Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Urux (çay)
Urux (oset. Ирӕф / Ӕрӕф, kab.-çərk. Урыху) — Şimali Osetiya və Kabarda-Balkariyada dağ çayı. Uzunluğu 104 km-dir. Şimali Osetiyanın Diqori dərəsindəki Mostoçete buzlağından axır. Su anbarının sahəsi 1280 km² -dir. Orta hesab su sərfi— 20,2 m³/s-dir. == Hövzəsi == Uruxa digər bir neçə çay axır (məsələn, Karauqomdon, Tanadon, Ayqamuqa, Xaznidon) və iri buzlaqlardan qaynaqlanır. Urux gözəl mənzərəli dərədən axır (bax Diqor dərəsi). Urux Qara dağlar silsiləsinin müstəvisinə girməzdən əvvəl Qaya silsiləsindəki dar boşluğu kəsdiyi və bəzən Diqor dərəsi adlandırılan kanyon meydana gətirdiyi Axşinta adlanan yerdə qeyri -adi dərəcədə əzəmətli mənzərəyə sahibdir.
Urux (çayı)
Urux (oset. Ирӕф / Ӕрӕф, kab.-çərk. Урыху) — Şimali Osetiya və Kabarda-Balkariyada dağ çayı. Uzunluğu 104 km-dir. Şimali Osetiyanın Diqori dərəsindəki Mostoçete buzlağından axır. Su anbarının sahəsi 1280 km² -dir. Orta hesab su sərfi— 20,2 m³/s-dir. == Hövzəsi == Uruxa digər bir neçə çay axır (məsələn, Karauqomdon, Tanadon, Ayqamuqa, Xaznidon) və iri buzlaqlardan qaynaqlanır. Urux gözəl mənzərəli dərədən axır (bax Diqor dərəsi). Urux Qara dağlar silsiləsinin müstəvisinə girməzdən əvvəl Qaya silsiləsindəki dar boşluğu kəsdiyi və bəzən Diqor dərəsi adlandırılan kanyon meydana gətirdiyi Axşinta adlanan yerdə qeyri -adi dərəcədə əzəmətli mənzərəyə sahibdir.
Urud
Urud (Zəngəzur) — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Sisyan rayonunda kənd. Urud (Loru) — Tiflis quberniyasının Borçalı qəzasında, indi Cəlaloğlu (Stepanavan) rayonunda kənd.
Urum
Urum- Arsakda IX əsrdə mahal adı. == Toponimikası == Ə.Ələkbərov bu mahalı Qarabağda orta əsrlərdə "Urum"»adı ilə bağlı toponimlərin yayılma ərazisi ilə lokalizə etnonimdir. Eramızın I minilliyinin I yarısında Qarabağda məskunlaşmış yunan (yerli əhalinin danışığında Urum) tayfasının adını əks etdirir. Strobon Xəzərin cənub qərbində ana, riak,mard, pars, uta və b. tayfalarla yaşadığını yazarkən onlarla yanaşı eniam adlı tayfasının da yaşadığını onların köçkün yunanlar olduğunu qeyd etmişdir. Erkən orta əsrlərdə Azərbaycanda Yunan (Bərdə yaxınlığında) Bu şəhəri VII əsrlə əlaqədar hadisələrdə Əhməd ibn Əsəm əl Kufi də çəkmişdir və Yunanşəhr (Bakı-Salyan yolu içərisində) və s. adlar göstərir ki, həmin elianlar ( yunanlar) buraya gəlmiş və yerli əhali onları Urum adlandırmışlar. Gürcüstanda yaşayan yunanları oradakı azərbaycanlılar indi də Urum adlandırırlar. == Həmçinin bax == Arsak Qafqaz Albaniyası == Xarici keçid == ""ARSAK VƏ YA ARSAX" TOPONİMİ" ( (az.)). karabakhinfo.com.
