Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Xunut dağı
Kömürlüdağ — Şərur rayonu ərazisində, Dərələyəz silsiləsindən şimal-qərbə ayrılan Saraybulaq qolunun suayırıcında, Bağırsaqdərəsi çayının mənbə hissəsində, Günnüt kəndindən 2,5 km şimal-şərqdə dağ (hünd. 2065,8 m). Erkən Pliosen maqmatizminin törəmələri olan andezit, andezit-dasit və dasitlərdən ibarət subvulkanik kütləyə uyğun gələn kəsik konusa bənzər yüksəklikdir. Yamacları eyniyaşlı Biçənək lay dəstəsinin andezit, andezit-dasit lavaları və piroklastolitlərlə örtülmüş və uzununa və eninə istiqamətlənmiş qırılmalarla mürəkkəbləşmişdir. Tektonik cəhətdən Şərur-Culfa qalxım zonasının Şərur seqmentinin şimal-şərq cinahının şimal-qərb hissəsində məskunlaşan Günnüt əyilməsinin mərkəzində yerləşir. Yerli əhali dağı Xunut da adlandırır. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir.
Xufu
Xeops (Xufu və ya Xnum-Xufu – "Xnum, o məni qoruyur"; Herodota görə Χέωψ, Manefona görə Σοῦφις ; e. ə. XXVII əsr – e.ə. 2566) — IV sülalədən Misir fironu. O, Manefona görə 66 il, Turin papirusuna görə 23 il padşahlıq etmişdir. == Həyatı == Xeops Sneferunun oğlu və varisi idi. Xeops Memfis yaxınlığındakı Giza nekropolunda 146,6 m hündürlükdə Xeops ehramının inşaatçısıdır. Herodotun Misirdə yayılan hekayələr əsasında yazdıqlarına görə, o, piramidanın tikintisinə 30 il sərf etmişdir. Xeops öz hakimiyyətinin məqsədi olaraq ehramın tikintisini sonlandırmağı qarşısına qoymuş, misirlilərə ağır işlər vermiş, məbədləri bağlamış və hətta pul qarşılığında öz qızını satmışdır. Müasir alimlərə görə, növbəti dövrlərdə yaşamış Şimali Misir sakinləri ehramın böyüklüyündən heyrətlənərək bunun haqqında əfsanələr uydurmuşdular.
Xunə
Xunə və ya Xunəc — vaxtilə Azərbaycanda yerləşmiş şəhər. Bu şəhər sonralar Kağızkonan (Kağızkünan), yəni "kağız istehsal edənlər" adını daşımışdır. Keçmiş ərazisi hazırda İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanının Kağızkonan bəxşində yerləşir. 12–13-cü əsr coğrafiyaçısı Yaqut əl-Həməvi, Azərbaycanın ucqar hissəsində yerləşən Xunə şəhəri haqqında məlumat verərkən, onun Marağa ilə Zəncan arasında, Zəncandan iki günlük məsafədə yerləşdiyini qeyd etmişdir. Həmdullah Qəzvini isə Xunə ilə Ərdəbil arasında 7 fərsəx (39,79 km) məsafənin olduğunu qeyd etmişdir.Burada kağız istehsalına başlanandan sonra yerli əhali şəhərin adını "kağızqayıran, kağız buraxan yer" mənasında Kağızkunan adlandırmışdır. O zaman Azərbaycanın və ətraf bölgələrin inkişaf etmiş əsas şəhərləri Marağa, Xunəc, Miyanic (Miyanə), Ərdəbil, Təbriz, Mərənd, Naxçıvan, Bərdə, Gəncə və başqaları idi. Xunəc xaricə gedənlərin və xaricdən gələnlərin keçid yolu üstündə yerləşdiyinə görə yoxlanış məntəqəsi (gömrükxana) rolu oynayırdı. Bu yoldan keçənlər özləri ilə xaricə kağız da aparırdılar. Satıcılarla və alıcılarla hər gün dolu olan Xunəc (Kağızkünan) bazarında kağız, qələm və s. ləvazimatlar da satılırdı.
Brauner xulu
Brauner xulu (lat. Benthophiloides brauneri) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xulkimilər dəstəsinin xullar fəsiləsinin benthophiloides cinsinə aid heyvan növü. == Yayılması == Qara, Azov və Xəzər dənizlərində yayılıb. Sonuncuda iki dəfə bir fərd tapılmışdır: 1910-cu ildə Panov tərəfindən Abşeron yaxınlığında və Rəhimov tərəfindən 1973-cü ildə Orta Xəzərin şərq sahilində Jiland burnunun cənub hissəsində. == Morfoloji əlamətləri == Bədəni lövhəvari, burnu gödək, başı bir qədər enlənmişdir. Başın hündürlüyü enindən təqribən 1,5 dəfə azdır. Rəngi qonurumtul, bədənində üç iri tünd qonur xal vardır:I başın ön yanından kəllənin yarısına qədər gedir, Bəzən isə olmur;II birinci bel üzgəcinin əsasından keçib döş üzgəclərinin əsasının arxa hissəsinə qədər enir ; III xaı ikinci bel üzgəcinin arxa yarısından keçir və quyruq gövdəsi üzrə bədənin arxa tərəfinə qədər enir. Bədənin uzunluğu 6-7 sm olur. == Yaşayış yeri və həyat tərzi == Sahildən 0,5-1,5, bəzən isə 5,5 m dərinlikdə, palçıqlı-qumlu yerlərdə, daşların dibində yaşayırlar. Suyun həm yavaş axan, həm də durğun yerlərində də mövcud ola bilərlər.Həşəratların yumurtaları, xərçəngkimilər və molyusklarla qidalanırlar.
Dərinlik xulu
== Morfoloji əlamətləri == Dərinlik xulu— (lat. Neogobius bathybius) Xəzərin endemik növlərindəndir. Başı, demək olar ki, üstdən basıq deyil. Ancaq eni adətən hündürlüyündən çoxdur. İkinci bel üzgəcinin hündürlüyü arxa tərəfdə bir qədər azalır. Rostrumu azca sivriləşmişdir. Başının hündürlüyü enindən xeyli azdır. Qarın üzgəcləri anusa qədər çatmır, onun uzunluğu bədəninin uzunluğuna 7 dəfədən artıq yerləşir. Bel üzgəcinin qurtaracağında heç bir ləkə yoxdur. Bədəni yarımşəffafdır.
I Xunq
I Xunq — Müasir Vyetnamın şimalında yaranmış ən qədim dövlət qurumu olan Vanlanqın adı dövrümüzə qədər gəlib çatan ilk hökmdarıdır. O, e.ə. VII əsrdə hakimiyyətdə olmuşdur. Son on illiklərdə aparılan arxeoloji qazıntılar ölkədə insanın yaranmasını sübut edən çoxlu tapıntıları üzə çıxarmışdır. Lanqşon və Txanxoa əyalətlərində, o cümlədən Şərqi Çin dənizinin sahillərində Paleolit dövrünə aid insan qalıqları tapılmışdır. Yenbay və Nipbin əyalətlərində qəbilələrdə yaşayan insanların sümükləri və daş əmək alətləri əldə olunmuşdur. Üst Paleolit və Mezolit dövrlərinə aid Şonvi və Xoabin mədəni abidələri dünya mədəniyyətinin nümunələri sırasındadır. Sonrakı minilliklərdə Vyetnamda insanların daha geniş ərazilərə yayılması əlverişli iqlimlə əlaqədardır. E.ə. IV minillikdə Vyetnamda tuncun kəşf olunması ilə əhali daha da çoxaldı və iri tayfalar meydana çıxdı.
