BADALAQ I is. Sərbəst güləş zamanı müqabil tərəfi yıxmaq üçün ayağını onun ayağına dolaşdırıb burma. Mən onu üzəndə dostum badalaq vurub məni üzü üstə yıxır ki, laləni özü dərsin (M.Hüseyn).
BADALAQ II is. Hiylə, kələk, fənd mənasında. Mən az görməmişəm badalaqları... Min fırıldaq gələn o alçaqları (S.Vurğun).