Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Tender
Tender sözü aşağıdakı mənalarda işlənə bilər: Tender — Hər hansı bir işin, xidmətin ən səmərəli üsul və aşağı xərclə yerinə yetirilməsi üçün iddiaçılar arasından birinin və ya bir neçəsinin seçilərək həmin işin (xidmətin) müqavilə əsasında ona (onlara) həvalə edilməsi məqsədilə keçirilən müsabiqə. Tender — əmtəə tədarükü və ya müəyyən bir işin görülməsi üçün verilən sifarişin xüsusi forması; Tender — reklam ilə bağlı olan hər hansı bir layihənin həyata keçirilməsi hüququ (reklam kompaniyasının təşkili, ən yaxşı əmtəə nişanının hazırlanması və i. a.); Tender — təklif, arzu; Tender — açıq tipli, yaxud məhdud iştirakçılar üçün keçirilən satışlar, sifarişin müsabiqə yolu ilə yerləşməsi forması; Tender — qiymətli kağızlara abunə haqqında, müqavilə bağlamaq, yaxud mal göndərmək haqqında yazılı təklif, sifariş; Tender — rəqiblərin təklif etdiyi qiymətlərdən asılı olaraq istehsalçının öz əmtəəsinə təklif etdiyi qiymət. Tenderi elan etməzdən əvvəl satınalan təşkilat aşağıdakıları edir: 1) Tender komissiyasını formalaşdırır. Tender komissiyası satınalan təşkilat tərəfindən yaradılan və onun adından tender prosedurlarını həyata keçirən müvvəqqəti işçi qrupudur. 2) Tenderin əsas şərtlər toplusunu hazırlayır. Bu toplu tenderin şərtlərini özündə əks etdirən və iddiaçılara təqdim edilən rəsmi sənəddir. 3) Tender elanını dərc etdirir və tenderdə iştirak etmək istəyən iddiaçı müəssisə və fərdlərə tenderdə iştirak üçün dəvət göndərir. Tenderin keçirilməsi zamanı həmçinin müxtəlif sənədlər razılaşdırıla və sənədlər toplusuna daxil edilə bilər. Bura ehtimal olunan qiymət barədə protokol, tenderin ilkin protokolu, təkliflər zərflərinin açılması barədə protokol, tenderin yekun protokolu və s.
Love Me Tender
Love Me Tender – Elvis Presli tərəfindən Love Me Tender albomundan çıxarılan sinql. Mahnının musiqisi George R. Poulton və W.W. Fosdickin müəllifi olduğu Amerikan vətəndaş müharibəsinə həsr edilmiş Aura Lee (və ya "Aura Lea") mahnısına uyğunlaşdırılmışdır. Aura Lee mahnısı 1861-ci ildə çıxmış və elə həmmin dövrdən də xalq tərəfindən çox sevilmişdir. Elvis Presley mahnını ilk dəfə 1956 – cı il 9 sentyabrda The Ed Sullivan Show – da ifa etmiş, qısa müddət sonra mahnı sinqı şəklində satışa çıxarılmış, bir ay sonra isə Love Me Tender filmi çəkilmişdir. Sinqlın çıxarıldığı gün RCA Records şirkəti daha bir milyon sifariş almış və mahnı görünməmiş uğur qazanmışdır. Love Me Tender filmini çəkən 20th Century Fox şirkəti əvvəlcə filmi "The Reno Brothers" adlandırmaq istəsədə, sonra mahnının qazandığı böyük uğuru görüb filmi "Love Me Tender" adlandırmışdır. Elvis Preslidən sonra mahnı 1967-ci ildə Riçard Chamberlain və 1967-ci ildə Percy Sledge tərəfindən də ifa edilmişdir.
Avropa Komissiyası
Avropa Komissiyası — Avropa Birliyi siyasətinin planlaşdırıcısı və koordinatoru. Qanun təklifləri hazırlayır, Parlament və Şuraya təqdim edir. Birliyin hərəkətverici orqanı olaraq Parlament və Şura tərəfindən hazırlanan büdcə və proqramları tətbiq etmək vəzifəsini daşıyır. Birlik müqavilələrinin qoruyucusudur və Ədalət Divanı ilə birlikdə birlik hüququnun doğru tətbiq edilməsini təmin edir. Beynəlxalq platformada və beynəlxalq müqavilələrin müzakirələrində, xüsusilə ticarət və əməkdaşlıq sahələrində Birliyi təmsil edir. Avropa Komissiyası 1994-cü ildə Şuraya 558 təklif və eskiz ilə 272 bildiriş, memorandum və hesabat təqdim etmişdir. Bu sənədlər siyasət, idarəetmə, iqtisadiyyat və cəmiyyət üzvlərilə sıx fikir alış-verişi nəticəsində əldə edilmiş məhsullardır. Komissiya üzvləri vəzifələrini yerinə yetirərkən öz milli hökumətlərindən tamamilə azad olaraq davranmaq və sadəcə Avropa Birliyinin xeyrinə işlər görməklə mükəlləfiyyətlidirlər. Komissiyanı işdən azad edə biləcək tək orqan Avropa Parlamentidir. Komissiyanın hər üzvünün bir və ya bir neçə siyasət sahəsində xüsusi cavabdehlikləri vardır.
Lüksemburq komissiyası
Lüksemburq komissiyası (fr. Commission du Luxembourg) — XIX əsrdə Fransanın müvəqqəti hökuməti tərəfindən yaradılmış əmək komissiyası. 25 fevral 1848-ci ildə Lui Filippin taxtdan devrilməsindən sonra yaradılmışdır. Lüksemburq komissiyasının yaradılması, Lui Blanın başçılıq etdiyi fəhlə nümayəndələr məclisi kimi, sosial problemlərin öyrənilməsi və həlli yollarının təklif edilməsi vəzifəsini icra etmək məqsədini güdürdü. Komissiya həmin ilin sonunda fəaliyyətini dayandırmışdır.
Qromıko Komissiyası
Qromıko Komissiyası və ya rəsmi şəkildə Krım tatarlarından olan SSRİ vətəndaşlarının müraciətlərində qaldırılan məsələlərə baxılması üzrə Dövlət Komissiyası (rusca:Государственная комиссия по рассмотрению вопросов, которые ставятся в обращениях граждан СССР из числа крымских татар) — Krım tatarlarının 1944-cü ildə deportasiya edildikləri vətənləri geri dönmə hüquqlarının araşdırılması üçün SSRİ tərəfindən yaradılmış dövlət komissiyası. 1987-ci ilin iyulunda yaradılan və Andrey Qromıkonun rəhbərlik etdiyi qurum 1988-ci ilin iyununda Krım tatar vətəndaş hüquqları müdafiəçilərinin geri qayıtmaq hüququndan Krım MSSR-in bərpasına qədər bütün əsas tələblərini rədd edən bir nəticə çıxardı. == Qromiko Komissiyası == De-stalinizasiya prosesinin aparılmasına baxmayaraq, Krım tatarlarına yanaşma 1980-ci illərin sonuna qədər dəyişmədi. Yenidənqurma dövründə Krım tatarları yenidən Moskvadan tələblər etməyə, siyasi rəhbərləri ziyarət etməyə başladılar. Bundan əlavə, onlar ümid edirdilər ki, azaldılmış senzura şəraitində media məsələnin həll olunduğu barədə ənənəvi xətti davam etdirmək əvəzinə, milli məsələnin mediada işıqlandırılmasında öz fikirlərini dinləməyə və əlavə etməyə hazır olacaq. 1987-ci ilin 20 iyununda ilk Krım tatarlarının nümayəndəliyi Moskvaya gəldi. Onlar üxtəlif qəzetlərin, jurnalların və televiziya kanallarını, müxtəlif yazıçılar birliklərini ziyarət edib, deportasiya edilmələri barədə danışdılar. Bu dairələrdən onların toplu imzalanmış məktublarını, petisiyalarını dərc etmək xahiş edilsə də, istəkləri rədd edildi. Kremlin yaxınlığında Krım tatarlarının etiraz aksiyası təşkil edildi. 26 iyunda Krım tatarları siyasətçi Pyotr Demiçev ilə görüşdülər və Pyotr onlara bu məsələ barədə Qorbaçova məlumat verəcəyini bildirdi.
Yanayev Komissiyası
Yanayev Komissiyası — Krım tatarlarının SSRİ-dəki vəziyyətini müzakirə etmək üçün yaradılmış dövlət komissiyası. == Zəmin == 1944-cü ilin may ayında Krım tatarları İosif Stalinin əmri ilə Krımdan deportasiya edildi. Sonradan digər deportasiya edilmiş xalqlara bəraət verilib, öz vətənlərinə geri dönmə hüquq tanınsa da, Krım tatarları bu hüquqdan məhrum qaldılar. Mixail Qorbaçovun dövründə bu məsələni müzakirə etmək üçün ilk öncə Qromıko Komissiyası yaradıldı. Andrey Qromıkonun rəhbərlik etdiyi bu komissiya Krım tatarlarının bütün əsas tələblərini rədd etdi. Krım tatarlarının etirazları bundan sonra da davam etdiyi üçün ikinci dəfə Gennadi Yanayevin rəhbərliyi ilə komisisya yaradıldı. Bu komissiya Yanayev Komissiyası adlandırılır. == Komissiyannı fəaliyyəti == Qromiko komissiyasından və Fərqanə qırğınlarından sonra hökumət Krım tatarlarının Krıma qayıtmasına icazə verilməsi imkanlarına rəsmən yenidən baxmağa qərar verdi. Gennadi Yanayevin rəhbərlik etdiyi Krım tatarlarının problemləri üzrə komissiya 1989-cu il iyulun 12-də yaradıldı. Əvvəlki komissiyada olduğu kimi, komissiyanın üzvləri də Mərkəzi Asiyadakı Krım tatar diaspor icmaları, eləcə də Krım tatarlarının diaspor icmaları ilə söhbət etmək üçün Sovet İttifaqının hər yerinə səfər etdilər.
Ali Attestasiya Komissiyası
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası (AAK) — Azərbaycan Respublikasında yüksəkixtisaslı elmi və elmi-pedaqoji kadrların attestasiyasını, onlara elmi dərəcələr və elmi adlar verilməsini, o cümlədən xarici ölkələrdə verilmiş elmi dərəcə və elmi adlar haqqında sənədlərin tanınmasını, elmi müəssisələrin (təşkilatların) akkreditasiyasını, bu sahədə dövlət siyasətini və tənzimləməsini həyata keçirən, elmi potensialın formalaşmasında iştirak edən dövlət orqanıdır. Komissiya Azərbaycan Respublikasının Prezidentinə tabedir. AAK 1992-ci ildə yaradılmışdır. Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının ilk sədri Əməkdar elm xadimi Rauf İsmayılov olmuşdur. Ali Attestasiya Komissiyası nazirlik statusuna malik qurumdur. 2019-cu ilin iyun ayından komissiyaya professor Famil Mustafayev başçılıq edir.