Kaspiosoma xulu
Kaspiosoma xulu (lat. Caspiosoma caspium) — Eyni adlı cinsinin nümayəndəsidir. == Morfoloji əlamətləri == Başı yuxarıdan basıqdır. Hündürlüyü təqribən 1,5 dəfə enindən azdır. İri fərdlərdə alının eni adətən gözün diametrindən xeyli böyük olur. Bədəni bel tərəfdən xırda-boz və ya qonur xallarla örtülüdür. Bəzi yerlərdə onlar birləşərək iri köndələn zolaqlar (sarıqlar) əmələ gətirir. Onlardan iki iri zolaq daha səciyyəvidir. İrəli əyilmiş bu zolaqlardan birinci bel üzgəcinin arxa hissəsini əhatə edir, o biri isə ikinci bel üzgəcinin yarısını tutur. Uzunluğu 5 sm-ə qədər olur.
Nonultimus xulu
Noniltimus xulu - (lat. Mesogobius nonultimus) — Qamçılı xullar cinsinin nümayəndəsidir. == Morfoloji əlamətləri == Bədəni qamətli və uzunsovdur. Başı pazşəkillidir. Qəlsəmə qapaqları, döş üzgəclərinin əsası, qarın əmziyinin önündə boğazı və qarnının ortası çılpaqdır. Belində və böyürlərində aydın olmayan tünd zolaqlar vardır. Bunların forması və rəngi fərdi, yaş və coğrafi dəyişikliyə məruz qalır. == Yayılması == Xəzər dənizində, o sıradan Azərbaycan sahillərində yayılmışdır. == Yaşayış yeri və həyat tərzi == Duzlu su balığıdır. Heç vaxt şirin sulara keçmir.
Nordman xulu
Nordman xulu (lat. Neogobius ratan) — Ponticola cinsinin bir nümayəndəsidir. == Yayılması == Qara, Azov və Xəzər dənizlərində yayılmışdır. Xəzərdə 3 yarımnöv: Gebel xulu - Neogobius ratan goebeli (Kessler), Boqdanov xulu - Neogobius ratan bogdanowi (Kessler), Türkmən xulu -Neogobius ratan turkmenicus (Rahimov) yaşayır. == Morfoloji əlamətləri == Başı böyürlərdən sıxılmışdır. Eni demək olar ki,hündürlüyünə bərabərdir. Üst dodağı kənarlarda enlənməmişdir. İkinci bel üzgəcinin xüsusən ortası hündürdür. Quyruq gövdəsi gödəkdir və yanlardan çox sıxılmışdır. Bədənin ən az hündürlüyü quyruq gövdəsinin uzunluğundan ya bir qədər çoxdu, ya da ona bərabərdir.
Nunu Triştan
Nuno Triştan (XV əsr – 1446, Qvineya-Bisau) — Portuqal dənizçisi, qul alverçisi, Qvineya-Bisaunu kəşf etmişdir.
Qafqaz xulu
Qafqaz xulu (lat. Knipowitschia caucasica) — Knipoviç xulları cinsinin nümayəndəsidir. Qara dəniz, Azov dənizi, Xəzər dənizi sahillərində dərinliyi 2 m olan sularda yaşayır. Erkəklər kürünü müdafiə etmək üçün ərazidə qalır. Bu növ uzunluğu 5 sm təşkil edir == Morfoloji əlamətləri == Bədəni gödəlmişdir. Gözləri yanlara yönəlmişdir. Qapaq sümüyünün üstündəki kanal bu cinsin başqa növlərinə nisbətən zəif inkişaf etmiş, bəzən isə olmur. Bədəni sıx piqmentləşdir. Dişilər erkəklərdən daha açıq rəngdədir. Birinci bel üzgəcində çoxsaylı tünd xallar var.
Qoyun yunu
Yun — bəzi məməli heyvanların dərisinin üstünü örtən və heyvandan (adətən qoyun, dəvə və s.) qırxılan tüklər. == Ümumi məlumat == Lifli materiallar içərisində birincilik təşkil edən yun əsrlər boyu toxuculuq peşəsi üçün ən yüksək xammal hesab edilmişdir. Bunun üçün insanlar ən çox qoyun yunundan istifadə etmişlər. Qoyun bir qayda olaraq iki dəfə, nadir hallarda il pis gəldikdə, bir dəfə qırxılır. Qırxın dövrü iqlim şəraitilə əlaqədardır. Qırxına aran yerlərdə tez, dağ yerlərində nisbətən gec başlanır. Qırxın yaz və payızda aparılır. Qırxını çobanlar özləri aparır. Bəzən də köməkçilər çobanın və ya sürü sahibinin qohum-əqrəbasından olur. Qırxın qırxlıq aləti vasitəsilə aparılır.
Qumluq xulu
Qumluq xulu (lat. Neogobius fluviatilis) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xulkimilər dəstəsinin xullar fəsiləsinin xul cinsinə aid heyvan növü. Xəzər dənizində çox geniş yayılmışdır. Balığın bədəni yanlarından az sıxılmış, başı yastı,başın ön hissəsi uzunsov formadadır. Qumluq xulun bədəni qonur və ya boz-sarımtıl rəngdə olur. Uzunluğu 10-16 sm-ə qədər olur. Cinsi yetişkənliyə 2 yaşında çatır. May-iyul aylarında əsasən Şimali Xəzərdə çoxalır. Məhsuldarlığı 350-1025 ədəd kürüdən ibarətdir.Həvəskar balıqçılar tərəfindən ovlanır.
Türkmənistan xulu
Türkmənistan xulu (lat. Benthophiloides turcomanus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xulkimilər dəstəsinin xullar fəsiləsinin benthophiloides cinsinə aid heyvan növü. Bu balıq yalnız Türkmənistanın 27 metr (89 fut) dərinliyə malik sahil sularında görülmüşdür. Cəmi iki nümunədən bilinir.
XVIII Xunq
XVIII Xunq — Vanlanq dövlət qurumunun sonuncu hökmdarıdır. O, e.ə. 286–257-ci illərdə hakimiyyətdə olmuşdur. Atası XVII Xunqun vəfatından sonra taxta sahib olan XVIII Xunqun hakimiyyəti illərində Vanlanq dövlət qurumunun ərazisində tərəqqi bir müddət davam etmişdir. Vanlanq dövlət qurumunda dəmir alətlərin tətbiqi nəticəsində məhsuldarlıq xeyli artmış, əkin sahələri genişlənmişdi. Nəticədə zəhmətkeş kəndlilər cəngəllikləri qıraraq onları tarlalara çevirirdilər. Daşqınların qarşısını almaq üçün bəndlər ucaldılır , susuz yerlərə kanallar çəkilirdi. İstedadlı dövlət xadimi olan XVIII Xunq mərkəzi idarə aparatını xeyli təkmilləşdirmişdi. Onun hakimiyyəti illərində hərbi və iqtisadi sahəni idarə etmək üçün xüsusi vəzifələr təsis edilmişdi. Daxili işlərə isə "Botin" adlanan nazir baxırdı.
