BAYRAQ

üzərində dövlət, təşkilat (ictimai birlik, siyasi partiya, kommersiya və ya beynəlxalq təşkilatı), yaxud hərbi hissə, birləşmə və gəminin fərqlənmə nişanı olan yazı, rəmz, bəzək nəqş edilən ağac və ya dəstəyə bağlanılan, bərkidilən bir və ya bir neçə rəngli qumaş parça; Dövlət Bayrağı – dövlətin rəsmi fərqləndirici nişanı (simvolu) dövlət suverənliyinin rəmzi. Təsviri qanunla (bir qayda olaraq Konstitusiya ilə) müəyyən edilir, üzərində gerb, yaxud digər emblem təsvir oluna bilər, bir və ya çoxrəngli qumaşdan ibarətdir. Dövlət bayrağı – dövlət binalarında və dövlətə məxsus digər obyektlərdə asılır; təntənəli (siyasi (diplomatik), hərbi, idman və s.) mərasimlərdə önə çəkilir; Andiçmə predmetidir. Azərbaycan Respublikasının Dövlət bayrağı, eninin uzunluğuna 1:2 nisbətində olan düzbucaqlı formalı parçadır, hər iki üzündə düzbucaqlı formadan 3 üfüqi zolaqdan, yuхarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq isə yaşıl rənglərdən, və qırmızı zolağın üzərində ağ rəngli aypara ilə səkkiz guşəli ulduzun təsfirindən ibarətdir.
BAŞ TUTMAYAN SEÇKİLƏR, BAŞ TUTMAYAN REFERENDUM
BƏLƏDİYYƏ
OBASTAN VİKİ
Mavi bayraq
"Mavi bayraq" (ing. Blue Flag beach) — ən yüksək səviyyəli xidmətlər göstərən və yüksək meyarlara cavab verən çimərliklərə verilən Avropa Birliyi "Çimərlik suyu direktivi"nə uyğun olaraq Beynəlxalq Ətraf Mühit Təhsili Təşkilatı tərəfindən verilən nümunəvi xidmət göstəricisi. == Tarixi == "Mavi bayraq" kampaniyası 1987-ci ildən Avropa Ətraf Mühit Təhsili Təşkilatı tərəfindən həyata keçirilir. İlk olaraq 11 Avropa Birliyi ölkəsində, daha sonra isə 22 digər ölkədə müvəffəqiyyətlə tətbiq olunub. 2001-ci ildən isə Avropa xaricindəki ölkələrin tələbləri ilə bağlı olaraq kampaniyanın əhatəsi genişləndirilib və Avropa Ətraf Mühit Təhsili Təşkilatı dünya miqyasında Beynəlxalq Ətraf Mühit Təhsili Təşkilatı adlandırılıb. == Təltif edilmə == Bayraqla təltif edilmə üçün çimərliklər müəyyən edilmiş meyarlara uyğun olaraq mütəxəssislər tərəfindən qiymətləndirilir. "Mavi bayraq" çimərliyin diqqətçəkən hissəsinə sancılır və bu, çimərliyin yüksək imic qazanmasına xidmət edir. Ancaq proses bununla da yekunlaşmır. Bayraqla təltif edilən çimərliklərdə müntəzəm olaraq yoxlamalar təkrarlanır. Əgər çimərlikdə suyun təmizliyi, göstərilən xidmətlərin səviyyəsi, xilasedicilərin sayı, dəniz kənarının təmizlik səviyyəsi, kölgəlik, duş, sürüşkənlər, hətta sanitar qovşaq kabinələrinin vəziyyəti standartlara cavab verməzsə, bayraq geri alınır və ondan istifadəyə qadağa qoyulur.
Qırmızı bayraq
Qırmızı bayraq — Siyasətdə qırmızı bayraq əsasən sosializm, kommunizm, marksizm, həmkarlar ittifaqları, solçu siyasət və tarixən anarxizmin simvoludur. Fransız İnqilabından bəri solçu siyasətlə əlaqələndirilir. Sosialistlər bu simvolu 1848-ci il inqilabları zamanı qəbul etdilər və 1871-ci ildə Paris kommunası tərəfindən istifadə edilməsi nəticəsində kommunizm simvoluna çevrildi. Çin, Vyetnam və keçmiş Sovet İttifaqı da daxil olmaqla bir çox sosialist dövlətin bayraqları belə tərtib edildi. Qırmızı bayraq, Fransa Sosialist Partiyası (PS), Almaniya Sosial Demokrat Partiyası (SDP) və İspaniya Sosialist İşçi Partiyası (PSOE) kimi bəzi demokratik sosialistlər və sosial demokratlar tərəfindən də simvol kimi istifadə olunmağa başladı. Britaniya siyasətinin köklü partiyalarından olan Leyboristlər Partiyası 1980-ci illərin sonuna qədər bu simvoldan istifadə etdi. Fransız İnqilabından əvvəl və bəzi kontekstlərdə bu gün də qırmızı bayraqlar və ya pankartlar, itaətsizlik və müharibənin simvolu kimi qəbul edilir. Keçmişdə bəzi istifadə nümunələri; Orta əsrlərdə donanma gəmiləri müharibə elan etmək üçün, mühasirəyə alınan şəhərin təslim olmayacağını bildirmək və ya Osmanlı imperiyasında, sultanın mövqeylərini göstərmək üçün qırmızı bayraq gəzdirirdilər.
"Qırmızı Bayraq" ordeni
"Qırmızı Bayraq" ordeni — ilk sovet ordeni. Sosialist Vətəninin müdafiəsi zamanı göstərilən xüsusi şücaət, fədakarlıq və cəsarət görə mükafatlandırma üçün 1918-ci ildə təsis olunub.
