SƏADƏT

is. [ ər. ]
1. Həyatda ən yüksək məmnunluq hissi; bir şəxsin hər hansı bir şeydən duyduğu dərin məmnunluq və sevinc hissi; xoşbəxtlik.
[Murad] özünün səadət və istirahətini yalnız Nigarla bərabər yaşamaqda görürdü. S.Hüseyn.
Şair anam Azərbaycan, sən vüqarımsan; Nəğməmsən, şerimsən, şeriyyətimsən; Sən mənim dünənki yaralarımsan; Sən mənim bugünkü səadətimsən! Ə.Kürçaylı.
Mən də, bu gözəl yaz gecəsi də həyəcan və səadət içindəydik. İ.Əfəndiyev.

2. məc. Obrazlı təşbehlərdə, məs.: səadət yolu, səadət qapıları, səadət məşəli, səadət nuru və s.
[Zəhra:] Ədalət dünyada əlvan gül açsın; Səadət günəşi nurunu saçsın. M.Rahim.
Səadət qapıları [Zərqələmin] üzünə açılırdı. Ə.Sadıq.

Sinonimlər (yaxın mənalı sözlər)

  • SƏADƏT bəxt — tale — xoşbəxtlik
  • SƏADƏT səadət bax xoşbəxtlik

Antonimlər (əks mənalı sözlər)

  • SƏADƏT SƏADƏT – BƏDBƏXTLİK Səadətlə bədbəxtlik arasında bir addımdan artıq məsafə yoxdur (M.Talıbov)
SEZMƏK
SƏADƏTLİ
OBASTAN VİKİ
Səadət
Səadət — qadın adı. Səadət Əliyeva — Azərbaycanlı alim, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Universitetinin rektoru. Səadət Təhmirazqızı — sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Yusifova — hüquq üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini.
Səadət Abdullayeva
Səadət Abutalıb qızı Abdullayeva (18 yanvar 1940, Bakı – 12 mart 2017, Bakı) — Azərbaycan musiqişünas-alim, etnoorqanoloq və pedaqoq, sənətşünaslıq doktoru, professor. 1940-cı il yanvarın 18-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. Abutalıb Abdullayevin qızı idi. 1947–1957-ci illərdə Azərbaycan Dövlət Konservatoriyası nəzdindəki Onillik Musiqi Məktəbində (indiki Bülbül adına Orta İxtisas Musiqi Məktəbi) təhsil alıb. 1957-ci ildə Azərbaycan Dövlət Konservatoriyasına (indiki Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası) daxil olub. 1962-ci ildə konservatoriyanı “Azərbaycan xalq musiqisi” ixtisası üzrə bitirib. 1962–1971-ci illərdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin (sonralar Azərbaycan Milli Elmlər Akademiyasının) Memarlıq və İncəsənət İnstitutunun "Musiqi" şöbəsində kiçik elmi işçi vəzifəsində işləyilib. 1965–1967-çi illərdə institutun nəzdində fəaliyyət göstərən aspiranturada oxuyub. 1968-ci ildə sənətşünaslıq namizədi alimlik dərəcəsi verilib. 1971–1979-cu illərdə Azərbaycan Dövlət Konservatoriyasının “Azərbaycan xalq musiqisinin tarixi və nəzəriyyəsi” kafedrasının müəllimi, baş müəllimi, 1979–1992-ci illərdə dosenti olub.
Səadət Buta
Səadət Buta (Buta Ömər qızı Nəbiyeva; 15 fevral 1951, Qızılkilsə, Dmanisi rayonu) — şair, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Aşıqlar Birliyinin üzvü, Hacıxanım. "Aşıq Pəri" Məclisinin qurucularından biri. Buta Nəbiyeva 15 fevral 1951-ci ildə Gürcüstan Respublikasının Qızılkilsə kəndində müəllim ailəsində anadan olub. 1968-ci il tarixində Qızılkilsə orta məktəbini bitirmişdir. 2003-cü ildə müqəddəs Həcc ziyarətinə getmişdir. 2001-ci ildə 50 illik yubileyi ilə əlaqədar Gürcüstan Respublikası tərəfindən "Şərəf" medalı ilə təltif edilmişdir. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. "Borçalı" İctimai cəmiyyətinin qadınlar şurasının sədridir. Hazırda 70 yaşlı şairə yazıb yaratmaqla öz həyatını davam etdirir. İlk şerini 6-cı sinifdə oxuyarkən yazmışdır.
