Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
II Fərrux Yasar
II Fərrux Yasar – Şirvanşahlar dövlətinin qırx ikinci, Şirvanşah II İbrahimin oğlu. == Fəaliyyəti == Bu şirvanşah adından kəsilmiş sikkə tapılana kimi elm aləminə bəlli deyildi. 1934-cü ildə Salyandan Bakıya II Şeyx İbrahim və II Xəlilülahın adından Şamaxıda kəsilmiş 906 gümüş Şirvanşah sikkəsindən ibarət dəfinə gətirilmişdir. Onların arasında h.934 (1527/8)-cü ildə Y. A. Paxomovun fıkrincə, "başqa mənbələrdən məlum olmayan"' II Fərrux Yasarın adından kəsilmiş bir sikkə də var idi, lakin Fərrux Yasar ibn Şeyxşahın adı Şahruxun atası kimi, Həsən bəy Rumlu və Münəccimbaşıda – "Şahrux ibn Sultan Fərrux ibn Şeyxşah", Cənnabidə – "Şahrux ibn Fərrux Mirzə", Şərəf xan Bidlisidə -"Şahrux ibn Fərrux Yasar" – çəkilir. Beləliklə, yazılı mənbələrə görə, Fərrux Yasar, yaxud Sultan Fərrux Şeyxşahın oğlu, II Xəlilüllahın qardaşı və Şahruxun atasıdır. Fərrux Yasarın adı çəkilən h.934 (1527/8)-cü ilə aid eynilə belə bir sikkə 1935-ci ildə Bakıda tapılmış, II Xəlilüllah və Şahrux adından Şamaxıda kəsilən xırda gümüş Şirvanşah sikkələri dəfinəsində (459 nüsxə) aşkara çıxarılmışdır. Numizmatik məlumatlar göstərir ki, II Fərrux Yasar h.934 (1527/8)-cü ildə Şirvanda hakimlik edən və Şamaxıda sikkə zərb etdirən qardaşı Şirvanşah II Xəlilüllahla eyni vaxtda pul kəsdirmişdir. Ehtimal ki, həmin vaxt Şah İsmayılın ölümündən istifadə edən Fərrux Yasar hakimiyyəti qardaşı Şirvanşah II Xəlilüllahdan qəsb etmişdir. Münəccimbaşının əsərində buna işarə edilir. O, xəbər verir ki, "Şah İsmayılın qızına evlənən Sultan Xəlil ibn Şeyxşah onun himayəsinə nail oldu.
I Fərrux Yasar
Fərrux Yasar (2 iyun 1441, Bakı – 1500, Şamaxı) — Şirvanşahlar dövlətinin otuz altıncı hökmdarı, Şirvanşah I Xəlilullahın oğlu. == Fəaliyyəti == === Siyasi vəziyyət === I Fərrux Yasar çox qarışıq siyasi proseslərin baş verdiyi dövrdə hakimiyyətdə olmuşdur. Qaraqoyunlu dövləti 1468-ci ildə Uzun Həsən tərəfindən büsbütün darmadağın edildikdən sonra onun yerində Ağqoyunlu dövləti bərqərar oldu. Uzun Həsən Cənubi Azərbaycanı və Qarabağı tutdu, Təbriz Ağqoyunlu dövlətinin paytaxtı oldu. Uzun Həsənin hərbi uğurları və onun qonşuluğunda olan Şirvana hücum etmək təhlükəsi atası Xəlilüllahın ölümündən sonra h.869 (1465)-cü ildə taxta çıxmış Fərrux Yasarı Uzun Həsənə münasibətini, ata və babasının Teymurilərə arxalanmaq mövqeyini dəyişdirməyə məcbur etdi. === Fateh Sultan Mehmedlə münasibətlər === Fərrux Yasar hakimiyyətinin ilk illərində diplomatik münasibətlər yaratmaq məqsədilə bir sıra ölkələrə elçilər göndərdi. Şirvanşah atası Xəlilüllah kimi, h.857 (1453)-ci ildə Konstantinopolu tutmuş və Bizans imperiyasını dağıtmış qüdrətli türk sultanı II Mehmet Fatehlə (1451- 1481) ittifaq bağlamağa çalışırdı. 1465-ci ildən azacıq sonra Fərrux Yasar öz elçisi "Xələf əl-üməra və-1-əkabir" (əmir və əyan-əşrafların müavini) Ziyaəddin Yusif bəyi qiymətli hədiyyələrlə İstanbula göndərmişdi. Şirvanşahın şəxsi taciri (ustadan xasse humayun) Şirvan taciri Xacə Yar Əhməd Şirvanidən 2 qızıl külçəsi almışdı. Şirvanşah sultana özünə zireh sifariş etmək üçün yuxarıda adı çəkilən tacirdən alınmış 7400 dirhəm (23 kq 680 q.) qızıl və gümüş göndərmişdi.
Şahrux ibn Fərrux Yasar
Şahrux ibn II Fərrux Yasar – Şirvanşahlar dövlətinin qırx üçüncü hökmdarı, Şirvanşah II Fərrux Yasarın oğlu. Şirvanşah Şahrux Şirvanşahlar dövlətinin son hökmdarıdır. Onun 1538 – cu ildə Təbrizdə Azərbaycan Səfəvilər dövlətinin şahı I Təhmasib tərəfindən öldürülməsi ilə Şirvanşahlar dövləti və xanədanı süqut etmişdir. == Fəaliyyəti == Özündən sonra vərəsəsi olmayan II Xəlilullah h.942 (1535)-ci ildə öldükdən sonra Şirvanın feodal əyanları Fərrux Yasarın oğlu və Şeyxşahın nəvəsi on beş yaşlı Şahruxu təcili Dağıstandan Şamaxıya gətirərək Şirvanşahlar taxtına oturtdular. h.942 (1535/6)-ci ildə Şamaxıda Şahruxun adından gümüş sikkə kəsilmişdir. Bu dövrdə Dərbəndi Şirvanşahlar xanədanı tənəzzülə uğradı. Şirvanda hakimiyyət, əslində dövləti azyaşlı Şahruxun adından idarə edən feodal zadəganlarının – başda vəkil Hüseyn bəy Lələ olmaqla, Şirvan əmirlərinin əlində idi. Mənbələrdə heç bir qayda-qanun qalmamış Şirvanda feodal zülmü və özbaşınalığından, xalq kütlələrinin ağır vəziyyətindən, "ölkədə açıq-aşkar ictimai hərc-mərclik yaranmasından" xəbər verilir. === Şirvanda üsyan === Tezliklə, h.944 (1537)-cü il qışın əvvəllərində Şirvanda özünü Şeyxşahın oğlu Sultan Məhəmməd adlandıran qələndəri başçılığı ilə xalq kütlələrinin üsyanı başlandı. O, başına saysız-hesabsız dəstələr toplayaraq Salyanı tutdu və Şamaxıya doğru hərəkət etdi.
Qaşdar Əliyev
Qaşdar Əliyev (17 oktyabr 1941, Keçili, Şahbuz rayonu – 21 mart 2016) — Azərbaycan Respublikasının əməkdar təbiəti mühafizə işçisi (1992), SSRİ XTNS laueratı, akademik Həsən Əliyev mukafatcısı; Azərbaycan Təbiəti Mühafizə Cəmiyyəti Mərkəzi Şurasının üzvü; Naxçıvan Muxtar Respublikası Şahbuz Rayon Müharibə, Əmək, Hüquq-Mühafizə və Silahlı Qüvvələr Veteranları Şurasının məsul katibi, Jurnalistlər Birliyinin üzvü. == Həyatı == 17 okyabr 1941-ci ildə Naxcıvan MSSR-in Şahbuz rayonunun Kecili kəndində anadan olmuşdur. 1960-cı ildə Naxcıvan Kənd Təssərüfatı Texnikumunu, 1968-ci ildə AKTİ-un aqranomluq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1969-1972-ci illərdə Azərbaycan Elmi-Tədqiqat Tərəvəzçilik İnstitutunun əyani aspiranturasında təhsil almışdır. Əmək failiyyəti Şahbuz rayonu ilə bağlıdır. 2 il kolxoz aqranomu, 9 il rayon kənd təsərrüfatı idarəsində baş aqranom, 5 il həmin idarənin rəisi, Aqrar sənaye birliyinin sədri, rayon icraiyyə komitəsinin sədr müavini, 12 il kənd təssərrüfatı işciləri həmkarlar ittifaqı rayon təşkilatının katibi və sədri işləmişdir. Dövri mətbuat və radio-televiziya üçün zəngin yaradıcılıq yolu keçmişdir. 21 mart 2016-cı ildə vəfat etmisdir. == İctimai fəaliyyəti == Azərbaycan və Ümumittifaq Həmkarlar Təşkilatının Bakı və Moskva, ATMC V və VI, Azərbaycan Veteranlarının III qurultayların numayəndəsi olub. == Ailəsi == Cənnət Əliyevin böyük qardaşıdır.