Urup
Urup adası (yap. 得撫島, aynu. ウルㇷ゚, Уруп; həmçinin Rakkoşima; 1760—1806-cı illər ərzində Aleksandr adası) — Kuril adalarına daxil olan Böyük Kuril cırgəsinə aid olan ada. Ümumilikdə isə arxipelaqın dördüncü ən böyük adası. İnzibati cəhətdən isə Saxalin vilayətinin Kuril şəhər dairəsinə aiddir. 1946—1991 illərdən adada sərhəd zastavası fəaliyyət göstərmişdir. Burada Sovet sərhəd konringenti xidmət edirdi. Hazırda isə daimi əhaliyə sahib deyildir. == Fiziki-coğrafi xüsusiyyətləri == === Coğrafiyası === Ada Urup boğazı ilə Çornıye Bratya adalarından ayrılır. Bu ada Urupdan 30 km şimal-şərqdə yerləşir.
Uzux
Uzux — türk və altay mifologiyalarında, əfsanələrdə, nağıllarda bəhs edilən nəhəng insanlardı. Uzuğ və ya Uğuz olaraq da bilinirlər. "Ucugulu" və ya "Uzunbuluk" adıyla da xatırlanırlar. Çox qədim dövrlərdə yaşamış, iricüssəli varlıqlardır. Günəş onların sobası olacaq qədər uzun və böyükdürlər. Yeməkləri günəşə qaldırıb elə bişirirər. Nəhəng xalçalar toxuyurlar. Min ildən çox yaşayırlar. Çinar qədər boyları olduğu və üç yüz il yaşadıqlarını da deyirlər. Başı buludlara qədər uzanır.
Uçux
Uçux — türk, anadolu və altay xalq inancında xəstəlik cini. Uçuq (Uçuh, Uçuğ, Uçıg) və ya Uşux (Uşıg) da deyilir. İnsanlara xəstəlik verən bir pis ruhdur. Daha çox yuxudan oyanıldığında dodaq və ağız kənarında görülən qabarıqlıqlara və bəzən də bədəndə kızarıklıklar və kabarmalar şəklində ortaya çıxan xəstəliklərə səbəb olduğuna inanılar. Uçuq sözü bu gün də dodaq kabarığı olaraq istifadə edilməyə davam edir. Uçux müalicəsi edilər. "Uçuq yaladı" deyərək, gecə insanın ağzını və ya bədənini bu ruhun yaladığı və bu səbəblə uçuq, qızılca, qırmızı, ziyil kimi xəstəliklərə tutulduğu bildirilir. Uçuh, türk və altay xalq inancında eyni zamanda müalicə qurbanıdır. Ucug da deyilir. Uçuq xəstəliyi ilə də yaxından əlaqəlidir.
Musa Urud
Musa İsa oğlu Quliyev (25 noyabr 1961, Urud, Sisian rayonu) – Milli Məclisin deputatı, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, Tibb üzrə fəlsəfə doktoru, şair-publisist. == Həyatı == Musa Quliyev 1961-ci il noyabrın 25-də Qərbi Azərbaycanın Zəngəzur bölgəsinin Sisyan rayonunun Urud kəndində anadan olmuşdur. Burada orta məktəbi qızıl medalla bitirmişdir. N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu (1984) və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını (2003) qırmızı diplomla bitirmişdir. Əmək fəaliyyətinə 1984-cü ildə təyinatla göndərildiyi Gəncə şəhərində həkim kimi başlamışdır. Gəncə şəhər Abbas Səhhət adına 1 saylı xəstəxanasında həkim-intern (1984–1985), Gəncə şəhər 1 saylı poliklinikasında sahə həkimi (1985–1986), Gəncə rayonlararası narkoloji dispanserində həkim-narkoloq vəzifəsində (1986–1990) çalışmışdır. Musa Quliyev 1990–1994-cü illərdə Bakı şəhərində 7№-li poliklinikada həkim nevropatoloq, Yasamal rayon həkim əmək ekspertiza komissiyasının ekspert nevropatoloq işləmişdir. 1994–1997-ci illərdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində şöbə müdiri, Respublikanın Baş həkim-əmək eksperti, 1997–2000-ci illərdə isə həmin nazirlikdə idarə rəisi vəzifələrində çalışmışdır. Musa Quliyev bu dövr ərzində Qarabağ müharibəsi əlillərinin ekspertizası, reabilitasiyası, o cümlədən protezləşməsi və ölkə xaricində müalicə-bərpa kursları keçməsinin təşkil olunmasında yaxından iştirak etmişdir. Musa Quliyev 1994-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, 1998-ci ildən isə Yazıçılar Birliyinin İdarə Heyətinin üzvüdür.
