Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Zəhhaq
Zəhhak və ya Zəhhaq (fars. ضحاک‎, pronounced [zæhɒːk]; Avestada Azi Dəhakə (fars. اژی دهاک‎) — İran mifologiyasında üçbaşlı ilan, ilanların şahı. O, Babildə yaşamış və Əhrimənin tayfasından olan dəhşətli əjdaha idi. Son ənənədə əslən Ərəbistandan olan padşah Cəmşidin düşmənidir. O, Cəmşidi devirərək İran taxtını ələ keçirmiş, lakin Cəmşidin oğlu Firidun Dəmirçi Kavenin köməyi ilə Zəhhakın min illik zalım hökmranlığına son qoymuş, onu Dəməvənd dağının mağarasına həbs etdirmişdir. Özbəkistanda, müasir Qarşi ərazisində, Qalayi-Zəhhaki-Moron adlı böyük qədim şəhərin xarabalıqları var və bu adın mənası "ilanların padşahı Zəhhak qalası"dır. Bamyandan 15 km qərbdə yerləşən Kabilistanda bişmiş kərpicdən tikilmiş, 25 m hündürlüyündə qala ilə əhatə olunmuş və mühüm dağ keçidini müşahidə etmək üçün ucaldılmış "Zəhhak qalası" adlanan xarabalıqlar mövcuddur . == İstinadlar == == Əlavə ədəbiyyat == Boyce, Mary. History of Zoroastrianism, Vol.
Zəhhak
Zəhhak və ya Zəhhaq (fars. ضحاک‎, pronounced [zæhɒːk]; Avestada Azi Dəhakə (fars. اژی دهاک‎) — İran mifologiyasında üçbaşlı ilan, ilanların şahı. O, Babildə yaşamış və Əhrimənin tayfasından olan dəhşətli əjdaha idi. Son ənənədə əslən Ərəbistandan olan padşah Cəmşidin düşmənidir. O, Cəmşidi devirərək İran taxtını ələ keçirmiş, lakin Cəmşidin oğlu Firidun Dəmirçi Kavenin köməyi ilə Zəhhakın min illik zalım hökmranlığına son qoymuş, onu Dəməvənd dağının mağarasına həbs etdirmişdir. Özbəkistanda, müasir Qarşi ərazisində, Qalayi-Zəhhaki-Moron adlı böyük qədim şəhərin xarabalıqları var və bu adın mənası "ilanların padşahı Zəhhak qalası"dır. Bamyandan 15 km qərbdə yerləşən Kabilistanda bişmiş kərpicdən tikilmiş, 25 m hündürlüyündə qala ilə əhatə olunmuş və mühüm dağ keçidini müşahidə etmək üçün ucaldılmış "Zəhhak qalası" adlanan xarabalıqlar mövcuddur . == İstinadlar == == Əlavə ədəbiyyat == Boyce, Mary. History of Zoroastrianism, Vol.
Zəhra
Zəhra — ad. Zəhra Şahtaxtinskaya — Azərbaycan zooloq, helmintoloqu. Biologiya elmləri doktoru (1953), professor (1954). Zəhra Qazıyeva — həkim-terapevt, Azərbaycanın Əməkdar həkimi (1960), Sosialist Əməyi Qəhrəmanı (1969). Zəhra Kərimova — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR ictimai təminat komissarı. Zəhra Salayeva — məşhur Azərbaycan nevropatoloqu, tibb elmləri doktoru (1963) Zəhra Qürbət — azərbaycanlı rejissor. Zəhra Cəfərova — alim, musiqiçi, professor, Əməkdar incəsənət xadimi Zəhra Bədəlbəyli — azərbaycanlı aktrisa, şairə və pianoçu. Zəhra Nemati — İranlı oxatan.
Abdulla Qəhhar
Abdulla Qəhhar (özb. Abdulla Qahhor, Абдулла Қаҳҳор; 4 (17) sentyabr 1907, Kokand, Fərqanə vilayəti – 24 may 1968, Moskva, RSFSR, SSRİ) — özbək yazıçısı. Stalin mükafatı laureatı. (1952) == Həyatı == Abdulla Qəhhar 1907-ci ildə anadan olmuşdu. Altmışıncı illərin əvvəllərində Özbəkistanda Xalq yazıçısı Abdulla Qəhhar da dərin inamla söyləyirdi ki: "Özbək ədəbiyyatı gələcəkdə böyük ədəbiyyat olacaq". Abdulla Qəhhar 1968-ci ildə vəfat edib.
