Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Oxumaq
Oxumaq vokal sənəti. Mənşə nöqteyi-nəzərindən oxuma fenomeni neolit dövründə gülüş və ağlamağı hisslərin vahid vokal diapazonunda birləşdirərək emosional sistemin xüsusi səsli təzahürü kimi və yalnız “ox-kamandan əvvəlki dövrdə ” yaranmışdır. aşağıdakılar oxuma prosesinə davamlı olaraq daxil edildi: alətlər (arfa, fleyta, baraban) semantik-nitq konteksti. Oxumanın mənşəyi insanın öz əhval-ruhiyyəsini səslər ilə ifadə etmək istəyi ilə əlaqələndirilir. Tədricən inkişaf edən müğənnilik xüsusi sənətin mövzusuna çevrilir. Sözlər, oxumaq sayəsində daha çox rahatlıq əldə edir. Nəğmə ilə birləşən nitq xüsusilə güclü, həyəcanverici təsir yaradır. Bir sənət kimi oxumaq düzgün, təbii səs istehsalı və texniki vokal inkişafı tələb edir. Oxuma və ya ən azı melodik səslərin müasir insan nitqindən əvvəl yarandığı güman edilir. Buna görə də beyin musiqi müşayiəti olmayan mətn ilə müqayisədə mahnının sözlərini daha yaxşı mənimsəyir.
Oyuncaq
Oynamaq üçün istifadə oluna bilən hər bir əşya oyuncaqdır. Ümumiyyətlə, oyuncaqlar uşaqlar və ev heyvanları ilə bağlıdır. Oyuncaqlarla oynamaq çox vaxt ən xoşagələn əyləncə növü sayılır. Hər yaşda olan uşaqlara görə oyuncaqların daha əyləncəli olması üçün müxtəlif materiallardan istifadə olunur. Oyuncaq kimi düzəldilən əşyalardan əlavə digər məqsədlər üçün hazırlanmış vəsaitlər də oyuncaq kimi işlədilir. Məsələn, körpə uşaq hər hansı bir ev əşyasını götürərək təyyarə sanıb havada uçura bilər. Digər bir yanaşmada, interaktiv rəqəmsal əyləncə sayılan videooyunlar da oyuncaq növlərinə aid edilir. Bəzi oyuncaqlar isə əsasən, oyun üçün yox məhz kolleksiyada nümayiş olunmaq üçün istehsal olunur. Oyuncağın tarixi qədimdir. İnsan, heyvan, əsgər və digər fiqurlu oyuncaqlar arxeolojı qazıntılar zamanı belə aşkar olunub.
Gəlincik (oyuncaq)
Gəlincik — insanı təsvir edən oyuncaq növü. == Gəlinciklərə İranda münasibət == İllər uzunu Qərb mədəniyyəti və xüsusən də kino və musiqisi populyarlığının artması İranın ruhani təsisatlarında narahatlığa səbəb olub. İranın baş prokuroru Qurban Əli Doru Nəcəfəbadi bu cür təsirə malik və son illər geniş yayılan belə oyuncaqların qarçısını almaq üçün tədbirlər görməyə çağırıb. Onun dediyinə görə, Barbi gəlincikləri, Bətmen, Spaydermen, Harry Potter kimi oyuncaqların kompüter oyunları və filmlərlə yanaşı axını mənfi sosial təsirə malikdir və bunun ağır mədəni nəticələri ola bilər. İran, deyib baş prokuror, oyuncaqlar idxalı üzrə dünyada üçüncü yerdə olsa da, bir çox oyuncaqlar ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilir. Keçmişdə İran rəsmiləri Barbi və bu gəlinciyin Ken adlı oğlan dostunun populyarlığını azaltmaq üçün bir sıra cəhdlər etmişlər, hətta İran dəyərlərinə uyğun paltar geyinmiş Sara və Dara adlı gəlinciklərin istehsalına başlanmışdır.
Oyuncaq (1976)
"Oyuncaq" (fr. Le Jouet) — rejissor Fransis Veberin filmi. Fransua Peren işsiz jurnalistdir. Bir neçə ay sürən gərgin iş axtarışlarından sonra o, "France Hebdo" jurnalında işə düzəlir. Perenin ilk ciddi tapşırığı oyuncaq mağazası haqqında məqalə yazmaq olur. Mağazada Perren həmin jurnalın sahibinin oğlu Eriklə rastlaşır. Bir dəstə adam Eriki oyuncaq mağazasından istədiyi oyuncağı seçmək üçün gətirib. Lakin ərköyün Erik gözlənilmədən Fransua Perreni oyuncaq kimi almağı tələb edir. Perren təbii ki, buna qəti etiraz edir. Amma mağazanın direktoru və Blenak onu milyonçunun evində bir müddət oyuncaq rolunu oynamağa razı salırlar.
İnternetimə toxunma!
