BASIRIQLIQ
BASQIN
OBASTAN VİKİ
Frenç-basqı
Frenç-basqı (ing. French-press)- xüsusi kolbadır. Adətən şüşə və ya metal termos formasında olur. Hansında ki, ələklə porşen içkini qəhvə çöküntüsündən ayırır.
Bab-ı Ali basqını
Bab-ı Əli hücumu (Osmanlı türkcəsi: باب علي غارة) — Osmanlı imperiyasında 23 yanvar 1913 tarixində Ənvər bəy və Tələt bəyin rəhbərliyi ilə baş tutan hərbi çevriliş. Çevriliş əsnasında hərbi nazir Nazim Paşa öldürülmüş, sədrəzəm Kamil Paşa istehfa verməyə zorlanmışdır. Nəticədə hakimiyyət İttihad və Tərəqqi cəmiyyətinin əlinə keçmişdir. == Hadisənin arxa planı == === Dəyənəkli seçimlər === 21 noyabr 1911-ci ildə İttihad və Tərəqqi müxalifləri tərəfindən Hürriyət və İttifaq cəmiyyəti qurulmuş, qısa müddətdə xeyli millət vəkili bu cəmiyyətin ətrafında cəmlənmişdi. Qurulduqdan 20 gün sonra baş tutan seçimlərdə qələbə qazanan bu cəmiyyət hakimiyyətdə çox qala bilmədi. Belə ki, İttihadçılar hiyləylə Sultan Rəşada məclisi ləğv etdirmiş, 1912-ci ilin aprelində keçirilən növbədən kənar seçimləri qazanmışdı. "Dəyənəkli seçimlər" adıyla anılan və müxalif qüvvələrin təqibiylə nəticələnən bu seçimlərin sonunda məclisə yalnız 6 nəfər müxalif vəkil daxil ola bilmişdi. Seçimdə məğlub olan Hürriyət və İttifaq cəmiyyəti isə seçim əsnasındakı hiylə və zorakılıqları bəhanə edərək bu seçimin ədalətli olmadığını elan edirdilər. Bu əsnada İttihadçıların zorla hakimiyyəti ələ almasından narazı olan bir qrup ordu zabiti isə dağlara çəkilərək üsyan başlatmış, İstanbuldakı digər İttihad müxaliflərini, o cümlədən Sultanzadə Səbahəddin bəyi də öz yanlarına çəkmişdilər. Mətbuatda sərt dilli məqalələr nəşr etdirən və hərbi şuraya memorandum göndərən bu zabitlər birliyi sədrəzəm Səid Paşanın istehfa verməsinə səbəb oldular.
Basqın
Cənuba basqın
Cənuba basqın (vyet. Nam tiến, nam tien) — indiki Vyetnamın cənub hissəsini təşkil edən ərazilərin XI–XIX əsrlərdə vyetlər tərəfindən zəbt edilməsi prosesini təsvir edən tarixi konsepsiya. Müxtəlif qəbilələri fəth edən Vyetnam tədricən Xonqxa çayı deltasındakı əsas mərkəzindən cənuba doğru irəliləmişdir. Təxminən 700 il ərzində Vyetnam öz ərazisini üç dəfə artırmış və müasir uzanmış formasını almışdır.
Cəzmi Basqın
Cəzmi Basqın (tam adı: türk. Cezmi Baskın; 11 mart 1949, İstanbul) — Türk aktyor və rejissoru. Daha çox "Akasiya dayanacağı" teleserialında olan "Safiyə-Osman" rivması ilə tanınmışdır. == Aktyor olaraq == === İlk illəri === Cəzmi Basqın teatra Bakırköy Xalq Evində həvəskar olaraq başladı. Daha sonra həmin teatrda praktikant aktyor olaraq çalışdı. İstanbul İqtisadiyyat və İdarəetmə fakültəsində təhsilini bitirən Cəzmi Basqın, Ayla Alqan və Beklan Alqanın təlimatçı olduğu DMM Dil və Mədəniyyət Mərkəzində teatr təhsili aldı. Bir müddət "qrup oyunçularında" çalışan aktyor, Ankara İncəsənənət Teatrı və Dövlət Teatrında da çalışdı. Ankara Sənət Teatrına məcburi şəhər dəyişikliyi və hərbi xidmət xaricində uzun müddət xidmət etdi. Bu teatrda gənc oyunçuların yetişdirilməsi üçün təlimatçı olaraq iştirak etdi. === AİT illəri === O, İzmir Dövlət Teatrında iki mövsüm oynadı, ancaq Ankara İncəsənət Teatrına döndü.