Səadət Cahangir
Səadət Qabil qızı Cahangir (8 yanvar 1968, Diləli Müskənli, Qubadlı rayonu) — Azərbaycan Xalq Cəbhəsi Partiyası Rəyasət Heyətinin üzvü, "Azadlıq" qəzetinin köşə yazarı, şairə. Səadət Cahangir 8 yanvar 1968-ci ildə Qubadlı rayonunun Diləli Müskanlı kəndində anadan olub. Orta təhsilini doğulduğu kənddə və Hal kənd orta məktəblərində alıb. 1985-ci ildə orta məktəbi bitirdikdən sonra Bakı Dövlət Universitetinə daxil olub. 1990-cı ildə BDU-nu bitirərək doğulduğu kəndə qayıdıb. 1993-cü ildə Qubadlı rayonu işğal olunduqdan sonra Bakıya köçüb. 1996-cı ildən etibarən "Azadlıq" qəzetində çalışır. 2001–2007-ci illər arasında BP neft şirkətində informasiya və redaktə işləri üzrə məsul işçi vəzifəsində çalışıb. 2007–2010-cu illərdə "Universe" tərcümə şirkətində redaktor kimi fəaliyyətini davam etdirib. Səadət Cahangirin atası Qabil Cahangirli, anası isə Ulduz xanımdır.
Səadət Cəmiyyəti
Bakı müsəlman Ruhani Cəmiyyəti "Səadət" — 1907-ci ildən Bakıda fəaliyyət göstərən və xalqın maariflənməsində, milli oyanışında mühüm rolu olmuş müsəlman xeyriyyə cəmiyyəti. "Səadət" cəmiyyəti 7 iyun 1907-ci ildə yaradılmışdır. Cəmiyyətin yaranması və fəaliyyətində görkəmli xeyriyyəçi, maarifpərvər Hacı Zeynalabdin Tağıyevin böyük rolu olmuşdur. "Səadət"in əsas məqsədi xalqı maarifləndirmək, onun mədəni inkişafında özünəməxsusluğunu qorumaq olmuşdur. Cəmiyyət köhnə üsullu məktəb və mədrəsələrin yenidən qurulmasına, təkmilləşdirilməsinə, onların yayılmasına, kitabxanalar, qiraətxanalar açılmasına çalışırdı. 1908-ci ildə cəmiyyət tərəfindən Bakıda açılmış "Səadət" məktəbində Fərhad Ağazadə, Üzeyir və Ceyhun Hacıbəyli qardaşları, Axund Molla Ağa Əlizadə, Molla Qədir İsmayılzadə, Məmməd Hənəfı Terequlov, Əli Hüseynov, Kərim bəy Məlikov və b. müəllimlik edirdilər. Məktəbin müdiri Əli bəy Hüseynzadə idi. Cəmiyyətin bütün məktəb proqramlarına Qori seminariyasının məzunu Fərhad Ağazadə rəhbərlik edirdi. Cəmiyyətin fəaliyyətində mütərəqqi din xadimləri yaxından iştirak edirdilər.
Səadət Kadırova
Səadət Qədirova (rus. Саадат Кадырова) — Azərbaycan əsilli Rusiya jurnalisti; Rusiyanın İTAR-TASS agentliyinin aparıcı jurnalisti, Dövlət Dumasında Etnik Azlıqlar Komitəsinin Ekspert Şurasının üzvü, beynəlxalq münasibətlər üzrə ekspert. Səadət Qədirova Moskva Dövlət Universitetinin müəllimi, Beynəlxalq və Rusiyalı Jurnalistlər Birliyinin üzvüdür. Səadət Qədirova uzun illərdir Rusiyanın ictimai-siyasi həyatında cərəyan edən prosesləri işıqlandıran və beynəlxalq münasibətlər üzrə ixtisaslaşan jurnalist kimi fəaliyyət göstərir.
Səadət Kərimi
Səadət Kərimi (tam adı: Səadət Məmməd qızı Kərimi, d. 17.11.1970, Göyçay ş. Azərbaycan SSR) — İsveçin Umea Universitetində elmi işçi və lektor/dosent. Səadət Məmməd qızı Kərimi 1970-ci ilin 17 noyabr tarixində Azərbaycan Respublikasının Göyçay şəhərində anadan olmuşdur. Göyçay şəhərində 3 nömrəli rus orta məktəbini bitirdikdən sonra 1988 –ci ildə Sankt-Peterburq Dövlət Universitetinə qəbul olmuş, 1993-cü ildə aspiranturaya qəbul olmuş və 1999-cü ilin 7 may tarixində Azərbaycan Milli Emlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda dissertasiyasını müdafiə etmişdir, fizika və riyaziyyat elmləri namizədi elmi dərəcəsini almışdır. 1993-cü ildən 1997-ci ilə qədər həmin institutda kiçik elmi işçi, 1997- 2000-ci ilə qədər böyük elmi işçi vəzifəsində işləmişdir. 1993-cü ildən 2000-ci ilə qədər “Azərbaycan Milli Elmlər Akademiyasının Xəbərləri” jurnalının fizika-riyaziyyat və texnika elmləri seriyasının məsul katibi və rus/ingilis dillərinə tərcüməçisi, həmçinin Riyaziyyat və Mexanika İnstitutunun Əsərləri jurnalının məsul katibi və tərcüməçisi işləmişdir. 2000-ci ildə Azərbaycan əsilli soydaşla ailə qurduqdan sonra İsveçə köçmüşdür. İsveçdə elmi fəaliyyətini davam etdirmişdir, 2005-ci ildə doktorluq işini müdafiə etmişdir və hal-hazırda İsveçin Umea Universitetində elmi işçi və lektor/dosent olaraq fəaliyyət göstərir. Çox sayda elmi əsərlərin müəllifidir.
