Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Şayiq
Şayiq (fars. شايق‎) — İranın Ərdəbil ostanının Səreyn şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 923 nəfər yaşayır (190 ailə).
Zamiq Baxşəliyev
Zamiq Əlövsətoğlu (2 dekabr 1984, Füzuli) — Azərbaycanlı rejissor, prodüser. Zamiq Əlövsətoğlu (Baxşəliyev) 2 dekabr 1984-cü ildə Füzulidə anadan olub. ADMİU-nun rejissorluq fakültəsində təhsil alıb (2003-2007). “Cavad Xan” filmi haqqında çəkilmiş “Cavad Xan: Filmin Filmi” silsilə verilişlərdən bir neçəsinə rejissor asissentliyi edib. Cavad xan. Filmin filmi (film, 2007) Yuxu yaddaşı (film, 2008) 100000 AZN (film, 2009) (tammetrajlı bədii film) (İTV) Muğamat var olan yerdə...
Zamiq Hacıyev
Zamiq Hüseynov
Zamiq Əsgər oğlu Hüseynov (12 sentyabr 1983, Füzuli) — azərbaycanlı estrada müğənnisi. Zamiq Hüseynov 12 sentyabr 1983-cü ildə Füzuli şəhərində dünyaya göz açıb. 2001-ci ildə 53 saylı orta məktəbi bitirib. 2001-2004-cü illərdə Asəf Zeynallı adına Musiqi texnikumunun muğam fakültəsində Zabit Nəbizadədən dərs alıb. Eyni zamanda konservatoriyada Teymur Əmrahdan vokal dərslərini mənimsəmişdir. 2003-cü ildə Zamiqin ilk mahnısı olan Dəymərəm qəlbinə mahnısı və klipi işıq üzü görüb. 2005-ci ildə oxuduğu Uçduq adlı mahnısı xalq tərəfindən sevilir. 2006-cı ildə isə Uçduq adlı albomu çıxmışdır. 2008-ci ildə çıxan "Sən necə də gözələsən" mahnısı Azərbaycan çartlarında birinci yerləri tutdu. 2009-cu ildə Sən necə də gözəlsən adlı albomu çıxıb.
Zamiq Əhmədov
Zamiq Əliyev
Zamiq Balarza oğlu Əliyev (25 may 1950, Bakı) — azərbaycanlı tarzən, bəstəkar, prezident mükafatçısı, xalq artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2023-cü ildən). Zamiq Balarza oğlu Əliyev 1950-ci il, may ayının 25-də Bakı şəhərində anadan olmuşdur. 1957-ci ildə Bakıda 132 saylı orta məktəbə getmişdir. Məktəbi bitirdikdən sonra, 1968–72-ci illərdə M.A.Əliyev adına İncəsənət İnstitutunda ali təhsil almışdır. 1970-ci ildə hələ institutda təhsil alarkən o, Azərbaycan Dövlət Filarmoniyasına tarzən kimi işə qəbul olunmuşdur. O filarmoniyanın tərkibində bəstəkar, əməkdar incəsənət xadimi Ağası Məşədibəyovun rəhbərlik etdiyi xalq çalğı alətləri ansamblında tarzən kimi fəaliyyətə başlamışdır. Həmin dövrdə Hacı Məmmədov, Əliağa Quliyev, Sərvər İbrahimov, Həbib Bayramov, Habil Əliyev, xanandələr Xan Şuşinski, Yaqub Məmmədov, Əbülfət Əliyev, Şövkət Ələkbərova, Sara Qədimova, Teymur Mustafayev, Sabir Mirzəyev, Niyaməddin Musayev, Zaur Rzayev kimi sənətkarları müşayət etmişdir. Filarmoniyada işlədiyi dövrdə Azərbaycanın əksər rayonlarında qatrol səfərlərində iştirak etmişdir. İnstitutu bitirdikdən və 1972–73-cü illərdə hərbi xidməti başa vurduqdan sonra yenidən Azərbaycan Dövlət Filarmoniyasında çalışmağa başlamışdır. 1974-cü ildən etibarən Əməkdar İncəsənət Xadimi Gülarə Əliyevanın rəhbərlik etdiyi "Dan Ulduzu" instrumental ansamblında tarzən kimi dəvət olunmuşdur.
