Radde ayıdöşəyi
Radde ayıdöşəyi (Oreopteris raddeana (Fomin) Fomin) - qıjılar sinfinə aid bitki növüdür.
Elmi adı-Dryopterisraddeana (Fomin) Fomin
IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilmək təhlükəsində olanlar” kateqoriyasına aiddir – EN B2ab (iii). Azərbaycanın nadir, endemik və relikt növüdür.
== Qısa morfoloji təsviri ==
Çoxillik, 80 sm hündürlüyündə bitkidir. Yarpaqları uzunsov-oval, ucdan itidir; saplaq ayadan kiçikdir, birinci sıra seqmentləri lansetvari, qısasaplaqlı, ucdan sevrilən, sonuncu sıra seqmentləri uzunsovdur, küt yaxud əyri, dişciklidir; soruslar damarların ortasına yaxın yerləşir; örtüyü çılpaqdır; sporlar qonur, böyrəkşəkillidir.
== Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri ==
Sporların yetişmə dövrü iyul ayına təsadüf edir.
Çiçəkləməsi iyul ayına təsadüf edir. Orta, aşağı dağ qurşağında və düzənlik ərazinin kölgəli Hirkan tipli meşələrində rast gəlinir.. Dekorativ və dərman bitkisidir.
== Yayılması ==
Lənkəran ovalığı və dağlıq hissəsi (Lənkəran və Astara rayonları).