Səadət Məmmədova
Səadət Məmmədova (sosioloq)
Səadət Partiyası
Səadət Partiyası — Türkiyədə fəaliyyət göstərən siyasi partiya. Səadət Partiyası 2001-ci il iyul ayının 20-də Türkiyənin keçmiş baş naziri Nəcməddin Ərbakanın başçılığı ilə Millî Görüş hərəkatı daxilində Fəzilət Partiyasının davamçısı olaraq yaradılmışdır. Fəzilət Partiyasının Türkiyə Böyük Millət Məclisindəki üzvlərinin bu partiyaya keçməsilə Səadət Partiyası parlamentdə təmsil olunmuşdur. Partiyanın parlament qrup sədri ilahiyyatçı Nihat Hatipoğlunun qardaşı Ömər Hatiboğlu olmuşdur. Nəcməddin Ərbakanın siyasi fəaliyyətinə qadağa tətbiq edildiyi üçün o, partiya sədrliyindən istefa vermiş, 2003-cü ildə Rəcai Qutan sədr seçilmişdir. Daha sonra Numan Qurtulmuş partiya sədri seçilsə də, 2011-ci ildə parlament seçkiləri ərəfəsində p, partiyadan ayrılaraq hakim Ədalət və İnkişaf Partiyasına (AKP) üzv olmuşdur. 2011-ci ilin Mart ayında Mustafa Kamalak partiyaya sədr seçilmişdir. 2002-ci il seçkilərində seçicilərini təxribat yolu ilə AKPyə uduzaraq 2% səs almış, TBMMdən kənarda qalmışdır. 2007-ci ildə də eyni nəticəni göstərib. 2013-cü ildə Bingöl Bələdiyyəsi və AKP Bingöl təşkilatı tam tərkiblə Səadət Partiyasına qatılmışdır.
Səadət Qəndilova
Səadət Tağı qızı Qəndilova — Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələrlə iş üzrə prorektoru. Səadət Tağı qızı Qəndilova 1967-cı ildə Bakıdakı 190 saylı orta məktəbi bitirib. D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun xalq təsərrüfatının iqtisadiyyatı və planlaşdırılması fakültəsini bitirib. 1974-cü ildən universitetdə müəllim işləməyə başlayıb. ADİU-nun Həmkarlar İttifaqı Komitəsi sədrinin müavinidir. Təhsil Nazirliyinin Elmi-Metodiki Şurasının “İdarəetmə” bölməsinin, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Ağsaqqallar Şurasının üzvüdür. "Tərəqqi" medalı ilə təltif olunub.
Səadət Sarayı
Səadət Sarayı və ya Muxtarovun evi — Milyonçu Murtuza Muxtarovun 1911–1912-ci illərdə osetin mənşəli həyat yoldaşı Yelezaveta xanım Tuqanova üçün inşa etdirdiyi saraydır. Sarayın layihə müəllifi memar İosif Ploşkodur. Səadət sarayı Bakıda tarixi yaxşı araşdırılmış azsaylı binalardan biridir. Sarayın tarixi haqqında təkcə Rusiya mətbuatında müxtəlif dövrlərdə 50-dək material çap edilib. Geniş yayılmış məlumata görə, məşhur milyonçu Murtuza Muxtarov öz həyat yoldaşı Liza xanımı çox sevirmiş, onu tez-tez özü ilə Avropaya səyahətə apararmış. Bir dəfə onlar Venesiyada gəzərkən olduqca yaraşıqlı və əzəmətli bir bina görürlər. "Belə binada yaşayanlar necə də xoşbəxtdirlər!" – deyə Liza heyranlığını əri ilə bölüşür. Bu mənzərəni sakitcə seyr edən Murtuza bəy heç nə demir. Bakıya qayıtdıqdan sonra milyonçu Venesiyaya adam göndərib həmin binanın dəqiq surətini əks etdirən çertyojları gətizdirir. 1912-ci ildə binanın tikintisi başa çatır.
Səadət Yusifova
Səadət Yusifova (Səadət Vidadi qızı Yusifova; 1974) — hüquq üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini. Bakı Dövlət Universitetinin və Fransanın Robert Şuman Universitetinin məzunudur. Səadət Yusifova Azərbaycan Prezidentinin Administrasiyasında müxtəlif vəzifələrdə çalışıb. 2014–2019-cu illlərdə Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri olub. 2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini vəzifəsinə təyinat alıb.