Zamiq Əlövsətoğlu
Zamiq Əlövsətoğlu (2 dekabr 1984, Füzuli) — Azərbaycanlı rejissor, prodüser. Zamiq Əlövsətoğlu (Baxşəliyev) 2 dekabr 1984-cü ildə Füzulidə anadan olub. ADMİU-nun rejissorluq fakültəsində təhsil alıb (2003-2007). “Cavad Xan” filmi haqqında çəkilmiş “Cavad Xan: Filmin Filmi” silsilə verilişlərdən bir neçəsinə rejissor asissentliyi edib. Cavad xan. Filmin filmi (film, 2007) Yuxu yaddaşı (film, 2008) 100000 AZN (film, 2009) (tammetrajlı bədii film) (İTV) Muğamat var olan yerdə...
Zamiq Əliyev (futbolçu)
Zamiq Əliyev (5 may 2001) — Azərbaycanlı futbolçu. Araz-Naxçıvan futbol klubunda mərkəz müdafiəçisi kimi çıxış edir. Zamiq Əliyev futbola Qarabağ klubunun uşaq məktəbində başlayıb. "Qarabağ"ın yetirməsi olan futbolçu 2020-ci ildə klubun əsas heyətinə dəvət edilir. Azərbaycan Premyer Liqasının və Azərbaycan Kubokunun 2020/21 mövsümündə dəfələrlə adı "Qarabağ"ın iştirak ərizəsinə salınsada meydana çıxmır. 2021/22 mövsümünün UEFA Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Aşdod" klubu ilə oyunlar üçün iştirak ərizəsinə adı daxil edilir. Daha sonra "Konfrans Liqası"nın qrup mərhələsinə vəsiqə qazanan "Qarabağ"ın ehtiyat 5 nəfərlik heyətinə futbolçunun da adı daxil edilir. Onun "Qarabağ" klubunun heyətində debütü, 2022-ci il mayın 15-də Azərbaycan Premyer Liqasında "Qarabağ"ın Səbail klubu ilə oyununda baş tutur. 2 iyul 2022-ci ildə futbolçu Kəpəz klubuna icarəyə verilir. Onun "Kəpəz" klubunda debütü 5 avqust 2022-ci ildə, Azərbaycan Premyer Liqasında baş tutmuş "Kəpəz" — Zirə oyununda baş tutur.
Qayıq
Qayıq — qədim su nəqliyyatı vasitəsi, su nəqliyyatının ən mükəmməl növü. Qayıq Neolit dövründən məlumdur. İlk qayıqları qalın və uzun ağac gövdəsinin içini daş alətlərlə oyub düzəldirdilər. Qədim zamanlarda heyvan dərisindən, papirusdan və s.-dən də qayıq hazırlanırdı. Qayığın hərəkətini asanlaşdırmaq və sürətini artırmaq məqsədilə ağacın alt hissəsini yonub yastı hala salır, qabaq tərəfini isə nazildib itiləşdirirdilər. Belə qayıqlar ilk dəfə avstraliyalılar tərəfindən yaradılmışdı. E.ə. II minilliyin sonu — I minilliyin əvvəllərində dəniz və çaylarda yük daşımaq üçün avarlı və yelkənli qayıqlar hazırlanırdı. Qayıq Azərbaycanda da qədimdən məlumdur. Qobustan qayalarında içərisində adam, bəzən də burun hissəsində günəş həkk edilmiş qayıq təsvirləri Azərbaycanın qədim sakinlərinin, Azərbaycanda yaşamış tayfaların hələ e.ə.