Qırmızı Bayraq ordeni
"Qırmızı Bayraq" ordeni — ilk sovet ordeni. Sosialist Vətəninin müdafiəsi zamanı göstərilən xüsusi şücaət, fədakarlıq və cəsarət görə mükafatlandırma üçün 1918-ci ildə təsis olunub.
Qırmızı bayraq insidenti
Qırmızı bayraq insidenti (赤旗 事件, Akahata Ciken) – 1908-ci ildə Yaponiya hökumətinin ölkədəki sosializm hərəkatına qarşı represiya dalğası başlatmasına səbəb olan hadisə. 22 iyun 1908-ci ildə bir qrup parlament nümayəndəsi ilə Tokioda yerləşən Kandanın Kinkikan zalında sosialistlərlə görüşərək aktivist Yamaquçi Qizanın həbsxanadan buraxılmasını qeyd edirdilər. Görüş zamanı radikal sosialistlər üzərində "anarxizm" və "anarxo-kommunizm" şüarları olan qırmızı bayraqlar qaldıraraq görüş təşkilatçılarının sakit görüş istəyinə qarşı gəlmişdilər. Sosialistlər bayraqları endirməmiş və zalı tərk edərkən "anarxiya" şüarları səsləndirmişdilər. Polislərlə sosialistlər arasında dava düşmüş və sonda 16 nəfər həbs olunmuşdur. İnsidentlə bağlı mübahisə Sayonçi Kinmoçinin başçılıq etdiyi kabinetin dağılmasına səbəb olmuşdur. Onu əvəz edən və Katsuro Taronun başçılıq etdiyi hökumət 15 avqustda baş tutan məhkəmədə sərt cəzalar vermişdir. İki nəfər məsum hesab edilmiş, 2 nəfər müvəqqəti, 12 nəfər isə 1 ildən çox həbs cəzası vermişdir. Sosialist başçı Osuqi Sakae 2 il yarım, Sakai Toşihiko və Yamaka Hitoşi isə 2 illik həbs cəzası almışdır. Huffman, James.
Qızıl bayraq (qəzet)
Tərtər rayonu (əvvəlki adı: Mirbəşir rayonu) — Azərbaycan Respublikasında inzibati – ərazi vahidi. Sovet dövründə adı Mirbəşir olmuşdur. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Mirbəşir rayonu Tərtər rayonu adlandırılmışdır. Sahəsi 957 km², əhalisi 102,500 min nəfərdir (01.01.2016). Mərkəzi Tərtər şəhəridir. Tərtər rayonunda 24 tarix və mədəniyyət abidəsi vardır. Onlardan biri dünya əhəmiyyətli tunc və ilk dəmir dövrünə aid Borsunlu kurqanlarıdır. İndiyədək aparılan araşdırmalar və arxeoloji qazıntılar Tərtərin qədim yaşayış məskəni olduğunu göstərməkdədir. Rayonun ərazisində Tərtər, İncəçay, cənub sərhəddindən isə Xaçınçay axır. Rayonun səthi şimal-şərqində düzənlik, cənub-qərbində dağlıqdır.
Qara Bayraq Ordusu
Qara Bayraq Ordusu (çin. ənən. 黑旗軍, sadə. 黑旗军, pinyin: Hēiqí Jūn, heytsi çzyun; kuan ko den (vyet. Quân cờ đen)) — 1865-ci ildə Annam vilayətinin (indiki Vyetnam) bir hissəsi olan Yuxarı Tonkin ilə Çinin Quansi vilayətinin sərhədini keçən və 1885-ci ilə qədər fəaliyyətini davam etdirən, əsasən çjuanlardan ibarət quldur birləşməsi. Onlar Vyetnam və Çin hakimiyyət orqanları ilə əməkdaşlıq edərək Fransa müstəmləkə qoşunlarına qarşı döyüşlərdə iştirak ediblər. Komandir Lyu Yunfu qara bayraqlardan istifadə etməyi üstün tutmuşdu, buna görə də bu ad verilmişdi.
Saxta bayraq əməliyyatı
Saxta bayraq əməliyyatı — faktiki məsuliyyət mənbəyini gizlətmək və günahı başqa tərəfə yükləmək məqsədilə edilən hərəkət. "Saxta bayraq" termini ingilis dilində (ing. false flag) XVI əsrdə kiminsə sədaqətinin qəsdən təhrif edilməsi mənasını verən ifadə kimi yaranmışdır. Termin məşhur olaraq dəniz müharibəsində bir gəminin öz həqiqi kimliyini gizlətmək üçün neytral və ya düşmən ölkənin bayrağını qaldırması hiyləsini təsvir etmək üçün istifadə edilmişdir. Bu taktika əvvəlcə dəniz quldurları və kaperlər tərəfindən digər gəmiləri aldatmaq üçün onlara hücum etməzdən əvvəl onlara yaxınlaşmağa icazə vermək üçün istifadə edilmişdir. Daha sonra beynəlxalq dəniz qanunlarına uyğun olaraq dəniz müharibəsi zamanı məqbul bir təcrübə hesab edilmişdir, bir şərtlə ki, hücum edən gəmi hücum başlayan kimi öz həqiqi bayrağını nümayiş etdirsin. İndiki dövrdə bu termin özlərinə qarşı hücumlar təşkil edən və hücumları düşmən xalqlar, ya da terrorçular kimi göstərən ölkələri əhatə edir. Beləliklə, hücuma məruz qalan millətə daxili repressiya və ya xarici hərbi təcavüz üçün bəhanə yaradılır. 2022-ci ilin yanvar və fevral aylarında Qərb dövlət qurumları Rusiyanın Ukraynada saxta bayraq əməliyyatından istifadə edəcəyini proqnozlaşdırmışdı. 24 fevralda Rusiyanın Ukraynaya hücumu ərəfəsində Rusiya hökuməti dezinformasiya kampaniyasını gücləndirmişdi.
