Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Zibeydə (mahnı)
Zibeydə - Azərbaycan musiqiçisi Qara Dərvişin National Pearls albomuna daxil olan mahnısı. == Mahnı haqqında == Mahnının sözləri Zeynal Cabbarzadəyə, bəstə Tofiq Quliyevə, aranjemanı isə Qara Dərvişə aiddir.
Zibeydə xanım
Zibeydə Xanım (türk. Zübeyde Hanım; 1857, Saloniki, Saloniki əyaləti[d], Osmanlı imperiyası – 14 yanvar 1923) — Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün anasıdır. Əslən Karamanlıdır. == Ailə mənşəyi == Osmanlı İmperiyası dövründə, II Mehmed zamanında Anadoludan (İzmir) Rumeliyə köçən və Saloniki yaxınlarındakı Langazada torpaq işləri ilə məşğul olan bir Türkmən ailəsi olan Hacı Sufi ailəsindəndir. Atası: Sofuzade Feyzullah (Sadullah) Ağa, anası : Molla Xanım olaraq xatırlanan Aişə Xanımdır. Dövründə qadınların məktəbə getməsi məşhur olmadığı üçün, oxucu yazar olması səbəbiylə özü də Zibeydə Molla olaraq xatırlanardı. Hacı Sufi kimi dininə bağlı bir ailədən gəldiyi üçün özü də elə idi. Türk tarix kitablarında tez-tez keçən, təhsil sisteminin qarışıq olduğu bir dövrdə, Mustafa Kamalın nə növ bir məktəbə gedəcəyi mövzusundakı mübahisə/müzakirələrdə Zibeydə Xanımın, dini təhsil verən Məhəllə Məktəbinə getməsində israrçı olması bu yüzdəndir. Salonikidə Gömrük Mühafizə Təşkilatında məmur Əli Rza Əfəndi ilə 1871-ci ildə hələ 14 yaşında ikən evləndi. Əli Rza Bəy, sarışın və mavi gözlü bir qadınla evlənməyi xülyalarkən, özündən 20 yaş kiçik olan, qara saçlı və dərin mavi gözlü bu qadına sevdalandığını ifadə etmişdir.
Zibeydə Şeydayeva
Zibeydə Mikayıl qızı Şeydayeva (1 aprel 1860, Quba – 1981) — Peşəkar Azərbaycan xalça ustası, "Əmək veteranı" medalı laureatı,Quba Şəhər Sovetinin deputatı == Həyatı == Zibeydə Şeydayeva 1860-cı il aprel ayının 1-də Quba qəzasının Hil kəndində anadan olmuşdur. Zibeydə Mikayıl qızı Şeydayeva əmək fəaliyyətinə 1874-cü ildə başlamışdır. Çar Rusiyası dövründə manifakturaya üzv olmuş, evdə palaz, xalça və sumaq toxumuşdur. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra 1924-cü ildə o, Qusardakı “Sumaq “ xalça emalatxanasının üzvü olmuşdur. 1974-cü ildən etibarən ömrünün sonunadək Quba xalça emalatxanasında çalışmışdır. Z.M.Şeydayeva 1975-ci ildən etibarən Quba Şəhər Sovetinin deputatı kimi fəaliyyət göstərmişdir. == Mükafatları == Zibeydə Şeydayevanın 100 illik əmək fəaliyyəti dövrün partiya və hökumətləri tərəfindən yüksək qiymətləndirilmişdir. 1974-cü ildə əmək fəaliyyətinin 100 illiyi ilə əlaqədar olaraq və əl ilə yüksək keyfiyyətli xalçalar toxunmasında böyük müvəffəqiyyətlərinə, gənclərə xalça toxumaq ustalığının öyrədilməsi sahəsində xidmətlərinə görə Azərbaycan SSRİ Yerli Sənaye Nazirliyi Quba xalça emalatxanasının xalçaçısı olan Zibeydə Şeydayeva "Qırmızı Əmək Bayrağı" ordeni ilə təltif edilmiş, 1975-ci ildə isə “Əmək veteranı” medalına layiq görülmüşdür. Zibeydə Şeydayeva 8 yaşından xalça toxumağa başlamış, ömrünün 100 ildən çoxunu xalça dəzgahı arxasında keçirmişdir. Toxuduğu incə və nazik xovlu Quba xalçaları, nəfis sumax nümunələri Azərbaycan tətbiqi sənət əsərləri ilə birgə London, Paris, Nyu-York və Monrealda keçirilmiş ümumdünya sərgi və yarmarkalarında nümayiş etdirilmişdir.
