Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Walter
Volter Tomas (ing. Thomas Walter, 1740[…], Hempşir qraflığı[d] – 17 yanvar 1789, Cənubi Karolina) — İngilis mənşəli Amerika botaniki. == Elmi əsərləri == Flora caroliniana. 1788. == Ədəbiyyat == Robert Zander; Fritz Encke, Günther Buchheim, Siegmund Seybold (Hrsg.): "Handwörterbuch der Pflanzennamen". 13. Auflage. Ulmer Verlag, Stuttgart 1984, ISBN 3-8001-5042-5.
Hellmuth Walter
Hellmuth Walter (26 avqust 1900 – 16 dekabr 1980) Alman mühəndis və raket mühərrikləri və qaz turbinlərinin tədqiqat işlərini aparmışdır. Onun məşhur əsərləri Messerschmitt Me 163 raket mühərriki və Bachem Ba 349 önləmə təyyarəsidir. Sualtı qayıqlarda havadan müstəqil hərəkət sistemindən istifadə etmişdir.
LibreOffice Writer
LibreOffice Writer – açıq kodlu və pulsuz mətn prosessorudur. LibreOffice Writer, LibreOffice ofis proqramları ailəsinin bir qoludur. LibreOffice Writer mətn prosessoru üçün bütün tələblərə cavab verir. == Xüsusiyyətlər == Micorosft Word ilə uyğunlaşa bilir. Sizə göndərilər .doc uzantılı faylları aça və redaktə edib elə .doc uzantısı ilə saxlaya bilərsiniz. Hazırladığınız sənədləri PDF və HTML formatda saxlaya bilərsiniz. Həmçinin, HTML tənzimləyicisi kimi də istifadə etmək mümkündür. Avtomatik tamamlama (AutoComplete) sayəsində uzun sözləri daha tez yaza bilərsiniz. Hazırladığınız sənədi bir kliklə e-poçt vasitəsi ilə göndərə bilərsiniz.və s.
Fiji Water
Fiji Water — Ficidən ixrac olunan su brendi. Mənbəyi Viti-Levu şəhərində yerləşir. Artezian tipli quyudan çıxarılır. 330 ml, 500 ml, 700 ml, 1 litr və 1,5 litrlik qablarda satılır. Mərkəzi Kaliforniya ştatının Los-Anceles şəhərində yerləşir.Kanadalı iş adamı Devid Qilmor 1996-cı ildə Natural Waters adı altında Fiji Water şirkətini qurdu. 2004-cü ildə Fiji Waterin satışı 50 milyon ABŞ dolları təşkil etmişdir. Fiji Water-in sahibi Resnik Holding Teleflora, POM Wonderful və Suterra adlı şirkətlərində sahibidir. 2009-cu ildə Fiji Water-in satışı 85 milyon dollar təşkil edib. 2010-cu ilin sonunda Fiji Water şərab istehsalına başladı. Fiji Water-in qırmızı və qara şərabları dünya miqyasında tanınılır.
Harold Walter Bailey
Harold Volter Beili (16 dekabr 1899 - 11 yanvar 1996) — İngilis şərqşünas, İranşünas. O, XX əsrin ən böyük şərqşünaslarından biri hesab olunurdu.
