Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Yulen Lopeteqi
Yulen Lopeteqi Arqote (bask Julen Lopetegui Argote; 28 avqust 1966, Asteasu[d], Basklar ölkəsi) — ispan futbolçu və baş məşqçi. Yulen 1985-ci ildə "Real Madrid"in 2-ci komandası "Real Madrid Kastilya" ilə müqavilə imzalayıb. Klubun heyətində müntəzəm olaraq meydana çıxan qapıçı əsas simalardan birinə çevrildi. 1988-ci ildə Yulen əsas komandaya — "Real Madrid"ə keçdi. Buna baxmayaraq o, dərhal "Las Palmas" klubuna icarəyə verildi. "Las Palmas"ın heyətində Yulen mövsüm ərzində 31 oyun keçirdi. İcarədən qayıtdıqdan sonra Lopeteqi 3 il ərzində "Real Madrid"in ehtiyat qapıçısı oldu. Bu zaman klubun əsas qapıçısı Fransisko Buyo idi. Bu dövr ərzində Lopeteqi cəmi 1 matçda meydanda oldu. 1991-ci ildə Yulen "Loqronyes" klubuna transfer olundu.
Yulen qoruğu
Yulen qoruğu (bolq. Юлен) — Bolqarıstanın şimal-qərbində yerləşən Pirin Milli Parkındakı təbiət qoruğu. Blaqoevqrad vilayətinin Bansko icmasında yerləşir. Yulen təbiət qoruğu 26 avqust 1994-cü ildə alp bitki növlərinin insan təsiri olmadan böyüməsini izləmək, habelə nadir bitki və heyvan növlərini qorumaq üçün qurulmuşdur. Qoruq 3156 ha (31.56 km²) sahəni əhatə edir. Yulen 1600 ilə 2851 m yüksəklikdə yerləşir. Daşlar əsasən qranit və qneysdir, lakin karbonat süxurlarından (əhəng daşı, dolomit) ibarət olanlarda da var. Qoruq su ehtiyatları ilə zəngindir. Bir neçə çayın mənbəyi olan bir sıra buzlaq gölləri vardır. İqlimi hündürlüyünə görə alpdır.
Yules Bessan
Yules Bessan (14 aprel 1979) — Beninli üzgüçü. Yules Bessan Benini 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Yules Bessan birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 50 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 27.32 saniyəlik nəticəsi ilə 77-ci yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi. O, 50 m sərbəst və kəpənək stilində Beninin rekordunu qırdı.
Yulebukk
Şaxta baba (rus. Дед Мороз və ya Дедушка Мороз; belar. Дзед Мароз; ukr. Дід Мороз; serb. Деда мраз; bolq. Дядо мраз; sloven. Dedek Mraz; mak. Дедо мраз; xorv. Djed Mraz ) — Yeni il bayramının əsas nağıl personajı.
Yulemanden
Şaxta baba (rus. Дед Мороз və ya Дедушка Мороз; belar. Дзед Мароз; ukr. Дід Мороз; serb. Деда мраз; bolq. Дядо мраз; sloven. Dedek Mraz; mak. Дедо мраз; xorv. Djed Mraz ) — Yeni il bayramının əsas nağıl personajı.
Yulemiste gölü
Yulemiste gölü (est. Ülemiste järv) — Estoniyanın paytaxtı Tallin şəhəri ətrafında ən böyük göl. Yulemiste gölü Tallin şəhərini içməli su ilə təmin edən Tallin su sisteminin əsas hissəsidir. Göl əsasən Kurna çayı və Pirita çayı (Vaskyala-Yulemiste kanalı ilə) ilə qidalanır. Gölün şərq sahilində Tallin Hava Limanı yerləşir və təyyarələr gölün üzərindən keçərək hava limanına enirlər. Bu göl mümkün təyyarə qəzalarının qarşısını almaqda yardımcı olur. Gölün şimalında Tallinn Water Company tərəfindən nəzarət olunan su təmizləmə müəssisəsi yerləşir. Yulemiste gölü şəhərin su təlabatının 90 %-ni qarşılayır. Digər 10 % isə yeraltı sulara aiddir. Lakin göl şəhəri su ilə təmin edə bildiyindən gölün çirklənməsi ehtimalı nəzərə alınaraq yeraltı sular ehtiyat kimi saxlanılır.
