Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Yəzidiyyə
Şamaxı — Azərbaycan Respublikasında şəhər, Şamaxı rayonunun mərkəzi. Şamaxı Qafqaz dağlarının cənub-şərq ətəklərində, dəniz səviyyəsindən 749 metr hündürlükdə yerləşir. Şərqdən Pirsaat çayı, şimal və şimal-qərbdən Pirdirəyi və Qız qalası dağları, qərbdən Xınıslı kəndi, Meysəri dağı, cənubdan Zogalavay çayı ilə əhatə olunur. Bakı-Qazax avtomagistralının Bakıdan qərbə 122-ci kilometrində yerləşir. Ən yaxın dəmiryol stansiyası rayon ərazisində olan Çöl Göylər dəmiryol stansiyası şəhərdən təqribən 25 km cənub qərbdədir. == Etimologiyası == S. Aşurbəyli və Q. Qeybullayevə görə Şamaxı toponimi Favstos Buzandın (V əsr) IV əsrin birinci yarısında baş verən hadisələrlə əlaqədar adını çəkdiyi köçəri ijmax (şamake) tayfasının adı ilə bağlıdır. Şamaxı bir neçə əsr ərzində Şirvanşahlar dövlətinin paytaxtı olmuşdur. Fars mənbələrinin məlumatına görə o, VI əsrdə Sasani şahı I Xosrov Ənuşirəvan tərəfindən salınmışdır. Lakin e.ə. II əsr yunan müəllifi Ptolomey 29 alban şəhəri içərisində bəzi alimlərin Şamaxı ilə eyniləşdirdikləri Kamexiya, yaxud Mamexiyanın adını çəkir.
Yəzidiyyə (islam)
Yəzidiyyə — Şimali Afrika ibadiliyinin əsas qollarından biri. 784-cü ildə Əbu Küdamə Yəzid ibn Fəndin İfrani tərəfindən qurulmuş məzhəbin davamçıları Əbu Yəzid Nükkarinin başçılığı ilə İfriqiyyədə hakim Fatimilərə qarşı üsyan qaldırmışdılar. Onlar 944-cü ildə Əl-Qeyrəvanı fəth etmiş və Sus şəhərini mühasirəyə almışdılar, lakin 947-ci ildə məğlubiyyətə uğramışdılar. Yəzidiyyə məzhəbinin davamçılarının Cerba adasında hələ də mövcud olduğu güman edilir. Onlar hakim vəhbi ibadiliyindən ayrılmışdılar. Yəzidiyyənin ana qolu olan vəhbi ibadiliyi qorunub-saxlanılmış ibadi mətnlərinin əksəriyyətinin əlaqəli alimlərə aid edildiyinə görə ibadilikdə ən çox yayılmış düşüncə məktəbi olmuşdur.
Yezidi
Yezidilər (ərəb. يَزِيدِيَّةٌ‎; fars. یَزِیدِیَانْ ‎; kürd. یَزِیدِیَانْ) — əsas hissəsi kurmanc dilində danışan etnik-dini toplum. Yezidilərin inandığı din dini ədəbiyyatlarda yəzdanizm formasında adlandırılır. Yezidilərin tarixi vətəni Assuriya dövlətinin paytaxtı olan Nineviya şəhəri hesab olunur. Bu gün Yezidi icması kompakt şəkildə İraqın şimal hissəsində, Suriya, Gürcüstan, Ermənistan və Rusiya kimi ölkələrdə yaşamaqdadır. XX əsrin ikinci yarısından etibarən Almaniyaya əmək miqrasiyası edən 50 minlik Yezidi toplumu isə Avropada ən böyük Yezidi icmasını təşkil edir. == Coğrafi yayılma == Ermənistan, Gürcüstan, İran, İraq, Suriya və Türkiyə kimi bölgələrdə camaat halında yaşayan yezidilərin toplam sayı 800.000 civarında olduğu təxmin edilir. Bəzi elmi yöndən irəli sürülən iddialar etnik yezidilərin sayının daha çox olduğu, bunların böyük bir qisminin sonradan müsəlmanlaşdırılması yönündədir.[mənbə göstərin] Bununla yanaşı Almaniya və İsveç kimi Avropa ölkələrində də yezidi icmaları mövcuddur.
Misbah Yəzdi
Məhəmmədtəği Misbah Yəzdi (1 yanvar 1934, Yəzd – 1 yanvar 2021, Tehran) — İranın islam alimi, müctəhid. == Həyatı == Təqi Misbah Yəzdi hicri şəmsi tarixi ilə 1313-cü ildə İranın Yəzd şəhərində dünyaya ğəlmişdir. O, ibtidai hövzə dərslərini Yəzd şəhərində aldıqdan sonra elmini təkmilləşdirmək üçün Nəcəf şəhərinə yollanmışdır, lakin bir çox problemlər üzündən ordan ayrılıb, təhsilini davam etdirmək üçün Qum şəhərinə gəlmişdir. 1331–1339-cu illərdə İmam Xomeyninin dərslərindən, Əllamə Təbatəbainin "əl-Mizan", İbn Sinanın "Şifa" və Molla Sədranın "Əsfar" kitablarından və təqribən 15 il Ayətullah Behcətin fiqh dərsindən bəhrələnmişdir. İmam Xomeyninin sürgündən sonra, Misbah Yəzdinin imam Xomeyni ilə əlaqəsi kəsilir. Bundan sonra Misbah Yəzdi elmi araşdırmalarını İslamın ictimai məslələrinə yönəltmişdir. Nümunə olaraq cihada, məhkəməyə və İslam hökumətinə aid məsələləri göstərmək olar. Həmçinin İslam inqilabında fəal iştirak etmiş şəhid Doktur Beheşti, şəhid Bahünər və Haşimi Rəfsəncani ilə sıx əməkdaşlıq etmişdir. Bu sırada iki böyük nəşriyyat "Besət və İntiqam"ın məsuliyyətini öz öhdəliyinə almışdır. Sonralar isə "Həqqani" mədrəsəsinin idarəçiliyində Ayətullah Cənnəti, şəhid Beheşti və şəhid Quddusi ilə əməkdaşlıq etmiş, təxminən on ilə yaxın adı çəkilən mədrəsədə fəlsəfə və Quran elmlərini tədris etmişdir.
İbrahim Yəzdi
İbrahim Yəzdi-(Fars dili: ابراهیم یزدی; 26 Sentyabr 1931 - 27 Avqust 2017) İranlı siyasətçi, əczaçı və Mehdi Bazargan müvəqqəti hökumətinin baş nazir müavini və xarici işlər naziri vəzifəsini icra edən diplomat idi.
Əbdülbaqi Yəzdi
Əbdülbaqi Yəzdi (XV əsr, Yəzd – 1514, Çaldıran ilçəsi, Van ili) — Səfəvi din və dövlət xadimi, Səfəvilər dövlətinin vəkili və Nemətullahiyyə təriqətinin başçısı. == Həyatı == İlkin həyatına dair məlumatlar azdır. Yəzd şəhərində doğulmuşdur, Neyməddin Neymətullanın oğlu, Nemətulla Vəlinin nəslindən idi. 1511-ci ildə Şah İsmayılın düşərgəsində olduğu məlumdur. 1512-ci ildə Nəcmi Saninin müavinlərindən (sədr) idi. Həmin ilin noyabrında, Nəcminin öldürülməsindən sonra vəkilliyə təyin olunmuşdur. == Vəkillik == 1514-cü ildə Çaldıran döyüşündə öldürülənədək vəkil olmuşdur. == Yaradıcılığı == Baqi təxəllüsü ilə şeirlər yazmışdır. == Ailəsi == Mir Əbdülbaqi Yəzdi adlı oğlu olmuşdur. O, daha sonra Yəzd valisi olmuş, I Təhmasibin bacısı Xanış bəyim ilə evlənmişdir.