Urud (Loru)
Urud, Urut (erm. Ուռուտ) — Ermənistan Respublikasının Loru mərzində kənd. 7 noyabr 1995–ci il tarixində Ermənistan Respublikası Milli Məclisinin qəbul etdiyi və 4 dekabr 1995–ci ildə Ermənistan Respublikasının prezidenti Levon Ter-Petrosyanın təsdiq etdiyi "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında Qanunu" na əsasən "Urud bələdiyyəsi"ni (erm. Ուռուտ համայնքի) təşkil edir. 12 – 21 oktyabr 2011–ci il siyahıyaalınmasına əsasən kəndin (de–yuri) daimi əhalisi 1.020 nəfərdir.
Urud (Zəngəzur)
Urud — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Qarakilsə (Sisyan) rayonu ərazisində kənd. Erməni mənbələrində kəndin başqa adının Orod olduğu göstərilir. == Tarixi == == Mədəniyyəti == == Coğrafiyası və iqlimi == Rayon mərkəzindən 8 km cənub-şərqdə, Bazarçay çayının sol sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsindən qeyd edilmişdir. == Əhalisi == Kənddə 1831-ci ildə 111 nəfər, 1873-cü ildə 222 nəfər, 1886-cı ildə 211 nəfər, 1897-ci ildə 359 nəfər, 1908-ci ildə 435 nəfər, 1914-cü ildə 408 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə kəndin sakinləri qırğınlarla deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan urudlular öz evlərinə dönə bilmişdir. Burada 1922-ci ildə 173 nəfər, 1926-cı ildə 263 nəfər, 1931-ci ildə 340 nəfər, 1987-ci ildə 16–18 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr ayında azərbaycanlılar Ermənistan dövləti tərəfindən tarixi torpaqlardan deportasiya olunmuşdur. İndi burada ermənilər yaşayır.
Urud abidələri
Urud qəbiristanlığı — ermənilər tərəfindən dağıdılmış orta əsrlərə aid Zəngəzurun Urud kəndinin qəbiristanlığı. Urud (Ermənilər bu kəndin adını dəyişərək Oront adlandırıblar) qəbiristanlığında 1961-ci ildə aşkar edilən XV-XVI əsrə aid sənduqə formalı və qoç heykəlli məzar daşları üzərindəki kitabələr və qədim türk tayfalarına məxsus onqonların (tanrıların) təsvirləri alban tayfalarının islamı qəbul etməsini və ondan çox-çox əvvəl türkləşməsini, azərbaycanlaşmasını sübut edir. Bu tarixi abidələr əvvəllər mövcud olan “Qafqazın xilafətin istilasından sonra alban tayfalarının erməniləşməsi və gürcüləşməsi konsepsiyasını” alt-üst edib. Bu elmi kəşf azərbaycanlıların Qafqazda yerli-köklü xalq olduğunu sübut edir və indiyə kimi ermənilərin “Azərbaycanlılar Qafqaza gəlmə xalqdır” fikrinin əsassız olduğunu təsdiqləyir. Erməni “alimləri” “xəttat savadsız olub, kitabəni səhv yazıb” deyə avlade-avğvanyə avlade-avğv (alban övladları) sözünə hərflər əlavə edərək “avlağum vağudlu” kimi oxuyub, Zəngəzurda heç vaxt azərbaycanlıların yaşamadıqlarını “sübut” etməyə çalışsalar da, istədiklərinə nail ola bilməyiblər. Buna görə də ermənilər orta əsr qəbiristanlığı olan Zəngəzurun Urud kəndinin qəbiristanlığını dağıdıblar. Qəbiristanda 13 sənduqə, 4 qoç heykəlli məzar daş qeydə alınmışdı. 1988-ci ildə azərbaycanlılar tarixi-etnik torpaqlarından zorla qovulduqdan sonra Urud abidələri də ermənilər tərəfindən tamamilə dağıdılmışdır. Hazırda burada heç bir abidə qalmamışdır.
