AXŞAM NAMAZI
AXUNDLUQ
OBASTAN VİKİ
Həsən Axund
Məhəmməd Həsən Axund (dəri محمد حسن اخوند; puşt. محمد حسن اخوند; 1945, Pənçvaiyə rayonu[d], Qəndəhar vilayəti) — əfqan molla, siyasətçi və Taliban lideri, hazırda Əfqanıstanın Baş naziri. Axund Əfqanıstanın cənubundandır. BMT Təhlükəsizlik Şurasının məlumatlarına görə, o, doğulduğu vaxt Pənçvayi rayonunda olan, lakin Əfqanıstan Krallığının Qəndəhar vilayətinin Zari rayonunda yerləşən Paşmulda anadan olub. BMT onun doğum ilini 1945–1950 və 1955–1958 olmaqla təxmin edir. "Əl-Cəzirə" deyir ki, Axundun puştun nəsli 1747-ci ildə Dürranilər İmperiyasının banisi Əhməd xan Abdalidən gəlir. Əfqanıstanda müxtəlif islam seminariyalarında təhsil alıb. Bir çox Taliban liderlərindən fərqli olaraq, axund Sovet-Əfqan müharibəsində iştirak etməyib. Axund İslamla bağlı bir neçə əsərin müəllifidir. "BBC News"-un məlumatına görə, o, hərbi deyil, dini aspektlər tərəfindən Talibanda nüfuza malikdir.
Axund
Axund (ahund, axand) (fars. آخوند‎) — Əsasən İran, Əfqanıstan, Tacikistan, Pakistan, Banqladeş və Azərbaycanda İslam alimləri və din xadimləri üçün verilən fars-mənşəli addır. Müsəlman din xadimlərinə verilən digər bənzər adlar şeyx,molla və imamdır. Məscid İmamı və digər müsəlman ruhanilər üçün standart Çin sözü "ahoong" xüsusilə Hui xalqı tərəfindən istifadə olunur və bu termindən gəlir.
Axund Bozavənd
Axund Buzovand — İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd. Rayon mərkəzindən 8–9 km şimal-şərqdə, Gərni çayı sahilində yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim xəzər türk tayfasından olan bozal etnonimində öz əksini tapan bus etnonimi ilə türk mənşəli abant etnoniminin birləşməsindən əmələ gələn etnotoponimdir. Toponimin əvvəlində işlənən «axund» dini mənada işlənən sözdür. Mürəkkəb toponimdir. 1920-ci ildə kəndin adı dəyişdirilib Bzovan qoyulmuş, sonra Berdin kimi rəsmiləşdirilmişdir. Kənddə 1831-ci ildə 137 nəfər, 1873 - cü ildə 210 nəfər, 1886-cı ildə 254 nəfər, 1897-ci ildə 341 nəfər, 1904-cı ildə 322 nəfər, 1914 - cü ildə 385 nəfər, 1916-cı ildə 299 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni soyqırımına məruz qalaraq deportasiya olunmuşdur. İranın Xoy və Salmas bölgələrindən köçürülən ermənilər burada yerləşdirilmişdir.
Axund Buzovand

Natiq Axund
Natiq Axund (15 fevral 1975, Lənkəran) — azərbaycanlı kino-rejissor, prodüser, ssenarist və aktyor. Natiq Namiq oğlu Axundov 15 fevral 1975-ci ildə Azərbaycan SSR-in Lənkəran şəhərində musiqiçi ailəsində anadan olub. Lənkəran şəhər 1 nömrəli məktəbdə təhsil almış, 1994-cü ildə Lənkəran Dövlət Universitetinə daxil olub. Humanitar fakültəsində, Tarix ixtisası üzrə təhsil alıb. Tələbəlik illərindən ictimai, ölkədə tanınmış şən və hazırcavablar klubu (kvn) olan "Lumu" komandasının kapitanı olmuşdur. 1998-ci ildə LDU-nu bitirmiş, elə həmin il Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatr və kino fakültəsinin "Kinorejissorluq" ixtisasına daxil olub. Kurs rəhbəri kinorejissor Eldar Quliyev olub. 1998-ci ildən etibarən Bakıda yaşamış və rejissorluq sənəti üzrə fəaliyyət göstərməyə başlayıb. Televiziya kanallarında tele-proqram rejissoru, layihə rəhbəri, serialda rejissor, aparıcı və s. kimi işlərdə çalışmağa başlayıb.
Axund Cavad Nardarani
Axund Cavad Nardarani — din alimi Axund Cavad Talıbzadə Molla Talıb oğlu Nardaran kəndində 1845–46-cı illərdə ruhani ailəsində dünyaya göz açıb. Atası Molla Talıb öz zəmanəsinin məşhur və savadlı ruhanilərindən biri olub. İlk təhsilini doğma kəndində atasından alan Axund Cavad ağa İranın Qum şəhərinə yollanır. Bir müddət orada təhsil alan Axund Cavad ağa elmin mərkəzi olan Nəcəfül-Əşrəfə getmək qərarına gəlir. О zamanın məşhur alimlərinin dərslərində iştirak edir və bir sıra dini və dünyəvi elmlərə yiyələnən Axund Cavad Nardarani vətənə qayıdır. Qafqaz müsəlmanları tərəfindən 1902-ci ildə Bakı şəhərinin Cümə məscidinə axund və qazi təyin edilir. 17 ilə yaxın burada fəaliyyət göstərir. Sonralar Axund Cavad Nardarani öz ailəsilə birgə Nəcəfül-Əşrəf şəhərinə hicrət edir və ömrünün axırına qədər orada yaşayıb dini fəaliyyət göstərmişdir. Yaşlıların söylədiklərinə görə Axund Cavad ağa İmam Xomeyninin (r) ustadı olmuşdur. 1950-ci ildə Nəcəfdə dünyasını dəyişən Axund Cavad Nardarani Həzrət Əlinin (ə) ziyarətgahının yaxınlığında yerləşən qəbiristanlıqda dəfn olunub.
Axund Hacı Mövlazadə
Mövlazadə Məhəmməd Həsən İsmayıl oğlu Şəkuvi — Qafqaz müsəlmanlarının VI Şeyxülislamı, azərbaycanlı din alimi. Məhəmməd Mövlazadə Quranı Azərbaycan dilinə ilk tərcümə edənlərdən biri hesab edilir, həmçinin Quran üzrə izahlı lüğətin müəllifidir. Məhəmməd Həsən 1854-cü ildə Şəkidə anadan olmuşdur. O, ilk təhsilini Şəki mollaxanasında almışdır. Təhsilini sonra Gəncə mədrəsəsində davam etdirir. Mədrəsəni bitirdikdən sonra Məhəmməd Həsən bir il Gəncə Cümə Məscidində molla kimi çalışır. O, sonralar təhsilini davam etdirmək qərarına gəlir və bu məqsədlə İraqa gedir. Burada Məhəmməd Həsən dini təhsilini daha da zənginləşdirir. 1891-ci ildə Qafqaza qayıdır və Hicri və Miladi təqvimlərini birgə olaraq fars dilində çap etdirir. 1893-cü ildə Tiflisdə yerləşən "Müsəlman dini məktəbi"ndə İslam dininin qaydaları (Şəriət qanunları) üzrə dərs deməyə başlayır.