Kələk (qayıq)
Sualtı qayıq
Sualtı qayıq — uzun müddət su altında müstəqil əməliyyatlar icra edə bilən gəmi növüdür. Su sıxışdırma həcmi 26000 t olan sualtı qayıqlara sualtı gəmilər də deyilir. Sualtı qayıqlar bir çox ölkələrin hərbi-dəniz qüvvələrinin tərkib hissəsidir. Onların üstün cəhətləri gizli olmalarıdır. Bu xassələrdən hərbdə geniş istifadə olunur. İnsanların suyun altında mümkün qədər çox qalma arzuları uçmağa canatma qədər qədimdir. Ona görə də, adamlar uyğun qurğuların yaradılamsı ilə məşğul idilər. Antik dövrdən Aristotel və Plini bu haqqda xəbər verirlər. Hətta Böyük İskəndərin də Aralıq dənizində kürənin içərisində suya baş vurması haqqında məlumatar var. Bizə gəlib çatan cizgilər arasında XIII əsrdə anadan olmuş Qudo Vigevano tərəfindən işlənmiş sualtı qayıqları da var.
Yal (qayıq)
Yal qayığı (nid. jol; adətən Yalik olaraq adlandırılır) — yüngül yelkənli qayıq və ya yelkənli, avarlı qayıq. Bu qayıqlar əsasən iri gəmilərin sahillə əlaqəsinin təminatında, yüngül yüklərin və insanların daşınmasında və gəmilərin təmirində istifadə edilir. Həmcinin idman-turizm istiqamətli məqsədlərə xudmət edir. Altı yelkənli qayığın yalnız bir dor ağacı olur. Dor ağacı əsasən tozağacı və ya şamdan hazırlanır. Uzunluğu 5,5 metrdir. Hazırlanması və materialına görə fərqlənirlər: taxta lövhə — YAL-6, YAL-4, YAL-2, şpondan — YALŞ-6, YALŞ-4, YALŞ-2, plasmasdan — YALP-6, yüngül lehimli materialdan — YALA-6. YAL-6 və ya Altı yelkənli yal — qayıqlar əsasən taxtadan hazırlanır. Uzunluğu 6,11 metr, eni 1,85 metrdir.
Ayığ Xan
Əhməd Ayıq
Əhməd Ayıq (türk. Ahmet Ayık d. 31 mart 1938; Sivas, Türkiyə) — türk güləşçi. Dünya və Olimpiya çempionu olan Əhməd Ayıq, Türkiyənin sərbəst güləş üzrə ən uğurlu idmançılarından biridir. Sultan Əbdüləziz pəhləvanlarından Qaraoğlanın nəvəsidir. Köhnəkənddə ilk dəfə qaraqucaq güləşi ilə məşğul oldu. Əsgərliyi əsnasında döşəyə çıxdı. 1961-ci ildə milli güləş komandasına seçildi. Sərbəst güləş ilə məşğul oldu. Adriatik Kubokunda qazandığı ikincilik onun beynəlxalq sahədə əhəmiyyətli dərəcəsi oldu (1962).
Azərbaycanın əməkdar elm xadimi fəxri adına layiq görülmüş tibb alimləri
şöbəsinin rəhbəri, tibb elmləri doktoru, professor, 1950
Namiq Quliyev Natiq Oğlu
Layia
Layia (lat. Layia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Layia calliglossa A.Gray Layia carnosa (Nutt.) Torr. & A.Gray Layia chrysanthemoides (DC. ex DC.) A.Gray Layia discoidea D.D.Keck Layia douglasii Hook. & Arn. Layia elegans Torr. & A.Gray Layia fremontii (Torr. & A.Gray) A.Gray Layia gaillardioides (Hook. & Arn.) DC. Layia glandulosa (Hook.) Hook. & Arn.
Mayis
Mayis — Azərbaycan Respublikasının Laçın rayonu Sonasar kənd inzibati ərazi dairəsində kənd. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. == Tarixi == Mayis kəndi Hocaz çayı yaxınlığında, Qarabağ yaylasındadır. Yerli tələffüzü Mayisdir. Keçmiş adı Qızxanımatoyolan olmuşdur. Yaşayış məntəqəsini Qarıqışlaq kəndindən ayrılmış ailələr Qızxanımatoyolan adlı binə yerində salmış və inqilabdan əvvəlki ədəbiyyatlara da bu adla düşmüşdür. 1930-cu illərdə burada Pervomaysk kolxozu təşkil olunmuş və kənd də Maysk adlandırılmışdır. Sonralar oykonim təhrif edilərək, Mayis şəklinə düşmuşdür. Yaşayış məntəqəsi 1 May bayramının adı ilə bağlıdır.
