Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Flora və Zefir
"Flora və Zefir" (fr. Flore et Zephyre) — fransız akademik rəssamı Vilyam Buqro tərəfindən 1875-ci ildə işlənmiş rəsm əsəri. Əsərdə yunan mifologiyasından Flora və Zefir təsvir edilmişdir.
Jan-Luk Zefir
Jan-Luk Zefir (d. 23 mart 1993) — Sent-Lüsiyalı üzgüçü. Jan-Luk Zefir Sent-Lüsiyanı 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Jan-Luk Zefir birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında kişilər 100 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 51.98 saniyəlik nəticəsi ilə 119 üzgüçü arasında 65-ci oldu və yarımfinala vəsiqə qazana bilmədi.
Kefir
Kefir — yüksək kalorili qida məhsuludur. O südün mayalanmasından əldə edilir. Adətən açıq-sarı rəngdə olur. == Xarici keçidlər == Kefir nədir?
Efir
Efir - çoxmənalı termindir, ağaıdakı mənaları var: Efir Qədim yunan mifologiyasında tanrıların yerləşdiyi yer -havanın ən yuxarı, sadə, təmiz və şəffaf təbəqəsi. Dünyanı əhatə edən hava, radiodalğalarının yayıldığı fəza. Keçmişdə təsəvvür edildiyinə görə, havadan daha xəfif olub, fəzanı dolduran işıq, hərarət, elektrik və s.-nin yayılması üçün vasitə olan axıcı cisim, maddə.
Efir (mifologiya)
Efir (yun. Αἰθήρ ) qədim yunan mifologiyasında tanrıların yerləşdiyi yer, havanın ən yuxarı, sadə, təmiz və şəffaf təbəqəsinin tanrı kimi şəxsləşdirilmiş adı. İlk tanrılardan biri. Titanomaxiya poemasına görə Efir Geya-Yerin, Uran-Göyün, Pont-Dənizin, Tartar-Sonsuzluğun, Okeanın atasıdır.
Efir yağı
Efir yağı — bitkilərin hasil etdiyi müxtəlif üzvi maddələrin uçucu qarışıqlarının ümumi adı. Efir yağları əsasən distillə üsulu ilə əldə edilir. Onlardan ətir, kosmetika, sabun və digər məhsullarda, yemək və içkilərə ləzzət vermək və ya məişət təmizlik məhsullarına ətir əlavə etmək üçün istifadə olunur. Efir yağları aromatik birləşmələrlə müalicəsini ehtiva edən aromaterapiya üçün istifadə olunur. == Tərkibində efir yağı olan bitkilər == Efir yağı istehsal etmək üçün müxtəlif bitkilərdən istifadə edilir. Tərkibində efir yağı olan və praktikada geniş istifadə olunan, həddən artıq uçucu maddələr konsentrasiyasına malik bitkilərə efiryağlı bitkilər deyilir: Sarıkök Yarpız Qoz Cirə Küknar Portağal limon Naringi Kəklikotu Zəncəfil Qızılgül Qreyfurt Valerian(pişikotu) Şam == Efir yağlarının kimyəvi tərkibi == Efir yağları yeganə təbii maddədir ki, onun tərkibində yüzlərlə kimyəvi komponent vardır. Hər bir komponent fərdi maddələr yığımından ibarətdir və o da nəticədə çox mürəkkəb bir qarışığın əmələ gəlməsini yaradır. Efir yağının tərkibindəki bütün maddələr üzvü maddələrdir, başqa sözlə hər bir maddənin molekulyar quruluşu karbon atomlarından təşkil olunmuşdur. Bitkilərin efir yağlarındakı komponentlər, onun tərkibində olan əsas komponentin sanki kombinasiyasıdır. Məsələn, hamıya məlum olan nanənin efir yağının əsas komponenti mentoldur.
Zekir Emeri stadionu
Zekir Emeri stadionu (alb. Stadiumi Zeqir Ymeri) — Albaniyanın Kukes şəhərində yerləşən stadion. 5000 tamaşaçı tutumuna malikdir. "Kukesi" futbol klubu ev oyunlarını bu stadionda keçirir.
Dimetil efir yanacağı
Dimetil efir yanacağı (DME)-(C2H6O) - rəngsiz qazdır. Keçən əsrin 80-cı illərinin sonlarında yeni növ yanacağa – dimetil efirinə (DME) həsr olunmuş ilk işlər yarandı. == DME xassələri == Öz xassələrinə görə DME - propan-butan yanacaqlarına yaxındır. DME avtobenzin ilə müqayisədə az istilik törətmə qabiliyyətinə malikdir (10760 kkal/kq-a qarşı 6920 kkal/kq), odur ki, onun mühərrikin vahid gücünə məsrəfi 1,6 dəfə çoxdur. Lakin DME yaxşı ekoloji xüsusiyyətlərə malikdir (tüstü qazlarında qurum olmur və CO2 azdır). == DME alınması == Hazırda DME alüminium oksid üzərində metanolun dehidratasiyası ilə alınır. DME-nin əsas istehsaıçıları Du Pont və Air Products and Chemicals - Amerika şirkətləridir.2000-ci ilin məlumatlarına görə DME istehsalı ildə təxminən 150 min tona yaxın idi. DME sintezi sahəsində tədqiqatlar 1986-cı ildə Air Products and Chemicals şirkətində başlamışdır. 1990-cı ildə tədqiqatlar ABŞ-nın energetika departamenti tərəfindən müdafiə edildi. 1991-ci ildən şirkətin Texas ştatının Zaport şəhərindəki zavodunda nümayiş qurğusu işləyir və burada DME alınma texnologiyası işlənilir.
