XOŞHAL

sif. [ fars. xoş və ər. hal] Halı, əhvalı xoş olan; şad, məmnun, razı.
Çox olduqca qəmü dərdim, rəhi-eşq içrə xoşhaləm. Füzuli.
[Zeyd:] Harun, bu nə haldır? Söylə, nə əhvaldır? Leyla sənin ilə bir yerdə; Məşğuli-xoşhaldır. Ü.Hacıbəyov.

// zərf Mehribanlıqla, mülayim bir tərzdə.
Kapitan gözaltı Kəyanə baxdı, onu utandırdığını sezdiyindən, xoşhal dönüb Cumaya əmr etdi. Ə.Əbülhəsən.

□ Xoşhal etmək (eləmək, qılmaq) – könlünü, xatirini xoş etmək, kefini açmaq, şadlandırmaq.
Nədir qılmaz məni xoşhal dilbər bir pəyam ilə; Qəmindən sübh olunca qaldığım bidar bilməzmi? S.Ə.Şirvani.
Komediyada oynayan cavanların cümləsi öz rollarını yaxşı yerinə yetirib, tamaşaya cəm olanları ziyadə fərəhnak və xoşhal etdilər. F.Köçərli.
[Rüstəm bəy Sofyaya:] Niyə kədərlənməyim ki, gözümün işığı kimi istədiyim bir dilbəri şerimlə xoşhal edə bilmədim. Çəmənzəminli.

Xoşhal olmaq – qəlbi, ürəyi açılmaq, sevinmək, şad olmaq.
Həkim babanın nəvənəticəsi bu xəbərdən çox xoşhal oldu. S.Rəhimov.
Rzanın xoşhal olduğunu görüb, Orxan tərifi bir az da artırdı. İ.Məlikzadə.

Sinonimlər (yaxın mənalı sözlər)

  • XOŞHAL xoşhal bax şad
  • XOŞHAL mülayim — yumşaq — alicənab — mərd — rəhmdil — mərhəmətli — laqeyd — xatircəm — arxayın
XOŞGÜZƏRANLI
XOŞHALLANDIRMA
OBASTAN VİKİ
Xoşhal xan Xəttak
Xoşhal xan Xəttak(1613 – 25 fevral 1689; puşt. خوشحال خان خټک), bəzən belə də yazılır: Xushāl Bābā (puşt. خوشحال بابا), )— puştun əsilli əfqan şairi. == Həyatı == Xoşhal xan Xəttak 1613-cü ildə ulu babası Məlik Akuray tərəfindən Pəncab bölgəsində qurulan Akurə şəhərində doğuldu. Baburlu dövlətinin xidmətində olan Məlik Akuray Pəştu qəbilələrindən Xəttakin rəisiydi. Əkbər şah (1556-1605) tərəfindən Attoktan Peşavərə gedən yolun vergisini toplamaqla vəzifədar olaraq göndərilmişti. Xoşhalin atası Şahbaz xan və babası Yəhya xan, Sultan Cahangir şah və Sultan Şahcahanın xidmətində idilər. Xoşhal, gəncliğində atasıyla birlikdə asi qəbilələrə qarşı girişilən savaşlara qatıldı. Atası bir savaşda öldürülüncə “xan” ünvanı ilə onun yerinə keçdi, 1641-ci ildə Xəttak qəbiləsinin rəisi oldu. 1645-ci ildə zabit olaraq qatıldığı Bəlx və Bədəxşan savaşlarında göstərdiyi yararlılıklardan ötürü Şahcahan tərəfindən mükafatlandırıldı.

Digər lüğətlərdə