Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qüzey Kipr Türk Cümhuriyyəti
Şimali Kipr (türk. Kuzey Kıbrıs) və ya rəsmi adı ilə Şimali Kipr Türk Respublikası (türk. Kuzey Kıbrıs Türk Cumhuriyeti) — Kipr adasının şimalında yerləşən de-fakto dövlət. Şimali Kipr Türk Respublikası beynəlxalq aləmdə yalnız Türkiyə tərəfindən tanınır. Digər dövlətlər isə onu Kipr Respublikasının bir hissəsi olaraq qəbul edir. Şimali Kipr şimal-şərqdə Karpaz yarımadasından Gözəlyurd körfəzinə, qərbdə Qoruçam burnundan Ərənköyə (anklav) qədər uzanır. Cənubda isə Birləşmiş Millətlər Təşkilatının nəzarəti altındakı təhlükəsizlik xətti Şimali Kiprlə adanın digər hissəsi arasında uzanır. Paytaxtı və ən böyük şəhəri Şimali Nikosiya, ümumi sahəsi 3,355 kvadrat kilometr, əhalisinin sayı 300 min nəfərdən çoxdur. ŞKTR Kipr adasının 36,4%-ni tutur. Kipr adasında ilk insan məskunlaşmasının e.ə 10.000-ci illərdə başladığı təxmin edilir.
Muzey
Muzey (yun. μουσεῖον) — tarixi, maddi və mənəvi dəyərlərin saxlandığı, qorunduğu, öyrənildiyi müəssisə. Cənubi Azərbaycanca Əcaibxana (az-əbcəd. عجايبخانه‎‎) da adlanır. Muzeylər tarixin müəyyən məqamını özündə yaşadan, ötən əsrlərin müxtəlif olaylarından xəbər verən eksponatları komplektləşdirən, qoruyan, saxlayan, öyrənən, nümayiş etdirən maddi-mənəvi xəzinə sayılır. Muzey əslində elm, maarif müəssisəsidir. Ona sadəcə olaraq qiymətli əşyaların, maddi sərvətlərin saxlanc yeri kimi baxmaq düzgün deyildir. Muzeylər mahiyyətinə görə müxtəlif təmayüllü olurlar. Məsələn, dövlət, memorial, səyyar, ədəbiyyat, incəsənət, tarix, musiqi, qoruq və s. Qoruq muzeylər adətən açıq havada olan xüsusi memarlıq üslubuna malik qeyri-adi tikililər, abidələr, bulaqlar, məqbərələr, məbədlər, qalalar sayılır.
Quzey
Şimal və ya Quzey — Yer kürəsinin coğrafiyasında dörd əsas istiqamətdən biridir. Səmtləri müəyyənləşdirən kompasda cənubun əksi kimi qəbul edilib. Coğrafiyanın təkmilləşməsi dövründə "Şimal" "soyuq iqlim" kimi başa düşülürdü. Azərbaycan dilində şimal Coğrafiyada "Ş", beynəlxalq işarələmədə "N" ilə işarələnir.
Kan Yuvey
Kan Yuvey (çin dili|康有為|康有为|Kāng Yǒuwéi; 19 mart 1858[…] – 31 mart 1927 və ya 28 fevral 1927, Sindao) — Çin filosofu, Tzin dövrünün islahatçısı , kalliqraf.
Muzey Mərkəzi
Muzey Mərkəzi (keçmiş adı: Lenin Muzeyi) — Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Muzey Mərkəzi. Bakı şəhərinin mərkəzində, Dənizkənarı Milli parkın yaxınlığında yerləşir. Direktoru Liana Vəzirovadır. Binası 1960-cı ildə məşhur Azərbaycan memarı Həsən Məcidovun layihəsi əsasında V. İ. Leninin anadan olmasının 90 illiyi münasibətilə tikilib və 1961-ci ildə Moskvadakı V. İ. Lenin Muzeyinin filialı kimi istismara verilib. 1991-ci ildə SSRİ-nin süqutundan sonra Azərbaycan prezidentinin sərəncamına əsasən bina Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə verilmiş və Muzey Mərkəzi adını almışdır.
Quzey Azərbaycan
Azərbaycan və ya rəsmi adı ilə Azərbaycan Respublikası — Şərqi Avropa və Qərbi Asiyanın sərhəddində yerləşən transkontinental ölkə. Azərbaycan Xəzər dənizi hövzəsinin qərbində, Cənubi Qafqazda yerləşir. Şimaldan Rusiya (Dağıstan), şimal-qərbdən Gürcüstan, qərbdən Ermənistan, cənub-qərbdən Türkiyə və cənubdan İran ilə həmsərhəddir. Azərbaycanın eksklavı olan Naxçıvan Muxtar Respublikası Ermənistanla şimal-şərqdə, İranla qərbdə və Türkiyə ilə şimal-qərbdən həmsərhəddir. Azərbaycan ərazisinin bir hissəsi (Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 inzibati rayon) 1988–1994-cü illərdə Ermənistan tərəfindən işğal olunmuş və burda heç bir ölkə tərəfindən tanınmayan qondarma Dağlıq Qarabağ Respublikası yaradılmışdır. Uzunsürən sülh danışıqları nəticəsiz qalmış və 2020-ci il 27 sentyabrda Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən əks-hücum əməliyyatı ilə torpaqların bir hissəsi azad edilmiş və 10 noyabr Bakı vaxtı ilə 01:00-da imzalanan üçtərəfli bəyanat ilə başa çatmışdır. 19 sentyabr 2023-cü ildə Qarabağ tam olaraq Azərbaycanın nəzarətinə keçmişdir. Dövlət sərhədləri cənubdan İranla 765 km, Türkiyə ilə 15, şimaldan Rusiya ilə 391 km, şimal-qərbdən Gürcüstan ilə 471 km, qərbdən Ermənistan ilə 1007 km həmsərhəddir. Onun 825 km-i su sərhəddidir. Sahil xəttinin uzunluğu 713 km-dir.