Hüseyn Səhhaf
Hüseyn Səhhaf 1906-cı ildə Təbriz şəhərində anadan olub. Şair Mirzə Şərif adlı bir mollanın qədim üsulla məktəbində təhsil almışdır. Atası yoxsul həyat şəraiti ağır olduğu üçün Səhhaf oxumaqla bərabər, cildçi yanında şagirdlik etmiş və bu işi özünə sənət seçərək cildçilikləməşğul olmuşdur. Məhz buna görə də o, “Səhhaf” təxəllüsünü qəbul edərək şeirlərini bu ad altında yazmışdır. Səhhaf 12 yaşından başlayaraq zamanın təqazasına münasib nohələr, həcvlərlə bərabər, komik və satirik əsərlər də yazmışdır. Əksəriyyəti ana dilində olmaqla şairin 40 min beytə yaxın şeiri vardır. Şairin “Səhənd”, “Azərbaycan”, “Vətən yolunda” və digər Təbriz, Tehran qəzetlərində çıxış etmişdir. Hüseyn Səhhafın “Vətən qurbanıyıq”, “Ayrılmaz”, “İşıqlandır dünyanı”, “Şirlər məskəni” kimi şeirləri maraqla oxunmuş və bu gün də oxunmaqdadır. Şairin şeirlərdən başqa qəzəlləri də vardır. Hüseyn Səhhaf şeirlərində vənlə bağlı, fəsillə bağlı və xalqına olan sevgisini qələmə almışdır.
Zöhhak Abbasov
Abbasov Zöhhak Yaqub oğlu (10 aprel 1939, Sarov, Qasım İsmayılov rayonu – 1 mart 2019) — Azərbaycan alimi, texnika elmləri doktoru (1989), professor (2012), AMEA-nın müxbir üzvü (2001). == Həyatı == Zöhhak Abbasov 10 aprel 1939-cu ildə Goranboy rayonunun Sarov kəndində anadan olmuşdur. O, 1956-cı ildə Gəncə Neft Texnikumunu, 1961-ci ildə Azərbaycan Dövlət Neft Akademiyası Dağ mühəndis ixtisası üzrə bitirmişdi. == Əmək fəaliyyəti == Zöhhak Abbasov 1965-ci ilə qədər Xəzəryanı geoloji kəşfiyyat ekspedisiyasında (Qazaxıstan) operator, böyük geoloq, baş geoloq işləyib. 1965–1975-ci illərdə "Qaradağ-neft" NQÇİ nəzdində Elmi-tədqiqat istehsalat işləri sexinin elmi-tədqiqat laboratoriyasında mühəndisdən rəisə qədər müxtəlif vəzifələrdə işləmişdir. Zöhhak Abbasov 1997-ci ildən ABŞ-nin Neftçi-Mühəndislər Cəmiyyətinin üzvü olmuşdur. Alim cəmiyyətin Azərbaycan bölməsinin yaradıcılarından biri olmuş, 2000-ci ildən cəmiyyətin Azərbaycan bölməsinin vitse-prezidentidir. O, 1997–1998-ci illərdə bu təşkilatın vitse-prezidenti vəzifəsini icra etmişdi. Eyni zamanda respublika qrant layihələrinin rəhbəri və iştirakçısı idi. == Elmi fəaliyyəti == Zöhhak Abbasov 1969–1973-cü illərdə Azərbaycan EA DNQYPİ-nun aspirantı olub.