Yula
Yupe
Üpe (fr. Upaix, oks. Upàis) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azür regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Laran-Monteqlen kantonuna daxildir. INSEE kodu — 05173. 2008-ci ildə əhalinin sayı 412 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 272 nəfər arasında (15-64 yaş arasında) 193 nəfər iqtisadi fəal, 79 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi - 71.0%, 1999-cu ildə 71.9%). Fəal 193 nəfərdən 175 nəfər (108 kişi və 67 qadın), 18 nəfəri işsizdir (7 kişi və 11 qadın).
III Yuli
III Yuli (əsl adı: Covanni Mariya Çokki del Monte;10 sentyabr 1487, Roma – 23 mart 1555[…], Roma) — 1550–1555-ci illərdə 221-ci Roma Papası.
Natali Qule
Natali Qule — Fransa senatoru.
Nino Bule
Nino Bule (19 mart 1976[…]) – Xorvat peşəkar futbolçu. Nino Bule 1976-cı il martın 19-da Bosniya və Herseqovinada anadan olan, 1,88 metr boya malik N.Bule Avstriyada da legioner karyerası yaşayıb. 2000/2001 mövsümündə "Cublio İvata" klubuna Yaponiya Superkubokunu qazandırdığı vaxtda, hücumçu bu ölkədə "Qamba Osaka" komandasında (40 oyun, 23 qol) çıxış edib. O, 2004/2005 mövsümündə "Paşinq" (16 oyun), "Austriya" (8 oyun, 3 qol), "Admira Vakker" (27 oyun, 7 qol) klublarında çıxış edib. Futbolçu karyerasına 1995-ci ildə Zaqrebin eyni adlı klubunda başlayan N.Bule bu komandada 5 mövsüm (110 oyun, 30 qol) keçirib. N.Bule 2001-ci ildən 2004-cü ilədək şərəfini qoruduğu "Hayduk" klubunda (65 oyun, 17 qol) ölkə çempionluğunu qazanıb. Son iki mövsümü "Rijeka" klubunda keçirən hücumçu 49 oyunda 7 qola imza atıb. O, Xorvatiyanın yığma komandalarında da çıxış edib. Belə ki, N.Bule olimpiya yığmasında çıxış etdiyi bir ildə (1997) 4 oyunda 2 qol vurub. 1998-1999-cu illərdə Xorvatiyanın ikinci yığmasının heyətində iki görüşdə meydana çıxan hücumçu sonrakı 5 ildə milli komandada üç matçda forma geyib.
Pol Vule
Pol Qustav Lüsyen Vule (fr. Paul Gustave Lucien Voulet; 10 avqust 1866, Paris – 17 iyul 1899) — Fransa hərbçisi. Pol Vule 1866-cı ildə Fransada, Paris şəhərində anadan olmuşdur. O, bir həkimin oğlu idi. Vule sıravi əsgər kimi Hind-Çində döyüşmüş, çavuş rütbəsinə yüksəlmiş, sonra Piyada Məktəbində oxumuş, zabit olmuşdur. Pol Vule 1893-cü ildən Qərbi Afrikada xidmət etməyə başıamış və burada Mossi krallıqları üzərində Fransa protektoratının yaradılmasında iştirak etmiçdir. 1898-ci ildə müstəmləkə naziri Andre Lebonun tapşırığı əsasında Niger çayı ilə Çad gölü arasındakı ərazini araşdırmaq üçün böyük bir ekspedisiya təşkil etmişdir. Bu ekspedisiya zamanı Vule dinc əhaliyə qarşı qırğınlar törətmiş və Parisdən onu çıxarmaq əmri gələndə əmri çatdıran zabiti güllələmiş, bundan sonra Afrika qitəsində öz imperiyasını qurmaq qərarına gəldiyini qoşunlarına bildirmişdir. Buna baxmayaraq, tabeliyində olan qoşunlar onun planlarını dəstəkləməmiş və öldürmüşdür.
Sule Olaleye
Sule Olaleye (10 oktyabr 1967) — Nigeriyanı təmsil edən stolüstü tennisçi. Sule Olaleye Nigeriyanı 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü, cüt turnirdə isə 17-ci pillənin sahibi olub. Daha sonra Sule Olaleye Nigeriyanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu, cüt turnirdə isə 17-ci pillənin sahibi olub.
