BAZ

\[fars.\] сущ. тарлан, кард, къизилкъуш; къушар кьун патал гъилив вердишнавай къуш.
BAYTARLIQ
BAZA
OBASTAN VİKİ
Moulin Rouge! Music from Baz Luhrmann's Film
Moulin Rouge! Music from Baz Luhrmann's Film – Baz Luhrmannın 2001-ci ildə çəkdiyi Mulen Ruj! Filminin musiqilərinin toplandığı albomdur. Albom 8 may 2001-ci ildə satışa çıxarılmışdır. Albomda filmdə istifadə edilmiş mahnıların əksəri yer almışdır. Lakin mahnıların bəzilərinin alternative versiyaları daxil edilmiş, iki – üç əsas mahnı isə alboma salınmamışdır. Mahnıların filmdə istifadə edilən original versiyaları və ekstra mahnılar isə ikinci albomda satışa çıxarılmışdır. == Mahnılar == Əsas film musiqisi Devid Bearvold və Kevin Gilbert tərəfindən yazılmış "Come What May" mahnısı albomda olan yeganə original mahnıdır. Açılış mahnısı – "Nature Boy" film üçün Devid Buvi tərəfindən ifa edilmişdir. Filmin gedişatı zamanı isə mahnı, filmdə Tuluzalı Henri rolunu canlandıran aktyor Con Lequizamo tərəfindən ifa edilir.
Moulin Rouge! Music from Baz Luhrmann's Film, Vol. 2
Moulin Rouge! Music from Baz Luhrmann's Film, Vol. 2 — Baz Luhrmannın Mulen Ruj! filminin musiqilərinin satışa çıxarıldığı ikinci albom. Albom 26 fevral 2002-ci ildə çıxarılmışdır. Albom bir il əvvəl çıxarılmış birinci albomun davamıdır. Lakin birinci albomdan fərqli olaraq bu alboma bəzi mahnıların orijinal film versiyası daxil edilmişdir.
Avan bazilikası
Avan Bazilikası – Qərbi Azərbaycanın (indiki Ermənistan) Qırxbulaq mahalında, Ellər (12. 10. 1961 – ci ildən Abovyan) rayonunun Avan kəndində, İrəvandan Baş Gərniyə gedən yolun üstündə qədim türk xristian məbədi. == Tarixi == Məbəd 592 – 598 – ci illərdə inşa edilmiş və dövrümüzə yarımdağılmış vəziyyətdə çatmışdır. 1939 – 1941 – ci illərdə məbəddə ermənilər tərəfindən bərpa işləri aparılmışdır. == Memarlıq xüsusiyyətləri == Tədqiqatçılar indiki məbəd binasının hansısa qədim bir məbədin özülləri üstündə inşa olunmasını qeyd edirlər. Məbəd ərazisində arxeoloji tədqiqatlar zamanı qərb divarı yaxınlığından xüsusi ornamentli naxışlarla bəzədilmiş inşaat materialları və incə yonulmuş daşlar tapılmışdır. Binanın indiki qalıqları iki hissəli platforma üzərində yerləşmişdir. Gümbəz və tavan uçduğundan divarlara ağıqlıq düşməmiş və nisbətən sağlam qalmışdır. Qərbi Azərbaycan ərazisindəki tarixi – memarlıq abidələrini tədqiq etmiş erməni tədqiqatçı Toros Toromanyan qeyd edir ki, məbədin üstündə beş günbəz olmuşdur ki, onlardan da biri böyük olmaqla mərkəzdə, digərləri isə kiçik olmaqla onun ətrafında yerləşmişdir.