Zibeydə Əzizbəyova
Zibeydə Salam qızı Əzizbəyova (d.30.12.1915, Şamaxı - may, 1985, Bakı) - biologiya elmləri doktoru (1965). == Həyatı == Zibeydə Salam qızı 30 dekabr 1915-ci ildə Şamaxı şəhərində anadan olmuşdu. 1967-ci ildən Azərb. SSR EA L.M. Komarov ad. Botanika İn-tunda bitkilərin duza davamlılığı laboratoriyasının müdiri işləmişdir. Tədqiqatları, əsasən, bitkilərin duza davamlılığının öyrənilməsinə həsr edilmişdir.
Zibeydə Nənə (film)
== Məzmun == Film Quba rayonu sakini, yaşı 100-ü ötən, iki əsr şahidi, qocaman xalça ustası Zibeydə Şeydayeva haqqındadır.
Zübeydə Sultan
Zübeydə Sultan (29 mart 1728, Konstantinopol – 4 iyun 1756, Konstantinopol) — 23-cü Osmanlı sultanı III Əhmədin qızı. == Həyatı == Zübeydə Sultan 1728-ci ildə İstanbulda dünyaya gəlmişdir. Atası III Əhməd, anası isə xanımlarından Əminə Musəllin Qadınəfəndidir. Hələ 2 yaşında atası taxtdan endirilmiş, bu səbəblə bütün bacı-qardaşları kimi Köhnə sarayda yaşamağa başlamışdır. Buna baxmayaraq atasından sonra taxta çıxan əmisi oğlu Sultan Mahmud ona qarşı olduqca mülayim olmuşdur. Hətta 1747-ci ilin avqustunda onun adına sahildə bir köşk də inşa etdirmişdi. 6 yanvar 1748-ci ildə Anadolu bəylərbəyi Süleyman Paşa ilə nigahlansa da, nişandan bir neçə ay sonra paşa vəfat etdi. Çox keçmədən 16 dekabr 1748-ci ildə qapıçılar kəndxudası Numan ağa ilə evləndirildi. Nigahın ardından Numan ağa vəzirliklə Saloniki valisi təyin edildi. Cütlüyün toy mərasimi 6 yanvar 1749-cu ildə İstanbulda baş tutdu.
Zübeydə Süpürgəçi
Zübeydə Süpürgəçi (türk. Zübeyde Süpürgeci) — 100, 400 və 800 metr məsafələrə qaçışlarda çıxış edən Türkiyə paralimpiya atleti (T54 sinif - əlil arabasında). O, həmçinin T53/T54 sinfində 4x400m estafet yarışlarında yarışır. == Erkən illər == Zübeydə Süpergəçi 20 iyul 1993-cü ildə anadan olub. O, anadan olduğu gündən əlildir, 16 yaşına kimi çölə çıxmaq həvəsi belə olmayıb. Bağcılar Bələdiyyəsindəki Əlillər Sarayını ziyarət edərkən, yeni həyata başlamaq üçün motivasiya olur. Onun kiçik qardaşı Muhamməd də anadangəlmə əlil idi. == İdman karyerası == Süpürgəçi 2011-ci ildə Paralimpiya idmanlarında iştirak etməyə başlayıb. İdman karyerasına Ömər Kantainin rəhbərliyi altında başlamışdır. 2012-ci ildə İstanbulda Paralimpiya Klubuna qoşulub.