Azad Yaşar
== Həyatı == Azad Yaşar (Fərəcov Azad İlyas oğlu) 10 aprel 1961-ci ildə Bakıda anadan olub. Əli Bayramlı şəhərində böyüyüb, orada orta təhsilini başa vurub. Ali təhsilini Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun Memarlıq fakültəsində alıb. Əli Bayramlı şəhərində baş memar, baş rəssam və zavodda dizayn qrupunun rəhbəri vəzifələrində işləyıb. 1993–2001-ci illərdə Rusiyada fəaliyyət göstərən türk inşaat firmasında memar və müdir yardımçısı vəzifələrində çalışıb. 2002–2004-cü illərdə "Space" telekanalında yayınlanan "Gecə kanalı" proqramının bədii redaktoru, 2004–2016-cı illərdə isə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun (DSMF) mətbu orqanı "PENSİYAÇI" qəzetinin baş redaktoru vəzifəsində çalışmışdır.2016–2018-ci illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Sosial həyat" jurnalında məsul katib kimi fəaliyyət göstərmişdir. 1976-cı ildən bədii yaradıcılıqla və tərcümə işi ilə məşğul olur. "Gözlərimin günahı" adlı ilk mətbu şeiri 1980-ci ildə sonralar müasir dövr Azərbaycan demokratik mətbuatının banisi olacaq görkəmli ziyalı Nəcəf Nəcəfovun tövsiyəsi ilə "İnşaatçı" qəzetində çap olunub. Dünya ədəbiyyatını təmsil edən 800-ə yaxın yazarın ən müxtəlif janrlardakı əsərlərini uğurla dilimizə çevirmişdir. Bunların təxminən yarısı ilə Azərbaycan oxucusu ilk dəfə tanış olub.
Ebru Yaşar
Ebru Yaşar (8 avqust 1977)— Türkiyə müğənnisi. == Həyatı == Türkiyənin tanınmış müğənnisi Ebru Yaşar 8 avqust 1977-ci il tarixində Ankarada anadan olub. Musiqiyə qarşı olan boyük sevgisindən kiçik yaşlarından səhnəyə addımlarını atıb. Vaxt keçdikcə səsinin dəyərini daha gözəl bilən sənətçi yaxın dostlarının da məsləhəti ilə albom çıxarmaq istəyini reallaşdırıb. 1995-ci ildə "Bu sahildə" adlı albomunu çıxardıb. Albomun adını daşıyan mahnı hər kəs tərəfindən çox sevilib. Az müddətdə əldə etdiyi nailiyyətə görə eyni ildə Maqazin Qəzetləri Dərnəyi tərəfindən "İlin qadın sənətçisi" mükafatına layiq görülüb. Gün keçdikcə ulduzu parlayan sənətçi 3 il fasilədən sonra — 1998-ci ildə "İdobay" adlı musiqi şirkətiylə işləməyə başlayıb. 1999-cu ildə "Səni anan mənim için doğurmuş" adlı albomunu satışa çıxarıb. Albomuyla fırtınalar əsdirən sənətçi əsasən də albomun adını daşıyan mahnısı sayəsində kiçikdən-böyüyə hər kəsin məhəbbətini qazanıb.
Baydar
Baydar Xan, həmçinin Peta kimi tanınır,Cığatay xanın altıncı oğlu idi. O, 1235–1241-ci illərdə qardaşı oğlu Büri ilə Avropaya yürüş etmişdir. O, Polşaya təyin edilmiş monqol ordusuna Kadan və ehtimal ki, Orda xanla birlikdə komandanlıq etdi. Baydar çoxlu polyakları, rusları, almanları və moraviyalıları məğlub etmişdir. 13 fevral 1241-ci ildə monqollar şaxtalı Vistuladan keçmişdilər. Sandomierz şəhəri alınmışdı və talan edilmişdir. Daha qərbdə, Martın 18-də Orda və Baydar Chmielnik döyüşündə hersoq V Boleslavın (döyüşdə iştirak etmədiyi) komandanlığı altında Polşa ordusu ilə qarşılaşmış, Polyakları ağır məğlubiyyətə uğratmışlar və Boleslav qoşunlarının bir hissəsi ilə Moraviyaya qaçmışdır. Martın 22-də monqollar Krakov qarşısında dayandılar, sakinlərinin çoxu artıq qaçmışdı. Palm bazar günü monqollar şəhəri yandırdılar və qalan insanların çoxunu əsir götürdülər. Daha da qərbə doğru irəliləyən Orda və Baydar Opolenin şərqinə çatdılar və burada II Mieszkonun ordusunu geri çəkilməyə məcbur etdilər.
Candar
Candar, Candari — Gürcüstan Respublikasının Kvemo Kartli mahalının Marneuli bələdiyyəsi ərazisində azərbaycanlıların yaşadığı kənd. Marneulidən 3 kilometr şimalda, dəniz səviyyəsindən 460 metr yüksəklikdə yerləşir. Candar kəndi Marneuli aqlomerasiyasına daxildir. Əhalisi 3118 nəfərdir (2002); əsasən əkinçiliklə məşğuldur. Kənddə Azərbaycan dilində məktəb 1922-ci ildən fəaliyyət göstərir. == Tanınmış şəxsləri == == Mənbə == Azərbaycan Milli Ensiklopediyası. V cild. Bakı, 2014. səh.185.
Daydar
Daydar-i Ülya (İcrud) — İranın Zəncan ostanı İcrud şəhristanının ərazisinə daxil olan kənd. Daydar-e Sofla (İcrud) — İranın Zəncan ostanı İcrud şəhristanının ərazisinə daxil olan kənd.
Kaslar
Kassitlər — Cənubi Azərbaycanda və Luristanda məskunlaşmış qədim maldar tayfaları. Kassitlər özlərini "kaşşu" adlandırırmışlar. Mənbələrdə kassitlərin adı ilk dəfə e.ə. XXIII əsrdə çəkilir. Mənbələrdə kassitlərin məskunlaşdığı ərazi "Kaşşen" adlanır. Bir sıra Azərbaycan tarixçiləri hesab edirlər ki, antik müəlliflərin kaspiləri kassitlərlə qohumdurlar. Azərbaycan türklərinin etnogenezində mühüm rol oynamış türkmənşəli tayfalardan biri də kassilərdir (kaslar). Lakin Azərbaycanda yaşamış digər prototürk etnoslar kimi kassilər (kaslar) də uzun müddət tarixşünaslıqda elamdilli və ya hürridilli kimi tanınmışlar. Onların e.ə. V əsrdən adı çəkilən kaspilərlə qohumluğu güman edilir və yalnız elam dilində cəm bildirən "-p" şəkilçisinə görə kaspiləri elamdilli hesab edirdilər.
Kavdar
Kavdar — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci il noyabrın 4-də Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Kavdar oyk, sadə. Cəbrayıl rayonunun Hacılı inzibati ərazi vahidində kənddir. Arazboyu düzənlikdədir. Tədqiqatçıların ehtimalına görə, kəndin adı qədim türkdilli qovlar tayfasının adını əks etdirir. Peçeneq tayfalarından biri olan qovların adına Tovuz, Sabirabad, İsmayıllı, Samux və b. r-nların toponimiyasında da rast gəlmək mümkündür. Kavdar qovlar etnoniminin yerli tələffüz formasıdır.
NASCAR
Quraşdırılmış Avtomobil Avto Yarışları Milli Assosiasiyası (NASCAR) — Amerikadakı ən böyük avtomobil yarışlarından biri. Həcmcə ən böyük 3 yarış vardır, "Monster Energy NASCAR Cup Series", "the Xfinity Series" və dünya yarış maşınları seriyası( Campaign World Truck Series). Kanada, Meksika və Avropada olduğu kimi, NASCAR 48, ABŞ-də 100-dən çox yolda 1500-dən çox yarışlar keçirilmişdir. Nascarın Yaponiyada keçirdiyi yarışlar əsasən Suzuka və Motegi dövrələrində keçirilir. Nascar yarışları həmçinin eSports şirkətinin " PEAK Antifreeze NASCAR iRacing Series" dövriyəsinin əsas hissəsini təşkil edir. NASCAR şirkəti, 1948-ci ildə Bil Frans tərəfindən qurulmuşdur və 2003-cü ildən bəri onun oğlu Brayn Frans tərəfindən idarə olunur. Şirkət Florida ştatının Daytona Beach şəhərində yerləşir. Beynəlxalq yarışlarda 150-dən çox ölkədə yayımlanır. == Tarixi == === Erkən avtomobil yarışları === 1920-ci və 30-cu illərdə Daytona Beach, 1927 və 1935-ci illər arasında dünya rekordlarının qırıldığı yer kimi tanınır. Rensom Olds və Alexander Winton arasında olan 1903-cü ildəki tarixi yarışdan sonra, bu yürüş sahəsi 15 dən çox rekordların qırıldığı yerə çevrildi.