Zöhhak qalası
Zöhhak qalası ya Narin qala – İranın Şərqi Azərbaycan ostanında, Həştrud, Həştəri və ya Sərəskənd şəhərinin 15 kilometrlığənd Marağa – Miyanə yolunun kənarında yerləşən antik və erkən orta əsrlər dövrünə aid qala-şəhər. İki təpədən və onların arasındakı çökəkdən ibarət olan Qaleye-Zöhhak qədim şəhər yeri şimaldan cənuba təqribən bir kilometrlik ümumi uzunluğa malikdir və Əhəmənilərə qədərki dövrdən islam zamanınadək müxtəlif vaxtlarda tikilmiş qurğuları özündə ehtiva edir. Şimaldakı təpə qədim şəhər yeri həyatının Parfiya dövrünə aiddir. Bu təpə e.ə. II – I minilliklərə aid olan məskən izlərini saxlamış çökəkdən ayrılmışdır. İkinci təpədə Sasanilərin hakimiyyəti dövründə tikilmiş qala qurğuları vardır. Bu qala qurğuları yonulmamış daşlardan bərkidici məhlul olmadan hörülmüşdür, diizbucaqlı qüllələrə malikdir. Bu divarın qərb qurtaracağında, Keranku çayı tərəfdəki yerdə qala qapılarının izləri nəzərə çarpır. Görünür bütün təpənin müdafiəsi üçün təqribən tam şəkildə qalmış, daha erkən zamanlarda tikilmiş qala divarından istifadə edilirdi. Divarın xarici tərəfindən, düz qala qapılarının qarşısında yonulmamış daşlardan tikilmiş ayrı-ayrı binalar görünməkdədir.
Zəhran Alluş
Zəhran Alluş (1971 - 25 dekabr, 2015)—Terrorçu lider. == Həyatı == Zəhran Alluş 1971-ci ildə Suriyada dünyaya gəlib, sələfi əqidəsində olub və Səudiyyə Ərəbistanının sələfi ideologiyasına bağlı təhsil müəssisəsində təhsil alıb. Suriyada vətəndaş müharibəsi başlayandan əvvəl bir dəfə milli-dini ayrı-seçkilik saldığına görə məhkəmə hökmü ilə həbs olunub. Daha sonra Bəşər Əsəddən əfv istəyən Alluş "əfv siyahısı"na düşərək azad olub. Daha sonra o, "Əl Qaidə"yə bağlı qruplaşmalara qoşulur, qısa zaman ərzində Səudiyyədə təlim alma səbəbinə görə komandirlik vəzifəsinə çatır. "İslami cəbhə" bir neçə terrorçu qruplaşmanın birləşməsilə təsis olunub. Bu terrorçu təşkilat Səudiyyə Ərəbistanı başda olmaqla bəzi ölkələrin yardım-dəstəyilə fəaliyyət göstərib. "Əl Qaidə"yə beyət etmiş Alluş 2013-cü ildə Dəməşqdəki şiə və ələvilərə qarşı təkfirçi açıqlaması ilə yadda qalıb. Zəhran Alluş 25 dekabr, 2015-ci ildə öldürülüb..
Behişti-Zəhra
Behişti-Zəhra (fars. بهشت زهرا‎ — behešt-e zahrâ) — Dünyanın və İranın ən böyük qəbiristanlıqlarından biri. == Tarixi == Tehranın sürətlə böyüməsi və şəhər rəhbərliyinin məscidlərdə dəfn praktikasını yığışdırmaq, bunu vahid bir yerdə cəmləmək istəyi yeni qəbiristanlığın açılmağına səbəb olur. Tehrandan 6 km cənubda yerləşən qəbiristanlıq 25 iyul 1970-ci ildə açılır. Qəbiristanlıq İmam Əlinin həyat yoldaşı Fatimeyi-Zəhranın şərəfinə ”Behişti-Zəhra” adlandırılıb. Burada İran-İraq müharibəsinin şəhidləri və o cümlədən bir çox dini və siyasi liderlərin məzarları yerləşir. Qəbiristanlığın 1979-cu il inqilabı tarixində xüsusi yeri var. İnqilabın banisi ayətullah Xomeyni 1979-cu ildə İrana qayıdanda kütlə qarşısında ilk çıxışını şah rejiminə qarşı mübarizədə həlak olmuş şəxslərin şərəfinə məhz bu qəbiristanlıqda edib. == Ümumi məlumatlar == Qəbiristanlığın ümumi ərazisi 534 hektardır. Burada 1.600.000 insan dəfn olunub.