Səlcuq Yula
Selcuk Yula (8 noyabr 1959, Ankara – 6 avqust 2013, İstanbul) — Türkiyə yığması və "Fənərbağça" klubunun sabiq oyunçusu, məşhur futbolçu. Yula 1959-cu ilin noyabrın 8-də Ankarada doğulmuşdur. Selçuk Yula futbolçu karyerasına "Şəkərspor"da başlayıb. 1979-cu ildə transfer olduğu "Fənərbağça"da qol krallığı və penalti vuruşları ilə məşhurlaşıb. "Fənərbağça"da iki mövsüm üst-üstə qol krallığı (1981–1982, 16 qol), (1982–1983, 19 qol) yaşayıb. Futbolçu "Fənərbağça" 134 qola imza atıb. O, 1979–1986-cı illərdə sarı-lacivərd komandanın heyətində oynamış, 134 qol vurmuşdu. Daha sonra 1986–1987 mövsümündə Almaniya Bundesliqa klubu olan "Blau Weiss Berlin"ə keçib. Karyerasının sonlarında "Qalatasaray"da 1 mövsüm oynadıqdan sonra futbolçu karyerasını bitirib. 14 dəfə formasını geyindiyi Türkiyə millisində 3 dəfə kapitan olub.
Tule (Arizona)
Tule (Arizona) - ABŞ-Meksika sərhəddində, Arizona ştatı ərazisində yerləşən kiçik səhra. Sonora səhrasının tərkib hissəsini təşkil edir. Altar səhrası ilə birləşir. Mapquest.com Road Atlas, 2001, pg.
Yuli Xariton
Yuli Borisoviç Xariton (rus. Ю́лий Бори́сович Харито́н;27 fevral 1904, Sankt-Peterburq – 18 dekabr 1996, Sarov[d], Nijeqorod vilayəti) — Sovet və rus nəzəri fiziki və fiziki kimyaçısı, fizika-riyaziyyat elmləri doktoru, SSRİ Elmlər Akademiyasının və Rusiya Elmlər Akademiyasının akademiki. Sovet atom bombası layihəsinin liderlərindən biri. Lenin (1956) və üç Stalin mükafatı (1949, 1951, 1953) laureatı. Üç dəfə Sosialist Əməyi Qəhrəmanı (1949, 1951, 1954). Yuli Xariton 14 (27) fevral 1904-cü ildə Sankt-Peterburqda yəhudi ailəsində anadan olub. O, 13 yaşından real məktəbdə oxuyarkən xadimə, şagird mexanik, çilingər kimi çalışmağa başlayıb. Xariton 1920–1925-ci illərdə Petroqradda Politexnik İnstitutunun elektromexanika fakültəsində, 1921-ci ilin yazından fizika-mexanika fakültəsində təhsil alıb. O,1921-ci ildə N. N. Semyonovun rəhbərliyi ilə Fizika-Texniki İnstitutunda elmi-tədqiqat işlərinə başlayır. 1926–1928-ci illərdə Yuli Xariton Kavendiş Laboratoriyasında (Kembric, İngiltərə) təlim keçib.
De-yure
De-yure — Hüquqi və ya diplomatik tanınmadır. Bəyannamə, nota, müqavilə və s. kimi müəyyən diplomatik aktla ifadə edilərək müvafiq dövlətlər arasında qarşılıqlı iqtisadi, siyasi və s. münasibətlərin inkişafında normal və daha yaxşı inkişaf üçün zəruri şərait yaradır. Hüquqi tanınma öz qüvvəsinin yalnız tanınma aktı üçün əsas olan şəraitin ləğv olunması ilə itirir.
Tule (Nevada)
Tule - Nevadanın cənubunda yerləşən səhra. Mormon və Klover dağları ilə əhatələnmişdir. Maksimal hündürlük 1300 metrdir.