Xirqeyi-səadət
Xirqeyi-səadət vaya Bürdəyi-səadət — Məhəmməd peyğəmbərə aid olduğuna inanılan və Topqapı sarayında xüsusi otaqda mühafizə edilən, keçi tükündən hazırlanmış geniş qollu əbadır. Rəvayətə görə, Məhəmməd peyğəmbər əbanı şəxsən özü səhabələrindən şair Kab ibn Züheyrə hədiyyə etmişdir. I Səlimin Misiri fəth etməsinin ardından İstanbula gətirlərək digər Müqəddəs Əmanətlərlə birlikdə xüsusi otaqda mühafizə edilir. 1.24 metr uzunluğunda geniş qollu və qara rəngə çalan yunlu parçadan hazırlanmışdır. İç hissəsi ağ rəngdə kobud parçadan hazırlanmışdır. Qarşı sağ tərəfində 23*30 sm ölçülərində əskiklik var. Sağ qolunda da qopuq hissələri olan əba, 57*45*21 sm həcmində, üstdən açılan iki qapılı bir siyirmənin içində, boxcalara sarılmış formada mühafizə edilir. 1962-ci ildən bəri Topqapı sarayında sərgilənməyə başlanılmışdır. I Səlimdən Xəlifə Əbdülməcidə qədər səltənətə gələn bütün Osmanlı sultanları artıq saray ənənəsi olaraq Ramazan ayının 15-ci günü bu əbaya üz sürüb dualar edər, sonra yenə yerinə qoyardılar. Qardaşı Büceyrin İslamı qəbul etməsinin ardından İslam dininə və onun peyğəmbərinə qarşı kəskin şeirlər yazmağa başlayan Kab ibn Züheyr Məkkənin fəthiylə birlikdə edam olunması ehtimal olunanlardan birinə çevrildi.
Hırka-i Səadət
Xirqeyi-səadət vaya Bürdəyi-səadət — Məhəmməd peyğəmbərə aid olduğuna inanılan və Topqapı sarayında xüsusi otaqda mühafizə edilən, keçi tükündən hazırlanmış geniş qollu əbadır. Rəvayətə görə, Məhəmməd peyğəmbər əbanı şəxsən özü səhabələrindən şair Kab ibn Züheyrə hədiyyə etmişdir. I Səlimin Misiri fəth etməsinin ardından İstanbula gətirlərək digər Müqəddəs Əmanətlərlə birlikdə xüsusi otaqda mühafizə edilir. == Xarici görünüşü == 1.24 metr uzunluğunda geniş qollu və qara rəngə çalan yunlu parçadan hazırlanmışdır. İç hissəsi ağ rəngdə kobud parçadan hazırlanmışdır. Qarşı sağ tərəfində 23*30 sm ölçülərində əskiklik var. Sağ qolunda da qopuq hissələri olan əba, 57*45*21 sm həcmində, üstdən açılan iki qapılı bir siyirmənin içində, boxcalara sarılmış formada mühafizə edilir. 1962-ci ildən bəri Topqapı sarayında sərgilənməyə başlanılmışdır. I Səlimdən Xəlifə Əbdülməcidə qədər səltənətə gələn bütün Osmanlı sultanları artıq saray ənənəsi olaraq Ramazan ayının 15-ci günü bu əbaya üz sürüb dualar edər, sonra yenə yerinə qoyardılar. == Tarixi == Qardaşı Büceyrin İslamı qəbul etməsinin ardından İslam dininə və onun peyğəmbərinə qarşı kəskin şeirlər yazmağa başlayan Kab ibn Züheyr Məkkənin fəthiylə birlikdə edam olunması ehtimal olunanlardan birinə çevrildi.
Nal-i Səadət
Nal-i Səadət və ya Nal-i Şərif - İslam Peyğəmbəri Məhəmmədin səndəlləri. Original səndəllər hal-hazırda digər Müqəddəs Əmanətlərlə birlikdə Topqapı Sarayında saxlanılır.
III Səadət Gəray
III Səadət Gəray (1645 – 1695, Rodos) — XXVIII Krım xanı. Krım xanı I Səlamət Gərayın nəvəsi, kalqay Krım Gərayın (ö. 1651) oğludur. Atasının döyüş meydanında həlak olmasının ardından qardaşlarıyla birlikdə əmisi III İslam Gərayın himayəsinə alındı. Əmisi oğlu Murad Gərayın səltənətində nurəddin ünvanı alan Səadət Gəray, I Səlim Gərayın vəzifədən istehfa etməsinin ardından Krım xanlığına gətirildi (6 mart 1691). Səlim Gərayın oğlu Dövləti kalqay, öz qardaşı Fatehi isə nurəddin təyin etdi. Ancaq Dövlət Gərayın xanlığın daxilindəki güclü nüfuzundan çəkinən Səadət Gəray çox keçmədən həmin ilin iyununda qardaşı Cahan Gərayı onun yerinə kalqay təyin etdi. Vəzifəyə təyin olunduqdan sonra hələ İstanbulda ikən Avstriya cəbhəsinə yollanmaq üzrə bir ordu toplaması əmr olundu. Qara dənizin qərb sahili boyunca hərəkət edən Səadət Gəray bölgədəki noqay birliklərini toplayaraq yerli özünümüdafiə dəstələri yaratdı. Krıma az sayda birlik göndərərək oradakı əmin-amanlığı təmin edən Səadət Gəray ona qarşı çıxan yerli əsilzadələri özünə tabe etdi.