Namiq
Namiq — Azərbaycanlı adı.
Natiq
Natiq — Azərbaycanda daha çox işlədilən kişi adı. Natiq Əliyev — Azərbaycan Respublikasının energetika naziri Natiq Əhmədov Natiq Əhmədov (milli qəhrəman) — Azərbaycanın Milli Qəhrəmanı; Xocalı soyqırımı şəhidi. Natiq Əhmədov (çavuş) — Vətən müharibəsi şəhidi. Natiq Məmmədov (milli qəhrəman) — Azərbaycanın Milli Qəhrəmanı Natiq Əliyev (general-mayor) — Natiq Rəsulzadə — Natiq Fərzəliyev — Aktyor Natiq Orucov — Xınalıqlı muğam ustası Natiq Şirinov — Azərbaycan musiqiçisi, bəstəkar. Natiq Atakişiyev — Natiq Cavadov — Natiq Paşa — Natiq Qasımov Natiq Qasımov (iqtisadçı) — iqtisadçı, iqtisadi elmləri doktoru, professor, Azərbaycan vergilər nazirinin müavini (2002–2010). Natiq Qasımov (əsgər) — Birinci Qarabağ müharibəsi döyüşçüsü, itkin.
Nayin
Nayin — İranın İsfahan ostanının şəhərlərindən və Nayin şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 24,424 nəfər və 6,950 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti Nayin dilində danışırlar.
Tısbağa (sualtı qayıq)
Tısbağa (ing. Turtle) — Hərbi məqsədlər üçün yaradılmış ilk sualtı qayıq. Amerikalı müharibə veteranı Devid Buşnel (1740 – 1824) tərəfindən ixtira olunmuşdur. Tısbağa suyun altında düşmən gəmilərinə yaxınlaşaraq dəniz minasını gəminin alt hissəsinə yerləşirir və ərazidən uzaqlaşdıqdan sonra mina partladılırdı. Tısbağadan ilk dəfə ABŞ İstiqlal müharibəsi dövründə Britaniya Donanmasının gəmilərinə qarşı istifadə olunmuşdur. Konnektikut ştatının qubernatoru Conatan Trumbel ixtiranın müharibədə istifadə olunmasını Corc Vaşinqtona məsləhət görmüşdür. Vaşinqton Tısbağanın açıq müharibədə istifadə olunmasına ilk öncə isti yanaşmasada, hərbi məqsədlər üçün olan ilk sualtı qayığın test edilməsi üçün lazımi maliyyə vəsaitinin ayrılmasına razılıq vermişdir. Aparılan test yürüşlərinin ardından ilk dəfə 1776-cı ildə Nyu-York limanında lövbər salan Böyük Britaniya donanmasına aid gəmilərin alt hissələrinə tısbağa vasitəsilə dəniz minasının yerləşdirilməsinə cəhd göstərilmişdir. İlk cəhdlərin hər biri uğursuzluqla nəticələnir və sualtı qayığın mövcudluğu ingilis dənizçilər tərəfindən aşkarlanır. Tısbağada olan əsas problem oksigen çatışmamazlığı idi.