Tule (ada)
Tule adası (ing. Thule Island) — Cənubi Sandviç adaları qrupuna daxil olan elə də böyük olmayan sakinləşmiş ada. Atlantik okeanın cənubunda, Britaniyanın dəniz aşırı ərazisi olan Cənubi Georgiya və Cənubi Sandviç adaları ərazisinə daxildir. Arxipelaqın kiçik bir adası olaraq Cənubi Tule qrupuna daxildir. Bura üstəlik Kuk və Bellinshauzen adasıda daxildir. Bu ada əfsanəvi Tule adlandırılan adanın şərəfinə adlandırılmışdır. Adanı ilk dəfə Ceyms Kuk görmüşdür. O, 31 yanvar 1775-ci ildə görünməyən cənub torpağını tapmaq ümidi ilə bölgəyə gələrkən adaları kəşf etmişdir. Ada üçkünc formaya malikdir. Uzunluğu 7 km, eni isə 5 km təşkil edir.
Yuli Ayxenvald
Yuli İsayeviç Ayxenvald və ya Yuli Eyxenvald (Tam adı: rus. Ю́лий Иса́евич Айхенва́льд; 12 (24) yanvar 1872, Balta[d], Podolsk quberniyası[d] – 17 dekabr 1928, Berlin) — milli estetizmi inkişaf etdirmiş rus-yəhudi əsilli ədəbi tənqidçi. Rus əsilli ABŞ yazıçısı Vladimir Nabokov Ayxenvaldı "Rusiyanın Volter Pateri" adlandırırdı. Ayxenvald Odessa vilayətinin Balta şəhərində ravvin ailəsində anadan olub. Odessada yerləşən Yeni Rusiya Universitetində təhsil alıb və burada Şopenhauerin ideyalarını mənimsəyib. 1895-ci ildə Moskvaya köçdükdən sonra Yu. Ald (rus. Ю. Альд) və B. Kamenetski (rus. Б. Каменецкий) təxəllüslərindən istifadə etmişdir. Ayxenvald Şopenhauerin fikirlərini dəstəkləyərək belə hesab edirdi ki, incəsənət irrasionaldır və onun mahiyyətini yalnız intuisiya vasitəsilə duymaq olar.
Yuli Karasik
Yuli Yuryeviç Karasik (rus. Ю́лий Ю́рьевич Кара́сик, ukr. Ю́лій Ю́рійович Кара́сик; 24 avqust 1923, Xerson, Odessa quberniyası[d] – 23 yanvar 2005, Moskva) — SSRİ aktyoru, rejissoru, ssenaristi, RSFSR xalq artisti (1977), SSRİ Kinematoqrafçılar İttifaqının üzvü.
Yuli Kim
Yuli Çersanoviç Kim (23 dekabr 1936) — rus şairi, bəstəkar, müəllif mahnılarının ifaçısı. Страничка Юлия Кима в ЖЖ Юлий Ким на сайте СУНЦ МГУ (ФМШ-18) Юлий Ким на сайте иронической поэзии Arxivləşdirilib 2008-06-22 at the Wayback Machine Юлий Ким на иврите Юлий Ким на сайте "Грани-ТВ" Юлий Ким на сайте "Хронос" Интервью Юлия Кима Интервью Юлия Кима ("Российская газета", 17 ноября 2010 г.) Виталий Диксон.
Yuli Qusman
Yuli Solomonoviç Qusman (rus. Юлий Соломонович Гусман; 8 avqust 1943, Bakı) — Sovet və Rusiya teatr və kino rejissoru, teleaparıcı, aktyor, ictimai və siyasi xadim. Rusiya Kinematoqrafiya Akademiyasının ilk milli mükafatı "Nika" mükafatının təsisçisi və bədii rəhbəri, KVN münsiflər heyətinin daimi üzvü, Rusiya Yəhudi Konqresi Rəyasət Heyətinin üzvü, Rusiya Federasiyasının Əməkdar İncəsənət Xadimi (1993), Azərbaycan Respublikasının xalq artisti (2002). Lamançili insan Müəllimlə rəqs Əjdaha Üç muşketyor Qulaqcıqlı papaq "Yuli Qusman "Orkestr-adam"" ("Pervıy kanal", 2013) Azərbaycan SSR əməkdar incəsənət xadimi (31 dekabr 1987) - Azərbaycan-Sovet kinosu sahəsində xidmətlərinə görə. Rusiya Federasiyasının əməkdar artisti (27 sentyabr 1993) - kinematoqrafiya sahəsində xidmətlərinə görə. Rusiya Federasiyası Prezidentinin təşəkkürü (11 iyul 1996-cı il) - 1996-cı ildə Rusiya Federasiyası Prezidentinin seçki kampaniyasının təşkilində və keçirilməsində fəal iştirakına görə. Azərbaycanın xalq artisti (9 mart 2002) - Azərbaycan kinematoqrafiyasının inkişafındakı xidmətlərinə görə. "Dostluq" ordeni (20 may 2004, Rusiya) - mədəniyyət və incəsənət sahəsində uzun illər səmərəli fəaliyyətinə görə. "Şöhrət" ordeni (15 noyabr 2013-cü il, Azərbaycan) - Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında qarşılıqlı mədəni əlaqələrin möhkəmləndirilməsində xidmətlərinə görə. Dostluq ordeni (1 avqust 2018-ci il, Azərbaycan) - Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında mədəni əlaqələrin inkişafında uzun illər səmərəli fəaliyyətinə görə.
