1. BAŞ (müxtəlif mənalarda: burada yalnız insan bədən üzvü nəzərdə tutulur) [Cənnətəli ağa:] Sən çox qələt elədin, başını daşdan-daşa döydün (N.Vəzirov); KƏLLƏ Feyzi Muxtara: Arvaddan qorxan oğraş, sən öləsən, kəlləni qarpız kimi şaqqalaram (B.Bayramov); QAFA (köhn.) Çar zabitinin qafasında iki şey hökm sürürdü (M.S.Ordubadi); SƏR (kl.əd.) Alıbdı əqlimi sərdən, qərarımı dildən; Edib bəlaya fələk, gör necə həvalə məni (Natəvan); TƏPƏ Vəli: Birindən tutarsan, o biri qayıdar öz təpənə dəyər (M.İbrahimov).
2. BAŞ (heyvanları saymaq üçün hesab vahidi) Beş yüz başdan artıq mal-qara aclıq qorxusu altındadır (İ.Əfəndiyev); RƏS [Dərviş:] ..məna iltifat edərsiniz bir rəs at, bir dənə cübbə, bir saat və bir qədər cib xərcliyi (N.Vəzirov).
3. baş bax rəhbər
4. baş bax təpə 1
5. baş bax başlanğıc 1
6. baş bax nəfər
7. baş bax dəfə