Azad bazar
Azad bazar və ya sərbəst bazar — iqtisadiyyatda iştirakçıların sayı məhdud olan qiymətlərin hər hansı xarici amillərdən asılı olmadan yalnız tələb və təklifə uyğun olaraq müəyyən edildiyi bazar. Bu cür bazarda cəmiyyətin bütün üzvləri istənilən təsərrüfat fəaliyyəti ilə tam sərbəst şəkildə məşğul ola bilərlər. Bu bazarda istehsal amillərinin mütləq mobilliyi, kapitalın yerdəyişməsinin qeyri-məhdud sərbəstliyi, bazarın hər bir iştirakçısının bazar haqqında mütləq tam informasiyaya malik olması, eyniadlı məhsulların mütləq mənada yekcins olması inhisarçılıq, monopsoniya, dövlət tənzimləməsinin olmaması, qiymətlərin azad rəqabətin gedişində kortəbii şəkildə müəyyənləşməsi səciyyəvi haldır. Azad rəqabətin heç bir iştirakçısı qeyri-iqtisadi metodlarla başqa iştirakçının qərarına bilavasitə təsir göstərə bilməz.
Açıq bazar əməliyyatları
Ağoğlan bazilikası
Ağoğlan monastırı və ya Sisərnəvəng — Laçın rayonu ərazisində, Ağoğlançayın sahilində, Azərbaycan-Ermənistan sərhəd xətti yaxınlığında yerləşən, V-VI əsrlərə aid Qafqaz Albaniyasına aid bazilikadır. Monastır Sünik vilayətini ilə sərhəd tarixi Xaçın ərazisində yerləşir. Əfsanəyə görə monastır kompleksi daha qədim politeist məbədinin yerində inşa edilmişdir. Xristian inancına görə isə monastırda Müqəddəs Georginin relikviyası saxlanmışdır. Abidə inşaat kitabəsinə malik deyildir; lakin, memarlıq xüsusiyyətlərinə əsasən onun üç əsas inşaat mərhələsi keçdiyi güman edilir. Kilsə ilkin mərhələdə sadə düzbucaqlı formaya malik apsidasız bazilika olmuşdur. Bazilikanın uzun daxili həcmi dörd cüt sütun vasitəsiylə üç nefə bölünür. Orta nef altar hissədə nalvari apsida ilə tamamlanır. Binanın kənarları boyunca uzanan yan neflər isə altar kənarlarında yan otaqlar ilə tamamlanır. Neflər tarğvari örtüyə malikdir: yan neflərin örtüyü yarımdairəvi, mərkəzi nefin örtüyü isə oxvari formaya malikdir.
Aşağı bazar
Aşağı bazar küçəsi – Şuşanın tarixi mərkəzində yerləşən üç əsas magistral küçədən biridir. Aşağı və Rasta bazar küçələrinin kəsişməsi nəticəsində şəhərin əsas ticarət və ictimai mərkəzi olan Meydan formalaşır. Şəhərin ən qədim və mühüm ticarət küçəsi olan Aşağı bazar küçəsi Aşağı meydan və Meydanı birləşdirir. == Tarixi == Şuşa şəhərinin inkişafının ən erkən dövrlərindən etibarən Qarabağ xanlığının paytaxt sakinləri qaladan kənarla geniş ticarət əlaqələri yaratmışdılar. Şəhərin aşağı hissəsində karvansaraların olması artıq həmin dövrlərdə kənardan şəhərə ticarət məqsədilə gələnlərin olmasından xəbər verir. Lakin, Pənahəli xanın dövründə Şuşa ticari əhəmiyyətdən daha çox müdafiə xarakterli qala-şəhər kimi nəzərdə tutulduğuna görə, şəhərdə ticarətin inkişafına bir o qədər də əhəmiyyət verilmirdi. E. Avalov qeyd edir ki, Şuşanın ticarət mərkəzinin tarixi qeyd edilməmiş baş planda əks etdirilmiş memarlıq-planlaşdırma kompozisiyası da həmin dövrdə ticarətin səviyyəsini əks etdirir. Buna görə də kiçik həcmli ticari əlaqələr mühitində Aşağı bazar kimi kiçik ticarət küçəsi yetərli idi. == Xüsusiyyətləri == Aşağı bazar küçəsi XIX əsrin I yarısına kimi Şuşanın əsas kompozisiya-planlaşdırma strukturunun mərkəzində məhz bu küçə dayanırdı. Şuşa şəhərinin tarixi qeyd edilməmiş baş planına görə, XIX əsrin əvvəllərində bu küçə şəhərdə yeganə dəqiq planlaşdırılmış ticarət magistralı olmaqla, hər iki tərəfində qırmızı xətt boyunca ticarət sıraları yerləşirdi.