İnternetimə toxunma! (türk. İnternetime Dokunma!) — 15 may 2011-ci ildə Türkiyənin 30 şəhərində eyni anda keçirilən etiraz aksiyası. Aksiyalar İnformasiya Texnologiyaları və Kommunikasiya Qurumu tərəfindən ölkədə internetə senzura gətirilməsi səbəbindən başladı. 22 avqustda tətbiq ediləcək senzuraya qarşı çıxmaq məqsədilə bir çox ildə etiraz aksiyaları keçirildi. 15 may 2011-ci ildə Amsterdam, Köln və Vyana ilə Türkiyədə 30 fərqli ildə senzuraya qarşı etirazlar keçirildi.
Oyuncaq (film, 1976)
"Oyuncaq" (fr. Le Jouet) — rejissor Fransis Veberin filmi. Fransua Peren işsiz jurnalistdir. Bir neçə ay sürən gərgin iş axtarışlarından sonra o, "France Hebdo" jurnalında işə düzəlir. Perenin ilk ciddi tapşırığı oyuncaq mağazası haqqında məqalə yazmaq olur. Mağazada Perren həmin jurnalın sahibinin oğlu Eriklə rastlaşır. Bir dəstə adam Eriki oyuncaq mağazasından istədiyi oyuncağı seçmək üçün gətirib. Lakin ərköyün Erik gözlənilmədən Fransua Perreni oyuncaq kimi almağı tələb edir. Perren təbii ki, buna qəti etiraz edir. Amma mağazanın direktoru və Blenak onu milyonçunun evində bir müddət oyuncaq rolunu oynamağa razı salırlar.
Oyuncaq Muzeyi (Malakka)
Oyuncaq körpələr adası
Oyuncaq körpələr adası (isp. La Isla de las Muñecas) — Meksikada turizm bölgəsi; Bu ada görünüşü ilə qorxu filmlərini xatırladır. Çünki adanın hər tərəfində çirkli paltarları, dolaşıq saçları, sınmış qol və ayaqları olan, gözləri çıxmış yüzlərlə oyuncaq var. Bu ərazi bir vaxtlar Don Culian Santana adlı bir əkinçiyə məxsus imiş. Əfsanəyə görə, 1950-ci ildə adada yaşayan kiçik qız uşağı yaxınlıqdakı kanalda boğulub öldükdən sonra onun ruhu Santananı narahat etməyə başlayıb. Buna görə də Santana özünü ruhlardan qorumaq üçün zibilliklərdən və küçələrdən oyuncaq körpələri yığıb ağaclara asmağa başlayıb. 50 ildən çox müddət ərzində burada 1500-dən çox oyuncaq toplanıb. Adanın girişində asılmış oyuncaq körpələrin ən köhnəsi çürüməkdə olan uşaq bədənini xatırladır. Məqsədinin buradakı kanalda boğularaq ölən uşağın ruhunu şad etmək olduğunu deyən Santana nəticə etibarilə çox sayda turistin dəhşətli dərəcədə qorxmasına səbəb olmuşdur. Bu gün turist axınının çox olduğu ada 2001-ci ildə dünyasını dəyişən Santananın əmisi oğlu Anastasio tərəfindən idarə edilir.
Oyuncaq ördək hadisəsi
Oyuncaq ördək hadisəsi — hadisə özəl şirkət tərəfindən Honq-Konqdan sifariş edilən plastik oyuncaq ördəkə bənzər vanna oyuncaqları olan konteynerin Sakit okeana düşməsi nəticəsində baş verib. Konteynerdəki 28.000 oyuncaq okean axınlarını göstərmək üçün səpələnmiş və elmi araşdırmalar üçün mühüm fürsət təmin etmişdir. Okeanoloq Kurtis Ebbesmeyer 1992-ci il hadisəsindən sonra okeana səpələnmiş oyuncaqları izləyərək mühüm elmi nəticələr çıxarmışdır. The First Years şirkəti adından Çində istehsal olunduqdan sonra Honq-Konq limanından ABŞ-nin Vaşinqton ştatının Tacoma şəhərinə getmək üçün konteyner gəmisinə yüklənib. 1992-ci il yanvarın 10-da Sakit okeanın şimal bölgəsində fırtınaya düşən gəminin bəzi konteynerləri sürüşərək dənizə düşüb. Dənizə düşən 12 ədəd 40 futluq yük konteynerinin birində 28.800 plastik oyuncaq var idi. Plastik oyuncaqlar daha çox oyuncaq ördək, qurbağa, tısbağa kimi dəniz heyvanları idi. Qəza zamanı konteyner zərbə nəticəsində açılıb və plastik oyuncaqlar okeana səpələnib. Oyuncaqlar müxtəlif bağlamalara bükülsə də, təcrübələr bu bağlamaların müəyyən müddətdə deformasiyaya uğradığını göstərib. Üzərində deşik olmadığı üçün batmaq riski olmayan oyuncaqlar okean boyu sürünməyə başlayıb.