Visa Waiver Program
Vizadan İmtina Proqramı (VİP) (ing. Visa Waiver Program (VWP) — ABŞ federal hökumətinin müəyyən ölkələrin vətəndaşlarına turizm, ticarət və ya tranzit yolu ilə 90 günə qədər viza almadan ABŞ-yə səyahət etməsinə imkan verən proqramdır. Proqram 50 əyalətə və Kolumbiya Bölgəsinə, eləcə də ABŞ-nin digər əraziləri olan Puerto-Riko və ABŞ Vircin adalarına məhdud tətbiqetmə ilə aiddir. ABŞ hökuməti tərəfindən bu proqramda iştirak üçün seçilən ölkələr yüksək İnsan İnkişafı İndeksinə görə yüksək gəlirli iqtisadiyyata malik olan, bir sözlə inkişaf etmiş ölkələrdir. == Proqramda iştirak edən ölkələr == VİP-ə əsasən vizadan imtina hüququ qazanmaq üçün ABŞ-yə daxil olmaq istəyən səyahətçi, ABŞ Daxili Təhlükəsizlik Naziri tərəfindən təyin edilmiş bir ölkənin vətəndaşı olan "proqram ölkə" olmalıdır. Seçilmiş ölkənin vətəndaşı olmayan digər ölkələrin vətəndaşları vəya daimi sakinləri bu proqramdan yararlana bilməzlər. Proqram ölkələri olaraq təyin olunma meyarları İmmiqrasiya və Vətəndaşlıq Qanununun 217 (c) Bölməsində (Başlıq 8 ABŞ § 1187) göstərilmişdir. Kriteriyalar pasport təhlükəsizliyini və immiqrasiya və vətəndaşlıq qanununun 217 (c) (2) (A) bəndində göstərildiyi kimi 3%-dən çox olmayan və ABŞ-nin immiqrasiya qanunlarına davamlı olaraq uyğun gələn, çox aşağı miqrasiya dərəcəsi olan ölkələr olmalıdır. 2021-ci ildən etibarən 40 ölkənin və ərazinin vətəndaşları VİP çərçivəsində ABŞ-yə vizasız giriş hüququna malikdirlər: Qeydlər ^ - Yalnız Tayvan şəxsiyyət vəsiqəsi olan vətəndaşlar. ^ - Yalnız Britaniya vətəndaşları VİP-də iştirak edə bilərlər.
Walter Houser Brattain
Ualter Houzer Bratteyn (10 fevral 1902 - 13 oktyabr 1987) — Bell Labsdakı amerikan fiziki. O, elm adamları Con Bardin və Uilyam Şokli ilə birlikdə 1947-ci ilin dekabrında kontakt tranzistorunu ixtira etmişdir. 1956-cı ildə onlar öz ixtiralarına görə Fizika üzrə Nobel mükafatına layiq görüldülər. = == Mükafatlar və fərqlənmə == Walter Brattain onun fəaliyyətləri üçün geniş tanınmışdır. Mükafatlar Franklin İnstitutunun Stüart Ballantine Medalı, 1952 (Dr. John Bardeen ilə birlikdə) John Scott Medalı, 1954 (Dr John Bardeen ilə birgə) Fizika Nobel mükafatı, 1956 (Dr. John Bardeen və Dr. William B. Shockley ilə birgə) 1974-cü ildə Milli İnventorlar Şöhrət Zirvəsinə yüksəldi Üzvlüklər Milli Elmlər Akademiyası Franklin İnstitutu Amerika Fizika Cəmiyyəti Amerika İncəsənət və Elmlər Akademiyası Elmin inkişafı üçün Amerika Dərnəyi. Beynəlxalq Təmiz və Tətbiqi Fizika Birliyinin yarımkeçiricilər üzrə komissiyası Dəniz Araşdırmaları Məsləhət Komitəsi Fəxri dərəcə Elmlər doktoru, Portland Universiteti, 1952 Whitman Kolleci, 1955 Union Kolleci, 1955 (Dr.