Avrasiya İqtisadi Komissiyası
Avrasiya İqtisadi Komissiyası (AİK) — Avrasiya İqtisadi İttifaqının (EAEU) (keçmiş Gömrük İttifaqı və Vahid İqtisadi Məkan) daimi fəaliyyət göstərən dövlətlərüstü tənzimləyici orqanı. O, Rusiya Federasiyası, Belarus Respublikası və Qazaxıstan Respublikası prezidentlərinin qərarı ilə yaradılıb və 18 noyabr 2011-ci il tarixli "Avrasiya İqtisadi Komissiyası haqqında" və "İş qaydaları haqqında" Sazişlər əsasında fəaliyyət göstərir. Avrasiya İqtisadi Komissiyası". Fəaliyyətə başlama tarixi 2 fevral 2012-ci ildir. O, Ali Avrasiya İqtisadi Şurasına (AİİK) tabe olan dövlətlərüstü idarəetmə orqanı statusuna malikdir. Komissiyanın qərarları Aİİ, Gömrük İttifaqı və Vahid İqtisadi Məkan üzv dövlətlərinin ərazisində məcburi qüvvəyə malikdir. Avrasiya İqtisadi Komissiyasının əsas vəzifəsi Avrasiya İqtisadi İttifaqının, Gömrük İttifaqının və Vahid İqtisadi Məkanın fəaliyyət göstərməsi və inkişafı üçün şəraiti təmin etmək, bu birliklər çərçivəsində inteqrasiya sahəsində təkliflər hazırlamaqdır. Gərargah — Moskva (Rusiya Federasiyası). == AİK-nın səlahiyyət sahələri == Komissiyanın səlahiyyət sahələri Avrasiya İqtisadi Komissiyası haqqında Əsasnamədə (Avrasiya İqtisadi İttifaqı haqqında Müqaviləyə 1 nömrəli əlavə) təsbit edilmişdir. Gömrük İttifaqı Komissiyasının səlahiyyətləri Avrasiya İqtisadi Komissiyasına verilib.
Azərbaycan Fövqəladə Komissiyası
Azərbaycan Fövqəladə Komissiyası (AFK) — Azərbaycanda sovet hakimiyyətinin ilk illərində əks inqilab və sabotajla mübarizə orqanı. == Tarixi == Azərbaycan Fövqəladə Komissiyası (AFK) 29 aprel 1920-ci ildə yaradılmışdır. AFK-nın vəzifəsi daxili və xarici rəqibləri – Azərbaycanda sovet hakimiyyətini devirməyə, Azərbaycan Xalq Cümhuriyyətini bərpa etəyə cəhd göstərənlərə qarşı qəti mübarizə aparmaqdan və sosialist inqilabını qoruyu möhkəmlətməkdən ibarət idi. AFK xarici kəşfiyyat orqanlarının sabotaj törətmək cəhdlərinin qarşısını almaq, onların agenturası və xarici antisovet mərkəz emissarlarını aşkara çıxarıb ifşa etmək sahəsində fəaliyyət göstərmiş, "Müsavat", "İttihad", "Daşnaksütyun" partiyalarının əks-inqilabi fəaliyyətinə və onların Azərbaycanda sovet hakimiyyəti əleyhinə təşkil etdikləri silahlı çıxışlara qarşı qəti mübarizə aparmışdır. Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin 7 avqust 1926-cı il tarixli qərarı ilə AFK Azərbaycan Dövlət Siyasi İdarəsinə çevrilmişdir. Növbəti dövrlərdə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi fəaliyyət göstərir.
Hokkaydo Koloniyalaşdırma Komissiyası
Hokkaydo Koloniyalaşdırma Komissiyası və ya Kaytakuşi (開拓使) – Meyci dövründə Yaponiyada fəaliyyət göstərmiş dövlət komissiyası. 1869-82-ci illərdə fəaliyyət göstərmişdir. Komissiyanın əsas məqsədi Hokkaydo adasının administrasiyası və inkişafı ilə məşğul olmaq idi. == Tarixi == Ezo adasının, eləcə də, şimaldakı digər adaların strateji əhəmiyyətini nəzərə alan Meyci hökuməti 1869-cu ilin avqustunda bu komissiyanı təşkil etmiş, Ezo adasının adını Hokkaydo, Saxalin adasının adını Karafuto olaraq dəyişdirmişdir. 1875-ci ildə Rusiya ilə imzalanan Sankt-Peterburq müqaviləsinə əsasən Saxalin adası Rusiyanın idarəçiliyinə, Kuril adaları isə Hokkaydo Koloniyalaşdırma Komissiyasının idarəçiliyinə verilmişdir. Komissiyanın baş qərargahı Sapporo şəhərində yerləşirdi və direktor ilə vitse-direktor tərəfindən idarə olunurdu. Keçmiş Satsuma hanından olan Kuroda Kiyotakanın direktor seçilməsindən sonra komissiya keçmiş satsumalı samuraylar üçün siyasi təşkilata çevrilmişdir. 1872-ci ildə komissiya üçün dövlət büdcəsindən 10 milyon yen məbləğində maddi vəsait ayrılmışdır. Bu məbləğ 10 il müddəti üçün nəzərdə tutulmuşdu. Komissiya bu büdcə ilə bir çox xarici mütəxəssis dəvət etmiş, hökumət dəstəkli biznes yerləri açmış, yeni kənd təsərrüfatı texnikalarını yaymış, yollar və dəmiryolları tikdirmişdir.
Milli Səhiyyə Komissiyası
Milli Səhiyyə Komissiyası (çin. ənən. 國家衛生健康委員會, sadə. 国家卫生健康委员会, pinyin: Guójiā Wèishēng Jiànkāng Wěiyuánhuì) — Çin Xalq Respublikasının Dövlət Şurasının ölkədə səhiyyə siyasətinin inkişaf etdirilməsindən məsul olan kabinet səviyyəsində icra şöbəsi. 19 mart 2018-ci il tarixində təsis edilmişdir. Nazirliyin qərargahı Çinin paytaxtı Pekin şəhərində yerləşir. Komissiyaya Nazirlər Kabineti səviyyəsində Dövlət Şurasının naziri rəhbərlik edir. Ma Syaovey komissiyanın hal-hazırkı naziri və partiya şöbəsinin katibidir. Qurumun sələfi Milli Səhiyyə və Ailə Planlaşdırma Komissiyası idi. == Tarixi == 1954-cü ildə başlayan Çin Xalq Respublikası hakimiyyətinin əksər dövründə ölkənin səhiyyəsindən Səhiyyə Nazirliyi məsul idi.
Mərkəzi Seçki Komissiyası
Mərkəzi Seçki Komissiyası (Azərbaycan) — Azərbaycan Respublikasında Azərbaycan Respublikası Prezident seçkilərinin və Azərbaycan Respublikası Milli Məclisi deputatlarının seçkilərinin, həmçinin referendumların (ümumxalq səsvermələrin), bələdiyyələrə seçkilərin hazırlanmasını və keçirilməsini təmin edir. Seçki komissiyalarının işinə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası rəhbərlik edir.
Qafqaz Fövqəladə Komissiyası
Qafqaz Fövqəladə Komissiyası — Qafqaz fövqəladə komissiyası 6 noyabr 1919-cu il tarixində Qafqaz Merkuri şirkətinə aid gəmi ilə Ənzəlidən yola düşərək 1 gün sonra Bakıya çatdılar. İlk sənəd 11 sentyabr 1919-cu ildə Tiflisdəki İran konsulluğundan Xarici İşlər Nazirliyinə 1604 № qeydiyyatı ilə göndərilmiş, sonuncu sənəd isə 11 may 1920-ci ildə yenə də Badkubədə olan durum barəsində İranın Tiflisdəki baş konsulluğundan Xarici İşlər Nazirliyinə 515 № qeydiyyatı ilə göndərilmişdir. Uzun müddət aparılan danışıqlar nəhayət 1920-ci ilin mart ayında uğurla başa çatır. Tərəflər arasında müqavilələr bağlanır. Lakin 1920-ci ilin 28 aprel tarixində XI Qızıl ordunun Bakını işğal etməsi danışıqların yarımçıq kəsilməsinə səbəb oldu. İmzalanmış müqavilələr ratifikasiya edilmədən arxivə göndərildi. İran bu komisiyya daxilində Gürcüstan və Ermənistanla da müzakirələr aparıb bənzər müqavilələr bağlamaq niyyətində olsa da Azərbaycanla aparılan danışıqların uzanması və sonradan bolşeviklərin bu respublikaları da işğal etməsi Tehranın Qafqazdakı diplomatik fəallığına nöqtə qoydu. == Qafqaz Fövqəladə komissiyasının sənədləri == İran nümayəndə heyətinin 1919-1920-ci illərdə Azərbaycanla apardığı diplomatik danışıqlarla bağlı arxiv sənədləri İran xarici işlər nazirliyinin arxivində saxlanılırdı. Bu sənədlərdə o dövrə aid məktublar, məxfi hesabatlar, siyasi vəziyyətin təhlilinə dair gizli yazışmalar öz əksini tapmışdır. 98 sənəddən ibarət olan bu sənədlər ilk dəfə 2001-ci ildə Tehranda Rza Azəri Şəhrzainin redaktorluğu və dövrün xarici işlər naziri Kamal Xərrazinin ön söz yazması ilə İran Xarici İşlər Nazirliyi tərəfindən nəşr olunaraq elmi ictimaiyyətin geniş müzakirəsinə təqdim edilmişdir.
Beynəlxalq Nəzarət Komissiyası
Beynəlxalq Nəzarət Komissiyası (qısaldılmış BNK; fr. Commission Internationale de Contrôle və ya CIC) və ya Beynəlxalq Nəzarət və Nəzarət Komissiyası — 1954-cü ildə yaradılmış beynəlxalq qüvvə. Təşkilat, əslində, keçmiş Fransa Hind-Çini daxilində hər bir ərazi üçün bir olmaqla, üç ayrı, lakin bir-biri ilə əlaqəli orqan kimi təşkil edilmişdi və iki müvəqqəti administrasiyası olan vahid dövlət kimi qəbul edilirdi. Vyetnam üçün ICSC, Laos üçün ICSC və Kamboca üçün ICSC ayrı qurumlar idi. Təşkilat Birinci Hind-Çin müharibəsini bitirən və Vyetnamın bölünməsinə səbəb olan Cenevrə razılaşmalarının həyata keçirilməsinə nəzarət edirdi. Atəşkəs rejiminə əməl olunmasına nəzarət etmiş və pozuntuları qeydiyyata almışdır. Təşkilat müvafiq olaraq qeyri-kommunist, kommunist və bloklara qoşulmayan tərəfləri təmsil edən Kanada, Polşa və Hindistandan diplomatlar və hərbi personaldan ibarət nümayəndə heyətlərindən ibarət idi. Təşkilatın fəaliyyəti getdikcə alovlanan qarşıdurma qarşısında əhəmiyyətsiz olmuşdur. Buna baxmayaraq, o, Paris sazişləri imzalanana, Beynəlxalq Nəzarət və Müşahidə Komissiyası adı altında yenidən toplanana qədər rabitə əlaqəsi kimi fəaliyyətini davam etdirmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Maneli, Mieczyslaw.