Mahmud Avşar-Yəzdi
Mirzə Mahmud Məhəmmədsadıq oğlu Avşar Yəzdi (1893, Yəzd – 1983, Tehran) — Paniranizmin banilərindən biri, şair, jurnalist. == Həyatı == M. Avşar İsveçrədə siyasi elmlər sahəsində təhsil almışdır. 1921-ci ilə qədər İngiltərə və Hindistanda yaşamışdır. Mahmud Avşar Hindistan ingilislərin müstəmləkəsi olan vaxt burada təhsil almış və siyasət üzrə doktor olmuşdu. Əslən Qızılbaş türklərinin altı tayfasından (boyundan) biri olan və Yəzd bölgəsində yaşayan avşarlar tayfasından olan Mahmud Avşar öncə paniranizmə aid nəzəri biliklərini təkmilləşdirmiş, Rza şahın hakimiyyəti dövründə isə bu bilikləri həyata keçirməyə başlamışdı. Bu məqsədlə Mahmud Avşar 1921-ci ildə “Əncuməni İrani cəvan” dərgisini təsis etdi, 1925-ci ildə isə “Ayənde” dərgisini yayımlamağa başladı. O, İranın milli birliyini farslaşdırma siyasətinin həyata keçirilməsində görürdü. Buna görə də fars dilinin bütün ölkə üzrə rəsmi dil olmasına və məhəlli dillərin yerini tutmasına çalışırdı. M. Avşarın fikrincə, İran bölgəsində yaşayan qeyri-fars millətlərinin dilləri yabancı dillərdir və o, bu dilləri ortadan qaldırmaq üçün texniki metodlar da təkif edirdi. Dr.
Məhəmməd ibn Yəzid
Məhəmməd ibn Yezid — Yezid ibn Məzyədin oğlu, Ərməniyyə hakimi. Haqqında cüzi məlumat var, qardaşı Əsəd ibn Yezidi əvəz etmiş, bir ildən sonra isə Xuzeymə ibn Kazım onun yerinə göndərilmişdir. Müəlliflər onu "çox azadlıqsevər və mərhəmətli biri, ondan "yox" cavabı eşidilməzdi" deyə xatırlayırlar.
Məhəmmədtəği Misbah Yəzdi
Məhəmmədtəği Misbah Yəzdi (1 yanvar 1934, Yəzd – 1 yanvar 2021, Tehran) — İranın islam alimi, müctəhid. == Həyatı == Təqi Misbah Yəzdi hicri şəmsi tarixi ilə 1313-cü ildə İranın Yəzd şəhərində dünyaya ğəlmişdir. O, ibtidai hövzə dərslərini Yəzd şəhərində aldıqdan sonra elmini təkmilləşdirmək üçün Nəcəf şəhərinə yollanmışdır, lakin bir çox problemlər üzündən ordan ayrılıb, təhsilini davam etdirmək üçün Qum şəhərinə gəlmişdir. 1331–1339-cu illərdə İmam Xomeyninin dərslərindən, Əllamə Təbatəbainin "əl-Mizan", İbn Sinanın "Şifa" və Molla Sədranın "Əsfar" kitablarından və təqribən 15 il Ayətullah Behcətin fiqh dərsindən bəhrələnmişdir. İmam Xomeyninin sürgündən sonra, Misbah Yəzdinin imam Xomeyni ilə əlaqəsi kəsilir. Bundan sonra Misbah Yəzdi elmi araşdırmalarını İslamın ictimai məslələrinə yönəltmişdir. Nümunə olaraq cihada, məhkəməyə və İslam hökumətinə aid məsələləri göstərmək olar. Həmçinin İslam inqilabında fəal iştirak etmiş şəhid Doktur Beheşti, şəhid Bahünər və Haşimi Rəfsəncani ilə sıx əməkdaşlıq etmişdir. Bu sırada iki böyük nəşriyyat "Besət və İntiqam"ın məsuliyyətini öz öhdəliyinə almışdır. Sonralar isə "Həqqani" mədrəsəsinin idarəçiliyində Ayətullah Cənnəti, şəhid Beheşti və şəhid Quddusi ilə əməkdaşlıq etmiş, təxminən on ilə yaxın adı çəkilən mədrəsədə fəlsəfə və Quran elmlərini tədris etmişdir.
Məmlan ibn Yəzid
Məmlan ibn Yəzid — Şirvanşah şahzadəsi, Şirvan taxtına iddiaçı. == Həyatı == Şirvanşah Yəzid ibn Əhmədin oğlu idi. 22 noyabr 1066-cı ildə oğuz sərkərdəsi Qaratəkin ilə birlikdə Şamaxıya yürüşə başlamış və taxta iddia edirdi. Şirvanşah I Fəribürz əmisini məhv etmək üçün sultanın hacibinə gizlincə 6000 dinar verərək onu öz tərəfinə çəkmişdi. "Tarix-i əl-Bab"da Məmlan ibn Yəzidin öldürülməsinin təfərrüatı nəql olunur: "Hacib buna razılıq verib Qalabad qalasında oturan Məmlanı ziyafətə dəvət etdi. Məmlan ziyafətə gəldi. Onlar Məmlan sərxoş olana qədər yeyib – içdikdən sonra hacib onun Qalabada qayıtmasına icazə verdi. Bu vaxt Şirvanşah özünün saray adamlarından üç nəfəri – dayısı oğlu Ləşkəristanı, xidmətçisi Şadtəkini və hacibi Namdar ibn Müzəffəri yolda pusqu qurmağa göndərdi. Onlar sərxoş halda yanlarından keçən Məmlanın üstünə atılaraq, h.459-cu ilin rəbiülaxir ayında cümədən şənbəyə keçən gecə onu qəddarcasına qətlə yetirdilər.
Mənuçöhr ibn Yəzid
Mənuçöhr ibn Yezid (v. 1034, Şamaxı) — Şirvanşahlar dövlətinin on birinci hökmdarı, Kəsranilər sülaləsinin banisi, Şirvanşah Yezid ibn Əhmədin oğlu. == Fəaliyyəti == Şirvanşah Mənuçöhr ibn Yezidin hakimiyyət dövrü üçün feodal ara müharibələri və yadelli basqınlara qarşı mübarizə səciyyəvidir. XI əsrin birinci yarısında Şirvanşahlar qonşu feodallarla ara müharibələri, habelə, yadelli işğalçılara, dəfələrlə onların torpaqlarına basqınlar edən müxtəlif tayfalara – alanlara, sərirlilərə, ruslara və başqalarına qarşı müdafiə müharibələri aparırdılar. H.420 (1029)-ci ildə Mənuçöhr Məsqətə məxsus olan Mücəkabad malikanəsi üstündə əl-Bab əmiri ilə müharibəyə başladı. Şirvanşah bu müharibədə məğlubiyyətə uğradıqdan sonra əl-Bab hakimi h.421 (1030)-cı ildə Şirvanşah torpaqlarına basqın edərək onun ərazisindəki bir çox yaşayış məntəqəsini dağıtdı. === Rusların yürüşü === 1030–cu ildə ruslar Şirvana basqın etdilər. H.421 (1030)-ci ildə Bakı yenidən otuz səkkiz gəmi ilə yürüş edən rusların hücumlarına məruz qaldı. I Mənuçöhr ibn Yəzid onları Bakuya (Bakı) yaxınlığında qarşıladı. Ruslarla vuruşmada çoxlu Şirvanlı, o cümlədən zadəganlardan Əhməd ibn Xasskin (Xasstəkin) həlak oldu.
Qubad ibn Yəzid
Qubad ibn Yəzid – Şirvanşahlar dövlətinin on üçüncü hökmdarı, Şirvanşah Yəzid ibn Əhmədin oğlu. == Fəaliyyəti == Şirvanşah Əbu Mənsur Əli ibn Yəzidin ölümündən (1043) sonra hakimiyyətə onun qardaşı Qubad ibn Yəzid gəlmişdir. Hələ Şirvanşah Əbu Mənsurun hökmranhğı dövründə Şirvanşahla hərbi rəislər arasında çəkişmələr davam edirdi. H.436 (1044)-cı ildə əl-Bab əmiri ilə hərbi rəislər arasında nifaq düşdü. Onlar əmirin üstünə hücum çəkdilər, onun arvadı Şəmkuyyəni ələ keçirib qardaşı Şirvanşah Qubadın yanına göndərdilər. Qubad Şəmkuyyəni qalaya saldı, lakin sonra azad etdi və h.437 (1045)-cı ildə ərinin yanına qaytardı. Elə həmin il Qubad türk oğuzların hücumundan qorxaraq paytaxtı Yəzidiyyənin ətrafına yonulmuş daşdan möhkəm qala divarı çəkdirdi və dəmir qapı qoydurdu. Qubad altı il səltənət sürüb h.441-cı il səfər ayının 24-də (28 iyul 1049) öldü. == Ailəsi == Atası Yəzid ibn Əhməd. Şirvanşah (991-1027) və Dərbənd əmiri (1019-1021).