Nanə efir yağı
Nanə efir yağı— nanə cinsinə aid bitkilərin hava hissələrindən olan efir yağlarının böyük qrupunun ümumi adı, ilk növbədə nanə və tarla nanə yağlarıdır. Nanə efir yağları bitkinin kəsilmiş torpaq hissəsindən buxar distilləsi yolu ilə alınır. == Nanə efir yağının tərkibi == Nanə yağı Nanə yağı nanə yağı ailəsində "klassik"dir. Bu nanə M.viridis L. və M.aquatica arasında təbii növlərarası hibriddir. İngiltərədə onu "qara nanə" adlandırırdılar, uzun müddət ən yüksək keyfiyyət hesab edilən bu efir yağı idi. 20-ci əsrin əvvəllərində bu növ neftin ən böyük istehsalçısı Rusiya (Ukrayna nefti)dir. SSRİ-də ingilis cinsləri əsasında yaradılmış ən çox yayılmış sort Prilukskaya-6 (yağda 40-55% mentol, 20-30% menton) növüdür. Bu sort 1956-cı ildən Rusiya, Ukrayna, Qazaxıstan və digər ölkələrdə yetişdirilir. Tarla nanə yağı Tarla nanə yağı (Mentha arvensis L.) və ya Yapon nanəsi parfümeriya və kosmetika sənayesində (əsasən diş pastalarının bir hissəsi kimi) ən çox istifadə edilən yağlardan biridir. Mentolun yüksək tərkibi (bəzən 80%-dən çox) ilə seçilir Bu nanə bütün dünyada, ilk növbədə Çin və Braziliyada çox geniş şəkildə becərilir.
Səfir
Səfir — xarici dövlətdə və ya beynəlxalq təşkilatda dövlətin yüksək çinli diplomatik nümayəndəsi. Səfirlər dövlət başçısı tərəfindən təyin olunur.
"Zəfər" ordeni
"Zəfər" ordeni — Azərbaycan Respublikasının 2-ci yüksək təltifi. Vətən müharibəsində qələbə münasibətilə təsis edilmişdir. == Təsis edilməsi == 2020-ci il noyabrın 20-də Azərbaycan Respublikasının Milli Məclisində Vətən Müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi təqdim edilmiş və birinci oxunuşda təsdiqlənmişdir.Azərbaycan Respublikasının "Zəfər" ordeninin statutu Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli 204-VIQD nömrəli Qanunu ilə təsdiq edilmişdir. Əsasnamədə deyilir: Maddə 1. Təltif edilən şəxslər Azərbaycan Respublikasının "Zəfər" ordeni ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün və təhlükəsizliyinin təmin edilməsi zamanı əhəmiyyətli və ya strateji ərazinin, yaşayış məntəqəsinin, rayonun və ya şəhərin düşmən işğalından azad olunması ilə nəticələnmiş döyüş əməliyyatlarına, Azərbaycan Respublikasının dövlət sərhədinin bərpa edilməsi üzrə döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi hissə komandirləri və onlardan yuxarı rəhbər heyəti, habelə ərazi bütövlüyünün təmin edilməsi sahəsində xüsusi xidmətlərinə görə digər şəxslər təltif edilir.Maddə 2. Təltif edən orqan Azərbaycan Respublikasının "Zəfər" ordeni ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndinə uyğun olaraq təltif edilirlər.Maddə 3. Taxılma qaydası Azərbaycan Respublikasının "Zəfər" ordeni döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər ordenləri və medalları olduqda, "Heydər Əliyev" ordenindən sonra taxılır. == Təsviri == Ordenin təsviri Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli Qanunu ilə təsdiq edilmişdir. Maddə 1. Ordenin ümumi təsviri Azərbaycan Respublikasının "Zəfər" ordeni (bundan sonra – orden) 900 əyarlı qızıldan hazırlanmış, sol və sağ tərəflərinə iki əyri qılınc, uclarına kiçik kürəciklər bərkidilmiş ayparadan, guşələri pilləvari olan səkkizguşəli altlıqdan və aypara ilə altlığın üzərinə yerləşdirilmiş, uclarına kiçik kürəciklər bərkidilmiş ikitərəfli hamar şüalı səkkizguşəli ulduz formalı, diametri 42 mm olan lövhədən ibarətdir.Maddə 2.
Mustafa Zərir
Mustafa Yusif oğlu Zərir (XIV əsr, Ərzurum – 1350) — XIV əsr Azərbaycan şairi. == Həyatı == Mustafa Yusif oğlu Ərzurum şəhərində anadan olmuşdur. 1377-ci ildə Misirə getmişdir. == Yaradıcılığı == XIV əsrdə yaşamış Azərbaycan şairi Mustafa Zəririn "Sirətün-Nəbi və ya Siyər" kitabı çox məşhurdur. Bu, türkdilli xalqların ədəbiyyatında Məhəmməd peyğəmbərin həyatından bəhs edən ilk dini dastandır. Mustafa Zərir Misirdə olduğu müddətdə VIII əsrdə yaşamış ərəb alimi İbn İshaqın "Kitabu-sirətür-Rəsulullah" əsərini "Sirətün-Nəbi" adı ilə Azərbaycan dilinə həm nəsr, həm də nəzmlə tərcümə etməyə başlayıb. Böyük mütəfəkkir–şair bu ağır işi 1380-ci ildə tamamlayıb. Mustafa Zəririn bu kitabı Azərbaycan ədəbiyyat tarixində ilk tərcümə və nəsr əsəri, eləcə də türkdilli ədəbiyyatda peyğəmbərə həsr olunmuş ilk dini dastan nümunəsi hesab olunur. Belə bir kitabın varlığı bilinsə də mətninin tapılıb-üzə çıxarılması yalnız indi mümkün olub. XIV əsrdə Mustafa Zərir Quran motivləri əsasında qurulmuş "Yusif və Züleyxa" mövzusunda ana dilində əsər yaratmışdır.
Zəfər Abbasov
Zəfər Duman oğlu Abbasov (2 iyul 1971, Çobankənd, Gədəbəy rayonu) — Azərbaycan alimi, şairi, riyaziyyat üzrə fəlsəfə doktoru, pedaqoq, Qarabağ Müharibəsi veteranı. == Həyatı == Zəfər Abbasov 2 iyul 1971-ci ildə, Azərbaycan Respublikasının Gədəbəy rayonunun dilbər güşələrindən biri olan Çobankənd kəndində anadan olmuşdur. 1978–1988-ci illər Çobankənd kənd orta məktəbində oxumuş, orta təhsil almışdır.1989–1994-cü illər M. Ə. Rəsulzadə adına Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsini əla qiymətlərlə başa vurmuşdur. 1992-ci ildə, tələbə ikən Azərbaycan Respublikasının Müdafiə Nazirinin 078 saylı 16.03.1992-ci il döyüş əmrinə əsasən " Tələbələrdən" ibarət yaradılmış könüllü tağımın tərkibində " N" saylı Gədəbəy özünümüdafiə taborunun şəxsi heyyəti ilə birlikdə Gədəbəyin Ermənistanla sərhəd məntəqələrində gedən ağır döyüşlərdə iştirak etmişdir. Müharibə veteranıdır. 2002–2006-cı illər müsabiqə yolu ilə Gəncə Dövlət Universitetinin Riyazi-analiz kafedrasında müəllim təyin olunmuşdur. 2006–2014-cü illər Gəncə Dövlət Universitetində Riyazi-analiz kafedrsında baş müəllim kimi elmi-pedaqoji fəaliyyətlə məşğul olmuşdur. 2008-ci ildə AMEA Riyaziyyat və Mexanika İnstitutunda dissertant qəbul olnmuş, 2012-ci ildə Riyaziyyat üzrə fəlsəfə doktoru alimlik dərəcəsi müdafiə etmişdir. 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə riyaziyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə riyazi analiz kafedrası üzrə Dosent elmi adı verilmişdir.