Walter Owen Bentley
[mənbə göstərin] Volter Ouen Bentli (ing. Walter Owen Bentley) — ingilis konstruktoru və Bentley Motor şirkətinin təsisçisi. == Həyatı == Volter Bentli 16 sentyabr 1888-ci ildə Londonda anadan olub. Ailədə ondan başqa daha 8 nəfər olub. Bentli ilk əmək fəaliyyətinə dəmir yolunda başlayıb.Əvvəlcə Şimali Britaniya dəmir yolunun deposunda usta şagirdi, daha sonra "Atlantik" parovozunda ocaqçı işləyib. Amma tezliklə motosiklet yürüşlərinə həvəs göstərməyə başlayıb, sonra Londonda fransız avtomobillərinin satışı ilə məşğul olub. Klifton kollecini bitirdikdən sonra Volter mühəndis dərəcəsi alıb və aviasiya mühərriklərinin layihələşdirilməsində iştirak edib. Amma onun həvəsi avtomobil sahəsinə, daha dəqiq desək, avtomobil yürüşlərinə idi. O hətta bir neçə avtomobil yürüşlərində iştirak etmişdi. Məhz həmin dövrdə yaxşı hərəkət keyfiyyətlərinə malik avtomobil yaratmaq ideyası onun ağlına gəlib, elə bir avtomobil ki, bahalı avtomobillərə xas olan etibarlılıq və uzunömürlülük keyfiyyətini özündə birləşdirsin.
Walk on Water
Walk on Water (azərb. Su üstündə gəzmək‎) — Maltanın 2016 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.İra Losko "Walk on Water" mahnısı ilə Maltanı İsveçin paytaxtı Stokholmda keçirilən Avroviziya 2016-da təmsil etmişdir. Mahnı Liza Dezmond, Tim Larsson, Tobias Lundqren, Molli Pettersson Hammar və ifaçı İra Losko tərəfindən bəstələnmişdir.
Barter
Barter və ya dəyişmə müqaviləsi — bir tərəfin əmlakının alınması müqabilində həmin tərəfə onun əmlakı dəyərində başqa bir əmlakın verilməsini öhdəsinə götürməklə bağlı vətəndaş hüququ növüdür.
Baster
Fransa Qvadelupası inzibati mərkəzi Bas-Ter şəhəri ilə qarışdırmamalı Baster (ing. Basseterre, keçmiş Sent-Kristofer) — Sent-Kits adasının cənub hissəsində yerləşən şəhər, Sent-Kits və Nevis dövlətinin paytaxtı. Vest-Hindin ən qədim şəhərlərindən biri, 1627-ci ildə əsası qoyulub. Əhalisi 11 min nəfər (2003). 1867-ci ildə baş vermiş yanğından ciddi zərər çəkmişdir. O zaman cəmi bir neçə bina salamat qalmışdı. Şəhərin mərkəzi fontanı olan balaca ictimai parkdır, Müstəqillik meydanı adlanır. 1790-cı ildə bura qul bazarı kimi istifadə edilirdi. Təsərüffatından yeyinti sənayesi inkişaf etmişdir (şəkər, içkilər). Tarixi əşyalar saxlanan sent-Kristofer_Xeritic_Sisayeti muzeyi vardır.
Daster
Dəstər — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Dəstər Lerik rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Ləmər çayının (Lənkəran çayının qolu) sahilində, Peştəsər silsiləsinin yamacındadır. Yerli əhali Daster kimi tələffüz edir. Kəndin ilk sakinləri Cənubi Azərbaycandan gəlmiş talışlar olmuşlar. Tədqiqatçıların məlumatına görə, kəndin əhalisi oturaq həyata keçdikdən sonra maldarlıq məhsullarını taxıla dəyişir, taxılı əl dəyirmanında üyüdürdülər. Hər ailədə əl dəyirmanı olduğundan onların məskunlaşdığı ərazi də Dasdar (TalıŞərq "əl dəyirmanı, kirkirə") adlandırılmışdır.
Panter
Panter (lat. Panthera) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinə aid heyvan cinsi. Qırtlaqları xüsusi quruluşa malikdir və nərə çəkmək imkanı verir.