II Səadət Gəray
II Səadət Gəray (1560 – 1587, Həştərxan) — XIII Krım xanı. Krım xanı II Mehmed Gərayın oğludur. Atasının Osmanlı sultanı III Murad tərəfindən taxtdan endirilməsi və əmisi II İslam Gərayın taxta çıxmasının ardından buna qarşı çıxdı. Ayaqlanan Səadət Gəray oğulları ilə birlikdə paytaxt Bağçasaraydan qaçdı və bir müddət sonra güclü bir süvari birliyi ilə geri döndü. Burada onu dəstəkləyən bəzi yerli əyanların köməyilə özünü xan elan etdi. Ancaq Osmanlı dəstəyini qazanan əmisi II İslam Gərayın Krıma gəlişiylə qaçmağa məcbur oldu. Noqaylara sığınan Səadət Gəray və böyük oğlu Qumuq Gəray çox keçmədən Astraxan yaxınlığında qətlə yetirildi. Digər oğlu Dövlət Gəray II Qazi Gəray dönəmində nurəddin (ikinci varis) ünvanı alsa da, 1601-ci ildə ayaqlanmış və qətlə yetirilmişdir. Bu qətlin ardından digər oğlu Şahin Gəray da qaçmış və yox çıxmışdır. Ən kiçik oğlu Mehmed Gəray isə 1623-cü ildə xan olmuşdur.
IV Səadət Gəray
IV Səadət Gəray (1662 – 1732, Bolqarıstan) — XXXIV Krım xanı. Krım xanı I Səlim Gərayın oğludur. 1692-ci ildə Perekop qalasının idarəsiylə vəzifələndirildi. Atasının taxtdan çəkilməsinin ardından qardaşı II Dövlət Gəray xan, Səadət isə nurəddin təyin edildi (16 fevral 1699). Ancaq həmin ilin sonunda böyük qardaşı Şahbaz Gəray vəfat etmiş, bu səbəblə Səadət Gəray kalqay ünvanı almışdır. II Dövlət Gərayın ikinci səltənəti dönəmində də kalqay olan Səadət Gəray 1717-ci ildə Osmanlı sultanı Sultan Əhmədin əmriylə Krım xanlığına təyin edildi. Qardaşı Səfanı nurəddin, I Səlamət sülaləsindən olan İnayət Gərayı isə kalqay təyin etdi. Osmanlıların Avstriya cəbhəsinə göndərilən Səadət Gəray çox keçmədən sülhün bərpa edilməsiylə Krıma qayıtdı. Ancaq mərkəzdə yerli əsilzadələr ona qarşı ayaqlanmışdı. Başlayacaq yeni taxt mübarizəsində qan tökülməməsi səbəbilə Səadət Gəray 1724-cü ildə öz istəyilə taxtdan endirildi.
Səadət Təhmirazqızı
Səadət Təhmirazqızı (Şirinova Səadət Təhmiraz qızı) — sənətşünaslıq üzrə fəlsəfə doktoru, "Musiqi dünyası" radiojurnalının aparıcısı, ssenari müəllifi, əməkdar mədəniyyət işçisi. S. Hacıbəyov adına Musiqi Texnikumunun "Tarixi nəzəriyyə" fakültəsini bitirdikdən sonra təhsilini BMA-da həmin ixtisas üzrə davam etdirərək bakalavr və magistr mərhələlərini fərqlənmə diplomları ilə bitirmişdir. 1997-ci ildən Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində çalışır. Çoxlu sayda elmi məqalə və oçerklərin müəllifıdir. 2002-ci ildə "Süleyman Ələsgərov xatirələrdə", 2005-ci ildə "Nəğmədir həyat" adlı kitabları işıq üzü görmüşdür. Bu isə müəllifm üçüncü kitabıdır. Musiqişünaslıq sahəsindəki xidmətlərinə görə "Qızıl qələm", "Məhsəti Gəncəvi" və "Gənclər mükafatı"nın laureatıdır. Kitabları "Süleyman Ələsgərov xatirələrdə", 2002-ci il "Nəğmədir həyat" 2005-ci il "Sənətin Əliövsət zirvəsi" Məqalələr Sənətkar ömrü: Səid Rüstəmov. Mədəniyyət.- 2010.- 15 may.- S. 14. Firəngiz Əlizadənin sənət dünyasına səyahət.
