OXUNMAQ

məch.
1. Gözdən keçirilərək səslə, ya səssiz qiraət edilmək. Bu kitablar oxunub.
– O biri namələr oxunanda çoxlu qəzetçi adları söyləndi. Çəmənzəminli.
…Qış gecələrini bu ailə müharibə haqqındakı söhbətlərə, ya da bu barədə qəzetdən oxunanlara qulaq asmaqla keçirərdi. Ə.Əbülhəsən.

2. Səslə mahnı və s. ifa edilmək. Konsertdə yeni mahnılar oxundu.
– Xüsusən oxuyanın ürəyəyatımlı səsi, oxunan bayatıdakı məna gözəlliyi sazın uyğun səsinə qarışdığı zaman alınan təsir daha da qüvvətlənirdi. A.Şaiq.

3. məc. Hiss edilmək, sezilmək, duyulmaq. Gözündən oxunmaq. Üzündən oxunmaq.
– Həmişə [Səmədin] simasında dərin bir fikir, ya yüngül və şirin xəyalat oxunurdu. Çəmənzəminli.
[Mehribanın] sürməyiyə çalan qara gözlərində həmişə kədər oxunur. H.Seyidbəyli.

OXUNMA
OXUNUŞ

Digər lüğətlərdə

ка́ющаяся литера́торша лорне́тный сахароно́с стежо́к шага́ющий ...то́нный меховщи́ца недружелю́бный узнать из вторых уст халту́рно комуля черкан beforetime gate hemidome inviable oxyhydrogen physician radiotraffic sugar-coat winged words заселять навезти человечек