Fatimeyi Zəhra
Fatimə (ərəb. فاطمة ‎) və ya Fatimeyi-Zəhra (ərəb. فاطمة الزهراء‎) (tam adı: Fatimə binti Məhəmməd əl-Haşimi əl-Qüreyşi; ən tezi 604 və ən geci 604, Məkkə, Hicaz – 14 dekabr 632, Mədinə, Hicaz, Səudiyyə Ərəbistanı) — Müsəlmanların sonuncu peyğəmbəri Məhəmməd peyğəmbərin birinci həyat yoldaşı Xədicədən olan qızı, Məhəmməd peyğəmbərin əmisi oğlu IV Raşidi xəlifə, şiələrin I imamı və xəlifəsi, II məsumu Əli ibn Əbu Talibin həyat yoldaşı, şiələrin II və III imamları Həsən ibn Əli və Hüseyn ibn Əlinin anası. Əhli-beytin 5 üzvündən biri. Fatimə Nəcran nəsranilərilə edilən Mübahilə günündə Məhəmmədin yanında olan yeganə qadındır. O, Əbu Bəkrə beyət etməmiş və ona qarşı çıxmışdır. Fədəkiyyə xütbəsində Fədəyin qəsbi və Əlinin xilafətini müdafiə etməsi məşhurdur. Fatimə Məhəmmədin vəfatından sonra, Cəmadiyəlaxir ayının 3-cü günü hicri-qəməri 11-ci ildə Mədinədə dünyasını dəyişib, gecə, gizlicə dəfn edilib. Fatimə məşhur ərəb qadınlarındandır. İbn Tayfur (ö.
Sərpol Zəhab
Sərpol Zəhab — İranın Kirmanşah ostanının şəhərlərindən və Sərpol Zəhab şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 34,632 nəfər və 8,210 ailədən ibarət idi.
Zəhra (Germi)
Zəhra (fars. زهر‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 161 nəfər yaşayır (40 ailə).
Zəhra Abbasova
Zəhra Fərhad qızı Abbasova — Alim, tibb elmləri doktoru, professor, Respublika Kliniki Xəstəxananın şöbə müdiri, çoxsaylı elmi məqalənin və səmərələşdirici təklifin müəllifi. == Həyatı və elmi fəaliyyəti == 1959-cu ildə Bakıda anadan olmuşdur. Əslən Qazax rayonundandır. 1966-1976-cı ildə Bakıdakı 23 saylı orta məktəbi qızıl medalla bitirmişdir. Həmin il Azərbaycan Dövlət Tibb İnstitutu nun müalicə-profilaktika fakültəsinə daxil olub, 1972-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir. Əmək fəaliyyətinə Ftiziatriya İnstitutunda başlamışdır. 1990-cı ilə qədər orada işləmişdir. 1990-cı ildən Respublika Kliniki Xəstəxanasında mama-ginekoloq işləmiş, hazırda orada şöbə müdiridir. 1995-ci ildə namizədlik, 2002-ci ildə isə Moskvada doktorluq dissertasiyası müdafiə etmişdir. Tibb elmləri doktoru, professordur.
Zəhra Bədəlbəyli
Zəhra Bədəlbəyli (28 aprel 1983, Bakı) — azərbaycanlı aktrisa, şairə və pianoçu. == Həyatı == Zəhra Bədəlbəyli 1983-cü il aprelin 28-də Bakı şəhərində anadan olub. 1988-ci ildən Bülbül adına orta ixtisas musiqi məktəbində təhsil almağa başlayır. Elə məktəb illərində ilk şeirini yazır. 1994–2000-ci illərdə "Səyyah" caz-folklor ansamblının vokal qrupunda iştirak edir, konsert və səfərlərə qoşulur. O, 2000-ci ildə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasına daxil olur və 2004-cü ildə Akademiyanı fortepiano ixtisası üzrə bakalavr, 2006-cı ildə fortepiano, musiqişünaslıq ixtisasları üzrə magistr dərəcələrində qırmızı diplomla bitirir. 2005-ci ildə Bakı Musiqi Akademiyasının Tələbə Gənclər Təşkilatının sədr müavini, 2006–2009-cu illərdə sədri vəzifəsini icra edir. 2005-ci ildə "Один день эпохи равнодушия" ("Laqeydliyik dövrünün bir günü") adlı ilk qısametrajlı filmdə çəkilir. Zəhra Bədəlbəyli 2005–2009-cu illərdə fortepiano solo ifaçı və müşayiətçi kimi çalışır. Paralel olaraq o, 2006–2009 illərdə Bakı Musiqi Akademiyasında konsertmeyster, Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kolleci, Studiya məktəbində müəllim vəzifələrində çalışır.