Federal Kommunikasiya Komissiyası
Federal Kommunikasiya Komissiyası (FKK) (ing. Federal Communications Commission) — ABŞ-də radio, televiziya, simli, peyk və kabel kommunikasiyasını tənzimləyən müstəqil agentlik. FKK genişzolaqlı şəbəkəyə çıxış, ədalətli rəqabət, radiotezlikdən istifadə, media məsuliyyəti, ictimai təhlükəsizlik və vətən təhlükəsizliyi (ing. homeland security) sahələrində yurisdiksiyasını saxlayır. FKK 1934-cü ildə qəbul edilmiş Kommunikasiya Aktı əsasında Federal Radio Komissiyasının radio tənzimləmə funksiyalarını əvəz etmək üçün yaradılmışdır. Daha sonra simli kommunikasiya tənzimləməsini Ştatlararası Kommersiya Komissiyasından təhvil almışdır. FKK-nın səlahiyyətli yurisdiksiyası 50 ştatı, Kolumbiya dairəsini və ABŞ-nin ərazilərini əhatə edir. O həmçinin Şimali Amerikanın digər ölkələrindəki oxşar kommunikasiya qurumları üçün müxtəlif səviyyələrdə əməkdaşlıq, nəzarət və liderlik təmin edir. FKK tamamilə tənzimləyici haqlar hesabına maliyyələşdirilir. Agentliyin 2022-ci ilə olan büdcəsi 388 milyon ABŞ dolları təşkil etmişdi.
Ali Attestasiya Komissiyası (Azərbaycan)
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası (AAK) — Azərbaycan Respublikasında yüksəkixtisaslı elmi və elmi-pedaqoji kadrların attestasiyasını, onlara elmi dərəcələr və elmi adlar verilməsini, o cümlədən xarici ölkələrdə verilmiş elmi dərəcə və elmi adlar haqqında sənədlərin tanınmasını, elmi müəssisələrin (təşkilatların) akkreditasiyasını, bu sahədə dövlət siyasətini və tənzimləməsini həyata keçirən, elmi potensialın formalaşmasında iştirak edən dövlət orqanıdır. Komissiya Azərbaycan Respublikasının Prezidentinə tabedir. AAK 1992-ci ildə yaradılmışdır. Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının ilk sədri Əməkdar elm xadimi Rauf İsmayılov olmuşdur. Ali Attestasiya Komissiyası nazirlik statusuna malik qurumdur. 2019-cu ilin iyun ayından komissiyaya professor Famil Mustafayev başçılıq edir.
Avropa İqtisadi Komissiyası (BMT)
Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyası (ing. United Nations Economic Commission for Europe) qısaca: UNECE və ya ECE) — BMT-nin iqtisadi qurumlarından biri. Avropa ölkələri ilə yanaşı, həm Kanada, həm Mərkəzi Asiya respublikaları, həm də İsrail və Amerika Birləşmiş Ştatları bu quruma daxildir. Mərkəzi katiblik qərargahı İsveçrənin Cenevrə şəhərində yerləşir və təxminən 50 milyon ABŞ dolları məbləğində büdcəsi var. == Tarixi == 28 mart 1947-ci ildə üzv ölkələr arasında iqtisadi əməkdaşlığın inkişafına dəstək üçün təsis olunmuşdur. == Üzv dövlətlər == Komissiyanın üzvü olan 56 ölkə aşağıda göstərilmişdir: Qeyd: UNECE-yə üzv olan 56 ölkənin 18-i rəsmi inkişaf yardımı alanlardır. == İcraçı katibləri == 1947–1957 – İsveç, Qunnar Myurdal 1957–1960 – Finlandiya, Sakari Tuomioya 1960–1967 – Yuqoslaviya, Vladimir Velebit 1968–1982 – Yuqoslaviya, Janez Stanovnik 1983–1986 – Finlandiya, Klaus Sahlgren 1987–1993 – Avstriya, Gerald Hinteregger 1993–2000 – Fransa, Yves Berthelot 2000–2001 – Polşa, Danuta Hübner 2002–2005 – Slovakiya, Brigita Schmögnerová 2005–2008 – Polşa, Marek Belka 2008–2012 – Slovakiya, Yan Kubiş 2012–2014 – Bosniya və Herseqovina, Sven Alkalay 2014 – Danimarka, Mixael Möller (müvəqqəti əvəzedən) 2014-cü ildən bəri – Danimarka, Kristian Friis Bax == Daxili Nəqliyyat Komitəsi == Daxili Nəqliyyat Komitəsi Komissiyanın köməkçi orqanıdır və AİK-in üzv-ölkələri DNK-in üzvləridir. Komitənin işi haqqında hesabatlar Komissiyanın illik sessiyalarında baxılır. Daxili Nəqliyyat Komitəsinin mənzil-qərargahı İsveçrənin Cenevrədə fəaliyyət göstərir və fəaliyyətində 56 ölkə iştirak edir. Komissiyanın Daxili Nəqliyyat Komitəsi bütün növ nəqliyyat sahəsində əməkdaşlığın regional miqyasda inkişafı üçün hökumətlərarası orqan kimi yaradılmışdır.
Gömrük Birliyi Komissiyası (Qazaxıstan)
Gömrük birliyi komissiyası — 2007-2012-ci illərdə fəaliyyət göstərən EurAsEC Gömrük İttifaqının vahid daimi tənzimləyici orqanı. Komissiya, Belarus Respublikası, Qazaxıstan Respublikası və Rusiya Federasiyası tərəfindən vahid gömrük ərazisinin yaradılması və Gömrük İttifaqının formalaşdırılmasına dair 6 oktyabr 2007-ci il tarixli müqaviləyə uyğun olaraq yaradılmışdır. Komissiyanın funksiyalarına aşağıdakılar daxildir: Gömrük İttifaqının ali orqanının - dövlət və hökumət başçıları səviyyəsində dövlətlərarası şuranın qərarlarının icrası; Gömrük İttifaqının formalaşmasına dair beynəlxalq müqavilələrin icrasına nəzarət; Gömrük İttifaqının ali orqanı üçün Gömrük İttifaqının formalaşması və fəaliyyət göstərməsi ilə bağlı tövsiyələrin hazırlanması. 18 avqust 2011-ci il tarixində "Avrasiya İqtisadi Komissiyası haqqında" müqavilənin imzalanması ilə əlaqədar ləğv edilmiş Gömrük İttifaqı Komissiyasının səlahiyyətləri yeni millətlərarası quruma - Avrasiya İqtisadi Komissiyasına verildi. == Komissiyanın tərkibi == Komissiya bir sədr və iki üzvdən ibarət idi: Şuvalov İqor İvanoviç - Komissiyanın sədri - Rusiya Federasiyası Hökuməti sədrinin birinci müavini, Rumas Serqey Nikolayeviç - Komissiyanın üzvü - Belarus Respublikası Baş nazirinin müavini, Şukeyev Umirzak Estayeviç - Komissiyanın üzvü - Qazaxıstan Respublikası Hökuməti sədrinin birinci müavini. Komissiyadakı səslər aşağıdakı kimi paylandı: Rusiya - 57%; Belarusiya - 21,5%; Qazaxıstan -% 21,5. Qərarlar 2/3 səs çoxluğu ilə qəbul edildi. == Komissiya Katibliyi == Gömrük İttifaqının daimi orqanı Sergey Yurievich Glazyevin rəhbərlik etdiyi Komissiya Katibliyi idi .
Mərkəzi Seçki Komissiyası (Azərbaycan)
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası — Azərbaycan Respublikasında Azərbaycan Respublikası Prezident seçkilərinin və Azərbaycan Respublikası Milli Məclisi deputatlarının seçkilərinin, həmçinin referendumların (ümumxalq səsvermələrin), bələdiyyələrə seçkilərin hazırlanmasını və keçirilməsini təmin edən daimi dövlət orqanıdır. Seçki komissiyalarının işinə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası rəhbərlik edir. == Əsas vəzifəsi == MSK Azərbaycan Respublikası Prezidentinin seçkilərinin və Azərbaycan Respublikası Milli Məclisi deputatlarının seçkilərinin, həmçinin referendumların (ümumxalq səsvermələrinin), bələdiyyələrə seçkilərin hazırlanmasını və keçirilməsini təmin edir. == Yaradılma qaydası == MSK-nın üzvləri Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən seçilir. Komissiyanın 6 üzvü deputatları Milli Məclisdə çoxluq təşkil edən və onların namizədliklərini təqdim edən siyasi partiyanı, 6 üzvü heç bir siyasi partiyaya mənsub olmayan (müstəqil) və onların namizədliklərini təqdim edən deputatları, 6 üzvü deputatları Milli Məclisdə azlıq təşkil edən və onların namizədliklərini təqdim edən siyasi partiyaları təmsil edir. Müstəqil deputatları MSK-da namizədlikləri onlar tərəfindən irəli sürülmüş müstəqil, dövlət qulluğunda olmayan, bir qayda olaraq, hüquqşünaslar təmsil edirlər. 2 namizəd maraqlı tərəflərlə razılaşdırılır: bir namizəd Milli Məclisə çoxluq təşkil edən siyasi partiyanın nümayəndələri ilə, digər namizəd isə deputatları Milli Məclisə azlıq təşkil edən siyasi partiyanın nümayəndələri ilə. == Fəaliyyət və səlahiyyətləri == Mərkəzi Seçki Komissiyasının statusu, fəaliyyət istiqamətləri və səlahiyyətləri Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə müəyyən olunmuşdur. Mərkəzi Seçki Komissiyası: seçkilərin və referendumun hazırlanmasında və keçirilməsində vətəndaşların seçki hüquqlarına riayət olunmasına nəzarət edir; aşağı seçki komissiyalarının işi üçün zəruri olan texnoloji avadanlığın normativlərini hazırlayır və təsdiq edir, bu normativlərə əməl olunmasına nəzarət edir; aşağı seçki komissiyalarına hüquqi, metodiki və texniki təşkilati kömək göstərir; seçki bülletenlərinin, referendumda səsvermə bülletenlərinin, seçici siyahılarının, digər seçki komissiyalarının səsvermə protokollarını və referendum sənədlərinin nümunələrini və onların tərtib edilməsi qaydasını müəyyən edir; Azərbaycan Respublikasının Seçki Məcəlləsində nəzərdə tutulan digər vəzifə və səlahiyyətləri həyata keçirir; Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası müvafiq icra hakimiyyəti və yerli özünüidarə orqanları ilə birlikdə vahid seçici siyahısının tərtib edilməsi və aparılması sistemini təşkil edir; seçkilərin və referendumun hazırlanması və keçirilməsi, seçki sisteminin inkişafı, seçicilərin hüquqi maarifləndirilməsi, seçki komissiyaları üzvlərinin peşə hazırlığı ilə əlaqədar treyninqlərin həyata keçirilməsini təmin edir; seçkilərin və referendumun zamanı səsvermənin nəticələrini müəyyən edir, həmin nəticələrin dərc olunmasını təmin edir; Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin tətbiqi ilə əlaqədar daim təlimat, izah, qayda və ya metodiki göstərişlər qəbul edə bilər.