Naqasaki bayraq insidenti
Naqasaki bayraq insidenti (長崎国旗事件, Naqasaki kokki ciken) – 1958-ci ildə Yaponiyanın Naqasaki şəhərində baş verən, Yaponiya ilə Çin Xalq Respublikası arasında münasibətlərin gərginləşməsinə səbəb olan hadisə. == Zəmin == Yaponiya 1972-ci ilə qədər Çin Xalq Respublikasını, eləcə də, onun milli bayrağını tanımamışdır. Bu məsələ Çin ilə Yaponiya arasında diplomatik problem olmuşdur. İnsidentə qədər Çin Xalq Respublikası nümayəndələrinin Yaponiyada öz bayraqlarından istifadə etməsi məsələsi sadəcə Yaponiyanı deyil, həm də Tayvandakı Çin hökumətini də maraqlandırırdı. Yaponiya hökuməti Çin Xalq Respublikası ilə diplomatik əlaqələrinin olmadığını və ÇXR bayrağının Yaponiya qanunvericiliyinə əsasən qorunmadığını bildirirdi. == İnsident == 2 may 1958-ci ildə sağçı bir yapon gənc Yaponiya-Çin Dostluq Assosiasiyası tərəfindən təşkil olunan Çin poçt markaları sərgisinin keçirildiyi Naqasakidəki Hamaya alış-veriş mərkəzinin yaxınlığındakı ÇXR bayrağını endirmişdir. Şəxs həbs olunsa da, tezliklə azad edilmişdir. İnsident Yaponiyanın Çin Xalq Respublikasını tanımama məsələsini ön plana çıxarmışdır. İnsidentdən sonra Yaponiya ilə ÇXR arasındakı münasibətlər pisləşmişdir. Yaponiya rəsmilərinin məsul şəxsi cəzalandırmaması Çin hökuməti tərəfindən mənfi qəbul edilmişdir.
Naxçıvan Bayraq Meydanı Muzeyi
Dövlət Bayrağı Muzeyi — Naxçıvan Muxtar Respublikasında şəhərin ən hündür zirvəsində 2014-ci illərdə ucaldılmış memorial abidə-istirahət parkıdır. Muzeyin açılışı 2014-cu ilin noyabrın 17-də olmuşdur. Dövlət Bayrağı Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin "Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyinin yaradılması haqqında" 2014-cü il 22 avqust tarixli Sərəncamına əsasən yaradılmış. 2014-ci il noyabrın 17-də muzeyin açılışı olmuşdur. Dövlət bayrağı müstəqilliyi təcəssüm etdirir. Ona görə də bayrağa münasibət Azərbaycanda tarix boyu özünü qabarıq şəkildə göstərmiş, xalqın milli mövcudluq simvolu sayılmışdır. Tariximizin ən dəyərli eksponatları sırasında mühüm yer tutan dövlət rəmzləri və bayraqlar Azərbaycanın qədim dövlətlərinin, o cümlədən Naxçıvan xanlığının və muxtar respublikanın tarixini öyrənməyə geniş imkanlar yaradır Naxçıvan şəhərində yaradılan Dövlət Bayrağı Meydanı və Muzeyi bu baxımdan mühüm əhəmiyyətə malikdir. Dövlət Bayrağı Muzeyi Naxçıvan şəhərinin ən hündür ərazisində yerləşir. Bayraq dirəyinin ətrafında yaradılmış muzey səkkizguşəlidir. Meydanda dalğalanan dövlət bayrağının uzunluğu 20 metr.
Qırmızı Bayraq ordeni (dəqiqləşdirmə)
"Qırmızı Bayraq" ordeni (Azərbaycan SSR)
Qırmızı Bayraq ordeni (Azərbaycan SSR)
"Qırmızı bayraq" ordeni — Azərbaycan SSR-in ilk dövlət mükafatı. 1920-ci ildə Azərbaycan SSR İnqilab Komitəsinin təşəbbüsü ilə təsis edilmişdir. Bu ordenin eskizinin müəllifi İbrahim ağa Vəkilov olmuşdur. Eskiz SSRİ-nin "Qırmızı Bayraq" ordeni əsasında Bakı zərgərləri tərəfindən əllə hazırlanmışdır. Ovalşəkilli formada gümüşdən düzəldilmiş və qızıl suyuna çəkilmiş bu nişanın ölçüsü 3,5 x 4,5 sm idi; hər iki tərəfdən yarpaqlarla haşiyələnmişdi. Fəxri nişanın aşağısında qırmızı rənglə mina qatı çəkilmiş lentin üzərində "АССР" (yəni — rus. Азербайджанская Советская Социалистическая Республика) abreviaturu həkk olunub. Ordenin ortasında Qırmızı mina qatı çəkilmiş qırmızı ulduz və oraq-çəkic yerləşdirilmişdir. Ordenin milli əlaməti onun ortasında yerləşdirilən qırmızı mina qatı çəkilmiş aypara ilə xarakterizə olunur. Ordenin aşağı yarımçevrəsində ağ mina qatı üzərində ərəb qrafikası ilə "Azərbaycan İctimai Şura Cümhuriyyəti" sözləri qravür edilmişdir.