Salar ibn Yəzid
Salar ibn Yəzid – Şirvanşahlar dövlətinin on beşinci hökmdarı, Şirvanşah Yəzid ibn Əhmədin oğlu. == Fəaliyyəti == Şirvanşah Buxtnassar Əli ibn Əhmədin hakimiyyətinin birinci ilində onun əmisi Salar ibn Yəzid hakimiyyət çevrilişi edərək Şamaxı qalasını ələ keçirmişdir. Şamaxı qalasının süqutundan sonra Şirvanşah Buxtnassar Şirvanı tərk edərək Arrana qaçmış və Beyləqan yaxınlığında əmisi Salar ibn Yəzidin döyüşçüləri tərəfindən ələ keçirilərək ölüdürülmüşdür. Münəccimbaşının məlumatına görə Salar h.445 (1053)-ci ildə Malu (Maluğ) qalasını tutaraq möhkəmləndirmiş, orada qarnizon yerləşdirmiş, ərzaq və silahla təchiz etmişdi. O, qalanın yaxınlığında ətrafında istehkamlar qurulmuş şəhər (mədinə) saldırmış, oraya əhali köçürmüş və cümə məscidi tikdirmişdi. Salar "kafirlərlə", ehtimal ki, (Dağıstanın islamı qəbul etməyən əhalisi ilə) müharibəni davam etdirmiş və Şirvanı onların basqınlarından qorumuşdur. O, on beş il hökmranlıq etdikdən sonra h.455-ci il, şənbə günü səfər ayının 18-də (20 fevral 1063) ölmüşdür. Salar Şəddadi Əbüləsvar Şavur ibn Fəzllə qohumluq münasibətlərində olmuş, onun qızı ilə evlənmişdir. Onun adına üzərində dörd sətirlik yazı olan sikkə zərb edilmişdir. "Məhəmməd Rəsulullah!
Seyid Məhəmmədkazım Yəzdi
Seyid Məhəmmədkazım Təbatəbai Yəzdi (fars. سید محمدکاظم طباطبایی یزدی‎; 1831, Yəzd – 1919, Nəcəf) — müctəhid, mərceyi-təqlid. == Həyatı == Seyid Məhəmmədkazım 1832-ci ildə Yəzd şəhərində anadan olmuşdu. Dumnar mədrəsəsini tamamlayandan sonra Molla Məhəmmədrəhim Ərdəkanin yanında dini elmləri əxz etmişdi. Axund Zeynalabdindən Əqdayidən ədəbiyyatı öyrənmişdi. Sonra Məşhəd şəhərinə yollanmış, orda molla-müctəhid yanında hiyyət və riyazətin sirlərinə vaqif olmuşdu. Ordan İsfahana getmiş, məşhur alim Molla Məhəmmədbağır Nəcəfi-İsfahaninin, Seyid Məhəmmədbağır Xansarinin və Mirzə Haşım Xansarinin yanında fiqh və hüquq elminin dərinliklərini öyrənib, tamam-kamal etmişdi. Seyid Məhəmmədkazim Təbatəbai Yəzdi daha sonra o vaxt elmin mərkəzi sayılan Nəcəfə yollanır. Nəcəf elmi hövzəsində Mirzə Məhəmmədhəsən Şirazinin, Şeyx Razi Nəcəfinin və Şeyx Mehdi Kaşifülğitanın dərslərində iştirak edir. O, sözün həqiqi mənasında elm və əxlaq sahiblərindən kamil surətdə faydalanır.
Yəzid ibn Məzyəd
Yəzid ibn Məzyəd – Ərəb Xilafətinin Ərməniyyə və Azərbaycanda hakimi, sonradan Şirvanşah rütbəsi qəbul edərək müstəqil Şirvanşahlar dövlətinin əsasını qoymuş Məzyədilər sülaləsinin banisi. == Qəbiləsi == Tam adı "Yəzid ibn Məzyəd ibn Zaidə ibn Abdullah ibn Zaidə ibn Matər ibn Şureyx ibn Əmr ibn Qeys ibn Şureyxbil ibn Humam ibn Murra ibn Zül ibn Şeyban" olmuşdur və Şeyban tayfasına mənsub idi. Orduda yüksək yerlərə əmisi Məan ibn Zaidə sayəsində gəlmişdir. İlk dəfə Sistanda hərbi xidmətə başlayan Yəzid xəlifə əl-Mehdi dövründə (775-785) Xorasanda üsyan yatırtmış, 782-ci ildə Harun ər-Rəşidin başçılığı ilə Bizansa qarşı müharibədə döyüşmüşdür. əl-Hadinin Cürcan hakimliyi dövründə ona sadiq olmuş, bu sədaqəti müqabilində Ərməniyyə hakimliyi ilə təltif olunmuşdu. == Fəaliyyəti == Xəlifə Harun ər-Rəşidin Ərməniyyə və Azərbaycana hakim təyin etdiyi Əli ibn İsa ibn Məhana qarşı müxtəlif şəhərlərdə üsyanlar verirdi. Yəqubi qeyd edir ki, "buraya gələn Əli özünü pis apardı, buna görə də Şirvan əhli onun əleyhinə üsyan qaldırdı və ölkədə çaxnaşma düşdü". Belə olduqda xəlifə 787 – ci ildə yenidən Yəzid ibn Məzyəd əş Seybanini Ərminiyyə və Azərbaycana hakim təyin etdi. O, üsyanı yatırtdı və ölkədə qayda-qanun yaratdı. 794-cü ildə Şeyban tayfasından başqa bir üsyançı olan xarici Valid ibn Tarifi məğlub etdi və öldürdü.
Yəzid ibn Əhməd
Yəzid ibn Əhməd (Şamaxı – noyabr 1027, Şamaxı) – Şirvanşahlar dövlətinin onuncu hökmdarı, Əhməd ibn II Məhəmmədin oğlu, Kəsranilər sülaləsinin əsasını qoymuş Şirvanşah Mənuçöhr ibn Yəzidin atası. == Fəaliyyəti == Şirvanşah Məhəmməd ibn Əhmədin ölümündən sonra hakimiyyətə qardaşı Yəzid ibn Əhməd keçdi. Bu hadisələrdən və hakimiyyətin dəyişilməsindən istifadə edən əmir Məymun II dəfə Dərbəndi tutaraq, cəmi bir il beş ay əvvəl, Şirvanşah Məhəmməd ibn Əhmədin vaxtında tikilmiş orta (köndələn) divarı (Əs-sür əl-vəstani) dağıtdı. Yəzidin hökmranlıq illəri onun öz dövlətinin ərazisini qoşunlarının hesabına genişləndirmək məqsədilə apardığı feodal ara müharibələri ilə əlamətdardır. H.382 (992)-ci ildə Qəbələ rustaqında şirvanlılarla şəkərlilər (şəkililər) arasında şiddətli vuruşma baş verdi. Döyüşdə Şirvanşahın vəziri Müsəddin ibn Həbəşi öldürüldü, onunla birlikdə Şirvan qoşununun adlı-sanlı 400 süvari əsgəri həlak oldu. Şirvanşah Yəzid ibn Əhmədin hakimiyyəti onunla əlamətdar idi ki, o, dövlət işlərini təkbaşına idarə etmir, bütün dövlət işlərini bərdəli Abbasın oğlanları Ədb ül-Əziz və Əbd ül-Səmədə həvalə edir, yalnız onların məsləhəti ilə qərar çıxarırdı. H.389 (999)-cu ildə Şirvanşah Yəzid Qəbələnin hakimi, Gürzül qalasının sahibi Əbd ül-Bərr Ənbəsə ilə müharibə edərək, Gürzül qalasını onun əlindən aldı. Bundan sonra elə həmin il Şirvanşah Zirkiyyə (daha doğrusu, Rizkiyyə) mülkünə sahib olmaq üstündə Dərbənd əmiri Ləşkəri ibn Məymunla vuruşdu lakin uğur qazana bilmədi. Ləşkəri Şəbərana yürüş etdi.
