1. Dinməmək, danışmamaq, dinməz oturmaq, ağzını açıb bir söz deməmək.
Qaragün, xanın sarsıldığını, susduğunu görüb ürəkləndi.
Bütün bu söhbət vaxtı Teymur bərk həyəcan keçirməsinə baxmayaraq susurdu.
// Kəsmək, dayanmaq, daha səsi eşidilməmək, gəlməmək, kəsilmək (səs). Quşlar susdu. Musiqi səsi bir anlıq susdu.
– Çalğı susduqdan sonra Səlim öz badəsini qaldırdı.
// Eyni mənada top, tüfəng və s. səsi haqqında. Cəbhə susdu. Top səsləri susdu. Minaatanlar susdu.
// Məc. mənada.
…Ucalır bağçadan bülbülün səsi; Çay susur, əsməyir çəməndə yel də.
Susurdu əsən külək, susurdu axan bulaq; Qəlbinin səslərini eşidirdi o ancaq.
// Cavab verməmək, səs verməmək. Nə üçün susmusan, cavab vermirsən? Susub, özündən heç bir xəbər bildirmir.
2. məc. Öz duyğusunu, hissini büruzə verməmək.
Zəhra susub dolduqca Həsənin şübhələri dərinləşirdi.
Məsum kişi bütün bu gözlənilməz şeylərə susur, səbir edirdi.
3. Əmr şəklində: sus! – danışma, dinmə, səsini kəs.
[Hüseynqulu ağa Pəricahan xanıma:] Sus! Tezliklə sənə göstərərəm ki, bu evin sahibi mənəm.