NASDAQ
NASDAQ (National Association of Securities Dealers Automated Quotations) — rəsmi bir redaksiyası olmayan dəzgah üstü birjalarda (OTC) əməliyyat görən qiymətli kağızlar üçün alqı-satqı qiymətlərinin göstərildiyi avtomatik məlumat şəbəkəsi olaraq Nyu-Yorkda qurulmuş özəl birjadır. 8 fevral 1971-ci ildə NASDAQ fond birjasının əsası qoyulmuşdur. Dünyanın texnoloji birjası olaraq qəbul edilir. == NASDAQ indeksləri == NASDAQ birjasında təkcə yüksək texnologiyalı şirkətlərin səhmləri siyahıya alınmır və buna görə də hər biri iqtisadiyyatın müvafiq sektorundakı vəziyyəti əks etdirən indekslərin bütöv bir sistem yaranıb. Hazırda NASDAQ birjasının elektron sistemində ticarət edilən qiymətli kağızların cari qiymətləri (kotirovkalara) əsasında on üç indeks mövcuddur. === Nasdaq Kompozit (ümumi fond indeksi) === Nasdaq Kompozit indeksi NASDAQ birjasında bütün siyahıya alınmış şirkətlərin səhmləri daxildir (ümumi sayı 5000-dən çox). Bazar dəyərin hesablama üsulu: şirkətin səhmlərinin ümumi sayı bir səhmin cari bazar dəyərinə vurulur. === Nasdaq-100 (fond indeksi) === Nasdaq-100 fond indeksi kapitallaşma üzrə və səhmləri NASDAQ birjasında satılan 100 ən böyük şirkəti əhatə edir. İndeksə maliyyə sektorundakı şirkətlər daxil deyil. 2021-ci ilə olan məlumata görə, Nasdaq-100 fond indeksin ümumi siyahısının 57%-i texnologiya şirkətləridir.
Vardar
Vardar (mak. Vardar, yun. Αξιός) — Makedoniyanın ən uzun, Yunanıstanın əsas çaylarından biri. == Ümumi xarakteriskası == Uzunluğu — 388 km, hövzəsi isə 24 438 км²-dir. Çayın mənbəyi Vrutok kəndi yaxınlığında yerləşir. Mənsəbinin hündürlüyü 683 metrdir. Vardar çayının hövzəsi demək olar ki, Makedoniya ərazisinin üçdə iki hissəsini əhatə edir. Vardar çayı demək olar ki, bütünlüklə dağlıq ərazidən axır. Çayın keçdiyi ərazilərdə ölkənin ən münbüt torpaqların yayılmışdır. == Adının mənası == Vardar sözünün dəqiq mənşəyi haqqında məlumat yoxdur.
Yaddaş
Yaddaş və ya hafizə — informasiyanın toplanması, saxlanması və yenilənməsi üçün beynin funksiyalarından və fəaliyyət növlərindən biri. Bu orqanizmin ətraf mühitə operativ reaksiyası və perspektiv planlaşdırılması üçün lazımdır.
Yaguar
Yaquar (lat. Panthera onca) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinə aid heyvan növü. Yaquar Qərb yarımkürəsinin panter cinsindən olan ən böyük və ən güclü nümayəndəsidir. Yaquarlar, bütün böyük yırtıcı pişiklər arasında ən güclü dişləməyə malikdirlər və onlar özlərindən 4 dəfə böyük heyvanları belə asanlıqla məhv edə bilirlər. Hətta Yaquar, Köpək Balığından belə daha güçlü dişləməyə sahibdir. Güclü çənələri və iti dişləri, yaquarlara qalın timsah dəriləri və hətta tısbağa qabıqlarını belə asanlıqla deşməyə imkan verir. Yaquarın dişləmə qüvvəsi 1500 PSI-dan çoxdur. Hansı ki, meşənin şahı sayılan Şirdə isə bu, Yaquardan 3 dəfə az, 650 PSI-dır. Yaquar hal-hazırda Meksikadan (bəzən ABŞ-nin cənub-qərbində də görülə bilər) Mərkəzi Amerikaa və Paraqvayın cənubu ilə Argentinanın şimalına qədər böyük bir ərazidə yayılmışdır. Xallı pişik fiziki olaraq daha çox leoparda bənzəsə də daha güclü və əzələli quruluşu, davranışı və habitat xüsusiyyətləri ilə pələngə daha yaxındır.
Yanvar
Yanvar — Qriqorian təqvimində ilin birinci ayı, 31 gündən ibarətdir. Bu ad latın sözü olan januarius sözündən götürülmüş və Roma tanrısı Yanusun şərəfinə belə adlandırılmışdır. Antik dövrdə bu ay Roma təqviminin on birinci ayı, Yuli Sezarın təqvim islahatından sonra isə ilin birinci ayı olmuşdur. Psixoloqlara görə bu ay ilin ağır ayı hesab edilir. Braziliyanın Rio de Janeyro şəhərinin adının mənası "Yanvar çayı"deməkdir. Bu adın etimologiyasında portuqalların Quanabara buxtasını məhz yanvar ayında kəşf etmələri durur. Yanvar sözünün ilkin mənası qapı deməkdir. Yanvar ayı başlanğıc,zaman tanrısı olan Yunusun adından götürlmüşdür. Yanus şəkillərdə əks istiqamətlərə baxan ikisifətli insan kimi təsvir olunurdu. Üzünün biri qabağa yəni gələcəyə baxırdısa,digəri arxaya,yəni keçmişə nəzər salırdı.
Yaplar
Yap (özünüadlandırma) və ya yaplı — Yap adasının yerli xalqı, mikroneziyalılar. Ümumi sayı— 500, bəzi mənbələrdə isə — 5 min göstərilir. Etnik baxımdan belaulara daha yaxındılar. Yerli dil — Yap dilidır. İngilis dili daha geniş yayılmışdır. Əsas din - xristianlıqdır. Ancaq yerli inanclarda üstünlük təşkil edir. == Mənşəyi == Formalaşmasını avstroneziya xalqları ilə bağlasalarda, yayılma mexanizmi tam öyrənilməyib. Aid olduğu yap dili mikroneziya dilləri daxilində ərimiş. Antropoloji və linqvistik baxımdan yaplar daha çox melaneziya ilə bağlıdır.
Yaquar
Yaquar (lat. Panthera onca) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinə aid heyvan növü. Yaquar Qərb yarımkürəsinin panter cinsindən olan ən böyük və ən güclü nümayəndəsidir. Yaquarlar, bütün böyük yırtıcı pişiklər arasında ən güclü dişləməyə malikdirlər və onlar özlərindən 4 dəfə böyük heyvanları belə asanlıqla məhv edə bilirlər. Hətta Yaquar, Köpək Balığından belə daha güçlü dişləməyə sahibdir. Güclü çənələri və iti dişləri, yaquarlara qalın timsah dəriləri və hətta tısbağa qabıqlarını belə asanlıqla deşməyə imkan verir. Yaquarın dişləmə qüvvəsi 1500 PSI-dan çoxdur. Hansı ki, meşənin şahı sayılan Şirdə isə bu, Yaquardan 3 dəfə az, 650 PSI-dır. Yaquar hal-hazırda Meksikadan (bəzən ABŞ-nin cənub-qərbində də görülə bilər) Mərkəzi Amerikaa və Paraqvayın cənubu ilə Argentinanın şimalına qədər böyük bir ərazidə yayılmışdır. Xallı pişik fiziki olaraq daha çox leoparda bənzəsə də daha güclü və əzələli quruluşu, davranışı və habitat xüsusiyyətləri ilə pələngə daha yaxındır.
Yaylar
Yaylar — maşınqayırmada çox geniş tətbiq olunan maşın hissəsidir, Onlar zərbə və təkan yüklərini yumşaltmaq, enerjini yığmaq və tədriclə işçi mexanizmə ötürmək (məsələn, saat mexanizmində), qüvvəni ölçmək (dinamometrlərdə, tərəzinin yayı), sıxıcı qüvvə yaratmaq (tormozlarda)və s. funksiyaları yerinə yetirmək üçün istifadə olunur. == Növləri == === Deformasiyasına görə: === Dartılmaya; Sıxılmaya; Burulmaya Əyilməyə işləyən yaylar === Konstruksiyasına görə: === Vintvari silindirk; Konusvari; Teleskopik; Nimçəvarı; Halqavarı; Çubuqşəkilli; Yastı spiral; Təbəqəli — ressorlar. === Xarakteristikasına görə: === Sabit; Dəyişən sərtlikli; Daxili sürtünməsiz; Daxili sürtünməli. == Mənbə == Kərimov Z.H. Maşın hissələri və yükqaldırıcı-nəqledici maşınlar. Ali texniki məktəblər üçün dərslik. II nəşri — Bakı, "Maarif", 2002, 596 səh.
Yağdan
Yağdan (erm. Յաղդան) — Ermənistan Respublikasının Loru mərzində kənd. Kənd 1818–1821–ci illərdə Osmanlı İmperiyasından köçürülmüş yunanlar tərəfindən salınıb. 7 noyabr 1995–ci il tarixində Ermənistan Respublikası Milli Məclisinin qəbul etdiyi və 4 dekabr 1995–ci ildə Ermənistan Respublikasının prezidenti Levon Ter-Petrosyanın təsdiq etdiyi "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında Qanunu" na əsasən "Yağdan bələdiyyəsi"ni (erm. Յաղդան համայնքի) təşkil edir. 12 – 21 oktyabr 2011–ci il siyahıyaalınmasına əsasən kəndin (de-yure) daimi əhalisi 233 nəfərdir.
