Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Gallus varius
Yaşıl cəngəllik toyuğu (lat. Gallus varius) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin toyuqkimilər dəstəsinin qırqovullar fəsiləsinin cəngəllik toyuğu cinsinə aid heyvan növü.
Marius Unqureanu
Marius Petru Unqureanu (17 may 1994) — Rumıniyalı biatlonçu. Marius Unqureanu Rumıniyanı 2018-ci ildə Cənubi Koreyada təşkil edilən XXIII Qış Olimpiya Oyunlarında təmsil etdi. O, Ölkələrin Paradında Rumıniyanın bayraqdarı olmuşdur. == Karyerası == Marius Unqureanu birinci dəfə Olimpiya Oyunlarına 2018-ci ildə qatıldı. O, Cənubi Koreyada baş tutan XXIII Qış Olimpiya Oyunlarında kişilər 10 km məsafəyə sprint yarışlarında iştirak etdi. Unqureanu 28:59.1 saniyəlik nəticəsi ilə 87 atlet arasında 87-ci yeri tutdu və medalçılar sırasına düşə bilmədi.
Sphyrapicus varius
Sphyrapicus varius (lat. Sphyrapicus varius) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin ağacdələnkimilər dəstəsinin ağacdələnlər fəsiləsinin sphyrapicus cinsinə aid heyvan növü.
Typhlodromips varius
Varanus varius
Varanus varius (lat. Varanus varius) — varanlar cinsinə aid heyvan növü. Avstraliyada lace goanna kimi də tanınır. Rəngarəng varanlara Avstraliyanın şərqi və cənub-şərq düzənliklərində yaşayırlar. Qidalanmaq üçün böyük məsafə qət edərək (gün ərzində 3 km-ə qədər) dəniz sahillərində, qayalıqlar və onlara bitişik düzən yerlərdə, meşələrdə tez-tez rast gəlinir. Bədənin yüxarı hissəsi çoxlu ağ, sarı, yaxud krem rəngində olan ləkələr olan qara, göy-qara rəngdə olur. Quyruğu nazik, uzun olub baş və bədənin uzunluğundan təqribən 1,5 dəfə böyükdür. Cütləşmə adətən isti aylarda olur. Eyni dişı fərdlə cütləşmək istəyində olan erkək fərdlər arasında döyüş baş verir. Dişilər adətən termit yuvalarının üst hissəsinə bir dəfəyə 2-12 ədəd yumurta qoyur.
Marius Katilişkis
Marius Katilişkis (lit. Marius Katiliškis; 15 sentyabr 1914 – 17 dekabr 1980) — Litvalı yazıçı. == Həyatı == Katilişkisin valideynləri Litvanın şimal sərhədi yaxınlığında yerləşən Jaqarişkaya kəndinin yerliləri idi. Gələcək yazıçı Qruzdjayaye də anadan olub, lakin uşaqlığını və ilk gəncliyini buradan bir neçə kilometr aralıda yerləşən Katilişkis kəndində keçirib. O, sonradan Katilişkis təxəllüsünü götürüb. Marius ailədə on bir uşağın doqquzuncusu idi. Zaqarda məktəbə gedən Marius atasının fermasında işləyirdi. 1931-ci ildə radio operatoru kimi Litva ordusunda xidmətə çağırılır. Tərxis olunduqdan sonra Marius 1994-cü ildə onun adını daşıyan Pasvalisdəki kitabxanada işə düzəlir. 1941-ci ildə riyaziyyat müəllimi işləyən Elza Avijonita ilə evlənir.
Lupinus varius
Ensizyarpaq acıpaxla (lat. Lupinus angustifolius) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin acıpaxla cinsinə aid bitki növü.