Sualtı qayıq (film)
Sualtı qayıq (ing. Das Boot, Almanca tələffüz: [das ˈboːt], hərf. "Qayıq") — Volfqanq Petersenin ssenaristliyi və rejissorluğu, Günter Rohrbaxın prodüserliyi ilə 1981-ci ildə çəkilmiş Qərbi Almaniya müharibə filmi. Filmin baş rollarını Yurgen Proxnov, Herbert Grönemayer və Klaus Vennemann oynayır. Film həm teatr buraxılışı (1981), həm də miniserial (1985) kimi nümayiş etdirilmişdir. Bundan başqa, bir neçə fərqli ev videosu versiyaları, həmçinin Petersenin nəzarət etdiyi rejissor versiyası (1997) buraxılmışdır. Lothar-Günter Buxheymin Almaniya sualtı qayığı "U-96"da yaşadığı təcrübələrinə əsaslanan 1973-cü ildə yazdığı romanın adaptasiyasıdır. Filmin hadisələri İkinci Dünya müharibəsində cərəyan edir, mövzusu "U-96" və onun ekipajının Atlantika döyüşündə təhlükəli patrulu haqqındadır. Film həm döyüş həyəcanını, həm də nəticəsiz ovun yorğunluğunu təsvir edir, "U-boat"larda xidmət edənləri öz yoldaşları və ölkələri üçün əllərindən gələni etmək arzusu ilə adi insanlar kimi göstərir. İstehsal prosesinə 1979-cu ildə start verilmişdir. 1976-cı ildə film üçün bir neçə ABŞ rejissorunun işə götürülməsi nəzərdən keçirilmişdir və film inkişaf cəhənnəminə düşmüşdür.
Sualtı qayıq (roman)
Sualtı qayıq (ing. Das Boot, Almanca tələffüz: [das ˈboːt], hərf. "Qayıq") — Lothar-Günter Buxheym tərəfindən 1973-cü ildə yazılmış, onun "U-boat" sualtı qayıqlarında müharibə müxbiri kimi təcrübələrinə əsaslanan avtobioqrafik Almaniya romanı. Buxheym İkinci Dünya müharibəsi zamanı "U-96" və "U-309" sualtı qayıqlarında keçirdiyi vaxtları qeydə almışdır. Buxheymin tarixi dram kitabı 1973-cü ildə "Piper Verlag" tərəfindən nəşr olunmuş, kitab milyonlarla tirajla satılmış və 18 dilə tərcümə edilmişdir. Roman Almaniya sualtı qayığında ağır və çətin sualtı döyüş həyatını təsvir edir. Kitab 1981-ci ildə Volfqanq Petersenin ssenari müəllifi və rejissoru olduğu, baş rollarda Yurgen Proxnov, Herbert Grönemayer və Klaus Vennemannın oynadığı "Sualtı qayıq" döyüş filminin əsasını təşkil edirdi. Film romanın məzmununa bəzi dəyişikliklər etmişdir.
Bars tipli sualtı qayıq
"Bars" tipli sualtı qayıq — XX əvvəllərində Rusiya sualtı qayıqlarının seriyası. "Bars"lar Baltik dənizində Birinci Dünya müharibəsi və Vətəndaş müharibəsi zamanı fəal iştirak etmişdir. Onların fəal xidməti 1930-cu illərə qədər davam etmişdir. Bu seriya o illərdəki bütün Rusiya sualtı layihələrinin əksəriyyətini təşkil edirdi. 24 qayıqdan 20-si tamamlanmış, 4-ü Birinci Dünya müharibəsində batmış, 3-ü sülh dövründə batmış, 4-ü Almaniya tərəfindən qənimət kimi götürülmüşdür. "Bars" sualtı qayıqların tikintisi üzrə professor və mütəxəssis İvan Bubnovun beşinci layihəsi olmuşdur. İlkin mərhələdə layihənin ilk variantı "Morj" tipi ilə eyni vaxtda hazırlanmışdır, ondan daha böyük yerdəyişmə, yanacaq tutumu və mühərrik gücü ilə fərqlənirdi. Bəzi mənbələrdə "Bars" tipi "II Morj seriyası", Nikolayevdə inşa edilmiş altı gəmi isə "Qu quşu" və ya "III Morj seriyası" kimi təsnif edilir. Vəsait çatışmazlığı səbəbindən belə gəmilərin tikintisinə başlanılmamışdı, 1912-ci ilin martında sifarişlərin olmaması səbəbindən İvan Bubnov Baltik gəmiqayırma zavodundan istefa vermişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Э. А. Ковалёв.