Bakı Bazarlarının Tipləri (1907)
Bakı bazarlarının tipləri ― rejissor Vasili Amaşukeli tərəfindən 1907-ci ildə çəkilmiş qısametrajlı sənədli film. Kinosüjet Bakı həyatından bəhs edir. Film günümüzə qədər gəlib çatmayıb. == Filmin üzərində işləyən == Rejissor: Vasili AmaşukeliOperator: Vasili Amaşukeli == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Bakı bazarlarının tipləri (film, 1907)
Bakı bazarlarının tipləri ― rejissor Vasili Amaşukeli tərəfindən 1907-ci ildə çəkilmiş qısametrajlı sənədli film. Kinosüjet Bakı həyatından bəhs edir. Film günümüzə qədər gəlib çatmayıb. == Filmin üzərində işləyən == Rejissor: Vasili AmaşukeliOperator: Vasili Amaşukeli == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Baza
Baza [yun. basis – əsas, özül] – əsas, nəyinsə əsası – özülü, bünövrəsi. Baza sözü müxtəlif mənalarda işlənə bilər: Anbar, emalatxana, istinad məntəqəsi və s. Məsələn, böyük anbar, təchizatla məşğul olan müəssisə; Hərbi hissə yerləşən ərazi, bəzən ordunu, ekspedisiyanı və ya bir müəssisəni təmin etmək üçün ehtiyat; Mədəni-maarif işlərinin bu və ya digər sahəsinə xidmət edən məntəqə; Mənbə; Müəyyən vaxt dövrünə aid edilən, digər analoji göstəricilərlə müqayisə üçün əsas sayılan göstəricilər, məlumatlar. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. "Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər", Bakı, "İnformasiya Texnologiyaları", 2009, 201 s.
Baza (cins)
Kəkilli çalağan (lat. Aviceda) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinə aid heyvan cinsi.
Baza inflyasiya
Baza təhsil
Baza verilənlərin proqramlaşdırma dilləri
Baza verilənlərin proqramlaşdırma dilləri — bu qrup dillər alqoritmik dillərdən həll etdiyi məsələlərə görə fərqlənir. İlk bazalar böyük informasiya massivlərinin emalına və müəyyən əlamətə görə bir qrup informasiyanın seçilməsinə ehtiyac olanda yaradılmışdır. Bunun üçün strukturlaşdırılmış sorğular dili SQL (structured query language) dili yaradılmışdır. O güclü riyazi nəzəriyyəyə əsaslanmaqla verilənlər bazasını effektiv emal etməyə imkan yaradır. Böyük verilənlər bazalarını idarə etmək, onları effektiv emal etmək üçün VBİS (verilən bazasının idarəetmə sistemi) yaradıldı. Hal-hazırda dünyada 5 aparıcı VBİS istehsalçısını göstərə bilərik: Microsoft (SQL Server), İBM (DB2), Oracle Software AG (Adabas), İnformix Sybase. Onların məhsulları şəbəkədə minlərlə istifadəçinin eyni zamanda işini dəstəkləyir, verilənlər bazaları isə paylanmış şəkildə bir neçə serverdə saxlanıla bilər.
Baza və superstruktur
Marksist superstruktur, marksist cəmiyyət nəzəriyyəsində insanın subyektivliyi ilə cəmiyyətin maddi varlığının vəhdətinin ilkin formasıdır. Forma müəyyən dərəcədə obyektiv, müəyyən dərəcədə subyektivdir. İnfrastruktur məhsuldar qüvvələrdən və istehsal münasibətlərindən (işçi-işəgötürənin əmək şəraiti, əmək bölgüsü, mülkiyyət münasibətləri və s.) ibarətdir. Marksist nəzəriyyədə infrastruktur, superstrukturu təşkil edən mədəniyyət, institutlar, siyasi qüvvələr münasibətləri, rollar, rituallar və dövlət kimi cəmiyyətin digər münasibətlərini və düşüncələrini müəyyən edir. Güman edilir ki, superstruktur və infrastruktur arasındakı əlaqə dialektik xarakter daşıyır, "dünyada" rmövcud olan eal varlıqlarla arasında heç bir fərq qoyulmur.