Quzey nekropolu
Quzey nekropolu — Şahbuz rayonunun Kolanı kəndi ərazisində orta əsrlərə aid abidə. Yaşayış sularının yuması nəticəsində qəbirlərin xeyli hissəsi dağıdılmışdır. Qəbirlərin istiqamətindən müsəlman qəbiristanlığı olduğu müəyyənləşdirilmişdir. Abidənin təxminən 11–12-ci əsrlərə aid olması ehtimal edilir.
Quzey Çirkin
Quzeyçirkin — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Qılınclı kənd inzibati ərazi dairəsində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. Quzeyçirkin kəndi dağətəyi ərazidədir. Kəndin adı Azərbaycan dilindəki quzey (dağın gün düşməyən tərəfi, şimal) sözündən və çirkin etnonimindən ibarətdir. Çirkin isə XIII əsrdə monqolların işğallarında iştirak etmiş türk-monqol mənşəli karait tayfasının bir qoludur. İşğal edilənədək bu kənddə əkinçilik, heyvandarlıq və tütünçülük inkişaf etmişdir. Amma tütün əkilməsinə baxmayaraq, kəndin heç bir sakini siqaret çəkməyib. Bu, dədə-babadan gəlmə bir ənənə olmuşdur. Kəndin ağsaqqalları yığışıb belə bir qadağa qoymuşdular ki, kim siqaret çəksə, gərək kəndi tərk eləsin.
Droqobıçina (muzey)
Droqobıçina muzeyi» (ukr. Музей «Дрогобиччина» və ya Droqobıç diyarşunaslıq muzeyi) — Ukraynanın Lvov vilayətinin Droqobıç şəhərindəki tarix-diyarşunaslıq muzeyi. == Tarixi == 1940-cı ilin mayında Droqobiç vilayətinin regional tarix-diyarşünaslıq muzeyi kimi qurulmuşdur. Əvvəlcə 1894-cü ildə tikilmiş (hal-hazırda muzeyin tarixi şöbəsi yerləşir) qəza (rayon) sovetinin evi muzeyə verilmişdir. 1941-ci ilin mayında təbiət və incəsənət şöbələrinin ekspozisiyaları ilk ziyarətçilərini qəbul edir. 1959-cu ilin mayında Droqobiç rayonunun ərazisinin Lvov vilayətinə verilməsi ilə muzey regional diyarşünaslıq muzeyi kimi fəaliyyətini davam etdirir. Muzeyin fondları Qraf Lyantskoronskinin kolleksiyalarına, Xirov Yezuit Məktəbinə, eləcə də Sambirdəki keçmiş muzeyin kolleksiyasının bir hissəsinə əsaslanırdı. İndi "Droqobıçin" muzeyində altı şöbə var, ekspozisiyalar beş binada yerləşən 28 zalda yerləşdirilib. Eksponatların sayı durmadan artır və əsas fondu əlli minə yaxın eksponatdan ibarətdir: qiymətli rəngkarlıq, qrafika, heykəltəraşlıq, tətbiqi sənət əsərləri, arxeoloji və etnoqrafik materiallar, sənədlər, fotoşəkillər, Droqobiç sənətkarlarının məhsulları, alətlər, məişət əşyaları. Eksponatlar arasında 17-ci əsrə aid nadir divar rəsmləri, orta əsr ikonaları, ilk çaplarara aid kitablar, 15-17-ci əsrlərə aid italyan mayolikasının kolleksiyası və 16-19-cu əsrlərə aid Çin çinisi, portret nümunələri və s.
Quzey (Ağsu)
Quzey — Azərbaycan Respublikasının Ağsu rayonunun Nuran kənd inzibati ərazi dairəsində kənd.
K-Muzey
Xidmət Boruları Sərgi Binası (共同溝展示館, Kyodo Kotencikan) və ya daha çox tanınan adı ilə K-Muzey – Yaponiyanın paytaxtı Tokio şəhərinin Koto rayonunun Ariake bölgəsində yerləşən bina. Qəzaya uğramış kosmik gəmini xatırladan görünüşə malik binada fəaliyyətsiz muzey yerləşir. == Tarixi == Bina 1996-cı ildə keçirilməsi planlaşdırılan Dünya Şəhər Ekspo tədbirinin simvollarından biri olması üçün tikilmişdir. Memarı Makoto Sey Vatanabe olmuşdur. Lakin tədbir ləğv olunduğu üçün davam işləri dayandırılmış və ətraf ərazidə gəzinti parkı yaradılmışdır. 1997-2001-ci illərdə binada K-Muzey adlı müəssisə yerləşirdi. Tokio Port və Liman Bürosu tərəfindən idarə olunmuş bu muzey Ariake bölgəsindəki ictimai xidmət boruları sisteminə həsr olunmuş, şəhərdəki elektrik xətlərini və su boruları haqqında məlumat vermişdir. Lakin muzey populyar ola bilməmiş, ziyarətçilərin azlığı səbəbilə cəmi 4 il ərzində bağlanmışdır. K-Muzeyin rəsmi bəyanətinə əsasən muzey "müvəqqəti bağlanıb", lakin uzun müddət bağlı olduğu üçün dəqiq statusu məlum deyil. == Memarlıq == Muzey binası xidmət borularını nümayiş etdirmək üçün tikildiyindən interyeri yeraltı boruları xatırladacaq formada dizayn edilmişdir.