Zəhra Cuya
Zöhrə Cuya(fars. زهره جویا‎)—İran müğənnisi. == Həyatı == Zöhrə Cuya İranın Xorasan ostanının Məşhəd şəhərində anadan olub. Atası əslən Əfqanıstanın Herat şəhərindəndir. Anası isə İranlıdır. Ulu babaları Azərbaycan türklərindəndir. Azərbaycanca "Ay işığında", "Dağları duman alanda" mahnılarını oxuyur.
Zəhra Cəfərova
Zəhra Hüseyn qızı Cəfərova (1924, Bakı – 2005, Bakı) — alim, musiqiçi, professor, Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Konservatoriyasının orqan sinfinin təsisçisi və rəhbəri. Azərbaycanda ilk orqan musiqisi Zəhra Cəfərovanın adı ilə bağlıdır. == Həyatı və elmi fəaliyyəti == Zəhra Cəfərova 1924-cü ildə Bakı şəhərində anadan olmuşdur. Əslən Qazax qəzasının Dağkəsəmən (həmin kənd indiki Ağstafa rayonundadır) kəndindəndir. 1947-ci ildə Azərbaycan Dövlət Konservatoriyasında, 1951-ci ildən isə Leninqrad (indiki Sankt-Peterburq şəhəri) konservatoriyasında orqan ifaçısı ixtisası üzrə təhsil almışdır. Oxumaqla yanaşı, geniş konsert fəaliyyəti ilə də məşğul olmuşdur. Azərbaycanda ilk orqan musiqisi Zəhra Cəfərovanın adı ilə bağlıdır. Uzun illər ərzində konservatoriyanın böyük zalında özünün ifaçılığını dinləyicilərə nümayiş etdirmişdir. Zəhra Cəfərova 1961–1991-ci illər ərzində Azərbaycan Dövlət Konservatoriyasında əsasını qoyduğu orqan sinfinə rəhbərlik etmiş, yüzə qədər orqan ifaçısı yetişdirmişdir. Uzun müddət bu təhsil müəssisəsində professor olaraq çalışmışdır.
Zəhra Kərimova
Zəhra Adıgözəl qızı Kərimova (1909, Eyvazlı, Zəngəzur qəzası – 1990, Bakı) — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR ictimai təminat komissarı (1942–1946) və naziri (1946–1952), Azərbaycan Həmkarlar İttifaqları Şurasının sədri (1952–1954), Azərbaycan Kommunist Partiyası Kirov Rayon Komitəsinin birinci katibi (1938–1942). == Həyatı == Zəhra Adıgözəl qızı Kərimova 1909-cu ildə Zəngəzur qəzasının (hazırda Qubadlı rayonunun) Eyvazlı kəndində anadan olub. 1918-ci ildə erməni daşnaklarının azğınlığı nəticəsində Ağdama köçürlər. Əmək fəaliyyətinə 1920-ci ildə corab artelində başlayır. Gündüzlər işləyib, gecələr oxuyur. Komsomola keçir və 1928-ci ildə Bakıya partiya məktəbində oxumağa gəlir. 1930-cu ildə partiyaya keçir və rayonlara işləməyə göndərilir. Masallı RPŞ-də təşviqatçı, Gəncə RPŞ-də partiya kadrlar şöbəsinin müdiri, 1934-cü ildə Ağcabədi MTS siyasi şöbəsinin müavini işləmişdir. Zəhra Kərimova 1938-ci ildə Azərbaycan Kommunist Partiyası Kirov Rayon Komitəsinin birinci katibi seçilir, 1939–1940-cı illərdə Moskva Ali Partiya Məktəbində oxuyaraq XVIII qurultaya nümayəndə olur. 1942-ci ilin yanvar ayında Azərbaycan SSR xalq ictimai təminat komissarı təyin olunur.