Mərkəzi Seçki Komissiyası (Qazaxıstan)
Qazaxıstan Respublikasının Mərkəzi Seçki Komissiyas (qaz. Қазақстан Республикасының Орталық сайлау комиссиясы) — Qazaxıstanın vahid seçki komissiyaları sisteminə rəhbərlik edən Qazaxıstan Respublikasının daimi dövlət qurumu. == Tarixi == Qazaxıstan Respublikası MSK-nın sələfi Qazaxıstan SSR Ali Sovetinin 22 sentyabr 1989-cu il tarixli qərarı ilə yaradılan Qazaxıstan SSR Xalq Deputatlarının Seçkiləri və Geri çağırılması üzrə Mərkəzi Seçki Komissiyası idi. 25 nəfərdən ibarət idi. Qazaxıstan Respublikası Prezidentinin 11 noyabr 1996-cı il tarixli 3205 saylı Fərmanı ilə, Qazaxıstan Respublikası Mərkəzi Seçki Komissiyası haqqında mövcud Əsasnamə təsdiq edildi. 2013-cü ildə Qazaxıstan Respublikasının Mərkəzi Seçki Komissiyası Ümumdünya Seçki Qurumları Birliyinin üzvü oldu. == Səlahiyyəti == Qazaxıstan Respublikasının 28 sentyabr 1995-ci il tarixli "Qazaxıstan Respublikasında seçkilər haqqında" Konstitusiya Qanununun 12-ci maddəsinə uyğun olaraq, Qazaxıstan Respublikası Mərkəzi Seçki Komissiyası seçkilərlə bağlı qanunvericiliyin icrasına nəzarəti həyata keçirir. Qazaxıstan ərazisi; Qazaxıstan Respublikası Prezidenti və Parlament Məclisi deputatları seçkilərinin hazırlanmasını və keçirilməsini təşkil edir; Parlament Senatı deputatları seçkilərinin təşkilinə və keçirilməsinə rəhbərlik edir; siyasi partiyaların partiyaların siyahıları ilə seçilən Parlament Məclisi deputatlarının və məclis deputatlarının bir hissəsinin seçkilərində iştirakına icazə verilməsi məsələsinə baxır; Prezidentin və parlamentin deputatlarının seçkiləri üçün seçki komissiyalarının rəhbərliyini həyata keçirir; Prezident və Parlament deputatları seçkilərinin nəticələrini yekunlaşdırır, seçilmiş Prezident və Parlament üzvlərini qeyd edir, bu barədə mətbuatda bir mesaj yayımlayır; Qazaxıstan Respublikasının qanunvericiliyinə uyğun olaraq digər səlahiyyətləri həyata keçirir. == Tərkibi və formalaşması == Qazaxıstan Respublikasının Mərkəzi Seçki Komissiyası yeddi nəfərdən ibarətdir: komissiyanın sədri və altı üzvü. 1995–2006-cı illər ərzində Qazaxıstan Respublikası Mərkəzi Seçki Komissiyası sədrinin, sədr müavininin, katibin və üzvlərinin seçilməsi və vəzifədən alınması Qazaxıstan Respublikası Parlamentinin Məclisi tərəfindən Qazaxıstan Respublikası Başçısının təklifi ilə həyata keçirilmişdir.
Xəzərin Su Bioresursları Komissiyası
Xəzərin Su Bioresursları Komissiyası — 1992-ci ildə 4 Xəzəryanı ölkə (Azərbaycan, Rusiya Federasiyası, Qazaxıstan və Türkmənistan) tərəfindən təsis edilmiş komissiya. 2002-ci ildə İran İslam Respublikası bu komissiyaya qoşulmuşdur. Komissiyanın əsas məqsədi Xəzər dənizinin su bioresurslarından davamlı və səmərəli istifadə etmək, balıq ehtiyatlarının artırılması və mühafizəsi sahəsində xüsusi tədbirlər hazırlayıb həyata keçirməkdən ibarətdir. Bundan əlavə Komissiya Xəzərin su bioresurslarının vəziyyətinin (sayının, növünün, yayılmasının) elmi-tədqiqat ekspedisiyaları vasitəsilə öyrənilməsini təmin edir və dəniz üzrə ümumi ov kvotasını, habelə 5 Xəzəryanı ölkə arasında Milli ov kvotalarına bölünməsini müəyyənləşdirir və eyni zamanda CITES Konvensiyası Katibliyinə təsdiq üçün təqdim etmək məqsədilə nərəkimi balıqların ət və kürüsünün ixrac kvotalarının miqdarını təyin edir. Azərbaycan Respublikası 2001–2002-ci illərdə Xəzərin Su Bioresursları Komissiyasına sədrlik etmişdir. Bu müddətdə Bakı şəhərində Komissiyanın 5 iclası keçirilmişdir. 2003–2004-cü illərdə sədrlik Rusiya Federasiyasında, 2005–2006-cı illərdə isə sədrlik Qazaxıstan Respublikasında olmuşdur. 2007–2008-ci illərdə Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin nümayəndə heyəti Komissiyanın Aşqabad şəhərində keçirilən iclaslarında iki dəfə iştirak etmişdir. Departamentin və onun struktur bölmələrinin fəaliyyəti üçün 2007-ci ildə 1,683982 büdcə vəsaiti ayrılmış, 2008-ci il üçün isə 1,682581 manat həcmində təsdiq edilmişdir.
Şərqi Afrika Ali Komissiyası
Şərqi Afrika Ali Komissiyası (ŞAAK; ing. East Africa High Commission, EAHC) — 1 yanvar 1948-ci il və 9 dekabr 1961-ci il tarixləri arasında Britaniyanın idarə etdiyi Uqanda, Keniya və Tanqanika koloniyalarına ümumi xidmətlər göstərmək məqsədi üçün mövcud olan beynəlxalq təşkilat. Bu, Şərqi Afrika Qubernatorlar Konfransını əvəz etmiş və daha sonra Şərqi Afrika Ümumi Xidmətlər Təşkilatı (ŞAÜXT) ilə əvəz olunmuşdur. ŞAÜXT öz növbəsində 1967-ci ildə ilk Şərqi Afrika Cəmiyyəti ilə əvəz olunmuşdur. == Mərkəzi Qanunvericilik Məclisi == 1947-ci ildə Şərqi Afrika (Ali Komissiya) Ordeni Şərqi Afrika Mərkəzi Qanunvericilik Assambleyasını da yaratmışdır. Assambleya Ali Komissiyanın əsas icraçı məmurlarından, Keniya, Uqanda və Tanqanikanın qanunvericilik orqanlarını təmsil edən bir sıra irəli sürülən və qeyri-rəsmi üzvlərdən ibarət idi. Assambleyanın qəbul etdiyi qanunvericilik bilavasitə üç əraziyə şamil edilirdi.
Azərbaycan Respublikası Ali Attestasiya Komissiyası
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası (AAK) — Azərbaycan Respublikasında yüksəkixtisaslı elmi və elmi-pedaqoji kadrların attestasiyasını, onlara elmi dərəcələr və elmi adlar verilməsini, o cümlədən xarici ölkələrdə verilmiş elmi dərəcə və elmi adlar haqqında sənədlərin tanınmasını, elmi müəssisələrin (təşkilatların) akkreditasiyasını, bu sahədə dövlət siyasətini və tənzimləməsini həyata keçirən, elmi potensialın formalaşmasında iştirak edən dövlət orqanıdır. Komissiya Azərbaycan Respublikasının Prezidentinə tabedir. AAK 1992-ci ildə yaradılmışdır. Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının ilk sədri Əməkdar elm xadimi Rauf İsmayılov olmuşdur. Ali Attestasiya Komissiyası nazirlik statusuna malik qurumdur. 2019-cu ilin iyun ayından komissiyaya professor Famil Mustafayev başçılıq edir.