Şərafəddin Əli Yəzdi
Şərəfəddin Əli Yəzdi (XV əsr, Yəzd – 1454, Yəzd) – tarixçi, Əmir Teymurun yürüşlərindən bəhs edən "Zəfərnamə" əsərinin müəllifi. Şərəfəddin Əli Yəzdi Yəzd şəhəri yaxınlığında anadan olmuşdur. Təvəllüd ili bilinmir. Vəfatı 1454-cü ildir. Bir müddət Heratda Sultan Şahruxun, sonra isə Farsda İbrahim sultanın yanında xidmət etmişdir. O, poeziya, fəlsəfə, astronomiya sahəsində geniş biliyə malik idi, "Şərəf" təxəllüsü ilə şeirlər yazırdı. Sultan Şahruğun göstərişi ilə isə Moğolustanın gənc xanı Yunus xanın müəllimi olub. Yunus xan 1428/1429-cu ildə Uluq bəyin yürüşləri zamanı əsir götürülmüşdür. Şərəfəddin Əli Yəzdi bir müddət Yəzddə Yunus xan ilə birlikdə yaşamış, onun təlim-tərbiyəsi ilə məşğul olmuş, öz biliyini onunla bölüşmüşdür. Yunus xan gələcəkdə Hindistanı fəth edəcək Zahir əd-din Məhəmməd Baburun ana babası oldu.
Şərəfəddin Əli Yəzdi

Əsəd ibn Yəzid
Əsəd ibn Yəzid — Ərəb Xilafətinin Ərməniyyə hakimi, Yəzid ibn Məzyədin oğlu, ilk Şirvanşah I Heysamın əmisi. == Hakimiyyəti == Atasının Ərməniyyə əmiri olduğu dövrlərdə özü Mosul hakimi idi. 801-ci ildə atasının ölümündən sonra Ərməniyyə hakimi təyin olunmuş, lakin daha sonra bu vəzifə əlindən alınaraq qardaşı Məhəmməd ibn Yezidə verilmişdir. Xəlifə əl-Amin dövründə, 810-cu illərdə yenidən Ərməniyyə hakimi təyin olunmuş, bu postda Xuzeyma ibn Kazımı əvəz etmişdir. O burada Yəhya ibn Səid və İsmail ibn Şüeybin üsyanını yatırmaqla məşğul olmuş, daha sonra onları həbs etmişdir. Lakin onları bağışlaması bu vəzifədən qovulmasına səbəb olmuşdur.
Yezid
Yezid — ad. I Yezid — Əməvilər sülaləsindən olan 2-ci xəlifə.
Hürr ibn Yəzid Riyahi
Əl-Hürr ibn Yəzid əl Təmimi (Ərəbcə:الحر بن يزيد), (VII əsr – 10 oktyabr 680, Kərbəla) — Kərbəla hadisəsində Hüseyn ibn Əlinin səhabələrindən idi. Əvvəlcə Əməvilər ordusunun generalı idi və Əl-Hüseyn ibn Əli ibn Əbu Talibi tutmaq üçün İraqın Kufə şəhərinə göndərilmişdir.
II Məhəmməd ibn Yəzid
II Məhəmməd ibn Yəzid (d. ? – ö. 4 iyun, 956) — Şirvanşahlar dövlətinin yeddinci hökmdarı. == Fəaliyyəti == Şirvanşah Əbu Tahir Yəzid ibn Məhəmmədin ölümündən sonra, onun yerinə atasının vaxtında Layzan hakimi olmuş oğlu Məhəmməd ibn Yəzid keçmişdir. O, bir oğlu Əhmədi Layzana, o biri oğlu Heysəmi isə babası Məhəmməd ibn Yəzidin vaxtında özünün əmir olduğu Təbərsərana hakim təyin etdi Şirvanın hakimi kimi onun ilk tədbiri həbsxanaya salınmış qardaşı Əhməd ibn Yəzidi aradan götürmək oldu. Sasani şahlarına xas olan bu qaydanı görünür, Şirvanşahlar onlardan əxz etmişdilər. Əsərini h.332 (943)-ci ildə tamamlamış əl-Məsudi xəbər verir ki, bu vaxt Şirvanın hakimi h.318 (930)-ci ildə aralarında toqquşma olmuş kürəkəni Əbd əl-Məlik ibn Haşimin ölümündən (h.327 (939)-ci il) sonra Xursanı, Vardanı və Dərbəndi zəbt etmiş Məhəmməd ibn Yəzid idi. Məhəmməd ibn Yəzid bütün bu torpaqları Şirvan və Layzanla birləşdirdi. Əl-Məsudi daha sonra deyir ki, "onun məmləkəti hal-hazırda, yəni h.332 (943)-ci ildə bir aylıq yol qədər uzanır.
I Məhəmməd ibn Yəzid
Məhəmməd ibn Yəzid – Layzanşah, Şirvanşah Əbu Tahir Yezid ibn Məhəmmədin atası. == Fəaliyyəti == Bu Şirvanşah haqqında mənbələrdə cüzi məlumatlar qalmış, onun adı keçəri olaraq anılmışdır. "Tarix-i əl-Bab"da onun haqqında deyilir: "Bir müddətdən sonra Yezid öldü və onun yerinə oğlu Məhəmməd ibn Yezid keçdi. O, uzun müddət hakimiyyət sürdü, ləyaqəti ucaldı, əməlləri çiçək açdı. Onun ölümündən sonra (təqr-h.305 (917)-ci il — SA.) oğlu Əbu Tahir Yəzid ibn Məhəmməd hakimiyyətə gəldi." == Şübhələr == Vladimir Minorski "Şirvan və Dərbəndin tarixi" əsərində dediyinə görə Məhəmməd ibn Yezid Şirvanşah ola bilməz, çünki o Şirvanşah Heysam ibn Xalidin nəslindən deyil, əksinə Layzanşah Yezid ibn Xalidin oğludur. Buna görə də Məhəmməd ibn Yezid Şirvanşah sayılmamalıdır.
Mirzə Mahmud Fərruxi Yəzdi
Mirzə Məhəmməd Fərruxi Yəzdi (1889, Yəzd – 18 oktyabr 1939 və ya 18 noyabr 1939, Tehran) — İran şairi. == Həyatı == Mirzə Məhəmməd Fərruxi 1889-cu ildə Yəzd şəhərində doğulmuşdu. Atası Məhəmmədibrahim simsar idi. Məhəmməd Fərruxi mükəmməl mədrəsə təhsili almışdı. Mirzə Məhəmməd Fərruxi Yəzdi 18 oktyabr 1939-cu ildə öldürülüb. O, Rza xan Pəhləviyə qarşı dediyi həcvlərə və inqilabi ruhlu şeirlərə görə dodaqları tikilmişdi, sonra isə Qəsri-Qacarda məşhur cəllad "doktor" Əhməd Əhmədi tərəfindən zəhərlənmişdi. == Yaradıcılığı == O, elə atəşin bir vətənpərvər olmuşdur ki, öz şəxsi həyatını büsbütün unutmuş, səadətini vətəninin azadlığında görmüş, siyasi qovğalar və vuruşlar meydanına atıldığı ilk günlərdən öz dönməzliyi, fədakarlığı ilə hamını heyrətə salmış, təqiblərə, məhrumiyyətlərə, işgəncələrə dözmüş, dəfələrlə həbsxanalara düşmüş, azadlıq düşmənləri tərəfindən haqq deyən ağzı tikilmiş, lakin heç bir şey onu susdurmağa qadir olmamış, tutduğu doğru yolundan, əqidəsindən döndərə bilməmişdir. Fərruxi Yəzdi poeziyası XX əsr fars ədəbiyyatının ən parlaq və mənalı səhifələrindən birini təşkil edir. Siyasi lirikanın gözəl nümunələrini yardan bu sənətkarın əsərlərini nəzərdən keçirdikdə mərd, qorxmaz, vətənini, xalqını ürəkdən sevən, despot və imperialistlərin zülmünə məruz qalmış millətinin halına acıyan, düşmənlərinə dərin nifrət bəsləyən, qalib gəldikdə sevinən, məğlub olduqda müvəqqəti ümidsizliyə qapılan bir insanın obrazı gözümüz önündə canlanır. Şairin hər şerində bu mürəkkəb obrazın müəyyən cəhəti, xüsusiyyəti, ictimai kədəri oxucuya çatdırılır.