Axund Molla Mustafa
Axund Molla Mustafa Əliyev (1843, Seyidli, Kaspi vilayəti – Seyidli, Kaspi vilayəti) — Qarabağın tanınmış din xadimi, Ağamalının oğlu. Axund Molla Mustafa Ağamalı oğlu Əliyev 1843-cü ildə Şuşa qəzasının Seyidli (indiki Ağdamın Seyidli kəndi) kəndində anadan olmuşdur. Seyidli oymağının Kərbəlayi Miralılar soyundandır. Beş yaşında atası Ağamalı vəfat etmiş, anası Yetər xanımın himayəsində böyümüşdür. Axund Molla Mustafa Əliyev ilk təhsilini Seyidlidə almışdır. Sonralar Nəcəfdə ali dini təhsil almışdır. Mədrəsədə təhsil aldığı illərdə qeyri-adi istedadı, qabiliyyəti sayəsində ərəb, fars dillərini, şəriət elmlərini mükəmməl öyrənmiş, savadlı din xadimi kimi Qarabağa qayıtmışdır. O, Ağdam Cümə məscidinin axundu seçiləndə otuz yaşlarında olmuşdur. Axund Molla Mustafa Əliyev adı ilə Qarabağda savadlı din xadimi kimi tanınmış, müəllimlik fəaliyyəti ilə məşğul olmuşdur. Mükəmməl dini təhsili olduğu üçün ərəb, fars dillərini, şəriət elmlərini tədris etmiş, Qarabağda savadlı din xadimlərinin yetişməsində əhəmiyyətli rol oynamışdır.
Axund Molla Zülfüqar
Axund Molla Zülfüqar Axundov (azərb. Axund Molla Zülfüqar Axund Molla Mustafa oğlu Axundov‎) — Qarabağın tanınmış din xadimi. Cümə məscidinin axundu. Axund Molla Mustafanın oğlu. Hacı İbrahim ağa Axundovun kiçik qardaşı. Axund Molla Zülfüqar Axund Molla Mustafa oğlu Axundov 1872-ci ildə Şuşa qəzasının Seyidli (indiki Ağdamın Seyidli kəndi) kəndində anadan olmuşdur. Seyidli oymağının Kərbəlayi Miralılar soyundandır. Axund Molla Zülfüqar Axundov ilk təhsilini atası Axund Molla Mustafa Əliyevdən almış, ərəb, fars dillərini, şəriət elmlərini öyrənmişdir. Sonralar Xorasanda mükəmməl dini təhsil almışdır. Qardaşı Hacı İbrahim ağa Axundovun vəfatından sonra Ağdam Cümə məscidinin axundu seçilmişdir.
Axund Mustafa Talıbzadə
Axund Mustafa Axund Süleyman oğlu Talıbzadə — din xadimi, axund, Tiflis qazısının və Zaqafqaziya şeyxülislamının müavini. Abdulla Şaiq və Yusif Ziya Talıbzadənin atası. Mustafa Talıbzadə 1842-ci ildə Borçalı mahalının Sarvan kəndində anadan olub. Ali dini təhsilini Təbrizdə Hacı Səfərəli mədrəsəsində bitirib, 1871-ci ildə dini elmlərin tam kursunu başa vurması haqqında sənəd alıb. Təbrizdən Tiflisə qayıtdıqdan iki il sonra 1873-cü il dekabrın 12-də Şiə Ruhani İdarəsində imtahan verərək axund rütbəsinə layiq görülüb. 1874-cü il martın 1-də Tiflis-Kutaisi Şiə Quberniya məclisinə üzv seçilib, məktəb və dərsliklərin yazılması işinə nəzarət edib. 1881-ci ildə şəriət dərsliyini yazmaq, 1882-ci il martın 6-da isə ona Şiə Ruhani İdarəsinin üzvü vəzifəsini icra etmək tapşırılıb. Daha sonra isə Ruhani idarəsinin nəzdindəki "Əli məktəbində" müəllimlik etməyə başlayıb. Axund Mustafa Talıbzadə 1881-ci ilədək Tiflis qazısının müavini, sonra isə Qafqaz müsəlmanlarının şeyxülislamı Əhməd Səlyaninin müavini olub. 1900-cu il aprelin 22-də senator, general-adyutant knyaz Qriqori Qolitsının əmri ilə Axund Mustafa Talıbzadə Şiə Ruhani idarəsinin üzvü vəzifəsindən və başqa xidməti işlərindən azad edilib.
Axund Məhəmməd Hənifə
Axund Yusif Talıbzadə
Yusif Axund Mustafa oğlu Talıbzadə və ya Yusif Talıbzadə Tiflisi (az-əbcəd. یوسف طالب زاده تفلیسی‎; 11 oktyabr 1877, Tiflis – 18 may 1923, Xarəzm) — azərbaycanlı pedaqoq, siyasətçi, dramaturq, hərbçi. "Ərmənusə" və "Əmir Xalid bin Vəlid" dram əsərlərini və onlarla kitab yazıb. O dövrdə çap olunan qəzet və jurnallarda publisistik yazılarla çıxış edib. Balkan müharibələrində və Birinci Dünya Müharibəsində iştirak edib. Balkan müharibələrində vuruşmuş azərbaycanlı könüllülərə rəhbərlik edib. Osmanlı ordusunda albay rütbəsinə qədər yüksəlib. 1918-ci ildə Qafqaz İslam Ordusu ilə bərabər Bakının azad olunması üçün Azərbaycana gəlib. Qafqaz İslam Ordusunun tərkibindəki könüllülərdən ibarət Yardım alayına rəhbərlik edib. 1921-ci ilin fevral ayından Naxçıvan İnqilab Komitəsinin üzvü kimi fəliyyətə başlayıb.
Axund Əbil sərdabəsi
Axund Əbil sərdabəsi — Novxanı kəndində yerləşən qəbirstanlığında qəbirlərin əhatəsində yerləşən sərdaba. Sərdabə kürsü üzərində inşa edilmişdir. Tikili dördbucaqlı formaya malikdir. Giriş hissəsinin üzərində daş kitabə qoyulmuşdur. Tikili səkkiz bucaqlı piramida şəkilli günbəzlə tamamlanır. Abşeronda səkkiz bucaqlı çadıra bənzər günbəzlə tamamlanmış sərdaba nadir tapıntıdır. Ölçüləri 3.80 x 3.80 m-dir. Tikilinin təxminən 1850-1870-ci illərdə inşa edilməsi ehtimal edilir. Burada kəndin axundu Axund Əbil dəfn olunmuşdur.