Baza yağları
Baza yağları - avtomobillərdə istifadə etdiyimiz mühərrik yağın tərkibinə daxildir. == Növləri == Adətən baza yağları üç qrupa bölünür: sintetik, yarım sintetik və mineral, amma faktiki olaraq bu qrupların sayı beşdir. Amerika neft institutun klassifikasiyasına (APİ) əsasən bu qruplar üç növ göstəricilərlə seçilir: kükürdün miqdarı, doymuş karbohidrogen miqdıarı və özüllülük indeksi. Kükürd metalların korroziyasını yaradır, kükürdlü birləşmələrin yandırılması zamanı kimyəvi oksidləşməyə səbəb olan turşular əmələ gəlir. Kükürdün mövcudluğu baza yağların xüsusiyyətlərinə neqativ təsir edir. Doymuş karbohidrogenlər, doymamış karbohidrogenlərldən fərqli olaraq, daha sabitdirlər və daha asta oksidləşirlər. Doymuş karbohidrogenlər nə qədər çox mövcüddür, o qədər da baza yağı oksidləşir, köhnəlir və deqradasiya olunur. Özüllülük indeksi – bu miqdar yağın özlülüyü temperatur asılılığından göstəricisidir. Yuxarı indeksli yağlar temperaturdan asıllığ dərəcəsi azdır, bununla yağın aşağı temperatur xüsusiyyətləri daha yaxşılaşır. O deməkdir ki, yağın özüllülük indeksi nə qədər yuksək olarsa, yağın xüsusiyyətləri o qədər yüksək olar.
Bazaleti
Bazaleti Tiflis quberniyasının Duşet qəzasında (indi Duşeti rayonunda) kənd adı. == Toponimkası == Bazaleti- Tiflis quberniyasının Duşet qəzasında (indi Duşeti rayonunda) kənd adı. Xəzərlərin Bizal tayfasının adından və gürcücə eti "yer" sözündəndir.
Bazaleti gölü
Bazaleti gölü (gürc. ბაზალეთის ტბა) — Gürcüstanda, Duşeti şəhərindən 5 km cənubda yerləşən göl. Dəniz səviyyəsindən 879 metr yüksəklikdə yerləşir. Sahəsi 1,22 km²-dir. Ən dərin yeri 7 metrdir. Həcmi 4 milyon km³-dir. Əsasən balıqçılıq, suvarma və istirahət sahələrində istifadə olunur. Yaxınlıqdakı kənd və tarixi rayon Bazaleti kimi tanınır. Gölün yanında Bazaleti qəsəbəsi mövcüddur. 1626-cı ildə burada 2 gürcü qrup arasında döyüş baş verdi.
Bazalt
Bazalt — normal cərgəli effuziv dağ süxuru, ən çox yayılan kaynotip süxurları. == Haqqında == Bazaltlar püskürmə suxurların əsas kütləsini təşkil edir. Onlar müasir okeanların diblərini təşkil etməklə yanaşı, quru sahələrdə də geniş əraziləri tutur. Məsələn, Mərkəzi Sibirdə çox böyük ərazi qalın bazalt layları ilə örtülmüşdür."Bazalt" həbəş dilində "bazal" (dəmirsaxlayan daş) sözündən törəmişdir və ilk dəfə Böyük Plini tərəfindən işlədilmişdir. Liparitlərdən fərqli olaraq bazaltlar qara rəngdə olur. Bazalt maqması daha duru olduğuna görə nazik axınlar yaradır və bu səbəbdən də daha tez soyuyur. Ona görə də bazaltların petroqrafik tərkibində vulkan şüşəsi çox olur. Maqmadan ayrılan qazların hesabına bazalt suxurları, adətən məsaməli olur. Bazalt maqması soyuyarkən çox vaxt bazalt suxurlarının içərisində seolit və kalsit kristallarının yelpikvari formaları əmələ gəlir. Bazalt suxurlarının içərisindəki boşluqlarda bəzən aqat mineralının nazik zolaqlım kristallarına rast gəlinir.