Sualtı qayıq (film, 1981)
Caliq
Caliq-İranın Sistan və Bəlucistan ostanının Səravan şəhristanının Caliq bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 13,903 nəfər və 2,594 ailədən ibarət idi.
Dayaq
Şaquli bir daşıyıcı, bina və ya qayığı sabitləşdirmək və əyilməsinin aşmasının və ya yıxılmasının, qarşısını almaq üçün istifadə olunan taxta və ya betondan hazırlanmış sinə dayağı. Müxtəlif mənalarda istifadə olunur: Memarlıq lüğətində ağac texnikasına əsaslanan köhnə türk memarlığında aşağı mərtəbədəki çıxma bölməsini (erker) dəstəkləmək üçün istifadə edilən dayaqlara verilən addır.
Rafiq
Rafiq — Azərbaycanda kişilərə verilən şəxsi ad. Rafiq Abdullayev — "Buduq" Cəmiyyətinin sədri. Rafiq Mahmudov Rafiq Alıcanov — Azərbaycanın milli qəhrəmanı, Qarabağ müharibəsi şəhidi. Rafiq Abbasov — polis general-mayoru. Rafiq Nəbiyev — Azərbaycan Respublikasının əməkdar jurnalisti Rafiq Sədrəddinov — Azərbaycanlı jurnalist. Rafiq Allahverdiyev — Rafiq Xudayev Rafiq Nağıyev Rafiq Nağıyev (fotojurnalist) — Azərbaycan fotojurnalisti. Rafiq Nağıyev (hərbçi) — Azərbaycan zabiti. Rafiq Babayev — azərbaycanlı bəstəkar, Azərbaycanın xalq artisti. Rafiq Əliyev Rafiq Əliyev (aktyor) — Aktyor. Mətn oxuyan.
Sadiq
Sadiq — ad.
Zabit
Zabit (alm. Offizier‎) — əsasən hərbçi məmurlara verilən bir vəzifə növü. Polis və başqa xidmət orqanlarında da istifadə olunur. Zabit vəzifəsi rütbələrinə görə iki yerə bölünür: Kiçik zabit heyəti və Ali zabit heyəti.
Zakir
Zakir — Azərbaycan kişi adı. Qasım bəy Zakir — Azərbaycan şairi. Zakir Məmmədov Zakir Məmmədov (alim) — fəlsəfə elmləri doktoru; professor; AMEA-nın müxbir üzvü. Zakir Məmmədov (professor) — Biologiya elmləri doktoru; professor Zakir Bəhmənov Zakir Rzayev Toponim Zakir (Miyanə) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd.
Zarin
Zarin — adi halda rəngsiz və ya zəif sarı rəngli, iysiz, xüsusi sıxlığı -1,1 q/sm3, qaynama temperaturu 1500 C, donma temperaturu mənfi 1000 C olan mayedir. Su ilə istənilən nisbətdə qarışır, benzin, kerosin və dixloretanda yaxşı həll olur. Həm buxar, həm də maye halda insana təsir göstərir. İnsanın bədəninə tənəffüs orqanları, həzm sistemi və ya dəri səthi vasitəsilə daxil olaraq sinir sistemini zədələyir. Su tutumlarında (çənlərdə) zarin öz təsirini 25 sutkayadək saxlayır. Göz bəbəklərinin daralması, ağız boşluğunda ifrazatın artması, nəfəsalmanın çətinləşməsi, ürəkbulanma, hüşun itirilməsi, qıcolma və s. Ağır zədələnmə hallarında, nəfəs yollarının iflici baş verir və ölümlə nəticələnir. Xlorlu əhəng, qələvilər və ammonyakın suda məhlulu ilə həyata keçirilir. Xlorlu əhəng (CaOCl2) xlor iyi verən ağ və ya sarımtıl rəngdə tozdur. Suda qismən həll olur.