Yuli Sezar
Qay Yulius Sezar (lat. Gaius Iulius Caesar; ən tezi 12 iyul e.ə. 100 və ən geci 13 iyul e.ə. 100[…], Roma – 15 mart e.ə. 44[…], Pompey teatrı[d], Roma respublikası), Romalı hərbçi, siyasi lider, Qeysər ünvanının sahibi və güclü yazıçı olan Sezar, dünya tarixinin ən güclü insanlarından biri olaraq qəbul edilir. Etdikləri sayəsində Roma Respublikasının Roma İmperiyasına çevrilməsində əsas rol oynamışdır. Roma senatındakı optimates klikinə mənsub müxalifləri Markus Porcius Kato və Markus Kalpurnius Bibulusa qarşı çevirərək, populares klikinə mənsub siyasətçi kimi, Markus Licinius Krassus və Gnaeus Pompeius Maqnusla birlikdə qeyri-rəsmi olaraq Roma siyasi həyatına bir necə illiyinə yön verəcək olan I Triumviratı qurdu. Qalliyanı fəth edərək Roma torpaqlarını Atlantik okeanına qədər genişləndirdi və eyni zamanda da e.ə. 55-ci ildə Britaniyanın Roma tərəfindən ilk işğalını reallaşdırdı. Triumviratın dağılması ilə birlikdə Pompey və Senatla münasibətləri korlandı.
Yuli təqvimi
Yuli təqvimi, Yulian təqvimi — köhnə üslub tarixin hesablanma sistemi, ilk Günəş təqvimi. Yuli Sezarın göstərişi ilə başda Sozigen olmaqla bir qrup İsgəndəriyyə astronomu tərəfindən tərtib edilmiş və e.ə. 45-ci ildən Roma imperiyasının əsas təqvimi olmuşdur. İlin orta uzunluğu 365,25 gündür. Fevral ayı hər 4 ildə 3 dəfə 28, bir dəfə isə 29 gündən ibarət olur. Bu tropik ildən 0,0078 gün uzundur. Təqvim 1582-ci ildə Qriqorian təqvimi ilə əvəz edilmişdir. Visokos sistemini nəzərə almaqla eyni vaxt sistemində sonra baş vermiş hadisə tarixindən əvvəlki hadisənin baş vermə tarixini çıxmaqla bu hadisələr arasında keçən vaxtı hesablamaq olar. Lakin uzun vaxt fasilələrini hesabladıqda bu bəzi çətinliklərə gətirə bilər. Ona görə XI əsrdə Skaligerin təklifi ilə bizim eradan əvvəl 4713-cü ilin yanvarın 1-dən günlərin ardıcıl hesabı aparılır.