Zəfər Günü
Zəfər Günü — ölkələrin tarixindəki əhəmiyyətli döyüşlərdə və ya müharibələrdə qazanılan qələbələri anmaq üçün müxtəlif ölkələrdə fərqli dövlət bayramlarına və xüsusi günlərə verilən addır.
Zəfər Hüseynov
Zəfər Hüseynov- Azərbaycanlı riyaziyyatçı alim, təhsil işçisi,"Əməkdar müəllim". == Həyatı və təhsili == Hüseynov Zəfər Qafar oğlu 1953-cü il sentyabr ayının 28-də Şuşa şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1970-ci ildə Şuşa şəhər 4 saylı orta məktəbi bitirərək Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinə daxil olmuş, 1975-ci ildə universitetdə təhsilini başa vurmuşdur == Əmək fəaliyyəti == Əmək fəaliyyətinə 1975-ci ildə Xankəndi Pedaqoji İnstitutunda müəllim vəzifəsində işə başlamış, eyni zamanda Şuşa şəhər 4 saylı orta məktəbidə riyaziyyat müəllimi işləmişdir. 1985-ci ildə namizədlik dissertasiyası müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi almışdır. 1988–1989-cu illərdə Gəncə Dövlət Universitetində dosent, 1989-cu ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şuşa fakültəsinin dekan müavini, ADPU-nun Şuşa filialı yarandıqdan sonra, əvvəlcə Tədris və elmi işlər üzrə direktor müavini, 1991-ci ildən isə filialın direktoru vəzifələrində işləmişdir. Z. Hüseynov 1994‒2002-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində dosent, 2002-ci ildən isə Sumqayıt Dövlət Universitetinin Riyaziyyat fakültəsinin dekanı vəzifəsində işləmiş, 05.01.2022-ci il tarixindən isə rektorun müşaviri vəzifəsinə təyin olunmuşdur. 90-dan çox elmi məqalənin, dərs vəsaiti və metodiki vəsaitin müəllifidir. Yeni Azərbaycan Partiyasının üzvüdür. Azərbaycanda təhsilin inkişafındakı xidmətlərimə görə Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2012-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının "Əməkdar müəllimi" fəxri adına layiq görülmüşdür. == Elmi əsərləri == Word 7.0 mətn redaktoru ilə işin əsasları ADPU-nun nəşri, 2001(dərs vəsaiti).
Zəfər Murtuzov
Murtuzov Zəfər Nəbi oğlu - Azərbaycan rejissoru. == Həyatı == Zəfər Murtuzov 1952-ci ildə Cəlilabad rayonunda anadan olub. 1971-1975-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb. 1977-ci ildə C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında rejissor assistenti kimi fəaliyyətə başlayıb, sonralar bir sıra filmlərin ikinci rejissoru olub. == Şəxsi həyatı == Ailəlidir. bir qızı və bir oğlu var. Həyat yoldaşı Sevda xanım Şəkidəndir. "Həm ziyarət,Həm ticarət" filmindəki Mustafa müəllimin qonaqlıq səhnəsi Sevda xanımın atası İsgəndər doktorgildə çəkilib. == Mükafatları == 1 avqust 2018-ci ildə Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə, "Tərəqqi" medalı ilə təltif edilmişdir.
Zəfər Muzeyi
Zəfər Muzeyi — Azərbaycan Respublikası Prezidentinin 03 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakı şəhərində yaradılması nəzərdə tutulan abidə-kompleks.
Zəfər Məmmədov
Zəfər Məmmədov (tam adı: Zəfər Nadir oğlu Məmmədov) — Azərbaycan biznesmeni, sahibkarı, hüquqşünası, memarı, "Zaferoğlu inşaat" şirkətinin qurucusu. == Bioqrafiya == Zəfər Məmmədov 30 may 1982-ci ildə Azərbaycan SSR-in Gəncə şəhərində anadan olub. 1988-ci ildə Mirzə Ələkbər Sabir adına Gəncə şəhər 5 saylı orta məktəbə daxil olub. 1999-cu ildə Gəncə şəhəri 18 saylı orta məktəbi bitirib. 1999-cu ildə Odlar Yurdu Universitetinin Hüquq fakültəsinə daxil olmuş və 2003-cü ildə oranı bitirib. 2003–2005-ci illərdə həmin universitetdə mülki hüquq ixtisası üzrə magistr təhsili alıb. 2005–2006-cı illərdə hərbi xidmətdə olub. 2006-cı ilin sonlarında "Gəmiqaya-ZMH" adlı daşınmaz əmlak agentliyini yaradıb və oranın rəhbəri olub. 2007-ci ildə inşaat şirkətinin yaradıcısı və 50 % səhmdarı olub. 2010-cu ildə "Zaferoğlu" inşaat şirkətini yaradıb və o vaxtdan oranın rəhbəridir.