Mirzə Məhəmməd Fərruxi Yəzdi

Xalid ibn Yəzid əş-Şeybani
Xalid ibn Yəzid – Ərəb Xilafətinin Ərməniyyə və Azərbaycanda hakimi, Məzyədilər sülaləsinin əsasını qoymuş Yezid ibn Məzyədin oğlu. == Fəaliyyəti == Yəzid ibn Məzyəd əş-Şeybaninin oğlu Xalid hicri 205-ci ildə (miladi 802) xəlifə Məmun tərəfindən Ərməniyyə və Azərbaycana vali göndərildi. Xalid Şəkidə, Gürcüstanda və Sənariyyədə üsyanları yatırtdı. H.212-217 (827/8- 823/4)-ci illərdə Xalidin adı "Mədinət Arran"da (Arran şəhəri) kəsildiyi qeyd edilən dirhəmin üzərində yazılmağa başlayır. Əl-Bəlazurinin məlumatına görə xəlifə Xalidi ermənilərdən bəxşiş almaq üstündə hakimiyyətdən salmışdır. Xəlifə Mötəsim bu vilayətləri iqta kimi Babəklə vuruşmuş sərkərdə Afşinə vermişdi. Xalid Mötəsimin ölümünə (h.227 (842)-ci il) və onun oğlu Vasiq hakimiyyət başına gələnə qədər vəzifəsiz qalmışdı. Xilafətin zəiflədiyi bu dövrdə Cənubi Qafqazın bir sıra vilayətləri müstəqilliyə və Xilafətdən ayrılmağa can atırdı. Vasiq Tiflis valisi İshaq ibn İsmayılın üsyanı ilə bağlı baş verən iğtişaşlarla əlaqədar Xalidi çağıraraq Ərminiyyə, Azərbaycan və Arranın valisi təyin etdi və onu 12 minlik süvari ilə göndərərək İshaqla mübarizəyə girib, üsyanı yatırtmağı əmr etdi. Xalid Ərminiyyəyə daxil oldu və burada 20 minlik erməni qoşunu ilə birləşərək Curzana (Gürcüstana) doğru hərəkət etdi.
Əbu Mənsur Əli ibn Yəzid
Əbu Mənsur Əli ibn Yezid – Şirvanşahlar dövlətinin on ikinci hökmdarı, Şirvanşah Yezid ibn Əhmədin oğlu. == Fəaliyyəti == Şirvanşah Əbu Mənsur ibn Yezid qardaşı Mənuçöhr ibn Yezidi öldürdükdən sonra, 1034 – cü ildə hakimiyyətə gəlmişdir. O da, öz sələfləri kimi, əl-Baba sahib olmaq üçün bu şəhərin əmiri ilə müharibə aparmışdır. Sonra Şirvanşah vəziri Mənsur ibn Müsəddidi əl- Babda öz canişini təyin edərək onu "hökumət binası"nda yerləşdirdi, özü isə h.426 (1035)-cı ildə paytaxtı Yəzidiyyə qayıtdı. Lakin əmir Əbd ül-Məlik elə həmin il qəflətən əl-Babda Şirvanlılara hücum edərək Mənsur ibn Müsəddidi öldürdü. İçqalanı mühasirəyə aldı və rəis Əli ibn Həsən ibn Ənakın vasitəçiliyi ilə h.426-cı il rəcəb ayının 1-də (12 may, 1035) onun təslim edilməsinə nail oldu. Bundan sonra o, şəhəri və qalanı tutdu, Şirvan qoşunları isə Şirvana qayıtdı. Sonra Əbd ül-Məlik Şirvanşahla sülh sazişi bağladı və h.427-ci ilin səfər ayında (1035-ci ilin dekabrında) onun bacısı, Yəzidin qızı Şəmkuyyə ilə evləndi. Əl-Babın hərbi rəisləri öz təhlükəsizliyi üçün qorxu keçirməyə başladılar. Buna görə də onlar tabeliyində olanlarla birlikdə Əbd ül-Məlikə hücum edib, onun vəzirini evindəcə öldürdülər.
Əbu Tahir Yəzid ibn Məhəmməd
Əbu Tahir Yəzid ibn Məhəmməd – Şirvanşahlar dövlətinin altıncı hökmdarı. == Fəaliyyəti == Atası I Məhəmməd ibn Yəzidin ölümündən sonra hakimiyyətə gələn Əbu Tahir Yəzid ibn Məhəmməd Şirvana da sahib olmaq üçün səbirlə məqam gözlədi. Adamlarının əksər hissəsi əsir alınıb öldürülən Əli ibn Heysəmin zəifləməsindən istifadə edən Yəzid qəflətən Mərzuqiyyədə onun üzərinə hücum çəkərək özünü, oğlu Abbası və nəvəsi – Abbasın oğlu Əbu Bəkiri əsir aldı. Yəzid Heysəmi və Abbası edam etdi. Əbu Bəkir qaçdı. "Beləliklə, xoşbəxtlik Heysəmin evini tərk edib, onun qardaşı (əminəvəsi Yəzidin) evinə köçdü..." "Tarix-i əl-Bab"a görə Əbu Tahir Yəzid ibn Məhəmməd ibn Yəzid ibn Xalid ibn Yəzid ibn Məzyəd ibn Zaidə əş-Şeybani h.305 (917)-ci ildə Şirvanı zəbt etmiş, h.306 (918)-cı ildə isə Şirvan torpağında Yəzidiyyə şəhərini saldırmışdır. Lakin arxeoloji tədqiqatlar Yəzidiyyənin qədim yaşayış məskəninin yerində tikilməsini sübut etmişdir. S. Aşurbəyli isə ehtimal edir ki, Əbu Tahir Yəzid onun tikintisini başa çatdırmış, möhkəmləndirmiş və öz şərəfınə Yəzidiyyə adlandırmışdır. O, Layzanı iqta şəklində oğullarından birinə – Məhəmmədə vermişdir. Şirvanşah Əbu Tahir Yəzid otuz üç ilə yaxın hökmranlıq etmiş h.337-ci ilin rəbiül-əvvəl (948-ci il, sentyabr) ayında ölmüşdür.
I Yezid
Yezid bin Muaviyə (646, Dəməşq, Rəşidi xilafəti – 11 noyabr 683, Dəməşq, Əməvilər xilafəti) — Əməvilər sülaləsindən olan ikinci ərəb xəlifəsi (680), I Müaviyənin birinci oğludur. Üç il hakimiyyətdə olmuşdur. Hakimiyyətinin birinci ilində — 680-ci ildə baş vermiş Kərbəla döyüşündə I Yezidin göndərdiyi qoşunla İmam Əlinin oğlu, Məhəmməd peyğəmbərin nəvəsi İmam Hüseynin dəstəsinin üzvlərini qətlə yetirmişlər. İkinci ilində Mədinəyə qoşun göndərmiş və şəhəri talan etmişdi. == Həyatı == Yezid 646-cı ildə Suriyada Osman (644-656) dövründə Suriyanın o zamankı hökmdarı Müaviyə ibn əbu Sufyanın və güclü Banu Kalb qəbiləsinin lideri Bəhdəl ibn Unaifin qızı Maysunanın ailəsində anadan olmuşdur. Yezid Ana qohumları ilə birlikdə böyüdü. Yezid kobud nəvəsib, qəddar, sərt, spirtli içki qəbul etmiş və günah işlətmişdi. == Ölümü == Yezid 12 noyabr 683-cü ildə 35 ilə 39 yaş arasında Huvvarində öldü. Oğlu II Müaviyə xəlifə oldu. Ancaq gücü Suriyanın yalnız bəzi bölgələri ilə məhdudlaşdı və bir neçə ay sonra bilinməyən bir xəstəlikdən öldü.
Yəhudi
Yəhudilər ya da Cuhudlar (köhnə mənbələrdə Ebrəçilər) (ivr. ‏יהודים‏‎) — qədim İsrail çarlığında yaşamış əhalidən yaranan xalq. Faktiki olaraq dünyanın bütün ölkələrində yaşayırlar. 1948-ci ildən yəhudi dövləti — İsrail də mövcuddur. Sayı təqribən 14 mln. nəfər (2006-cı il rəqəmi), onlardan 40%-i İsraildə, 35%-i isə ABŞ-də yaşayır. Ənənəvi dini iudaizmdir. İsraildə rəsmi dövlət dili ivritdir. Ayrı-ayrı ölkələrdə spesifik yəhudi dilləri var. Onlardan ən çoxsaylısı alman dil qrupuna daxil olan idişdir.