Yağlar
Yağ — su ilə qarışmayan bir sıra kimyəvi maddələrin qarışığına deyilir. Yağlar üçatomlu spirt olan qliserinin və birəsaslı alı yağ turşularının mürəkkəb efirləridir. belə birləşmələrin ümumi adi triqliseridlərdir. Triqliseridləri əsas etibarı ilə palmitin və stearin, həmçinin olein tuşuları əmələ gətirir. Syearin turşusunun triqliseridi ilk dəfə 1854-cü ildə M.Bertlo tərəfindən sintez edilib Yağlar üç qrupa bölünürlər: piylər, neft məhsulları və efir yağı. Yemək üçün 1 (Qarğıdalı yağı) 2 (günəbaxan yağı)Bəzi hallarda lipofil maddələrin qarışığına (texniki, sintetik yağ) da yağ deyilir. == Fiziki xassələri == təbii yağda normalquruluşlu və cüt karbon atomu olan irimolekullu (C10 -dan C24 dək) alifatik turşular da iştirak edir. Yağlar sudan yüngüldür və onda həll olmur. onlar üzvi həlledicilərdə - benzolda, karbon 4-sulfiddə (CS2), efirdə və s. yaxşı həll olur.
Yekdar
Yekdar — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Yekdar oyk., mür. Quba r-nunun Rustov i.ə.v.-də kənd. Rustov çökəkliyindədir. Kəndin adı Rustov kəndinin keçmiş məhəllələrindən birinin adından yaranmışdır. Kəndin əhalisi isə XVII əsrin axırlarında Xızı mahalının Kovxan kəndindən çıxmış ailələr olmuşlar. Məhəllənin əsasını Kəlbi oğlu Süleyman qoymuşdur. Onun adı ilə kənd əhalisi hazırda süleymanlar da adlanır. Oykonim tat dilindəki yek (bir) və dar (böyük ev, yurd) sözlərindən ibarət olub, “bir yurd” deməkdir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 182 nəfər əhali yaşayır.
Şasnar
Şasnar (fr. Chassenard) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Le-Donjon kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03063. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 935 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 611 nəfər (15-64 yaş) arasında 466 nəfər iqtisadi cəhətdən, 145 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 76.3%, 1999-cu ildə 70.1%). Fəal olan 466 nəfərdən 434 nəfər (231 nəfər və 203 qadın), 32 nəfər işsiz (12 kişi və 20 qadın) idi. Aktiv olmayan 145 nəfər arasında 32 nəfər şagird və ya tələbə, 77 nəfər pensiyaçı, 36 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Yaşar Aksoy
Yaşar Aksoy (1 avqust 1947) Türk şair, tarixçi və yazıçısı. == Həyatı == Yaşar Aksoy İzmir aşiqi olaraq tanınmaqdadır.Anası izmirli tarix müəllimi Zəhra Aksoy,atası Uşaklıdan olan əkinçi Camal Aksoydur. Y.Aksoy 1965-ci ildən etibarən növbə ilə Axşam qəzeti,Türk yolu dərgisi,Demokrat İzmir qəzeti (1971-1979), Yeni əsr qəzeti (1982-2001), Star qəzeti və Hürriyyət qəzetində mədəniyyət müxbiri, mədəniyyət sahəsinin rejissoru, araşdırmaçı və köşə yazarı olmuşdur. Bundan əlavə Aksoy Yeni Tv televiziya kanalında Kultura, Ege Tv televiziya kanalında isə Egedə zaman adlı televiziya proqramlarını hazırlayaraq təqdim etmişdir. Aksoy Beynəlxalq İzmir Araşdırmalar Mərkəzi ilə Çeşmə Sənət Dostları qrupunun qurucusudur. İzmir eli üçün etdiyi mədəni qatqılar səbəbi ilə Qarşıqaya mahalında doğulub böyüdüyü və uşaqlıq illərini keçirdiyi küçəyə və Asansör (Qaradaş) səmtində bir parka yazıçının adı verilmişdir.Yaşar Aksoy İstanbul Texnik Universiteti və Ege Universitetindən mühəndis kimi məzun olmuşdur.Doqquz sentyabr Universitetinin Atatürk qanunu və İnqilab tarixi İnstitunda İnqilab tarixi dərslərini verən Yaşar Aksoy 20 ilə yaxın müddətini Çeşmə tarixi və mədəniyyətini araşdırmağa həsr etmişdir.Çeşmə mahalının arxivini qurmaq üçün çalışmaqdadır. Y.Aksoy 1984 və 1990-cı illər ərzində Çeşmə Beynəlxalq Festival qəzetlərini nəşr etdirmişdir.
Yaşar Aydəmirov
Aydəmirov Yaşar Məhəmməd oğlu — azərbaycanlı hərbçi, general-leytenant. == Həyatı == == Karyerası == Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1994-cü il tarixli, 217 nömrəli Fərmanı ilə ona General-mayor hərbi rütbəsi verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 19 yanvar 2002-ci il tarixli, 662 nömrəli Fərmanı ilə ona General-leytenant hərbi rütbəsi verilmişdir.
Yaşar Babayev
Yaşar Babayev (futbolçu)
Yaşar Baxış
Yaşar Baxış (19 aprel 1966) — Azərbaycanlı rok-musiqiçisi, gitaraçı, səs rejissoru, bəstəkar və aranjimançıdır. == Həyatı == Yaşar Baxış 19 aprel 1966-cı ildə Bakı şəhərində xalq şairi Hafiz Baxış və həkim-nevropatoloq Elmira Rəsulovanın ailəsində doğulmuşdur. Ailəsi Yaşar Baxış doğulduqdan bir neçə ay sonra Sumqayıt şəhərinə köçmüşdür. Yaşar Baxış yeddi yaşında orta məktəbdən əlavə musiqi məktəbinin fortepiano şöbəsində oxumağa başlamışdır. 12 yaşında olarkən, tam şəkildə musiqi təhsilini bitirməmiş, onun fortepianoya olan marağını gitara əvəz edir. Məhz gitaraya olan marağı ona əvvəlcə Sumqayıtda, sonralar isə Bakıda uğur gətirir. Yaşar Baxış "Bez Qrima", "Papa Jack" rok-qruplarının yaradıcısıdır. == Fəaliyyəti == == TV layihələri == == Mükafatları == Siyahıda əksiklik var, tamamlamağa kömək edin.
Yaşar Böyükanıt
Mehmet Yaşar Böyükanıt — (1 sentyabr 1940; İstanbul - 21 noyabr 2019; İstanbul) Türkiyə hərbçisi, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi. == Təhsili və hərbi karyerası == 1959-cu ildə Ərzincan Hərbi Liseyini və 1961-ci ildə Hərbi Akademiyanı, 1963-cü ildə isə Piyada məktəbini bitirib. 1983-1986-cı illər arasında Kuleli Hərbi Liseyinin komandiri və 1986-1988-ci illər arasında Prezident Qvardiyası Alay Komandanlığı vəzifələrində çalışmışdır. 1992-ci ildə general-mayor rütbəsinə yüksəlmişdir. Bu rütbədə 3 il Baş Qərargahın baş katibi və Türk Hərbi Akademiyasının komandiri kimi çalışmışdır. 1996-cı ildə general-leytenant rütbəsinə, 2000-cı ildə ordu generalı rütbəsinə yüksəldilmişdir. 2004-cü ildə Quru Qoşunları komandiri, 31 iyul 2006-cı ildə isə Baş Qərargah rəisi təyin edildi. 30 avqust 2008-ci ildə təqaüdə çıxmışdır. == Siyasi müzakirələr == 9 Noyabr 2005-ci ildə Şemdinli hadisələri zamanı hadisə yerində bomba və silahlarla tutulan gizir Əli Qaya haqqında "onu tanıyırıq, yaxşı oğlandır" demişdi. Onun bu sözləri ilə məhkəməyə təsir etmək istədiyi irəli sürüldü və hadisə ilə əlaqəli prokurorlu iddianaməsində "təşkilat qurmaq, saxta sənədlər vermək və vəzifə səlahiyyətlərindən sui-istifadə etmək" sözləri yer almışdı və Baş qərargah tərəfindən araşdırılmasını istənilirdi.
Yaşar Bünyad
Yaşar Bünyad (tam adı: Əhmədov Yaşar Bünyad oğlu; 10 noyabr 1956, Əngəxaran, Şamaxı rayonu) — azərbaycanlı yazıçı. == Həyatı == Şamaxı rayonunun Əngəxaran kəndində anadan olub. Cəmo Cəbrayılbəyli adına 5 saylı orta məktəbi bitirəndən sonra,əmək fəaliyyətinə başlayıb. Gəmi təmiri zavodunda fəhlə, hərbi xidmətdən qayıtdıqdan sonra "Azərbaycanfilm" kinostudiyasında işləmiş, ailə həyatı qurandan sonra qiyabi təhsilini Azərbaycan Kənd Təsərrüfatı institutunda davam etdirmişdir. 1997-ci ildən 2015-ci ilə qədər Rusiyanın Saratov vilayətində yaşayıb.Ailəlidir.3 oğlu var. == Yaradıcılığı == İlkin yaradıcılığa şeirlə başlayıb. 2010cu ildən hekayələri Azərbaycan mətbuatında yayımlanmağa başlayıb. " İblis busəsi" romanı kitab şəklində geniş oxucu kütləsinə təqdim ediləndən sonra yaradıcılığına önəm verərək daha məhsuldar çalışmağa başlayıb. 9 hekayədən ibarət "Miqrant" kitabı "Çardaq yayımları" tərəfindən nəfis formada nəşr edilib.Daha sonra miqrantların həyatından bəhs edən "Azan gəmilər limanı" povesti Azərbaycan jurnalında ixtisarla çap olandan dərhal sonra kitab kimi oxuculara təqdim olunub və böyük uğur qazanıb. 2020 ci ildə "Bir qələm" nəşriyyat evi "Xoşbəxtlər arasında yaşamaq " adlı hekayələr kitabını çap edərək oxuculara təqdim edib.