Zəfər Nemətov
Zəfər Əlipaşa oğlu Nemətov (5 iyun 1917, Bakı – 19 noyabr 1971, Bakı) — Azərbaycanın görkəmli rejissoru, pedaqoq, ictimai xadim, Azərbaycan SSR əməkdar incəsənət xadimi. == Həyatı == 6 iyun 1917-ci ildə Bakıda anadan olmuşdur. Azərbaycan Dövlət Teatr Texnikumunda və Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil almışdır. Moskva və Sankt-Peterburq şəhərlərində rejissor təcrübəsi keçmişdir. 1943-cü ildən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında rejissor, 1954-cü ildən baş rejissor vəzifələrində çalışmışdır. Bu teatrın Azərbaycan və rus bölmələrində "Qaraca qız, "Polad necə bərkidi", "Qarlar kraliçası", "Tamahkar", "Yaşar", "Bir saat xəlifəlik", "Anacan", "Qırmızı şeytan balaları", "Romeo və Cülyetta", "Müfəttiş", "Polad üzük", "Zorən təbib", "Zoluşka" və s. tamaşalara quruluş vermişdir. Gənc rejissorlar üçün "Rejissor sənəti haqqında" (Mehdi Məmmədovla birlikdə) və "Əliağa Ağayev" (Tofiq Kazımovla birlikdə) kitablarının müəllifidir. 1960–1971-ci illərdə Azərbaycan Teatr Cəmiyyətinin sədr müavini vəzifəsində çalışmışdır. Milli mədəniyyət tarixində əhəmiyyətli yer tutmuş bir sıra tədbirlər, o cümlədən 1968-ci ildə Azərbaycanda ilk dəfə keçirilmiş ASSİTEJ-in festivalı onun təşəbbüsü və gərgin əməyi sayəsində keçirilmişdir.
Zəfər Partiyası
Zəfər Partiyası — Ümid Özdağ tərəfindən 26 avqust 2021-ci ildə əsası qoyulan siyasi partiya. == Tarixi == === Zəmin === Ümid Özdağ 6 noyabr 2020-ci il tarixində İYİ Partiya İstanbul Şəhər Təşkilatının başçısı Buğra Kavuncu və əmisini FETÖ-çü adlandırmasından sonra partiya rəhbərliyi ilə yaşanan problemlər nəticəsində partiyadan xaric edilmişdir. 13 yanvar 2021 tarixində Ankara Birinci Əsliyə Hüquq Məhkəməsi ixrac qərarını ləğv etmişdir.. Ümid Özdağ 4 mart 2021 tarixində açıqlama verərək İYİ Partiyadan istefa vermişdir: 2021-ci ildə Özdağ partiya qurma hərəkatına başladı və Ayyıldız Hərəkatını təsis etdi. O, partiyasının 26 avqustda rəsmi olaraq qurulduğunu elan etdi.
Zəfər Qaratay
Zəfər Qaratay (krımtat. Zafer Qaratay,türk. Zafer Karatay) – Əslən Krım tatarı olan Türkiyə jurnalisti, Krım Tatar xalqının Məclis təmsilçisi,Krım Tatar milli hərəkatının aktiv üzvü, Tatar Yazarlar Birliyinin, Türkiyə Jurnalistlər Cəmiyyətinin üzvü. == Həyatı == Zəfər Qaratay 27 sentyabr 1958-ci ildə Türkiyənin Ankara şəhəri yaxınlığındakı Krım tatarları tərəfindən qurulan Gunalan kəndində anadan olmuşdur. İbtidai və orta təhsilini Türkiyənin paytaxtında tamamlamışdır. 1980-ci ildə Ankara Dövlət Memarlıq və Mühəndislik Akademiyasından ( Gazi Universiteti , Mühəndislik və memarlıq fakültəsi) məzun olmuşdur. 1985-ci ildə Ankara Universiteti dil,tarix və coğrafiya fakültəsinə qəbul olunmuşdur. 1980-1982-ci illər arasında Türkiyə Səhiyyə və Sosial Yardım Nazirliyində və 1984-1986-cı illərdə Sanaye və Ticarət Nazirliyi Keyfiyyət və Standartlar Bölümündə çalışmışdır.2006-cı ildən İstanbul Televiziyası müdürüdür. 1985-ci ilində Türkiyə dövlət televiziya kanalının rejissor köməkçisi TRT imtahanlarını vermiş və 1986-cı ilin oktyabrından rejissor kimi fəaliyyətə başlamışdır. 1986-1989-cu illərdə musiqi, əyləncə və təhsil proqramları hazırlamışdır.
Zəfər Quliyev
Zəfər Hüseyn oğlu Quliyev – Tanınmış siyasi ekspert, analitik və publisist, ölkənin aparıcı politoloqlarından biri, fəlsəfə elmləri namizədi, dosentdir. == Həyatı == Zəfər Quliyev 14 iyul 1951-ci ildə Gəncədə anadan olub. Ata tərəfi Tovuz rayonundandır. Ən kiçik yaşlarından Bakıda yaşayır və işləyir.1968-ci ildə Bakıdakı 189 saylı orta məktəbi bitirib. Həmin ildə Politexnik İnstitutuna (hazırda Texniki Akademiya) daxil olub. Ancaq bir il oxuduqdan sonra öz istəyi ilə bu ali məktəbi tərk edib, çünki artıq ciddi və ehtiraslı şəkildə humanitar elmlərlə - ələlxüsus da ədəbiyyat və fəlsəfə ilə maraqlanırdı. 1971-1973-cü illərdə Sovet ordusu sıralarında Gürcüstanda hərbi xidmət keçib. Serjant və tank komandiri olub. “Qvardiya” və “Sovet Ordusu Əlaçısı” döş nişanları ilə təltif olunub. 1974-cü ildə Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutuna (hazırda Slavyan Universiteti) daxil olub.
Zəfər Surxayzadə
Zəfər Şəmsəddin oğlu Surxayzadə (5 avqust 2001, Baltalı, Şəki rayonu – 10 noyabr 2020, Şuşa) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Zəfər Surxayzadə 5 avqust 2001-ci ildə Şəkidə anadan olmuşdur. Orta təhsilini 2007–2018-ci ildə Şəki şəhəri Baltalı kənd tam orta məktəbində almışdır. Subay idi. == Hərbi xidməti == 9 oktyabr 2019-cu iilədə müddətli həqiqi hərbi xidmətə yollanmışdır. Əsasən Cəbhənin Füzuli istiqamətində hərbi xidmət keçmişdir. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Ordusunun əsgəri olan Zəfər Surxayzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə fəal iştirak edərək şücaət göstərmişdir. Zəfər Surxayzadə noyabrın 9-da Şuşanın azad edilməsi zamanı qəhrəmancasına həlak olmuşdur. 10 noyabr 2020-ci ildə doğulduğu kənddə torpağa tapşırılmışdır. == Təltifləri == (15.