Xaris Yusupov
Xaris Münasiboviç Yusupov (başq. Харис Монасип улы Йосопов, rus. Харис Мунасипович Юсупов; 24 avqust 1929, Arkaul[d], Başqırd MSSR – 7 iyun 2009) — sovet və başqırd güləşçisi, Çelyabinskin Cənubi Ural cüdo məktəbinin qurucusu. 1958-ci ildə Çelyabinsk Pedaqoji İnstitutunu bitirdi. 1958-60-cı illərdə "Spartak" Könüllü İdman Cəmiyyətinin Başobslovetində məşqçi, Kumertau İES-da bədən tərbiyəsi müəllimi kimi işləmişdir. 1960-cı ildə Çelyabinskdə Ural cüdo məktəbini təsis etdi. 1960-70-ci illərdə Çelyabinsk Ali Aviasiya Məktəbində Bədən tərbiyəsi müəllimi, Dynamo İdman Cəmiyyəti regional şurasının baş məşqçisi (1969-cu ildən kapitanı), 17 il (1969-1988-ci illərdə) SSRİ milli cüdo komandalarının məşqçisi olmuşdur. 1970-73-cü illərdə Omsk Bədən Tərbiyəsi İnstitutunun Çelyabinsk şöbəsinin baş müəllimi kimi çalışmışdır. 1973-cü ildən Çelyabinsk Bədən Tərbiyəsi İnstitutunda işləməyə başlayır, güləş kafedrasının müdiri olur, 1995-ci ildən isə professor adını qazanır. 1969-88-ci illərdə gənclər arasında SSRİ yığma komandalarının məşqçisi idi.
Dariuş Pirniakan
Dariuş Pirniakan (fars. داریوش پیرنیاکان‎; 1955, Hadişəhr, Şərqi Azərbaycan ostanı) — Azərbaycan əsilli İran musiqiçisi, tarzəni, setar ifaçısı və musiqi tədqiqatçısı. == Həyatı == Dariuş Pirniakan 1955-ci ildə İranın Şərqi Azərbaycan ostanının Hadişəhr bölgəsində anadan olmuşdur. === Musiqi təhsili === Dariuş Pirniakan klassik İran musiqisi üzrə ixtisaslaşmış bəstəkar və musiqiçidir. O, tar və setar musiqi alətlərində ifa etməyi Məhəmməd Həsən Ozaridən, Əliəkbər Şahanzidən, Dr. Dariuş Səfvətdən, Yusif Forutandan, Səid Hürmüzidən və Mahmud Kərimidən öyrənmişdir. O, Əliəkbər Şahnazinin yanında tələbə olarkən Mirzə Hüseynquludan rədifdə ifa etməyi də öyrənmişdir. Tehran Universitetinin İncəsənət fakültəsini bitirmişdir. == Fəaliyyəti == Universiteti bitirdikdən sonra Dariuş Pirniakan İran Klassik Musiqisini Qoruma və Təbliği Mərkəzində çalışmağa başlamışdır. 1979-cu ildən etibarən uzun müddət Qremmi mükafatı namizədi, maestro Məhəmməd Rza Şəcərianla birlikdə çalışmışdır.
Dariuş Şayeqan
Dariuş Şayeqan (fars. داریوش شایگان‎; 24 yanvar 1935, Təbriz – 22 mart 2018, Tehran) — müasir İran və Yaxın Şərq mütəfəkkiri. == Həyatı == Tehranda iranlı bir ata və bir gürcü anada anadan olub. Şayeqan Parisdəki Sorbonne Universitetində oxuyub. Tehran Universitetində Sanskrit və Hindistan dinlərinin professoru idi. Farsca əlavə, Şeyqan fransız və ingilis dillərində yazırdı və gürcü, rus və türk dillərində (həm Osmanlı, həm də Azərbaycan dilində) səlis danışırdı. İngiltərədəki bir internat məktəbində bir gənc ikən Şayegan təhsil aldığı müddətdə Cenevrədə yaşadı, burada Cenevrə Universitetində fransız ədəbiyyatı, fəlsəfəsi, Sanskrit və siyasi elmləri oxudu. Şayeqan, doktor Dr. Henry Corbenin rəhbərliyi ilə Sorbonnada doktorluq dərəcəsini (doktorluq dövrü) aldı, "İnsanlar və təsəvvüf arasındakı münasibətlər", "Məcma əl-Baqrain", Dara Şokux mövzularında dissertasiya müdafiə etdi. Şayeqan Şərq və Qərb mədəniyyətlərinin epistemoloji xüsusiyyətləri və aralarındakı dialoqun mümkünlüyünə dair bir çox qabaqcıl əsərlər yazmışdır.
