Baş Daşağıl
Baş Daşağıl (лезг. Таш Аул) — Azərbaycan Respublikasının Oğuz rayonunun inzibati ərazi vahidində kənd. XIX əsrin ortalarında Aşağı Daşağıl kəndi yarandıqdan sonra nisbətən yuxarıda yerləşən eyni adlı kənd Baş Daşağıl adını almışdır.
== Tarixi ==
Bu kənd Baş Daşağıl kənd inzibati ərazi vahidliyinin mərkəzidir. Rayon mərkəzindən 25 kilometr şimal-qərbdə, Daşağılçayın sağ sahilində, Baş Qafqaz silsiləsinin cənub ətəyindədir. "Daşağıl" oroqrafik obyekt adı bildirən oykonimdir. Sözün mənşəyi uzaq keçmişlərə gedib çıxır, odla, işıqla, Günəşlə bağlıdır. "Daş" — bərkimiş, Yerin qabığını "deşmiş", bətnindən "daş"mış, sönmüş, "daşlaşmış od"dur. "Dış Oğuz", "dışarı" sözlərindəki "dış"ın daşıdığı "çöl, bayır, xaric" mənaları da məhz "daş"ın bu ilkin mənasından yaranmışdır. Ulu Zərdüştün adındakı "düşt" (üşt, işt, aşt, daş) də Günəş (bərkimiş od) məzmunlu "daş" dır.