Yaşar Büyükanıt
Mehmet Yaşar Böyükanıt — (1 sentyabr 1940; İstanbul - 21 noyabr 2019; İstanbul) Türkiyə hərbçisi, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi. == Təhsili və hərbi karyerası == 1959-cu ildə Ərzincan Hərbi Liseyini və 1961-ci ildə Hərbi Akademiyanı, 1963-cü ildə isə Piyada məktəbini bitirib. 1983-1986-cı illər arasında Kuleli Hərbi Liseyinin komandiri və 1986-1988-ci illər arasında Prezident Qvardiyası Alay Komandanlığı vəzifələrində çalışmışdır. 1992-ci ildə general-mayor rütbəsinə yüksəlmişdir. Bu rütbədə 3 il Baş Qərargahın baş katibi və Türk Hərbi Akademiyasının komandiri kimi çalışmışdır. 1996-cı ildə general-leytenant rütbəsinə, 2000-cı ildə ordu generalı rütbəsinə yüksəldilmişdir. 2004-cü ildə Quru Qoşunları komandiri, 31 iyul 2006-cı ildə isə Baş Qərargah rəisi təyin edildi. 30 avqust 2008-ci ildə təqaüdə çıxmışdır. == Siyasi müzakirələr == 9 Noyabr 2005-ci ildə Şemdinli hadisələri zamanı hadisə yerində bomba və silahlarla tutulan gizir Əli Qaya haqqında "onu tanıyırıq, yaxşı oğlandır" demişdi. Onun bu sözləri ilə məhkəməyə təsir etmək istədiyi irəli sürüldü və hadisə ilə əlaqəli prokurorlu iddianaməsində "təşkilat qurmaq, saxta sənədlər vermək və vəzifə səlahiyyətlərindən sui-istifadə etmək" sözləri yer almışdı və Baş qərargah tərəfindən araşdırılmasını istənilirdi.
Yaşar Bəşirov
Yaşar Bəşirov — Azərbaycan Karate Federasiyası idarə heyətinin üzvü (2023–h.h.); Azərbaycan Milli Karate Federasiyasının sabiq prezidenti (–2023); Dünya və Avropa çempionu, əməkdar idman ustası; "Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi", Milli Olimpiya Komitəsinin üzvü, 8-ci dan qara kəmər sahibi; biologiya elmləri namizədi. Eyyub Bəşirovun oğlu, Xanlar Bəşirovun qardaşıdır.
Yaşar Cəlilov
Yaşar Rəftar oğlu Cəlilov (1 may 1955, Şuşa, DQMV) — Azərbaycan Travmatoloqlar və Ortopedlər Assosiasiyasının prezidenti, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun şöbə müdiri, tibb elmləri doktoru, professor. == Həyat fəaliyyəti == Yaşar Cəlilov 1978-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə fakültəsini bitirib. Yaşar Cəlilov 1978–84-cü illərdə Dağlıq Qarabağ vilayət xəstəxanasında (Xankəndi şəhəri) travmatoloq vəzifəsində işləmişdir.1984-cü ildə Mərkəzi Travmatologiya və Ortopediya İnstitutunda (Moskva) aspiranturaya daxil olmuş və 1987-ci ildə "Сравнительная оценка методов хирургического лечения остеохондроза поясничного отдела позвоночника" ("Onurğanın bel şöbəsinin osteoxondrozunun cərrahi müalicə metodlarının müqayisəli qiymətləndirilməsi") mövzusunda tibb elmləri namizədlik dissertasiyası müdafiə etmişdir.Yaşar Cəlilov 1987-ci ildən Elmi-Tədqqiat Travmatologiya və Ortopediya İnstitutunda kiçik elmi işçi, böyük elmi işçi və 2001-ci ildən elmi bölmə rəhbəri vəzifəsində çalışır. 2005-ci ildə Rusiya Federasiyasının Mərkəzi Travmatologiya və Ortopediya İnstitutunda (Moskva) "Комплексное консервативное и оперативное лечение сколиоза" ("Skoliozun kompleks konservativ və operativ müalicəsi") mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. == Elmi və kliniki tədqiqatlarının əsas istiqamətləri == Y. R. Cəlilovun Elmi və kliniki tədqiqatlarının əsas istiqamətləri: Onurğanın degenerativ xəstəliklərinin ortopedik və cərrahi müalicəsi; onurğa sütununun deformasiyalarının diaqnostikası, ortopedik və cərrahi müalicəsi; ətrafların müxtəlif etiologiyalı travmatik və ortopedik patologiyasının müalicəsinə həsr edilmişdir. Onun elmi-kliniki fəaliyyəti 121 elmi məqalə və 1 metodiki tövsiyədə işıqlandırılmışdır. Y. R. Cəlilov SSRİİ və Azərbaycan Respublikasının 5 Patentinin və 18 səmərrələşdirici təklifin müəllifidir. Elmi məqalələrinin 30-u xarici dövlətlərin aparıcı elmi jurnallarında dərc edilmişdir. == Bəzi elmi əsərlərindən nümunələr == Оперативное лечение поясничного остеохондроза // Ортопедия, травматология и протезирование. М. Медицина.
Yaşar Fərmayıloğlu
Yaşar Fərmayıloğlu (4 sentyabr 1969, Arıqıran, Gədəbəy rayonu) – ifaçı və yaradıcı aşıq. == Həyatı == Yaşar Fərmayıl oğlu Həsənov 4 sentyabr 1969-cu ildə Gədəbəy rayonunun Arıqıran kəndində müəllim ailəsində doğulub. O, ulu mənəvi sərvətimiz olan aşıq1ıq sənətinə hələ 5 yaşında ikən, Seyfəddin Xəliloğlunun həzin ifalarının təsiri ilə gəlib. Yaşar Fərmayıloğlu orta təhsilini 1976-1986-cı illərdə doğma Arqıranda alıb. Orta təhsil aldığı vaxt məktəbin bütün tədbirlərində sazla çıxışlar edib. 1987-1989-cu illərdə hərbi xidmətdə olan Yaşar Fərmayıloğlu, hərbi xidməti bitirdikdən sonra aşıqlıq sənətini peşəkar düzeydə davam etdirib. 2008-ci ildə onun “Sarıtel laylası” adlı audio-kaset və diski işıq üzü görüb. Yaşar Fərmayıloğlu hazırda Bakıda yaşayır və paytaxtda düzənlənən əksər aşıq tədbirlərində çıxış edir. Onun ən çox sevdiyi hava (və özünün “şah ifas”sı) “Sarıtel”dir. Yaşar Fərmayıloğlu yaradıcı aşıqdır, Ailəlidir, iki oğul atasıdır.
Yaşar Gülər
Yaşar Gülər (18 sentyabr 1954, Ərdəhan) — Türkiyənin milli müdafiə naziri, Türkiyə Silahlı Qüvvələrinin generalı, Türkiyə Respublikası Silahlı Qüvvələri Baş Qərargahının 30-cu rəisi (2018-2023). == Həyatı == Yaşar Gülər 1954-cü il yanvarın 1-də Ərdahanda anadan olub. 1972-ci ildə Türkiyə Quru Qoşunları Hərbi Məktəbində təhsil almağa başlayıb. 1974-cü ildə akademiyanı bitirərək hərbi karyerasını qurmağa yönəlib. İlk olaraq, Türkiyə Quru Qoşunlarında xidmətə daxil olub. Yaşar Gülər 10 il ərzində müxtəlif piyada və rabitə birliklərində xidmət etmiş, sonra onlardan birinin komandirliyinə yüksəlmişdir. 1986-cı ildə o, Türkiyənin Hərbi Ordu Kollecini fərqlənmə diplomu ilə bitirərək heyət zabiti rütbəsini aldı. === General rütbəsində === Yaşar Gülər 2001-ci ildə briqada generalı, 10-cu Piyada Briqadasının komandanı, həmçinin Baş Qərargahın Planlaşdırma və Koordinasiya şöbəsinin rəisi vəzifəsinə yüksəlmişdir. 2005-ci ildə diviziya generalı rütbəsinə layiq görülmüşdür. Yaşar Gülərhəmən il Baş Qərargahda xidmət etməyə başlamışdır.
Yaşar Hüseynov
Yaşar Əhəd oğlu Hüseynov (1981, Abdal, Ağdam rayonu) — Xüsusi təyinatlı Qüvvələrin baş giziri, Vətən müharibəsinin iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı. == Həyatı == Yaşar Əhəd oğlu Hüseynov 1981-ci ilin mart ayının 12-də Ağdam rayon Abdal kəndində anadan olub. 1987-ci ildə Ağdam rayon Abdal kənd natamam orta məktəbinə daxil olub. 1992-ci ilə qədər həmin məktəbdə təhsilini davam etdirib. 04.09.1992-ci ildə Abdal kəndi Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunduqdan sonra Bərdə şəhərinə məcburi köçkün kimi məskunlaşıb. Sonra təhsilini Bərdə şəhərində yerləşən Ağdam 11 saylı köçkün orta məktəbində davam etdirib. 1999-cu il may ayında Bərdə şəhərində yerləşən Ağdam 11 saylı orta məktəbi bitirib. 2000-ci il yanvar ayının 14-də Ağdam Rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə cağrılıb. 2000-ci il avqust ayında peşəkar hərbçi olmaq üçün Xüsusi Təyinatlı Qüvvələrin nəzdində olan gizir hazırlığı kursuna qatılaraq oranı 2001-ci ilin mart ayında bitirdikdən sonra XTQ–də xidmətə başlayır. Bir çox döyüş əməliyyatlarında iştirak edib.