Zəhra Nemati
Zəhra Nemati (30 aprel 1985, Kirman, İran) — İranlı oxatan. Zəhra Nemati İranı 2012-ci ildə Paralimpiya Oyunlarında təmsil etdi və biri qızıl, digəri gümüş medal olmaqla iki medal qazandı. O, həmdə İranı 2016-cı ildə Olimpiya Oyunları və Paralimpiya Oyunlarında təmsil etdi. Olimpiya Oyunlarında uğursuz çıxış etsə də, Paralimpiya Oyunlarında iki qızıl və bir gümüş medal qazandı. O, həmçinin 2016-cı ilin Olimpiya Oyunlarının açılış mərasimində İran bayrağını apardı.
Zəhra Qazıyeva
Qazıyeva Zəhra Kərim qızı (2 may 1912, Naxçıvan – 1989, Bakı) — həkim-terapevt, Azərbaycanın Əməkdar həkimi (1960), Sosialist Əməyi Qəhrəmanı (1969). == Həyatı == Zəhra Kərim qızı 1912-ci ildə Naxçıvan şəhərində dünyaya gəlmişdir. 1942-ci ildə ADTİ-ni (hazırkı AZTU-nu) tamamlamışdı. Bərdə rayonunun Kolayır kənd sovetinin Otuzikilər kəndinin tibb məntəqəsində həkim işləmişdir. 1959-cu ildə isə həmin sovetliyin Kolayır kənd xəstəxanasının baş həkimi olmuşdur. 30 illik həkimlik falıyyəti ərxzində Zəhra xanımın təklifi ilə artezian quyuları təşkil edilmiş, yaylaqlarda istirahət məntəqələri açəlmış, yeni xəstəxana tikilmişdir. O, SSRİ Ali Sovetinin (6-cı çağırış) deputatı olmuş, nümunəvi əmək fəliyyətinə görə 1969-cu ildə Sosialist Əməyi Qəhrəmanı fəxri adına layiq görülmüşdür. İstedadlı təşkilatçı-həkim Zəhra xanım iki dəfə Lenin ordeni ilə təltif olunmuşdur. Respublikanın əməkdar həkimi (1960), Sosialist Əməyi Qəhrəmanı Zəhra Kərim qızı Qaziyeva 1989-cu ildə vəfat etmişdir.
Zəhra Quliyeva
Zəhra Quliyeva — Əməkdar elm xadimi, Azərbaycan Respublikası Qadın Problemləri üzrə Dövlət Komitəsinin sədri (1998–2005). Zəhra Quliyeva — skripkaçı, konsertmeyster, Bakı Musiqi Akademiyasının professoru, Azərbaycan Respublikasının xalq artisti (2008). Zəhra Quliyeva — 2017-ci il 4 iyulda Ermənistan Silahlı Qüvvələrinin minaatan və qumbaratanları tərəfindən açılan atəş nəticəsində ölən 14 aylıq körpə.
Zəhra Qürbət
Zəhra Qürbət (Zəhra Talıbova) — azərbaycanlı rejissor. == Həyatı == Zəhra Qürbət Bakı şəhərində ziyalı ailəsində doğulub. Orta təhsilini Yasamal rayonu 172 saylı orta məktəbdə alıb. 1998-2002-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rejissorluq fakültəsinin "Dram rejissoru" ixtisası üzrə xalq artisti Cənnət Səlimovanın kursunda təhsil alıb. 2003-2005-ci illərdə eyni ixtisas üzrə magistr dərəcəsinə yiyələnib. Universitetin 3-cü kursundan etibarən (2000-ci ildən) rejissor Hüseynağa Atakişiyevin rəhbərlik etdiyi Dövlət Gənclər Tearında rejissor assistenti kimi fəaliyyətə başlayıb. 20-dən artıq tamaşada ikinci rejissor kimi çalışıb. 2001-ci ildən həmin teatrda quruluşçu rejissor, 2002-ci ildən isə paralel olaraq truppa müdiri vəzifəsində fəaliyyət göstərib. Dövlət Gənclər Teatrının səhnəsində 2001-ci ildə Firuz Mustafanın "Tabut", 2002-ci ildə Rüstəm İbrahimbəyovun "Qum üzərində ev", 2004-cü ildə isə Batislav Nuşiçin "Nazirin xanımı" əsərlərinə quruluş verib. Teatrla paralel olaraq 2001-ci ildən LİDER TV-də televiziya fəaliyyətinə başlayıb.