Məhəmməd ibn Yezid
Məhəmməd ibn Yezid — Yezid ibn Məzyədin oğlu, Ərməniyyə hakimi. Haqqında cüzi məlumat var, qardaşı Əsəd ibn Yezidi əvəz etmiş, bir ildən sonra isə Xuzeymə ibn Kazım onun yerinə göndərilmişdir. Müəlliflər onu "çox azadlıqsevər və mərhəmətli biri, ondan "yox" cavabı eşidilməzdi" deyə xatırlayırlar.
Məmlan ibn Yezid
Məmlan ibn Yəzid — Şirvanşah şahzadəsi, Şirvan taxtına iddiaçı. == Həyatı == Şirvanşah Yəzid ibn Əhmədin oğlu idi. 22 noyabr 1066-cı ildə oğuz sərkərdəsi Qaratəkin ilə birlikdə Şamaxıya yürüşə başlamış və taxta iddia edirdi. Şirvanşah I Fəribürz əmisini məhv etmək üçün sultanın hacibinə gizlincə 6000 dinar verərək onu öz tərəfinə çəkmişdi. "Tarix-i əl-Bab"da Məmlan ibn Yəzidin öldürülməsinin təfərrüatı nəql olunur: "Hacib buna razılıq verib Qalabad qalasında oturan Məmlanı ziyafətə dəvət etdi. Məmlan ziyafətə gəldi. Onlar Məmlan sərxoş olana qədər yeyib – içdikdən sonra hacib onun Qalabada qayıtmasına icazə verdi. Bu vaxt Şirvanşah özünün saray adamlarından üç nəfəri – dayısı oğlu Ləşkəristanı, xidmətçisi Şadtəkini və hacibi Namdar ibn Müzəffəri yolda pusqu qurmağa göndərdi. Onlar sərxoş halda yanlarından keçən Məmlanın üstünə atılaraq, h.459-cu ilin rəbiülaxir ayında cümədən şənbəyə keçən gecə onu qəddarcasına qətlə yetirdilər.
Mənuçöhr ibn Yezid
Mənuçöhr ibn Yezid (v. 1034, Şamaxı) — Şirvanşahlar dövlətinin on birinci hökmdarı, Kəsranilər sülaləsinin banisi, Şirvanşah Yezid ibn Əhmədin oğlu. == Fəaliyyəti == Şirvanşah Mənuçöhr ibn Yezidin hakimiyyət dövrü üçün feodal ara müharibələri və yadelli basqınlara qarşı mübarizə səciyyəvidir. XI əsrin birinci yarısında Şirvanşahlar qonşu feodallarla ara müharibələri, habelə, yadelli işğalçılara, dəfələrlə onların torpaqlarına basqınlar edən müxtəlif tayfalara – alanlara, sərirlilərə, ruslara və başqalarına qarşı müdafiə müharibələri aparırdılar. H.420 (1029)-ci ildə Mənuçöhr Məsqətə məxsus olan Mücəkabad malikanəsi üstündə əl-Bab əmiri ilə müharibəyə başladı. Şirvanşah bu müharibədə məğlubiyyətə uğradıqdan sonra əl-Bab hakimi h.421 (1030)-cı ildə Şirvanşah torpaqlarına basqın edərək onun ərazisindəki bir çox yaşayış məntəqəsini dağıtdı. === Rusların yürüşü === 1030–cu ildə ruslar Şirvana basqın etdilər. H.421 (1030)-ci ildə Bakı yenidən otuz səkkiz gəmi ilə yürüş edən rusların hücumlarına məruz qaldı. I Mənuçöhr ibn Yəzid onları Bakuya (Bakı) yaxınlığında qarşıladı. Ruslarla vuruşmada çoxlu Şirvanlı, o cümlədən zadəganlardan Əhməd ibn Xasskin (Xasstəkin) həlak oldu.
Qubad ibn Yezid
Qubad ibn Yəzid – Şirvanşahlar dövlətinin on üçüncü hökmdarı, Şirvanşah Yəzid ibn Əhmədin oğlu. == Fəaliyyəti == Şirvanşah Əbu Mənsur Əli ibn Yəzidin ölümündən (1043) sonra hakimiyyətə onun qardaşı Qubad ibn Yəzid gəlmişdir. Hələ Şirvanşah Əbu Mənsurun hökmranhğı dövründə Şirvanşahla hərbi rəislər arasında çəkişmələr davam edirdi. H.436 (1044)-cı ildə əl-Bab əmiri ilə hərbi rəislər arasında nifaq düşdü. Onlar əmirin üstünə hücum çəkdilər, onun arvadı Şəmkuyyəni ələ keçirib qardaşı Şirvanşah Qubadın yanına göndərdilər. Qubad Şəmkuyyəni qalaya saldı, lakin sonra azad etdi və h.437 (1045)-cı ildə ərinin yanına qaytardı. Elə həmin il Qubad türk oğuzların hücumundan qorxaraq paytaxtı Yəzidiyyənin ətrafına yonulmuş daşdan möhkəm qala divarı çəkdirdi və dəmir qapı qoydurdu. Qubad altı il səltənət sürüb h.441-cı il səfər ayının 24-də (28 iyul 1049) öldü. == Ailəsi == Atası Yəzid ibn Əhməd. Şirvanşah (991-1027) və Dərbənd əmiri (1019-1021).
Salar ibn Yezid
Salar ibn Yəzid – Şirvanşahlar dövlətinin on beşinci hökmdarı, Şirvanşah Yəzid ibn Əhmədin oğlu. == Fəaliyyəti == Şirvanşah Buxtnassar Əli ibn Əhmədin hakimiyyətinin birinci ilində onun əmisi Salar ibn Yəzid hakimiyyət çevrilişi edərək Şamaxı qalasını ələ keçirmişdir. Şamaxı qalasının süqutundan sonra Şirvanşah Buxtnassar Şirvanı tərk edərək Arrana qaçmış və Beyləqan yaxınlığında əmisi Salar ibn Yəzidin döyüşçüləri tərəfindən ələ keçirilərək ölüdürülmüşdür. Münəccimbaşının məlumatına görə Salar h.445 (1053)-ci ildə Malu (Maluğ) qalasını tutaraq möhkəmləndirmiş, orada qarnizon yerləşdirmiş, ərzaq və silahla təchiz etmişdi. O, qalanın yaxınlığında ətrafında istehkamlar qurulmuş şəhər (mədinə) saldırmış, oraya əhali köçürmüş və cümə məscidi tikdirmişdi. Salar "kafirlərlə", ehtimal ki, (Dağıstanın islamı qəbul etməyən əhalisi ilə) müharibəni davam etdirmiş və Şirvanı onların basqınlarından qorumuşdur. O, on beş il hökmranlıq etdikdən sonra h.455-ci il, şənbə günü səfər ayının 18-də (20 fevral 1063) ölmüşdür. Salar Şəddadi Əbüləsvar Şavur ibn Fəzllə qohumluq münasibətlərində olmuş, onun qızı ilə evlənmişdir. Onun adına üzərində dörd sətirlik yazı olan sikkə zərb edilmişdir. "Məhəmməd Rəsulullah!
Xalid ibn Yezid
Xalid ibn Yezid ibn Muaviyyə — Əməvilər sülaləsindən olan üçüncü ərəb xəlifəsi Yezidin oğlu. Vəliəhd. Xalid ibn Yəzid əş-Şeybani — Ərəb Xilafətinin Azərbaycan və Ərməniyyə hakimi.