Bazalt maqması
Maqma (yun. μάγμα — qatı yağ, xəmir) — Yer qabığında və ya yuxarı mantiyada, böyük olmayan dərinlikdə təbii halda yaranan, soyuduqda maqmatik dağ qayalarna çevrilən, silikat tərkibli, isti və maye ərintidir. Axan maqma lava adlanır. == Geomorfoloji termin == Maqma — (rus. магма, ing. maqma) Yerin dərinliyində əmələ gələn mürəkkəb, əksərən silikat tərkibli ərgin, qızğın kütlə. M. tərkibində oksigen, silisium, alüminium, dəmir, maqnezium, natrium və kaliumun üstünlük təşkil etdiyi çoxlu miqdarda kimyəvi elementlərin birləşmələrindən, bəzən bir neçə faizi uçan komponentlərdən (su, kükürd, hidrogen, ftor, xlor və s.) təşkil olmuş məhluldan ibarətdir. == Kimyəvi tərkibi == Maqmada demək olar ki, bütün kimyəvi elementlərə rast gəlinir, onların arasında: Si, Al, Fe, Са, Mg, К, Ti, Na, həmçinin müxtəlif uçan komponentlərə (karbon oksidi, kükürd, hidrogen, flüor, xlor və s.) və buxarşəkilli suya da rast gəlinir. Uçan komponentlər maqmanın kristallaşması zamanı müxtəlif minerallara daxil olur. Nadir hallarda qeyri-silikat tərkibli maqmatik ərintilər mövcud olur.
Bazalt qat
Bazalt — normal cərgəli effuziv dağ süxuru, ən çox yayılan kaynotip süxurları. == Haqqında == Bazaltlar püskürmə suxurların əsas kütləsini təşkil edir. Onlar müasir okeanların diblərini təşkil etməklə yanaşı, quru sahələrdə də geniş əraziləri tutur. Məsələn, Mərkəzi Sibirdə çox böyük ərazi qalın bazalt layları ilə örtülmüşdür."Bazalt" həbəş dilində "bazal" (dəmirsaxlayan daş) sözündən törəmişdir və ilk dəfə Böyük Plini tərəfindən işlədilmişdir. Liparitlərdən fərqli olaraq bazaltlar qara rəngdə olur. Bazalt maqması daha duru olduğuna görə nazik axınlar yaradır və bu səbəbdən də daha tez soyuyur. Ona görə də bazaltların petroqrafik tərkibində vulkan şüşəsi çox olur. Maqmadan ayrılan qazların hesabına bazalt suxurları, adətən məsaməli olur. Bazalt maqması soyuyarkən çox vaxt bazalt suxurlarının içərisində seolit və kalsit kristallarının yelpikvari formaları əmələ gəlir. Bazalt suxurlarının içərisindəki boşluqlarda bəzən aqat mineralının nazik zolaqlım kristallarına rast gəlinir.