Bayraq
Bayraq — bir ölkəni, təşkilatı, quruluşu və ya birliyi işarələyən, əsasən dördbucaqlı şəklində olan lövhə və ya parça. Bayraqları öyrənən elm sahəsi veksillologiya adlanır. == Tarixi == Bayraqlar ilk illərdə yalnız siqnallaşma üçün istifadə edilmişdir.
Bayraq (Təbriz)
Bayraq (fars. بيرق‎) — İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 3.703 nəfər yaşayır (914 ailə).
Bayraq Meydanı
Dövlət Bayrağı Meydanı
Bayraq dirəyi
Flaqştok və ya bayraq dirəyi — bayrağın (flaqın) bərkidilməsi, qaldırılması üçün metal, taxta və ya plastikdən hazırlanmış şaquli dayaqdır. Bəzən bayrağın daha rahat qaldırılması üçün Flaqştok xüsusi mexanizm ilə təchiz edilir. O halda bayraq ipə birləşdirilir və həmin mexanizmi hərəkətə gətirməklə flaqştokun başına - ən hündür nöqtəsinə qaldırılır. == Rekord hündürlük == 23 sentyabr 2014-cü il tarixindən dünyada ən hündür flaqştok Səudiyyə Ərəbistanında, Ciddə şəhərində olan bayraq dirəyi sayılır . Bu dirəyin hündürlüyü 171 m-dir (561 fut). Həmin flaqştok Ginnes rekordlar kitabına qeyd edilib.. Hündürlüyünə görə 2-ci yer - Tacikistanın Düşənbə şəhərində qurulmuş, hündürlüyü 165 м (və ya 541 fut) olan flaqştoka məxsusdur . Həmin flaqştokun inşası 2010-cu ildə Tacikistan milli bayraq gününü qeyd etdiyi gün - 24 noyabrda başlayıb, rəsmi açılışı 2011-ci ildə 30 avqustda olub və Tacikistan Respublikasının müstəqilliyinin 20-illiyinə (9 sentyabrda qeyd olunan) həsr olunub. Həmin tarixə qədər dünyanın rekordçu flaqştoku Azərbaycanda Bakı şəhərində olan flaqştok sayılıb . Hazırda öz hündürlüyünə (162 м, və ya 532 fut) görə dünyada 3-cü yeri tutan bu flaqştok 2010-cu ildə tikilib hazır olmuşdur .
Bayraq qalmaqalı
Bayraq qalmaqalı — Azərbaycan və Türkiyə münasibətlərində 2009-cu ildə baş vermiş gərgin siyasi mərhələ. == Tarixi == Azərbaycan və Türkiyə arasında "Bayraq qalmaqalı" 14 oktyabr 2009-cu ildə Bursada keçirilən Türkiyə-Ermənistan milli matçı zamanı Azərbaycan bayraqlarının stadiona buraxılmaması ilə bağlı FİFA baş katibi və təşkilat komitəsi sədrinin imzası ilə Türkiyə Futbol Federasiyasının baş katibi Əhməd Güvənərə göndərilən məktubun icrasından sonra başlanmışdır. Bursadakı matçdan sonra Azərbaycan və Türkiyə arasında münasibətlər gərginləşib. Azərbaycan da Bakıda türk əsgərlərinin abidəsindən Türkiyə bayrağını endirib. Türkiyə bununla bağlı Azərbaycana nota da vermişdir. Bakıdakı Şəhidlər xiyabanında 1918-ci ildə Bakının azad olunması uğrunda gedən döyüşlərdə həlak olmuş türk əsgərlərin xatirəsinə 1999-cu ilə qoyulmuş abidənin ətrafından bayraqlar 2009-cu il oktyabrın 16-da götürülmüşdü. Dəmir bayraq dirəkləri kəsilib çıxarılmış, yerinə daş plitələr döşənmişdi. Bursadakı matçda baş verənlərlə əlaqədar olaraq Bursa valisi Şahabəddin Harput 24 oktyabrda keçirdiyi ayrıca mətbuat konfransında bununla bağlı açıqlama verərək bildirmişdir ki, Bursada Türkiyə-Ermənistan matçında Azərbaycan bayraqlarının yerə atılmasına görə bir amir (polis rəisi, yaxud rəis müavini vəzifələrinə uyğun gəlir) və 2 polis əməkdaşı haqda intizam araşdırmasına başlanıb, polislərdən biri işindən kənarlaşdırılıb. Harput demişdir ki, stadiona girişdə, nəzarət və aramalar əsnasında bəzi Azərbaycan bayraqlarının mətbuatda yer alan xoş olmayan görüntüləriylə bağlı valilikdə aparılan araşdırma artıq bitmişdir. Bunun üçün polisin özünün qeydə aldığı kamera görüntüləri, xəbərin yer aldığı 10 beynəlxalq telekanal, 3 yerli kanal, yerli və beynəlxalq mətbuat orqanlarında çıxan foto və xəbərlər incələnmişdir.
Tuğ (Bayraq)
Tuğ — əski türkcə bayraq deməkdir. Tarixi bilgilərə görə tuğ başında at və ya çöl öküzü quyruğu bağlanan nizədir. Tuğ bayraq və sancaqdan fərqli bir bəlgə idi. Bu bəlgə ordu, qoşun başçılarına təqdim olunurdu. Vəzifədən asılı olaraq tuğun sayı dəyişilirdi. Əski türk savaş nizamında "Tümən tuğu", "doqquz tuğlu tudun" adlı terminlər vardı. Tuğ, türk və altay xalq mədəniyyətində, həmçinin dövlət ənənəsində hökmranlıq simvoludur. Bayrağın təpəsinə ilişən at quyruğu, tükdən edilən flama şəklindədir. Tog və ya tuk şəklində də deyilər. Monqollar tug deyərlər.