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası — Azərbaycan Respublikasında Azərbaycan Respublikası Prezident seçkilərinin və Azərbaycan Respublikası Milli Məclisi deputatlarının seçkilərinin, həmçinin referendumların (ümumxalq səsvermələrin), bələdiyyələrə seçkilərin hazırlanmasını və keçirilməsini təmin edən daimi dövlət orqanıdır. Seçki komissiyalarının işinə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası rəhbərlik edir. == Əsas vəzifəsi == MSK Azərbaycan Respublikası Prezidentinin seçkilərinin və Azərbaycan Respublikası Milli Məclisi deputatlarının seçkilərinin, həmçinin referendumların (ümumxalq səsvermələrinin), bələdiyyələrə seçkilərin hazırlanmasını və keçirilməsini təmin edir. == Yaradılma qaydası == MSK-nın üzvləri Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən seçilir. Komissiyanın 6 üzvü deputatları Milli Məclisdə çoxluq təşkil edən və onların namizədliklərini təqdim edən siyasi partiyanı, 6 üzvü heç bir siyasi partiyaya mənsub olmayan (müstəqil) və onların namizədliklərini təqdim edən deputatları, 6 üzvü deputatları Milli Məclisdə azlıq təşkil edən və onların namizədliklərini təqdim edən siyasi partiyaları təmsil edir. Müstəqil deputatları MSK-da namizədlikləri onlar tərəfindən irəli sürülmüş müstəqil, dövlət qulluğunda olmayan, bir qayda olaraq, hüquqşünaslar təmsil edirlər. 2 namizəd maraqlı tərəflərlə razılaşdırılır: bir namizəd Milli Məclisə çoxluq təşkil edən siyasi partiyanın nümayəndələri ilə, digər namizəd isə deputatları Milli Məclisə azlıq təşkil edən siyasi partiyanın nümayəndələri ilə. == Fəaliyyət və səlahiyyətləri == Mərkəzi Seçki Komissiyasının statusu, fəaliyyət istiqamətləri və səlahiyyətləri Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə müəyyən olunmuşdur. Mərkəzi Seçki Komissiyası: seçkilərin və referendumun hazırlanmasında və keçirilməsində vətəndaşların seçki hüquqlarına riayət olunmasına nəzarət edir; aşağı seçki komissiyalarının işi üçün zəruri olan texnoloji avadanlığın normativlərini hazırlayır və təsdiq edir, bu normativlərə əməl olunmasına nəzarət edir; aşağı seçki komissiyalarına hüquqi, metodiki və texniki təşkilati kömək göstərir; seçki bülletenlərinin, referendumda səsvermə bülletenlərinin, seçici siyahılarının, digər seçki komissiyalarının səsvermə protokollarını və referendum sənədlərinin nümunələrini və onların tərtib edilməsi qaydasını müəyyən edir; Azərbaycan Respublikasının Seçki Məcəlləsində nəzərdə tutulan digər vəzifə və səlahiyyətləri həyata keçirir; Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası müvafiq icra hakimiyyəti və yerli özünüidarə orqanları ilə birlikdə vahid seçici siyahısının tərtib edilməsi və aparılması sistemini təşkil edir; seçkilərin və referendumun hazırlanması və keçirilməsi, seçki sisteminin inkişafı, seçicilərin hüquqi maarifləndirilməsi, seçki komissiyaları üzvlərinin peşə hazırlığı ilə əlaqədar treyninqlərin həyata keçirilməsini təmin edir; seçkilərin və referendumun zamanı səsvermənin nəticələrini müəyyən edir, həmin nəticələrin dərc olunmasını təmin edir; Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin tətbiqi ilə əlaqədar daim təlimat, izah, qayda və ya metodiki göstərişlər qəbul edə bilər.
BMT-nin Avropa İqtisadi Komissiyası
Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyası (ing. United Nations Economic Commission for Europe) qısaca: UNECE və ya ECE) — BMT-nin iqtisadi qurumlarından biri. Avropa ölkələri ilə yanaşı, həm Kanada, həm Mərkəzi Asiya respublikaları, həm də İsrail və Amerika Birləşmiş Ştatları bu quruma daxildir. Mərkəzi katiblik qərargahı İsveçrənin Cenevrə şəhərində yerləşir və təxminən 50 milyon ABŞ dolları məbləğində büdcəsi var. == Tarixi == 28 mart 1947-ci ildə üzv ölkələr arasında iqtisadi əməkdaşlığın inkişafına dəstək üçün təsis olunmuşdur. == Üzv dövlətlər == Komissiyanın üzvü olan 56 ölkə aşağıda göstərilmişdir: Qeyd: UNECE-yə üzv olan 56 ölkənin 18-i rəsmi inkişaf yardımı alanlardır. == İcraçı katibləri == 1947–1957 – İsveç, Qunnar Myurdal 1957–1960 – Finlandiya, Sakari Tuomioya 1960–1967 – Yuqoslaviya, Vladimir Velebit 1968–1982 – Yuqoslaviya, Janez Stanovnik 1983–1986 – Finlandiya, Klaus Sahlgren 1987–1993 – Avstriya, Gerald Hinteregger 1993–2000 – Fransa, Yves Berthelot 2000–2001 – Polşa, Danuta Hübner 2002–2005 – Slovakiya, Brigita Schmögnerová 2005–2008 – Polşa, Marek Belka 2008–2012 – Slovakiya, Yan Kubiş 2012–2014 – Bosniya və Herseqovina, Sven Alkalay 2014 – Danimarka, Mixael Möller (müvəqqəti əvəzedən) 2014-cü ildən bəri – Danimarka, Kristian Friis Bax == Daxili Nəqliyyat Komitəsi == Daxili Nəqliyyat Komitəsi Komissiyanın köməkçi orqanıdır və AİK-in üzv-ölkələri DNK-in üzvləridir. Komitənin işi haqqında hesabatlar Komissiyanın illik sessiyalarında baxılır. Daxili Nəqliyyat Komitəsinin mənzil-qərargahı İsveçrənin Cenevrədə fəaliyyət göstərir və fəaliyyətində 56 ölkə iştirak edir. Komissiyanın Daxili Nəqliyyat Komitəsi bütün növ nəqliyyat sahəsində əməkdaşlığın regional miqyasda inkişafı üçün hökumətlərarası orqan kimi yaradılmışdır.
Fender
Fender — ABŞ-də yerləşən və dünya miqyasında çox məşhur bir gitara istehsalçısı şirkətdir. Əsası 1946-cı ildə Leo Fender tərəfindən qoyulmuşdur. 1950-ci ildə bir maqnitli Fender Esquire adlı elektrik gitaranı istehsal edən firma 1951-ci ildə həmin gitaranı modifikasiya edərək iki maqnitli Fender Broadcaster ilə əvəz edirlər. Sonradan bu gitaranın adı Telecaster olaraq dəyişdirilmişdi və bu gün həmin gitara peşəkar musiqiçilər arasında ən məşhur gitaralardan biridir. Elə həmin il ilə Leo Fender tarixdə ilk Fender Precision Bass bas-gitarasını ixtira edir və 1952-ci ildən bu gitaranın istehsalına başlanır. Bu gitara hal-hazırda bir çox musiqiçilər və istehsalçılar üçün bas-gitaranın etalonu hesab olunur. 1954-cü ildə Fender öz əfsanəvi Stratocaster gitarasını istehsal edir və bu gitara musiqi dünyasında bir növ inqilab edir. Bu gitaranın forması bir müddət gitara istehsalının tendensiyalarının gedişatını da müəyyən edir. Sonrakı illər Stratocaster'in modifikasiya olunmuş bir neçə modeli hazırlanır və əksəriyyəti indi də istehsal edilir. 1958 — Fender Jazzmaster 1960 — Fender Jazz Bass 1961 — Fender Bass V 1961 — Fender Bass VI 1962 — Fender Jaguar 1964 — Fender Mustang 1965 — Fender Coronado 1987 — Fender Performer 1993 — Fender Prodigy 1995 — Fender Roscoe Beck Bass 2005 — Fender Jaguar Baritone 1987-ci ildə Fender şirkəti, Los-Ancelesdən 180 mil uzaqlıqda, Meksikanın Ensenade şəhərində bir fabrik açır.
Gender
Gender — kişiyə xas olan, qadına xas olan cəmiyyət tərəfindən təzyiq ifadələridir, həm də qadınlıq və kişiliyi fərqləndirən xüsusiyyətlər toplusudur. Kontekstdən asılı olaraq, bu xüsusiyyətlərə bioloji gender (qadın və ya kişi) xüsusiyyətləri, gender əsaslı sosial quruluşlar və gender kimliyi daxil ola bilər. Bir çox mədəniyyətdə insanların sadəcə iki cinsə (qadın və ya kişi) sahib ola biləcəyini nəzərdə tutan bir bipolyar gender sistemi istifadə olunur (gender binarizmi). Bipolyar gender sisteminin xaricində yaşayan insanlar "non-bayneri" və ya "kvir" hesab olunur. Gender siyasət, iqtisadiyyat, hüquq, ideologiya, mədəniyyət, təhsil, elm və səhiyyə də daxil olmaqla həyatın bütün sahələrində ifadə oluna bilər. == Cins == Cins sözü şəxsin kişi və ya qadın cinsinə mənsubiyyətini müəyyənləşdirmək üçün fizioloji xüsusiyyətlərə şamil olunur: Genital orqanların növü (penis, yumurtalıq, vagina, uşaqlıq, döş) Orqanizimdə dövriyyə edən dominant hormonların növü (estrogen, testosteron) Sperma və ya toxum hüceyrəsi ifraz etmək bacarığı Dünyaya uşaq gətirmək və onu döşlə yedizdirmək bacarığı Gender sözü qadınlar və kişilərlə əlaqədar geniş yayılmış xəyali obraz və gözlənilənlərə şamil olunur. Bu səciyyəvi xəyali obraza qadına xas olan və ya qadın və kişiyə xas olan, yaxud kişi xüsusiyyət bacarıqlarına, həmçinin qadın və kişilərin müxtəlif vəziyyətlərdə necə hərəkət etməsinə aid geniş yayılmış ümidlər daxildir. Bu xəyali obraz və ümidlər ailə, dostlar, liderlər, dini və mədəni təsisatlar, məktəblər, iş yerləri, reklamlar və mediadan öyrənilir. Bu xəyali obrazlar qadın və kişilərin cəmiyyətdəki müxtəlif rollarını, sosial statusunu, iqtisadi və siyasi gücünü əks etdirərək həmin göstəricilərə təsir edir. == Gender kimliyi == Gender kimliyi şəxslərin aid olduqlarını hiss etdikləri genderə istinad edir, həmin gender onların anadangəlmə cinsi ilə eyni ola və ya olmaya bilər.
Render
Render termini kompüter qrafikası sahəsinə aiddir. Bu terminə başqa sözlə vizuallaşdırma da deyilir. Yəni, kompüter qrafika proqramlarında yaradılmış obyekt, obyektlərə verilmiş material, işıq-kölgə, xüsusi effekt və s. kimi elementləri ümumiləşdirilmiş halda görüntüyə gətirir. Misal üçün, 3d studio MAX, Maya, Light wave 3d kimi programlarda yaradılmış obyektlər, işıq-kölgə effektləri və s. kimi başqa elementlər bu proqramların işləməy üçün nəzərdə tutulmuş ekran hissəsində tam şəkildə görünmür. Bunun əsas səbəbi kompüterin real vaxt ərzində bütün bu sadalanan elementləri hesablayıb görüntüyə verə bilməməsidir. Hətta, dünyanın ən güclü prosessorları belə bu funksiyaya malik deyil. Ona görə də bu proqramlarda yaratdığımız səhnələri və verdiyimiz effektləri tam şəkildə görmək üçün, həmin səhnələri render etməyə ehtiyacımız var. Bu zaman kompüterin prossessoru bütün bu effektləri hesablayaraq, onu görüntüyə verir.
Bender
Bender Bendinq Rodriges (ing. Bender Bending Rodríguez) — "Futurama" cizgi serialının əsas personajlarından biri. Con Di Macio tərəfindən səsləndirilib. Bender alkoqolik olması, əxlaqsız davranışlar sərgiləməsi, çox siqaret çəkməsi və qumarbaz olması ilə bilinir.