Aarhus
Orhus (dan. Aarhus) — Danimarkanın ikinci böyük şəhəri. Liman şəhəri olan Orhus, Yutlandiya yarımadasının şimal-şərqində yerləşir. Əhalisi 2004-cü il siyahıyaalmasına görə 228 547 nəfərdir. Şəhər düz, məshuldar və meşəlik bir yerdə qurulub. Kömür və dəmir alışında şəhərin limanının önəmi böyükdür. Şəhərin görməli yerləri arasında 13-cü əsrdən qalma, ölkənin və şimali Avropanın ən böyük kilsəsi olan kafedral kilsə, Danimarkalıların köhnə həyat tərzini canlandıran Den Gamle By ("köhnə səhər"), Botanika bağı, Tivoli Friheden əyləncə parkı və şəhərin sənət muzeyi ARoS-u göstərmək olar. Şəhərdə, həmçinin, ölkənin önəmli universitetlərindən biri yerləşir. == Adı == Orta əsrlərdə şəhər islandiya salnamələrində Arus adlanırdı. Şəhər Aross kimi tanınırdı.
Barbus
Şirbit (lat. Barbus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinin çəkilər fəsiləsinə aid heyvan cinsi. == Təsviri == Şirbitlər əsasən Cənubi və Cənub-Şərqi Asiya, Afrika, Avropada yayılmışdır. bədənləri uzadılmış formadadır, quyruq üzgəcləri iki tirəlidir. Dişilər iri qarınları səbəbiylə daha böyük görünür. kürüləmə dövründə erkəklər daha parılaq görünür.
Barium
Barium (Ba) – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 56-cı element.
Eharius
Eharius (lat. Eharius) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinə aid heyvan cinsi.
Karies
Karies — dişin sümük toxumasının müxtəlif mikroblar tərəfindən zədələnməsidir. Müxtəif səbəblər nəticəsində baş verir. Karies diş ərpi olan yerdə (dişlərin arasında, diş ilə damaq arasında, diş səthindəki yuvacıqlarda) inkişaf edir. == Yaranma səbəbləri == Ən çox yayılmış səbəblər isə aşağıdakılardır: ağız boşluğunun mikroblarla yüksək dərəcədə çirklənməsi; ağız şirəsi suyunun azalması və tərkibinin dəyişməsi; dişin sümük toxumasının möhkəmliyinin azalması. Karies diş ərpi olan yerdə (dişlərin arasında, diş ilə damaq arasında, diş səthindəki yuvacıqlarda) inkişaf edir. Kariesin səbəblərindən biri də ağız şirəsinin çatışmazlığıdır. Ağız şirəsi qida qalıqlarını yuyur və antiseptik təsir edir (ağız şirəsinin tərkibinə xüsusi antimikrob zülal vardır). Əgər hər hansı bir xəstəlik səbəbindən (immunitetin pozulması, bağırsaq xəstəlikləri) uşağın ağız şirəsinin miqdarı və keyfiyyəti aşağı düşərsə, ağız boşluğundakı kariesli dişlərin miqdarı az bir müddətdən sonra artmış olur. Saqqız çeynənməsi ağız şirəsinin artmasına səbəb olur. Məhz buna görə stomatoloqlar gün ərzində yeməkdən sonra 3-4 dəfə olmaqla 5-7 dəqiqə (bundan artıq məsləhət deyil!) ərzində saqqız çeynəməyi məsləhət görürlər.
Radius
Radius (latınca: radius — təkərin oxu, şüa) - çevrənin yaxud sferanın mərkəzini onun istənilən nöqtəsi ilə birləşdirən parça, eləcə də bu parçanın uzunluğu. Radius diametrin yarısını təşkil edir. Radius sözünə ilk dəfə 1569-cu ildə Fransız alimi P. Ramusun əsərlərində rast gəlinmişdir. XVII əsrin sonlarında bu söz alimlər arasında ümumi termin kimi qəbul olundu.