Kəbə basqını (1979)
Kəbə basqını — Kəbədə 20 noyabr 1979-cu ildə başlayan və 4 dekabr 1979-cu ilə qədər davam edən silahlı qarşıdurma. Bu basqını təşkil edən qrupun başında 1955-1973-cü illərdə Səudiyyə Ərəbistanı Milli Qvardiyasında xidmət etmiş Cuheyman əl-Uteybi dayanırdı. Basqın zamanı o, təbliğat aparmaq üçün Məscidül-Həramdakı camaatı girov götürür, rəhbərlikdən siyasi tələblər irəli sürür və qaynı Məhəmməd ibn Abdullah əl-Kəhtanini Mehdi elan edir. İki həftə davam edən basqın, Fransanın antiterror birləşmələrinin dəstəyi ilə baş tutan hərbi əməliyyat nəticəsində başa çatıb və əsir götürülən basqınçıların bütün üzvləri, o cümlədən Cuheyman əl-Uteybi, Səudiyyə Ərəbistanı qanunlarına əsasən qolları kəsildikdən sonra edam edilib. == Basqın öncəsi == Basqına rəhbərlik edən Cuheyman əl-Uteybi Nəcdin köklü bədəvi qəbilələrindən biri olan Uteybə qəbiləsindən idi. Babası olduğu iddia edilən Sultan ibn Bəcad əl-Uteybi bu bölgədə 1920-ci illərin sonunda Səud sülaləsinə qarşı üsyan qaldıran Sələfi Müsəlman QardaşlığıQardaşlıq hərəkatına rəhbərlik etmişdi. Əsgərlikdən ayrıldıqdan sonra 1973-cü ildə Mədinədə universitet təhsilinə başlayan Uteybi, gələcəkdə bacısı ilə evlənəcəyi, basqının digər mühüm üzvü olan Məhəmməd Abdullah əl-Kəhtani ilə tanış olur. Təhsil aldığı müddətdə mehdilik və fitnə hədislərinə diqqət yetirmiş, dünyanın sonu ilə bağlı hədisləri o dövrün dünya şəraiti ilə uyğunlaşdırmışdır. Sələfi və vəhhabi inanclarına uyğun olaraq İslama dəvət adlı qrup təşkil edib və tərəfdarlar toplayıb. 1978-ci ilin yayında Uteybinin başçılığı ilə onun yüz nəfər ardıcılı Səudiyyə rəhbərliyinə qarşı nümayiş təşkil etsə də, sorğu-suallardan sonra “zərərsiz” olduqları qəınaətinə gələrək sərbəst buraxılıblar.
Malqaç basqını
Malqaç basqını — 16 iyun 1919-cu ildə Yörük Əli Əfə və qoşunlarının yunanların nəzarət etdiyi Malqaç körpüsünə basqını. Basqının hədəfi yunanlar tərəfindən Nazilliyə və onun hüdudlarından kənara hərbi texnika daşımaq üçün istifadə edilən Malqaç dəmir yolu körpüsü olub. Bu, Anadolunun qərbində işğalçı yunan qüvvələrinə qarşı ilk təşkil edilmiş mülki müqavimət hücumlarından biri idi. == Zəmin == Körpü Osmanlı imperiyasında tikilən ilk dəmiryolu olan İzmir–Aydın dəmir yolunun bir hissəsi idi. Malqaç körpüsü Sultanhisar və Atça arasında yerləşirdi və Malqaç dərəsinn üzərində tikilmişdi. == Basqın == Körpü pulemyotlarla dəstəklənən 20 ağır silahlı yunan əsgəri tərəfindən müdafiə olunurdu. İyunun 15-dən 16-na keçən gecə türklər Dondurandan irəliləyərək səhər saat 02:00-da sallarla Böyük Məndərəs çayını keçdilər. Keçid zamanı onlar iki qrupa bölündülər, hər qrupda 30 nəfər var idi. Onlar Malqaç körpüsünə çatanda qarğıdalı tarlalarında irəliləyərək körpünü mühasirəyə aldılar. Eyni zamanda, bəzi qoşunlar telefon dirəklərinə dırmaşaraq yunanların əlavə qüvvələr çağırmasının qarşısını almaq üçün telefon xətlərini kəsdilər.