Xnum-Xufu
Xeops (Xufu və ya Xnum-Xufu – "Xnum, o məni qoruyur"; Herodota görə Χέωψ, Manefona görə Σοῦφις ; e. ə. XXVII əsr – e.ə. 2566) — IV sülalədən Misir fironu. O, Manefona görə 66 il, Turin papirusuna görə 23 il padşahlıq etmişdir. == Həyatı == Xeops Sneferunun oğlu və varisi idi. Xeops Memfis yaxınlığındakı Giza nekropolunda 146,6 m hündürlükdə Xeops ehramının inşaatçısıdır. Herodotun Misirdə yayılan hekayələr əsasında yazdıqlarına görə, o, piramidanın tikintisinə 30 il sərf etmişdir. Xeops öz hakimiyyətinin məqsədi olaraq ehramın tikintisini sonlandırmağı qarşısına qoymuş, misirlilərə ağır işlər vermiş, məbədləri bağlamış və hətta pul qarşılığında öz qızını satmışdır. Müasir alimlərə görə, növbəti dövrlərdə yaşamış Şimali Misir sakinləri ehramın böyüklüyündən heyrətlənərək bunun haqqında əfsanələr uydurmuşdular.
Xudu Borçalı
Xudu Borçalı və ya Xudu bəy Borçalinski— XVIII əsrdə Borçalı mahalında yaşamış xalq qəhrəmanı. Gürcülər ona Xudu Borçalinski, azərbaycanlılar Xudu Xuduoğlu, çar II İrakli isə Xudiya deyirdi. O, II çar İrakli tərəfindən general rütbəsi almış, gürcü ordusunda süvari dviziyaya rəhbərlik etmişdir . == Haqqında == Xudu bəy Borçalı təxminən 1730-cu ildə Borçalı mahalının Sadaxlı kəndində anadan olmuşdur. Onun, 1770-in yazında Axısxada göstərdiyi şücaət şahzadələr Teymurazın, Baqratın, Davidin, İohanın tarixi icmallarında özəlliklə qeyd olunmuşdur. Gürcüstan və İmeret (Açıqbaş) şahları Rus qoşununun köməyi ilə Axısxanı, Azğuru, Aspindzayı tutmağa getdilər. İraklinin muzdla tutduğu Ləzgi qoşunu Kür çayı üstündəki Aspinza Körpüsündə məğlub olub, qaçmağa üz qoydu, İrakli özu məşhur Ləzgi sərkərdəsini öldürdü, sonra İrakli, Borçalı atlı dəstəsini Qoriyə göndərdi. O, öncəbhə sərdarı Rus generalına məktubunda (əsli Gürcüstan Əlyazmalar İnstitutundadır) yazırdı: “Xudu dörd yüz qoçaq müsəlmanla sizin yanınıza gəlməlidir. Borçalılar yaxşı, mərd adamlardır. Mən bunu yazan vaxtlar həmən qoşun ya gəlmiş, ya da yaxınlaşmış olacaqdır.
Xudu Məmmədov
Xudu Məmmədov (14 dekabr 1927, Mərzili – 15 oktyabr 1988, Bakı) — Azərbaycanlı elm adamı və ictimai-siyasi xadim, professor, AMEA-nın müxbir üzvü, Geologiya-mineralogiya elmləri doktoru, Milli Azadlıq Qərargahı təşkilatının qurucularından (1969), Böyük Britaniya Kral Akademiyasının fəxri üzvü (1957) == Həyatı == Xudu Surxay oğlu Məmmədov 1927-ci il dekabrın 14-də Ağdam rayonunun (Azərbaycan) Mərzili kəndində anadan olmuşdur. Ağdamda orta məktəbi bitirən Xudu Məmmədov Azərbaycan Dövlət Universitetinin Geologiya-Coğrafiya fakültəsinin Geologiya şöbəsinə daxil olur, 1951-ci ildə təhsilini fərqlənmə diplomu ilə başa vurur və müəllimi Heydər Əfəndiyevin təkidi ilə Azərbaycan Elmlər Akademiyasının Kimya İnstitutuna təyinat alır. Xudu Məmmədov daha sonra SSRİ EA-nın Kristalloqrafiya İnstitutunun aspiranturasına daxil olur. Namizədlik dissertasiyasının ilkin mövzusu "Borosilikat-aksinit mineralının quruluşunun təyini" olmuşdur. Amma quruluşu açmaq üçün eksperimental materiallar alınması ərəfəsində (1952-ci il) yapon tədqiqatçıları bu mineralın quruluşunu təyin edirlər. 1955-ci ildə X. Məmmədov SSRİ EA-nın Kristalloqrafiya İnstitutunun elmi şurasında "Kristalloqrafiya və Kristallofizika" ixtisası üzrə "Ksonolit və vollastonit minerallarının kristal quruluşu" mövzusunda müvəffəqiyyətlə namizədlik dissertasiyası müdafiə edir. Xudu Məmmədov bir neçə dəfə Con Bernalın qonağı olmuş, 1966-cı ildə isə təqribən bir il onun laboratoriyasında çalışmışdır. Azərbaycanlı kristalloqraf-alim 1970-ci ildə geologiya-mineralogiya elmləri doktoru, 1973-cü ildə professor elmi adlarına layiq görülmüşdür. O, 1957-ci ildən Azərbaycan Elmlər Akademiyasının Qeyri-üzvi və Fiziki Kimya İnstitutunun struktur kimya laboratoriyasının müdiri vəzifəsində çalışmışdır. Əsas elmi işləri kristallokimya sahəsindədir.
Xudu pəhlivan
Xudu Ocaqqulu oğlu XVIII yüzilin sonu, XIX yüzilin önlərində yaşayıb. Əkinçiliklə, boş vaxtlarında da pəhlivanlıqla məşğul olub. Qolunun gücü ilə həm Qarabağda, həm Gəncəbasarda ad qazanıb. Kənd camaatının söyləmələrinə görə, Goran çayının yaxınlığında izi duran kahada pələng Xudu pəhlivana hücum etmiş, bir az çarpışmadan sonra pəhlivan pələngi boğub öldürmüşdü. Xudu pəhlivanla bağlı başqa bir söyləmə də var. Onun şücaəti haqda xəbər Gəncəli pəhlavana çatmış, həmin pəhlivan Xudu babanın sorağı ilə Səfikürdə gələrkən onun özü ilə rastlaşmışdır. Özünün Xudu pəhlivanın nökəri olduğunu bildirən Xudu baba Gəncəli pəhlivanı evinə aparmış, gecə qonaq saxlamışdı. Gəncəli pəhlivan gücünü göstərmək üçün evin nisbətən az ağırlıq düşən dirəyini (harmanı) qaldıraraq, çarıqlarını onun altına qoymuşdur. Xudu baba çarıqları daha çox ağırlıq düşən dirəyin altına yerləşdirmişdir. Səhər qonaq "nökər"in əməlini gördükdən sonra Xudu pəhlivanla qarşılaşmağa ehtiyat etmiş və Gəncəyə dönmüşdü.