Urud livası
Urud livası — Osmanlı İmperiyasının İrəvan əyalətində inzibati–ərazi vahidi. İnzibati mərkəzi Urud idi. 1593-cü ildə tərtib olunmuş Urud və İsgəndərqalası livalarının müfəssəl dəftərinə görə Urud livası dörd nahiyəyə bölünürdü.
Urud nahiyəsi
Urud nahiyəsi və yaxud Urud nahiyəsi — 1593-cü ildə Osmanlı İmperiyasının İrəvan əyalətinin Urud livası tərkibində nahiyə. == Kəndləri == Urud və İsgəndərqalası livalarının müfəssəl dəftərinə görə Urud livasının Urud nahiyəsində ümumilikdə 36 kənd var. Onlardan 6-i erməni, 30-si türk kəndidir. Türklər yaşayan kəndlərdən 30-i dağıdılıb. Kəndlərin dağıdılmış, boş olmasına əsas səbəb Osmanlı hücumu ərəfəsində bölgədə, xüsusilə şiə etiqadlı yerli əhali arasında kütləvi köçlərin baş tutmasıdır. Urud nahiyəsi 1593 Kəndləri 5. Ağakəndi azərb. kəndi (dağıdılıb) 6. Şataq azərb. kəndi (dağıdılıb) 8.
Urud qalası
Urud qalası - Urud qalası Urud kəndi yaxınlığında yerləşən tarixi türk qalasıdır. Urud qalası qədim Zəngəzurun Qarakilsə nahiyəsinin Urud kəndində Bazarçayın sağ sahilindəki təpəlikdə VIVII əsrlərdə inşa edilmişdir. == Haqqında == Hündür sıldırım qayanın üstündə yerləşən qala üç tərəfdən Bazarçay çayının dərin dərəsi, bir tərəfdən isə divarla əhatələnmişdir. Yerli azərbaycanlı əhali arasında qaladan çaya gizli yolun olması haqqında fikirlər vardı. Qala – qayanın aşağısında təxminən yarım kilometr uzanan böyük bir yaşayış məntəqəsinin qalıqları görünürdü. Urud qalasının adı mənbələrdə 450-ci il hadisələrindən bəhs edilərkən çəkilir. Qala 1075–1094-cü illərdə Sünikin hökmdarı I Senikərimə məxsus idi. Qala 1104-cü ildə Səlcuqlular, 1386-cı ildə Əmir Teymur, 1407-ci ildə Qara Yusif tərəfindən fəth edilmişdir.XIII əsrin əvvəllərində Xəzərin şimalından gələn qıpçaq Orbelilər nəsli Zəngəzurda məskunlaşaraq xristianlığı qəbul etmişlər. Orbelilər nəsli sonradan erməniləşmişlər. Əmir Teymurun qoşunları 1386-cı ildə Süniki işğal edərkən Urud qalasını da zəbt etmişdir.
Urud qəbiristanlığı
Urud qəbiristanlığı — ermənilər tərəfindən dağıdılmış orta əsrlərə aid Zəngəzurun Urud kəndinin qəbiristanlığı. Urud (Ermənilər bu kəndin adını dəyişərək Oront adlandırıblar) qəbiristanlığında 1961-ci ildə aşkar edilən XV-XVI əsrə aid sənduqə formalı və qoç heykəlli məzar daşları üzərindəki kitabələr və qədim türk tayfalarına məxsus onqonların (tanrıların) təsvirləri alban tayfalarının islamı qəbul etməsini və ondan çox-çox əvvəl türkləşməsini, azərbaycanlaşmasını sübut edir. Bu tarixi abidələr əvvəllər mövcud olan “Qafqazın xilafətin istilasından sonra alban tayfalarının erməniləşməsi və gürcüləşməsi konsepsiyasını” alt-üst edib. Bu elmi kəşf azərbaycanlıların Qafqazda yerli-köklü xalq olduğunu sübut edir və indiyə kimi ermənilərin “Azərbaycanlılar Qafqaza gəlmə xalqdır” fikrinin əsassız olduğunu təsdiqləyir. Erməni “alimləri” “xəttat savadsız olub, kitabəni səhv yazıb” deyə avlade-avğvanyə avlade-avğv (alban övladları) sözünə hərflər əlavə edərək “avlağum vağudlu” kimi oxuyub, Zəngəzurda heç vaxt azərbaycanlıların yaşamadıqlarını “sübut” etməyə çalışsalar da, istədiklərinə nail ola bilməyiblər. Buna görə də ermənilər orta əsr qəbiristanlığı olan Zəngəzurun Urud kəndinin qəbiristanlığını dağıdıblar. Qəbiristanda 13 sənduqə, 4 qoç heykəlli məzar daş qeydə alınmışdı. 1988-ci ildə azərbaycanlılar tarixi-etnik torpaqlarından zorla qovulduqdan sonra Urud abidələri də ermənilər tərəfindən tamamilə dağıdılmışdır. Hazırda burada heç bir abidə qalmamışdır.