Hacıbaba Axund məscidi
Hacıbaba Axund məscidi — Quba rayonu ərazisində məscid. Hacıbaba Axund məscidi XIX əsrin əvvəllərində Rəcəb ayının 25-də Hacı Cəfər tərəfindən tikilmişdir. Məscid bişmiş kərpicdən inşa olunmuşdur. Məscid dörd otaqdan ibarətdir. Məscid planda dördbucaqlı olub, əsas ibadət zalından və önündəki köməkçi otaqlardan ibarətdir. Məscidin əsas baş girişi şimal tərəfdəndir. Mehrab qapı ilə üzbəüz yerləşib. Əsas zalın ortasında tavan örtüyünü saxlamaqdan ötrü iki ədəd sütun vardır. Qadınlar üçün ayrılmış kiçik zal ikinci mərtəbədə yerləşir.Məscidin günbəzi xaricdən ağ dəmir ilə örtülmüşdür.
Qazıyevlər (Axund Həsən)
Qazıyevlər — Azərbaycan xalqının tanınmış soylarından biri. Soyun ulu babası Axund Həsən qazıdır. Axund Həsən qazının Cabbar bəy adlı oğlu vardı. Qazıyevlər nəsli böyük bir hissəsi artıq Türkiyədədir. Türkiyədə onların soyadı Kadıoğlu kimi gedir. Türklər Qazıya Kadı deyirlər. Mirzə Cabbar bəy Həsən oğlu Qazıyev — xanəndə, İrəvan Şəhər Dumasının üzvü. Məmməd bəy Lütfəli bəy oğlu Qazıyev — Azərbaycan müəllimi. Uluxanlı məktəbinin müdiri. Lütfəli bəy Molla Kərim oğlu Qazıyev — İrəvan şəhər dumasının üzvü.
Qazıyevlər (Axund Xəlil)
Qazıyevlər — Azərbaycan xalqının tanınmış soylarından biri. İrəvan zadəgan nəslindəndirlər. Soyun ulu babası Axund Xəlil qazıdır. Axund Xəlil Kərim oğlu Qazızadə (1815–1884) 17 il İrəvan Quberniyası Ruhani Məclisinin sədri olmuş Axund Xəlil qazının Abdulla, Həsən bəy Qaziyev adlı oğlanları vardı. Axund Molla Xəlil Qazızadə və oğlu Molla Abdulla Qazızadə İrəvan Quberniya Ruhani Məclisinin üzvü olmuşdular. Qazıyevlərin İrəvan quberniyasında Reyhanlı adlı mülkləri vardı. 1875-ci ildən 1900-cü ilədək İrəvanda müqəddəs Nina qız məktəbində təhsil alan 270 şagirddən 4 nəfəri azərbaycanlı qız olmuşdu. Bunlardan ikisi notarius İsmayıl bəy Qazıyevin qızları, ikisi isə Ələşrəf bəy Qazıyevin qızları idi. Qızların acı taleyi, həyat və müqəddəratı cəmiyyətin bütün tərəqqipərvər üzvlərini düşündürürdü. Molla Məhəmmədbağır Qazızadə — İrəvan quberniya Ruhani Məclisinin rəisi, qazı, pedaqoq.
Təzəkənd-i Axund (Mərənd)
Təzəkənd-i Axund (fars. تازه كنداخوند‎) - İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 2,832 nəfər yaşayır (653 ailə).
Şeyx Qəni Axund Badkubeyi
Ayətullah Şeyx Qəni Axund Badkubeyi (1881, Bakı – 1931, Bakı) — alim. 1881-ci ildə Bakı şəhərində ruhani ailəsində dünyaya gəlmişdir. Atası Abdulla oğlunu bir ruhani kimi görmək istəyirdi. Elə bu məqsədlə onu mollaxanaya qoyur. Bir sıra elmlərdən xəbərdar olan Şeyx Qəni Içəri Şəhərdəki "Sınıqqala" adı ilə tanınan Məhəmməd məscidinin nəzdindəki Mirzə Həsib Qüdsinin mədrəsəsinə daxil olur. Dərin istedada və zəkaya maik olan Şeyx Qəni Axund ilahiyyat elmləri ilə yanaşı ədəbiyyatı, riyaziyyatı, təbabəti, tarixi, astranomiyanı və s. elmləri öyrənir. Bir müddət doğma şəhərində təhsil alan şeyx Qəni Axund, Zöhrə adlı xanımla ailə həyatı qurur və İranın Qum şəhərinə getmək qərarına gəlir. Dörd ildən artıq Qum şəhərində təhsil alan Şeyx Qəni Axund oradan İraqın Kərbəla şəhərinə yollanır. Tələbəlik illərində Həcc ziyarətində olur.
Şeyxülislam Axund Ağa Əlizadə
Ağa Cavad oğlu Əlizadə (d. 22 oktyabr 1871, Pirşağı, Bakı qəzası, Bakı quberniyası, Rusiya imperiyası – ö. 15 dekabr 1954, Bakı, Azərbaycan SSR, SSRİ) — Qafqaz müsəlmanlarının VIII, Azərbaycan Demokratik Respublikasının (1918–1920) ilk Şeyxülislamı. Şeyxülislam Axund Ağa Cavad oğlu Əlizadə 1871-ci il oktyabrın 22-də Bakının Pirşağı qəsəbəsində, ruhani ailəsində anadan olmuşdur. Atası Axund Hacı Məhəmməd Cavad dövrünün çox tanınmış din xadimlərindən və hörmətli ziyalılarında biri olmuşdur. Gəncliyində Ağa Əlizadə ali dini təhsil almaq üçün Bağdada göndərilir. Bağdad Universitetinin ilahiyyat fakultəsini bitirdikdən sonra Nəcəf şəhərindəki Ali Dini Universitetə oxumağa gedir. 1896-cı ildə 25 yaşında Nəcəfdə Dini Universitetdə təhsili böyük uğurla başa vurub "Axund" rütbəsi qazanan Ağa Əlizadə doğma vətəninə qayıdır və İçərişəhər məhəllə məscidlərindən birinə təyinat alır. 1903-cü ildə 32 yaşında Təzəpir məscidinə axund təyin edilir. 1904-cü ildə Axund Ağa Qafqaz müsəlmanları Şiə Ruhani İdarəsinin üzvü seçildi.