Sirius
Sirius ulduzu — Gecə səmasında görünən ən parlaq ulduzdur. Və Yer üzünə yaxın ən böyük ulduzdur. Sirius ulduzu parlaqlığına görə yalnız Günəş və Aydan geri qalır Sirius ulduzu iki ulduzdan ibarətdir: böyük və parlaq ulduza Sirius-A və digərinə Sirius-B adı verilmişdir. Sirius-A nın diametri 2335000 km olan bir ulduz növüdür, Sirius-B nin diametri isə 12000 km olan bir ağ cırtdan ulduzdur. Sirius-A Günəşdən 2.4 dəfə böyükdür, Sirius-B isə yer kürəsindən balaca və təxminən Venera planeti ölçüsündədir. Sirius-A və Sirius-B bir-birinin ətrafında dönərlər və onların dönmə periodu 50 ildir. Sirius-A ulduzu və Sirius-B ağ cırtdanı, yer kürəsindən 8.6 ışıq ili uzaqlıqdadır və yer kürəsinə ən yaxın ulduzlardan birisidir. Sirius-A bu parlaq görünüşünü əslində işıqlandırma gücünün yanında Günəş Sisteminə yaxınlığına borcludur. Günəşə 2.6 parsek (8.47 işıq ili) uzaqlıqda oluşundan ötəri, Sirius Sistemi kosmosdakı yaxın qonşularımızdan biridir. . İşıqlandırma gücü Günəşin 25 qatı olmaqla birlikdə, Kanopus və ya Rigel kimi digər parlaq ulduzlara nisbətlə aşağıda qalır.
Tarsius
Uzuntopuq (lat. Tarsius) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin primatlar dəstəsinin uzuntopuqlar fəsiləsinə aid heyvan cinsi.
Tarsus
Tarsus ― Mersin ilinin ilçəsi. Tarsus şəhəri Kilikiya Erməni Çarlığının ilk paytaxtı olmuşdur.
Tartus
Tərtus (ərəb. طرطوس‎) — Suriyada şəhər, eyniadlı mühafəzə, məntəqə və nahiyənin inzibati mərkəzi. 2004–cü il siyahıyaalınmasına əsasən şəhərin əhalisi 25.480 ailədə 59.157 nəfəri kişilər və 56.612 nəfəri qadınlar olmaqla cəmi 115.769 nəfərdir.
Xartum
Xartum (ərəb. الخرطوم‎, Əl-Xartum) — Sudanın paytaxtı və ən böyük şəhəri. Şəhər Ağ Nil və Mavi Nil çaylarının qovuşmasında yerləşir. Əhalisi 2008-ci ilin hesablamalarına görə 639 598 nəfər, şəhərətrafı ilə birlikdə 5 274 321 nəfərdir. Şəhərin əsası 1821-ci ildə Misir hakimi Məhəmməd Əli Paşanın oğlu İbrahim Paşa tərəfindən qoyulmuşdur. Şəhərin arxitekturasında ərəb, şərq xarakteri üstünlük təşkil edir. Şəhərin mərkəzi hissəsi Mavi Nilin vadisi boyunca yerləşir. Burada, çayın sahilində dövlət başçısının iqamətgahı yerləşən Respublika sarayı ilə yanaşı, müxtəlif nazirliklərin və idarələrin binaları yerləşir. Bir qədər aralıda şəhərin ticarət — maliyyə mərkəzi hesab olunan Xartum Siti yerləşir. Mavi Nil üzərindəki müasir körpü vasitəsilə universitet şəhərciyinə, təbiət tarixi və etnoqrafiya muzeyinə getmək mümkündür.