Yaşar Həmədani
Əhməd Nik Talab (Adı ilə bilinir:Yawar Həmedani, fars. یاور همدانی‎; 22 aprel 1934, Həmədan – 3 mart 2020, Tehran) — İran yazıçısı və şairi. Harvard Universitetində söylədiyi Saye Sar Alvand adlı kitab Hamadan ləhcəsində qorunub saxlanılır. == Həyatı == 22 aprel 1934-cü ildə Həmədanda anadan olub. İranın fars və türk şairlərindən biridir. 2020-ci ildə Tehranda vəfat edib.
Yaşar Kamal
Yaşar Kamal (türk. Yaşar Kemal, əsl adı türk. Kemal Sadık Gökçeli; 6 oktyabr 1923[…], Göyçədam[d], Türkiyə – 28 fevral 2015[…], İstanbul) — kürd əsilli Türkiyə yazıçısı. == Həyatı == Yaşar Kamal 1923-cü ildə Adananın Osmaniyə ilçəsinin Həmitə kəndində dünyaya gəlib. Orta məktəbdə oxuyarkən şifahi xalq yaradıcılığı ilə maraqlanmağa başlayıb. O dövrdə şeirləri Adana "Xalqevi"nin nəşri olan "Görüşlər" dərgisində çap edilib. Orta məktəbdə sonuncu sinifdə oxuyarkən məktəbi yarımçıq tərk etmək məcburiyyətində qalaraq, fəhlə, düyü tarlalarında suvaran, müəllim, kitabxanaçı kimi işlərdə çalışıb. Eyni zamanda "Ülke", "Kovan", "Millet", "Beşpınar" jurnallarında şeirləri nəşr olunub. 1951-ci ildə İstanbula gələrək "Cumhuriyet" qəzetində müxbir işləməyə başlayıb. "Dünyanın ən böyük təsərrüfatında yeddi gün" başlıqlı reportajına görə Qəzetçilər Cəmiyyətinin Xüsusi Uğur Mükafatına layiq görülüb.
Yaşar Karadağ
Yaşar Karadağ (10 aprel 1976, Aralıq, İğdır ili) — 27-ci çağırış TBMM-in millətvəkili. == Həyatı == 1976-cı ildə İğdır-ın Aralıq qəsəbəsinin Çiftlik kəndində anadan olmuşdur. Ailəlidir, 3 övladı var. == Təhsili == Atatürk Universitetinin Coğrafiya müəllimliyi ixtisasını 1997-ci ildə bitirmişdir. == Siyasi karyerası == Gənclik dövründən MHP-nin üzvü olan Yaşar Karadağ müxtəlif dövrlərdə MHP-nin İğdırdakı təşkilatının rəhbəri və ülkü ocaqlarında müxtəlif vəzifələrdə olmuşdur. === Millətvəkili seçilməsi === AKP və HDP-nin 1 noyabr 2015-ci il seçkilərində hərəsinə bir deputat çıxardığı İğdırda 27-ci çağırış seçkilərdə HDP deputat yerini özündə saxlamağı bacarərkən, AKP yerini MHP-yə uduzdu. Beləliklə də Yaşar Karadağ ilk dəfə olaraq deputat kimi TBMM-yə daxil olmuşdur.
Yaşar Kəlbiyev
Kəlbiyev Yaşar Atakişi oğlu — iqtisadi elmləri doktoru. == Həyatı == 4 aprel 1964 -cü ildə Lerik rayonunun Rəzgöv kəndində anadan olmuşdur. 1989-cu ildə Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) mühəndis-iqtisad fakültəsini fərqlənmə diplomu ilə bitirmiş və 1991-ci ilin yanvarından 1993-cü ilin dekabrına kimi həmin təhsil müəssisəsinin əyani şöbəsinin aspiranturasında təhsil almışdır. 1994-1995-ci illərdə ADNA-da «Maşınqayırma sənayesinin iqtisadiyyatı və idarə edilməsi» kafedrasının assistenti vəzifəsində çalışmış və 1990-cı illərin əvvəllərindən başlayaraq 1995-ci ilə qədər eyni zamanda müxtəlif özəl təşkilatlarda əvəzçiliklə baş mühasib vəzifəsində işləmişdir. 1995-1999-cu illərdə Elm və Təhsil Mərkəzi «Təfəkkür» Universitetində baş iqtisadçı vəzifəsində çalışmaqla yanaşı ADNA-da əvəzçiliklə elmi pedaqoji fəaliyyətini də davam etdirmişdir. 1999-cu ilin dekabrından başlayarq Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar baş idarəsində şöbə rəisi vəzifəsində çalışmışdır. Bu müddətdə AR Vergi Məcəlləsinin ilkin layihəsinin və vergitutma ilə bağlı AR Nazirlər Kabinetinin qərar layihələrinin hazırlanmasında, onun müxtəlif nazirliklərlə razılaşdırılması prosesində, həmçinin iqtisadi sahədə hazırlanan yeni qanunların ilkin layihələrinin hazırlanmasında və onlara rəy verilməsində də iştirak etmişdir. 2001-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) saathesabı üzrə, 2005-ci ildən əvəzçiliklə dosent vəzifəsində elmi-pedaqoji fəaliyyətini davam etdirmişdir. 2002-ci ilin noyabr ayından başlayarq hazırkı vaxta kimi Vergilər Nazirliyinin Tədris Mərkəzinin rəisi vəzifəsində işləyir. 2008-ci ildən ADİU-da «Vergi və vergiqoyma» kafedrasının əvəzçiliklə müdiri vəzifəsini icra edir.
Yaşar Lətifov
Yaşar Aydın oğlu Lətifov (16 iyun 1965, Bakı) — SOCAR-ın yataqların işlənməsi üzrə vitse-prezidenti (2016–2023), Azərbaycan Respublikası Dövlət Neft Şirkəti prezidentinin müşaviri. == Həyatı == Yaşar Aydın oğlu Lətifov 16 iyun 1965-ci il tarixində Bakı şəhərində anadan olmuşdur. == Təhsili və karyerası == 1987-ci ildə İ. M. Qubkin adına Moskva Neft və Qaz İnstitutunu "Neft və qaz yataqlarının işlənməsi texnologiyası və kompleks mexanikləşdirilməsi" ixtisası üzrə bitirərək "Azneft"in 2 saylı Binəqədi Neft-Qaz Çıxarma İdarəsində operator kimi əmək fəaliyyətinə başlamış, daha sonra usta vəzifəsinə keçirilmişdir. 1989-cu ildən etibarən Vyetnam, Rusiya, Böyük Britaniya və Türkiyədə beynəlxalq səviyyəli uzunmüddətli layihələrdə fəaliyyət göstərmişdir. 2012-ci ildən SOCAR prezidentinin müşaviri və "Azəri-Çıraq-Günəşli", "Şahdəniz" layihələrinin aktivləri üzrə SOCAR-ın maraqlarının idarə edilməsi ilə məşğul olan SOCAR "Upstream Management İnternational MMC"nin İcraçı Direktoru vəzifəsində çalışmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 aprel 2016-cı il Sərəncamı ilə SOCAR-ın yataqların işlənməsi üzrə vitse-prezidenti vəzifəsinə təyin olunmuşdur.28 iyul 2023-cü ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə ARDNŞ-nin vitse-prezidenti vəzifəsindən azad edilib.