Şeyxülislam Axund Mirmehdi Həkimzadə
Şeyx Mirmöhsün Həkimzadə (1882, Şamaxı – 1967, Bakı) — Qafqaz müsəlmanlarının IX Şeyxülislamı. Şeyx Mirmöhsün Şeyx Əli oğlu Həkimzadə 1882-ci ildə Şamaxıda, İmamlı məhəlləsində dünyaya gəlmişdir. İlk ibtidai təhsilini evdə atasının yanında almışdır. Daha sonra təhsilini davam etdirmək üçün Məşhəd, Xorasan və Nəcəfə göndərilir. Yeddi il Məşhəd şəhərində mükəmməl təhsil aldıqdan sonra əvvəlcə axundluq, sonralar isə şeyxlik rütbəsinə layiq görülür. 1914-cü ildə təhsilini başa vurub Şamaxıya qayıdan Mirmöhsün Həkimzadə atasının ən yaxın köməkçisinə çevrilmişdir. Zaqafqaziya şeyxülislamın xüsusi sərəncamı ilə Şamaxı şəhərinin "İmamlı" məscidinin axundu təyin edilir. 1918-ci ilin mart ayında Stepan Lalayanın dəstəsinin Şamaxıya hücumu zamanı Mirmöhsün Həkimzadə də anasını götürüb Şamaxıdan çıxır və Qalaqayına gedir. 1928-ci ildə Mirmöhsün Həkimzadənin evində yoxlamalar aparılır. Zinət əşyaları müsadirə edilir, özünü isə qiymətli əsərləri ilə birlikdə Bakıya aparılır.
Şeyxülislam Axund Mirqəzənfər İbrahimov
Axund Mirqəzənfər İbrahimov (1909, Bakı – 1979, Bakı) — Qafqaz müsəlmanlarının XI Şeyxülislamı. Ali dini təhsil almayan yeganə şeyxülislamdır. Mirqəzənfər İbrahimov 1909-cu ildə anadan olmuşdur. Gəncliyində daha çox dünyəvi elmlərə meyl etmiş, gənc yaşlarında bir müddət polis orqanlarında çalışmışdır. Daha sonralar Şeyxülislam Əliağa Süleymanzadənin qəbulunda olmuş, onun yoxlamasından və imtahanlarında uğurla çıxaraq bir müddət Quba məscidində axundluq etmiş, sonralar isə Gəncə məscidinə axund göndərilmişdir. Axund Mirqəzənfər İbrahimov daha sonra Qafqaz Müsəlmanları Ruhani İdarəsinin sədr müavini vəzifəsində çalışmışdir. Molla Əliağa Süleymanzadənin vəfatından sonra 1976-cı ildə Zaqafqaziya müsəlmanlarının 2 il sədri olmamışdır. Axund Mirqəzənfər İbrahimovun namizədliyi irəli sürülür və 1978-ildə çağırılmış Zaqafqaziya müsəlmanlarının 7-ci qurultayında Göyçay məscidinin axundu olan Mirqəzənfər İbrahimov Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsinin yeni sədri — şeyxülislam seçilmişdi. Mirqəzənfər İbrahimov Marksizm-Leninizm nəzəriyyəsinin İslamın mövqeyinə tamamilə uyğun gəldiyini iddia edir, Sovet dövlətinin milli məsələ haqqında siyasətini İslam dininin "İslam təlimi qarşısında vahid olan beynəlxalq islamiyyət vardır, İslam bayrağı altında bütün millətlərin birliyi və qardaşlığı mövcuddur" prinsipi ilə eyniləşdirirdi. Onun fikrincə, sovet xalqları o halda mehriban qonşuluq şəraitində yaşaya bilərlər ki, hamılıqla İslam dinini qəbul etsinlər.
Şeyxülislam Axund Məhəmmədəli Hüseynzadə
Axund Məhəmmədəli Hüseynzadə (1760, Salyan – 1852, Tiflis) — Qafqaz müsəlmanlarının ilk şeyxülislamı. 1823-cü ildə Zaqafqaziya şiələrinə dini başçılıq etmək üçün Rusiya imperiyası tərəfindən təsis edilən ilk şeyxülislam rütbəsinə təyin edilib. O, Azərbaycan publisisti, rəssam və yazıçısı Əli bəy Hüseynzadənin ana tərəfdən babasıdır. Şeyxülislam 1852-ci ilə kimi Zaqafqaziya Ali Ruhani İdarəsinə rəhbərlik edib. Dini idarə o zaman Qafqazın iqtisadi və siyasi mərkəzi olan Tiflis şəhərində yerləşirdi. Məhəmmədəli Hüseynzadə 1760-cı ildə Salyanda doğulmuşdur. Salyan və Gəncə şəhərində ibtidai dini təhsil almış, 1790-cı ildə İraqa getmiş, Bağdad Universitetinin ilahiyyat və tarix fakultələrini bitirmişdir. Təhsilini başa vurduqdan sonra 1802-ci ildə Tiflisə gəlir və Şah Abbas məscidinə axund təyin edilir. Uzun illər bu vəzifədə işləməklə təkcə Tifilisdə deyil, Şərqi və Qərbi Azərbaycan, Borçalı, Dağıstan əyalətlərində nüfuz sahibinə çevrilir. Məhz bu nüfuzun və hörmətin sayəsində 1823-cü ildə Qafqazın ilk Şeyxülislamı olur.
Şeyxülislam Axund Əbdüssəlam Axundzadə
Axundzadə Əbdüssəlam Axund Vəliməmməd oğlu — Qafqaz müsəlmanlarının V Şeyxülislamı, din müəllim, yazıçı. Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli dövlət xadimlərindən olmuş Rəşid bəy Axundzadənin atası, Ənvər Qasımzadə, Elbay Qasımzadənın qohumu, Fidan Qasımova və Xuraman Qasımovanın qohumu. Əbdüssəlam Axundzadə 1843-cü ildə Salyanda doğulub. Atası din xadimi Axund Vəliməmməd, anası isə Xanım Əliverdi qızı olmuşdur. İlk təhsilini atasından alıb, az müddətdə fars və ərəb dillərində yazıb oxumağı öyrənib. O, bu təhsilini Salyan və Şamaxı şəhərlərində almışdır. 1861–1868-ci illərdə Tiflisə gedərək Qafqaz Müsəlmanları Ruhani İdarəsi tərəfindən bu şəhərdə açılmış dini mədrəsədə ərəb və fars dillərində elm tədris etmış, Tiflis şəhərinin Qorqasali küçəsində yaşamışdır. Gürcüstanın Qori Seminariyasında 1879-cu ildə seminariyanın müsəlman şöbəsinin açılışında Şirvanlı Seyid Əzim Şirvaniyə müəllimlik vəzifəsi uğrunda müsabiqədə qalib gəlmişdi. Beləliklə, o, 28 iyul 1880-ci ildə rəsmi şəkildə Qori Müəllimlər Seminariyasına müəllim kimi təyin edilmişdir. 1883-cü ilə kimi Qori seminariyasında pedaqoji fəaliyyətini davam etdirmişdir.
