1. Təkrar, bir daha, təzədən, yenidən. Dünənki adam bu gün yenə gəldi. Bu gün yenə hava pisləşdi. Uşaqlar yenə qaçışmağa başladılar.
– Gülbadam yenə də sual vermək istədi.
Məcnun kimi yenə düşdüm çöllərə.
O günün sabahı Mirzağa üçüncü kərə olaraq Cəmilə ilə yenə üz-üzə gəldi.
// Sual şəklində: təəccüb, heyrət, məmnuniyyətsizlik bildirir. Yenə gəldin? Yenə narazılıq? Yenə də şikayət?
2. Eyni qayda üzrə, əvvəlki kimi. Yenə söhbətlər başladı.
– Bir gün yenə Nigar xanımın ürəyi sıxıldı. “ ”.
[Mərcan bəy:] Balam, orada olmadı, gəl yenə burada danışaq.
Otuza az qalır Aygünün yaşı; Yenə od kimidir al yanaqları.
3. Hər halda, hər necə olsa, hətta, belə, hələ də, o halda da. Gec də olsa, yenə gələcəyəm. Dediyindən yenə də əl çəkmir. Bundan yenə o yaxşıdır.
4. Eyni ilə, olduğu kimi, o cür. Dünən necə etmişdinsə, yenə elə hərəkət et.