Zəfər Şəmsəddin oğlu Surxayzadə (5 avqust 2001, Baltalı, Şəki rayonu – 10 noyabr 2020, Şuşa) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.[1]
Zəfər Surxayzadə | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum adı | Zəfər Şəmsəddin oğlu Surxayzadə |
Doğum tarixi | 5 avqust 2001(2001-08-05) |
Doğum yeri | |
Vəfat tarixi | 10 noyabr 2020(2020-11-10) (19 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Milliyyəti | Azərbaycanlı |
Atası | Şəmsəddin Surxayev |
Anası | Nərgiz Surxayeva |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2019–2020 |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Füzulinin azad edilməsi • Hadrutun azad edilməsi |
Təltifləri | 2020 2020 2020 |
Zəfər Surxayzadə 5 avqust 2001-ci ildə Şəkidə anadan olmuşdur. Orta təhsilini 2007–2018-ci ildə Şəki şəhəri Baltalı kənd tam orta məktəbində almışdır. Subay idi.
9 oktyabr 2019-cu iilədə müddətli həqiqi hərbi xidmətə yollanmışdır. Əsasən Cəbhənin Füzuli istiqamətində hərbi xidmət keçmişdir.
Azərbaycan Ordusunun əsgəri olan Zəfər Surxayzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə fəal iştirak edərək şücaət göstərmişdir.
Zəfər Surxayzadə noyabrın 9-da Şuşanın azad edilməsi zamanı qəhrəmancasına həlak olmuşdur. 10 noyabr 2020-ci ildə doğulduğu kənddə torpağa tapşırılmışdır.