Zübeydə Bəyim Səfəvi
Zübeydə Bəyim Səfəvi və ya Zübeydə Bəgüm (d. Səfəvi imperiyası, XVI əsr - ö. 1632, Səfəvi imperiyası) - Səfəvi şahzadələrindən biri və I Abbasın (1587-1629) qızı. == Həyatı == Anası Fəxricahan Bəyimdir. Fəxricahan Bəyim Kartli çarı VII Baqrat ilə kraliça Kaxetili Annanın qızıdır. V Səfəvi şahı olan I Abbasın qızı olan Zübeydə Bəyim I Abbasdan sonra VI Səfəvi şahı olan I Səfinin də bibisidir. Qardaşının oğlunun hakimiyyəti dövründə siyasi işlərlə məşğul olmuş, I Səfinin taxta çıxması hadisəsində rol oynamışdır. Sonrakı dövrdə siyasətə aktiv şəkildə müdaxilə etməsi oğlanlarının I Səfi tərəfindən edam edilməsinə səbəb olmuşdur. Səfəvi sülaləsndən olan və dövlətdə yüksək vəzifələrdə xidmət edən İsa xan Səfəvi ilə evlənmiş və bir qızı olmuşdur. 20 fevral 1632-ci ildə öldürülmüşd və ya ölmüşdür.
Tibetdə buddizm
Tibetdə buddizm mahayana, vacrayana və bon dininin sintezindən ibarətdir. Tibet mütəfəkkirləri fəlsəfə sahəsində, əsasən madhyamikaya, yoqaçara ideyalarına və "Həqiqi mövcudat bətni" (tathaqata-qarbha) haqqında təlimə dayaqlanan mürəkkəb sxolastik doktrinalar yaradırdılar. Hind monastrlarında intişar tapmış və Tibet mühitinə köçürülmüş disput institutunun digər buddist ənənələrində analoqu yox idi. Dini təcrübə sahəsində bu həyatda "aydınlanma"ya yetişmənin (dzoqçen) ezoterik texnikaları inkişaf etdirilirdi.. VII-VIII əsrlərin Tibet çarları üçün hind Buddizminin qəbulu düşünülmüş siyasət idi. Bu siyasət tibetlilərin təhsil almaq üçün Hindistandakı buddist monastırlarına göndərilməsində, görkəmli missionerlərin (Şantarakşita, Padmasambhava, Kamalaşila və b.) ölkəyə dəvət edilməsində, sutraların və buddist traktlarının sanskritcədən Tibet dilinə tərcümə mərkəzlərinin yaradılmasında (Tibet yazısı VII əsrin ortalarında hind yazısı əsasında yaradılmışdır), məbədlərin tikilməsində, bon dinindəki qanlı qurbankəsmə ayinlərinə qadağa qoyulmasında ifadə olunurdu.
Tintin Tibetdə
Tintin Tibetdə (fr. Tintin au Tibet) — belçikalı Erjenin komiksi Tintin macəralarının 20-ci hissəsi. 1958-ci ilin sentyabrından 1959-cu ilin noyabrına qədər Tintin jurnalında həftəlik seriyası çıxmışdır. 1960-cı ildə isə kitabı çap olunmuşdur. Erje bu seriyanı Tintinin macəralarının ən sevdiyi hissəsi hesab edir. Çünki bu hissəni travmatik kabuslardan və arvadını başqa qadın üçün tərk etdiyində yaranan konfliktdən əziyyət çəkdiyi vaxt yazmışdır. Seriyanın mövzusuna görə gənc reportyor Tintin təyyarə qəzasında öldüyü bildirilən dostu Çanq Çonq-Çeni axtarır. Çanqın yaşadığına inanan Tintin Himalay dağları boyunca Tibetə qədər Yeti ilə belə qarşılaşaraq axtarışlarını aparır. Anbardaki kömür və onun çox sayda obrazlarını izləyən Tintin Tibetdə yalnız bir neçə tanınan obrazı işlətməklə və Tintinin mənfi personajlara qarşı mübarizəsinin mövzu olmadığı tək Erje macərası olmaqla Anbardaki kömürdən fərqlənir. Erjenin hekayəsinin temalarına telepatiya, Tibet buddizmi və dostluğu daxildir.
