Qızıl bayraq (qəzet)

Qızıl bayraq — Sovet dövründə Tərtərdə nəşr olunmuş qəzet[1]

Qızıl bayraq
Yaranma tarixi 1934
Dil Azərbaycan dili
Ünvan Tərtər
yeniterter.com

1934-cü ildə "Kolxozçuların varlanması yolunda" adı ilə fəaliyyətə başlayan qəzet 1937-ci ildən "Qızıl Bayraq" adı ilə nəşr olunmuşdur. 1963-1965-ci illərdə Tərtər rayonu Bərdə rayonu ilə birləşdiyinə görə, "Qızıl Bayraq" qəzeti Bərdə rayonunun "Kommunizm yolu" qəzeti ilə birləşdirilmiş, 1966-cı ildən yenidən "Qızıl Bayraq" adı ilə nəşr edilmişdir.

Qəzetin baş redaktoru Tofiq Yusif.

1998-ci ildən fəaliyyəti dayanan qəzet 2005-ci ildən etibarən "Yeni Tərtər" adı ilə nəşr edilməyə başlamışdır. "Yeni Tərtər" qəzeti hazırda ayda 3 dəfə oxucuların görüşünə gəlir.[2]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Şahverdiyev A.B. Azərbaycan mətbuatı tarixi. "Təhsil" nəşriyyatı, 2006
  2. http://azertag.az/xeber/Yeni_Terter_qezetinin_80_illik_yubileyi_qeyd_olunmusdur-63450