Xudu İbrahimoğlu
Xudu İbrahimoğlu (tam adı: Xudu İbrahim oğlu Mustafayev; 1 yanvar 1939, Gülablı, Ağdam rayonu – 2006, Bakı) — filoloq, maarif xadimi, müəllim, publisist, şair. == Həyatı == Xudu İbrahimoğlu 1 yanvar 1939-cu ildə Ağdam rayonunun Gülablı kəndində anadan olmuşdur. O, 1949-cu ildə Ağdam şəhər yeddiilik məktəbin I sinfinə daxil olmuş, 1959-cu ildə 2 nömrəli beynəlmiləl orta məktəbi Qızıl medalla bitirmişdir. 1959–1964 illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Filologiya fakültəsinin dil-ədəbiyyat şöbəsində ali təhsil almış, fərqlənmə diploma ilə başa vurmuşdur. Xudu İbrahimoğlu Ağdamda müəllim (1964–66), "Lenin yolu" (indiki "Ağdam" qəzeti) qəzetində ədəbi işçi (1966–69), Respublika Kənd Təsərrüfatı Nazirliyi nəşriyyat şöbəsində redaktor (1969–73), Az. KPMK "Təşviqatçı" jurnalında baş ədəbi işçi (1971–79), Abşeron RPK-də şöbə müdiri (1979–84), həmin rayonun Xırdalan qəsəbə 3 saylı tam orta məktəbin direktoru (1984–87), "Abşeron" qəzetində redaktor müavini (1987–89), 1989-cu ildən Abşeron RPK-də partiya komitəsinin sədri vəzifəsində işləmiş, 1990-cı ilin 20 Yanvar hadisələrində sovet ordusunun vəhşi və qaniçən hərəkətlərinə etiraz olaraq vəzifəsindən və partiya biletindən imtina etmişdir. Bakı Şəhər İcra Hakimiyyətində tərcümə bölməsinin müdiri vəzifələrində işləmişdir. Xudu İbrahimoğlu 30 oktyabr 2006-cı ildə Bakıda vəfat etmişdir. == Yaradıcılığı == Xudu İbrahimoğlu 100-dən çox elmi və publisist məqalənin, kitabların müəllifidir: "Dünya şöhrətli həmvətənimiz" (M. F. Axundov haqqında), "Qüdrətli jurnalist" (C. Məmmədquluzadə haqqında), "Unudulmaz sənətkar" (H. Cavid haqqında), "Şairin həyat fəlsəfəsi" (S. Vurğun haqqında) və s. Xudu İbrahimoğlu istedadlı şair kimi tanınmış, orta məktəb illərində rayon qəzetində, sonralar respublikanın müxtəlif mətbuat orqanlarında "Xudu Mustafayev", "Xudu Sadiq", "Xudu İbrahimoğlu" imzaları ilə şeirlər dərc etdirmişdir.
Xunə şəhəri
Xunə və ya Xunəc — vaxtilə Azərbaycanda yerləşmiş şəhər. Bu şəhər sonralar Kağızkonan (Kağızkünan), yəni "kağız istehsal edənlər" adını daşımışdır. Keçmiş ərazisi hazırda İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanının Kağızkonan bəxşində yerləşir. 12–13-cü əsr coğrafiyaçısı Yaqut əl-Həməvi, Azərbaycanın ucqar hissəsində yerləşən Xunə şəhəri haqqında məlumat verərkən, onun Marağa ilə Zəncan arasında, Zəncandan iki günlük məsafədə yerləşdiyini qeyd etmişdir. Həmdullah Qəzvini isə Xunə ilə Ərdəbil arasında 7 fərsəx (39,79 km) məsafənin olduğunu qeyd etmişdir.Burada kağız istehsalına başlanandan sonra yerli əhali şəhərin adını "kağızqayıran, kağız buraxan yer" mənasında Kağızkunan adlandırmışdır. O zaman Azərbaycanın və ətraf bölgələrin inkişaf etmiş əsas şəhərləri Marağa, Xunəc, Miyanic (Miyanə), Ərdəbil, Təbriz, Mərənd, Naxçıvan, Bərdə, Gəncə və başqaları idi. Xunəc xaricə gedənlərin və xaricdən gələnlərin keçid yolu üstündə yerləşdiyinə görə yoxlanış məntəqəsi (gömrükxana) rolu oynayırdı. Bu yoldan keçənlər özləri ilə xaricə kağız da aparırdılar. Satıcılarla və alıcılarla hər gün dolu olan Xunəc (Kağızkünan) bazarında kağız, qələm və s. ləvazimatlar da satılırdı.
Xəzər xulu
Xəzər xulu (lat. Neogobius caspius) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xulkimilər dəstəsinin xullar fəsiləsinin xul cinsinə aid heyvan növü. == Morfoloji əlamətləri == Bədəni uzunsov olub, quyruğa getdikcə çox nazikləşir. Başının hündürlüyü eninə bərabərdir, başı aşağı əyilmiş şəklindədir, aşağı vəziyyətdə olub, qarın tərəfinin səthi səviyyəsində yerləşir. Ön burun dəlikləri üst dodağa yaxındır. Quyruq üzgəcinin qurtaracağı kəsik şəklindədir. Birinci bel üzgəcində uzunsov ləkə olur. Alnının eni gözünün diametrindən azdır. Daldakı burun dəlikləri gözün ön kənarından uzaqda yerləşir. == Yayılması == Xəzər xulu Azərbaycan sahillərinin şimal hissəsində - Yalama, Xudat, Xaçmaz və Siyəzən rayonlarında yayılmışdır.
Yuyçzülyü Çunu
Yuyçzülyü Çunu (v. 520) - Jujan dilindəki adı ilə Qanunverici xan 508-ci ildə atasından sonra taxta çıxmış jujan xaqanı. O uzunboylu və döyüşdə usta olan bir adam idi. Şimal Vey sülaləsi ilə sülh bağlayan xaqan əsasən fikri Qaoçe Ulu Bəyliyinə verdi. 516-cı ildə onları ağır məğlubiyyətə uğradaraq atasının intiqamını aldı. İmperatora qərbdəki bütün tayfaları hakimiyyəti altına aldığı barədə məlumat ehtiva edən məktub yazdı. == Ailəsi == Xaqanın ailəsində problem var idi. Oğlu Çuxuy itmişdi və heç kim onu tapa bilmirdi. Şamanların dediyinə görə oğlu qeyb olmuşdu və bir gün zühur edəcəkdi. Xaqan sevindi və şaman Dulun Duxan ilə evləndi.
