XUBRU sif. [ fars. ] klas. Gözəlüzlü, göyçək, qəşəng, xoşbəniz. [Hərəmlərin] cümləsindən iki nəfər dilbəri-xubru ki, xilafirizaları ilə şahın hərəmxanəsinə düşmüşdülər, qayət şərm ilə və ahəstə səslə ərz etdilər… M.F.Axundzadə. Nə kami-dil verər; nə könül yanar; Məgər xubrular savab istəməz? Q.Zakir.