Oxuma (kompüter)
Oxuma (en. read) - İnformasiyanın qaynaqdan alınması. Kompüterin informasiyanı başlıca olaraq diskürənlərdən alması üsulu; bunun “əks” prosesi olan yazma informasiyanın yaddasaxlama qurğusuna (məsələn, diskə), printerə, ekrana, yaxud lent quğusuna verilməsidir. Diskdən oxuma dedikdə informasiyanın diskdən yaddaşa ötürülməsi başa düşülür. Klaviaturadan simvolların alınmasını da kompüter üçün oxuma əməli hesab etmək olar. Readme – (“məni oxu”) istifadəçiyə gərəkli olan, ancaq verilmiş proqram məhsulunun sənədlər toplusuna daxil edilməmiş, yaxud satışa buraxılma anında meydana çıxmış informasiyaların olduğu faylın adı. README faylları diskdə adi formatlanmamış mətn şəklində yerləşdirilir ki, onları istənilən proqramda – mətn redaktorunda asanca açmaq olsun. Bu fayllar READ.ME, README.1ST, README.NFO, README.TXT, READ_ME.TXT, yaxud README.DOC kimi də adlana bilər. Oxuma xətası (en.read error) kompüterin informasiyanı yaddasaxlama qurğusundan, yaxud başqa qaynaqdan (məsələn, xarici daşıyıcıdan) alması prosesində yaranan xətadır. Yalnız oxuma üçün (en.
Tateşina Oyuncaq Ayı Muzeyi
Tateşina Oyuncaq Ayı Muzeyi (蓼科テディベア美術館, Tateşina Teddi Bea Bicutsukan) – Yaponiyanın Naqano prefekturasının Tateşina qəsəbəsində, Şirakaba gölünün sahilində yerləşən muzey. Dünyada ən böyük oyuncaq ayı muzeyidir. Muzey 1995-ci ildə Yaponiyanın ilk oyuncaq ayı muzeyi kimi açılmışdır. 2011-ci ildə muzeydə yenidənqurma işləri aparılmış və 30 iyul 2011-ci ildə yenidən açılmışdır. Muzeydə 15 fərqli ölkədən və 18 fərqli mövzuda olan 11.000-dən çox oyuncaq ayı nümayiş etdirilir. Muzey sərgisi 18 kabinə bölünmüşdür. Muzeydə tez-tez oyuncaq ayı axtarma oyunları keçirilir. Muzeyin miniatür oyuncaq ayı kolleksiyası var. Bu kolleksiyaya daxil olan 0,8 millimetr ölçüsündəki oyuncaq ayı dünyanın ən kiçik oyuncaq ayısı kimi Ginnesin Rekordlar Kitabına düşmüşdür. Muzeyin sahəsi 3,300 m2 təşkil edir və dünyadakı ən böyük oyuncaq ayı muzeyidir.
Ən çox oxunan kitablar
Bu siyahıda bu günə kimi ən çox tirajlarla satılan kitablar yer almışdır. Bu siyahıda komikslər və dərslik kitabları yer almayıblar. Bibliya, Quran çox güman ki, ən çox yayılmış kitablardır. Amma bu kitabların nüsxələrinin sayını dəqiq bilmək mümkün olmadığından, onlar bu siyahıya daxil edilməyiblər. Siyahıdan eləcə də bəzi siyasi kitablar çıxarılıblar. Məsələn Adolf Hitlerin və Mao Tszedunun yazdıqları kitablar: "Üç muşketyor", "Pinokyo", "Alisa möcüzələr ölkəsində", "Don Kixot" kimi əsərlər də hansı tirajla satıldıqları məlum olmadığı üçün siyahıda yoxdurlar. Harri Potterin 7 kitabının isə hər birinin ayrı ayrılıqda satış tirajı bilinmədiyindən siyahıda hamısı bir seriya kitab kimi yer alıblar. Həmçinin bax: Biznes Kitabları ilə özünü inkişaf etdir. Qeyd: Bu kitabların satış tirajları məlum deyil, amma ən azı 10 milyon dənə nüsxələri olduğu sübut olunduğundan bu siyahıda yer alırlar.
Odundağ
Odundağ — Qazax rayonu ilə Ermənistanın Noyemberyan yaşayış məntəqəsi arasındakı yüksəklik. Yüksəklik Qazax rayonu ilə Ermənistanın Noyemberyan yaşayış məntəqəsi arasındakı ərazidə yerləşir.
Odundağ əməliyyatı
Odundağ əməliyyatı — 2016-cı il yanvarın 25-dən 26-na geçən gecə başlayaran Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş hərbi münaqişə. A.R. Müdafiə Nazirliyi Qazax rayonu ilə Ermənistanın Noyemberyan yaşayış məntəqəsi arasındakı ərazidə yerləşən Odundağ yüksəkliyinin Azərbaycan Ordusu nəzarətinə keçib. Odundağ zirvəsi ermənilərə keçmiş Müdafiə Naziri Səfər Əbiyevin zamanlarında təslim edilibmiş və Zakir Həsənovun qətiyyətli əmrləri ilə hərəkət edən Azərbaycan Ordusu həmin strateji yüksəkliyi yenidən Azərbaycana qaytarıb. "Odundağ"ın əldə saxlanılması Ermənistan ordusuna Qazax rayonunun magistral yolunu və bəzi ətraf kəndlərini atəş və müşahidə altında saxlamağa imkan verirdi. Bu yüksəkliyin azad edilməsi bölgəyə Azərbaycan Ordusunun atəş nəzarətini təmin etdi.