Gender rolu
Gender rolu, insanların həqiqi və ya qəbul edilən cinsiyyətinə və ya cinsiyyətinə görə ümumiyyətlə qəbul edilmiş, uyğun və ya arzu olunan davranış növlərini zorla qəbul edən sosial normalar toplusudur. Gender rolları ümumiyyətlə dişilik və maskulanlıq anlayışları ətrafında formalaşsa da, istisnalar və dəyişikliklər də vardır. Cinslə əlaqəli gözləntilər mədəniyyətlər arasında çox fərqlənə bildiyi kimi onun bəzi xüsusiyyətləri də bir çox mədəniyyət üçün ümumidir. Bu gün gender rollarının və növlərinin bioloji cəhətdən müəyyən olub-olmaması və ya sosial quruluşun nəticəsi olub-olmaması barədə davam edən mübahisə mövcuddur. Müxtəlif qruplar, xüsusən də feminist hərəkat, repressiv və qüsurlu olduqlarına inandıqları dominant gender rollarını dəyişdirmək üçün səy göstərmişdirlər. Gender rolu termini ilk dəfə 1955-ci ildə John Money tərəfindən açıq şəkildə bioloji cinsiyyət təyin olunmadığı zaman interseks fərdlərinin araşdırılmasında kişi və ya qadın statuslarını necə göstərdiklərini izah etmək üçün istifadə edilmişdir.
Gender sosiologiyası
Gender sosiologiyası — cəmiyyətdə baş verən genişmiqyaslı sosial-iqtisadi və siyasi dəyişikliklər ailə strukturunda və ictimai münasibətlər sistemində kişi və qadın arasındakı münasibətlərin dəyişilməsinə gətirib çıxarır. Gender münasibətlərinin araşdırılması bir sıra sosial və humanitar, həmçinin sosialogiyanın ayrılmaz tərkib hissəsi olmuşdur. Azərbaycanda genderologiyanın bütünlükdə institutsionalizasiyası prosesi gedir. == Cins və gender == Sosiologiyada gender anlayışı əsaslardan biridir. Sosiologiyada cinsi araşdırmanı, yəni sosial münasibətlər və proseslər kontekstində fərqləndirmək üçün elmi dövriyyəyə daxil olan "cins" (latıncadan gender — «cins») anlayışından istifadə etmək adətdir, seksoloq Con Mani (1921-2006) sosial tədqiqatlar zamanı marginal qrupların (transvestitlər, transseksuallar) müasir cəmiyyətdəki rolları. Cinsiyyət sosial cinsdir. Struktur sosiologiya nöqteyi-nəzərindən və Emil Durkhaym ənənəsinə tam uyğun olaraq cinsiyyət özü sosial bir fenomendir, bu səbəbdən "cins" termininin istifadəsi pleonazmdır. Ancaq istifadəsi, geniş bir müzakirəyə gəldikdə, cinsiyyət məsələsinə sosioloji yanaşmadan bəhs etdiyimizi vurğulamaq üçündür. "Cinsiyyət" anlayışı (latınca sexus, "seks", "yarı", "bölünmə") daha geniş şəkildə istifadə edilə bilər və anatomik fərqlər və əlamətləri əhatə edir. "Cinsiyyət" anlayışı ümumiyyətlə sosiologiyanın özü və ya sosial psixologiya sahəsində istifadə olunur.
Gender tədqiqatları
Gender tədqiqatları — sosial fenomenləri və onların dəyişmələrini təhlil etmək üçün sosial gender nəzəriyyəsinin idrak imkanlarından istifadə edən fənlərarası tədqiqat praktikası. Bu sahə qadın tədqiqatları (qadınlarla əlaqəli, feminizm, cinsiyyət və siyasət), kişi işləri və qəribə tədqiqatları əhatə edir. Müasir humanitar biliklərdə bu istiqamətin formalaşmasına təkan cins ilə əlaqəli məsələlərin öyrənilməsində bioloji və mədəni komponentlərin yetişdirilməsi təklifi oldu. Cinsin öyrənilməsi biologiya və fiziologiyanın mövzu sahəsidir və gender təhlili psixoloqlar və sosioloqların tədqiqat, mədəni və tarixi hadisələrin təhlili mövzusu kimi qəbul edilə bilər. Cinsiyyət araşdırmaları ümumiyyətlə cinsəlliklə yanaşı öyrənilir. == İstinadlar == == Xarici keçidlər == Ономастика для гендерных исследований (en) Статистические сборники "Мужчины и женщины России" на сайте Росстата Гендерные исследования — портал Сборник статей о гендерных исследованиях "Департамент гендерных исследований университета Блумингтон". 2006-06-05 tarixində arxivləşdirilib.
Tenqer (səhra)
Tenqer (monqolca: Тэнгэр цөл (Tenqer tsöl), çincə: 腾格里沙漠 (pinyin (transkripsiyası): Ténggélǐ Shāmò) — Çinin şimalında yerləşən Daxili Monqolustan Muxtar Rayonunun qərbini, və Qansu vilayətinin mərkəzi hissəsini əhatə edən səhra. Onun monqol dilindəki adı olan "Tenqer tsöl" hərfən "Tanrı çölü", yəni «göy, səma çölü, səhrası» mənasını verir. Alaşan səhrasının cənub-şərq hissəsini əhatə edir. Qərbdən və şərqdən Yabray-Yançan və Helanşan dağları, cənubdan isə Böyük Çin səddi ilə əhatələnir. Sahəsinə görə Çinin dördüncü səhrasıdır. Səhranın sahəsi 36700 km² təşkil edir. Ərazisinin böyük hissəsi 1200 metr hündürlükdə yerləşir, və müxtəlif reylef formalarına malikdir. Ərazisində 400 göl vardır, lakin göllərin böyük qismi axarsız olub duzludurlar. Həmçinin ərazisinin 70%-i dyunlarla örtülüdür. Dyunların böyük qismi 10-30 metr hündürlüyə malikdir, ən hündür dyunlar isə 100 metr təşkil edir.
Teoder Qorşelt
Teoder Qorşelt —Alman rəssam və batalist Teoder Qorşelt 1858-ci ildə Vrevskinin ekspedisiyası ilə Dağıstana yollanmış, daha sonra general Yermolovun Çeçenistana yürüşündə iştirak etmişdi.
Gender kimliyi
Gender kimliyi və ya identikliyi müəyyən bir cinsin nümayəndəsi, yəni kişi, qadın və ya başqa bir kateqoriyanın nümayəndəsi kimi insanın daxili özünü qavrayışıdır, bioloji cinslərin davranış və keyfiyyətləri sosial və mədəni stereotiplərlə əlaqələndirilir. Gender kimliyi mütləq bioloji cinslə eyni deyil. Hal-hazırda, gender kimliyini və gender ifadəsini fərqləndirmək lazımdır - cinsi xüsusiyyətlərdən asılı olaraq maskulin, feminin və androqin kimi müəyyən edilir , bu və ya digər müxtəlif növ gender kimliklərini müəyyən edən gender stereotiplərinin uyğunluğunu nəzərdən keçirən ədəbiyyat da mövcuddur. Bir çox cəmiyyətlərdə insanın sosial şəxsiyyətinin formalaşması üçün əsas ola biləcək bir sıra gender kateqoriyaları mövcuddur. Cinsiyyət kimliyi doğuş zamanı təyin olunmuş cinsə uyğun gələn insanlara tamcins və ya tisgender, cinsiyyəti uyğun gəlməyənlərə isə transgender deyilir. Transgender anlayışına gender ifadəsinin bioloji cinslə uyğunsuzluğu daxildir Gender kimliyi nəzəriyyəsinin əsasını qoyanlardan biri seksoloq Con Uilyam Money olmuşdur. Müxtəlif cəmiyyətlərdə uzun illər ikili gender sistemi - insanların iki kateqoriyaya bölündüyü cəmiyyət mövcud olmuşdur və hazirda da həmin binar gender sistemi bir çox mühafizəkar cəmiyyətlərdə qorunub saxlanmaqdadır: kişilər və qadınlar və anadan olanda təyin olunan bioloji cins ilə gender kimliyi arasında uyğunluq nəzərdə tutulur. Bununla belə, son bir neçə onillikdə qeyri-binar gender kimliyi olan insanlar rəsmi səviyyədə getdikcə daha çox tanınmağa başlayıblar. Bu, ABŞ, Avstraliya, Böyük Britaniya və Avropa ölkələrinin əksəriyyətində baş verir və qeyri-binar şəxslərin tanınması istiqamətində dəyişikliklər hüquqi sənədlərdə öz əksini tapır. Bu cəmiyyətlərdə gender sistemləri qeyri-binardır: onlar ikidən çox gender kateqoriyasını əhatə edir və doğuş zamanı təyin olunmuş cins ilə gender kimliyi arasında heç bir əlaqənin olmadığı fikri önə çəkilir.
Tinder fırıldaqçısı
Tinder fırıldaqçısı (ing. The Tinder Swindler) — 2 fevral 2022-ci ildə Netflix-də yayımlanan ingilis istehsalı sənədli film. Film Tinder tətbiqi vasitəsilə qadınları aldadan israilli cinayətkar Simon Leviev haqqındadır. == Məzmun == Doğum adı Şimon Hayut olan Simon Leviev Tinder adlı tanışlıq proqramında özünü almaz kralı olaraq tanınan Rusiya yəhudisi Lev Levievin oğlu olaraq təqdim etdi. Tinder-də tanış olduğu qadınları şam yeməyinə aparıb onlara müxəlif hədiyyələr alaraq özünü həqiqətən almaz kralının oğlu olduğuna inandırdı. Hətta qadınları şəxsi təyyarələrlə tətilə apardı. Möhtəşəm həyata sahib imiş kimi davranan Hayut tanış olduğu bütün qadınlara onu öldürmək istəyən düşmənləri olduğundan bəhs etdi. Qadınlara söhbət tətbiqləri vasitəsi ilə mühafizəçisinin düşmənləri tərəfindən yaralandığına dair saxta şəkillər göndərdi. Təhlükəsizlik məqsədi ilə öz kartından pul xərcləyə bilmədiyini və bu səbəblə geri qaytarmaq şərti ilə qadınlardan kart və nağd pul aldı. Bu üsulu bütün qurbanlarında istifadə etdi.