Al bayraq (qəzet)
Al bayraq — leqal bolşevik qəzeti, Hümmət Partiyasının orqanı. == Tarixi == İlk və yeganə nömrəsi 1920-ci il martın 31-də Bakıda Azərbaycan dilində çıxmışdır. Redaktoru Əliheydər Qarayev idi. Əliheydər Qarayevdən əvvəl "Al bayraq" Əhməd Cövdət Pepinovun müdirliyi ilə həftədə iki dəfə nəşr olunmuş, 1919-cu ildə Tiflisdə nəşri dayandırılıb, Bakıya köçürülmüşdür. Qəzet Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin fəaliyyətini tənqid edir, Birinci dünya müharibəsində iştirak edən dövlətlərin işğalçılıq siyasətinə qarşı çıxır, bolşevizmə xidmət edərək, kütlələri sosialist inqilabı uğrunda mübarizəyə çağırırdı. "Al bayraq" qəzeti dövlətə qarşı çıxış etdiyi üçün Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən bağlanmışdır.
Bayraq Meydanı (Şuşa)
Şuşa Bayraq meydanı — Şuşa şəhərində Vaqif Cəfərov küçəsində yerləşir. Bayraq Meydanı amfiteatr ilə əhatələnib. Ərazinin ümumi sahəsi 9190 kvadratmetr, yaşıllıqların sahəsi 3693 kvadratmetr, bayraq dirəyinin hündürlüyü isə 11,7 metrdir. Ərazidəki çoxillik bitkilərin mütləq əksəriyyəti saxlanılaraq layihəyə inteqrasiya olunub. Yaşıllaşdırma işlərində yerli bitkilərdən, o cümlədən çinar ağaclarından istifadə olunub. == Tarixi == 2021-ci ilin yanvarın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad olunmuş Şuşa şəhərinin mərkəzində Azərbaycan bayrağını qaldırıb. 2024-cü ilin may ayından Bayraq Meydanının yenidən qurulması işlərinə başlanılıb. Sentyabrın 19-da İlham Əliyev Bayraq Meydanının açılışını edib. Bayraq Meydanında Zəfər muzeyinin də inşası nəzərdə tutulur.
Ağ-göy-ağ bayraq
Ağ-göy-ağ bayraq — üç bərabər üfüqi zolaqdan (ağ, göy və ağ) ibarət bayraq. Bu bayraq Rusiyanın Ukraynaya təcavüzündən sonra Rusiyada müharibə əleyhinə etirazların simvoluna çevrilib. Bayraq 2022-ci ilin əvvəlində müharibə əleyhinə etirazların simvolu kimi Rusiyadakı müxalifət qüvvələri arasında geniş yayılıb. Fəalların fikrincə, bayraq ilk növbədə insanları sülh və azadlıq uğrunda birləşdirən simvoldur. == Tarixi == Ağ-göy-ağ bayrağın istifadə edildiyi ilk məlum yer 2006-cı ildə meydana çıxan Novqorod Respublikasının virtual dövlətinin internet saytı (“Noveqradeskaya Respublika”) olmuşdur. Bayraq Velikiy Novqorodun o vaxtkı rəsmi bayrağına əsaslanırdı. Saytın yaradıcısı, amerikalı proqramçı Martin Posthyumusun sözlərinə görə, layihə Novqorod Respublikasının qoşunlarının Şelon döyüşündə Moskva Knyazlığının qoşunlarını məğlub etdiyi alternativ tarixin nümunəsi kimi düşünülmüşdür. İlk dəfə 22 avqust 2019-cu ildə LiveJournal istifadəçisi Andrey Çudinov tərəfindən Rusiyanın alternativ bayrağı kimi istifadə edilməsi təklif edilib. Bu bayraqdan müharibə əleyhinə etirazın simvolu kimi istifadə edilməsi 28 fevral 2022-ci ildə Tvitter istifadəçilərindən biri tərəfindən təklif edilmişdi. Bundan sonra bu bayraqdan, müharibə əleyhinə çıxış edən müxalifət qüvvələri istifadə etməyə başladılar.
Bayraq Radio Televiziya Qurumu
Bayraq Radio Televiziya Qurumu (BRT), Şimali Kipr hökumətinə aid radio və televiziya təşkilatı. Xəbər, musiqi proqramı, kəndləri təqdimat məqsədli proqramları nəşr. BRT-nin ilk nəşr həyatı 1963-cü ildə bir qarajda 2 mücahid tərəfindən radio yayımı olaraq qurulmuşdur. [Qaynaq ifadə edilməli] İlk yayım sözü isə "Bayraq, Bayraq, Bayraq" deyə verilmişdi. 1996-cı ildə ilk xüsusi radio kanalı First FM və ilk xüsusi TV kanalı Tempo TV-nin qurulmaları nəticəsində təklik xüsusiyyətini itirən BRTK; hələ də ölkədəki 5 TV kanalından ikisini, 24 radio kanalından da 5-ni strukturunda saxlamaqdadır. Xüsusi radio və televiziyaların qurulmağa başladığı 1996-cı ilə qədər Şimali Kiprin tək nəşr təşkilatı olan BRTK-nın təməlləri 1960-cı illərə qədər gedib çıxır. 1960–1963 illər arasında Kipr adasının tək nəşr təşkilatı olan CBS (İngiliscə: Cyprus Broadcasting Corporation) (Kipr Yayım Təşkilatı), 1960 Kipr Konstitusiyası lazımınca% 70 Kiprli Rumlar'dan,% 30 da Kiprli Türklər'dən ibarət idi. 1963də başlayan və namizədi 1974 Kipr Harekâtı'na aparan qarşıdurmalar üzündən Kipr türkləri, CBC'ten ayrıldı. Ölkənin yeganə nəşr təşkilatında hər hansı bir şəkildə təmsil edilməyən Türklər, bu ehtiyacları səbəbiylə 1964-cü ildə 6 ədəd radio stansiyası quraraq nəşrə soxdular. Bayraq Radiosu, Canbulat Radiosu, Lefke Bayraq Radiosu, Qazi Bafın səsi radiosu, Larnaka Təbiətin səsi Radiosu və Limasol Radiosu adı verilən bu 6 kanal "Bayraq Radioları" ortaq adıyla anılıyorlardı.