Zübeyrə Tuxuqov
Zubayra Əlixanoviç Tuxuqov (15 yanvar 1991, Qroznı) — rus qarışıq üslublu döyüşçü, yüngül çəki kateqoriyasında təmsilçidir. 2010-cu ildən bəri peşəkar səviyyədə çıxış edir, UFC, Cage Warriors, ProFC, Fight Nights Global mübarizə təşkilatlarının turnirlərində iştirakı ilə tanınır. == Qarışıq döyüş sənəti karyerası == Tuxuqov peşəkar debütünü 2010-cu ildə Pankration Atrium Cup 2 səkkiz nəfərlik, bir gecəlik turnirdə qazanaraq üç rəqibini məğlub etdi. 10-3 qarışıq döyüş sənəti rekordundan sonra o, Rusiya promosyonu olan Döyüş Gecələri ilə imzalanacaq və burada Romano De Los Reyes, Harun Kina və Vaso Bakoceviçi məğlub edərək 3 döyüşünün hamısında qalib gəlmişdi. Döyüş Gecələrində olduğu müddətdə Tuxuqov CWFC 58-də Denys Pidnebesnyi məğlub edərək Cage Warriors üçün döyüşdü. === Ultimate Döyüş Çempionatı === 2013-cü ilin dekabrında Tuxuqovun UFC ilə müqavilə bağladığı və fevralın 15-də UFC Fight Night: Machida vs. Mousasi-də Tiaqo Tavaresə qarşı promosyon olaraq debüt edəcəyi bildirildi. Bununla belə, Tavares açıqlanmayan zədə səbəbindən yarışı tərk etmək məcburiyyətində qaldı və onu UFC-nin yeni üzvü Duqlas Silva de Andrade əvəz etdi.Tuxuqov döyüşdə üstünlük təşkil etdi və yekdil qərarla qalib gəldi. Tuxuqov daha sonra oktyabrın 4-də UFC Fight Night: Nelson vs. Story-də Ernest Çaveslə qarşılaşdı.O, ilk raundda vurduğu zərbələrə görə texniki nokautla döyüşü qazandı.
Tintin Tibetdə (kitab)
Tintin Tibetdə (fr. Tintin au Tibet) — belçikalı Erjenin komiksi Tintin macəralarının 20-ci hissəsi. 1958-ci ilin sentyabrından 1959-cu ilin noyabrına qədər Tintin jurnalında həftəlik seriyası çıxmışdır. 1960-cı ildə isə kitabı çap olunmuşdur. Erje bu seriyanı Tintinin macəralarının ən sevdiyi hissəsi hesab edir. Çünki bu hissəni travmatik kabuslardan və arvadını başqa qadın üçün tərk etdiyində yaranan konfliktdən əziyyət çəkdiyi vaxt yazmışdır. Seriyanın mövzusuna görə gənc reportyor Tintin təyyarə qəzasında öldüyü bildirilən dostu Çanq Çonq-Çeni axtarır. Çanqın yaşadığına inanan Tintin Himalay dağları boyunca Tibetə qədər Yeti ilə belə qarşılaşaraq axtarışlarını aparır. Anbardaki kömür və onun çox sayda obrazlarını izləyən Tintin Tibetdə yalnız bir neçə tanınan obrazı işlətməklə və Tintinin mənfi personajlara qarşı mübarizəsinin mövzu olmadığı tək Erje macərası olmaqla Anbardaki kömürdən fərqlənir. Erjenin hekayəsinin temalarına telepatiya, Tibet buddizmi və dostluğu daxildir.