Gender rolları
Gender rolu, insanların həqiqi və ya qəbul edilən cinsiyyətinə və ya cinsiyyətinə görə ümumiyyətlə qəbul edilmiş, uyğun və ya arzu olunan davranış növlərini zorla qəbul edən sosial normalar toplusudur. Gender rolları ümumiyyətlə dişilik və maskulanlıq anlayışları ətrafında formalaşsa da, istisnalar və dəyişikliklər də vardır. Cinslə əlaqəli gözləntilər mədəniyyətlər arasında çox fərqlənə bildiyi kimi onun bəzi xüsusiyyətləri də bir çox mədəniyyət üçün ümumidir. Bu gün gender rollarının və növlərinin bioloji cəhətdən müəyyən olub-olmaması və ya sosial quruluşun nəticəsi olub-olmaması barədə davam edən mübahisə mövcuddur. Müxtəlif qruplar, xüsusən də feminist hərəkat, repressiv və qüsurlu olduqlarına inandıqları dominant gender rollarını dəyişdirmək üçün səy göstərmişdirlər. Gender rolu termini ilk dəfə 1955-ci ildə John Money tərəfindən açıq şəkildə bioloji cinsiyyət təyin olunmadığı zaman interseks fərdlərinin araşdırılmasında kişi və ya qadın statuslarını necə göstərdiklərini izah etmək üçün istifadə edilmişdir.
Bidens tener
Bidens tener (lat. Bidens tener) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yatıqqanqal cinsinə aid bitki növü.
Astragalus tener
Astragalus tener (lat. Astragalus tener) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Hamosa tenera (A.Gray) Rydb. Tragacantha tenera (A.Gray) Kuntze == Yarımnövləri == Astragalus tener var. ferrisiae Liston Astragalus tener var. tener Astragalus tener var.
Erigeron tener
Erigeron tener (lat. Erigeron tener) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid bitki növü.
Norm Ender
Ender Əroğlu və ya daha çox tanınan adı ilə Norm Ender (25 mart 1985, Bornova, İzmir) — Türk reper. == Həyatı == 10 yaşında, Alman-Türk rep qrupu Carteldən ilhamlanandan sonra rep ilə maraqlanmağa başladı. Məktəbi bitirdikdən sonra 2001-ci ildə rep deməyə başladı və sonra Atv telekanalının yayımladığı Akademi Türkiye musiqi yarışmasına qatıldı. Əvvəlcə Akademi Türkiye yarışmasında pop musiqisini ifa etməyi xahiş edən Ender, yarışmanın tələbini yerinə yetirməkdən imtina etdi. Sonda Akademi proqramına rep kursu təqdim etdi. Ender Erman Altınoğlu və digər 3 nəfər ilə 5 nəfərdən ibarət NORM qrupunu yaratdı. Əslində bu qrupun yaradıcısı Erman Altınoğludur. Hərbi xidmətini başa vurduqdan sonra, 2010-cu ildə İçinde Patlar adlı solo rep albomu hazırladı. 2012-ci ildə yeni bir albom buraxacağını açıqladı. Bu albomu tanıtmaq üçün İzmir, Diyarbakır və Ankarada konsertlər verdi və səhnə adı Norm Ender solo buraxılışları üçün istifadə etməyə başladı.
Bəndər
Bəndər — kişi adı. Bu adı olan tanınmış şəxslər Usta Bəndər — 1231-ci il Gəncə üsyanının rəhbəri. Yaşayış məntəqələri Bəndər (şəhər) — Moldovada Dnestrin sağ sahilində liman şəhəri. Bəndər Abbas — İranın Hörmüzgan ostanında şəhər. Bəndər Gəz — İranın Gülüstan ostanında şəhər. Bəndər Mahşəhr — İranın Xuzistan ostanında şəhər. Bəndər Siraf — İranın Buşehr ostanında şəhər. Bəndər Dəyyer — İranın Buşehr ostanında şəhər. Bəndər-Kong — İranın Hörmüzgan ostanında şəhər. Bəndər Genave — İranın Buşehr ostanında şəhər.
Təndir
Təndir — istilənmək üçün istifadə edilən bir növ manqal. Yerə çuxur qazılaraq edilən xüsusi bir sobaya da dandır deyilir. Təndirdə manqal kömürü, odun kimi yanacaqlar istifadə edilər. Ümumiyyətlə burada çörək bişirilər və ət qızardılar. == Təndirqoyma == Təndir üçün lazım olan sarı torpaq qəzil, saman, at qılı və s. qarışdırılıb əlavə olunandan sonra yaxşı-yaxşı hasil edilir, sonra təndirin badı (divarı) qoyulurdu. Təndirin dairəsi yuxarıya getdikcə kiçilir, badın qalınlığı, hamarlığı təndirqoyanın ustalığından asılı idi. Təndir qoyulub başa çatandan sonra o, yaxşı qurumalı idi. Təndirin çatlamaması, ovulmaması üçün onu üstüörtülü yerdə, çox vaxt sal daşların üstünə qoyurdular. Beləliklə, təndir nəmdən, yağışdan qorunurdu.
Komissiya
Komissiya [lat. komissio (commissio) – tapşırıq, tapşırmaq] – xüsusi tədbirlər üçün hazırlanmış müvəqqəti heyət. Komissiya sözü digər mənalarda da istifadə olunur: Müəyyən iş görən dövlət idarəsi; Xüsusi tapşırıq; Bir tərəfin ikinci tərəf qarşısında öz adından, lakin komitent üçün üçüncü tərəflə əqd bağlayacağı haqqında öhdəlik götürdüyü müqavilə; Nisbətən məhdud, müvəqqəti, fərdi problemlərin araşdırılması və həlli, tövsiyələrin işlənib hazırlanması, təhqiqatların aparılması üçün məxsusi yaradılan qrup, orqan; Müəyyən məsələnin həlli üçün səlahiyyətləri olan daimi və ya müvəqqəti kollegial orqan. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. "Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər", Bakı, "İnformasiya Texnologiyaları", 2009, 201 s.
Bəndər-Abbas
Bəndər-Abbas (fars. بندرعباس‎) — İranın Hörmüzgan ostanında liman şəhəri, ostanın inzibati mərkəzi. Köhnə adı Cərundur. Bəndər-Abbas şəhəri İranın cənubunda, Fars körfəzinin sahilində və Hörmüz boğazının şimal tərəfində yerləşir. Bəndər-Abbas liman şəhəri XVI əsrdən portuqalların işğalı altında olmuşdur. I Şah Abbasın zamanında – 1614-cü ilin sonunda Səfəvi ordusu portuqalları oradan qovub çıxarmışdır. Həmin vaxtdan etibarən Cərun limanı Şah Abbasın şərəfinə Bəndər-Abbas adlanmağa başlamışdır. == Əhalisi == 2005-ci il əhalinin siyahıya alınmasının nəticələrinə əsasən əhalisi 352,172 nəfərdir.
Bəndər-Kong
Bəndər Kung — İranın Hörmüzgan ostanının şəhərlərindən biri, Minab şəhristanının mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 14 881 nəfər və 2 908 ailədən ibarət olmuşdur.
Bəndər (coğrafiya)
Bəndər- Gəncə şəhəri ərazisində dağ slsilələri üzərndə olan keçid, dağ keçidi.
Bəndər (şəhər)
Benderı (mold. Bender/Бендер; rus. Бендеры) və ya Bəndər, həmçinin Tigina (rum. Tighina) — Moldovada Dnestrin sağ sahilində liman şəhəri. == Tarixi == XIII əsrdə tatarların bura hakim olduqları məlumdur. Onlar bu keçidi mühafizə etmək məqsədilə kiçik bir keşik qalası tikmişdilər. Bəndər bir keçidi və ya boğazı qoruyan qarovul məntəqəsinə deyilirdi. 1484-cü ildə Bəyazid xan və Gedik Əhməd Paşa Bəndəri möhkəm hərb qalası kimi bərpa etdilər. Hazırda Bəndər şəhərində XIV–XV əsrlərə aid türk qalası və Süleyman xan camisi durmaqdadır. Bəndər şəhərində iki dəfə olmuş Övliya Çələbi qalanı alınmazlığına və əminliyinə görə "Aman yeri Bəndərabad" adlandırır.
Bəndər (şəxs)
Bəndər Abbas
Bəndər-Abbas (fars. بندرعباس‎) — İranın Hörmüzgan ostanında liman şəhəri, ostanın inzibati mərkəzi. Köhnə adı Cərundur. Bəndər-Abbas şəhəri İranın cənubunda, Fars körfəzinin sahilində və Hörmüz boğazının şimal tərəfində yerləşir. Bəndər-Abbas liman şəhəri XVI əsrdən portuqalların işğalı altında olmuşdur. I Şah Abbasın zamanında – 1614-cü ilin sonunda Səfəvi ordusu portuqalları oradan qovub çıxarmışdır. Həmin vaxtdan etibarən Cərun limanı Şah Abbasın şərəfinə Bəndər-Abbas adlanmağa başlamışdır. == Əhalisi == 2005-ci il əhalinin siyahıya alınmasının nəticələrinə əsasən əhalisi 352,172 nəfərdir.
Bəndər Deyləm
Bəndər Deyləm — İranın Buşehr ostanının şəhərlərindən və Deyləm şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 19 829 nəfər və 4,426 ailədən ibarət idi.
Bəndər Deyr
Bəndər Dəyyer və ya Bəndər Deyr — İranın Buşehr ostanının şəhərlərindən və Dəyyer şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 18 454 nəfər və 3 882 ailədən ibarət idi.
Bəndər Dəyyer
Bəndər Dəyyer və ya Bəndər Deyr — İranın Buşehr ostanının şəhərlərindən və Dəyyer şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 18 454 nəfər və 3 882 ailədən ibarət idi.
Bəndər Genave
Bəndər Günavə — İranın Buşehr ostanının şəhərlərindən və Günavə şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 59,291 nəfər və 12,548 ailədən ibarət idi.
Bəndər Gəz
Bəndər Gəz- İranın Gülüstan ostanının şəhərlərindəndir. Həm də Bəndər Gəz şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 17,923 nəfər və 4,679 ailədən ibarət idi.Əhalisinin əksəriyyəti mazandaranlılardan ibarətdir və mazandaran dilində danışırlar.Qacarlar dövründə əhalisi ermənilər, ruslar və türkmənlərdən ibarət idi.
Bəndər Kung
Bəndər Kung — İranın Hörmüzgan ostanının şəhərlərindən biri, Minab şəhristanının mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 14 881 nəfər və 2 908 ailədən ibarət olmuşdur.
Bəndər Kəng
Bəndər Kung — İranın Hörmüzgan ostanının şəhərlərindən biri, Minab şəhristanının mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 14 881 nəfər və 2 908 ailədən ibarət olmuşdur.
