CÜVƏLLAĞI

sif. Kələkbaz, fırıldaqçı, qeyri-ciddi.
[Xəlil:] [Rövşən] hərçənd bir az cüvəllağı idi, amma yaxşı oğlanların biri idi. S.Rəhman.

// İs. mənasında.
[Xan:] Sizin heç biriniz mənim mərhəmətimə layiq deyil! Bu cüvəllağını niyə qoydunuz, getdi? M.F.Axundzadə.
[İkinci kəndli:] Deyəsən, cüvəllağılar Həsənin evini yandırdılar. Ə.Haqverdiyev.
[Həsən:] [Zəhra] birdən keçər bir cüvəllağının əlinə, yıxar evimi, papağımı vurar yerə. M.İbrahimov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • CÜVƏLLAĞI cüvəllağı bax hiyləgər
  • CÜVƏLLAĞI hiyləgər — bic — kələkbaz — haramzada — fəndgir — dələduz — həlləm-qəlləm
CÜTTOXUMLULAR
CÜVƏLLAĞILIQ

Digər lüğətlərdə