Zəfər Yusibov
Zəfər Qəzənfər oğlu Yusibov (1982, Şəki rayonu) — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının polkovniki, "Şahin" Xüsusi Təyinatlı Dəstəsinin Komandiri, İkinci Qarabağ müharibəsi qazisi, Vətən Müharibəsi Qəhrəmanı. == Həyatı == Zəfər Yusibov 1982-ci ildə Şəki rayonunun Çayqaraqoyunlu kəndində anadan olub. 1988-1999-cu illərdə Çayqaraqoyunlu kənd tam orta məktəbində təhsil alıb. 1999-2003-cü illərdə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində (BABKM) ali hərbi təhsil alıb. Ailəlidir. 2 övladı var. == Hərbi xidməti == Zəfər Yusibov 2003-cü ildən Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının sıralarında xidmət edir. Kapitan Zəfər Yusibov Azərbaycan Prezidenti İlham Əliyevin 11 mart 2010-cu il tarixli Sərəncamına əsasən "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi. Polkovnik Zəfər Yusibov Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının "Şahin" Xüsusi Təyinatlı Dəstəsinin Komandiridir. Zəfər Yusibov müxtəlif illərdə Türkiyə Respublikasında keçdiyi peşə və ixtisasartırma kurslarında iştirak edib: -Komando kursu, -Komando ixtisas kursu, -Snayper kursu, -Girovların Təyyarədə,Qatarda, Avtobusda,yaşayış məntəqəsində azad olunması üzrə kursu,(2 dəfə) -Su altı axtarma və zərərsizləşdirmə kursu, -İngilis dili kursu, -Quru qoşunlarının akademiyası (indiki milli müdafiə universiteti).
Zəfər bayrağı
Zəfər bayrağı və ya Qələbə bayrağı (rus. Знамя Победы) — 1945-ci il, mayın 1-i günü Qızıl Ordu əsgərləri tərəfindən Berlindəki Reyxstaq binası üzərinə qaldırılan, 188x82 sm ölçülü, üzərində oraq, çəkic və qırmızı ulduz emblemləri olan bayraq. Aleksey Berest, Meliton Kantariya və Mixayıl Yegorov adlı üç Sovet əsgəri tərəfindən göylərə ucaldılan bayraq, II Dünya Müharibəsində Sovet İttifaqının Nasist Almaniyası üzərində qələbə çalmasının rəsmi simvoludur. İndiki keçmiş SSRİ ölkələri və Rusiyada hələ də rəsmi tədbirlərdə, xüsusən Qələbə Günü təntənələrində və Moskva Qələbə Günü Parad Mərasimlərində istifadə edilir. Eyni zamanda 1996-cı ildən bəri Belarus və 2009-cu ildən bəri Dnestryanın (Dnestryanı Moldov Respublikası) rəsmi simvollarından biridir. Orijinal bayraq Moskvadakı Mərkəzi Silahlı Qüvvələr Muzeyində nümayiş etdirilir. == Haqqında == Qələbə Bayrağının üzərində kiril əlifbası ilə yazılıb; "150.Tüfəng, II.Кutuzov sinfi, İdrissa bölüyü, 79.Tüfəng Korpusu, 3.Zərbə Ordusu 1.Belarus Cəbhəsi" Sovet bayrağının oraqsız və çəkicsiz olan bir variantı var idi, prezident Boris Yeltsin 1996-cı il aprel ayının 5-də milli bayrağa bu emblemleri verdi. Prezident Vladimir Putin də zəfər bayrağını rus ordusunun rəsmi bayrağı kimi qəbul etdi. Bu bayraq Reyxstaqda qaldırılan bayraqdan sonra adlandırıldı, lakin bu da "qələbə bayrağı" adlanır. Bu gün bu variant artıq rəsmi rəmz deyil.
Zəfər burnu
Zəfər burnu (türk. Zafer Burnu), Andreas burnu (yun. Ακρωτήριο Αποστόλου Ανδρέα) — Kipr adasının nucqar şimal-şərq nöqtəsi. Karpaz yarımadasının qutaracağında yerləşir. Burun Həvari Andreyin şərəfinə adılandırılmışdır. 1974-cü ildən Şimali Kipr Türk Respublikasının de-fakto ərazisidir. İnzibati baxımından İskele rayonu ərazisinə daxildir. Suriyanın Əl-Laziqiyyə şəhəri ilə arasında məsafə 109 km-dir.Burun yaxınlığında Həvarrai Andrey məbədi yerləşir. Məbəd UNESCO tərəfindfən qorunur.
Zəfər sancağı
Zəfər bayrağı və ya Qələbə bayrağı (rus. Знамя Победы) — 1945-ci il, mayın 1-i günü Qızıl Ordu əsgərləri tərəfindən Berlindəki Reyxstaq binası üzərinə qaldırılan, 188x82 sm ölçülü, üzərində oraq, çəkic və qırmızı ulduz emblemləri olan bayraq. Aleksey Berest, Meliton Kantariya və Mixayıl Yegorov adlı üç Sovet əsgəri tərəfindən göylərə ucaldılan bayraq, II Dünya Müharibəsində Sovet İttifaqının Nasist Almaniyası üzərində qələbə çalmasının rəsmi simvoludur. İndiki keçmiş SSRİ ölkələri və Rusiyada hələ də rəsmi tədbirlərdə, xüsusən Qələbə Günü təntənələrində və Moskva Qələbə Günü Parad Mərasimlərində istifadə edilir. Eyni zamanda 1996-cı ildən bəri Belarus və 2009-cu ildən bəri Dnestryanın (Dnestryanı Moldov Respublikası) rəsmi simvollarından biridir. Orijinal bayraq Moskvadakı Mərkəzi Silahlı Qüvvələr Muzeyində nümayiş etdirilir. == Haqqında == Qələbə Bayrağının üzərində kiril əlifbası ilə yazılıb; "150.Tüfəng, II.Кutuzov sinfi, İdrissa bölüyü, 79.Tüfəng Korpusu, 3.Zərbə Ordusu 1.Belarus Cəbhəsi" Sovet bayrağının oraqsız və çəkicsiz olan bir variantı var idi, prezident Boris Yeltsin 1996-cı il aprel ayının 5-də milli bayrağa bu emblemleri verdi. Prezident Vladimir Putin də zəfər bayrağını rus ordusunun rəsmi bayrağı kimi qəbul etdi. Bu bayraq Reyxstaqda qaldırılan bayraqdan sonra adlandırıldı, lakin bu da "qələbə bayrağı" adlanır. Bu gün bu variant artıq rəsmi rəmz deyil.
