığının Qaraçorlu mahalında qərar tutmuşdular. Qarabayramlı tayfası indiki Laçın rayonundakı Şəlvə, Qabaqtəpə-Daşlı, Kalafalıq-Daşlı, Canıbəyli, Narışlar, Vəlibəyli, Budaqdərə, Hacıxanlı, Qovuşuq, Kaha kəndlərini yaratmışdılar. Bəzi mənbələrdə Qarabayramlı tayfasının məskunlaşıb yaşadığı kəndlərin əhalisinin kürd əsilli olması qeyd edilsə də aparılan dəqiq araşdırmalar nəticəsində bu məlumatın kökündən yanlış olduğu ortaya çıxmışdır Tayfa üzvlərindən bir nəfərdə olsun kürd dilində bilmirdi. Kəndlərin binasını qoyan və sonralar da kəndlərdə yaşayan əhali azərbaycan türkləri olmuşdur. Ənvər Çingizoğlu. Hacısamlı camaatı. "Soy" dərgisi, Bakı, 2009.
Qaraçanlı tayfası
Qaraçanlı tayfası — Hacısamlı camaatının qoludur. Qarabağ xanlığının Qaraçorlu mahalında qərar tutmuşdular. Qaraçanlı tayfası indiki Laçın rayonundakı Qaraçanlı-1, Qaraçanlı-2 Qorçu, Qarabəyli, Zağaaltı, Lolabağırlı, Ərikli, Güləbird, Kəlbəcər rayonundakı Qaraçanlı və başqa yaşayış məntəqələrinin əsasını, ilk daşını qoydular. Ənvər Çingizoğlu. Hacısamlı camaatı. "Soy" dərgisi, Bakı, 2009. Ənvər Çingizoğlu. Qaraçorlu mahalı. "Soy" dərgisi, 7 (51), Bakı, 2011. səh.97–106.
Qasımuşağı tayfası
Qasımuşağı tayfası — Hacısamlı oymağının bir tayfası. Qasımuşağı tayfası XVIII yüzilin ortalarında Xorasan əyalətindən öz ata-baba yurduna geri dönmüşdür. Xorasanda olan zaman Şadlı tayfa birliyinə bağlı olan bu tayfa Qarabağ xanlığına tabe olduqdan sonra Qaraçorlu tayfa birliyinə daxil olmuşdur. Bəzi mənbələrdə Qasımuşağı tayfasının məskunlaşıb yaşadığı kəndlərin əhalisinin kürd əsilli olması qeyd edilsə də aparılan dəqiq araşdırmalar nəticəsində bu məlumatın kökündən yanlış olduğu ortaya çıxmışdır Tayfa üzvlərindən bir nəfərdə olsun kürd dilində bilmirdi. Kəndin binasını qoyan və sonralar da kənddə yaşayan əhali azərbaycanlılar olmuşdur. Bəzi mənbələrə görə Qasım bu torpağı qohumu Şirin bəy Hacı Hüsən bəy oğlundan alıb. O, Hacı Sam bəyin nəvəsi idi. Qasımuşağı tayfasından 1867-ci ildə Məşədi Abbas İlyas oğlu, Uğurli Şahverdi oğlu, Həsən Bayram oğlu ətraf kəndlərdə tanınır, çörəkləri, bol süfrələri ilə ad çıxarmışdılar. 1887-ci ildə isə Teymur Qulu oğlu, Həsənəli Hüseynəli oğlu üzdə idilər. Qasımuşağı tayfası Şamkənd, Çorman, Bozdağan, Piçənis, Kürdhacı, Ələkçi,Nağdalı və Ərikli kəndlərində yerləşdi.
Qaymalı dağlar
Qaymalı dağlar (rus. горы глыбовые столовые, ing. block table mountains) — differensial hərəkət təsirinə məruz qalaraq qırılma və pozulmalarla parçalanmış və mürəkkəbləşmiş, yer qabığının ayrı-ayrı qaymalarının əmələ gətirdiyi dağlar. Struktur xüsusiyyətlərinə görə stolvari, qaymalı və qırışıq-qaymalı dağlara ayrılır.
