YEKƏ

sif.
1. Həcmcə, boyca, cüssəcə böyük, iri. Yekə daş. Yekə ağac. Yekə bədən. – Yekə başın faydası yoxdur, içində beyin gərək. ( Ata. sözü ).
Ətrafdakı hər şey Səmədin nəzərində qeyb oldu, təkcə Məmiş Əlləzoğlunun yekə … gövdəsi gözləri önündə dayandı. İ.Hüseynov.

2. məc. Yaşlı, kamala çatmış, hər şeyi başa düşən. Yekə oğlansan. – [Asya Gülçöhrəyə:] Sən yekə qızsan. Elə şeyləri başından çıxart.
Sən hara, bazarın gedəsi hara… Ü.Hacıbəyov.

◊ Yekə yerdən danışmaq – lovğalıq etmək, lovğa-lovğa danışıq. Əlindəki badə olsun, saz olsun; Hərəkətin işvə olsun, naz olsun; Yekə yerdən danışmağın az olsun; Düşərsən bir dərin ah-vaya, Pəri! Aşıq Məhəmməd bəy.
Başından yekə danışmaq – yaşına, tutduğu mövqeyə, biliyinə yaraşmayan, uyğun olmayan sözlər danışmaq.
Tez ol! Çox danışma başından yekə; Yoxsa doğranarsan lap tikə-tikə. S.Vurğun.

Sinonimlər (yaxın mənalı sözlər)

  • YEKƏ yekə bax böyük 1
  • YEKƏ böyük — iri

Antonimlər (əks mənalı sözlər)

  • YEKƏ YEKƏ – BALACA Birisinin qulaqları yekədir (C.Əmirov); Tayqılça Kazım indi də izdihamı yarır, balaca adamların başından axsaq qarğa kimi addayıb oturdu

Etimologiya

  • YEKƏ Mənbələrdə əkə, ağa, yekə, qağa sözlərinin mənaları “böyük” kimi açıqlanıb. Deməli, bunların kökü ağ sözü (yuxarı, uca) ilə bağlıdır
YEKDİLLİK
YEKƏ-YEKƏ
OBASTAN VİKİ
Qara yekəqarın fitçalan ördək
Qara yekəqarın fitçalan ördək (lat. Dendrocygna autumnalis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin ağac ördəyi cinsinə aid heyvan növü. == Yarımnövləri == D. a. autumnalis (Linnaeus, 1758) D. a.
Yekəxana
Yekəxana (Qobustan) — Azərbaycanın Qobustan rayonunda kənd. Yekəxana (Göyçay) — Azərbaycanın Göyçay rayonunda kənd. Yekəxana su anbarı — İsmayıllı rayonu ərazisində su anbarı.
Yekəxana (Göyçay)
Yekəxana — Azərbaycan Respublikasının Göyçay rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Kənd Qaraməryəm tirəsinin ətəyindədir. Keçən əsrin əvvəllərində bu ərazidə Yekəxana Talib və Yekəxana İbrahim adlı iki kənd olmuşdur. 1870-ci ildə Pirsaat çayı yaxınlığında yaşamış yekəxana tayfası və bu tayfanın 72 ailədən ibarət Yekəxana Talib bəy; 32 ailədən ibarət Yekəxana İbrahimbəy adlı hissələrdən ibarət olması haqqında məlumat verilir. Oturaqlaşdıqdan sonra onlar iki kənd salmışdılar. Talib bəy və İbrahimbəy bu ailələrin başçıları olmuşlar. Sonralar oykonimin ikinci komponentləri ixtisar olunmuş, kəndin adı Yekəxana kimi rəsmiləşdirilmişdir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 752 nəfər əhali yaşayır.
Yekəxana (Qobustan)
Yekəxana — Azərbaycan Respublikasının Qobustan rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 31 mart 1995-ci il tarixli, 1008 saylı Qərarı ilə Qobustan rayonunun Yekəxana kəndi Bədəlli kənd inzibati ərazi vahidindən ayrılaraq, bu kənd mərkəz olmaqla Yekəxana kənd inzibati ərazi vahidi yaradılmışdır. == Toponimikası == Kənd keçmişdə İbrahimbəy də adlanmışdır. Yaşayış məntəqəsi XIX əsrdə Pirsaat çayı yaxınlığında yaşamış yekəxana tayfasına məxsus ailələrin məskunlaşması nəticəsində yaranmış və bu tayfanın adı ilə adlandırılmışdır, İbrahimbəy bu ailələrin başçısı olmuşdur. == Coğrafiyası və iqlimi == Kənd Mərəzə yastanında yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1088 nəfər əhali yaşayır.
Yekəxana bələdiyyəsi
Qobustan bələdiyyələri — Qobustan rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycan bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Yekəxana su anbarı
Yekəxana su anbarı — İsmayıllı rayonu ərazisində Kürdmaşı kəndi ilə Göyçayın Yekəxana kəndi arasında yerləşir. Dəvəbatan çayının yatağında yerləşir. 1963-cü ildə istifadəyə verilmişdir. Ümumi həcmi 19 mln m³, faydalı həcmi 18.5 mln m³-dir. Suyunu kanalla Aşıqbayramlı su anbarından alır. İsmayıllı və Göyçay rayonlarında 1900 ha (1981-ci il) əkin sahəsinin suvarılmasında istifadə edilir. == Xarici keçidlər == Wikimpaia == Mənbə == ASE, V cild, Bakı, 1981, səh.

Digər lüğətlərdə

агу́лы масси́в отпасти́сь пло́шка разви́ться фотофо́н гурма́нка ехи́дина импоза́нтно погусте́ть посадить в лу́жу прости́рываться те́мперный юбчо́нка AM graphite fibre semipermeable streptococci tideland волшебство нигде переплётчик посредственность скованность хуторской