Zamin
Zəmanət və qarant — zəmanət verən şəxs; dövlət, təşkilat, müəssisə, fərd ola bilər. Subyekt hər hansı öhdəliklərə və ya bir şeyin keyfiyyət və xüsusiyyətlərinə görə müəyyən məsuliyyət (öhdəlik) elan edir və öz üzərinə götürür. Zamin duran şəxsə zəmanətçi və ya qarantçı deyilir. Dövlət vətəndaşlara və ya hüquqi şəxslərə hər hansı öhdəlikləri yerinə yetirmək üçün təminatlar verə bilər. Məsələn, dövlət zəmanəti dövlətin vətəndaşlar və ya hüquqi şəxslər qarşısında maddi və ya qeyri-maddi nemətlərin verilməsini nəzərdə tutan öhdəliyidir. Hüquqi təminatlar isə qaydalar toplusudur ki, onlara əsasən dövlət şəxsə məxsus bütün qanuni hüquqlara hörmət etməlidir. Zəmanətin subyekti təsərrüfat subyekti ola bilər. Məsələn, bank zəmanəti borclunun (əsas verənin) tələbi ilə bankın, digər kredit təşkilatının, sığorta təşkilatının və ya digər kommersiya təşkilatının (zəmanətçinin) verdiyi öhdəliklərin yerinə yetirilməsini təmin etmək üsullarından biridir. kreditora (faydalanan şəxsə) onun ödənilməsi tələbi ilə onlara pul məbləği ödəmək öhdəliyi. Marketinq vasitəsi kimi zəmanət məhsulun satışa çıxarılan istehlak xüsusiyyətlərinə uyğunluğunun göstəricisidir.
Zahid
Zahid — kişi adı. Zahid Oruc — Azərbaycan siyasətçisi Zahid Quliyev (dilçi) — Dilçilik elimləri doktoru, professor. Zahid Zairli — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Zahid Avşar Eloğlu — İdman ustası Zahid bəy Şıxəlibəyov — ADR orusunun podporuçiki.
Zahir
Zahir — kişi adı. Zahir Abbas — Azərbaycan şairi Zahir Baba — Avşar Babanin xəlifələrindən.
Zarir
Zarir (avest. Zarivari, Zarivaray; q.yun. Zariadr; fars. زرير‎ Zarir) — İran eposunun və "Şahnamə"nin personajı. Cəsarətli döyüşçü olmuşdur, lakin düşmən sehrbazı tərəfindən məğlub edilmişdir. == Mənbələrdə == "Avesta"da onun adı "Ardvisur-yaşta" idi. Viştaspanın şərəfinə adlandırılmışdır. "Cəsur atlı" olan Zarivari Datiya suları yaxınlığında Ardvisureyə 100 at, 1,000 öküz və 10,000 qoyun qurban vermiş, ilahədən devaların nökəri Humayaka və Drucanın xidmətçisi Arecastospa üzərində qələbə istəmişdir. Onun fravaşisi "Fravardin-yaşta" siyahısında adlanır.
Sualtı qayıq "T-9" (film, 1943)
Kinopovestdir. Filmdə İkinci Dünya müharibəsi illərində dənizçilərin göstərdikləri hünərdən bəhs olunur. Bədii rəhbər: Qriqori Aleksandrov Ssenari müəllifi: Aleksandr Şteyn, İohann Zeltser Quruluşçu rejissor: Aleksandr İvanov Rejissor: Nikolay Leşşenko Quruluşçu operator: Nikolay Renkov Operator: Muxtar Dadaşov Quruluşçu rəssam: Yuri Şvets, Əlisəttar Atakişiyev Rəssam: V.Kaşenko Bəstəkar: Boris Zeydman Səs operatoru: Əziz Şeyxov Qrupun direktoru: İ.Yermolayev Rejissor assistenti: G.Əliyev, V.Medvedkina, Əlisəttar Məlikov Operator assistenti: Kazım Həsənov Mahnıların Mətni: L.Zaltsman Quraşdırılmış səhnələrin rəssamı: Yuri Şvets, Mirzə Rəfiyev Oleq Jakov — Kostrov İsmayıl Dağıstanlı — Dəmirov Boris Çinkin — Çibisov Viktor Şarlaxov — Minayev Boris Baykov — Sergeyev Kazım Ziya — Almazov Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 12. M. Əmrahov.