Şeyxülislam Axund Əhməd Hüseynzadə
Şeyx Əhməd Salyani və ya Əhməd Hüseynzadə (tam adı: Əhməd Məhəmmədəli oğlu Hüseynzadə; 1812, Salyan – 1887, Tiflis) — azərbaycanlı ilahiyyatçı alim; Qafqaz müsəlmanlarının III şeyxülislamı (1862–1884). Qafqaz müsəlmanlarının I şeyxülislamı Məhəmmədəli Hüseynzadənin oğlu, mütəfəkkir Əli bəy Hüseynzadənin babasıdır. Əhməd Hüseynzadə 1812-ci ildə Salyanda anadan olmuşdur. Sonralar Tiflisə köçən atası Məhəmmədəli onu əvvəlcə Qafqaz Müsəlman Ruhani məktəbinə, sonra isə Şərqin dini mərkəzi olan İraqda ali dini təhsil almağa göndərilmişdir. Yüksək dini rütbələrlə qayıdan Əhməd Hüseynzadə Tiflis və Gəncə qəzalarında dini vəzifələrdə çalışmış, həm də ədəbi-bədii yaradıcılıqda məşğul olmuşdur. Ərəb və fars dillərini mükəmməl bilib. 1862-ci ildə imperator II Aleksandr Axund Əhməd Hüseynzadənin Zaqafqaziya Şeyxülislamı təyin olunması və ona diyarın gəlirləri hesabına ayda 1600 rubl məvacib verilməsi barədə qərarı təsdiq etmişdi. 1872-ci aprelin 5-də Zaqafqaziya Şiə müsəlmanları Ruhani İdarəsi və Zaqafqaziya Sünni müsəlmanları Ruhani İdarəsi yaradıldı və yeni ştat cədvəlləri əsasında idarə aparatları formalaşdırıldı. Bundan sonra Əhməd Hüseynzadənin fəaliyyəti genişləndirildi və vəzifə səlahiyyətləri bir qədər artırıldı. Axund Əhməd Hüseynzadə yaradıcılığa çox gənc yaşlarında başlamışdır.
Şeyxülislam Axund Əliağa Süleymanzadə
Axund Əliağa Süleymanzadə (1885, Novxanı, Bakı qəzası – 26 noyabr 1977, Bakı) — Qafqaz müsəlmanlarının X Şeyxülislamı Şeyxülislam Axund Əliağa Hacı Süleyman oğlu Süleymanzadə 1885-ci ildə Novxanı kəndində dindar bir ailədə dünyaya göz açıb. İlk təhsilini mollaxanada alan Əliağa Quranı, Sədi Şirazinin "Gülüstan" və "Bustan"ını öyrənmişdir. Əliağanın İslam dininə olan dərin marağını görən gələcək qohumu Axund Hacı Məhəmmədəmin onu öz doğma oğlu Ağaməmmədlə birlikdə Yaxın Şərq ölkələrinə ali ruhanilik təhsili almaq üçün oxumağa göndərmək istəyir. Əliağanın böyük qardaşı Ağaməhəmməd təhsil almaq xərclərini öz üzərinə götürür. 1902-ci ildə iki yoldaş əvvəlcə İranın Xorasan əyalətində bir müddət təhsil aldığdan sonra, onu İraqi-Ərəbin Nəcəf şəhərində davam etdirir. Mədinədə imtahan verərək ali ruhanilik təhsillərini 12 il müddətində başa vururlar. Axund Əliağa Bakının bir çox məscidlərində axundluq etmişdir. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra din xadimlərinin təqibindən Axund Əliağa da yaxa qurtara bilmədi. O, daim NKVD-nin nəzarəti altında idi. Şeyxülislam Şeyx Möhsün Həkimzadə 1966-cı ildə vəfat etdikdən sonra iki ilə qədər Şeyxülislamlıq vəzifəsi boş qalır.
Cəfər Axundov
Cəfər Hacı Şeyx Həsən oğlu Axundov (1878, Nehrəm – 1931, Gəncə) — Zaqafqaziya Seyminin müsəlman fraksiyasına mənsub deputat. Cəfər Hacı Şeyx Həsən oğlu Axundov 1878-ci ildə Naxçıvanın Nehrəm kəndində anadan olub. Cəfər ailənin 2-ci uşağı idi. Atası Hacı Şeyx Həsən Molla İmamqulu oğlu Mollazadə Gəncəvidir. Anası Məşədi Xədicə xanım Cəlil Məhəmmədquluzadənin məşhur "Usta Zeynal" hekayəsinin baş qəhrəmanı Usta Zeynalın qardaşı qızıdır. Cəfər Axundov təhsilini Gəncə gimnaziyasında alıb. O, erkən yaşlarından siyasətlə maraqlanmağa başlayıb. 1903-cü ildən RSDFP-yə daxil olan "Hümmət" partiyasının menşevik üzvü və Azərbaycanda ilk marksist dərnəklərini quranlardan biri olaraq gizli fəaliyyət göstərib. Qardaşı nəvəsi Rasim Axundovun bildirdiyinə görə, Leninin ona yazdığı məktub onların ailəsində saxlanılırmış və sonralar DTK-dan gələnlər o məktubu aparıblar. 1905-ci ildə Gəncə sənət məktəbi şagirdlərinin nümayişini təşkil etdiyinə görə həbs edilən C. Axundov Gəncədə və Bakıda zindanda yatıb və az sonra Krasnodar (Yekaterinodar) quberniyasına 5 illik sürgünə göndərilib.
Davud Axundov
Davud Ağa oğlu Axundov (14 fevral 1918, Bakı – 19 noyabr 2003, Bakı) — Azərbaycan memarı və tarixçisi, Azərbaycan Respublikasının Dövlət mükafatı laureatı (1991), Beynəlxalq Şərq Akademiyasının fəxri üzvü. Davud Ağa oğlu 1918-ci il fevral ayının 14-də Bakı şəhərində anadan olub. 1942-ci ildə Azərbaycan Sənaye İnstitutunu bitirib.1968-ci ildə namizədlik, 1980-ci ildə doktorluq dissertasiyasını müdafiə edib. Dövlət mükafatı laureatı, Beynəlxalq Şərq Akademiyasının fəxri üzvü olan Davud Axundov tarixi abidələrin bərpası istiqamətində böyük işlər görüb. 1942-ci ildən layihəçi-memar kimi əmək fəaliyyətinə başlamış, Bakıda, Sumqayıtda, Ağdamda, Mingəçevirdə və digər şəhərlərdə bir sıra yaşayış binalarının müəllifi olmuşdur. 1949–1963-cü illərdə onun layihələri əsasında Bakı, Krasnovodsk, Mahaçqala, Həştərxan və s. şəhərlərdə 100-dən artıq çoxmərtəbəli yaşayış evləri, yataqxana, klub, sənaye binaları tikilmişdir. 1963-cü ildə Azərbaycan Politexnik İnstitutunda çalışmış, 1968-ci ildə namizədlik, 1980-ci ildə doktorluq dissertasiyasını müdafiə etmişdir. 1970–2003-cü illərdə Memarlıq konstruksiyaları kafedrasının müəllimi olmuş Axundov qədim Azərbaycan memarlığının nəzəri məsələlərinə dair bir çox elmi əsərin müəllifidir. Qafqaz Albaniyasının bütpərəstlik və xristianlıq dövrü memarlığının ilk tədqiqatçısı olan Axundov memarlıqda bu istiqamətin əsasını qoymuşdur.