Yeni Yuzəy (Şaran)
Yeni Yuzəy (başq. Яңы Йүзәй, rus. Новоюзеево) — Başqırdıstan Respublikasının Şaran rayonunda yerləşən kənd. Kənd Tubənqe Taşlı kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Şaran): 41 km, kənd sovetliyindən (Tubənqe Taşlı): 6 km. ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 48 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (70%) üstünlük təşkil edir.
Kuzəy (Baltas)
Kuzəy (rus. Кузеево, başq. Күҙәй) — Başqırdıstan Respublikasının Baltas rayonunda yerləşən kənd. Kənd, Nijnekarışev kənd şurasının tərkibindədir. 2010-cu ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndin əhalisi 127 nəfərdir. == Coğrafi mövqe == Kənd, rayon mərkəzindən 8 kilometr, ən yaxın dəmiryolu stansiyasından isə 65 kilometr uzaqlıqdadır. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə marilər (83%) üstünlük təşkil edir.
Yeni muzey
Yeni muzey (Berlin)
Yuhey Tokunaqa
Yuhey Tokunaqa (25 sentyabr 1983) — Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 9 oyun keçirib.
Yuzef Helmonski
Yuzef Marian Helmonski (pol. Józef Marian Chełmoński; 7 noyabr 1847[…] və ya 7 noyabr 1849 – 6 aprel 1914[…] və ya 4 aprel 1914) — polşalı, realizm cərəyanının rəssamı. Yuzef Marian Helmonski 1849-cu ildə Lodz yaxınlığında yerləşən Boçki kəndində anadan olmuşdur. İlk rəsm dərslərini atası tərəfindən almışdır. 1867–1872-ci illərdə Varşava İncəsənət Akademiyasında daxil olmuş daha sonra Voytsex Qersondan özəl dərslər almışdır. 1875-ci ildə Helmonski Parisə yola düşür və burada əsərlərini müvəffəqiyyətlə nümayiş etdirir. Paris şəhərində yerləşən Le Monde qəzetində bir illüstratör olaraq əməkdaşlıq edir. Bu dövrdə Helmonski 1872-ci ildə İtaliyaya səyahət edir və 1874–1875-ci illərdə Ukraynadan keçdi. 1878–1887-ci illərdə Helmonski Polşa, Vyana və Venesiyanı ziyarət edib. 1887-ci ildə rəssam Polşaya geri qayıtdıqdan sonra, Varşavada yaşadı.
Yuzef Lipski
Yuzef Lipski (pol. Józef Lipski5 iyun 1894, Vrotslav, Prussiya – 1 noyabr 1958, Vaşinqton) — Polşa diplomatı. 1934-1939-cu illərdə Almaniyada səfir vəzifəsində çalışmışdır və buna görə də İkinci Dünya Müharibəsindən əvvəl Polşanın xarici siyasətində mühüm rol oynamışdır. Lipski Lozanna Universitetində hüquq təhsili almışdır. Birinci Dünya Müharibəsi illərində Parisdəki Polşa Milli Komitəsinin hüquq bölməsində işləmişdir. 1919-cu ilin iyunundan 1922-ci il yanvarın 1-dək Polşa hökümətinin Londondakı nümayəndəliyinin katibi vəzifəsində çalışmışdır. Sonradan eyni funksiyanı Paris və Berlində də icra etmişdir. 1925-ci ildən Polşa Xarici İşlər Nazirliyinin Qərb Siyasi İdarəsi rəhbərinin müavini, 1928-ci ildən şöbə müdiri işləmişdir. 1933-cü il iyulun 3-dən nazir-səfir, diplomatik nümayəndəlik səviyyəsi qalxdıqdan sonra 29 oktyabr 1934-cü il tarixindən - Polşanın Berlindəki fövqəladə və səlahiyyətli səfiri olmuşdur. Bu səlahiyyətdə o, 26 yanvar 1934-cü il tarixdə Konstantin fon Neyrat ilə hücum etməmək haqqında Alman-Polşa müqaviləsini imzalamışdı.
Yuzef Ploşko
İosif Kasperoviç Ploşko (pol. Józef Płoszko, 1867, Polşa – 1931, Polşa) — memar, mühəndis. İosif Ploşko 1867-ci ildə Polşada anadan olmuşdur. 1897-ci ildə İosif Qoslavskinin dəvəti ilə Bakıya gəlmiş, Şəhər İdarəsində sahə memarı işləmiş, bir müddətdən sonra isə şəhər memarı vəzifəsini tutmuşdur. 1920-ci illərdə Ploşko Bakıda mühəndis kimi işləmiş və Zivər bəy Əhmədbəyovla birlikdə Abşeronda bağ-şəhərlərin salınması layihəsinin müzakirəsində iştirak edib. Memar 30 ilə yaxın Bakıda yaşadıqdan sonra 1925-ci ildə Varşavaya, daha sonra isə Fransaya köçüb və orada dünyasını dəyişib. Gənc Ploşko şəhərin memarlıq-inşaat həyatı ilə yaxından tanış olur, yerli tikinti materiallarını, əsas etibarilə, gözəl bədii keyfiyyətləri olan əhəngdaşını öyrənir, sonralar isə öz tikililərində ondan məharətlə istifadə edirdi. Bununla yanaşı, o zaman, təəssüf ki, bərbad vəziyyətdə və dağılmaqda olan Bakı qalasının nadir abidələri onun diqqətini cəlb edir. Ploşko həcm plastikası, daş üzərində nəfis oyması və ornament motivlərinin fantaziyası ilə insanı heyran edən Şirvanşahlar sarayı ansamblına xüsusilə böyük maraq göstərir. O, öz istedadı sayəsində şəhərin bəzəyinə çevrilmiş çox gözəl monumental binaların müəllifi oldu".