Yezid bin Müaviyə
Yezid bin Muaviyə (646, Dəməşq, Rəşidi xilafəti – 11 noyabr 683, Dəməşq, Əməvilər xilafəti) — Əməvilər sülaləsindən olan ikinci ərəb xəlifəsi (680), I Müaviyənin birinci oğludur. Üç il hakimiyyətdə olmuşdur. Hakimiyyətinin birinci ilində — 680-ci ildə baş vermiş Kərbəla döyüşündə I Yezidin göndərdiyi qoşunla İmam Əlinin oğlu, Məhəmməd peyğəmbərin nəvəsi İmam Hüseynin dəstəsinin üzvlərini qətlə yetirmişlər. İkinci ilində Mədinəyə qoşun göndərmiş və şəhəri talan etmişdi. == Həyatı == Yezid 646-cı ildə Suriyada Osman (644-656) dövründə Suriyanın o zamankı hökmdarı Müaviyə ibn əbu Sufyanın və güclü Banu Kalb qəbiləsinin lideri Bəhdəl ibn Unaifin qızı Maysunanın ailəsində anadan olmuşdur. Yezid Ana qohumları ilə birlikdə böyüdü. Yezid kobud nəvəsib, qəddar, sərt, spirtli içki qəbul etmiş və günah işlətmişdi. == Ölümü == Yezid 12 noyabr 683-cü ildə 35 ilə 39 yaş arasında Huvvarində öldü. Oğlu II Müaviyə xəlifə oldu. Ancaq gücü Suriyanın yalnız bəzi bölgələri ilə məhdudlaşdı və bir neçə ay sonra bilinməyən bir xəstəlikdən öldü.
Yezid ibn Muaviyə

Yezid ibn Məzyəd
Yəzid ibn Məzyəd – Ərəb Xilafətinin Ərməniyyə və Azərbaycanda hakimi, sonradan Şirvanşah rütbəsi qəbul edərək müstəqil Şirvanşahlar dövlətinin əsasını qoymuş Məzyədilər sülaləsinin banisi. == Qəbiləsi == Tam adı "Yəzid ibn Məzyəd ibn Zaidə ibn Abdullah ibn Zaidə ibn Matər ibn Şureyx ibn Əmr ibn Qeys ibn Şureyxbil ibn Humam ibn Murra ibn Zül ibn Şeyban" olmuşdur və Şeyban tayfasına mənsub idi. Orduda yüksək yerlərə əmisi Məan ibn Zaidə sayəsində gəlmişdir. İlk dəfə Sistanda hərbi xidmətə başlayan Yəzid xəlifə əl-Mehdi dövründə (775-785) Xorasanda üsyan yatırtmış, 782-ci ildə Harun ər-Rəşidin başçılığı ilə Bizansa qarşı müharibədə döyüşmüşdür. əl-Hadinin Cürcan hakimliyi dövründə ona sadiq olmuş, bu sədaqəti müqabilində Ərməniyyə hakimliyi ilə təltif olunmuşdu. == Fəaliyyəti == Xəlifə Harun ər-Rəşidin Ərməniyyə və Azərbaycana hakim təyin etdiyi Əli ibn İsa ibn Məhana qarşı müxtəlif şəhərlərdə üsyanlar verirdi. Yəqubi qeyd edir ki, "buraya gələn Əli özünü pis apardı, buna görə də Şirvan əhli onun əleyhinə üsyan qaldırdı və ölkədə çaxnaşma düşdü". Belə olduqda xəlifə 787 – ci ildə yenidən Yəzid ibn Məzyəd əş Seybanini Ərminiyyə və Azərbaycana hakim təyin etdi. O, üsyanı yatırtdı və ölkədə qayda-qanun yaratdı. 794-cü ildə Şeyban tayfasından başqa bir üsyançı olan xarici Valid ibn Tarifi məğlub etdi və öldürdü.
Yezid ibn Əhməd
Yəzid ibn Əhməd (Şamaxı – noyabr 1027, Şamaxı) – Şirvanşahlar dövlətinin onuncu hökmdarı, Əhməd ibn II Məhəmmədin oğlu, Kəsranilər sülaləsinin əsasını qoymuş Şirvanşah Mənuçöhr ibn Yəzidin atası. == Fəaliyyəti == Şirvanşah Məhəmməd ibn Əhmədin ölümündən sonra hakimiyyətə qardaşı Yəzid ibn Əhməd keçdi. Bu hadisələrdən və hakimiyyətin dəyişilməsindən istifadə edən əmir Məymun II dəfə Dərbəndi tutaraq, cəmi bir il beş ay əvvəl, Şirvanşah Məhəmməd ibn Əhmədin vaxtında tikilmiş orta (köndələn) divarı (Əs-sür əl-vəstani) dağıtdı. Yəzidin hökmranlıq illəri onun öz dövlətinin ərazisini qoşunlarının hesabına genişləndirmək məqsədilə apardığı feodal ara müharibələri ilə əlamətdardır. H.382 (992)-ci ildə Qəbələ rustaqında şirvanlılarla şəkərlilər (şəkililər) arasında şiddətli vuruşma baş verdi. Döyüşdə Şirvanşahın vəziri Müsəddin ibn Həbəşi öldürüldü, onunla birlikdə Şirvan qoşununun adlı-sanlı 400 süvari əsgəri həlak oldu. Şirvanşah Yəzid ibn Əhmədin hakimiyyəti onunla əlamətdar idi ki, o, dövlət işlərini təkbaşına idarə etmir, bütün dövlət işlərini bərdəli Abbasın oğlanları Ədb ül-Əziz və Əbd ül-Səmədə həvalə edir, yalnız onların məsləhəti ilə qərar çıxarırdı. H.389 (999)-cu ildə Şirvanşah Yəzid Qəbələnin hakimi, Gürzül qalasının sahibi Əbd ül-Bərr Ənbəsə ilə müharibə edərək, Gürzül qalasını onun əlindən aldı. Bundan sonra elə həmin il Şirvanşah Zirkiyyə (daha doğrusu, Rizkiyyə) mülkünə sahib olmaq üstündə Dərbənd əmiri Ləşkəri ibn Məymunla vuruşdu lakin uğur qazana bilmədi. Ləşkəri Şəbərana yürüş etdi.
Məcid Məcidi
Məcid Məcidi (17 aprel 1959, Tehran) — İran kinorejissoru. == Yaradıcılığı == Məcid Məcidin filmlərinin əsas qəhrəmanları uşaqlar, bir də qırmızı balıqlardır. Məcidi filmlərində uşaq dünyasını ifadə oluna biləcəyindən də artıq səmimi açıb göstərə bilir. == Filmoqrafiyası == Ata (film, 1996) İlahi rəng “Sərçələrin nəğməsi” / “Avaze gonjeshk-ha”/ “The song of sparrows” (2008) “Cənnətin rəngi” / “Rang-e khoda”/ “The color of paradise” (1999) “Səma uşaqları” / “Bacheha-Ye aseman” / “Children of heaven” (1997) – Oskar mükafatına namizəd göstərilib “Söyüd ağacı” / “Beed-e majnoon” / “The willow tree” (2005) Yağış Məhəmməd: Allahın elçisi(2015) == İstinadlar == == Xarici keçidlər == Majid Majidi'in resmi websitesi Arxivləşdirilib 2008-03-30 at the Wayback Machine "Cinema-Şərq". //"Cinema News" jurnalı.- 2008.- iyun.- səh. 38.
Məzidə Qadınəfəndi
Məzidə Qadınəfəndi (d. 3 mart 1869 — ö. 21 yanvar 1909) — 34. Osmanlı sultanı II Əbdülhəmidin altıncı xanımı. == Həyatı == Məzidə xanım 1869-cu ildə əslən abxaz olan Kaymat bəy Mikanba və Fəryal Marşanın qızı olaraq dünyaya gəlmişdir. Əminə Nazikəda xanımın anası Fatma Aredbanın qohumu idi. Çox kiçik yaşlarında Ulduz sarayına xidmət etməsi üçün saraya təslim edildi. Bu illərdə Sultan Əbdülhəmidin nəzərini cəlb etmiş, 2 fevral 1885-ci ildə Ulduz sarayında evlənmişdi. Bir il sonra 19 dekabr 1886-cı ildə Sultan Əbdülhəmidin ən sevimli oğlu olan Mehmed Burhanəddin Əfəndini dünyaya gətirdi. Ulduz sarayı parkındakı kiçik köşkdə yaşamağa başlayan Məzidə xanım, ərinin devrilməsindən 3 ay əvvəl 21 yanvar 1909-cu ildə uzun zamandır əziyyət çəkdiyi mədə xəstəliyindən vəfat etdi.