Vahid Bayraq Altında (1978)
"Qırmızı Bayraq" ordeni (Azərbaycan SSR)
"Qırmızı bayraq" ordeni — Azərbaycan SSR-in ilk dövlət mükafatı. == Tarixi == 1920-ci ildə Azərbaycan SSR İnqilab Komitəsinin təşəbbüsü ilə təsis edilmişdir. == Təsviri == Bu ordenin eskizinin müəllifi İbrahim ağa Vəkilov olmuşdur. Eskiz SSRİ-nin "Qırmızı Bayraq" ordeni əsasında Bakı zərgərləri tərəfindən əllə hazırlanmışdır. Ovalşəkilli formada gümüşdən düzəldilmiş və qızıl suyuna çəkilmiş bu nişanın ölçüsü 3,5 x 4,5 sm idi; hər iki tərəfdən yarpaqlarla haşiyələnmişdi. Fəxri nişanın aşağısında qırmızı rənglə mina qatı çəkilmiş lentin üzərində "АССР" (yəni — rus. Азербайджанская Советская Социалистическая Республика) abreviaturu həkk olunub. Ordenin ortasında Qırmızı mina qatı çəkilmiş qırmızı ulduz və oraq-çəkic yerləşdirilmişdir. Ordenin milli əlaməti onun ortasında yerləşdirilən qırmızı mina qatı çəkilmiş aypara ilə xarakterizə olunur. Ordenin aşağı yarımçevrəsində ağ mina qatı üzərində ərəb qrafikası ilə "Azərbaycan İctimai Şura Cümhuriyyəti" sözləri qravür edilmişdir.
Vahid bayraq altında (film, 1978)
Dəniz işarə bayraqları
Beynəlxalq dəniz işarə bayraqları — 1857-ci ildən tətbiq olunmağa başlanılmışdır. Bu işarələr donamada gəmilərarası məlumat ötürməyə xidmət edirdi. 1887-ci ilə qədər "Ticarət gəmiləri üçün işarə kodlarının sistemi". İlkin işarə qövsü 18 bayraqcıqdan ibarət olmuşdur. 1 yanvar 1901-ci ildən bütün dəniz ölkələri bu işarə tağını qəbul etmişdirlər. 1931-ci ildə 8 ölkənin nümayəndəsi olan beynəlxalq komissiya işarələr tağını təkmilləşdirmişdirlər.
Rahat bayraqlar
Rahat bayraqlar — dövlət bayraqları. Vergilərə, əmək haqqına, sosial sığortaya və s. çəkilən xərcləri aşağı salmaq məqsədilə bir sıra inkişaf etmiş ölkələrin sahibkarları öz gəmilərini dövlət bayraqları altında üzdürürlər. Məsələn, gəmilərin ingilis bayrağı altında üzməsi əlavə olaraq vergi güzəştləri əldə etmək deməkdir. Bundan ötrü gəmi şirkətlərinin gəmilərini Qibraltar, Men adası kimi Britaniya limanlarında qeydiy-yata salması kifayətdir.
Bir kərə yüksələn bayraq, bir daha enməz
"Bir kərə yüksələn bayraq bir daha enməz" — XX əsrdə Azərbaycanda müstəqillik hərəkatının əsas şüarı. Şüar Azərbaycan ictimai-siyasi xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri, Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının Rəyasət Heyətinin sədri (may-dekabr 1918) Məhəmməd Əmin Rəsulzadəyə məxsusdur. == Tarixi == Birinci Dünya müharibəsinin sonuna yaxın Rusiya imperiyası parçalandı. İmperiyanın tərkibində olan Cənubi Qafqaz bölgəsi də müstəqil dövrünə qədəm qoydu. Cənubi Qafqazda yaşayan üç əsas millət birləşərək ümumi Zaqafqaziya Federasiyasını yaratdılar, lakin onun ömrü uzun sürmədi. Belə ki, Müstəqil Azərbaycan dövlətinin yaranması Zaqafqaziya Demokratik Federativ Respublikasının parçalanması nəticəsində baş verdi. 1918-ci il may ayının 27-də artıq keçmiş Zaqafqaziya Seyminin müsəlman fraksiyası yaranmış siyasi vəziyyəti müzakirə etmək üçün fövqəladə iclas çağırdı. Uzun sürən müzakirələrdən sonra Müvəqqəti Milli Şura yaratmaq qərara alındı. Müvəqqəti Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının sədri vəzifəsinə Məhəmməd Əmin Rəsulzadə (Müsavat Partiyasının MK sədri), İcra Komitəsinin sədri vəzifəsinə isə Fətəli xan Xoyski (bitərəf) seçildi. 1918-ci il may ayının 28-də Milli Şuranın birinci iclası keçirildi və iclasda Azərbaycanın müstəqil dövlət elan olunması haqqında tarixi qərar qəbul edildi.