Yuzef Qoslavski
İosif Vikentyeviç Qoslavski (1865, Varşava, Polşa çarlığı – 30 yanvar 1904, Bakı) — polyak memar, mühəndis. Onu "Qafqazın Rastrellisi" adlandırırdılar. Rastrelli kimi Qoslavski də binaların əzəmətini romantizm və plastika ilə bacarıqla uyğunlaşdırırdı. 1865-ci ildə Varşava şəhərində zadəgan ailəsində anadan olmuşdur. 1890-cı ildə I Nikolay adına Peterburq mülki mühəndislər institutunu bitirdikdən sonra onu Daxili İşlər Nazirliyinin Texniki İnşaat Komitəsinə işləməyə göndərirlər. 30 yanvar 1904-cü ildə Bakı şəhərində vəfat edib. Milliyətcə polyakdır. 1891-ci ilin oktyabrında Qoslavski memarlıq akademiki keçmiş bakılı R. R. Marfeldin layihəsi ilə Aleksandr Nevski Başkilsəsinin inşası üçün Bakıya ezam edilir. Bakıya gələn Qoslavski dərhal neft sənayesinin inkişafı ilə əlaqədar şəhərin keçirdiyi tikinti həyəcanı atmosferinə düşdü. Bu həm də şəhər memarlığının formalaşması, ucaldılan tikililərin keyfiyyətinə tələbatın artmasının başlanğıcı idi.
Yuzef Qədimov
Yuzef İslam oğlu Qədimov — "Azərbaycan Respublikasının əməkdar memarı", Əməkdar mühəndis və memar, Prezident təqaüdçüsü, "Şöhrət" ordenli, Şərq Ölkələrinin Beynəlxalq Arxitektura Akademiyasının üzvü. Yuzef Qədimov 1928-ci ildə anadan olub. 1953-cü ildə Moskva Arxitektura İnstitutunu bitirib. Həmin ildən Azərbaycan Dövlət Layihə İnstitutunda arxitektor və baş arxitektor vəzifələrində işləyib. 1984–1989-cu illərdə Bakı Yaşayış Evlərinin Layihələndirmə İnstitutunun baş memarı işləyib. Bu müddətdə Y. Qədimov H. Əliyev adına İdman-Konsert Kompleksinin, Milli Təhlükəsizlik Nazirliyinin binasının, Azərbaycanın Partiya Arxivi və Partiya Tarixi İnstitutunun binasının, Nəsimi Rayon Partiya Komitəsinin, Aktyor Evinin, "Bakı Soveti" stansiyasının layihə müəllifi və memarı olub. Eyni zamanda o, Bakıda Cəfər Cabbarlının, Hüseyn Cavidin, Nəriman Nərimanovun abidələrinin, Ağdamda Natəvanın qəbirüstü abidəsinin, Qazax rayonunun Şıxlı kəndində Vidadinin, Şuşada Vaqifin abidəsinin müəllifi və memarı olub. Yuzef İslam oğlu Qədimov 25 dekabr 2007-ci ildə "Azərbaycan Respublikasının əməkdar memarı" fəxri adına layiq görülmüşdür. Yuzef Qədimov 2012-ci il yanvarın 8-də 84 yaşında dünyasını dəyişib.
Yuzef Çarski
Yuzef Davidoviç Çarski-Tanxelson (15 (27) dekabr 1897, Tiflis – 16 noyabr 1948, Bakı) — Azərbaycan-sovet teatr aktyoru, Azərbaycan SSR xalq artisti (1940). Yuzef Çarski (əsl soyadı Tanxelson) 15 (27) dekabr 1897-ci ildə Tiflisdə anadan olmuşdur. 1914-cü ildən Tiflis teatr məktəbində təhsil almış, səhnə fəaliyyətinə burada başlamışdır. Müxtəlif illərdə Batumi, Rostov-na-Donu, Krasnodar, Odessa, Moskva teatrlarında işləmişdir. 1928–1948-ci illərdə Azərbaycan Dövlət Rus Dram Teatrının aktyoru olmuşdur. Yuzef Çarski 1940-cı ildən Sov.İKP üzvü olmuşdur. O, 16 noyabr 1948-ci ildə Bakıda vəfat edib. "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1 fevral 1936 "Azərbaycan SSR xalq artisti" fəxri adı — 23 aprel 1940 Çarskinin ifası yumoru və lirizmi ilə fərqlənmişdir.
Yuzef Çirek
Yuzef Çirek (pol. Józef Czyrek; 20 iyul 1928 – 3 iyun 2013, Varşava) — Polşa siyasətçisi, 1980–1982-ci illərdə Polşa Xalq Respublikasının Xarici İşlər naziri. Yuzef Çirek 1928-ci ildə Polşanın Lvov voyevodalığının Biloberegi kəndində anadan olmuşdur. O, 1950-ci ildə Yagellon Universitetində iqtisadiyyat üzrə bakalavr dərəcəsi almışdır. Yuzef Çirek karyerasına Yagellon Universitetində və Krakov İqtisadiyyat Universitetində tədqiqatçı kimi başlamışdır. O, 1952-ci ildə Polşa Xalq Respublikasının Xarici İşlər Nazirliyində işə başlamışdır. Çirek 1955-ci ildə qoşulduğu Polşa Birləşmiş Fəhlə Partiyasının Siyasi Bürosunun üzvü idi. O, 1962–1968-ci illərdə Belqradda hüquq konsultantı (1962–1968) və direktor müavini, həmçinin 1969–1971-ci illərdə Xarici İşlər Nazirliyinin Tədqiqat və Proqramlaşdırma Departamentinin direktoru vəzifələrində çalışmışdır. Çirek 1980-ci ilin avqust ayına qədər xarici işlər nazirinin müavini olmuşdur. O, 1980-ci ilin avqustunda bu vəzifədə Emil Voytaşekin yerinə xarici işlər naziri təyin edilmişdir.