Qəmərülmülk Vəziri
Qəmərülmülk Vəziri (1905–1959) – İranın ilk qadın müğənnilərindən biri. == Həyatı == Qəmərmülk 1905-ci ildə Qəzvin vilayətinin Takestan şəhərində anadan olmuşdu. Kiçik yaşlarında valideynlərini itirmişdi. Nənəsi Molla Xeyrənsə xanımın himayəsində böyümüşdü. Molla Xeyrənsə onu özü ilə aşura məclislərinə aparırdı. Burda o, ilk dəfə rövzəxanlıqla tanış olur. Evdə bu stildə oxumağa başlayır. Gözəl səsini duyan qonşular ona Tehrana getməyi tövsiyə edirlər. Qəmərülmülk Tehranda tez bir zamanda məşhurlaşır. Toylarda oxuyan Qəmərülmülkü ney ustası Mürtəza Neydavud kəşf edib cilalayır.
Rəbbi Rəşidi
Rəbbi Rəşidi — Təbrizdə yerləşən tarixi bina. Bina qədim zamanlar universitet idi.
Rəşidi xilafəti
Rəşidi Xilafəti (ərəb. الخلافة الراشدة‎) - İslam tarixində ilk 4 xəlifə – "Doğru idarə edilən" və yaxud "Rəşid xəlifələr" dövrünü əhatə edən müştərək bir termindir və Məhəmməd peyğəmbərin ölümündən sonra, 632-ci ildə əsası qoyulmuşdur (Hicri təqvimi ilə 11-ci il). Dövrünün zirvəsində, Xilafət şimalda Ərəbistan yarımadası və Levantdan Qafqaza qədər, qərbdə Misirdən indiki Tunis ərazisinə, şərqdə isə İran yaylağından Mərkəzi Asiyaya qədər uzanan geniş bir imperiyanı əhatə edirdi. Bu cəhətdən, Xilafət öz torpaq sahəsi ilə tarixin bu günə qədərki ən Böyük İmperiyası idi. == Mənşəyi632-ci ildə, Məhəmməd Peyğəmbərin vəfatından sonra, ailəsinin başı onun dəfn mərasiminə qarışdığı bir zamanda, Mədinə ənsarları müsəlmanları idarə etmək üçün peyğəmbərin yerinə kimin ķeçəcəyini müzakirə ətdilər. Ömər və Əbu Übeydə ibn əl-Cərrah Əbu-Bəkrə öz sədaqətlərini vəd etdilər. Beləliklə, Əbu-Bəkr əs-Siddiq ilk "Xəlifə-i Resul-il-Lah" — "Allahın Rəsulu"nun davamçısı və ya xəlifə oldu və İslamın təbliği uğrunda mübarizəyə başladı. Əbu-Bəkr başlıca olaraq, Məhəmmədə sədaqət vəd etmələrinə baxmayaraq, ona heç nə borclu olmadıqlarını iddia edən ərəb qəbilələrini tabe etməli olacaqdı. Bir xəlifə olaraq Əbu-Bəkr hökmdar deyildi və nə o, nə də onun 3 xələfi belə bir titul tələb etmirdi. Daha dəqiq desək, onların seçilməsi və hökmranlığı bacarığa əsaslanırdı. ==
Süleyman Rəşidi
Süleyman Rəşidi (Süleyman Həsən oğlu Əliyev; 25 may 1927 – 21 fevral 2003) — Azərbaycan dramaturqu. == Həyatı == Süleyman Rəşidi 1927-ci ildə mayın 25-də Naxçıvan şəhərində anadan olmuşdur. Uşaqlıq illəri doğma Naxçıvan şəhərində keçmişdir. Təhsilini davam etdirmək ücün 1951-ci ildə Bakı şəhərinə köçmüş və həmin ildə orada Azərbaycan Politexnik İnstitununa daxil olmuşdur. 1956-cı ildə institutu bitirərək mühəndis ixtisası üzrə uzun illər çalışmışdır. == Yaradıcılığı == Süleyman Rəşidinin yaradıcılığı ömrünün uzun illərini əhatə edir. Öz yazıçılıq fəaliyyətini mühəndis sənətinə paralel qoyaraq, uzun illər bu iki bir-birindən fərqli peşələri uğurla davam etdirmişdir. Buna görə Süleyman Rəşidi sənət dairələrində mühəndis-dramaturq kimi tanınıb. Süleyman Rəşidi yaradıcılığına demək olar ki, gənc yaşlarından başlamışdır. Üç qardaşı və bir bacısı olan gəncin uşaqlığı Böyük Vətən müharibəsi illərinə təsadüf edib.
Beziki
Beziki - İrəvan quberniyasının Eçmiədzin qəzasında kənd adı. == Toponim == Beziki - İrəvan quberniyasının Eçmiədzin qəzasında kənd adı. Orta əsrlərdə Ermənistanda yaşamış kürd mənşəli Paziki tayfasının adını əks etdirir. XIX əsrdə Türkiyədə Beziki kürd tayfası olmuşdur. İranda XIX əsrdə Zəngənə adlı kürd mənşəli tayfanın da bir qolu Bazuki adlanırdı. Bax: Baziki.
Yazıçı
Yazıçı və ya yazar — ideyaları çatdırmaq üçün fərqli üslublar və texnikalarla yazılı sözlərdən istifadə edən insan. Yazıçılar ədəbi sənətin fərqli formlarını və romanlar, hekayələr, kitablar, poeziyalar, səfərnamələr, pyeslər, ssenarilər, teleskriptlər, mahnılar və esselər kimi kreativ yazı işləri, habelə ictimaiyyət üçün maraqlı ola biləcək hesabatlar və məqalələr ərsəyə gətirirlər. Yazıçıların işləri medianın böyük bir hissəsində yayımlanmaqdadır. İdeyaları yaxşı bir şəkildə çatdırmaq məqsədilə dildən məharətlə istifadə edə bilən yazıçılar çox vaxt bir cəmiyyətin mədəniyyətinə önəmli töhfələr verir. Əksər hallarda yazıçı sözü əsərlərini nəsr, şair isə əsərlərini nəzm ilə yazan müəlliflərə ithaf edilir. Yazıçılar uydurma və uydurma olmayan bir çox janrda əsərlər yazıb-yarada bilər. Bəzi yazıçılar isə öz fikirlərini multimedia — qrafika, illüstrasiya və s. ilə zənginləşdirirlər. Öz fikirlərini çatdırmaq üçün onlar nadir hallarda hətta musiqidən də faydalana bilərlər. Bunlardan başqa, şifahi ənənədən istifadə edən bir sıra yazıçılar da mövcuddur.
Yeddi
Yeddi — say sistemində rəqəm və eyni zamanda ədədlərdən biridir. Altıdan sonra, səkkizdən əvvəl gəlir. Yeddi rəqəmi müxtəlif xalqlar arasında müqəddəs rəqəm sayıldığından bu rəqəmlə başlayan çox söz birləşmələri və rəv ayətləri var. Məsələn: Yeddi oğul istərəm, yeddi samuray və s. == Ümumi məlumat == Bir sıra xalqların folklorunda, yazılı abidələrində, ayin-mərasimlərində, inam-etiqadlarında, məişətlərinin bütün sahələrində yeddi sayı qədər fəal olanı yoxdur. Elə bu səbəbdəndir ki, yeddi sayının insanın maddi və mənəvi həyatındakı həm real, həm də sehrli mövqeyi və rolundan, təbiət mövcudluqları ilə əlaqəsindən qədərincə danışılmış, yazılmışdır. Şumerlərdə yeddi sayını bildirən işarə, eyni zamanda kainatın da işarəsi imiş. Belə ki, onların ucaltdıqları yeddi pilləli qüllə, sən demə, əslində yeddi səyyarənin, həftənin yeddi günün, yeddi böyük tanrının, yeddi küləyin, yeraltı dünyanın qapısının simvolu imiş. Hind kahinlərinin bildirdiyinə görə, ruhlar aləmi və materiya yeddi qütbdən ibarətdir. Kainat yeddi dairəyə bölünür, insanda yeddi fəaliyyət başlanğıcı var, ruh uşağın canına onun yeddi yaşı tamam olduğu vaxtdan hamilik etməyə başlayır, insanın bədənindəki əzalarda hər yeddi ildən bir dəyişmələr gedir.