Urum-Qıpçaqlar
Urumlar (yun. Ουρούμ, urum; türk. Urum, krımtat. Urum) — əsasən Osmanlı İmperiyasında və Krımda bəzi türkdilli xalqlar (türklər, Krım tatarları) tərəfindən müsəlman dövlətlərinin Yunanıstanın peçeneq və ya türk əsilli əhalisini adlandırmaq üçün işlədilən ekzoetnonim. Müasir etnoqrafiyada bir qayda olaraq, türk türkdilli qrup urumlar (və ya peçeneq-urumlar) adlandırılır. Lakin urumları xristian türklər və ya müstəqil etnos, yaxud oğuz-qıpçaq etnik qrupu hesab edən tədqiqatçılar da var. Rusiya Federasiyasında 54 nəfər (2002-ci il siyahıya almasına əsasən), Ukraynada 91548 nəfər (2001-ci il siyahıya almasına əsasən), Gürcüstanda 15.166 nəfər urum yaşayır.
Urup boğazı
Urup boğazı (rus. Уруп (Пролив)) — Sakit okeanına daxil olan Urup adasını Qara qardaş (Brat Ciopoev) adasından ayırır. Oxot dənizini Sakit okeanı ilə birləşdirir. Uzunluğu 20 km, ən dar eni isə 30 km təşkil edir. Dərinliyi 500 m-ə çatır. Sahilləri sıldırımlı və qayalıdır. Boğazda Semenova (Sırnoy), Kaetrikum və Svitoy (Urup) burunları vardır. Şimal hissədə Uqlovaya buxtası yerləşir. Urup adası yaxınlığında Tayra adası vardır. Boğazın sahillərində dərinlik 1 m təşkil edir.
Urup rayonu
Urup rayonu (abq. Уарп район, kab.-çərk. Уарп район / Уарп куей, qaraç.-balk. Уруп район, noq. Уруп район) — Rusiya Federasiyası, Qaraçay-Çerkesiya Respublikasının tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Preqradnaya qəsəbəsidir. == Coğrafiyası == Urup rayonu Qaraçay-Çərkəz Respublikasının cənub-qərb hissəsində yerləşir. Rayonun ümumi sahəsi 2782.00 km²-dir. Aşağıdakı ərazilərlə həmsərhəddir:şərqdə Zelençuk rayonu, qərbdə Krasnodar diyarının Mostovski, şimalda isə Labinski və Otradnenski rayonları, cənubda qismən tanınmış Abxaziya Respublikası. Rayonun ərazisi respublikanın dağlıq hissəsində yerləşir.
Urup çayı
Urup (adıq və kab.-çərk. Уэрп, qaraç.-balk. Уруп) — Şimali Qafqazda çay. Kuban çayının sol qolu. Çay Qaraçay-Çərkəz Respublikasının ərazisindən öz başlanğıcını götürərək Krasnodar diyarı ərazisində Kuban çayına birləşir. == Eimologiyası == Hidronimin mənşəyi haqqında dəqiq bir fikir yoxdur. A.V.Tverdıy və X.İ.Xajıbaev bildirir ki, sözün adıge dilindən tərcüməsi "gür, sürətli" deməkdir. "-P" sonluğu isə mənsəb mənasını veriri. Qısaca çayın adı belə səslənir:"gür çayın mənsəbi". M. A. Хаbiçev bildirir ki, adıq ур "çay", adıq уп isə — "su" deməkdir.