Velodrom d'Hiv basqını
Velodrom d'Hiv basqını (fr. Rafle du Vélodrome d'Hiver) — 1942-ci il 16-17 iyul tarixlərində Parisdə Alman hakimiyyət orqanlarının göstərişi ilə Fransa polisi və jandarmları tərəfindən əcnəbi yəhudi ailələrinin kütləvi həbsi. Paris polis prefekturasının qeydlərinə görə, 4000-dən çoxu uşaq olmaqla 13,152 yəhudi həbs edilib. Onlar Velodrome d'Hivdə (lazım. "Qış Stadionu"; "Vel' d'Hiv" kimi tanınır) son dərəcə ağır şəraitdə, demək olar ki, qida və su olmadan və sanitar qovşaq olmadan saxlanılıb. Həbslərdən bir həftə sonra yəhudilər Dransi, Pitivye və Bonna-la-Roland həbs düşərgələrinə aparılaraq, dəmir yolu vaqonlarında Auşvitz həbs düşərgəsinə göndərilmişdilər. Yəhudilərin toplanması Fransada həm işğal olunmuş zonada, həm də azad zonada yəhudi əhalisini məhv etməyə yönəlmiş bir neçə təşəbbüsdən biri idi. Fransa prezidenti Jak Şirak 1995-ci ildə Fransa polisi və dövlət qulluqçularının basqında Nazi rejimi ilə birgə hərəkət etdiklərinə görə üzr istəyir. 2017-ci ildə prezident Emmanuel Makron daha dəqiq şəkildə Fransa dövlətinin bu basqında, Holokostda iştirakının yalnış olduğunu etiraf edib. Velodrom d'Hiv Parisin 15-ci dairəsində, Eyfel qülləsindən uzaq məsafədə Qrenelle bulvarı və Nelatonda da yerləşən böyük qapalı idman arenası idi.
Ərbəyli basqını
Ərbəyli basqını — 20 iyun 1919-cu ildə Qüvayi-milliyə tərəfindən yunanların nəzarətində olan Ərbəyli stansiyasına edilmiş basqın. Aydın və Nazillini işğal etdikdən sonra Yunanıstan ordusu bölgədə artan müqavimət hərəkatlarından narahat idi. Bir neçə gün əvvəl baş vermiş Malqaç körpüsünə basqın onların narahatlığına yaxşı nümunə olmuşdu. Muğla könüllü taqımının türk leytenantı Qədri bəy bir neçə gün regiondakı yunan qoşunlarını müşahidə edirdi. O, Yunanıstan qoşunlarının hərəkət cədvəlini, kazarmalarını və qarovul dəyişdirmə vaxtlarını təyin etmişdir. Qədri bəy dəqiq müşahidədən sonra basqın üçün ən yaxşı hədəfin Ərbəyli qatar stansiyası olduğu qənaətinə gəlmişdir. Ərbəyli qatar stansiyası Ərbəyli kəndindən 1–2 kilometr aralıda yerləşirdi. Buna görə də kənd camaatı atəş səslərindən çox uzaqda idi. Qatar stansiyasını vağzalın yanındakı kiçik anqarda yerləşən pulemyotlarla təchiz edilmiş 20 yunan əsgəri mühafizə edirdi. Hücumdan bir gecə əvvəl Ərbəyli kəndinə bir evzon rotası göndərilmişdir.
Cezmi Basqın
Cəzmi Basqın (tam adı: türk. Cezmi Baskın; 11 mart 1949, İstanbul) — Türk aktyor və rejissoru. Daha çox "Akasiya dayanacağı" teleserialında olan "Safiyə-Osman" rivması ilə tanınmışdır. == Aktyor olaraq == === İlk illəri === Cəzmi Basqın teatra Bakırköy Xalq Evində həvəskar olaraq başladı. Daha sonra həmin teatrda praktikant aktyor olaraq çalışdı. İstanbul İqtisadiyyat və İdarəetmə fakültəsində təhsilini bitirən Cəzmi Basqın, Ayla Alqan və Beklan Alqanın təlimatçı olduğu DMM Dil və Mədəniyyət Mərkəzində teatr təhsili aldı. Bir müddət "qrup oyunçularında" çalışan aktyor, Ankara İncəsənənət Teatrı və Dövlət Teatrında da çalışdı. Ankara Sənət Teatrına məcburi şəhər dəyişikliyi və hərbi xidmət xaricində uzun müddət xidmət etdi. Bu teatrda gənc oyunçuların yetişdirilməsi üçün təlimatçı olaraq iştirak etdi. === AİT illəri === O, İzmir Dövlət Teatrında iki mövsüm oynadı, ancaq Ankara İncəsənət Teatrına döndü.
Lunenberq basqını (1782)
Lunenberq basqını (ing. Raid on Lunenburg) — 1782-ci ilin 1 iyul tarixində Böyük Britaniya krallığının ərazisi olan Yeni Şotlandiya əyalətinin Lunenburq liman şəhərinə qarşı törədilmiş yağmalama hücumu. Dənizdən təşkil edilmiş hücuma, ABŞ ordusu adından Massaçusets ştatının Feyirhaven şəhərindən olan kapitan Noah Stoddard rəhbərlik etmişdir. Kapitan Noahın olduğu gəmindən başqa daha dörd gəmi və 170 ekipaj üzvü ilə birlikdə təşkil edilən hücum tarix ədəbiyyatlarına Yeni Şotlandiya əyalətinə qarşı edilmiş son böyük hücum kimi daxil olmuşdur.