Mayıs
Mayis — Azərbaycan Respublikasının Laçın rayonu Sonasar kənd inzibati ərazi dairəsində kənd. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. == Tarixi == Mayis kəndi Hocaz çayı yaxınlığında, Qarabağ yaylasındadır. Yerli tələffüzü Mayisdir. Keçmiş adı Qızxanımatoyolan olmuşdur. Yaşayış məntəqəsini Qarıqışlaq kəndindən ayrılmış ailələr Qızxanımatoyolan adlı binə yerində salmış və inqilabdan əvvəlki ədəbiyyatlara da bu adla düşmüşdür. 1930-cu illərdə burada Pervomaysk kolxozu təşkil olunmuş və kənd də Maysk adlandırılmışdır. Sonralar oykonim təhrif edilərək, Mayis şəklinə düşmuşdür. Yaşayış məntəqəsi 1 May bayramının adı ilə bağlıdır.
Qalıq
Fosil və ya qalıq — havayla təması birdən kəsildiyi üçün qoruna bilmiş canlı qalıqlarına verilən ümumi addır. Qabıq, sümük, diş, toxum, yarpaq ya da bir heyvan və ya bitki qalığı milyonlarla il əvvəlindəki canlı həyat haqqında məlumat verər. Qalıqları və qalıqlaşmağı araşdıran elm sahəsinə paleontologiya deyilir. Latınca fodare, qazmaq sözcüyündən törəmişdir. Ümumiyyətlə sərt toxumlar və taxta qisimlər qalıqlaşmış olaraq tapılar. Çiçək və yarpaqların özləri qorunmazlar ancaq karbon təsiri onların quruluşundakı çox incə detalları dahi qorumaqdadır. Dişlər, sümüklər və qabıqlar, dəri, ət, kürk, tükdən daha çox rast gəlinən qalıqlardır. Ümumiyyətlə sümüklər tapılar ancaq Alyaska, Sibir kimi yerlərdə nadir olaraq bütün mamut qalığına rast gəlinmişdir. Bu bölgələrdəki donmuş heyvanlar qalıq olaraq tamamilə milyonlarla il qorunmuşdur. Milyonlarla il əvvəl dənizlərlə qablı olan bölgələrdən su geri çəkildiyində qabıqlı dəniz canlıları palçıq, qum və palçığa basdırılmışlar.
Qatıq
Qatıq — yüksək kalorili qida məhsuludur. Qatıq südün mayalanmasından əldə edilir. İnsan sağlamlığı üçün çox faydalı bir qidadır. Xüsusi ilə kalsium cəhətdən zəngindir. Azərbaycanda qatıqdan hazırlanan xörəklər — dovğa, doğramac, ayran aşı, atlama və digər xörəklər hələ qədimlərdən Azərbaycan mətbəxini zənginləşdirmişdir. Azərbaycan mətbəxində qatıq və sarımsaqdan düzəldilən souslardan daha çox istifadə edilir. Suyunu süzərək qatılaşdırlımış qatığdan süzmə alınır. Qurudulmuş süzmədən isə qurut alınır.
Qayğı
Qayğı (film, 1943)
Qayış
Qayış (texnika) — maşın hissəsi. Qayış (mifologiya) — mifik canlı.
Qaşıq
Qaşıq - yemək yeyən zaman istifadə olunan mətbəx ləvazimatı. Yarım kürəvari şəklə sahibdir. Sulu, yaxud dənəli yeməkləri yeyilməsində istifadə olunur. Deşikli qaşıqlardan maye olmayan, yaxud mayedə həll olunmayan hissəcikləri, ya da köpüyü yığmaq üçün istifadə olunur. Salat, qızardımış kartof kimi iri dənəli qidaların servis olunmasında iki qaşıq maşa kimi istifadə olunur. Qaşıqlardan biri baş, işarət və üzük barmaqları ilə, digəri isə balaca, orta və üzük barmaqları ilə tutulur.