OXUTMAQ

icb.
1. Oxumağı xahiş etmək (başqasından), oxumağa sövq etmək, yaxud icazə vermək.
Pərinisə … qardaşından təvəqqe elədi ki, kağızı aparıb bir adama oxutsun. C.Məmmədquluzadə.

// Oxumağı məsləhət görmək.
İndi mən bildim ki, kitabxanaçı; Neçin bu kitabı mənə oxutdu. B.Vahabzadə.

2. Təhsil almasına kömək etmək, oxuyub təhsil almaq üçün məktəbə və s.-yə qoymaq.
Həsən ağanın pulu aşıb-daşır, uşaqlarını öz xərci ilə oxuda bilər. Ə.Haqverdiyev.
Əri öləndən sonra Pəri istədi, molla tutub Nurunu oxutsun, lakin ərinin dedikləri yadına düşdü. Ə.Vəliyev.

3. Dərs vermək, savad öyrətmək, müəllimlik etmək, tədris etmək. Yaşlıları oxutmaq. – [Sadıq:] Xanların … yoldaşıdır.
Şəhərdə olur, uşaq oxudur. Qantəmir.

4. Hava ilə bir şey oxumasını xahiş etmək, yaxud məcbur etmək. Xanəndəni oxutmaq. Ariya oxutmaq.
OXUTMA
OXUYAN

Digər lüğətlərdə