Bazan
Bazan (fars. باذان‎) (Bazan ibn Sasan) — Sasanilər imperiyasının Yəməndə mərzibanı. == Həyatı == Həbəşistanın Yəmən valisi Əbrəhənin iki oğlu Məsruk ilə Yəksumun Yəməndəki yerli ərəblərə qarşı böyük bir zülm və qətliama girişməsi üzərinə Himyarilərin soyundan gələn Seyf ibn Zuyazan Həbəşlilərə qarşı Sasanilər imperiyasıdan yardım istəmiş, Kisra I Xosrov da (Ənuşirvani Adil 531-579), yaşlı və təcrübəli komandanlarından Vəhrizi kiçik bir orduyla Yəmənə göndərmişdi. Aparılan savaşda vali Məsruk öldürülmüş və Seyf ibn Zuyazan Sənada iqtidarı ələ keçirmişdi. Həbəşlilərin bir neçə il sonra Seyfi öldürmələri üzərinə Kisra, Vəhrizi dörd min əsgərlə təkrar Yəmənə göndərmişti. Ölümünə qədər Sənada Sasanilər valisi olaraq qalan Vəhrizdən sonra sırasıyla Mərziban, Təynucan, Xürrə Xosrov və Bazan vali olmuşdular. Bazan iranlı əsgərlərin Yəmənli qadınlarla evlənməsi nəticəsində təşəkkül edən və Əbna adı verilən zümrəyə mənsubdu. peyğəmbərin dəvəti üzərinə müsəlman oldu. Onun müsəlman oluşuna dair xəbərlər, peyğəmbərin Kisraya (II Xosrova) göndərdiyi məktubla ilgili rəvayətlər arasında yer almaqdadır. peyğəmbər hicrətin 7- (628-ci) ildə Abdullah ibn Huzafə əs-Səhmiyi bir məktubla Kisra II Xosrov Pərvizə göndərmişdi.
Bazansat (Askın)
Bazansat (rus. Базанчатово, başq. Баҙансат) — Başqırdıstan Respublikasının Askın rayonunda yerləşən kənd. Kənd Kışlauyılfa kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Askın): 52 km, ən yaxın dəmiryol stansiyasından (Çernuşka stansiyası): 50 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə tatarlar (26 %), başqırdlar (72%) üstünlük təşkil edir.
Bazar
Bazar (fars. بازار‎) – satıcı və alıcıların alış-veriş etdiyi məkan, ticarət obyekti. Bazarın ən sadə və həm də ən mühüm tərkib hissəsi əmtəələrin alqı-satqı əməliyyatıdır. Bu prosesdə əmtəə və pul satıcı ilə alıcının münasibətə girmələri üçün iqtisadi vasitələrdir, bazarın mövcudluğunun zəruri şərtlərdir (komponentlərdir). Deməli, bazarın mövcudluğu üçün onun subyektləri (alıcı və satıcı) və vasitələri (pul və əmtəə) olmalıdır. Lakin alqı-satqı əməliyyatının baş verməsi üçün hər iki bazar subyektinin marağı (mənafeyi) olmalıdır. Onları bazara gətirən də elə budur, mənafelərdir. Deməli, bazar mənafeləri reallaşdıran iqtisadi mexanizmdir ki, onun da bir çox ünsürləri mövcuddur. == Tarix == Tarixən əvvəl, yerli bazarlar yaranır və onların inkişafı region bazarlarının meydana gəlməsinə səbəb olur. Regionlararası iqtisadi əlaqələrin yaranması və genişlənməsi milli bazarın formalaşmasına gətirib çıxarır.
Bazar-Cümə
Bazar-Cümə — İranın Gilan ostanında yerləşən şəhər. Bazar-Cümə əhalisinin əksəriyyətini giləklər təşkil edir.
Bazar (Xaçın kənd)
Bazar - Yuxari Qarabağın Xaçın nahiyəsində kənd adı. == Toponim == Bazar - Yuxarı Qarabağın Xaçın nahiyəsində kənd adı. Şah Mənsur kəndinin yaxınlığında yerləşir. Bazar, qədim türkmənşəli tayfanın adındandır. Tiflis quberniyasının Siqnaxı qəzasında Bazarxevi. Gürcüstanda Bazarı yaşayış məntəqə adı. Bu ad 1392-ci ildə cəkilmişdir. Qıpçaq mənşəli Basar tayfasının adındandır. Qırğızlarda Bazar, qaraqalpaqlarda və kalmıklarda Basar tayfaları məlumdur. Qafqazda bazar sözündən düzəlmiş coxlu dağ, çay və kənd adları vardı: Bazarçay, Bazaryurd, Şimali Qafqazda Qaranoqoy dairəsində Bazarnur, Zaqatala qəzasında Bazarqobu və s.
Bazar (Zaqatala)
Bazar — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. Kənd Çobankol bələdiyyəsinin tərkibindədir. == Əhalisi == 659 əhalisi var.

Digər lüğətlərdə