Blender
Blender – üçölçülü kompüter qrafikalarının yaradılması üşün professional sərbəst (ödənişsiz) və açıq proqram təminatıdır, bura modelləşdirmə vasitələri, animasiyalar, vizualizasiya, üçölçülü çapetmə, videonun səsli montajı və sonradan emalı, “qovşaqlar” vasitəsilə tərtib edilməsi (Node Compositing Digital – müxtəlif yerlərdə və müxtəlif zamanlarda əldə edilmiş iki və daha çox şəkillərin bir çərçivədə birləşdirilməsi), həmçinin interaktiv oyunların yaradılması daxildir. Peşəkar komanda tərəfindən təkmilləşdirilməsi səbəbindən sürətli və sabit inkişaf etdiyi üçün hazırda pulsuz 3D redaktorlar arasında ən populyarıdar.
Denver
Denver — ABŞ-də şəhər. Kolorado ştatının inzibati mərkəzi. Saus Plett çayı sahilindədir. 1997-ci il iyulun 20-də Denver şəhərində Rusiya, ABŞ və Fransa Prezidentləri görüşmüş və Ermənistan-Azərbaycan münaqişəsini sülh yolu ilə həll edilməsinə kömək etmək barədə birgə bəyanat imzalamışlar.
Pendir
Pendir — südün mayalanması ilə əldə olunan yüksək kalorili qida məhsuludur. Adətən ağ və açıq-sarı rəngdə, deşikli və ya deşiksiz olur. Pendirin tərkibində zülal (25%-ə qədər), yağ (60%-ə qədər) və mineral maddələr (3,5 %-ə qədər) vardır. Pendirin tərkibində olan zülallar insan orqanizimində südə nisbətən daha yaxşı həzm olunurlar. Pendirdə olan ekstraktlar dəmirin həzminə və yaxşı iştahın yaranmasına şərait yaradır. Onun təşkilediciləri orqanizm tərəfindən tam həzm olunur. Pendirdə A, D, E, B1, B2, PP, C və başqa vitaminlər mövcuddurlar. Yağın tərkibindən asılı olaraq 100 q pendirdə enerji ehtiyatı 200-400 kkal arasındadır. Pendirə həm də südə olan elementlərin konsentratı kimi baxmaq olar: buraya zülallar, yağlar, mineral maddələr, kalsium, fosfor da daxildir. Pendirin hazırlanmasında istifadə edilən südün tərkibi (qoyun, keçi, inək), istehsal prosesi (temperatur, ölçü), əlavə olunan dadvericilər, bakteriyalar, kiflər, sonrakı emalı (barlanma, duzda saxlama) və yetişmə vaxtından asılı olaraq dadına və kondinsesninə görə müxtəlif pendir növləri əldə edilir.
Sander
Sıf (lat. Sander) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xanıkimilər dəstəsinin xanılar fəsiləsinə aid heyvan cinsi.
Sendre
Sendre (fr. Cindré) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Jalini-sür-Bebr kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03079. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 313 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 199 əmək qabiliyyətli şəxsdən (15-64 yaş) İqtisadi cəhətdən aktiv, 64 hərəkətsiz (67.8% iş, 1999-cu ildə 72.0%). Fəal olan 135122 işsizdən (65 kişi və 57 qadın) və 13 işsizdən (7 kişi və 6 qadın). Aktiv olmayan 18 tələbə və ya tələbədən 25-i təqaüdə çıxmış, 21-i digər səbəblərə görə fəaliyyətsizdir.
Pul emissiyası
Pulların emissiyası (ing. Money creation) — bu tədavülə əlavə pul burax­maq­dır ki, bu da tədavüldə olan pul kütləsinin artımına gətirir çıхa­rır. Emissiya (ing. issue) — bütün növ pul nişanlarının və qiymətli kağızların dövriyyəyə buraxılması. Pul nişanlarının emissiyası bir qayda olaraq dövlətə məxsusdur. Pulun emissiyasını ölkənin Mərkəzi Bankı həyata keçirir. Qiymətli kağızların emissiyası isə həm dövlət orqanları, həm də qeyri-dövlət qurumları tərəfindən həyata keçirilə bilər. Məhz bu cəhətinə görə qiymətli kağızları 2 qrupda təsnifləşdirilir: dövlət və qeyri dövlət . == Haqqında == Tədavülə pul buraxmaq hər gün bank əməliyyatları apa­rı­lan zaman icra olunur. Nağd pulun tədavülə buraxılması kas­­sa əməliyyatı aparılan vaxt baş verir bu da bankların müş­­tərilərə öz kassalarından nağd pul verməsi ilə davam edir (əməkhaqqının ödənişi, nağd formada əhaliyə verilən ssudalar).
Bullit missiyası
Bullit missiyası — Rusiyada hərbi əməliyyatların dayandırılması məqsədilə Paris sülh konfransında (1919–1920) ABŞ nümayəndə heyətinin üzvü Uilyam Kristian Bullitin rəhbərliyi ilə 1919 ilin martında sovet Rusiyasına göndərilmiş nümayəndə heyəti. == Tarixi == ABŞ prezidenti V. Vilson və B. Britaniyanın baş naziri C. Lloyd Corcun təklifi ilə 1919-cu il martın 19-da Moskvaya gələn Bullit Leninlə görüşmüş, atəşkəs haqqında razılıq əldə etmişdi. Görüş nəticəsində hazırlanmış layihədə göstərilirdi ki, keçmiş Rusiya imperiyası və Finlandiya ərazisində faktiki surətdə mövcud olan hökumətlər öz hakimiyyətlərini saxlayır, Rusiyanın iqtisadi blokadası dayandırılır, sovet respublikaları ilə xarici dövlətlər arasında rəsmi nümayəndələrin mübadiləsi bərpa olunur, Rusiya imperiyası və Finlandiya ərazisindəki dövlətlər xarici ölkələr qarşısında, bu ölkələrin vətəndaşları qarşısında Rusiya imperiyasının maliyyə öhdəlikləri üçün məsuliyyət daşıyır və s. Lakin sonradan Antanta dövlətləri və ABŞ admiral Kolçakın hücumunun başlanması ilə əlaqədar razılaşmadan imtina etdilər. Osmanlı imperiyasının ABŞ-nin protektoratlığına verilməsi layihəsinin də müəllifi Bullit olmuşdur. == İstinadlar == == Ədəbiyyat == Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. I cild. Bakı 2004 История дипломатии, 2 изд., т. 1–5, M., 1959–74.
Harbord missiyası
Harbord missiyası – Qafqazda və Kiçik Asiyada hərbi-siyasi vəziyyəti, coğrafi, iqtisadi, idarəçilik və digər məsələləri ətraflı öyrənmək üçün göndərilmiş xüsusi ABŞ missiyası. == Tarixi == 1919-cu ildə Amerika Birləşmiş Ştatlarının (ABŞ) Qafqaza marağının artdığı, Amerika siyasi dairələrində Qafqaz mandatı məsələsi müzakirə edildiyi şəraitdə ABŞ prezidenti Vilson regiona xüsusi missiya göndərmək qərarına gəldi. 1919-cu il avqustun ortalarında Birləşmiş Ştatların Versalda olan nümayəndəliyinin başçısı F. Polk Qafqaz respublikalarının Parisdəki nümayəndələrinə xüsusi məktubla müraciət edərək, Harbord missiyası barədə məlumat verdi. Avqustun 13-də Azərbaycan nümayəndəliyinə göndərilən məktubda qeyd edilirdi ki, briqada generalı Ceyms Q. Harbord 12 zabitin müşayiətilə yaxın vaxtlarda Cənubi Qafqaza yola düşəcəkdir. Azərbaycan nümayəndələrindən bu barədə öz hökumətinə məlumat verilməsi və general Harborda yerlərdə öz vəzifəsini yerinə yetirməkdə hökumətin yardım göstərilməsi xahiş edilirdi. Məktubun sonunda xatırladılırdı ki, missiyanın göndərilməsi Azərbaycanın və Cənubi Qafqazın başqa respublikalarının tanınması kimi qəbul edilməməlidir. Bundan sonra, Versaldakı Azərbaycan nümayəndələri Harbord missiyasının Azərbaycan üzrə müvəkkili polkovnik Rey ilə görüşüb, onu lazımi materiallarla təchiz etmişdilər. General Ceyms Q. Harbord ABŞ siyasi dairələrində tanınmış şəxslərdən biri idi. O, Birinci dünya müharibəsinin (1914–1918) sonlarında Avropada Almaniyaya qarşı vuruşmuş, müharibə qurtardıqdan sonra Amerika ordusunun vətənə qayıtması işinə rəhbərlik etmişdi. == Missiyanın fəaliyyəti == Harbord missiyası 1919-cu il avqustun sonlarında Fransanın Brest şəhərindən yola düşmüş və sentyabrın 12-də İstanbula gəlmişdi.
Komissiya ödənişi
Komissiya ödənişi (komissiya haqqı) — cəmiyyətdə iqtisadi münasibətlərin müxtəlif sahələrində istifadə olunan iqtisadi və hüquqi termin. Komissiyanı kommersiya əməliyyatında, əməliyyatda vasitəçi kimi işləmək üçün ödəniş adlandırmaq olar, adətən əməliyyat məbləğinin faizi kimi hesablanır. Həmçinin, bu termin müəyyən bank əməliyyatlarını həyata keçirərkən bank tərəfindən tutulan komissiya xidmətlərinin ödənilməsinə aid edilir. == Komissiya müqaviləsində komissiya haqqı == Ödənişlər çox vaxt gəlirin faizindən istifadə etməklə hesablanır ki, bu da firmalara işçilərin maraqlarını firmanın maraqları ilə uyğunlaşdırmağa çalışaraq əsas agent problemini həll etməyə imkan verir. Bununla belə, mənfəətə əsaslanan yanaşmalar və ya mükafata əsaslanan yanaşmalar kimi faizlərdən başqa modellər mümkündür. Komissiyalar satış işçilərinə yalnız saatlıq və ya satış cəhdlərinə görə deyil, satılan məhsul və ya xidmətlərə görə (qismən və ya tam) maaş almağa imkan verir. Komissiya sistemlərinin bir çox növləri olmasına baxmayaraq, ümumi xərclərin idarə edilməsi üçün ümumi metodologiya hədəf gəlir kimi tanınır. Hədəf qazancları satıcının əsas əmək haqqı və gözlənilən komissiyalardır (satıcının kvotaya cavab verdiyini nəzərə alaraq). Qazanc hədəfləri satıcılara şirkətin məqsədlərinə cavab verdikləri təqdirdə gözlənilən ümumi kompensasiyanı təxmin etməyə kömək edir. Əsas və agentin maraqlarını uzlaşdırmağın ən geniş yayılmış yollarından biri agentin fəaliyyətini izləyən stimulların işlənib hazırlanmasıdır.