BİOLOJİ

прил. биологиядин; биологиядиз талукь (хас) тир.
BİOLOGİYA
BİOLOQ
OBASTAN VİKİ
Bioloji akustika
Bioloji akustika heyvanlar tərəfindən yaradılır. Buna misal olaraq yarasa misal göstərmək olar. Yarasaların gözü gormür, ancaq o özündən səs dalğaları buraxaraq öz öz yolunu davam edir.O səs dalğalarını göndərdikdən sonra həmən səs hər hansı maneə və yaxud cismə dəyib özünə qayıdır.Ancaq biz bunu eşidə bilmirik, çünki insan qulağı ancaq 16 Hs və 20 000Hs tezlikli səs dalğalarını eşidə bilir.Bu səslər isə 16Hs-dən aşağı səslərdir.
Bioloji analiz
Bioloji analiz – sututarın üzvi çirklənmə dərəcəsinin təyinidir. Bu müayinə suyun keyfiyyətinin biogöstərici orqanizmlərin çirklənmənin səviyyəsinə verdikləri cavab reaksiyasına əsasən qiymətləndirilməsini nəzərdə tutur və su ekosistemlərininin qorunmasına xidmət edir. Suyun sanitar-bakterioloji göstəriciləri, onun içmək üçün yararlığı xüsusi mütəxəssislər, əsasən həkimlər tərəfindən müəyyən edilir. == Ədəbiyyat == 1. Axundov M.A., Mehrəliyev Ə.Ə., Əliyev A.R., Muradova E.Ə. Bioloji terminlər lüğəti. Bakı, 2005, 260 s.
Bioloji axım
Bioloji axım – çaylarda diri və ölü orqanizmlərin, çirkləndirici maddələrin aşağıya, dənizlərə və okeanlara doğru yerdəyişməsidir. == Ədəbiyyat == 1. Axundov M.A., Mehrəliyev Ə.Ə., Əliyev A.R., Muradova E.Ə. Bioloji terminlər lüğəti. Bakı, 2005, 260 s.
Bioloji monitorinq
Bioloji monitorinq – antropogen təsirlər nəticəsində bioloji sistemdə baş verən dəyişikliklərin aşkar edilməsinə və qiymətləndirilməsinə xidmət edən informasiya toplama sistemidir. Monitorinqin əsas məqsədi əslində insanların sağlamlığı, heyvanların normal yaşayışı üçün yaranacaq təhlükəli şərait haqqında xəbərdarlığın öncədən edilməsidir.
Bioloji mühit
Bioloji mühit — biosenozun yaratdığı ətraf mühit. == Ədəbiyyat == R. Ə. Əliyeva, Q. T. Mustafayev, S. R. Hacıyeva. "Ekologiyanın əsasları" (Ali məktəblər üçün dərslik). Bakı, "Bakı Universiteti" nəşriyyatı, 2006, s. 478 – 528.