Səadət Vəliyeva
Səadət Vəliyeva (tam adı: Səadət Mövsüm qızı Vəliyeva; 31 iyul 1956) — kimyaçı alim, AMEA−nın Ə. M. Quliyev adına Aşqarlar Kimyası İnstitutunun aparıcı elmi işçisi, texnika üzrə fəlsəfə doktoru. Səadət Vəliyeva 1956-cı il iyulun 31-də Bakı şəhərində anadan olub.1963–1973-cü illərdə Bakı şəhər 164 saylı məktəbdə orta təhsil almışdır 1973-cü ildə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsinə qəbul olunub və 1978-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmişdir. 1978-ci ildən AMEA-nın akad. Ə. Quliyev adına Aşqarlar Kimyası İnstitutunun "Motor yağlarına yuyucu- dispersiyaedici aşqarlar" laboratoriyasında işləyir. 1983−cü ildə "Sintetik alkilaromatik birləş- mələr əsasında sulfonat aşqarlarının sintezi, tədqiqi və alınma texnologiyasının işlənilməsi" mövzusunda namizədlik dissertasiyası m-üdafiə etmişdir və o, texnika üzrə fəlsəfə doktoru alimlik dərəcəsinə layiq görülmüşdür. 2006-cı ildə Səadət Vəliyevaya dosent elmi adı verilmişdir. Hal-hazırda aparıcı elmi işçi vəzifəsində çalışır. Səadət Vəliyevanın iştirakı ilə sürtkü yağlarına çoxfunksiyalı yüksək təsirli alkilfenolsulfonat aşqarlarının ekoloji təhlükəsiz alınma prosesi işlənilmiş, aşqarların effektliyinin onların quruluşundan və qələvi ədədindən asılılığı müəyyən edilmişdir. Sintez edilmiş sulfonatların iştirakı ilə müxtəlif qrup motor yağları yaradılıb tədqiq edilmişdir Səadət Vəliyeva 168 elmi əsərin, o cümlədən 13 müəlliflik şəhadətnaməsinin, 12 patentin, 80 məqalənin və 63 tezisin müəllifidir. Агаев.
Səadət Zülfüqarova
Sədaqət Şamil qızı Zülfüqarova (10 iyul 1924 – 27 dekabr 1986) — aktrisa. Teatr və kino aktrisası Sədaqət Zülfüqarova 30-a qədər filmdə əsasən epizodik rollarda çəkilmişdir.
Səadət adası
Səadət adası (ərəb. جزيرة السعديات‎) — Birləşmiş Ərəb Əmirliklərinə daxil olan Əbu-Dabi əmirliyinin bir parçası. Fars körfəzind yerləşən ada. Əbu-Dabi əmirliyi ərazisinə daxildir. Bu təbii adada ada-şəhərin qurulması planlaşdırılır. Gələcəkdə adada 160 minisan yaşamalıdır. Burada 5 ulduzlu otelər, qolf meydançaları və s. inaşa edilir. Adaya Əbu-Dabidən gələn körpü ilə getmək mümkündür. Bu planlaşdırılan işlərin 2020-ci ildə bitirilməsi düşünülür.
Səadət Özkan
Səadət Özkan 1978-ci ildə anadaın olmuşdur. O ilk türk uşaq istismaına qarşı mübarizə aparmışdır. Məktəbdən əvvəl müəllim olmuş, şagirdlər və müdirlərin tərəfindən istismara məruz qalmaya qarşı mübarizə aparmağa başlamışdır. O məktəbdə belə bir ehtimalın olduğunu öyrənib bu günahın üstünü açmağa çalışmışdır. O İzmirin Menderes 6 qız uşağının cinsi istismara məruz qalmasını və müdirin günahını sübut etmişdir. 2017-ci ildə ABŞ-nin "Beynəlxalq Cəsur Qadınlar" mükafatına layiq görülüb. Bu mükafatı o Ağ evdə birinci xanım Melani Trumpdan almışdır. Özkanı səhnəyə dəvət edən ABŞ-nın Siyasi İşləri Nazirinin köməkçisi Tomas A.Şannın "Səadət müəllim ona qarşı edilən təhditlərə baxmayaraq o başqaları kimi susmamış və mübarizə aparmışdır" demişdir.
Səadət Əliyeva
Səadət Əliyeva (13 sentyabr 1986, Bakı) — azərbaycanlı alim, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Universitetinin rektoru. Səadət Əliyeva 1986-cı il 13 sentyabrda Bakı şəhərində anadan olmuşdur. 1993–2001-ci illərdə Nəsirəddin Tusi adına ingilisdilli gimnaziyada təhsil almışdır. 2004-cü ildə Binəqədi rayonu 144 nömrəli məktəbi bitirmişdir. 2008-ci ildə Azərbaycan Dillər Universitetinin bakalavriat səviyyəsini Filologiya (ingilis dili müəllimi) ixtisası üzrə fərqlənmə diplomu ilə məzun olmuşdur. 2011-ci ildə Azərbaycan Dillər Universitetinin magistratura səviyyəsini Dilşünaslıq (ingilis dili) ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. 2013–2017-ci illərdə Azərbaycan Universitetində "Dünya ədəbiyyatı" ixtisası üzrə dissertantura təhsili almışdır. Filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün 2017-ci ildə "Britaniya uşaq ədəbiyyatının inkişaf istiqamətləri" mövzusunda dissertasiya işini yekunlaşdırmışdır. 2023-cü ildə filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır. İngilis, alman və rus dillərini bilir.