Urus-Martan
Urus-Martan Çeçenistanda şəhər, həmçinin Urus-Martan rayonunun mərkəzi. == Coğrafiyası == Şəhər Martan çayının sahilində yerləşir. Qroznıdan 31 km aralıda yerləşir.
Urus talası
Urus talası — Yuxari Qarabağda Tərtər rayonunda orta əsrlərdə maldar ellər üçün yaylaq yerlərindən birinin adı. == Toponimikası == XIX əsrdə Tiflis quberniyasının Tioneti qəzasında Urosxevi ("Urus dərəsi"), Azərbaycanda Arus (Yardımlı rayonu), Dağıstanda Urus-Koşlar ( koş "köç" müvəqqəti yaşayış yeri"), Şimali Qafqazda Uruzgöl toponimləri ilə mənşəcə eynidir. Şimali Qafqazda karaçaylarda və bolqarlarda Uruspili (Urusbəyli) tayfası vardı. Qıpçaqların Urus tayfasının adından ibarətdir. Özbəklərdə, kazaxlarada və qaraqalpaqlarda Urus tayfası var.
Urus xan
Urus xan (XIV əsr – 1377) — Qızıl Orda xanı. Qazax xanlarının büyük atası. İki dəfə Qızıl Orda xanı olduqdan sonra müstəqilliyini elan edərək Sıqnax Orda dövlətini yaratmışdı.
Urus çayı
Urus çayı — Tatarıstan ərazisindən axan çay. İk çayının qollarından biridir. İk çayına mənsəbindən 427 km yuxarıda tökülür. Uzunluğu — 13 km, hövzəsi 51,8 km²-dir. == Su reesterinin məlumatı == Kama çayı hövzəsinə aiddir.
Uruz bəy
Uruz bəy —Dədə Qorqud boylarında oğuz igidlərinin ən səciyyəvi nümayəndələrindən biri. O, qorxmaz, cəsur, əyilməz bir döyüşçüdür. Uruz Qazanxanın oğludur. Atası Qazanxanın uğrunda vuruşaraq onu əsirlikdən qurtarır. Özü yağıya əsir düşəndə isə oğuz elinin şərəfini uca tutur. Anasının ləyaqətinin tapdanmaması üçün tərəddüd etmədən tikə-tikə doğranmağa razı olduğunu bildirir. Uruz anasını da namusla yaşamağa çağırır.Uruz bəy mərd namuslu bir oğuz türkü idi.
Şulxan Arux
Şulxan Arux (ivr. ‏שולחן ערוך‏‎) – yəhudi məcəlləsi Arоn Briman 1885-ci il iyulun 6-da saxtakarlıqda günahlandırılaraq Vyana məhkəməsi tərəfindən ikiaylıq həbs cəzasına məhkum оlunmuş və sоnra Avstriya ərazisindən qоvulmuşdur. Səbəb оnun 1883-cü ildə "Yustus" təxəllüsü ilə yəhudi məcəlləsi sayılan "Şulxan Arux"un uydurma vеrsiyasını nəşr еtməsi idi. Qısa müddət ərzində kitab antisеmit dairələrdə məşhurlaşmış və böyük əks-səda dоğurmuşdur. Vəziyyət qanun kеşikçilərini əsərlə bağlı istintaq aparmağa vadar еtmişdir. Aparılan araşdırma zamanı müəllifin şəxsiyyəti müəyyənləşmiş və maraqlı faktlar оrtaya çıxmışdır. Məlum оlmuşdur ki, kitabı yazan rumıniyalı yəhudidir. О, dinini dəyişərək, prоtеstantlığı, sоnra isə katоlisizmi qəbul еtmiş və antisеmit qruplarla əlaqə saxlamışdır. Əsərin müəllifi iddia еdirdi ki, İudaizmin mühüm kitablarından оlan "Şulxan Arux"da yəhudilərin üstünlüyündən bəhs еdən, digər millət və dinlərin nümayəndələrini, xüsusilə xristianları aşağılayan, оnları öldürməyə, aldatmağa, əmlaklarını оğurlamağa və qəsb еtməyə icazə vеrən 100 hökm var. Bu qaydalarda yəhudi оlmayanlar "akum" adlandırılır və hеyvan səviyyəsinə еndirilirlər.