Zəhra Sai
Zəhra Sai-İranlı siyasətçi, tədqiqatçı və İran parlamentinin onuncu dövründə Təbrizi təmsil edən nümayəndələrdən biridir.
Zəhra Salayeva
Zəhra Məmməd qızı Salayeva (d. 15 mart 1922-ci il, Bakı – 28 noyabr 2005-ci il, Bakı) - məşhur Azərbaycan nevropatoloqu, tibb elmləri doktoru (1963), professor (1967), Azərbaycan Əməkdar Elm Xadimi (1981). == Həyatı == Zəhra Salayeva 15 mart 1922-ci ildə Bakı şəhərində anadan olub. 1943-cü ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmişdir. 1967-ci ildən N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun sinir xəstəlikləri kafedrasının müdiri olmuşdur. Tədqiqatı, əsasən, Azərbaycanda neyromalyariyaya, hemorragik ensefalitin klinika və patomorfologiyasına həsr edilmişdir. 1979-cu ildən Azərbaycan Tibbi Genetiklər Cəmiyyətinin sədri olmuşdur. 3 monoqrafiya, 4 dərslik və 4 dərs vəsaitinin müəllifidir. SSRİ Ali Sovetinin (7-ci çağırış) deputatı olmuşdur. 28 noyabr 2005-ci ildə Bakı şəhərində vəfat etmişdir.
Zəhra Şahtaxtinskaya
Zəhra Mustafa qızı Şahtaxtinskaya və ya Zəhra xanım Mustafa bəy qızı Ağayeva (17 noyabr 1895, Xankəndi, Şuşa qəzası – 16 sentyabr 1977, Bakı) — Azərbaycan zooloq, helmintoloqu. Biologiya elmləri doktoru (1953), professor (1954). Azərbaycan SSR əməkdar elm xadimi (1960). "Lenin Ordeni" laureatı. == Həyatı == Zəhra Şahtaxtinskaya 17 noyabr 1895-ci ildə Xankəndində anadan olub. Əmək fəaliyyətinə 1916-cı ildə qadın gimnaziyasında müəllimliklə başlamışdır. 1922-ci ildən Azərbaycan Dövlət Pedaqoji İnstitutunda işləmiş, biologiya fakültəsinin dekanı olmuşdur. 1937-ci ildən zoologiya kafedrasının müdiri vəzifəsində çalışmışdır. Tədqiqat sahəsi əsasən, Azərbaycanda yaşayan su və bataqlıq quşlarında parazitlik edən qurdlar olmuşdur. Bir çox elmi əsərin, dərsliyin müəllifidir.
Zəhra Sayers
Zəhra Sayers (türk. Zehra Sayers; 1953) — Molekulyar biologiya, struktur biologiya və biofizika sahələrində çalışan türk-ingilis alimi. Sabancı Universitetinin Molekulyar Biologiya, Genetika və Biomühəndislik proqramının qurucu üzvü olan Sayers bir müddət Sabancı Universitetinin rektoru vəzifəsini də icra edib. Eyni zamanda, Elm Məsləhət Şurasının sədri kimi Yaxın Şərq Sinxrotron Radiasiya Təcrübə Elmi və Tətbiqləri (SESAME) layihəsində iştirak edib. O, 2019-cu ildə AAAS Diplomacy in Science Award mükafatına layiq görülüb. == Təhsil == Sayers 1974-cü ildə Boğaziçi Universitetinin Fizika fakültəsini bitirmiş və 1979-cu ildə London Universitetində biofizika üzrə doktorluq dərəcəsini tamamlamışdır. Daha sonra Open Universitetində və Uppsala Universitetində doktoranturadan sonrakı tədqiqatçı kimi çalışmışdır. 1986-cı ildə Avropa Molekulyar Biologiya Laboratoriyasında (EMBL) çalışmışdır. 1996-cı ildə Almaniyanın Hamburq Universitetində habilitasiya diplomu almışdır. == Karyera == 1998-ci ildə Türkiyəyə qayıdan Sayers Sabancı Universitetinin qurucu professoru olur, 2011-ci ildə Vəqflərin İnkişafı Proqramının direktoru, 2018-ci ildə isə rektor seçilir.
Behnaq (Marağa)
Behnaq (fars. بهنق‎‎‎‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 897 nəfər yaşayır (165 ailə).