Tintin Tibetdə (komiks)

Yan Zibey
Yan Zibey (12 oktyabr 1995) — Çini təmsil edən üzgüçü. Yan Zibey Çini 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Həyatı == Yan Zibey 12 oktyabr 1995-ci ildə Hubey əyalətində doğulub. == Karyerası == Yan Zibey birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 100 m qurbağalama stildə, təsnifat mərhələsində iştirak etdi. 1:00.88 saniyəlik nəticəsi ilə 27-ci yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Tintin Tibetdə (qrafik roman)
Tintin Tibetdə (fr. Tintin au Tibet) — belçikalı Erjenin komiksi Tintin macəralarının 20-ci hissəsi. 1958-ci ilin sentyabrından 1959-cu ilin noyabrına qədər Tintin jurnalında həftəlik seriyası çıxmışdır. 1960-cı ildə isə kitabı çap olunmuşdur. Erje bu seriyanı Tintinin macəralarının ən sevdiyi hissəsi hesab edir. Çünki bu hissəni travmatik kabuslardan və arvadını başqa qadın üçün tərk etdiyində yaranan konfliktdən əziyyət çəkdiyi vaxt yazmışdır. Seriyanın mövzusuna görə gənc reportyor Tintin təyyarə qəzasında öldüyü bildirilən dostu Çanq Çonq-Çeni axtarır. Çanqın yaşadığına inanan Tintin Himalay dağları boyunca Tibetə qədər Yeti ilə belə qarşılaşaraq axtarışlarını aparır. Anbardaki kömür və onun çox sayda obrazlarını izləyən Tintin Tibetdə yalnız bir neçə tanınan obrazı işlətməklə və Tintinin mənfi personajlara qarşı mübarizəsinin mövzu olmadığı tək Erje macərası olmaqla Anbardaki kömürdən fərqlənir. Erjenin hekayəsinin temalarına telepatiya, Tibet buddizmi və dostluğu daxildir.
Əbu Übeydə ibn Cərrah
Əbu Übeydə Əmir ibn Abdullah ibn Cərrah (ərəb. أبو عبيدة عامر بن عبدالله بن الجراح‎; 583, Məkkə – 639, Emmaus[d]) — İslam peyğəmbəri Məhəmmədin səhabələrindən biri. O, xəlifə Ömərin hakimiyyəti dövründə Raşidi ordusuna öndərlik etmişdir və Ömərin xilafətə davamçı seçdikləri adamlardan biri idi. == Həyatı == Tam adı Əbu Übeydə Əmir ibn Abdullah ibn Cərrah ibn Hilal ibn Üheyb ibn Dəbba ibn Həris ibn Fihr ibn Məlik ibn Nədr Kuraşi Fixri təqribən 581-ci ildə Məkkədə anadan olmuşdur. Tacir olan Əbu Übeydə Banu Həris ibn Fihr qəbiləsinin Kuraşi qolundan idi. O, İslamı qəbul etməzdən əvvəl Kuraşilər arasında, o cümlədən Məkkə şəhərində tanınırdı. Əbu Übeydə İslam peyğəmbəri Məhəmmədin Məkkədə yaşadığı dövrdə, 611-ci ildə Əbu Bəkrdən sonra İslam dinini qəbul edir. Məhəmmədin digər səhabələri ilə Həbəşistana köçməli olan Əbu Übeydə Məkkəyə qayıtdıqdan sonra Mədinəyə gedir. O, Mədinə olan dövrdə gənc İslam Dövlətinin yaranmasına və möhkəmlənməsinə kömək etdi. Əbu Übeydə Məkkə bütpərəstləri ilə müsəlmanlar arasında gedən bütün döyüşlərdə iştirak edir.