Güney
Güney — Şimal (Quzey) səmtinə əks olan coğrafi səmt. Kəndlər Güney Qışlaq — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda kənd. Güney (Qaraqoyunlu) — Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indiki Karvansaray (İcevan) rayonunda kənd. Güney — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Sevan rayonu ərazisində kənd. Güney — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Gorus rayonu ərazisində qışlaq. Güney — Qars quberniyasının Qars qəzasında, indi Amasiya rayonunda dağ. Güney — Göyçə mahalında dağ silsiləsi. Adı dəyişdirilib Sevan qoyulmuşdur. Güney (Xudabəndə) Şəxslər Yılmaz Güney — Zaza və kürd əsilli türk aktyor, rejissor, ssenarist və yazıçı.
Büzen
Büzen (fr. Buzeins, oks. Busens) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Severak-le-Şato kantonuna daxildir. Kommunanın dairəsi — Miyo. INSEE kodu — 12040. Kommuna təxminən Parisdən 500 km cənubda, Tuluza şəhərindən 150 km şimal-şərqdə, Rodezdən isə 32 km şərqdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 184 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 103 yaşında (15-64 yaş arasında) 74 nəfər iqtisadi cəhətdən fəal, 29 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 71,8%, 1999-cu ildə 62,2%).
Rəzey
Rəzey — Cənubi Azərbaycanın Ərdəbil ostanının Meşkinşəhr şəhristanının Ərşəq bəxşində şəhər və bu bəxşin paytaxtıdır. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 1,749 nəfər və 413 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.
Vizey
Yozef
Yozef — ad. Yozef Emin — Erməni milli hərəkatının rəhbəri. Yozef Şumpeter — amerikalı və avstriyalı siyasi iqtisadiyyatçı Yozef Kasavubu — Konqolu dövlət xadimi və siyasətçi. Yozef Hamerl ― hücumçu mövqeyində oynamış Avstriya futbolçusu.
Köhnə muzey (Berlin)
Köhnə muzey (alm. Altes Museum‎) — Almaniyanın paytaxtı Berlində yerləşən bir muzeydir. == Ümumi məlumat == Memar Karl Fridrix Schinkel tərəfindən neoklassik memarlıq üslubunda hazırlanmış bina 1823–1830-cu illər arasında Prussiya kral ailəsinin sənət kolleksiyasını nümayiş etdirmək üçün inşa edilmiş və 1845-ci ilə qədər kral muzeyi adlandırılmışdır. İkinci Dünya Müharibəsində olduqca ziyan görən bina müharibədən sonra bir müddət istifadə edilməmişdir. 1966-cı ildə bərpa edilən muzeydə qədim əsərlər sərgilənir. Muzey Berlin şəhərinin Lustgarten adlanan bölgəsində yerləşir və Berlin Şəhər Sarayı və Berlin kafedralına çox yaxındır. == Qalereya == == İstinadlar == == Xarici keçidlər == Altes Museum at the website of the Berlin State Museums. Altes Museum at GreatBuildings.com. Altes Museum Arxivləşdirilib 2015-06-03 at the Wayback Machine at Archiseek.com. Altes Museum at museum-location.de.
Muzey Mərkəzi (Bakı)
Muzey Mərkəzi (keçmiş adı: Lenin Muzeyi) — Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Muzey Mərkəzi. Bakı şəhərinin mərkəzində, Dənizkənarı Milli parkın yaxınlığında yerləşir. Direktoru Liana Vəzirovadır. Binası 1960-cı ildə məşhur Azərbaycan memarı Həsən Məcidovun layihəsi əsasında V. İ. Leninin anadan olmasının 90 illiyi münasibətilə tikilib və 1961-ci ildə Moskvadakı V. İ. Lenin Muzeyinin filialı kimi istismara verilib. 1991-ci ildə SSRİ-nin süqutundan sonra Azərbaycan prezidentinin sərəncamına əsasən bina Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə verilmiş və Muzey Mərkəzi adını almışdır.
Pavlovsk (muzey-qoruq)
«Pavlovsk» Dövlət İncəsənət-Memarlıq və Park-Saray muzey qoruğu (rus. Государственный художественно-архитектурный дворцово-парковый музей-заповедник (ГМЗ) «Павловск») – XVIII əsrin sonu - XIX əsrin əvvəlinə aid park-saray ansamblı. Saray Peterburqun şəhərətrafı sayılan Pavlovsk şəhərində yerləşir. Saray-park kompleksinin mərkəzi İmperator I Pavelin yay iqamətgahı olan Pavlov sarayı hesab olunur. Saraya bitişik ərazidə və Slavyanka çayının hər iki sahilində 600 hektarlıq geniş park yerləşir və Avropanın ən böyük mənzərəli parkı hesab olunur. Saray və park 50 il müddətində 5 tanınmış memar - Çarlz Kameron, Vinçentso Brenna, Cakomo Kvarengi, Andrey Voronixin və Karlo Rossi tərəfindən inşa olunmuşdu. Pavlov parkı aşağıdakı sahələrə bölünür: Böyük ulduz (Bu keçidlə siz parkın digər sahələrinə də baxa bilərsiniz) Slavyanka çayının vadisi Mərkəz (Saray ətrafı rayonu) Köhnə Silviya Yeni Silviya Bəyaz ağcaqayın Parad sahə Saray 50 ilə inşa olundu və tikinti işləri şərti olaraq üç mərhələdə həyata keçirildi: Memar Çarlz Kameron tərəfindən 1782—1796-cı illərdə malikanənin əsası və planlaşdırılması həyata keçirilmişdi. Memar Viçentso Brenna malikanəni ətrafdakı parklarla birgə imperator sarayına çevirmişdi. Memarlar Voronixin, Kvarenqa, Rossi və həmçinin rəssam Pyetro Qonzaqo tərəfindən sarayın bəzək və bədii tərtibatı hazırlanmışdı. Pavlov sarayın əsası 25 may 1782-ci ildə qoyulmuşdu.