Bioloji müxtəliflik
Bioloji müxtəliflik — yer üzərində bütün canlıların — mikroorqanizm, bitki və heyvanların müxtəlifliyi deməkdir. == Azərbaycanda bioloji müxtəliflik == Azərbaycan Respublikası Qafqaz regionunda ən zəngin təbii sərvətlərə malik ölkədir. Azərbaycan Respublikasının ərazisində 9 iqlim zonası üzrə 4500 növə kimi ali bitkilər qeydə alınmışdır ki, bu da Qafqazın növ tərkibinin 64%-ni, keçmiş ittifaqın bütün florasının 24%-ni təşkil edir. Respublikada rast gələn 600 növ endemik bitkilərdən 168-i Azərbaycan, 432 növü isə Qafqaz florasına aiddir. Azərbaycan Respublikasının "Qırmızı kitabı"na 140 nadir və nəsli kəsilmək təhlükəsi olan bitki növü daxil edilmişdir. Növlərin bu kitaba düşmək ehtimalı böyükdür. Çünki, insan təbiətdən istifadədə ehtiyatsızdır. Azərbaycan ərazisində faunanın 18 min növü qeydə alınmışdır. Müasir Azərbaycan faunası məməlilərin 97 növünü, quşların 357, balıqların 100-ə yaxın, amfibiya və reptiliyaların 67 növ və yarımnövü, həşaratların 15 minə yaxın növünü əhatə edir. Azərbaycan Respublikasının "Qırmızı kitabı"na məməlilərin 14 (ceyran, bəbir, bezoar keçisi, dağ qoyunu və s.), quşların 36 (turac, dovdaq, ütəlği, bəzgək, ərsindimdik və s.), balıqların 5 (ilanbalığı, qızılxallı, poru və s.) amfibiya və reptiliyaların 13 (adi triton, Suriya sarımsaqiyli qurbağa, eskulap ilanı), həşaratların 40 növ və yarımnövləri (Talış kökyeyəni, Apollon, Xrizip, Talış brameyası və s.) daxil edilmişdir.
Bioloji məhsuldarlıq
Bioloji məhsuldarlıq – su tutarların müəyyən zaman kəsiyində təkrar olaraq əmələ gətirdiyi bütün fitoplankton, bitki və canlı orqanizmlərin kütləsinin məcmusudur. == Ədəbiyyat == 1. Axundov M. A., Mehrəliyev Ə. Ə., Əliyev A. R., Muradova E. Ə. Bioloji terminlər lüğəti. Bakı, 2005, 260 s.
Bioloji məskunlaşma
Bioloji məskunlaşma—Müəyyən sahədə məskunlaşan bir və ya bir neçə növ bitki və heyvan orqanizmlərinin məcmusu
Bioloji növ
Bioloji növ (lat. species) — oxşar canlıların və predmetlərin adlandırılmasında, bunların təsnifatında istifadə olunan kateqoriya. == Xarakteristika == Bioloji növ XVII əsrin sonunda öyrənilməyə başlanılmışdır. Bu dövr bioloji növün ilk təsvirini vermiş Con Reyin (1686) tədqiqatlarını və müxtəlif konsepsiyaları əhatə edən bir neçə mərhələdən ibarətdir. Bioloji növün adı latınca iki sözdən ibarət olduğundan o binominal (binar) sayılır. Bu sözlər növün aid olduğu, cinsin adından və bioloji növə verilmiş addan ibarətdir. Məsələn, Anas platyrhyncha bir növ yaşılbaş ördəyin adını ifadə edir. Hər bir bioloji növün fərdləri bir-birinə reaksiya verən və biri digərini çoxalma məqsədi ilə axtarıb tapan reproduktiv birlik əmələ gətirir. Bioloji növ ekoloji vahid kimi həmin mühitdə yaşayan başqa növlərlə qarşılıqlı əlaqədə olur və onlara qarşılıqlı təsir göstərir. Nəhayət, bioloji növ genetik vahid olub geniş ümumi genofonda malikdir.
Bioloji oksidləşmə
Bioloji oksidləşmə – canlı hüceyrə və toxumalarda oksigenin sərfi ilə üzvi maddələrin parçalanması nəticəsində və karbon qazının ayrılması ilə gedən prosesdir. == Bioloji oksidləşmə haqqında müasir nəzəriyələr == 1774-cü ildə Fransız alimi A.Lavuazye müəyyən etdi ki, yanma maddələrin oksigenlə oksidləşməsindən ibarətdir. Başqa sözlə, tənəffüs yanma prosesi ilə eyniyyət təşkil edir. Bioloji oksidləşməyə dair bir sıra alimlər müxtəlif fikirlər irəli sürmüşdür. Məsələn, N.Sösürün, E.Saks, F.Şenbay, Van-Hoff və s. Bu alimlərin irəli sürdüyü fikirlər bioloji oksidləşmənin öyrənilməsində mühüm əhəmiyyət kəsb edir. F.Şenbayaya görə oksidləşmədə ozon iştirak edir. 1897-ci ildə toxumaların tənəffüsü bioloji oksidləşməyə dair ilk hipotez irəli sürüldü. Bu hipoteza peroksid nəzəriyyəsi adlanır. Bu hipotezanı bir-birindən aslı olmayaraq rus alimi A. N. Bax və alman alimi K. Engler hazırlamışdır.