Yuli Şokalski
Yuliy Mixayloviç Şokalski (5 (17) oktyabr 1856, Sankt-Peterburq - 26 mart 1940, Leninqrad) - rus və sovet coğrafiyaçısı, hidroqraf, okeanoloq, kartoqraf, general-leytenant (1912), Rusiya Coğrafiya Cəmiyyətinin sədri (1917- 1931). Əmək Qəhrəmanı. Yuli Mixayloviç Şokalski 5 (17) oktyabr 1856-cı ildə anadan olmuş, 1880-ci ildə dənizçilik akademiyasını bitirmiş və sonradan Baş geofizika rəsədxanasına daxil olmaqla dəniz meteorologiya bölməsinə rəhbərlik etmişdir. Pedaqoji fəaliyyətə dənizçilik məktəbindən başlamış, daha sonra Dəniz Akademiyasında və universitetdə davam etdirmişdir. Hələ rəsədxanada işləyərkən Şokalski rus coğrafiya cəmiyyətinin həqiqi üzvü seçilmişdir. Həmin dövrdə cəmiyyətə Pyotr Petroviç Semyonov Tyan-Şanski rəhbərlik edirdi. Onun dövründə Coğrafiya cəmiyyəti rus coğrafişünaslarına şərəf gətirən bir sıra ekspedisiyalar təşkil etmişdir. XIX əsrin son onilliyində Rusiyada kapitalizmin inkişafı elm sahələrinə də öz təsirini göstərmişdir. Ölkədə bir tərəfdən dəmir yolları salınır, kanallar çəkilir, digər tərəfdən əraziləri daha dərindən mənimsəmək üçün elmi ekspedisiyalar təşkil olunurdu. Ekspedisiyalardan birinin qarşısında duran vəzifə Sibir ilə Rusiyanın Avropa hissəsini su yolu ilə birləşdirmək idi.
Yure Meqliç
Yure Meqliç (18 avqust 1984) — Sloveniyanı və Azərbaycanı təmsil edən idmançı, Avropa Çempionatlarının qalibi. Yure Meqliç 2006-cı ildə Fransada baş tutan Avropa Çempionatında K1 (Komanda) turnirində qızıl medalın sahibi oldu. Bir il sonra baş tutan Avropa Çempionatında da Yure Meqliç həmin turnirdə qızıl medalın sahibi oldu. 2010-cu ildə isə Yure Meqliç Bratislavada baş tutan Avropa Çempionatında K1 turnirini gümüş, K1 (Komanda) turnirini isə bürünc medalla başa vurdu. Həmin ilin avqustunda Yure Meqliç həm də Sloveniyanın Lyublyana şəhərində baş tutan Dünya Çempionatının bürünc medalına sahib oldu. Bir il sonra isə Yure Meqliç İspaniyada üçüncü dəfə Avropa Çempionatlarının qızıl medalına sahib oldu. Yure Meqliç Sloveniya yığmasının "bir nömrəsi" olmadığına görə 2012-ci ildə London şəhərində (Birləşmiş Krallıq) baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apara bilmədi. 2015-ci ildə Azərbaycan Kanoe Federasiyası Yure Meqliçi Azərbaycan yığmasının heyətinə cəlb elədi. Yure Meqliç 2015-ci ildə Birləşmiş Krallıqda baş tutan Dünya Çempionatının nəticələrinə əsasən olimpiya lisenziyasına sahib oldu. Bununla da Yure Meqliç bu idman növü üzrə Azərbaycanı Olimpiya Oyunlarında təmsil edən birinci idmançı olaraq tarixə düşdü.
Qay Yuli Higin
Qay Yuli Higin (lat. Gaius Julius Hyginus) Qədim Roma yazıçısı. (* e.ə. 64 İspaniya ya İsgəndəriyyə – † b.e 17) Aleksandr Pologistorun şagirdi. İmperator Oktavian Avqust tərəfindən azadlıq verilmiş qul, Palatin kitabxanasının başçısı. Bir çox əsərlərin: lat. "De viris Claris", "Exempla", "Genealogiae", "De situ urbium Italicarum", "De agricultura" müəllifi. Günümüzə yalnız iki seçməsi: lat. "Fabulae", ""De Astronomia gəlib çatmışdır. Onun şərəfinə Ay planetinin kraterlərindən biri Higinus adlandırılmışdır.
Gülə
Gülə (Sərdəşt)
Hulə
Hulə regionu və ya Hulə düzənliyi (ərəb. الحولة‎ əl-Ḥūlə) — Suriyanın Homs bölgəsində Homs şəhərinin şimalında bir neçə kənddən ibarətdir. May 2012-ci ildən etibarən Hulə ərazisi mülki əhalinin böyük bir qırğın yeri olmuşdur və Azad Suriya Ordusu və Suriya Silahlı Qüvvələri arasında mübarizə davam edib.