Dilbər Axundzadə
Dilbər Hacı qızı Axundzadə (29 may 1914, Yelizavetpol – 21 oktyabr 1990, Bakı) — şairə və Mikayıl Müşfiqin həyat yoldaşı. İsmayılzadə-Axundzadə Dilbər 29 may 1914-cü ildə Yelizavetpol (indiki Gəncə) şəhərində anadan olmuşdur. 5 yaşından sonra əmisi, tanınmış alim və repressiya qurbanı İdris Axundzadənin himayəsində Bakıda yaşamışdır. Salam Salamzadə onun rəsm müəllimi olmuşdur. O, gəncliyində Gəncə Şəhər Sovetinin, və 1934-cü ildə Bakı Şəhər Sovetinin deputatı seçilmişdir. Dilbər Axundzadə Azərbaycan Tibb İnstitutuna qəbul olmuş və iki il təhsil alsa da, həbsi onu təhsilini yarımçıq qoymağa məcbur etmişdir. Həyat yoldaşı İsmayılzadə Mikayıl Müşfiq 3 iyul 1937-ci il tarixdə Sovet xüsusi xidmət orqanları tərəfindən "əksinqilabi-millətçilik" fəaliyyətdə təqsirli bilinərək güllələnməklə ölüm cəzasına məhkum edilmişdir. Mikayıl Müşfiqin həyat yoldaşı təqsirli bilinərək Azərbaycan SSR CM-nin 72, 73 maddələri ilə 1 yanvar 1938-ci il tarixdən hesablanmaqla 2 noyabr 1937-ci il tarixdə XDİK-in 00486 №-li əmrinə əsasən həbs edilmişdir. XDİK-nin 11 mart 1939-cu il tarixli qərarına əsasən xəstəliyinə görə azad edilmişdir. Həbsdən azad edildikdən sonra bir müddət Gəncədə məktəbdə müəllim kimi çalışmış, sonra isə yenidən Bakıya qayıtmışdır.
Elbrus Axundov
Elbrus Maarif oğlu Axundov 1962-ci il sentyabr ayının 21-də Lənkəran şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1979-cu ildə orta məktəbi əla qiymətlə bitirdikdən sonra, elə həmin il Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun (İndiki Azərbaycan Memarlıq və İnşaat Universiteti) "Memarlıq" fakültəsinə daxil olmuş və oranı 1984-cü ildə fərqlənmə ilə bitirmişdir. Tələbəlik illərində eyni zamanda "Tələbə Elmi Konstruktor" sektorunda müəllimləri ilə birlikdə (prof. R.Əbdülrəhmanov, prof.M.Nəcəfov, akademik D.Axundov, prof. N.Rzayev, konstruktor E.Zərgərli, A.Aslanov) memarlıq və konstruksiya üzrə əsaslı təcrübə toplamaqla bir neçə real layihə işinin (Saatlı rayon mərkəzində "Şərq bazarı", Astara rayonunda filoteriya, avtovağzal, uşaq oyun meydançası və yay kinoteatrının) müəlliflərindən olmuşdur. Üniversiteti bitirdikdən sonra Latviya, Litva, Estoniya, Səmərqənd, Buxara, Urgənc, Nəvoi və respublikamızın bir sıra rayonlarında istehsalat təcrübələri keçdikdən sonra təyinatla Bakı Şəhər Soveti tabeliyində olan "Bərpaçı İnşaat və İstehsalat İdarəsi" tərkibində "Layihə" sektoruna göndərilmiş və iş fəaliyyətinə burada memar-mühəndis olaraq başlamışdır. 1990-cu ildə eyni qurumun Baş idarəsinin "Layihə" bürosuna keçirilmiş, 1990–1992-ci illər arasında burada 2-ci dərəcəli memar, 1-ci dərəcəli memar, inşaat müfəttişi və emalatxana müdiri vəzifələrində çalışmışdır. Bakı şəhərində bu illər ərzində 10 bərpa layihəsi, 125-dən artıq memarlıq layihələrinin müəliifi olmuşdur. 1992–1994-cü illər arası Elmi Tədqiqat Layihə İnsitutuna dəvət olunaraq burada aparıcı memar vəzifəsinə təyin edilmiş, daha sonra 1994–1995-ci illər arası "Azərb.Dizayn İnşaat və İstehsalat-Təsərrüfat" trestinin "Plan İstehsalat" şöbəsinin müdiri olmuşdur. 1993–1996-ci illərdə eyni zamanda Sabunçu Rayon İcra Hakimiyyətində "Memarlıq və Tikinti" şöbəsində mütəxəssis və baş mühəndis vəzifələrində çalışmışdır.
Eldar Axundov
Eldar Balağa oğlu Axundov (15 mart 1949, Lənkəran – 17 sentyabr 2014, Bakı) — Azərbaycan müğənnisi (lirik-dramatik tenor), Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Nümunəvi Hərbi Orkestrinin solisti, Azərbaycan Respublikasının xalq artisti (2006). Eldar Axundov 15 mart 1949-cu ildə Lənkəranda anadan olub. Səhnə fəaliyyətinə Azərbaycan Dövlət Mahnı Teatrında başlayıb və 1971–1973-cü illərdə buranın solisti olub. O, 1974-cü ildə Azərbaycan Estrada-Simfonik Orkestrinin, 1996-cı ildən isə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Əlahiddə Nümunəvi orkestrinin solisti olub. Repertuarında əsas yeri Azərbaycan bəstəkarlarının mahnıları tutub. Eldar Axundov 17 sentyabr 2014-cü ildə Bakı şəhərində vəfat etmişdir. "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı — 25 iyun 2003 "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 22 iyun 2006 Əzablı yollar (film, 1982) Oxuduğu mahnılar Eldar Axundov — Axı sənsiz necə dözüm Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine. Musiqi: Eldar Mansurov, sözləri: Piruz Dilənçi Eldar Axundov — Mən tələsmirəm. Musiqi: Emin Sabitoğlu, sözləri: Səməd Vurğun Akif İslamzadə, Eldar Axundov, Mirzə Babayev — "Əzablı yollarla" filmindən qardaşların mahnısı. Musiqi: Tofiq Quliyev, sözləri: Ramiz Rövşən Eldar Axundov — Çevik polis alayı.