Quşçu tayfası
Quşçu tayfası — qədim türk tayfasıdır. Azərbaycan toponimiyasında bu tayfanın məskunlaşması nəticəsində yaranmış bir sıra toponimlər vardır. Eramızdan əvvəl II əsrdə Orta Asiyanın əyalətləri hunların hücumlarına məruz qalır. Hunlar tərəfindən məğlub edilmiş və qərbə tərəf sıxışdırılmış xalqlar Çin mənbələrində yosti adı ilə məlumdur. Məhz yosti sözünün transkripsiyası tək halda kuşi və ya quşi, cəm halda quşan formasını vermişdir. Türkistanın şərqindəki indiki Turfan şəhərinin yerləşdiyi vilayət də o zaman Quşi adlanmışdır. N.V.Piqulevskaya yazır ki, quşanların tərkibində türklər də vardır. Q.Ə.Qeybullayev XIX əsrdə Azərbaycanda Quşi/ Quşan/Quşçu variantlarında 38 toponimin olduğunu qeyd etmişdir. Quşçu toponiminin müxtəlif variantları qazaxlarda -quşi, başkirlərdə -quşçu, koşsı; türkmənlərdə -qutçi, qaranoqaylarda -quşsi, qırğızlarda-quşçu və s. variantlarda Şimali Qafqazda, Orta Asiyada, Iran və Türkiyədə də yayılmışdır ..
Qızılbaş tayfası
Qızılbaş (fars. قزلباش‎ Qezelbāš) — XV əsrin sonlarından başlayaraq Cənubi Azərbaycan, Anadolu, Ermənistan yaylası, Qafqazda çiçəklənən və Səfəvilər sülaləsinin qurulmasına töhfə verən, əsasən türkman (Azərbaycan türkü) şiə təmayüllü müxtəlif hərbi massivli qruplar. Qızılbaşlığın mənası haqqında müxtəlif fikirlər mövcuddur. Bir rəvayətə görə Məhəmməd peyğəmbər Uhud döyüşündə yaralanır, başından axan qanlar onun başını qızıl bir baş halına gətirir və bundan sonra Əli başında qırmızı tac ilə müharibələrdə iştirak etmişdir və qızılbaşlar bu adı burdan almışlar. Digər bir rəvayətə görə Şah İsmayıl İkinci Bəyazid dövründə öz əsgərlərini Anadoludan Suriyaya keçirəndə bu əsgərlərin də başında qırmızı təkkələr varmış və bundan sonra şiələrə qızılbaş deməyə başlamışlar. Alman alimi Brokelmana görə isə atasının ölümündən sonra Şeyx Heydər öz təriqətinə yeni bir şəkil verdi ki, bu da öz ifadəsini yeni bir baş örtüyündə tapmışdır. Bu qırmızı başlıq 12 imama işarət edən və 12 dilimli bir Heydəri baş örtüyü idi Qızılbaşlar Səfəvilər dövlətində hakim mövqe tuturdular. Səfəvilər dövlətinin həm də "Qızılbaşlar dövləti" adlandırılması bununla əlaqədar idi. Qızılbaşlar əvvəlcə Şamlı, Rumlu, Ustaclı, Təkəli, Əfşar, Qacar, Zülqədər, Varsaq, Qaradağlı (Qaradağ sufiləri), sonralar isə Bayat, Qaramanlı, Baharlı, Alpaut, Ərəşli, Qazaxlı və başqa türkdilli tayfaları birləşdirirdi. Talışlar qızılbaşların tərkibində yeganə irandilli xalq idi.