Peterhof (muzey-qoruq)
Peterhof Dövlət Muzey-Qoruğu (rus. Государственный музей-заповедник „Петергоф“) dövlət federal büdcəsindən maliyyələşən mədəni kompleksdir. Kompleksə Fin körfəzinin cənubunda yerləşən görməli yerlər daxildir. İlkin olaraq "Peterhof" Dövlət Muzey-Qoruğu (DMQ) Peterhof saray-park kompleksinin idarə olunması məqsədi ilə yaradılmışdır. XX əsr ərzində, Peterhofda yerləşən Aleksandriya saray-park kompleksi və Kolonist parkı, Strelnada yerləşən I Pyotr sarayı və Konstantin sarayı, həmçinin "İmperator yaxtaları", "Benua ailəsi" və "Velosiperlər" muzeyləri də "Peterhof" DMQ-nun tabeliyinə verilmişdir. 2007-ci ildə "Oranienbaum" DMQ-nun likvidasiyasından sonra Lomonosov ərazisində yerləşən Oranienbaum saray-park kompleksi də "Peterhof" DMQ-nun tərkibinə verilmişdir. Hər il "Peterhof" DMQ 4 milyondan çox insan tərəfindən ziyarət olunur. 1 mart-15 aprel tarixləri arasında isə kompleks ziyarətə qapalı olur. 19 may 1918 – Peterhof saray-park kopleksinin idarə olunması üçün Sovet Rusiyası rəhbərliyi tərəfindən "Peterhof" DMQ təsis edilmişdir. sentyabr 1941 – yanvar, 1944 – "Peterhof" DMQ almanların işğalı altında olmuşdur.
Enver Yücel
Ənvər Yücəl (1957, Giresun) — Türk iş adamı, pedaqoq, təşəbbüskar, XXI əsr təhsil futuristi və lider. Türkiyə və Türkiyə xaricində təhsil sahəsində fəaliyyət göstərən Bahçeşehir Uğur Eğitim Kurumları İdarə Heyəti Başçısı; Uğur Hazırlık, Uğur Yayınları, Uğur Kariyer Merkezi, Uğur Dershaneleri, Bahçeşehir Kolejleri, Bahçeşehir Kolejleri Fen ve Teknoloji Lisesi, Uğur Okulları, Bahçeşehir Üniversitesi, BAU International University Washington DC, BAU International University Berlin, 2015–2016 təhsil ilində fəaliyyətə başlayacaq olan BAU International Tıp Üniversitesi Batum və Mentora Dil Okulları və CES Dil Okulu banisidir. == Vizyonu == Ənvər Yücəl bütün həyatını təhsilə həsr edən bir iş adamı və pedaqoqdur. 1974-cü ildən etibərənTürkiyə və dünyanın fərqli ölkələrindən tələbələri yüksək səviyyədə təhsil imkanı ilə təmin etməkdədir. Yücəlin fikrincə dünyadaki bütün problemlərin həlli təhsildir və məhz buna görə də təhsil sahəsini əslində bir "sosyal məsuliyyət" sahəsi olaraq görmək lazımdır. Yücəl, təhsilin dünyaya sülh gətirəcəyinə inandığı üçün dünyanın bütün ölkələrində bu sahədə fəaliyyət göstəməyə çalışır. ən önəmli fəaliyyətləri isə Mərakeşdən Cibutiyə, Somalidən Orta Şərqə, dünyanın müxtəlif regionlarından tələbələrə öz qurumlarında təqaüd verməkdir. Bu vasitəylə həm mədəniyyətlər arasında sülhə töhfə verir, həm də bu ölkələrdəki problemlərin həlli üçün təhsilli insan potensiyalının yetişdirilməsində rol oynayır. == Həyatı == Ənvər Yücəl 1957-ci ildə Türkiyənin Giresun rayonunda anadan olub. Orta təhsilini internat olan Haydarpaşa Lisesində bitirdikdən sonra indiki adı Marmara Universiteti Təhsil Fakültəsi olan İstanbul Atatürk Təhsil İnstitutunun riyaziyyat kafedrasını bitirib.
Güney (Qaraqoyunlu)
Günən — Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indiki Karvansaray (İcevan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 33 km məsafədə yerləşir. Toponim Azərbaycan dilində «cənub, gün düşən yer» mənasında işlənən «güney» sözü əsasında əmələ gəlmişdir. Relyeflə bağlı yaranan sadə toponimdir. Ermənistan SSR AS RH-nin 3. I. 1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Getaşen (Çaykənd), 25.V.1967-cı il fərmanı ilə yenidən dəyişdirilərək Kirants adlandırılmışdır.
Güney (Xudabəndə)
Güney (fars. گوناي‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 188 nəfər yaşayır (45 ailə).
