Azərbaycan dilinin etimologiya lüğəti

  • QAXAC

    Qax sözü “quru” deməkdir (meyvə qurusu və s.). Qaxac isə tarixən qaxət (yəni qurudulmuş ət) formasında mürəkkəb söz olub, sonra qaxac şəklinə düşüb

    Tam oxu »
  • QAXSIMA

    Qax “quru” deməkdir, feil düzəldən –sı şəkilçisi ilə “qurumağa meyil etmək” mənalı söz əmələ gəlib. Feildən isə dolma qəlibi üzrə qax-sı-ma ismi düzəl

    Tam oxu »
  • QAQAT

    yun. gagates – qara kəhraba, şəvə; qədim Lidiyada yer adından

    Tam oxu »
  • QAQAUZ

    Oğuz sözü ilə qohumdur. S.Mladenov qaqauz sözünün göy oğuz bir­ləşməsindən əmələ gəldiyini bəyan edib (müqayisə edin: göy türklər)

    Tam oxu »
  • QALA

    1. Ərəb mənşəli hesab edirlər, halbuki eradan əvvəl 2-ci minilliyin 1-ci ya­rısın­da Azərbaycanda Narınqala, Oranqala kimi yer adları var idi

    Tam oxu »
  • QALAQ

    Dilimizdə “складывать” mənasını verən qa feili olub, qalamaq, qalaq kimi sözlər onun əsasında əmələ gəlib

    Tam oxu »
  • QALDIR

    Əsli ağdır olub. Qovzamaq feili ağzamaq feilinin dəyişmiş forması olduğu kimi, qaldır feili də ağdır feilinin dəyişmiş formasıdır

    Tam oxu »
  • QALENİT

    lat. galena – qurğuşun filizi

    Tam oxu »
  • QALXAN

    Qalxmaq feili ilə bağlı yaranıb, müdafiə üçün zərbənin qabağına qaldırılır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Tam oxu »
  • QALXMAQ

    Qaldırmaq sözü göstərir ki, burada etimon qal feilidir. –x şəkilçisi qırxmaq kəlməsində də var (qırx və qırmaq eyni kökə malikdir)

    Tam oxu »
  • QALIN

    Qalaq sözü ilə kökdaşdır. Qədim etimon “qal”dır. Sər-in qəlibi üzrə əmələ gə­lib. Antonimi yuxa sözüdür (naziklə yoğun antonimdir, qalın yox)

    Tam oxu »
  • QALİFE

    Şalvar növüdür. İlk dəfə belə şalvarı Fransa generalı Q.Qalife geyindiyi üçün söz onun adı ilə bağlı yaranıb

    Tam oxu »
  • QALMAQAL

    Qal farsca qalidən (qışqırmaq, səs-küy salmaq) məsdəri ilə bağlıdır. -ma bizimdir və qədimdə və bağlayıcısının yerində işlədilib

    Tam oxu »
  • QALOŞ

    Yunan sözüdür, ayaqqabının bir növüdür. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Tam oxu »
  • QALTAQ

    Bu, farscadır, bizdə arcaq kəlməsi işlədilib (yəhər ağacı da deyiblər). Yəhər sözü əyər kimi də qeydə alınıb, “əyri” deməkdir

    Tam oxu »
  • QAMARLAMAQ

    Qarı (əl, qol), qarmala, qamarla sözləri eyni kökə malikdir, ilkin məna ”qolların arasına almaq (dairələmək)” kimi olub, sonra xeyli genişlənib

    Tam oxu »
  • QAMAŞMAQ

    Diş və gözlə bağlı işlədilir. Turş şey dişi, parıltı isə gözü qamaşdırır. Bun­lar müxtəlif kəlmələrdir

    Tam oxu »
  • QAMÇI

    Bəzi türk dillərində zərbə anlamını verən qam sözü var. Qamçı isə zərbə aləti kimi açıqlanıb. Zərbə kəlməsi alınmadır

    Tam oxu »
  • QAMƏT

    Ərəbcə “boy-buxun” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Tam oxu »
  • QAN

    “Od” anlamını verən göy kəlməsi ilə qohumdur. Qaynamaq, gün sözləri ilə qan kəlməsi eyni kökə malikdir, mənası “isti, hərarət” deməkdir

    Tam oxu »
  • QAN AĞLAMAQ

    Buradakı qan sözünün кровьla əlaqəsi yoxdur. İfadə bütövlükdə “завливаться горючими слезами” mənasını verir

    Tam oxu »
  • QAN-TƏR

    Sinonimlər birləşməsidir, hər ikisi “isti” anlamını bildirir. Tər savaşı birləş­mə­sində də tər sözü qanlı kəlməsinin mənasında işlədilib

    Tam oxu »
  • QAN TUTMAQ

    Biri digərini kəsərlə (və başqa alətlə) öldürdükdə bəzən qatil qaça bilmir. Belə halda “Qatili qan tutub” deyirlər

    Tam oxu »
  • QANAD

    Tuva dilində bu kəlmənin əvəzində, çalğın işlədilir (qanad çalmaq deyirik). Bir ehtimala görə, qanad sözü də çalmaq feili zəminində yaranıb və təhrif

    Tam oxu »
  • QANAX

    Qarğıdalı, qoz və s. üzündəki qabığa qanax deyirlər. Deməli, qanax sözü “qabıq” deməkdir. Qaymaq sözünü də bununla bağlamaq olar: südün üz qabığı