Osmanlı imperiyasının bayraqları
Osmanlı imperiyasının bayraqları — Osmanlı imperiyasının mövcudiyyəti boyunca istifadə etdiyi müxtəlif bayraqlar. Osmanlı imperiyasının klassik dövrdə istifadə etdiyi müəyyən bayrağı yoxdur. Sultanların suvernelik əlamətləri olaraq müxtəlif tuğ, tuğra və sancaqlar istifadə edilmişdir. Osmanlı dövlətinin quruluşu ilə dövlətin varlığının simvolu olaraq Səlcuqlu hökmdarı tərəfindən Osman Qaziyə Ağ Sancaq göndərilmişdir. Ay-ulduzun simvol olaraq qəbulu III Mustafa (1757–1774) dövründə başlamış, I Əbdülhəmid (1774–1789) və III Səlim (1789–1807) dövrlərində davam etmişdir. Alfred Znamierovskiyə görə, Osmanlı imperiyasının ay-ulduzlu qırmızı bayrağı istifadə etməyə başlaması 1793-cü ildən başlamışdır. Bu ilə aid əmrdə donanma kalyonlarına çəkilərək sancaqların al rəngdə olması və üzərilərində ağ ay və ulduzun olması əmr edilmişdir. 1844-cü ildə bu bayrağın bir versiyası Tənzimat reformunun bir hissəsi olaraq rəsmi Osmanlı bayrağı edildi. Bu bayraq hələ də Türkiyə Respublikasının bayrağı olaraq istifadə edilməkdədir. Bayrağın geometric xüsusiyyətləri 1936-cı ildəki "Türk bayraq qanunu" ilə hüququ baxımdan standartlaşdırılmışdır.
Bayraqdar (Qars)
Bayraqdar — Türkiyənin Qars vilayətinin Mərkəz rayonunda kənd. Əhalisi 336 nəfərdir (2022).
Bayraqdar (dəqiqləşdirmə)
Bayraqdar
Bir kərə yüksələn bayraq bir daha enməz
"Bir kərə yüksələn bayraq bir daha enməz" — XX əsrdə Azərbaycanda müstəqillik hərəkatının əsas şüarı. Şüar Azərbaycan ictimai-siyasi xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri, Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının Rəyasət Heyətinin sədri (may-dekabr 1918) Məhəmməd Əmin Rəsulzadəyə məxsusdur. == Tarixi == Birinci Dünya müharibəsinin sonuna yaxın Rusiya imperiyası parçalandı. İmperiyanın tərkibində olan Cənubi Qafqaz bölgəsi də müstəqil dövrünə qədəm qoydu. Cənubi Qafqazda yaşayan üç əsas millət birləşərək ümumi Zaqafqaziya Federasiyasını yaratdılar, lakin onun ömrü uzun sürmədi. Belə ki, Müstəqil Azərbaycan dövlətinin yaranması Zaqafqaziya Demokratik Federativ Respublikasının parçalanması nəticəsində baş verdi. 1918-ci il may ayının 27-də artıq keçmiş Zaqafqaziya Seyminin müsəlman fraksiyası yaranmış siyasi vəziyyəti müzakirə etmək üçün fövqəladə iclas çağırdı. Uzun sürən müzakirələrdən sonra Müvəqqəti Milli Şura yaratmaq qərara alındı. Müvəqqəti Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının sədri vəzifəsinə Məhəmməd Əmin Rəsulzadə (Müsavat Partiyasının MK sədri), İcra Komitəsinin sədri vəzifəsinə isə Fətəli xan Xoyski (bitərəf) seçildi. 1918-ci il may ayının 28-də Milli Şuranın birinci iclası keçirildi və iclasda Azərbaycanın müstəqil dövlət elan olunması haqqında tarixi qərar qəbul edildi.
Qırmızı Bayraqlı Qafqaz ordusu
Qırmızı Bayraqlı Qafqaz ordusu (rus. Краснознамённая Кавказская армия) — 1921-ci ildən 1935-ci ilə qədər mövcud olmuş sovet ordusu. Ordu yarandığı zaman Müstəqil Qafqaz Ordusu adlandırılmış və 1923-cü ilin avqust ayına qədər "Qırmızı Bayraqlı Qafqaz ordusu" adlandırılana qədər bu adı daşımışdır. 1935-ci il mayın 17-də Qırmızı Ordunun bütövlükdə yenidən təşkili ilə əlaqədar Zaqafqaziya hərbi dairəsi kimi yenidən təşkil edildikdən sonra fəaliyyətini dayandırdı. Ordu 6 ərazi diviziyasından, bir hərbi hava qüvvəsindən və bəzi ehtiyat qoşunlardan ibarət idi. Ordu 1921-ci il mayın 29-da ləğv edilmiş Qafqaz cəbhəsinin bir hissəsi olan 11-ci Ordunun tərkibindən 1921-ci il mayın sonunda yaradılmışdır. Ordu Zaqafqaziya Sovet Federativ Sosialist Respublikasının ərazi qüvvələrini birləşdirmişdir. SSRİ Mərkəzi İcraiyyə Komitəsinin Rəyasət Heyətinin 17 avqust 1923-cü il tarixli iclasında Müstəqil Qafqaz Ordusunun Qırmızı Bayraq ordeni ilə təltif edilməsi və onun Qırmızı Bayraqlı Qafqaz Ordusu adlandırılması qəbul edilib. 1921-1933-cü illərdə Qırmızı Bayraqlı Qafqaz Ordusunun hissələri BDSİ bölmələri ilə birlikdə əsasən Çeçenistan və Dağıstanda partizanlara qarşı döyüşlərdə iştirak edirdi.