Lülə
Lülə ― odlu silahların, saçılma, barıt və barıtı atəşləyən kapsuldan meydana gələn güllənin ucundakı saçılma(lar) və ya mərmini hədəfə göndərmək üçün lazım olan; yivli və ya yivsiz, uzun dəlikli metal borudur. Silahların sapından ucuna qədər olan hissə və mərminin atıldığı yerdir. Lülə xusuilə yivli silahlarda olmaqla əsasən bir silahın ən bahalı və ən maliyyətli hissəsidir.
Yuşə
Yuşə və ya Yeşua (q.yəh. יְהוֹשֻׁעַ בִּן נוּן‎, Yexoşua bin-Nun; süry. ܝܫܘܥ ܒܪ ܢܘܢ,Yəşu bar Non; mənası – "Yahve xilas edir"), xristianlıqda İisus Navin, İsus Navin və ya Yisus Navin (yun. Ἰησοῦς; lat. Iosue), Qafqaz albanlarına görə Esu, islamda Yuşa ibn Nun (ərəb. يُوشَعُ ٱبْنُ نُونٍ‎, Yuşə ibn Nun) — Çıxış və Saylar kitablarında Musanın köməkçisi kimi fəaliyyət göstərmiş, daha sonra Yəhudi Bibliyasının Yuşənin kitabında Musadan sonra İsrail qəbilələrinin başçısı olmuşdur. Bibliyada verilən məlumata görə, o, Çıxışdan əvvəl Misirdə anadan olmuşdur. Coogan, Michael D. A Brief Introduction to the Old Testament. Oxford: University Press. 2009.
Gülə-gülə (Takab)
Gülə-gülə (fars. گوله گوله‎) — İranın Qərbi Azərbaycan ostanının Takab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 182 nəfər yaşayır (46 ailə).
Gülə (Soyuqbulaq)
Gülə (fars. گوله‎) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 38 nəfər yaşayır (6 ailə).
Gülə (Sərdəşt)
Gülə (fars. گوله‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 364 nəfər yaşayır (61 ailə).
Hulə qırğını
Hulə qətliamı — 25 may 2012-ci ildə Suriyanın Homs şəhərinin şimalında yerləşən Hulə regionunda, iki müxalifət nəzarəti altında olan kəndlərdə baş vermiş bir hücum idi.Birləşmiş Millətlər Təşkilatı sözlərinə əsasən, 108 nəfər 34 qadın və 49 uşaq həlak olmuş.Suriya hökumətinin rəsmi xəbər agentliyi Əl-Qaidə terror qruplarının qətllər üçün məsul olduqlarını iddia etdi, halbuki Hulə sakinləri və müxalifət qrupları Suriya Silahlı Qüvvələrinin və Şabiha kimi tanınan, hökumətə bağlı milislərin günahkar olduqlarını iddia edirlər.
Hulə qətliamı
Hulə qətliamı — 25 may 2012-ci ildə Suriyanın Homs şəhərinin şimalında yerləşən Hulə regionunda, iki müxalifət nəzarəti altında olan kəndlərdə baş vermiş bir hücum idi.Birləşmiş Millətlər Təşkilatı sözlərinə əsasən, 108 nəfər 34 qadın və 49 uşaq həlak olmuş.Suriya hökumətinin rəsmi xəbər agentliyi Əl-Qaidə terror qruplarının qətllər üçün məsul olduqlarını iddia etdi, halbuki Hulə sakinləri və müxalifət qrupları Suriya Silahlı Qüvvələrinin və Şabiha kimi tanınan, hökumətə bağlı milislərin günahkar olduqlarını iddia edirlər.
Hulə soyqırımı
Hulə qətliamı — 25 may 2012-ci ildə Suriyanın Homs şəhərinin şimalında yerləşən Hulə regionunda, iki müxalifət nəzarəti altında olan kəndlərdə baş vermiş bir hücum idi.Birləşmiş Millətlər Təşkilatı sözlərinə əsasən, 108 nəfər 34 qadın və 49 uşaq həlak olmuş.Suriya hökumətinin rəsmi xəbər agentliyi Əl-Qaidə terror qruplarının qətllər üçün məsul olduqlarını iddia etdi, halbuki Hulə sakinləri və müxalifət qrupları Suriya Silahlı Qüvvələrinin və Şabiha kimi tanınan, hökumətə bağlı milislərin günahkar olduqlarını iddia edirlər.