İlyin xulu
İlyin xulu (lat. Knipowitschia iljini) — Knipoviç xulları cinsinin nümayəndəsidir. == Morfoloji əlamətləri == D VI (18-9), A I (8-9),yan xətt pulcuqlarının sayı 33-35-dir. Bədəni çox uzunsov və əvvəlki növə nisbətən bir qədər ensizdir.Gözüstü kanallarının qovuşduğu yerdən geriyə uzanan hiss kanalı yoxdur. Quyruq üzgəci dairələşmiş və simmetrik şəkildədir. Bədəninin üzərində eninə yerləşən tünd zolaqlar vardır. Cinsi dimorfizm inkişaf etmişdir. Erkəklərin bel üzgəcində uzununa tünd zolaqlar olur, dişilərin bel tərəfində kiçik xallar yerləşir. Uzunluğu 47 mm-ə qədər olur. == Yayılması == Xəzər dənizinin endemikidir, orta hissəsində yayılmışdır.
Şirman xulu
Şirman xulu (lat. Ponticola syrman) — xullar fəsiləsinin ponticola cinsinə aid balıq növü. == Yayılması == Mərmərə, Qara, Azov və Xəzər dənizi hövzələrində, limanlarda, bəzi çayların aşağı axarlarında, seyrək hallarda su anbarlarında yayılmışdır.Dənizdə yalnız tapılmışdır, lakin bəzi ərazilərdə haşiyələr daxildir. Abşeronun cənub hissəsində və Küryanı rayonda çoxsaylı, Samurdan Siyəzənə və Şıx sahəsindən Kürün Züd-ost qoltuğuna qədər azsaylıdır. == Morfoloji əlamətləri == Bədəni axımlı, başı uzunsov, lövhəvarıdır. Üstdən yüngülcə basıqdır, ağzı iridir. Yaşlı fərdlərdə qarın sormacında yaxa pərləri kütdür. İkinci bel üzgəcinin hündürlüyü arxa uca doğru artır. Bədənin böyürlərində adətən, şahmat şəklində düzülmüş, iri bozumtul qonur xallar olur. Uzunluğu 20 sm-dən artıq deyil.
Xünc
Xünc – İranın Fars ostanının şəhərlərindən və Xünc şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 20,012 nəfər və 3,362 ailədən ibarət idi.Əhalisinin əksəriyyəti lurlardan ibarətdir, lur dilində danışırlar və şafi sünni müsəlmandırlar.
Ad günü
Doğum günü və ya Ad günü — insanın anadan olduğu tarix. Bir çox mədəniyyətərdə insanlar doğum günlərini təmtəraqlı qeyd edirlər. Dinindən və mədəniyyətindən asılı olaraq müxtəlif ölkələrdə tanınmış tarixi şəxsiyyətlərin doğum günlərini keçirirlər: Məhəmməd Peyğəmbərin doğum günü, İsa Peyğəmbərin doğum günü. == Azərbaycanda doğum günü == Azərbaycanda adətən uşaqlar üçün doğum günlərinin keçirilməsi bir çox ailələrdə vacib sayılır. Doğum günündə süfrəyə üzərinə şamlar düzülmüş tort gətirilir. Son zamanlar, Azərbaycan da daxil olmaqla, bir çox ölkələrdə partiyaların, şirkətlərin və müxtəlif təşkilatların da doğum günlərinin keçirilməsi dəb halını almışdır.
Alma günü
Alma günü (ing. Apple Day) — Böyük Britaniyada hər il 21 oktyabrda qeyd olunan qeyri-rəsmi bayram.
Alyaska günü
Alyaska günü (ing. Alaska Day) — Amerika Birləşmiş Ştatlarının Alyaska ştatında 18 oktyabr tarixində qeyd olunan rəsmi bayram günü. Həmin gün Alyaska ştatında qeyri-iş günü hesab olunur. Alyaska gününün qeyd olunması ABŞ-nin 1867-ci ilin 18 oktyabr tarixində Alyaska ştatının Rusiya imperiyasından satın alınmasından sonra ənənəvi şəkildə qeyd olunmağa başlanılmışdır. ABŞ-nin XXIV Xarici İşlər Naziri, senator Uilyam Sivard 1867-ci ilin oktyabr ayında Rusiya imperiyası ilə Alyaskanın satın alınması ilə bağlı danışıqlara başlayır. Danışıqlar nəticəsində ərazi 7.2 milyon dollara ABŞ tərəfinə satılır. Ərazidə mövcud olan Rus Amerikası inzibati vahidi ləğv olunur və torpaqlar ABŞ nəzarətinə keçir. Alyaska günü Alyaska ştatı ilə bağlı ən önəmli bayramlardan biri olsa da, ştat ərazisində, bəzi məktəblər həmin gün fəaliyyət göstərir və əsasən açıq dərslər keçirilir.
Analar Günü
Analar Günü — anaların şərəfinə keçirilən beynəlxalq bayramdır. Həmin gün Beynəlxalq Qadınlar Günündən fərqli olaraq, anaları və hamilə qadınları təbrik etmək qəbul olunub. Bir çox ölkələrdə bu gün müxtəlif günlərə təsadüf edilir. Ümumiyyətlə, dünyada "Analar Günü" may ayının ikinci bazar günü qeyd edilir. İngiltərədə XVII əsrdən XIX əsrədək "Anaların Bazar Günü" adlı bayram qeyd olunurdu. Anaların təbrik edilməsinə həsr edilmiş bu bayram Böyük pəhriz adlanan dini bayramın dördüncü bazar günündə keçirilirdi. ABŞ-də "Analar Günü" ilk dəfə 1872-ci ildə məşhur ingiltere pasifisti Culiya Uord Houv tərəfindən dəstəklənmişdir. C.Uordun qənaətinə görə, həmin gün anaların Yer kürəsində sülh naminə mübarizədə birliyi günüdür. Lakin onun bu konsepsiyası nə ABŞ-də, nə də digər ölkələrdə öz təsdiqini tapmamışdır. 1907-ci ildə ABŞ-nin Filadelfiya ştatından olan Anna Carvis anaların təbrik olunması təşəbbüsü ilə çıxış etmişdir.
Anzak Günü
Anzak Günü (ing. Anzac Day) — Avstraliya və Yeni Zelandiyanın milli bayramı. 25 aprel 1915-ci ildə Birinci Dünya Müharibəsi zamanı Antanta qüvvələri (İngilislər, avstraliyalılar, yeni zelandiyalılar, nyufaundlendlər, hintlilər, fransızlar) Gelibolu yarımadasına (Türkiyə) enməyə başladılar. Ardınca uzanan və qanlı döyüşlərdə eniş ələ keçirilmiş köprülərdən bir hücum inkişaf etdirə bilmədi və ilin sonunda evakuasiya edildi. Çanaqqala adlanan bu uğursuz əməliyyat zamanı Avstraliya-Yeni Zelandiya Ordu Korpusunun qoşunları fərqləndilər (Australian and New Zealand Army Corps, ANZAC). Anzak Günü rəsmi olaraq 1916-cı ildə qeyd olunmağa başladı (Yeni Zelandiyada - 1920-ci ildən). Başlanğıcda, Birinci Dünya Müharibəsində həlak olan Avstraliyalılar və Yeni Zelandiyalılar üçün bir anım günü idi. II Dünya Müharibəsindən sonra, 25 aprel tarixində Avstraliya və Yeni Zelandiya, bu ölkələrin iştirak etdiyi bütün müharibələrdə və hərbi qarşıdurmalarda həlak olan vətəndaşlarını yad etdilər. Ənənəyə görə bu gün kilsə ibadətləri, hərbi keçidlər, qazilərin görüşləri keçirilir. Avstraliya və Yeni Zelandiya turistləri həm də anma tədbirlərinə ev sahibliyi edən Gelibolu'nu ziyarət edirlər.