Səadət Əsgərzadə
Səadət Əskərzadə (tam adı: Səadət Məmməd-Emin qızı Əskərzadə; 14 oktyabr 1949, Bakı) — Azərbaycan alimi, AMEA akad. Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun "Neftin kompleks emalı və texniki-iqtisadi əsaslandırılması" laboratoriyasının müdiri, texnika elmləri doktoru. Səadət Məmmədəmin qızı Əsgər-zadə 1949-cu il oktyabrın 14-də hərbi həkim ailəsində Bakı şəhərində anadan olmuşdur. 1966-cı ildə Bakıdakı 175 saylı orta məktəbi müvəffəqiyyətlə bitirmiş və həmin il M. Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) kimya-texnologiya fakultəsinə daxil olmuşdur. 1971-ci ildə həmin fakultəni “Neftin və qazın kimyəvi texnologiyası” ixtisası üzrə bitirmişdir. Təyinatla Azərbaycan EA Y.H. Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutuna (NKPİ) göndərilmiş və texnik vəzifəsindən işə başlamışdır. 1971-ci ildə EA NKPİ-nin “Neftin və qazın kimyəvi texnologiyası” ixtisası üzrə aspiranturaya daxil olmuş və M.İ. Rüstəmovun rəhbərlik etdiyi “Katalitik krekinq və piroliz” laboratoriyasında 1971-1974-cü illərdə aspirantura təhsili keçmişdir. 1974-1977-ci illərdə bu laboratoriyada mühəndis vəzifəsində yüksək keyfiyyətli benzinlərin istehsalı istiqamətində tədqiqatlar aparmışdır. Azərbaycan neftlərinin xüsusiyyətləri neft-kimya və Enerji sənayelərinin infrastrukturu nəzərə alınmaqla, Müəssisələrin fəaliyyətinin və məhsulların ekoloji və iqtisadi tələblərinə, bazar strukturuna əsaslanaraq Respublikanın neft emalı sənayesinin səmərəli fəaliyyətinin təşkili üzrə əsaslı kompleks işlər aparılmışdır. neftçıxarma, qaz emalı və neft-kimya sahələri ilə uzlaşan və müəssisələrin mərhələli inkişafını təmin edən yanaca və yağ istiqamətində neftin kompleks emal sxemləri işlənib hazırlanmışdır.
II Səadətəli xan
II Səadətəli xan(fars. سعادت علی خان‎, hind. सआदत अली खान, urdu سعادت علی خان‎) (doğ. 1752 — öl. 11 iyul 1814) — Aud nəvvabı. == Həyatı == Səadətəli xan 1752-ci ildə doğulmuşdu. Cəlaləddin Mirzə Heydər xanın ikinci oğludur. 21 yanvar 1798-ci ildə tacgüzarlıq etmişdi. Səadətəli xan 11 iyul 1814-cü ildə vəfat edib. == Ailəsi == Səadətəli xanın Heydər xan adlı oğlu vardı.
Rəşid bəy və Səadət xanım (hekayə)
Rəşid bəy və Səadət xanım — İsmayıl bəy Qutqaşınlının Fransada çap etdirdiyi hekayə. Fransız dilində yazılmış ilk Azərbaycan bədii nəsridir. Əlyazmanı ilk dəfə Salman Mümtaz əldə edib. O öz xatirələrində uzun axtarışlardan sonra Xasay xan Usmiyevin sayəsində 1922-ci ildə hekayəni əldə etdiyini yazıb. Kitabı Xasay xandan 2-3 aylığa əmanət alan Salman Mümtaz onu tərcümə etmək istəyib, lakin səpmə yatalaq xəstəliyinə tutulduğuna görə əmanəti geri qaytarıb, yenidən istəyəcəyini bildirib. Lakin Salman Mümtazın xəstəliyi 6 ay çəkib, bu müddətdə isə Xasay xan Vladiqafqazda vəfat edib və əsərin izi itib. 1932-ci ildə Salman Mümtaz Azərbaycan Dövlət Muzeyinə elmi işçi kimi işə qəbul olunub, burada isə məlum olub ki, Xasay xan kitabı başqa kitablarla birlikdə muzeyə satıb. Əsəri ilk dəfə Səlim bəy Behbudov tərcümə edib, lakin Azərnəşrdə çapı nəzərdə tutulsa da, alınmayıb. 1937-ci ildə Salman Mümtazın həbsindən sonra əsər yenidən unudulub, iki il sonra 1939-da “Ədəbiyyat qəzeti”ndə azərbaycan dilində dərc olunub. Hekayə 1956-cı ildə ilk dəfə olaraq kitab formasında çap olunub.
Səadət Məmmədova (jurnalist)
I Səadət Gəray
I Səadət Gəray (təq. 1492 – 1538 və ya 1539) — VII Krım xanı. Krım xanı I Məngli Gərayın oğludur. 1492-ci ildə anadan olmuşdur. Haqqındakı ilk məlumat isə Osmanlı sultanı II Bəyazidin oğulları arasındakı taxt mübarizəsində iştirakıyla bağlıdır. Belə ki, Krım xanı olan atası Şahzadə Səlimi dəstəkləyirdi. Üstəlik 2 ailə arasında evlilik əlaqələri də var idi. Şahzadə Səlim Krım xanının qızı Ayşə Xatunla evlənmiş, öz qızı Gövhərxan Sultanı isə xanın oğlu Səadət Gərayla evləndirmişdi. Məhz Səadət Gərayın rəhbərliyi ilə bölgəyə gələn 350 nəfərlik süvari birliyinin köməyilə Şahzadə Səlim hakimiyyəti ələ ala bildi. Yavuz Sultan Səlimin səltənəti dövründə Səadət Gəray onun ən yaxın adamı olmuş, Anadoluda çıxan üsyanların yatırılması, eləcə də Səfəvilərlə mübarizədə fəal iştirak etmişdir.