    Tam oxu »
  • QANAVUZ

    Ərişi qırmızı, arğacı mavi rəngdə olan ipək parça növüdür. Alınma sözdür. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Tam oxu »
  • QANÇIĞA

    Alınma sözdür, onun müqabilində ağsaduruq (əyiləni saxlayan) sözümüz olub. Ağsa –“əyilməyə meyil etmək’dir, duruq isə boyunduruq sözünün 2-ci hissəsin

    Tam oxu »
  • QANÇIR

    Ət və dəri arasında bərkimiş, laxtalanmış qana belə deyirlər. Zərbədən, soyuqdan və s. əmələ gəlir. “Göyərmə” mənasında da işlədilir (синяки)

    Tam oxu »
  • QANDAL

    Ərəb mənşəlidir, çox dillərdə işlədilir, hərfi mənası “düyün” deməkdir, “bu­xov” anlamında da işlədilir

    Tam oxu »
  • QANE

    Ərəbcədir, qənaət sözü ilə qohumdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Tam oxu »
  • QANIXMA

    Birikmək qəlibi üzrə qan ismindən düzəlmiş feildir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Tam oxu »
  • QANIRMAQ1

    Qıymaq (əymək) feili zəminində yaranıb və qədim forması qıyır (qayır) kimi olub, ruscaya “согнуть в виде крючок” kimi tərcümə edilib

    Tam oxu »
  • QANLI

    Gözümdən qanlı yaş axır deyirik. Əslində, heç bir qan görünmür və olmur. Qaqauz dilində bu ifadə “горючие слезы” anlamında işlədilir

    Tam oxu »
  • QANLI FƏLƏK

    Qan “isti” deməkdir, gün sözü ilə qohumdur. Qanlı fələk “od qoyan (yandıran) fələk” kimi başa düşülə bilər

    Tam oxu »
  • QANSIZ

    Qansız adamdır deyirik, “qəddar”, “soyuq” mənasını verir. Bu da qan sözünün “isti” anlamı ilə bağlılığını göstərir

    Tam oxu »
  • QANTARĞA

    Qaytarmaq feili ilə bağlıdır. “Atı istiqamətləndirmək, lazım gəldikdə dayandırmaq vasitəsi”dir. Qantarğa kəm (atın ağzına vurulur), yüyən (minicinin t

    Tam oxu »
  • QANTƏPƏR

    Dağda bitən kökü meyvəli (çuğundur sayağı) bitki adıdır. Qan təzyiqini nizamlayır. (Qanı təpir). (Bəşir Əhmədov

    Tam oxu »
  • QAPALI

    Qapamaq feilindən -alı şəkilçisinin köməyi ilə əmələ gəlib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Tam oxu »
  • QAPAZLAMAQ

    Rus dilində bir ifadə var: родился в сорочке (xoşbəxtlik əlaməti he­sab olunur). Bizdə onun qarşılığı qabıqlı oğul birləşməsi olub (ətənəsində do­ğul­

    Tam oxu »
  • QAPI

    Qapamaq feili ilə qohumdur, mənbələrdə qapıq kimi verilib. Deməli, indi feildən isim düzəldən -ı şəkilçisi tarixən -ığ4 formasında olub

    Tam oxu »
  • QAR

    Ehtimal ki, qarışmaq sözünün köküdür. Hind dilində sneq (ruslara da hind dilin­dən keçib) məhz “qarışıq yağan” deməkdir

    Tam oxu »
  • QARA

    İndiki aşqara sözünün yerinə qaraətmək, qara-qura kəlmələri işlədilib. Mənası “qovrulmuş yemək” deməkdir, qara-qura, təxminən, cız-bız modeli üzrə yar

    Tam oxu »
  • QARA DAM

    Qazma evlərə qara dam deyiblər. Qara “torpaq” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Tam oxu »
  • QARA QƏPİK

    Qızıl və gümüşdən fərqli olaraq mis, dəmir pula ( rəngi qara olduğu üçün) belə deyiblər. (Bəşir Əhmədov

    Tam oxu »
  • QARAAĞAC

    Qara sözünün mənalarından biri “qüvvətli”, “möhkəm” deməkdir (Səl­cuq­larda Qara Arslan olub və mənbələrdə ruscaya “ могучий лев” kimi tərcümə edilib

    Tam oxu »
  • QARABAŞ

    Evdə saxlanılan qulluqçu qadın, adətən, qara rəngdə (zənci) olub, ona görə də qarabaş adlanıb. Radlov yazır ki, qulluqçu qadın rus olduqda ona ağbaş v

    Tam oxu »
  • QARABOYUNLAR

    Tovuzda kənd adıdır. Mənbələrdə boy (bod, bodun, boyun) sözü “xalq”, “əhali”, “qəbilə” anlamında açıqlanıb

    Tam oxu »
  • QARAÇAYLAR

    Milliyətcə qaraçaylı olan, Xanlar rayonunun Balçılı kəndində müəl­lim işləyən Roza Məmmədovaya görə, bir xəstə müalicəsi üçün ot gəzir, bu yerə çatand

    Tam oxu »
  • QARAÇI

    Qara sözünün bir mənası “insan qrupu” deməkdir, görünür, qaraçı “topa ha­lında yaşayan” anlamını əks etdirir

    Tam oxu »
  • “QARAÇI”

    Bu saz havasının 2-ci adı el havasıdır. Qara da “el” deməkdir, sinonim söz­lərdir. Gün də (elim-günüm) “xalq” deməkdir

    Tam oxu »