Byenxoada hərbi kompleksə basqın (1959)
1959-cu il Byenxoada hərbi kompleksə basqın — 8 iyul 1959-cu ildə altı Vyetkonq partizanının Sayqondan təxminən 20 mil (32 mil) şimal-şərqdə yerləşən Byenxoa şəhərindəki Hərbi Yardım Məsləhət Qrupunun (HYMQ) kompleksinə hücumü. Mayor Deyl Riçard Byuis və kiçik gizir Çester Melvin Ovnand Vyetnam müharibəsində öldürülən ilk ABŞ vətəndaşları olmuşdular. Həmçinin, iki Cənubi Vyetnam mühafizəçisi partizanlar tərəfindən öldürülmüşdü. Hadisədən sonra HYMQ personalı silah gəzdirməyə başlamışdır.
İslamçı Böyük Şərq Basqınçılar Cəbhəsi
İslamçı Böyük Şərq Basqınçılar Cəbhəsi (türkcə İslami Büyükdoğu Akıncılar Cephesi, qısaldılmış İBDA-C) — Türkiyədə islamçı silahlı təşkilat. Qrupun özünü elan etdiyi məqsəd Türkiyəni parçalamaq və Böyük Ali dövləti yaratmaqdır (türk. Başyücelik Devleti ). Bu, Yaxın Şərqdə sünni İslam federativ dövləti ideyasıdır. Onlar şiə, ələvi, xristian və yəhudi maraqlarına qarşı xüsusilə düşməndirlər. İBDA-C terror aktları törətmək istəyi ilə yanaşı, hökumətini "qanunsuz" hesab etdiyi Türkiyəyə dini hakimiyyəti qaytarmaq istəyən yeni doğulmuş radikalizmlə islam tərəfdarı mirasını davam etdirir. İBDA-C-nin 2003-cü ilin noyabrında və 2008-ci ilin iyulunda İstanbulda diplomatik, işgüzar və dini maraqlara qarşı hücumları kimi əksər ekspertlərin imkanlarından kənarda olduğuna inandığı hücumlar da iştirak etməsi iddiası tarixi var. Beləliklə, onun Birləşmiş Ştatlar hökuməti ilə təyinatı rəsmi "Təyin edilmiş xarici terror təşkilatları" deyil "Digər terrorçu qruplar" olaraq qalmaqdadır.
Toplum TV ofisinə basqın
Toplum TV — Azərbaycanda müstəqil informasiya resursu. Toplum TV 2016-cı ildən fəaliyyətə başlayan müstəqil informasiya resursudur. Əsas məqsədi insan hüquq və azadlıqlarını, ifadə azadlığını ön planda tutaraq cəmiyyətin obyektiv informasiya ilə təmin olunmasına xidmət etməkdir. Sayt həmçinin Demokratik Təşəbbüslər İnstitutunun (IDI) "Demokratiya Məktəbi" proqramının jurnalistika təlimlərində iştirak edən gənclərin peşəkarlıqlarını artırmaq üçün platforma rolunu oynayır.[mənbə göstərin] 2024-cü il martın 6-da Daxili İşlər Nazirliyi tərəfindən Toplum TV müstəqil media platformasının yerləşdiyi ofisə basqın edildi. Basqın nəticəsində media qurumunun 10-dan çox işçisi saxlanılmışdır. İstintaq işi hazırda davam edir.
Kursk vilayətinə basqın (2024)
Kursk vilayətinə basqın — Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Kursk vilayətində 2024-cü ilin 6 avqustundan etibarən indiyədək apardığı əməliyyatdır. Hücum Moskva saatı ilə (UTC+3) 08:00-da start götürüb. Döyüşlər nəticəsində Ukrayna Kursk vilayətindəki xeyli sayda yaşayış məntəqəsini, o cümlədən Sudja rayonunda nəzarəti əldə edib. Kursk vilayətində fövqəladə vəziyyət elan edilib. 9 avqustda Belqorod, Kursk və Bryansk vilayətlərində anti-terror rejiminə start verilib. Ukrayna 1250 km²-dan çox Rusiya ərazini ələ keçirdiyi xəbərini yayıb. 15 avqustda isə Ukrayna artıq yeni tutulan ərazilərdə hərbi idarə təsis edib. Bu basqın Rusiya-Ukrayna müharibəsi zamanı Ukraynanın Rusiya ərazisinə təşkil etdiyi ən güclü və intensiv əməliyyatdır. == Arxa plan == 2022-ci ilin fevralından etibarən Rusiyanın Ukraynaya müharibə elan etməsindən sonra arabir Rusiya ərazisində dağıntılar meydana gəlirdi. Bunlar dron hücumları, bombalamalar və digər yollarla baş tuturdu.

Значение слова в других словарях