Güney Qafqaz
Cənubi Qafqaz (rus. Южный Кавказ ing. South Caucasus) — Böyük Qafqaz dağlarının Baş Qafqaz silsiləsinin cənubunda yerləşən, Azərbaycan, Gürcüstan və Ermənistan ərazilərindən ibarət coğrafi-siyasi bölgə. == Cənubi Qafqazın tarixi == Cənubi Qafqaz bölgəsi tarixən siyasi, dini və mədəni mübarizənin məkanı olmuşdur. Bölgənin köhnə dövlətləri içində Albaniya, İberiya krallıqları iştirak etməkdədir. Bu krallıqlar daha sonra Əhəməni İmperatorluğu, Parf İmperatorluğu və Sasani İmperatorluğuna birləşdirilmişdir. Nəticədə, əvvəl Zərdüştlük, sonra da Xristianlıq bölgədə suveren dinlər olmuşlar. VII əsrdə Xilafətin bölgəni ələ keçirməsi ilə Cənubi Qafqazda müqəddəs İslam dini yayılmağa başlamışdır. Sonrakı əsrlər içində Səlcuqların, Monqolların və Türk xanlıqlarının suverenliyində olan bölgə, 1501-ci ildə Səfəvi dövlətinin rəhbərliyinə keçmişdir. 17-ci əsrdəki qısa davamlı Osmanlı hakimiyyəti xaricində, 18-ci əsrin ortalarına qədər bölgə ümumi olaraq Səfəvi suverenliyində qalmışdır.
Güney Qışlaq
Güney Qışlaq (əvvəlki adı: Yuxarı Remeşin) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 55-XII saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Kükü kənd Sovetinin tərkibindəki Yuxarı Remeşin kəndi Remeşin kənd Sovetinin tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Qızıl Qışlaq kənd inzibati ərazi dairəsi tərkibindəki Yuxarı Remeşin kəndi Güney Qışlaq kəndi adlandırılmışdır. == Tarixi == == Əhalisi == İvan İvanoviç Şopenin rəhbərliyi 1829-cu ilin aprel ayında başladılmış və 1832-ci ilin may ayında sona çatdırılmış əhalinin kameral siyahıyaalınmasının yekunlarına əsasən Erməni vilayətinin Naxçıvan əyalətinin Naxçıvan mahalında yerləşən Yuxarı Remeşin kəndində 9 evdə 17 nəfəri kişilər 18 əfəri isə qadınlar olmaqla 35 nəfər müsəlman yaşayırdı. Kənd əhalisinin sayı 544 nəfərdir.
Güney dağı
Güney dağı — Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu ərazisində, Zəngəzur silsiləsinin suayırıcısındakı Camal yüksəkliyindən (3204,3 m) qərbə ayrılan Toğluqaya qolununa aid Məzrəsuyal silsiləsinin cənub yamacında 1663 metr hündürlüyü olan dağ. Dağ Nursuçayın sol sahilində, Nursu kəndindən 600 m şimal-qərbdədir. Üst Eosenin Priabon mərtəbəsinə aid Üst Paradaş yarımlay dəstəsinin çökmə süxurlarından təşkil olunmuş konusvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qırılma zonasının Şahbuz seqmentinin Nursu mərkəzi əyilməsinin şimal-şərq cinahında müşahidə edilən maili Nursu-Qabaqtəpə sinklinalının nüvə hissəsində yerləşir.
Sadullah Güney
Sadullah Güney (türk. Sadullah Güney; 1883 – 18 iyun 1945, Türkiyə) — Türk əsgəri və siyasətçisi. 1902-ci ildə İmperiyanın Hərbi Mühəndislik Məktəbini, 1905-ci ildə isə Osmanlı Hərbi Kollecini bitirdi. 6 iyul 1921-ci ildə İneboluya gələrək Türkiyə İstiqlaliyyət müharibəsinə qatıldı. Müharibə zamanı 16-cı briqadanın komandiri və Qərb Cəbhəsinin Ankara Mənzil müfəttişi vəzifəsində çalışmışdır. 21 iyul 1928-ci ildə ordudan təqaüdə çıxdı. Türkiyə Böyük Millət Məclisinin V (Aralıq seçkisi), VI və VII dövrlərində Muğlanın millət vəkili olmuşdur. 18 iyun 1945-ci ildə İstanbulda vəfat etmişdir. Osmaniyyə ordeni Məcidiyyə ordeni "Müharibə" medalı (Osmanlı imperiyası) "Ləyaqət" medalı (Osmanlı imperiyası) "İstiqlaliyyət" medalı (Türkiyə Respublikası) T.C. Genelkurmay Harp Tarihi Başkanlığı Yayınları, Türk İstiklâl Harbine Katılan Tümen ve Daha Üst Kademelerdeki Komutanların Biyografileri, Genelkurmay Başkanlığı Basımevi, Ankara, 1972, s. 167.
Yozef Qabçik
Yozef Qabçik (slovak. Jozef Gabčík; 7 aprel 1912, Poluvsie[d], Macarıstan krallığı[d], Avstriya-Macarıstan – 18 iyun 1942[…]) — İkinci Dünya müharibəsi illərində Çexoslovakiya ordusunun rotmistrı, Antropoid əməliyyatının iştirakçısı. Əməliyyat zamanı Bohemiya və Moraviyanın nasist rəhbəri Reynhard Heydrix məhv edilib. Çexoslovakiya Sosialist Respublikasının Milli Qəhrəmanı. Milliyyəti slovak idi. Yozef Qabçik 1918-ci ildə yaranmış Çexoslovakiyanın tərkibinə daxil olan Avstriya-Macarıstan imperiyasının Slovakiya hissəsində anadan olub. Atası Frantişek işləmək üçün ABŞ və Argentinaya gedən fəhlə, anası Mariya (qız soyadı Barankova) isə evdar qadın idi. Yosefin 2 qardaşı və bir bacısı var idi. Raetsk-Teplice şəhərində məktəbi bitirdikdən sonra o, Çexiyanın Vltavou üzərində Kosteleç kəndində yerli dəmirçi Y.Kunikin ailəsində yaşamış, 1932-ci ilə qədər burada dəmirçilik və metal işləmə ixtisasları üzrə təhsil almışdır. 1927-ci il məktəb məlumatlarına görə, o, həm də qonşu Kovarjov kəndində ikiillik ticarət məktəbində oxuyub.