Rumlu tayfası
Rumlu tayfası — Bu boy başlıca olaraq Sivasın Qoyulhisar (Qoylahisar) və Qarahisar (Şəbin) qəzaları ilə yenə Sivasa bağlı digər yörələr və Toqat – Amasya bölgələrindəki kəndli Qızılbaşlar tərəfindən meydana gətirilmişdi. Rumlular Səfəvi dövlətinin qurulmasında önəmli bir rol oynamışlar. Onlar Şah İsmayıl Səfəvi ilə anlaşma imzalamış, lakin ona xəyanət edərək Səfəvi dövlətinin süqutunda böyük rol oynamışdır. Nur Əli Xəlifə, Piri Bəy və Div Sultan bu təşəkkülün ən tanınmış bəyləridir. Div Sultanın əsl adı Div Əli Bəydir; onun Toqat bölgəsi xalqından olduğu anlaşılır. Göründüyü kimi Div Sultan, dövlətin quruluşuna qatılmışdı. Dirliyi (tiyul) Çuxurusəd (İrəvan bölgəsi) olub, əmir əl-üməralığa sadəcə şəxsi qabiliyyətləri sayəsində yüksəlmişdir. Özündən başqa yenə Rumludan Badıncan Sultan (Ərdəbil valisi), Qazaq Sultan, Sofiyan Xəlifə və Ayqud Bəyi tanıyırıq. Rumluların başlıca olaraq Sivas, Toqat bölgəsi əhalisindən meydana gəldiklərindən və bundan dolayı da onlara Rumlu deyildiyindən daha öncə bəhs edilmişdi. Rumlular, yalnız və ya çoxluqla kənd və şəhər əhalisindən mütəşəkkil idilər.
Saqqalı-Şərif
Saqqal-ı Şərif — İslam Peyğəmbəri Məhəmmədin dini günlərdə sərgilənən, şüşə qabda mühafizə edilən saqqalı. Tarix boyunca İslam ölkələrində saxlanılmış, səfərlər boyunca baş üzərində daşınmış, səfər bitdikdən sonra isə növbəti səfərədək xüsusi sandıqda saxlanılmışdır. Türkiyənin və dünyanın bir çox yerlərində sərgilənmişdir. Hal-hazırda Topqapı Sarayının Hırka-i Səadət otağında mühafizə edilən Saqqal-ı Şərif Hz. Əbu Bəkr, Hz. Əli və digər səhabələrin şahidliyi ilə peyğəmbərin bərbəri Səlman Farisi tərəfindən kəsilmişdir.
Saybalı (Sisyan)
Saybalı — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Sisyan rayonu ərazisində kənd. Rayon mərkəzindən 25 km cənubda yerləşir. Toponim qədim türk dilində "vulkan mənşəli daşlıq", "düzənlik, düzəngah, səhra" mənasında işlənən say sözü ilə "sığınacaq, şəhər, qala" mənasında işlənən balıq (balık, baluq) sözü əsasında formalaşmışdır. Saybalı toponimin ikinci komponenti olan "balı" sözünün sonunda "q" samiti düşmüşdür. M. Kaşğari arqu tayfasının yaşadığı şəhərin adının da Balu olduğunu qeyd edir və təbii ki, M. Kaşğarinin adını çəkdiyi Balu toponimi "balıq" sözündən əmələ gəlmişdir. Saybalı toponimi relyef əsasında yaranan toponimdir. Quruluşca mürəkkəb toponimdir. Erm. SSR AS RH-nin 10. IX. 1946-cı il fərmanı ilə adı dəyişdirilib Sarnakunk qoyulmuşdur.