Elmira Axundova
Elmira Axundova (deputat)
Elmira Axundova (I)
Axundova Elmira Ağa qızı (1911, Bakı – 1988, Bakı) — azərbaycanlı müğənni, Azərbaycan SSR Əməkdar artisti (1958). Elmira Ağa qızı 1934–1959-cu illərdə AOBT-nda, 1938-ci ildən həm də Azərbaycan Musiqili Komediya Teatrında çıxış etmişdir. "Arşın mal alan" musiqili komediyasında Gülçöhrə və Asya, "Koroğlu" operasında Nigar partiyalarını ifa etmişdir. Babası Məmməd bəy Əhməd bəy oğlu Əhmədbəyov — Çar Rusiyası ordusunun polkovniki. Məmməd bəy Əhməd bəy oğlu 1864-cü ildə Şuşa qəzasının Cavanşir sahəsinin Xanməmmədsərkarlı obasında dünyaya gəlmişdi. İbtidai təhsilini molla yanında almışdı. Sonra Şuşa şəhər məktəbində oxumuşdu. Tiflisdə Hərbi Məktəbdə təhsilini davam etdirmişdi. Məktəbi bitirəndən sonra çar ordusunda hərbi xidmətə başlamışdı. İlk hərbi qulluğunu Xankəndində etmişdi.
Elmira Axundova (deputat)
Elmira Hüseyn qızı Axundova (26 may 1953, Ramensk rayonu[d], Moskva vilayəti) — Azərbaycan Respublikasının Xalq yazıçısı (2018), nasir, publisist, tərcüməçi, ədəbiyyatşünas, 1983-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri namizədi (1984), Azərbaycan Respublikası Milli Məclisinin III (2005), IV (2010) və V çağırış (2015) deputatı, Azərbaycan Respublikasının Ukraynada fövqəladə və səlahiyyətli səfiri (2020–2023).Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının üzvü(17.10.2023-cü ildən) Elmira Axundova1953-cü il mayın 26-da Moskva vilayətinin Ramensk rayonunda anadan olmuşdur. Bakı xoreoqrafiya məktəbi yanında ümumtəhsil məktəbini bitirdikdən sonra şəhər 3 saylı texniki məktəbində stenoqrafiya ixtisasına yiyələnmişdir. Sonra ADU-nun filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir (1976). İlk bədii tərcüməsini — Hüseyn İbrahimovun "Nəcibənin ürəyi" hekayəsini 1978-ci ildə, ilk elmi məqaləsini isə 1979-cu ildə "Literaturnıy Azerbaydjan" jurnalında çap etdirmişdir. Əmək fəaliyyətinə stenoqrafçı kimi başlamışdır (1971), sonra Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində kiçik redaktor (1977–1980) olmuşdur. Azərbaycan Yazıçılar İttifaqında referent, məsləhətçi işləmişdir (1980–1988). Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan ədəbiyyatı şöbəsində böyük elmi işçi olmuşdur (1988–1991). "Literaturnaya qazeta"nın (1990–1998), "Azadlıq" radiostansiyasının (Münhen) Azərbaycan üzrə müxbiri (1993–2000), "Türk dünyası" jurnalının publisistika şöbəsinin müdiri vəzifələrində çalışmışdır. Azərbaycan Yazıçılar Birliyi katibliyi heyətinə (informasiya məsələləri üzrə katib) seçilmişdir (1991). Azərbaycan Prezidenti yanında əfv komissiyasının üzvüdür (1995-ci ildən).
Elmira Axundova (müğənni)

Elmira Axundova (siyasətçi)

Elçin Axundov
Elçin Hami Əbdül oğlu Axundov — Azərbaycanın tanınmış animasiya rejissoru, ssenari müəllifi, kino rəssamı, rəssam assistenti, fazaçı rəssam, fon rəssamı, Azərbaycanın əməkdar mədəniyyət işçisi (2000). Elçin Hami Əbdül oğlu Axundov 7 fevral 1948-ci ildə Bakıda anadan olmuşdur. Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində (1968), Lvov Poliqrafiya İnstitutunda (1978) təhsil alıb. 1966-cı ildən quruluşçu rəssam, animator rəssam, quruluşçu rejissor kimi kino sahəsində çalışır. Kiçik yaşlı uşaqlar üçün "Sənin ilk kitabın" silsiləsindən olan "Qarış-qarış öyrən və çalış", "Ekoloji əlifba", "Əlifba 1" və "Əlifba 2", hətta Üzeyir Hacıbəyovun 90 illiyinə həsr olunmuş kitabın tərtibatını verib. 1994-cü ildən "Azanfilm" animasiya filmləri studiyasının bədii rəhbəridir. 2000-2012-ci illərdə bu studiyanın direktoru olmuşdur. "Qızıl çıraq" və "Naməlum kino" festivallarının qalibidir. 2019-cu ildə 2-ci Beynəlxalq Animasiya Festivalında "Qızıl qayıq" mükafatına layiq görülüb. Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 18 dekabr 2000-ci ildə Azərbaycanın əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşdür.
Elçin Axundzadə

Elçin Hami Axundov

Emil Axundov
Emil Axundov (Axundov Emil Əhməd oğlu) — Rusiya alimi; Texnika elmləri namizədi. “Daşımalarda yeni texnologiyalar” Elm‑İstehsalat Şirkətinin texniki direktoru. Axundov Emil Əhməd oğlu 1950-ci il aprelin 28-də Bakıda anadan olub. 1967-ci ildə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universiteti) mexanika fakültəsinə daxil olub və 1972-ci ildə oranı bitirib. SSRİ Elektrotexnika Sənayesi Nazirliyinin Ümumittifaq Elmi-Tədqiqat Elektromaşınqayırma Texnologiyaları İnstitutunun Bakı şöbəsinə (ÜETETİElektromaş BŞ) təyinat alıb. 1974-cü ildə E.Axundov Kiyevdə Ukrayna Elmlər Akademiyası İfrat Bərk Materiallar İnstitutunun aspiranturasının əyani şöbəsinə müsabiqə yolu ilə qəbul edilib. Sintetik almazlardan hazırlanmış metalkəsən alətlərin və SSRİ-də ilk dəfə onun tərəfindən sintezləşdirilmiş kub bor nitridin yeni növlərinin işlənib hazırlanması ilə məşğul olub, əldə etdiyi nəticələrə görə SSRİ müəlliflik şəhadətnaməsi alıb. İfrat bərk materiallardan hazırlanan alətlərin ölkənin xalq təsərrüfatında tətbiqi proseslərini araşdırıb. 1978-ci ildə Kiyevdə namizədlik dissertasiyasını uğurla müdafiə edib. E.Axundov 1978-1982-ci illərdə Bakıda ÜETETİElektromaş BŞ-də və Elektrotexnika Sənayesi Nazirliyinin digər müəssisələrində laboratoriya müdiri vəzifəsində işləyib.