Yaşar Mehrəliyev
Yaşar Mehrəliyev (tam adı: Yaşar Topuş oğlu Mehrəliyev; 30 sentyabr 1959; Pürülü, Qafan rayonu, Ermənistan SSR) — Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin Kafedra müdiri, riyaziyyat elmləri doktoru, professor. == Həyatı == 1959-cu il, sentiyabrın 30-da Qərbi Azərbaycanın Qafan rayonu, Pürülü kəndində anadan olub. 1966–1976-cı illərdə Qafan rayonunun Gığı kənd orta məktəbində oxuyub. 1977–1982-ci illərdə Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinin əyani şöbəsində təhsil alıb. 1983-cü ildən BDU-da çalışır.Ailəlidir, iki övladı var == Təhsili və elmi adları == 1977–1982, tələbə, mexanika-riyaziyyat fakültəsi, BDU. 1988–1990, dissertant, mexanika-riyaziyyat fakültəsi, BDU. 1994, f.-r.e.n., "Petrovski mənada parabolik olan ikitərtibli tənliklər üçün ümumi sərhəd şərtli tərs məsələlər". 2015, R.ü.e.d., Bir sinif xüsusi törəməli diferensial tənliklər üçün tərs sərhəd məsələsi. == Əmək fəaliyyəti == 2018- h/h, Kafedra mediri 1998–2018, Dekan müavini, Mexanika-riyaziyyat fakültəsi, BDU 1999- h/h, dosent, Diferensial və inteqral tənliklər kafedrası, Mexanika-riyaziyyat fakültəsi, BDU 1988–1999, baş müəllim, Diferensial və inteqral tənliklər kafedrası, Mexanika-riyaziyyat fakültəsi, BDU 1995–1997, müəllim, Diferensial və inteqral tənliklər kafedrası, Mexanika-riyaziyyat fakültəsi, BDU 1985–1995, baş elmi işçi, Diferensial və inteqral tənliklər kafedrası, Mexanika-riyaziyyat fakültəsi, BDU 1983–1985,mühəndis, Hesablama mərkəzi, BDU Apardığı dərslər: Diferensial tənliklər, Riyazi fizika tənlikləri, Xüsusi törəməli tənliklər üçün tərs məsələlər. 202 elmi məqalənin müəllifidir.2 Riyaziyyat üzrə fəlsəfə doktoru yetişdirmişdir == Elmi maraq dairəsi == Riyazi fizika tənlikləri Xüsusi törəməli tənliklər üçün düz və tərs sərhəd məsələləri Diferensial tənliklərin spektral nəzəriyyəsi Qeyri-xətti funksional analiz == Beynəlxalq seminar, sinpozium və konfranslarda iştirakı == 2000,Zəncan, İran: "Tətbiqi riyaziyyat üzrə ikinci beynəlxalq birləşmiş seminar" 2008, Nalçik, Rusiya: "Rusiya-Azərbaycan beynəlxalq Elbrus simpoziumu" 2008, Gəncə, Azərbaycan: " Riyazi nəzəryyələr, onların tətbiqi və tədrisi sahəsində olan problemlər " beynəlxalq konfransı 2011, Самара, Россия: Международная конференция "Дифференциальные уравне¬ние и их приложения" 2011, Kyiv, Ukraine: XV International Conference on Dynamical System Modeling and Stability Investigation 2012, L'viv, Ukraine: International Conference dedicated to the 120-th anniversary of Stefan Banach 2013, Kyiv, Ukraine: XVI International Conference on Dynamical System Modeling and Stability Investigation 2013, Ankara, Turkey: The 12th International Workshop on Dynamical Systems and Applications 2013, Minsk, Belarus: International Conference dedicated to the 95th anniversary of Ye.A. Barbashin 2017, Saransk, Russia: XIII International scientific conference "Differential equations and their applications in mathematical modeling" 2017, Thanyaburi, Thailand: The 2¬nd IEEE International Conference on Science and Technology (TICST 2017) == Əsas elmi əsərlərin adları == Обратная краевая задача для параболического уравнения с нелокальными краевыми условиями. Вестник Бакинского Государственного Университета. Серия физико-математических наук, №1, 1998, с.116–121.
Yaşar Musayev
Yaşar Musayev (tam adı Yaşar Balabəy oğlu Musayev) — Almaniyada qazanılmış "Doktor-mühəndis" elmi dərəcəli, Azərbaycan əsilli alman mühəndisi. Hazırda "Şeffler qrupu" şirkətinin "Səthlərin emal texnologiyası" üzrə senior vitse prezidenti, Schaeffler Baltic şirkətinin baş meneceridir (CEO). == Həyatı və elmi fəaliyyəti == Yaşar Musayev 1967-ci il fevral ayının 3-də Azərbaycan Respublikası Sabirabad rayonunun Suqovuşan kəndində anadan olmuşdur. 1984-cü ildə Sabirabad şəhər Mikayıl Müşfiq adına 4 nömrəli tam orta məktəbi qızıl medalla bitirdikdən sonra Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutuna qəbul olmuşdur. 1984-1991-ci illərdə Azərbaycan Texniki Universiteti, "Maşınqayırma texnologiyası, metalkəsən dəzgahlar və alətlər" ixtisası üzrə təhsil alır və həmin ali məktəbi fərqlənmə diplomu ilə bitirdikdən sonra AzTU- da mühəndis tədqiqatçı kimi elmi-pedagoji fəaliyyətə başlayır. 1993-1996-cı illərdə o Azərbaycan Texniki Universitetinin aspiranturasında təhsilini davam etdirmişi. AzTU-da çalışdığı dövrdə maşın hissələrinin funksional səthlərinə diffuziya metodu ilə örtükçəkməklə onların yeyilməyə davamlılığını artırmaq istiqamətində elmi işlərlə məşğul olmuş, bu sahədə Azərbaycanda ilk elmi tədqiqat laboratoriyasını yaratmışdır. Bu laboratoriyada ilk dəfə olaraq kənd təsərrüfatında tətbiq olunan maşınların hissələri üçün bərpa texnologiyaları işlənmişdir. Həmin dövrdə o diffuziya metodu ilə örtükçəkmə texnologiyası üzrə onlarca elmi məqalə, tədris metodiki işləri hazırlamışdı. Yaşar Musayev 1997-ci ildə Alman Akademik Mübadilə Xidmətinin layiq gördüyü bir illik stipendiya əsasında Erlangen-Nürnberq Universitetinə ezam olunur.
Yaşar Məmmədov
Yaşar Məmmədov (dövlət xadimi) — Quba Rayon İcra Hakimiyyətinin başçısı (2015–2017). Yaşar Məmmədov (əsgər) — Qarabağ müharibəsi şəhidi.
Yaşar Nazıyev
Nazıyev Yaşar Mövlud oğlu – professor, texnika elmləri doktoru, Azərbaycan Respublikasının əməkdar elm xadimi. == Həyatı == Yaşar Nazıyev 1933-cü il may ayının 2-də Gürcüstan Respublikası Bolnisi rayonunun Saraçlı kəndində anadan olmuşdur. Natamam orta təhsilini Saraçlı orta məktəbində, tam orta təhsilini isə qonşu Faxralı kəndində almışdır. 1949-1954-cü illərdə Azərbaycan Sənaye İnstitutunun energetika fakültəsində oxumuş, ali təhsilini fərqlənmə diplomu ilə bitirdikdən sonra bir müddət mühəndis və Saraçlıda müəllim işləmişdir. Sonra Azərbaycan EA Energetika İnstitutunun aspiranturasına daxil olmuş, elmi işini Moskva Dövlət Azot Sənayesi və Üzvi birləşmələr İnstitutunda yerinə yetirmişdir. 1962-ci ildə Moskva Energetika İnstitutunda məşhur rus alimi professor İ.F.Qolubevin rəhbərliyi altında "Müxtəlif temperaturlarda və yüksək təzyiqlərdə doymuş karbohidrogenlərin istilikkeçirməsi" mövzusunda dissertasiya müdafiə edərək texnika elmləri namizədi alimlik dərəcəsi almışdır. Y.Nazıyev 1961-ci ildə professor İ.F.Qolubevlə birlikdə dünyada ilk dəfə olaraq böhran sahəsində maddələrin istilikkeçirməsinin ekstremal dəyişməsini müşahidə edərək bunu əsaslandırmışdır. Həmin ildə bu fenomeni amerika alimi Quldner və hollandiyalı alim Micels də bir-birindən xəbərsiz olaraq görmüşlər. O da maraqlıdır ki, hər üç ölkənin alimləri öz işlərini də bir-birindən xəbərsiz eyni vaxtda dərc etdirmişlər. 1971-ci ildə Moskvada "Yüksək təzyiqlərdə karbohidrogenlərin istilikkeçirməsinin tədqiqi və onun ölçülməsinin bəzi xüsusiyyətləri" mövzusunda doktorluq işini müdafiə edərək texnika elmləri doktoru alimlik dərəcəsi almışdır.
Yaşar Əsgərov
Əsgərov Yaşar Rəfi oğlu — Azərbaycan Silahlı Qüvvələrinin , Qarabağ müharibəsi şəhidi. == Həyatı == Yaşar Rəfi oğlu Əsgərov 1973-cü ildə Şəmkirin Koltəhnəli kəndində anadan olmuş,orta təhsil almışdır. Az sonra həqiqi hərbi xidmətə yola düşmüş, qısamüddətli təlim keçdikdən sonra Ağdərə bölgəsinə göndərilmişdir. Üç ay ərzində Ağdərənin kəndlərinin müdafiəsi uğrunda ağır döyüşlərdə iştirak etmiş,Aterk kəndi yaxınlığında güllə yarasından şəhidliyə qovuşmuşdur. Təhsil aldığı Koltəhnəli kənd orta məktəbinə Yaşar Əsgərovun adı verilmişdir.19 iyul 1992-ci ildə Ağdərənin Həsənriz məntəqəsi istiqamətində gedən döyüş zamanı şəhid olmuşdur.
Aspar
Flavi Ardabur Aspar (400 – 471, Konstantinopol) — Bizans generalı. Milliyyətcə Alan olmuşdur. Aspar imperator I Leonun zamanında Konstantinopolun əsl hakimi idi. Bizans İmperiyasının ən yüksək hərbi rütbəsi olan Magister militum idi. Aspar Ariçiləri dəstəkləməsi səbəbindən özü imperator ola bilmədi. Onun yerinə imperator Feodosinin bacısı Pulçeriya ilə evlənən və ondan daha aşağı rütbəli olan Marsian imperator oldu. Aspar ostroqotların kralı Böyük Teodorikin müəllimi olmuşdu. Oğlu Ardabur ilə birlikdə sui - qəsd nəticəsində öldürülmüşdür.