Saybalı tayı
Saybalı tayı-Ağcabədi rayonu Yuxarı Qiyaməddinli kəndi ərazisində alınmış oroqrafik obyektlərdən biri. Qədim türk dillərində say sözü "daşlıq, düzənlik", "səhra" anlamındadır. Toponimin tərkibindəki balı sözü "sığınacaq", "qala" mənasındadır.saybalı tayı oronim relyef əsasında yaranan mürəkkəb toponimdir. Saybalı şəxs adı da məlumdur. Tağıbəyli elinin saybalı adlı tirəsi də vardır. Ağdam rayonunda Saybalı kəndi var. Vaxtilə Qərbi Azərbaycanda (Ermənistanda ) indiki Kamo rayonunda Saybalı adlı kənd olub. 1918-ci ildə azərbaycanlı əhali kənddən qovulmuş, orada Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir.1946-cı ildə kənd Sarnakunk adlandırılıb.Gəncə quberniyasının (Yelizavetpol) quberniyasının Zəngəzur qəzasında (indiki Sisiyan) da Saybalı kəndi vardır. 1919-cu ildə kəndin əhalisini qovub, oraya gəlmə erməniləri yerləşdirmişlər. 1946-cı ildə ermənilər bu kəndi də Sarnakunk adlandırmışlar.
Dalğalı
Dalğalı (Neftçala) — Azərbaycanın Neftçala rayonunda kənd. Dalğalı (Xaçmaz) — Azərbaycanın Xaçmaz rayonunda kənd.
Damğalı
Damğalı — Azərbaycan Respublikasının Ağdərə rayonunun Kolatağ kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Damğalı kəndi Kəlbəcər rayonunun inzibati tərkibinə verilmişdir. == Tarixi == 1993-cü ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Damğalı kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatı nəticəsində Damğalı kəndi Azərbaycanın nəzarətinə qayıtmışdır. 5 dekabr 2023-cü ildə kənd Ağdərə rayonunun tərkibinə daxil edilib. == Toponimikası == XIII əsrdə monqol yürüşlərində iştirak etmiş, sonralar Azərbaycan ərazisində məskunlaşmış damğalı tayfasının adı ilə bağlı olduğu ehtimal edilir. Etnotoponimdir. == Coğrafiyası və iqlimi == Kənd dağətəyi ərazidə yerləşir.
Darğalı
Darğalı (Qəmərli) — İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd. Darğalı (Urmiya) — İranda kənd.
Qarğalı
Qarğalı - İrəvan xanlığının Dərəçiçək mahalında kənd adı. XIX əsrin ortalarından sonra adı çəkilmir. Toponimin mənşəyi barədə iki fikir ola bilər: Karqa tayfasının adını əks etdirir. Toponim türk dillərində karqa "üst-üstə düşmüş buzlaq daşları" sözündəndir. XIX əsrdə Qars əyalətinin Qars dairəsində Qarqaluq kənd xarabalığı, Zaqatala rayonundanunda Qarqalı dağı, Naxçıvanda Qarqalıq kəndi, Qazaxıstanda Karqalı toponimləri ilə mənşəcə eynidir.
Taymani
Taymani Əfqanıstan və İranda yaşayan aymaqların dörd önəmli qəbilələrinin birisinin adı. Digərləri Cəmşidi, Firuzkuhi və Teymuri adlanırlar. Taymanilər fars dilində danışırlar və sünni müsəlmandırlar. Bəzi taymanlar isə puştu dilində danışırlar. Əfqanıstanda əsasən Qövr vilayətində yaşayırlar.
Tayyaki
Tayyaki (鯛焼き, "bişirilmiş çapaq balığı") — Yaponiya mətbəxinə xas olan balıq formasında tort. Tortun hazırlanmasında anko xəmirindən (şəkərli adzukilərdən hazırlanır) istifadə olunur. Bundan əlavə kremdən, şokoladdan, pendirdən və şirin kartofdan da istifadə oluna bilər. Bəzi mağazalar tayyakini hətta okonomiyaki, qyozo və sosiska ilə hazırlayırlar. Tayyaki hazırlamaq üçün blinçik və ya vafli xəmirindən istifadə olunur. Hazırlanmış sulu xəmir balıq formasında olan qəlibin hər tərəfinə tökülür. Daha sonra bir tərəfə əlavə məhsullar daxil edilir və qəlib bağlanılır. Qızıl qəhvəyi rəngi alana qədər bişilir.