Emin Axundov
Emin Axundov (azərb. Emin Axundov Tofiq oğlu‎; 1971, Bakı) — Azərbaycan Jurnalistlər Birliyinin üzvü, 1998-ci ildən Dünya İdman Jurnalistləri Assosiasiyasının üzvü (AİPS), Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının üzvü (AİJA) və 2004–2005-ci illərdə vitse-prezidenti, AİJA jurnalının Baş redaktoru, Dağlıq Qarabağ müharibəsi veteranı, Qızıl qələm mükafatı laueratı. Emin Axundov 1971-ci ildə Bakı şəhərində anadan olub. Bakı 31 saylı orta məktəbi oxumağa başlayıb, 1988-ci ildə isə Bakı 267 saylı orta məktəbi bitirib. Orta məktəbi başa vurduqdan sonra Azərbaycan Texniki Universitetiniə (ATU) daxil olub və 1994-cü ildə oranı bitirib. 1999-cu ildə Azərbaycan Respublikası Mətbuat və İnformasiya Nazirliyi tərəfindən göndərişlə Misir Ərəb Respublikasının Qahirə şəhərində ABŞ-nin Mətbuata Texniki Dəstək Fondunun keçirdiyi jurnalist, 2008-ci ildə isə Yunanıstan Respublikasında Beynəlxalq İdman Jurnalistikası kursunu bitirib. Ailəlidir, üç övladı var. 1988-ci ildə "Azneftmaştikinti", sonra isə DİN-nin Tikinti İdarəsində əmək fəaliyyətinə başlayıb. Dağlıq Qarabağ müharibəsi başlayanda könüllü olaraq cəbhəyə gedib. Erməni işğalçılarına qarşı döyüşlərdə iştirak etməklə bərabər, həm də "Hünər" qəzetinin əməkdaşı kimi döyüş bölgələrindən reportajlar hazırlayaraq cəbhədəki vəziyyət, əsgərlərimizin qəhrəmanlıqları barədə respublika əhalisini yaxından tanış edib.
Emin Axundov (jurnalist)

Eşqin Axundov
Eşqin Axundov (əsgər)
Fidan Axundova
Axundova Fidan Elmar qızı (18 sentyabr 1977, Bakı) — azərbaycanlı aktrisa, televiziya aparıcısı, şairə. Fidan Axundova 18 sentyabr 1977-ci ildə Bakıda ziyalı ailəsində doğulub. 1994-cü ildə Bakının Nəsimi rayonundakı 44 saylı məktəbi bitirib. Həmin il Bakıdakı 2 saylı tibb məktəbinə daxil olub. İkiillik təhsilini uğurla başa vurandan sonra 1998-ci ilə qədər müxtəlif səhiyyə ocaqlarında tibb bacısı işləyib. 1998-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram və kino aktyorluğu fakültəsinə daxil olub. Tələbəikən Akademik Milli Dram Teatrına dəvət olunaraq Nəbi Xəzrinin "Burla xatun" dramının tamaşasında Banu Çiçək rolunu oynayıb. Tamaşanın premyerası 19 iyun 1999-cu ildə olub. Tələbə-aktrisanın qabiliyyət və bacarığı nəzərə alınaraq 9 sentyabr 1999-cu il tarixində Akademik teatrın truppasına götürülüb. 2002-ci ildə təhsilini başa vurub.
Fuad Axundov
Fuad Axundov (bioloq) — biologiya elmləri namizədi. Fuad Axundov (tədqiqatçı) — Bakının tarixini tədqiq edən tədqiqatçı.
Fuad Axundov (alim)
Axundov Fuad Mirəli oğlu — H. Zərdabi adına Təbiət-Tarix Muzeyinin direktoru, biologiya elmləri namizədi.. F.M.Axundovun paleontologiya elminə olan marağı və təşkilatçılıq bacarığı onu laborantdan muzey müdiri (1970-1999) vəzifəsinə kimi yüksəltdi. Fuad müəllimin elmi fəaliyyətinin əsas istiqaməti kürəkayaqlıların tədqiqinə yönəldilmişdir. Bu mövzuda da elmi əsərlərin nəşrinə nail olmuşdur. O, 1967-ci ildə suitilərin yeni yarımfəslinin nümayəndələri mövzusunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmişdi. Təsvir olunan yeni taksonomik ranq dünya onurğalılar faunasına həsr olunan fundamental kataloqda öz əksini tapmışdır. O, kürəkayaqlıların əmələ gəlməsi, filogeniyası, yayılması, müxtəlif geoloji mərhələlərdə komplekslərinin dəyişilməsi, stratiqrafik korrelyasiyada istifadə olunması və s. məsələləri tədqiq etmişdir. F.M.Axundov 20-dən artıq elmi məqalə, elmi-tədqiqat hesabatının müəllifidir. Fuad Axundov muzey sahəsini yaxşı bilən yüksək ixtisaslı mütəxəssisdir.
Fuad Axundov (bioloq)

Fuad Axundov (tarixçi)
Fuad Hüseyn oğlu Axundov (d. 21 aprel 1968) — Azərbaycanlı tarixçi, "Bakının sirləri" televiziya layihəsinin müəllifi və teleaparıcı. 1986-1988-ci illərdə SSRİ Silahlı Qüvvələrində, Moskva vilayətinin Reutov şəhərində hərbi tikinti qruplarında xidmət göstərmişdir. 1989-1990-cı illərdə Bakı şəhərində Respublika Narkoloji Dispanserində xəstəxana işçisi kimi çalışıb. 1992-ci ildə Norveçin Oslo şəhərindəki yay məktəbində təhsil alıb. Fuad Axundov tədris fəaliyyəti ilə də məşğul olmuşdur. 1992-1993-cü illərdə o, Bakıda 189 saylı məktəbdə rus dili və ədəbiyyatı və ingilis dilini tədris etmişdir. 1993-cü ildən 2006-cı ilə qədər İnterpolun Milli Mərkəzi Bürosunun əməkdaşı, polisin baş leytenantı olub. Atletik gimnastika və uzun məsafəyə üzgüçülüyü sevir.
Haybatulla Axundzadə

Значение слова в других словарях