Asteroid Günü
Asteroid Günü (Beynəlxalq Asteroid Günü kimi də bilinir), 30 iyun 1908-ci il tarixində baş verən Sibir Tunguska hadisəsinin ildönümündə təşkil edilən illik bir qlobal hadisədir. Son günlərdə dünyanın ən zərərli asteroid ilə əlaqəli hadisəsidir. Birləşmiş Millətlər Təşkilatı, hər il 30 iyunda qlobal səviyyədə müşahidə edildiyini elan etdi. Asteroid Günü, planetin, onun ailələrinin, cəmiyyətlərinin və gələcək nəsillərin fəlakətli bir hadisədən qorunması üçün asteroidlər haqqında məlumatlılığın artırılması və nə üçün edilə biləcəyini nəzərdə tutur. 2014-cü il aprelin 23-də kəşf edilən 2014 HQ124, eyni il, 8 iyun, yalnız 46 gün sonra və 2015 TB145, yerini 1 250 000 km-ə keçmişdir. == Tarix == Asteroid Günü film rejissoru Grigorij Richters, B612 Foundation COO Danica Remy, Apollo 9 astronavt Rusty Schweickart və Brian May, Queen gitaraçı və astrofizik tərəfindən təsis edildi. Richard Dawkins, Bill Nye, Peter Gabriel, Jim Lovell, Apollo 11 Astronavt Michael Collins, Alexei Leonov, Bill Anders, Kip Thorne, Lord Martin Rees, Chris Hadfield, Rusty Schweickart və Brian Cox kimi 200-dən çox astronavt, alim, texnolog və sənətçi Asteroid Günü Deklarasiyasını imzaladı.Asteroid Günü 2014-cü il 3 dekabrda rəsmən başladı.2014-cü ilin fevral ayında rok qrupu Kraliçası üçün astrofizikçi və gitaraçı olan Brian May filmə 51 dərəcəlik şimalın rejissoru olan Grigorij Richters ilə Londondakı qondarma asteroid təsiri və belə bir hadisə nəticəsində ortaya çıxan insan vəziyyəti ilə işləməyə başladı.Richters və May, 2014 Starmus Festivalında film izləyib sonra 2014-cü ilin oktyabr ayında Lord Martin Rees, Rusty Schweickart, Ed Lu, Tomas Jones, Ryan Watt və Bill Nye ilə mətbuat konfransında rəsmi olaraq elan etdikləri Asteroid Günü qurdu. Tədbir Londonda Elm Muzeyindən, Kaliforniya Elmlər Akademiyasından, Nyu-Yorkdan və São Paulodan canlı yayımlandı.Asteroid Günü 2017-ci ildə, kiçik planet 248750 (Discoverer M. Dawson) rəsmi olaraq Beynəlxalq Astronomiya Birliyi tərəfindən Asteroid gündəmə gətirildi. == Asteroid Günü bəyanatı == Asteroid Gününün işçi qrupu, planetin asteroidlərdən qurtarma ideyasını dəstəkləyən bütün elm adamlarına və texnoloqlarına müraciət edən, "100X Deklarasiya" adlı bir bəyanat yaratdı, lakin yalnız mütəxəssislər imzalamaq istəmir, hər kəs bu bəyanatı imzalayacaq. Bu gün 100X Bəyannaməsi 22,000-dən çox xüsusi vətəndaş tərəfindən imzalanıb.
Ayrenatirutyun günü
Ayrenatirutyun günü — Birinci Dünya müharibəsindən sonra Sevr müqaviləsi ilə Osmanlının şərqindəki "Qərbi Ermənistan" adlanan ərazinin Ermənistana verilməsi ilə əlaqədar təklif olunan bayram. 7 oktyabr 2009-cu ildə Ermənistan Respublikasının Milli Məclisinin iclasında Daşnaksütyun Partiyasının bir sıra deputatları və "İrs" Partiyasının rəhbəri Styopa Səfəryan tərəfindən təklif edilən qanun layihəsinə əsasən, 22 noyabr tarixi "Ayrenatirutyun günü" elan edilməli idi. Qanun layihəsinin müəllifləri Artsvik Minasyan, Styopa Səfəryan, Artyuş Şahbazyan, Vaqan Ovannisyan, Qaqik Gevorqyan, Ara Nranyan, Lilit Qalstyan, Ruzanna Arakelyan, Arayik Qriqoryan olmuşdur. 11 noyabr 2009-cu ildə Ermənistan hökuməti rəsmi olaraq bəyan etmi.dir ki, hazırda bu qanun layihəsinin qəbulu məqsədəuyğun deyil. Nəticədə qanun layihəsi qəbul edilməmişdir.Bundan sonra 2 aprel 2010-cu ildə Ermənistan Respublikasının Milli Məclisinin Daimi Komitəsinin iclasında Daşnaksütyun Partiyasının deputatları ikinci dəfə olaraq "Bayramlar və yaddaqalan günlər haqqında" Ermənistan Respublikasının Qanununa əsasən 22 noyabr tarixinin rəsmi şəkildə "Ayrenatirutyun günü" elan edilməsini təklif etmişdilər. Bununla belə, 6 apreldə bu qanun layihəsi də lehinə 26 səs, əleyhinə 58 səs və bitərəf 6 səslə Ermənistan Respublikasının Milli Məclisi tərəfindən yenidən rədd edilmişdir.
Aşura günü
Aşura günü — Məhərrəm ayının 10-cu günü. Matəm günü. İmam Hüseynin, onun ailə üzvlərinin və tərəfdarlarının qətl olunduğu gün.Hicri təqvimi ilə 61-ci ildə İmam Hüseyn və silahdaşlarının Kərbəlada şəhid edildiyi gün. Şiələr bu günü yas günü kimi qəbul edirlər və əzadarlıq edirlər. Şeyx Abbas Qumi "Məfatihul-cinan" kitabında deyir: «Məhərrəm ayının onuncu günü İmam Hüseynin şəhadət günüdür. Əhli-Beyt və onların şiələri üçün kədər gündür.