Zəfər tağı
Zəfər tağı — böyük təntənəni əks etdirən arxitektura abidəsi. Zəfər Tağı şəhərə girişdə, küçənin sonunda, körpü başlanğıcında, böyük küçələrdə qaliblər şərəfinə və ya hansısa bir vacib hadisə şərəfinə ucaldılır. Bəzi ölkələrdə, kral xatirəsi üçün də Zəfər Tağı tikilir. Məsələn, Paris Zəfər tağı.
Zəfər yatağı
Zəfər yatağı – Gədəbəy rayonunda yerləşən sənaye əhəmiyyətli mis-qızıl yatağı. == Adlandırılması == Yataq “Anglo Asian Mining PLC”nin törəmə müəssisəsi olan Azərbaycan Beynəxalq Mədən Əməliyyat Sirkətinin (ing. Azerbaijan Interntional Mining Company - AIMC) yerli geoloqları tərəfindən 2020-ci ilin oktyabr-noyabr aylarında kəşf olunub. Əsas filiz kütləsi 44 günlük Vətən Müharibəsi günlərinə rast gəlindiyi üçün qazanılan qələbələrin şərəfinə yataq "Zəfər" adlandırılıb. == Coğrafi mövqeyi == Yataq inzibati cəhətdən Gədəbəy rayonunda yerləşir və rayon mərkəzindən təxminən 5 km Şimal-Qərbdə, Gədəbəy yatağından 3.8 km Şimal-Qərbdə və Uğur yatağından 2.5 km Cənub-Qərbdədir. Ərazi müəyyən yerlərdə hətta 2000 m-i keçən yüksək dağlıq relyefə və ot örtüyünə sahibdir. == Kəşfiyyatı == Həmin sahədə kəşfiyyat işlərinə 2016-cı ildən başlanılmışdır. Aparılan kompleks axtarış-kəşfiyyat işlərinin – çöl sınaqlaşdırması, geokimyəvi sınaqlaşdırma, xəritəalma, geofiziki tədqiatlar nəticəsində kəşf olunub. Əsas filiz kütləsi 2020-ci ilin oktyabr-noyabr aylarında quyularla kəsilmişdir. Yatağın kəşfi ilə bağlı rəsmi elan isə 2021-ci ilin yanvar ayında verilib.
Zəfər yolu
Füzuli–Şuşa avtomobil yolu və ya "Zəfər yolu" — Füzuli şəhərindən Şuşa şəhərinə birbaşa avtomobil yolu. Avtomobil yolunun təməli noyabrın 16-da Azərbaycan Prezidenti İlham Əliyev və vitse-prezident Mehriban Əliyevanın işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına səfəri zamanı qoyulmuşdur.7 noyabr 2021-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 7-də Füzuli rayonunda Zəfər yolunun açılışını ediblər. == Tarixi == İkinci Qarabağ müharibəsi bitdikdən dərhal sonra prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi inkişaf planının hazırlanması üçün tapşırıqlar vermişdir. Belə tapşırıqlardan biri də Şuşa şəhərinə yeni avtomobil yolunun çəkilməsi olmuşdur. 2020-ci il noyabrın 16-da İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına səfəri zamanı Şuşa şəhərinə qədər uzanacaq yeni avtomobil yolunun təməlqoyma mərasimindən dərhal sonra layihənin icrasına start verilmişdir.2020-ci il noyabrın 17-də Prezident İlham Əliyev Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalamışdır.Sərəncama əsasən ümumi uzunluğu 101,5 kilometr olan Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun layihələndirilməsi və tikintisi üçün 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 50 milyon manat ayrılmışdır.Sərəncamda Nazirlər Kabinetinə, Maliyyə və İqtisadiyyat nazirliklərinə müvafiq tapşırıqlar verilmişdir. == İnşaası == Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikinti layihəsinin uzunluğu ilkin hesablamalara əsasən 101.5 km təşkil edir. Yolunun 4-6 hərəkət zolağından ibarət olması nəzərdə tutulur. 84.6 km-lik yolun ilk 48 km-i 6, 48-84.6 km-i isə 4 hərəkət zolağından ibarət olacaq. Müvafiq olaraq yol yatağının eni 29.5 və 21.5 metr təşkil edəcək.Bundan başqa, layihə üzrə relyefin imkan verdiyi ərazilərə qədər hər bir istiqamətdə əlavə geniş hərəkət hissəsinə malik 1 ehtiyat zolağın inşası da nəzərdə tutulub. Ehtiyat zolaqlarla birgə yolun 6 hərəkət zolağından ibarət olacaq.Avtomobil yolu inşasına start verilən yeni Füzuli Hava Limanı yaxınlığından keçir.
Defis
Defis ( – ) Yazıda istifadə olunan ən qısa üfüqi simvol. Azərbaycan dili qrammatika qaydalarına görə defis işarəsi aşağıdakı hallarda qoyulur: Mürəkkəbləşmiş sözlərin və ifadələrin arasında: /ala-bəzək/, /ad-san/ və s.; Söz hissələri arasmda: a) sətirdən sətirə keçirmədə: /işlə-yir/, /dola-yır/ və s.; b) ayrıcà yazılan şəkilçidən əvvəl: /-dan, -çi/ və s.; c) miqdar saylarını bildirən rəqəmlə şəkilçi arasmda: /9-cu/, /2-ci/ və s. Bundan əlavə dilimizdə defisin işlənməsinin 35 qaydası məlumdur.
Kafir
Kafir (ərəbcə كافر – örtən) – Küfr imanın əksidir. Kafir sözünün lüğəti mənası örtən deməkdir. Bu səbəbdən də buğdanı torpağa basdıran əkinçiyə də kafir (küfr edən) deyilir.Küfr 3 cürdür: cəhli, cuhudi, cəlali . Küfrdə inad edənlər öz imanlarını itirirlər. Qurani-Kərimdə haqqı bilə-bilə onu inkar edənlər kafirlər haqqında deyilir: "(Möcüzələrimizin) həqiqiliyinə daxilən möhkəm əmin olduqları halda, haqsız yerə və təkəbbür üzündən onları inkar etdilər.
