1. OXUMAQ [Qəndab:] Çoxlu kitab oxuyub şirin-şirin danışdığımı, fərasətli poçtalyon olduğumu təriflədilər (B.Bayramov); QİRAƏT ETMƏK Molla: Sabahdan xudmani qiraət edərik (S.Rəhimov); MÜTALİƏ ETMƏK Kamal xüsusən neft quyularının səmərəli istismar üsullarından danışan kitabçalan yığıb saxlayır, aynca, diqqətlə mütaliə edirdi (M.İbrahimov).
2. OXUMAQ [Çocuqlar] əlifbadan başlayaraq yeddi il burada oxuyurlar (Çəmənzəminli); TƏHSİL ALMAQ Gənc: Orada bir neçə ilə təhsil alıb həkim olacağım, vətənim üçün mənfəətli bir üzv olacağam (S.S.Axundov); TƏHSİL GÖRMƏK Burada beş min çocuq təhsil görür (Çəmənzəminli).
3. OXUMAQ (quşlar haqqında) ..Günəş doğanda kənd bağlarında quşlar oxumurdu (Ə.Məmmədxanlı); CƏH-CƏH VURMAQ Quşlar, quşlar, a quşlar; Qaranquşlar, a quşlar; Cəh-cəh vurun burada.. (A.Şaiq); ÖTMƏK Bülbül cəh-cəh vurub gəlirdi dilə; Ötürdü saflığı o duya-duya (Ə.Kürçaylı); ÖTÜŞMƏK Gülüşür pəmbə al, boyaz güllər; Ötüşür hər tərəfdə bülbüllər (H.Cavid).
4. oxumaq bax söyləmək 1
5. oxumaq bax sezmək