Baksinq Günü
Baksinq Günü (ing. Boxing Day),bir ictimai bayram və tətil gün,xüsusilə MDB ölkələri, Britaniya, Avstraliya, Yeni Zelandiya və Kanada da.Bu gün Milad bayramının sonrakı günü hər il Dekabrın 26-da qeyd olunur. == Etimologiya == Baxmayaraq ki bu günün adlandırılmasının əsas səbəbi aydın deyil . ancaq kökü "box" (qutu) olduğu inanılır ki,Milad bayramının hədiyyələr qutusuna ışarə edir.Keçmişdə, bu gün yoxsul işçilərə hediyə verilərdi. == Alış-veriş == Britaniya, Kanada ,Yeni Zelandiya və Avstraliyanın bəzi əyalətlərində, Baksinq günü əsasən Amerika Birləşmiş Ştatlarında Şükran sonrakı günü qədər, bir alış-veriş bayramı kimi tanınır.
Bazar günü
Bazar – dünyanın bir çox ölkələrində həftənin sayca yeddinci ( bəzilərində birinci ) günü. Bazar günü həftədə şənbə günü ilə bazar ertəsi günü arasında yerləşir. ISO 8601 beynəlxalq standartına görə yeddi günlük həftənin yeddinci günüdür. Rəsmi sənədlərdə cümə bəzən qısaldılmış şəkildə b.- da yazılır. Beşgünlük iş həftəsi qəbul edilmiş ölkələrdə bazar günü ikinci istirahət günüdür. == Adı == Günün adı qədimdən məhz bu gün kənd bazarlarının keçirilməsi ilə yaranıb. == Dinlərdə == === Islam === İslam dinin rəsmi din edildiyi ölkələrdə və İsraildə bazar gene adı iş günüdür. Yəhudi xalqının inancına görə yeni il bazar günüdən başlaya bilməz, çünki, bu halda yanvar ayının 13-ü cümə gününə düşür ki, bu isə çox uğursuz hal sayılır. Bu gün azərbaycan dilində həm rəsmi, həm qeyri-rəsmi şəkildə bazar günü adlanır. === Xristian === Bəzi konservativ xristian Avropa dövlətlərində bazar günü işləmək və mal almaq günah sayılır.
Betmen Günü
Betmen Günü (ing. Batman Day) — Betmen irsinin qeyd edilməsi üçün DC Entertainment tərəfindən hər il təşkil olunan beynəlxalq bayram. İlk Betmen Günü 23 iyul 2014-cü ildə qeyd edilmişdir. Həmin tarix, "Detective Comics" səhifələrində ilk dəfə 1939-cu ildə peyda olan Betmenin 75 illik yubileyinin qeyd edilməsi məqsədi ilə seçilmişdi. Həm də həmin tarix San-Diyeqo Komik-Konu ilə üst-üstə düşürdü.
Bilik Günü
Bilik Günü — Azərbaycanda və bir sıra ölkələrdə məktəblərdə dərslərin başladığı gün qeyd edilir. 2004-cü ilə qədər həmin gün sentyabrın 1-nə təsadüf edirdi. Lakin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 avqust 2004-cü il tarixli fərmanı ilə Azərbaycanın bütün təhsil müəssisələrində dərslərin 15 sentyabrdan başlanması qərara alınmış, beləliklə, həmin gün Bilik Günü elan edilmiş oldu == İslamda elmə münasibət == Tarix boyu elmə, biliyə yiyələnmək və onu tədris etmək şərəfli iş hesab olunub. İslama görə elm öyrənmək Allaha ibadət qədər əhəmiyyətlidir. Bu haqda Məhəmməd Peyğəmbərin (s.) və onun bir çox səhalələrinin hikmətli sözləri və hədisləri vardır. İslam tarixində öz şərəfli yeri olan, dərin bilik və ağıl sahibi Həzrəti Əli müəllimə dəyər verərkən "Mənə bir hərf öyrədənin köləsi olaram " demişdi. == Azərbaycanda elmə münasibət == Xalqımız elmi, biliyi yüksək qiymətləndirmiş, öz övladlarının savadlanması üçün əllərindən gələn səyi əsirgəməmişdir. Azərbaycan elminin tarixində Nəsirəddin Tusi, Bəhmənyar, Abbasqulu Ağa Bakıxanov, Mirzə Kazım bəy, Yusif Məmmədəliyev kimi yüzlərlə alim və filosovlar olmuşdur ki, onlar dünya elminin inkişafına öz töhfələrini vermişlər.
Dağlar Günü
Dağlar Günü — beynəlxalq səviyyədə dağlarla əlaqədar problemlərin həllinə diqqət artırmaq məqsədi ilə keçirilən tədbir. BMT-nin qərarına əsasən 2002-ci il dünyada Beynəlxalq Dağlar ili adlandırılmışdır. Buna uyğun olaraq növbəti illərdə beynəlxalq səviyyədə dağlarla əlaqədar problemlərin həllinə diqqət artırılmışdır. BMT-nin Baş Assambleyasının təşəbbüsünə əsasən 2003-cü ildən başlayaraq dünyada 11 dekabr Beynəlxalq "Dağlar Günü" kimi qeyd olunur. Dünyada hər il belə adlı günün keçirilməsinin məqsədi başlıca olaraq dağ sistemlərinin qlobal miqyaslı əhəmiyyətinin cəmiyyət qarşısında bir daha qaldırılmasıdır. "Dağlar Günü" hər il bir başlıq altında qeyd olunur. 2007-2008-ci illərdə keçirilən dağlar günü dağlarda iqlim dəyişikliyinə və ərzaq təhlükəsizliyinə həsr olunmuşdur. 2009-cu il dekabrın 11-i "Dağlar fəlakət təhlükəsinin idarəedilməsi" adlandırılmışdır. Dağlarda kənd təsərrüfatı üçün yararlı otlaqların mövcudluğu və təbii fəlakət təhlükələrinin olması burada insan fəaliyyətinin tənzimlənməsini tələb edir. Təbii ki, bunu həyata keçirmək üçün milli səviyyədə müvafiq inkişaf strategiyası hazırlanmalıdır və ona əsasən mərhələlər üzrə tədbirlər planı tərtib olunmalıdır.
Dominion Günü
Dominion Günü bəzi Commonwealth üzvü ölkələrində milli bayram olaraq qeyd olunan günlərə verilən addır. Bu günlər dominionluq qazanıldığı və ya qismən müstəqillik qazanıldığı günlərdən ibarətdir. == Kanada == Kanadada 1 iyul 1982-ci ilə qədər Dominion Günü olaraq qəbul edilmişdi. Bunun səbəbi, 1 iyul 1867-ci ildə Britaniya İmperiyası İngilis Şimali Amerika Qanununa əsasən bu günkü Kanadanın mənşəyi olan dörd əyalətdən ibarət federasiyaya yerli özünüidarəetmə hüququnu verməsidir. 27 oktyabr 1982-ci ildə qəbul edilmiş qərarla bu tətbiqə son verildi və 1 iyul Kanada Günü olaraq dəyişdirildi. == Yeni Zelandiya == Yeni Zelandiyada 26 sentyabr Dominion Günü hesab olunur. Buna səbəb Dominion statusunun 1907-ci ildə Yeni Zelandiyaya həmin gün verilməsi idi.