Fazil Güney
Fazil Famil oğlu Abbasov (Fazil Güney; 20 avqust 1945, Balyand, Cəbrayıl rayonu) — Azərbaycan yazıçı-publisisti, əməkdar jurnalist, Ərəb filologiyası üzrə fəlsəfə doktoru; Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü. == Həyatı == 20 avqust 1945-ci ildə Cəbrayıl rayonunun Balyand kəndində doğulmuşdur. 1963–1968-ci illərdə BDU Şərqşünaslıq fakültəsində ali təhsil almışdır. 1967–1968-ci illərdə Əlcazair Universitetində təcrübəçi, 1975–1977-ci illərdə Jurnalist Sənətkarlığı İnstitutunun müdavimi, 1985-ci ildə MEA Şərqşünaslıq İnstitutunun ərəb filologiyası şöbəsinin dissertantı olmuşdur. Ailəlidir, üç oğlu var. == Əmək fəaliyyəti == 1961–1963-cü illərdə Cəbrayıl rayonlararası regional "Kolxozçu" (indiki Xudəfərin) qəzetinin və 1964–1966-cı illərdə isə Azərbaycan Dövlət Universitetinin çoxtirajlı qəzetinin əməkdaşı olmuşdur. 1968–1970-ci illərdə Sovet Ordusunda və 1970–1973-cü illərdə Suriya Ərəb Respublikasında hərbi tərcüməçi işləmişdir. 1975–1977-ci illərdə "İnşaatçı" qəzeti və "Kirpi" satirik jurnalının əməkdaşı kimi fəaliyyət göstərmişdir. 1977–1978-ci illərdə İraq Respublikasında SSRİ səfirinin iqtisadi məsələlər üzrə müşavirinin ofisində tərcüməçi; 1979–1985-ci və 1987–1990-cı illərdə "Kirpi" satirik jurnalının əməkdaşı olmuşdur. 1986–1987-ci illərdə Liviya Cəməhiriyyəsində SSRİ səfirinin iqtisadi məsələlər üzrə müşavirinin ofisində tərcüməçi işləmişdir.
Yücel Bulut
Yücəl Bulut (1980, Samsun ili) — hüquqşünas və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 27 və 28-ci çağırışlarının deputatı. Yücəl Bulut 1980-ci ildə Samsun ilinin Bafra ilçəsində anadan olub. Orta təhsilini Gaziosmanpaşa Liseyində alıb. Ankara Universiteti Hüquq Bölməsindən məzun olub. Hüquqşünas olaraq çalışıb. Ankara Vəkillər Kollegiyasının üzvü olub. Uzun illər Ortadoğu qəzetində məqalələri dərc olunub. Uzun illərdir MHP üzvüdür. 2012-ci ildən MHP sədrinin hüquqşünasıdır. 4 noyabr 2012-ci ildə MHP İntizam Şurasının üzvü — İntizam Şurasının Katibi seçilib.
Hubey
Hubey (çin. 湖北) — mərkəzi Çinin şərqindəki əyalət. Vilayətin hakimiyyət orqanı Uhanda yerləşir.
Kubey
Kubey (v. 272) — 260-cı ildən 272-ci ilədək qəbilə başçısı idi. Huçuquanın hakimiyyəti dövründə Sağ Müdrik şahzadə idi. Qardaşı Baonun dövründə isə Sol Müdrik şahzadə oldu. Şərqi Xan imperiyasının dağılmasından sonra Tiefu konfederasiyasını qurdu və müstəqilləşdi. Kubeyin ölümündən sonra Tiefu konfederasiyası qərb və şərq qollarına ayrıldı.
Kyukey
Hiraqa Qennay (平賀 源内, 1728[…], Şido[d] – 24 yanvar 1780, Tenma-ço həbsxanası[d], Tokio) – Edo dövründə yaşamış Yaponiya polimatı. O, təbiətşünas, farmakoloq, ranqaku alimi, həkim, ixtiraçı, yazıçı, dulusçu və rəssam kimi tanınmışdır. Samuray ailəsində doğulsa da, özünü elmə və incəsənətə həsr etməyə qərar vermiş, ronin olmuşdur. == Təxəllüsləri == Qennay həyatı boyunca müxtəlif təxəllüslərlə tanınmışdır. Təbiətşünaslıq və rəssamlıqla məşğul olarkən Kyukey ("Göyərçin dərəsi"), yazıçılıqla məşğul olarkən isə Furay Sancin ("Külək sürən") və Tenciku Ronin ("Xaricdən gələn ronin") təxəllüslərindən istifadə etmişdir. Coruri əsərlərini isə Fukuuçi Kiqay təxəllüsü ilə imzalamışdır. İstifadə etdiyi digər təxəllüslərə Kuvazu Hinraku ("Heç nə yemədən yoxsulluğun dadını çıxarmaq") və Hinka Zeninay ("Kasıb ev, pul yoxdur") aiddir. Qennayın istifadə etdiyi təxəllüslər özünə tərif, istehza, hikkə, qayğısızlıq kimi xüsusiyyətlər daşıyır. == Həyatı == === 1728–1763 === Hiraqa Qennay 1728-ci ildə Sanuki əyalətinin Takamatsu hanında doğulmuşdur. Atası Şirayşi Mozaemon aşağı rütbəli samuray idi.