Paster
Paster (əsl adı: Pərviz Quluzadə; 18 oktyabr 1991, Bakı) — Azərbaycan repçisi.Paster müxtəlif dövrdə Xpert, Uran və digər sənətkarlar ilə əməkdaşlıq edib. == Həyatı == === Erkən illəri === Paster 1991-ci il oktyabr ayının 18-də Bakıda dünyaya gəlmişdir. Hip-hopla 10 yaşından həvəskar olaraq məşğul olmağa başlayıb. İlk peşəkar fəaliyyətinə 2009-cu ildə Difai qrupunun tərkibində oxuduğu "Artıq sabahdır" treki ilə başlayıb. Pasterin Difai qrupunda "Mən gedirəm", "Cavab ver", "Newschool", "Həyatın oyunu", "Marshal ve biz", "Forever", "Smackdown", "Music Note", "Love and peace", "Küçələr bizimdir", "Huk" kimi trekləri işıq üzü görüb. 2012-ci ildə də Difai qrupundan ayırlaraq "All in Label" və "Synaps Production" tərkibinə qatılıb. Həmin illərdə Klick Klick Bau, Pis teatr, Like 10, Meqabaytlar, TTM, Fransızsayağı işgəncə, North west, Bang bang, Demo, X noise, Label 3, Ağır metal, İri çaplı kimi treklərə imza atmışdır. Bu dövrdə Uran, Xpert, Sansar Salvo kimi repçilərlə əməkdaşlıq edib. === Məşhurlaşması === 2016-cı ildə Pasterin karyerasında yeni mərhələ başayır. Onun Dost və OD ilə birgə ifa etdiyi "1st class" treki böyük diqqət cəlb edir.
Sviter
Sviter- toxunma vasitəsi ilə düzəldilən geyim. Bədənin yuxarı hissəsini və qollarını əhatə etmək üçün nəzərdə tutulub. Bütün yaşlarda olan kişi, qadın və uşaqlar arasında populardır.
Wagner
Vaqner — Almaniya soyadı.
Aimer
Aimer (エメ, Eme, [eme]) – Sacra Music ilə əməkdaşlıq edən Yaponiya pop müğənnisi və mahnı yazarı. Fransız dilində "aimer" "sevmək" deməkdir.Aimer musiqi karyerasına 2011-ci ildə başlamışdır. Bir çox anime serialı və dorama üçün mahnı bəstələmişdir. İndiyə kimi 6 studiya albom və bir çox sinql buraxmışdır. "Zankyosanka" (2021) mahnısı ilə ilk dəfə Japan Hot 100 çartında birinci yerə yüksəlmişdir. == İlk illəri == Aimerin atası bir musiqi qrupunda bassçı idi, buna görə də Aimer çox gənc yaşlardan musiqi mühitində böyümüşdür. İbtidai məktəbdə piano çalmağı öyrənməyə başlamış, Rinqo Şiina və Utada Hikarudan nümunə götürmüşdür. Liseydə ikən Avril Lavinə qulaq asandan sonra gitar çalmağa və ingiliscə mahnı sözləri yazmağa başlamışdır. 15 yaşında Aimer vokal ifadan həddən artıq istifadə etdiyinə görə səsini itirmiş və müalicə üçün terapiyaya getməyə başlamışdır. Lakin sağalandan sonra öz fərqləndirici batıq səsini qazanmışdır.
Aster
Çayırçiçəyi, aster (lat. Aster) — mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.Astranı çox vaxt kiçik təpələrdə əkirlər. Belə əkilmə şəraitində bitki daha cəzbedici görünür. Bu bitkinin gülləri ulduz formasında olduğuna görə adı yunancadan "ulduz" sözündən götürülmüşdür. Çoxillik astraların Şimali və Cənubi Amerikada, Avrasiya və Afrikada bitən 500-ə yaxın növü məlumdur. Onların 80 növündən bəzək bağçılığında istifadə olunur və aşağıdakı növlər xüsusilə geniş yayılmışdır: Alp astrasının (A.alpinus) çoxsaylı hamaşçiçəkləri səbətləri ilə fərqlənir. Dilcik formalı çiçəklər bənövşəyi, mavi, ağ rəngli olur. Boru formasında olan çiçəkləri sarıdır. Azərbaycanda Böyük və Kiçik Qafqazın Alp zonasında yabanı halda bitir. İtaliya astrası (A.amellus) — boruşəkilli, dilcikli çiçəkləri bənövşəyi, göy və sarı rəngdədir.