Panthera pardus pardus
Afrika bəbiri (lat. Panthera pardus pardus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinin bəbir növünə aid heyvan yarımnövü. Bəbirlərin ölçüsü və çəkisi yaşayış yerlərinin coğrafi ərazisindən asılıdır və çox dəyişir. Meşələrdə yaşayan fərdlər adətən daha kiçik və yüngül olur, açıq yerlərdə yaşayanlar isə əksinə, meşə həmkarlarından daha böyük olurlar. Ancaq orta hesabla kişilər qadınlardan üçdə bir böyükdür. Bəbirin bədən uzunluğu 200-250 sm-ə çatır (bundan 75-110 sm quyruğudur). Kişilərin çəkisi 60 kq-a qədər, qadınların çəkisi 40 kq-a qədərdir. Rəng dəyişir - sıra və yaşayış yerindən asılı olaraq, rəng qırmızı və qəhvəyi rəngdən sarıya qədər dəyişə bilər. Afrikada həm qitənin mərkəzi rayonlarının rütubətli cəngəlliklərində, həm də Mərakeşdən Kapa qədər olan dağlarda, savannalarda və yarımsəhralarda yaşayır. Bəbir böyük səhralardan və susuz quraq ərazilərdən qaçır və buna görə də Saxara və Namibiyanın ən quraq bölgələrində yoxdur.
Larus
Qağayı (lat. Larus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin qağayılar fəsiləsinə aid heyvan cinsi. Onlar həm dəniz kənarlarında həm də göllərdə yayılmışlar. Bir çox növləri sinantrop həyat sürərək insanla birgə yaşayışdan fayda əldə edir. Bir qayda olaraq bu cinsə daxil olan növlərdə ya boz ya da qara rəngli ləkələr müşahidə edilir. İri və orta ölçülərə malik olurlar. Qağayılar üçün növlər arası çütləşmə xarakterikdir.
Eharius chergui
Eharius chergui (lat. Eharius chergui) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin eharius cinsinə aid heyvan növü.
Eharius hermonensis
Eharius hermonensis (lat. Eharius hermonensis) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin eharius cinsinə aid heyvan növü.
Euseius badius
Euseius badius (lat. Euseius badius) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin euseius cinsinə aid heyvan növü.
Kuzinellus parvus
Kuzinellus parvus (lat. Kuzinellus parvus) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin kuzinellus cinsinə aid heyvan növü.
Arıquş
Sarısu
Sarısu (Beyləqan) — Azərbaycanın Beyləqan rayonunda kənd. Sarısu (Göygöl) — Azərbaycanın Göygöl rayonunda kənd.
Tarduş
Tardu xaqan (達頭可汗/达头可汗) — 575-ci ildə yabqu olmuş Qərbi Göytürk xaqanlığı I xaqanı. Bumın xaqanın nəvəsi, İstəmi xaqanın oğlu idi. 575-ci ildə yabqu titulu almışdı. 581-ci ildə Göytürk vətəndaş müharibəsinə qatılmış, Apa xaqanı müdafiə etmişdi. Qərbdə isə qardaşı Tamqan şad vasitəsilə Şimali Qafqazda hakimiyyət qurmuşdu. 587-ci ildə Apa xaqana qarşı hərəkətə başlamış, onu da öldürtmüşdü. 591-ci ildə Bəhram Çubinə dəstək olmuşdu. 599-cu ildə isə Tulan xaqanın ölümündən istifadə edərək özünü Bilgə xaqan adı ilə ulu xaqan elan etmişdi. Çinə qarşı yürüş keçirərkən məğlub olmuş və 603-cü ildə böyük ehtimal öldürüldü. Bağatur xaqan adını alacaq Külüg Sibir və Tulu Tegin adında oğulları vardı.
Xaruşa
Xaruşa — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Xaruşə oyk, mür. Quba r-nunun Talabı i.ə.v.-də kənd. Vəlvələ çayının sahilində, Qusar maili düzənliyindədir. Yaşayış məntəqəsi XIX əsrin birinci yarısında Talabı kəndindən çıxmış ailələrin Xarüşə adlı qışlaqda məskunlaşması nəticəsində yaranmışdır. Oykonim tat dilindəki xar (düzən yer, güneyin ətəyi) və üşə (meşə) sözlərindən düzəlib, "düzənlikdə meşə" və ya "meşənin düzən yeri" mənalarındadır. Kənd üç tərəfdən meşə ilə əhatə olunmuşdur. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 776 nəfər əhali yaşayır.