Aysar
Aysar - türk və anadolu xalq inancında dəyişən xarakterli adam və onun dəyişən xarakteri. Aya (ayın hərəkətləri ilə mərhələlərində və bəlkə də dünyaya olan məsafəsinə) bağlı olaraq xarakteri və xasiyyəti dəyişən adam və onun yaşadığı psixoloji vəziyyət. Aysamak hərəkəti də eyni şəkildə bu dəyişən ruh halını və nəticələrini izah etməkdə istifadə edilər. Qərb mifologiya və nağıllarında iştirak edən və dolunayda qurda çevrilən Erbörü "Qurd Adam" (Canavar adam) motivi bu anlayışın bir dışavurumudur. Ayın hərəkətləri və mərhələləri insanoğlunun həmişə marağını çəkmiş və bunlara dəyişik mənalar yüklənmişdir. == Ayın təsirləri == Qədim dövrlərdə insanların ayın hərəkətləriylə əlaqədar gördükləri təsirlərin böyük bir qisminin boş inanclar olduğu dəqiqləşmiş vəziyyətdədir. Qədim sivilizasiyalarda və xalq inanclarında insanların yuxularında gəzişməyə bütöv ay işığı tərəfindən çəkilmələrində bağlanmışdır. Bütöv ayın işığının pəncərədən içəri girməsinin yuxuları belə təsir etdiyinə, dolunayda cinsi instinktlərin, tarlaların bereketlerinin artdığına hətta Canavar adama dönüşüldüğüne belə inanılmışdır. İndiki vaxtda isə ayın mərhələlərini bağlı olaraq zəlzələlərin, qasırğaların artdığı, hətta cinayətlərin, intiharların, qəzaların çoxaldığı; qadınların aybaşları və xəstələrin keşikləri ilə ayın cazibə qüvvəsi arasında əlaqə olduğu irəli sürülür. Ancaq ay ilə ilə bəhs edilən hadisələr arasında hələ elmi bir əlaqə müəyyən oluna bilməmişdir.
0 yanvar
0 yanvar (sıfır yanvar; alternativ adı: 31 dekabr) - bir çox astronomik və texniki materiallarda qeyd olunan mövcud olmayan təqvim tarixidir.
10 yanvar
10 yanvar — Qriqorian təqvimində ilin 10-cu günü. Bu tarixdə ilin sonuna 355 gün (uzun ildə 356 gün) qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 28 dekabr tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === E.ə. 49 — Qay Yuli Sezar Rubikon çayını keçərək, Qədim Roma vətəndaş müharibəsini başlayıb. 1072 — Robert Qviskar Palermonu işğal edib. === 1601–1900 === 1863 — Londonda Paddinqton və Farrinqton stansiyaları arasında dünyada ilk metro xətti istifadəyə verilmişdir. === 1901–cari === 1946 — Londonda 51 millətin nümayəndəsinin iştirakı ilə BMT-nin ilk Baş Assambleyasının açılışı olmuşdur. === Azərbaycana aid hadisələr === 1954 — Mingəçevir Su Elektrik Stansiyası işə salınıb. 1992 — Azərbaycan Beynəlxalq Bankı yaradılmışdır.
11 yanvar
11 yanvar — Qriqorian təqvimində ilin 11-ci günü. Bu tarixdə ilin sonuna 354 gün (uzun ildə 355 gün) qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 29 dekabr tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === 1569 — İngiltərədə ilk dəfə lotoreya qeyd olunub. === 1601–1900 === 1861 — ABŞ-də vətəndaş müharibəsi: Alabama ştatı ABŞ-dən ayrılmışdır. === 1901–cari === 1985 — Ameliya Erhart Havaydan Kaliforniyaya təkbaşına uçan ilk şəxs olmuşdur. 1985 — Rio-de-Janeyroda ilk dəfə Rock in Rio musiqi festivalı keçirilib. === Azərbaycana aid hadisələr === 1963 — Azərbaycan Kinematoqrafçılar İttifaqı təsis edilib. 1991 — "Səs" qəzeti ilk dəfə nəşr olunub. 1994 — Azərbaycan və Latviya arasında diplomatik əlaqələr qurulmuşdur.
Yaşadan, yaşayan Yaşar
== Məzmun == Filmdə böyük Azərbaycan aktyoru Yaşar Nurinin həyat və yaradıcılığından söhbət açılır. Sənət dostları onun itkisi ilə barışa bilmirlər. == Film haqqında == Film "Birinci zəng...", "İkinci zəng...", "Üçüncü zəng..." adlanan hissələrdən ibarətdir. Filmdə "Uşaqlığın son gecəsi", "Bir cənub şəhərində", "Qəzəlxan", "Yol əhvalatı", "Yaramaz", "Nə gözəldir bu dünya...", "Bəyin oğurlanması", "Pəncərə", "Qonşu qonşu olsa...", "Göz həkimi", "Səni axtarıram", "Bağışla", "Səndən xəbərsiz", "Yarımştat", "Ac həriflər", "Yollar görüşəndə...", "Kişilər", "Ömrün yolları", "Evləri köndələn yar", "Kökdən düşmüş piano", "Topal Teymur", "Qatarda", "Yaşıl eynəkli adam", "Nigarançılıq", "Fatehlərin divanı", "777 №-li iş", "Ordan-burdan" film və televiziya tamaşalarının kadrlarından istifadə edilmişdir.
Yaşadan, yaşayan Yaşar (film, 2012)
== Məzmun == Filmdə böyük Azərbaycan aktyoru Yaşar Nurinin həyat və yaradıcılığından söhbət açılır. Sənət dostları onun itkisi ilə barışa bilmirlər. == Film haqqında == Film "Birinci zəng...", "İkinci zəng...", "Üçüncü zəng..." adlanan hissələrdən ibarətdir. Filmdə "Uşaqlığın son gecəsi", "Bir cənub şəhərində", "Qəzəlxan", "Yol əhvalatı", "Yaramaz", "Nə gözəldir bu dünya...", "Bəyin oğurlanması", "Pəncərə", "Qonşu qonşu olsa...", "Göz həkimi", "Səni axtarıram", "Bağışla", "Səndən xəbərsiz", "Yarımştat", "Ac həriflər", "Yollar görüşəndə...", "Kişilər", "Ömrün yolları", "Evləri köndələn yar", "Kökdən düşmüş piano", "Topal Teymur", "Qatarda", "Yaşıl eynəkli adam", "Nigarançılıq", "Fatehlərin divanı", "777 №-li iş", "Ordan-burdan" film və televiziya tamaşalarının kadrlarından istifadə edilmişdir.
Qaşlar
Qaş — gözün üstündə yerləşən sıx tük örtüyü. == Qaşın funksiyası == Hər iki gözün üstündə yerləşən qaşlar tədricən üzün yanlarına doğru meyillənir. Alında yaranan tər damcıları qalın tük örtüyünü keçə bilmir və qaşlar vasitəsilə üzün yanlarına yönləndirilir. Beləliklə, gözlər şor tər damcılarından qorunmuş olur. == Müxtəlif mədəniyyətlərdə qaşlar == Çin mədəniyyətində müdriklərin uzun ömrünü vurğulamaq üçün müdriklər çox uzun qaşlı təsvir olunur. Çox uzun qaşlar Çində uzunömürlülük, müdriklik rəmzi sayılır.
Qaşqar
Qaşqar, Kaşkar və yaxud Kaşğər (uyğ. قەشقەر) — ÇXR-in Sincan-Uyğur Muxtar Rayonunun Kaşqar şəhər rayonunda şəhər. Çinin ən qərb şəhərlərindən biridir, Əfqanıstan, Qırğızıstan, Tacikistan və Pakistanla sərhədə yaxındır. 500.000-dən çox əhalisi olan Qaşqar 2000 ildən artıqdır ki, Çin, Yaxın Şərq və Avropa arasında Böyük ipək yolu üzərində ticarət məntəqəsi və strateji əhəmiyyətli şəhər kimi xidmət edib və bu onu dünyanın ən qədim davamlı məskunlaşan şəhərlərindən birinə çevirib. Çox müxtəlif mədəniyyətlərin və imperiyaların kəsişmə nöqtəsində Qaşqar Çin, Türk, Monqol və Tibet imperiyalarının hakimiyyəti altında olmuşdur. Şəhər həm də müxtəlif köçəri xalq qrupları arasında bir sıra döyüşlərin yeri olmuşdur. Hazırda mahal səviyyəli vahid kimi idarə olunan Qaşqar 162.000 km² (63.000 kv mi) ərazisi və 2010-cu ilə qədər təxminən 4 milyon əhalisi olan Qaşqar bölgəsinin inzibati mərkəzidir. Şəhərin özünün 506,640 əhalisi var və şəhər ərazisi 15 km² (5,8 kv mi) əhatə edir, baxmayaraq ki, inzibati ərazisi 555 km² (214 kv mi) sahəni tutur. Şəhər 2010-cu ildə Xüsusi iqtisadi zonaya çevrilib və Çinin qərbində bu statusa malik yeganə şəhərdir. Qaşqar həm də yeni qurulan çoxmilyardlıq Çin-Pakistan İqtisadi Dəhlizinin əsas hissəsi hesab edilən Qaraqorum şossesinin son nöqtəsini təşkil edir.