Alan Kalter
Alan Robert Kalter (21 mart 1943, Nyu-York, Nyu-York ştatı – 4 oktyabr 2021, Stamford) ― Amerika televiziya aparıcısı.
Angianthus whitei
Lemooria (lat. Lemooria) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Növləri == Lemooria burkittii (Benth.) P.S.ShortSinonim Angianthus burkittii (Benth.) J.M.Black Angianthus whitei J.M.Black Gnephosis burkittii Benth.
Barter adası
Barter adası (ing. Barter Island, iny. Qaaktuġvik) — Bofort dənizində, Amerikanın Alyaska ştatı ərazisinə daxildir. Əhalisi 247 nəfər təşkil edir. == Coğrafiyası == Adanın ölçüləri 6 – 3 km nisbətindədir. Materikdən 250 metr aralıda yerləşir. Adada çoxlu sayda Ağ ayıya rast gəlmək olar. 1980-ci ildən Milli Arktika qoruğunun ərazisinə daxil edilmişdir. == Tarixi == Ada ilk dəfə 4 avqust 1826 ildə ildə kəşf edilmişdir. XIX əsrin sonrarına qədər ada İnyupiklər və İnuitlər arasında barter üçün əsas məskən olmuşdur.
Baster Kiton
Cozef Frenk Kiton, səhnə adı Baster Kiton (ing. Buster Keaton; 4 oktyabr 1895[…] – 1 fevral 1966[…], Vudlend-Hillz[d], Kaliforniya) — amerikalı komediya aktyoru və rejissoru, səssiz kinonun ən tanınmış komiki, əfsanəvi "Şerlok-kiçik" , "Naviqator" və "General" filmlərinin yaradıcısı. == Bioqrafiya == Kitona "Baster " (ing. Buster-dəliqanlı) təxəllüsünü məşhur illuzionist Harri Hudini vermişdir. Ona bu təxəllüsün verilməsinin səbəbi Kitonun 6 aylığında pilləkandan yıxılaraq heç bir xəsarət almaması olmuşdur. 3 yaşından səhnədə "3 Kiton" şousunda iştirak etmiş və çox sevilmişdir. Buster Keaton Production kinokompaniyasını yaratmışdır. Atası, Con Kiton "Tibbi şou"da Harri Quddininin tərəf yoldaşı olmuşdur. Basterin atası rəqs edir və salto aşırdı. Baster isə anasının saksafonda ifa etdiyi zaman kart fokusları göstərərək tamaşaçıları heyrətləndirirdi.
Baster şəhəri
Fransa Qvadelupası inzibati mərkəzi Bas-Ter şəhəri ilə qarışdırmamalı Baster (ing. Basseterre, keçmiş Sent-Kristofer) — Sent-Kits adasının cənub hissəsində yerləşən şəhər, Sent-Kits və Nevis dövlətinin paytaxtı. Vest-Hindin ən qədim şəhərlərindən biri, 1627-ci ildə əsası qoyulub. Əhalisi 11 min nəfər (2003). 1867-ci ildə baş vermiş yanğından ciddi zərər çəkmişdir. O zaman cəmi bir neçə bina salamat qalmışdı. Şəhərin mərkəzi fontanı olan balaca ictimai parkdır, Müstəqillik meydanı adlanır. 1790-cı ildə bura qul bazarı kimi istifadə edilirdi. Təsərüffatından yeyinti sənayesi inkişaf etmişdir (şəkər, içkilər). Tarixi əşyalar saxlanan sent-Kristofer_Xeritic_Sisayeti muzeyi vardır.
Bulbophyllum taeter
Bulbophyllum taeter (lat. Bulbophyllum taeter) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Canarium whitei
Canarium whitei (lat. Canarium whitei) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin burserkimilər fəsiləsinin canarium cinsinə aid bitki növü.