Sefid
Sefid Səng — İranın Rəzəvi Xorasan ostanının Fəriman şəhristanının Qələndərabad bəxşində şəhər. Deh Sefid (Əsədabad) — İranın Həmədan ostanının Əsədabad şəhristanının Pir Səlman bəxşinin ərazisinə daxil olan kənd. Hisar Sefid (Bicar) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. Nəft Sefid — İranda, Xuzistan ostanında, Həftkel şəhristanının Rüğeyvə bəxşinin Gəzin dehestanında kənd.
Serir
Serir və ya Sarir, yerli mənbələrdə Tavyak (qum. Тав Йак — dağ tərəfi) — VI-XII əsrlərdə dağlı Dağıstanda mövcud olmuş orta əsr dövləti. Buranın sakinləri avarlar, qumuqlar, andilər, didoylar, laklar və digər Dağıstan xalqlarının əcdadları idilər. == Adı == Dövlətin adı ərəblərin yerli hökmdarlara verdikləri titula köklənir: "sahib əs-serir" — "taxt sahibi".Professor A.R. Şixsaidovun fikrinə görə, "Serir" adı fars-ərəb coğrafi ənənəsi ilə əlaqəlidir. Ərəb müəllifləri dağlıq Dağıstan ərazisini "taxt sahibi" torpağı adlandırır, yəni "Sahib əs-serir", onlar bu adı Sasanilərin son nümayəndəsinin qızıl taxtı əfsanəsi ilə əlaqələndirirlər, hansı ki güya elə bəxtsiz hökmdar tərəfindən Dağıstana göndərilmişdir. Bu termin ərəb deyil fars mənşəlidir və daha çox ehtimal olunur ki, Serir gürcülərin "mtiuleti" sözü ilə eyni məna daşıyır, yəni "dağlar ölkəsi" və ya "dağlılar ölkəsi". Bu ad ərəbcə söz olan "serir"ə (taxt) yox, farscadakı "ser" (dağ) sözü ilə eyniköklüdür."Serır" termininin etimologiyasına dair bu fikir, əslində 1930-cu illərin sonunda sovet və erməni tarixçi S.Yeremyanın irəli sürdüyü fərziyyəni təkrarlayır, hansı ki "Serir" sözünün farscadan "dağlar ölkəsi" və ya "dağ ölkəsi" mənasını daşıdığını hesab edirdi (eynilə "Dağ" və "stan" (ölkə) olduğu kimi).Avar etnoqrafiyası üzrə tanınmış tədqiqatçı A.İ.İslamməhəmmədov da oxşar fikrə sahibdir. O, yazır ki, "Serir olaraq bu ölkəni VII-VIII əsrlərin ərəb müəllifləri adlandırıb. Adın mənşəyi aydın deyil: onu İran padşahının qızıl taxtı əfsanəsi ilə əlaqələndirilər (VII əsrin əvvəlləri), güya taxtı özlərindən öncə Dağıstan dağları kimi təhlükəsiz yerə yollayıblar ki, orada ona əyləşsinlər. Lakin padişah öldürüldü.
Temir
Temir (qaz. Темір) — Qazaxıstanın Aqtöbe vilayətinin Temir bölgəsindəki bir şəhər. Temir şəhər administrasiyasının inzibati mərkəzi. KATO kodu —155621100. == Coğrafiyası == Temir çayı üzərində, Temir dəmir yolu stansiyasından təqribən 20 km cənubda yerləşir. == Tarixi == Şəhər 1870-ci ildə (orijinal adı Karakamıs), Emben postunun (1862-ci ildə Emba çayı üzərində tikilən) buraya köçürüldüyü zaman quruldu. 1896 -cı ildən bir mahal şəhəri olmuşdur. Daşkənd, Buxara, Ufa, Orenburq və Orsk tacirlərinin iştirakı ilə ildə iki dəfə yarmarkaların keçirildiyi XIX əsrin sonu — 20-ci əsrin əvvəllərindəki böyük bir ticarət mərkəzi. İlk məktəblər 1870-ci ildə Temir şəhərində açıldı. Əhməd Halfe məscidi qorunub saxlanılır və bərpa olunur.
Zakir
Zakir — Azərbaycan kişi adı. Qasım bəy Zakir — Azərbaycan şairi.Zakir MəmmədovZakir Məmmədov (alim) — fəlsəfə elmləri doktoru; professor; AMEA-nın müxbir üzvü. Zakir Məmmədov (professor) — Biologiya elmləri doktoru; professorToponimZakir (Miyanə) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd.
Zemfira
Zemfira Təlğat qızı Ramazanova (tatar. Земфира Тәлгать кызы Рамазанова, rus. Земфи́ра Талга́товна Рамаза́нова; 26 avqust 1976, Ufa) — tatar əsilli müğənni. == Albomları == Zemfiranın ilk studiya albomu 10 may 1999-ci ildə işıq üzü görüb. Albomun adı «Земфира» olur. 5-6 martda Praqada «СПИД» mahnısına klip çəkilsə də rəsmi olaraq yayımlanmır. 24 aprel də «Ариведерчи» sonradan «Почему» musiqisinə klip çəkilir.İlk altı ayda 700.000-dən çox nüsxə satılır. === Studiya albomları === Земфира (1999) Прости меня моя любовь (2000) Четырнадцать недель тишины (2002) Вендетта (2005) Спасибо (2007) Жить в твоей голове (2013) Бордерлайн (2021) === Konsert albomları === Земфира.Live (2006) Земфира.Live2 (2009) === Məcmuələri === Спасибо, Вендетта (2007) Z-Sides (2010) Земфира.
Zenit
Zenit (ərəbcə səmtürrəs-baş üstdə uca nöqtə) - müşahidəçinin başı üstündə göy sferinin ən yüksək nöqtəsi, başqa sözlə, müşahidəçinin durduğu nöqtədən qaldırılmış şaquli xəttin göy sferində rast gəldiyi xəyali nöqtədir..
Zevin
Zevin — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd.