Doğum günü
Doğum günü və ya Ad günü — insanın anadan olduğu tarix. Bir çox mədəniyyətərdə insanlar doğum günlərini təmtəraqlı qeyd edirlər. Dinindən və mədəniyyətindən asılı olaraq müxtəlif ölkələrdə tanınmış tarixi şəxsiyyətlərin doğum günlərini keçirirlər: Məhəmməd Peyğəmbərin doğum günü, İsa Peyğəmbərin doğum günü. == Azərbaycanda doğum günü == Azərbaycanda adətən uşaqlar üçün doğum günlərinin keçirilməsi bir çox ailələrdə vacib sayılır. Doğum günündə süfrəyə üzərinə şamlar düzülmüş tort gətirilir. Son zamanlar, Azərbaycan da daxil olmaqla, bir çox ölkələrdə partiyaların, şirkətlərin və müxtəlif təşkilatların da doğum günlərinin keçirilməsi dəb halını almışdır.
Dənizçi Günü
Dənizçi Günü — 25 iyun dənizçilərin peşə bayramı. == Tarixi == “Dənizçi Günü” peşə bayramı Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 19 iyun 2014-cü il tarixli 565 nömrəli sərəncamı ilə təsis edilmişdir. Həmçinin Beynəlxalq Dəniz Təşkilatının 20 dekabr 2011-ci il tarixli qətnaməsi ilə də hər il dünyada 25 iyun tarixində “Dənizçilər günü”nün qeyd olunması barədə qərar qəbul edilib.
Elm günü
Elm günü — Hər il 27 mart tarixində Azərbaycanda qeyd olunur. Bu tədbir elmlə məşğul olar hər kəsin, bütövlükdə Azərbaycan elmi ictimaiyyətinin bayramıdır. == Haqqında == 2018-ci il aprelin 9-da Prezident İlham Əliyev cəmiyyətin inkişafında elmin əhəmiyyətini nəzərə alaraq Azərbaycan Respublikasında “Elm günü”nün təsis edilməsi haqqında sərəncam imzalayıb. Bu tarix ölkə üçün əlamətdar bir vaxta – AMEA-nın təsis olunduğu günə təsadüf etdiyi üçün xüsusi əhəmiyyət daşıyır. Respublika həyatının müxtəlif sahələrinin inkişaf etdirilməsində, ictimai fikrin formalaşdırılması və möhkəmləndirilməsində, dövlət müstəqilliyi uğrunda mübarizə yollarında AMEA-nın böyük xidmətləri var. 1945-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının yaradılması və fəaliyyəti ilə elm sahəsində daha böyük uğurlar əldə etməyə nail olub. Azərbaycanda elmin inkişafı istiqamətində həyata keçirilən islahatlar Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışı ilə ölkəmizdə cəmiyyət həyatının digər sahələri kimi, elm də inkişafın yeni mərhələsinə qədəm qoyub. Azərbaycan elminin inkişaf etdirilməsinə dövlət səviyyəsində böyük qayğı göstərilib, ölkədə alimin və elmin nüfuzu yüksəlib. 2001-ci il 15 may tarixli Fərmanı ilə Azərbaycan Elmlər Akademiyasına Azərbaycan Milli Elmlər Akademiyası adı verilib. Heydər Əliyev AMEA-nın keçdiyi yolu Azərbaycan xalqının tarixində böyük səhifə kimi dəyərləndirib: == Müstəqillik illərində elm == Müstəqillik illərində Azərbaycanda elmin inkişafı istiqamətində ardıcıl olaraq islahatlar həyata keçirilir.
Gülüş günü
Ümumdünya gülüş günü — Avropada və bir sıra Asiya ölkələrində aprelin 1-i gülüş, zarafat günü kimi qeyd olunur. Böyük Britaniyada 1 apreli "Səfehlər günü", Fransada isə "Aprel balığı günü" adlandırırlar. == Tarixi == 1 apreldə bir-birini aldatmaq adətinin meydana gəlməsi haqda müxtəlif versiyalar var. Ən çox yayılmış versiyanın kökü gedib qədim Romaya çıxır. Romada təxminən 2000 il əvvəl hazırkı gülüş gününə oxşar bayramlar təşkil edilirmiş və bu bayramı ağılsızların günü adlandırırlarmış. Hər şey isə qapı qulluqçularından birinin imperator Konstantinə zarafatla gülüşün dövlətə onun özündən çox fayda verə biləcəyini deyəcək qədər ürəklənməsindən başlayıb. Konstantin ona söylədiklərini həyata keçirmək imkanı verib və xüsusi qərar çıxarıb ki, ilin bir günü Romanı zarafatcıl şəxs idarə etsin. Həmin tarixdə ölkənin hər yerində insanlar gülür və müxtəlif zarafatlar edirmişlər. Daha geniş yayılmış versiyalardan biri isə Roma papası Qriqori tərəfindən hazırlanmış 1582-ci ilin Qriqoryan təqvimi ilə əlaqədardır. Həmin vaxtadək yeni il həftəsi martın 25-dən başlayar, aprelin 1-də başa çatırdı.
Günəş günü
Günəş günü (kor. 태양절, theyancol) — Şimali Koreyada dövlət bayramı. Bayram Şimali Koreyada "Xalqın Günəşi" tituluna layiq görülən keçmiş prezident Kim İr Senin doğum günü münasibətilə 15 aprel tarixində qeyd olunur. Günəş günü ölkədəki ən əhəmiyyətli bayramdır və Şimali Koreyada Milad bayramıyla bərabər sayılır.Kim İr Senin 1968-ci ildən bəri rəsmi bayram olduğu doğum günü, ölümündən üç il sonra, 1997-ci ildə Günəş günü adlandırıldı. Hökumət öz vətəndaşlarına daha çox ərzaq və elektrik ilə təmin etməyə çalışır, lakin müvəffəqiyyət həmişə tam qarantiyalı deyil. Xüsusilə uşaqlar, rəhbərləri tərəfindən göstərilən sevgini simvolikləşdirmək üçün konfet və digər hədiyyələr alırlar.Şənliklər tarixi ilə məhdudlaşmır. Anmalar Kim Çen İrin ad günündə, 16 fevral tarixindən başlayır. Bu bayram Sadiqlik Festivalı adlanır. Günəş gününə yaxın vaxtlarda, aprel ayında keçirilən qeyd etmələr Günəş Festivalı adlanır. Bayram üç günlükdür.
Gənclər Günü
Gənclər günü — 2 fevral Azərbaycanda gənclər günü. Bu gün 1997-ci ildə prezident Heydər Əliyevin sərəncamı ilə təsdiq olunub.. Bu, Heydər Əliyevin gəncilyə göstərdiyi diqqət və qayğının bir nümunəsi idi. Gənclər günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd olunub. 1996-cı ildən başlayaraq Azərbaycanda Gənclər günü qeyd olunandan sonra digər MDB ölkələrində və Şərqi Avropa dövlətlərində də bu gün qeyd olunmağa başladı. Azərbaycanda hər il Gənclər günündə bütün istiqamətlər üzrə fəaliyyət göstərən gənclər yekun hesabat verirlər. Dünyada yalnız 1998-ci il avqustun 8-dən 12-dək Lissabonda keçirilən Konfransda BMT-nin qərarı ilə avqustun 12-si gənclər günü elan edilmişdir.