Arğalı
Arğalı — Arazbar qəzasında var olmuş kənd. Hal-hazırkı ərazidə Qazaxlar və Əhmədalılar kəndi yerləşir. == Tarixi == Arğalı yurdu qədim-qayım Qarabağın Arazbar qəzasında yerləşirdi. Orta çağlarda ara savaşları zəminində əhalisi köçürülmüşdür. Hazırda kəndin yerində Qazaxlar və Əhmədalılar yaşayış məntəqələri bərqərardır. XIII yüzillikdə Arğalı kəndində Arğalı türbəsi inşa edilmişdir. 1727-ci ilə aid Osmanlı qaynağında yazılır: "Arazbar qəzasına tabe olan Arğalı kəndi". Heç kimin yaşamadığı bu kənddə kənardan gələn rəiyyətlər çəltik əkib-becərirdilər. Orta çağlarda Xudafərin körpüsündən Arğalıya qədər yol uzanırdı. Bu yol "Arğalı yolu" adlanırdı.
Tağılı
Tağılı (Borçalı) — Gürcüstan Respublikasının Aşağı Kartli diyarının Bolnisi bələdiyyəsində kənd. Tağılı (Hacıqabul) — Azərbaycanın Hacıqabul rayonunda kənd.
Zağalı
Zağalı — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Zağalı kənd inzibati ərazi dairəsində kənd. Oykonim Qalaça dağının ətəyində qayada sıra ilə düzülmüş 5 zağanın (süni mağaranın) olması ilə əlaqədardır. Kəndin adı "zağalı, mağaralı yer" mənasındadır. Kənd keçmişdə Zağa dərəsi adlanmışdır. Güney Zağalı və Dora Zağalı adlı iki hissədən ibarətdir. Yerli məlumata görə, kənd aran camaatının yaylaq yurdunda məskunlaşması nəticəsində yaranmışdır. Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. Kənd Qoşqarçayın sahilində, dağətəyi ərazidə yerləşir. Rayonun ərazisində eyniadlı su anbarı da var. Əhalisinin əksəriyyətini Goranboy (Qaraqucaq, Zəyva kəndləri) və Yevlax (Tanrıqulular kəndi) rayonlarından köçüb gəlmiş ailələr təşkil edir.
Ağalı
Azərbaycanda tərkibində Ağalı sözü olan aşağıdakı kəndlər mövcudur: Ağalı — Azərbaycanın Ağdaş rayonunda kənd. Ağalıq — Azərbaycanın Şabran rayonunda kənd. Ağalıkənd — Azərbaycanın Biləsuvar rayonunda kənd. Ağalı — Zəngilan rayonunda Azərbaycanın ilk ağıllı kəndi. Birinci Ağalı — Azərbaycanın Zəngilan rayonunda kənd. İkinci Ağalı — Azərbaycanın Zəngilan rayonunda kənd. Üçüncü Ağalı — Azərbaycanın Zəngilan rayonunda kənd. Əhmədağalı — Azərbaycanın Ağdam rayonunda kənd. Xanağalı — Azərbaycanın Bərdə rayonunda kənd. Qasımağalı — Azərbaycanın Gədəbəy rayonunda kənd.
Tağlı
Tağlı (Zəngilan)
Geyger sayğacı
Geiger sayğacı Hans Geiger (1882 - 1945) adlı alman fizikin 1908-ci ildə düzəltdiyi, içinə düşən ionlaşan zərrəcikləri avtomatik saymağa imkan verən qazboşaldıcı cihazdır. Geiger-Müller sayğacı kimi də tanınan Geiger sayğaçı ionlaşma radiasiyasını ölçə bilən bir növ parçacıq detektorudur. Geiger sayğacı radiasiyanın varlığını təsbit edə bilən, əldə daşına bilən bir cihazdır. Bu cihaz radiasiyalı mühitdə çıt səsləri çıxarır və mühitdəki radiasiyanın səviyyəsini də ölçə bilir.