Ali Zakir
Ali Zakir (6 noyabr 1944, Çittaqonq, Britaniya Hindistanı – 27 noyabr 2020, Dəkkə) — Banqladeş aktyoru, biznesmeni,rejissoru və yazıçısı. Asiatic Marketing Communications Limited şirkətinin sahibi idi. Zakir, 1971-ci ildə Banqladeş istiqlal müharibəsində azadlıq döyüşçüsü kimi xidmət etmişdi. == Həyatı == Ali Zakir 6 noyabr 1944-cü ildə Banqladeşin Çattoqram şəhərində anadan olmuşdur. Uşaqlığı Kuştiya şəhərində keçib. Dörduşaqlı ailənin üçüncü övladı idi. Atası Məhəmməd Tahir yüksək rütbəli məmur idi. O, müxtəlif-müxtəlif şəhərlərdə işə düzəldiyindən Zakir də həmin şəhərlərdə olurdu. Madaripura köçən və burada bir az qalan Zakir sonra Xulna şəhərinə köçdü. Axırda isə paytaxt olan Dəkkə şəhərinə köçdü.
Artur Cefri
Artur Cefri (ing. Arthur Jeffery; 18 oktyabr 1892, Avstraliya, Melburn – 2 avqust 1959, Kanada, Yeni Şotlandiya) — avstraliyalı şərqşünas. == Həyatı == Melburn Universitetində təhsil almış, Birinci Dünya Müharibəsində iştirak etmişdir. 1921-ci ildə Qahirədəki Amerika Universiteti nəzdində Şərq Araşdırmaları Mərkəzinə (School of Oriental Studies) müəllim kimi dəvət edilmişdir. == Fəaliyyəti == 1929-cu ildə Edinburq Universitetində doktorluq dərəcəsi almış, 1938-ci ildən ABŞ-nin Kolumbiya Universitetinin Yaxın və Orta Şərq dilləri fakültəsinin dekanı olmuşdur. Metodist kilsəsinə mənsub idi. == Kitabları == Artur Cefrinin araşdırmaları Quranın müxtəlif qiraət qaydalarına, Məhəmməd peyğəmbərin həyatına, İslam və xristianlığın əlaqələrinə həsr olunmuşdur. İbn Ərəbinin "Şəcərət əl-kövn" əsərini ingilis dilinə tərcümə etmişdir. "İslam Ensiklopediyası" nın 2-ci nəşrində ("Encyclopaedia of Islam", Vol. 1, Leiden: E.J.Brill, 1960) bəzi məqalələrin müəllifidir.
Bekir Refet
Bekir Refet Teker (22 may 1899, Konstantinopol – 5 aprel 1977, Karlsrue, Baden-Vürtemberq) — hücumçu mövqeyində oynamış Türkiyə futbolçusu. Türkiyə millisinin heyətində çıxış etmişdir. == Həyatı == Bekir Refet 22 may 1899-cu ildə İstanbulda anadan olmuşdur. Gəncliyində Fənərbaxçada futbol oynayırdı. 1914-cü ildə İstanbul Gənclər Futbol Liqasının çempionu oldu. Həmən klubda hücumçu mövqeyində oynayaraq peşəkar karyerasına başladı. 1915–1916-cı illərdə Fənərbaxça, 1916–1918-ci illərdə Altınordu, 1920–1921-ci illərdə İttihatspor klublarında oynamışdır.1921-ci ilin avqust ayında Qalatasarayın Almaniya turuna qatıldı, burada Hamburq, Verder Bremen, Nürnberq və Sparta Praqa klublarına qarşı oynamışdır. Karlsrue komandasına qarşı qələbədən sonra alman klubunun nümayəndələrini maraqlarına tuş gəldi və onlar onu Almaniyada qalmağa razı saldılar. O, Feniks (1921–1923), Pfortshaym (1923–1926) və Karlsrue FF (1926–1935) klublarında çıxış etmişdir. 1927–1928 illərdə qısa müddətlik Fənərbaxçanın heyətinə qatılmışdır.
Cefri Damer
Cefri Layonel Damer (ing. Jeffrey Lionel Dahmer; 21 may 1960, Miluoki, Viskonsin – 28 noyabr 1994) — Amerikalı seriyalı qatil. Onun qurbanlarının hamısı kişi idi. O, 1978–1991-ci illər aralığında 17 nəfərin həyatına son qoymuşdu. Cefri qurbanlarını təkcə zorlamırdı, bəzilərini yeyirdi. == Həyatı == Cefri 1960-cı ildə Viskonsin ştatının Miliuoki şəhərində anadan olmuşdu. Kişik yaşlarında ailəsi Ayova ştatına köçür. Cefri 6 yaşında qarnındakı yırtıqdan əməliyyat keçirir. Bundan sonra uşaq özünə qapanır. Bir müddət sonra atası polis şöbəsinə müraciət edir.
Cefri Epşteyn
Cefri Epşteyn (ing. Jeffrey Epstein) — ABŞ maliyyətçisi və cinayətkarı. Nyu-Yorkun Bruklin rayonunda böyüyən Epşteynin kollec dərəcəsi olmamasına baxmayaraq, peşəkar həyatına Manhettendə Dalton məktəbində müəllimlik etməklə başlayıb. Məktəbdən qovulduqdan sonra bank və maliyyə sektoruna daxil olub, Bear Stearns-də müxtəlif vəzifələrdə çalışıb və nəhayət öz şirkətini yaratdı. Epşteyn elit sosial dairəni, bir çox qadın və uşaqları öz işlərinə cəlb edirdi; sonra o və onun bəzi tərəfdaşları həmin qadın və uşaqlara qarşı cinsi istismar etmişdi.
Cefri Çoser
Cefri Çoser (ing. Geoffrey Chaucer; təq. 1343, London, İngiltərə krallığı – 25 oktyabr 1400, London, İngiltərə krallığı) — İngiltərənin və İngilis ədəbiyyatının ilk böyük şairi. == Həyatı == Gənc yaşlarından(17) İngiltərə sarayında qulluğa başladı. Kralın oğullarından John of Gaunt onu himayəsinə aldı. 1359-cu ildə Fransaya hərbi səfərdə iştirak etdi və fransızlara əsir düşdü. Lakin kral onu pul ilə geri aldı. Müxtəlif tapşırıqlarla əlaqədar olaraq Fransa və İtaliya şəhər dövlətlərinə səfər etdi. Həyatının sonunda kral tərəfindən Çoserə yüksək miqdarda təqaüd təyin olundu. 1400-cü ildə Çoser vəfat etdi və Vestminster kilsəsində dəfn olundu.