Səadət Partiyası və Gələcək Partiyası Alyansı
Səadət və Gələcək İttifaqı (Türk. Saadet ve Gelecek İttifakı), 6 iyul 2023-cü ildə Səadət Partiyası ilə Gələcək Partiyası arasında Türkiyə Böyük Millət Məclisində ortaq fraksiya yaradılması, parlament və seçkilərdə əməkdaşlığı ehtiva edən ittifaq. İttifaqın Türkiyə Böyük Millət Məclisində Səadət Partiyasının adı altında parlamentdə 20 deputatı var, lakin onlardan 10-u Gələcək Partiyası üzvüdür. Səadət Partiyası millət vəkili Hasan Bitməzin vəfatından sonra 2 gün ərzineə fraksiya ləğv edilsə də, 16 dekabr 2023-cü il tarixində Cümhuriyyət Xalq Partiyası millət vəkili Ali Fazıl Kasapın Səadət Partiyası sıralarına qatılması ilə fraksiya yenidən qurulmuşdur. Səadət və Gələcək İttifaqının Səadət Partiyası adı altında 20 deputatdan ibarət bir fraksiyası var. Bunlardan 10-u Gələcək Partiyasının üzvləri olsalar da, ittifaq protokoluna görə rəsmi olaraq Səadət Partiyasının üzvləridir. Kocaeli millət vəkili Hasan Bitməzin vəfatının ardınca fraksiya ləğv edilsə də, 16 dekabr 2023-cü il tarixində Cümhuriyyət Xalq Partiyası Kütahya millət vəkili Ali Fazıl Kasapın partiyasından istefa verərək Səadət Partiyasına üzv olması ilə fraksiya yenidən quruldu.
Səadət və Gələcək İttifaqı
Səadət və Gələcək İttifaqı (Türk. Saadet ve Gelecek İttifakı), 6 iyul 2023-cü ildə Səadət Partiyası ilə Gələcək Partiyası arasında Türkiyə Böyük Millət Məclisində ortaq fraksiya yaradılması, parlament və seçkilərdə əməkdaşlığı ehtiva edən ittifaq. İttifaqın Türkiyə Böyük Millət Məclisində Səadət Partiyasının adı altında parlamentdə 20 deputatı var, lakin onlardan 10-u Gələcək Partiyası üzvüdür. Səadət Partiyası millət vəkili Hasan Bitməzin vəfatından sonra 2 gün ərzineə fraksiya ləğv edilsə də, 16 dekabr 2023-cü il tarixində Cümhuriyyət Xalq Partiyası millət vəkili Ali Fazıl Kasapın Səadət Partiyası sıralarına qatılması ilə fraksiya yenidən qurulmuşdur. Səadət və Gələcək İttifaqının Səadət Partiyası adı altında 20 deputatdan ibarət bir fraksiyası var. Bunlardan 10-u Gələcək Partiyasının üzvləri olsalar da, ittifaq protokoluna görə rəsmi olaraq Səadət Partiyasının üzvləridir. Kocaeli millət vəkili Hasan Bitməzin vəfatının ardınca fraksiya ləğv edilsə də, 16 dekabr 2023-cü il tarixində Cümhuriyyət Xalq Partiyası Kütahya millət vəkili Ali Fazıl Kasapın partiyasından istefa verərək Səadət Partiyasına üzv olması ilə fraksiya yenidən quruldu.
Səadəttin Ərbil
Səadəttin Ərbil (türk. Saadettin Erbil; 6 mart 1925, Konstantinopol – 16 noyabr 1997, İstanbul) — Türkiyə film və səs aktyoru. Səadəttin Ərbil 6 mart 1925-ci ildə İstanbulda anadan olmuşdur. Babası Ərbildə anadan olmuşdur. Kabataş Oğlan Liseyində oxuyan zaman müəllimi Faruq Nafiz Çamlıbelin rəhbərliyi ilə aktyorluğa başlamışdır. Ağsaray Bulvar Teatrına daxil olmuşdur. Burada Kənan Büke, Asuman Korad, Əziz Basmacı kimi şəxslərlə işləmək imkanı qazanmışdır. Aktyor və şoumen Mehmet Əli Ərbilin atası olan Səadəttin Ərbil bir çox filmdə rol almışdır. 16 noyabr 1997-ci ildə İstanbulda beyin qanamasından vəfat etmiş və Zəncirliquyu qəbiristanlığında dəfn edilmişdir. Ərbil Yurdagül Gönenç və İffət Semerci ilə evli olmuş, 3 övladı var idi.

Digər lüğətlərdə