Babı (ziyarətgah)
Şeyx Babı türbəsi — Füzuli rayonu Babı kəndində yerləşən tarixi abidə.
== Haqqında ==
Türbə Füzuli rayonunun Babı kəndindədir. Türbədə Şeyx Babı Yaqubi dəfn olunub. Türbə 1273—1274-cü illərdə memar Əli Məcidəddin tərəfindən tikilib. Türbə səkkiz güşəlidir. Ağ daşdan hörülüb və üstü səkkiz güşəli çatma günbəzlə örtülüb. Şeyx Babı türbəsinin xarici səth bölgülərində Mömünə Xatun türbəsinin təsiri görünür.
Xalq arasında "Şıxbaba türbəsi" adıyla tanınan bu abidə Füzuli rayonunun Babı kəndinin yaxınlığında salınmış qəbiristanlıqdadır. Rəvayətə görə, Şeyxin cənazəsi daş qutuda, türbənin cənub pəncərəsi önündə dəfn olunmuşdur. Məqbərədəki kitabənin oxunuşuna nail olan ilk rus alimi N. Xanıkov deyib ki, Şeyx Babı Yaqub türbəsi 1271—1272-ci illərdə Məşədi Babı Yaqub ibn Saadın əmri ilə tikilib.