Jan Düle
Jan Düle (fr. Jean Daullé; doğum 1703-cü il, Abbevil, Fransa – ölüm 1763-cü il, Paris, Fransa) — fransız qravürçü. == Həyatı == Jan Düle 1703-cü ildə Abbevildə anadan olub. İlk oyma dərslərini Abbevildə Sent Peter monastırının rahibi Dom Robart tərəfindən almışdır. Sonralar Parisə getmiş, orada həmvətəni Robert Hekvet onunla öz biliklərini paylaşmışdı. Onun çəkdiyi əziyyət yerdə qalmadı və 1742-ci ildə Jan Düle Rəssamlıq və Heykəltəraşlıq Akademiyasına daxil oldu. O rəssam Donat Nonnattenin dostu idi və onun bir neçə şəklini həkk etmişdi. O, 1763-cü ildə Parisdə vəfat etdi. Ölümündən sonra onun bəzi qravürləri dul arvadı tərəfindən nümayiş etdirildi. == Yaradıcılığı == O bir neçə portreti və tarixi və başqa mövzulardakı lövhələri həkk etmişdi.
Külə Seyran
Külə Seyran (az.-əski. کۆله‌سئیران‎, fars. کله‌سیران‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Çəvərzəq bəxşinin Çəvərzəq qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 110 nəfər yaşayır (33 ailə).
Lülə kabab
Lülə kabab - qiymədən uzunsov formada hazırlanan kabab növü. Xarici görünüşü odlu silah lüləsinə oxşadığına görə belə ad verilmişdir. Azərbaycan mətbəxinə xas milli yemək növü sayılır. == Tərkibi == Qoyun əti - 500q, quyruq - 200q, baş soğan - 20q, göy soğan 40q, cəfəri və reyhan - 15q, buğda unu - 45q, sumaq - 3q, duz, istiot. == Hazırlanma qaydası == Qoyun ətinin yumşaq hissəsi soğanla birlikdə ətçəkən maşından keçirilir, istiot və duz vurularaq yaxşıca qarışdırılır. Qiymə əvvəlcədən soyumaq üçün soyuducuya qoyulur. Qiymə bir qədər enli şişlərdə uzunsov kotlet formasına salınır. Lüləkabab manqalda közərmiş kömür üzərində qızardılır. Lüləkabab süfrəyə verildikdə lavaşın içinə qoyulur. Lavaş hazırlamaq üçün mayasız bərk xəmir 1 mm qalınlığında yayılır və hər iki üzü yağsız tavada bişirilir.
Niklas Süle
Niklas Süle (3 sentyabr 1995, Frankfurt-Mayn, Hessen) — Bundesliqa təmsilçilərindən olan Bayern Münhen klubunda və Almaniya milli futbol komandasında müdafiənin mərkəzi cinahında çıxış edən peşəkar Almaniya futbolçusu. Süle futbolçu karyerasına Rot-Veyb Valldorf klubunda start vermişdir. 2006-cı ildə Süle Ayntraxt Frankfurt klubuna transfer olmuşdur. 2008–09 mövsümünün sonunda Süle klubu tərk etmişdir. O, Darmştadt klubu ilə müqavilə imzalamış, yarım il sonra isə 1899 Hoffenhaym klubuna keçmişdir. 2017-ci ilin yanvar ayında Süle Bayern Münhen klubu ilə müqavilə imzalamışdır. Süle Hoffenhaym klubu ilə Bundesliqada debütünü 11 may 2013-cü ildə Hamburq klubuna qarşı oyunda etmişdir. O, görüşə ilk on birlikdə start vermiş və 81-ci dəqiqədə Andreas Lüdviq ilə əvəz olunmuşdur. Hoffenhaym həmin görüşdə 4–1 hesabı ilə məğlub olmuşdur. Süle Almaniya U-17 millisi ilə 2012 UEFA Avropa U-17 Çempionatında iştirak etmişdir.
Sülə (Xudabəndə)
Sülə (fars. سوله‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 514 nəfər yaşayır (109 ailə).