Uğur Bayraqtutan
Uğur Bayraqtutan (25 fevral 1965, Artvin) — hüquqşünas və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 24, 25, 26, 27 və 28-ci çağırış deputatı. Uğur Bayraqtutan 1965-ci ildə Artvin ilində anadan olub. Ankara Universitetinin Hüquq bölməsini bitirib. Artvin Vəkillər Kollegiyasında İdarə Heyətinin üzvü vəzifəsində təmsil olunub. Siyasətə Sosial Xalqçı Partiyasında (SHP) qoşulub. SHP Artvin il şöbəsinin sədr müavini olub. Daha sonra siyasətə Cümhuriyyət Xalq Partiyasında (CHP) davam edib. CHP Artvin ilçə İdarə Heyətinin üzvü, CHP Artvin İntizam Şurasının sədri, CHP Artvin Seçim Komitəsinin sədri, CHP Artvin il İdarə Heyətinin üzvü və CHP Artvin il sədri vəzifələrində təmsil olunub. 2014–2023-cü illərdə CHP Ali İntizam Şurasının sədri olub. 2011, iyun 2015, noyabr 2015, 2018 və 2023-cü illərdə Artvin ilindən Türkiyə Böyük Millət Məclisinin deputatı seçilib.
Ələmdar (Bayraqdar)
Ələmdar - Ələm ərəbcə “bayraq”, dar isə farsca “-cı” deməkdir. Sözün mənası bayraqçı (bayraqdar) kimi başa düşülə bilər. Ələmdar isə təntənəli bayram günlərində ələm gəzdirirdi. 1555-ci ildə şahzadə Sultan İbrahim Mirzəni seyidlər,xadimlər,əmirlər və vəzirlər tam hörmətlə qarşıladılar.Ələmdarlar bu vaxt ələmləri qaldırdılar. Carçı-şah, vali hakim tərəfindən bir xəbəri, yaxud mətləbi küçədə, bazarda, şəhər meydanında və ya xalq arasında uca səslə elan edirdi. Əlyazmalarda hətta I Şah Təhmasibin oğlanlarından Musa Mirzənin carçı olduğu göstərilir. Mənbələrdə adı çəkilən monhinin də vəzifəsi carçıya bənzəyirdi. 1531-ci ildə monhilər (hərbi xəbərləri verən carçılar) və təvaçilər şahzadə Əlqas Mirzənin 4000 nəfərlik qoşunla köməyə gəldiyini I Şah Təhmasibə xəbər verdilər. Jean-Louis Bacque-Qrammont. Padişah ve Şah.
Bayraqlar
Bayraq — bir ölkəni, təşkilatı, quruluşu və ya birliyi işarələyən, əsasən dördbucaqlı şəklində olan lövhə və ya parça. Bayraqları öyrənən elm sahəsi veksillologiya adlanır. == Tarixi == Bayraqlar ilk illərdə yalnız siqnallaşma üçün istifadə edilmişdir.
Bir kərə yüksələn bayraq bir daha enməz!
"Bir kərə yüksələn bayraq bir daha enməz" — XX əsrdə Azərbaycanda müstəqillik hərəkatının əsas şüarı. Şüar Azərbaycan ictimai-siyasi xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri, Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının Rəyasət Heyətinin sədri (may-dekabr 1918) Məhəmməd Əmin Rəsulzadəyə məxsusdur. == Tarixi == Birinci Dünya müharibəsinin sonuna yaxın Rusiya imperiyası parçalandı. İmperiyanın tərkibində olan Cənubi Qafqaz bölgəsi də müstəqil dövrünə qədəm qoydu. Cənubi Qafqazda yaşayan üç əsas millət birləşərək ümumi Zaqafqaziya Federasiyasını yaratdılar, lakin onun ömrü uzun sürmədi. Belə ki, Müstəqil Azərbaycan dövlətinin yaranması Zaqafqaziya Demokratik Federativ Respublikasının parçalanması nəticəsində baş verdi. 1918-ci il may ayının 27-də artıq keçmiş Zaqafqaziya Seyminin müsəlman fraksiyası yaranmış siyasi vəziyyəti müzakirə etmək üçün fövqəladə iclas çağırdı. Uzun sürən müzakirələrdən sonra Müvəqqəti Milli Şura yaratmaq qərara alındı. Müvəqqəti Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının sədri vəzifəsinə Məhəmməd Əmin Rəsulzadə (Müsavat Partiyasının MK sədri), İcra Komitəsinin sədri vəzifəsinə isə Fətəli xan Xoyski (bitərəf) seçildi. 1918-ci il may ayının 28-də Milli Şuranın birinci iclası keçirildi və iclasda Azərbaycanın müstəqil dövlət elan olunması haqqında tarixi qərar qəbul edildi.
Rusiya Silahlı Qüvvələrinin bayraqlarının siyahısı
Rusiya Silahlı Qüvvələrinin bayraqlarının siyahısı məqaləsində Rusiya Federasiyası Silahlı Qüvvələrinin və Xüsusi Xidmət orqanlarının, qoşunlarının və xidmətlərinin bayraqlarının siyahısı yer alır. Hər bir bayraq müəyyən bir qoşun növünü, bölməni və ya xüsusi təyinatlı qruplaşmanı təmsil edir. == Rusiya Federasiyası Silahlı Qüvvələri qoşunlarının və hərbi birləşmələrinin bayraqları == "İl" qrafasında bayraqların təsdiq olunma və tire ilə ləğv olunma tarixləri göstərilir.

Digər lüğətlərdə