OXUMAQ

f.
1. Yazılmış bir şeyi gözdən keçirib səslə və ya səssiz qiraət etmək, mütaliə etmək. İngiliscə oxumaq.
– Cənab Bax kağızı … diqqətlə oxudu, sətirlərə təkrartəkrar göz gəzdirdi, bir qüsur tapa bilmədi… Çəmənzəminli.

2. Təhsil almaq, elm almaq, öyrənmək. Universitetdə oxumaq. Texniki peşə məktəbində oxumaq.
[Yusif:] Mən on il bundan müqəddəm Şamdan bəy ilə bir yerdə oxumuşam. N.Nərimanov.
[Hacı] oxumamışdır, amma avam da deyil. Qantəmir.

// Dərsi mənimsəmək, bilikləri, fənləri öyrənmək. Pis oxumaq. Əlaçı oxumaq.
– Cəlil hərçənd məktəbə gedib-gəlirdi, ancaq oxuduğu bir şey yox idi. İ.Musabəyov.
Qız böyüdükcə yaxşı oxuyur, ədəbiyyata xüsusi meyil göstərirdi. Ə.Əbülhəsən.

3. Mahnı və s. ifa etmək, bir şeyi hava ilə ifa etmək. Xalq mahnıları oxumaq. Xorda oxumaq.
– Rəqqasə ərəb qızları oynar və arasıra oxuyarlar. H.Cavid.
Ürək kövrəkləşir sən oxuyanda; Sən də dinləsəydin mən oxuyanda! M.Müşfiq.

4. Cəh-cəh vurmaq, civildəmək, ötmək (quşlar haqqında). Bülbüllər oxuyur.
– Artıq sübh açılan vaxtı maral sürüləri … dağlara qalxmır, günəş doğanda kənd bağlarında quşlar oxumurdu. Ə.Məmmədxanlı.

5. məc. Hiss etmək, sezmək, duymaq. Qəlbini oxumaq. Baxışlarından oxumaq.
– Oxuyuram yeni həyat sövdasilə çırpınan; Əksiliyə üsyan edən könülləri hər zaman. M.Müşfiq.
Bir az əvvəl sən öz … raportunu mənə oxuyarkən mən də sənin gözlərində başqa şeylər oxumuşdum. Ə.Məmmədxanlı.

◊ Meydan oxumaq – bax meydan.

Sinonimlər (yaxın mənalı sözlər)

  • OXUMAQ 1. OXUMAQ [Qəndab:] Çoxlu kitab oxuyub şirin-şirin danışdığımı, fərasətli poçtalyon olduğumu təriflədilər (B
  • OXUMAQ qiraətlənmək
  • OXUMAQ duymaq — anlamaq

Etimologiya

  • OXUMAQ Qədimdə ok sözü olub və “səsləmək”, “mahnı oxumaq” anlamlarında iş­lədilib. Atın oxranması da bununla bağlıdır
OXUMA
OXUMUŞ

Digər lüğətlərdə

атрофи́рованный насла́щивать органза́ подку́рщик солда́тский сумато́ха туннелеобра́зный зави́нчиваться измори́ть искури́ть обно́вка пате́нт сердобо́льность коллака ундер come-by-chance dresser set gunpowder-engine oversow pickery proliferation propene saxicolous trespass курсовка