Bioloji preparatlar
Bioloji preparatlar – bioloji mənşəyə malik məhsullar, o cümlədən vaksin, qan preparatları, allergenlər, somatik hüceyrələr, toxumalar, rekombinant zülallar. Bunlar insan və heyvanların yoluxucu və parazit xəstəliklərinin diaqnostikası, profilaktikası və müalicəsi, onların həyat göstəricilərinin yüksəldilməsi, bitkilərin zərərvericilər və xəstəliklərdən qorunması, torpaqların münbitliyinin artırılması və s. üçün istifadə olunur. == Ümumi məlumat == Tibb və baytarlıq bioloji preparatları təsir mexanizmi və praktiki təyinatına görə müalicəvi (spesifik hiperimmun zərdablar, qamma-qlobulinlər, interferonlar), profilaktik (vaksinlər), diaqnostik (antigenlər, həmçinin allergenlər, zərdablar) və tənzimləyici olur. Onlar biokombinat və biofabriklərdə mikroorqanizmlər ştamları və onların fəaliyyət məhsulları, həmçinin tərkibində bioloji stimulyatorlar olan heyvan toxumaları əsasında hazırlanır. Kənd təsərrüfatı və meşə bitkilərinin zərərvericiləri ilə mübarizədə istifadə olunan bioloji preparatlar arasında ən çox sporəmələgətirən entomopatogen bakteriya Bacillus thuringiensis əsasında hazırlanan preparatlar (entobakterin, dendrobasillin, dipel və s.) yayılmışdır. Bu preparatların aktiv hissəsi endotoksin zülalının kristallarıdır; bunlar həssas cücünün orqanizminə qida ilə daxil olub bağırsaq iflicinə və septisemiyaya səbəb olur. Əkin, çəmən, bağları gəmiricilərdən qorumaq üçün dənli bakterodensid buraxılır; onun təsiredici hissəsi gəmiricilərdə yatalağabənzər xəstəlik törədən salmonella cinsinə aid bakteriyalardır. Göbələk mənşəli bioloji preparatlardan boverin (kolorado böcəyinin sürfələrini məhv etmək üçün), antibiotiklər – trixotesin, fitobakteriomisin (bitkilərin müxtəlif bakteriozlarının, buğdanın kök çürüməsinin müalicəsində), virus mənşəli bioloji preparatlardan Mamestra brassicae-nin tırtıllarının məhv etmək üçün, dəyişkən ipəksarıyanı ilə mübarizədə istifadə olunur. Bioloji preparatlar ətraf mühit və insan üçün az zərərlidir, biosenozda təbiət əlaqələrini pozmur, seçici təsirə malikdir.
Bioloji proqres
Bioloji proqres — taksonun tarixi inkişafında arealını genişləndirib sayını artırması üçün yeni-yeni uyğunlaşmalar qazanması. == Bioloji proqres == Üzvi aləmdə növlər fərdlərin miqdarına və yaşama arealına görə bir-birindən fərqlənir. Ümumiyyətlə, ibtidai orqanizmlərin müəyyən yaşayış yerində miqdarı ali orqanizmlərə nisbətən çox olur. "Yüksək" mütəşəkkil varlıqlar, daha təkmilləşmiş uyğunlaşmalara malik olduqlarından, öz tərəqqisini fərdlərin miqdarını artırmaq yolu ilə deyil, ayrıca götürülmüş fərdlərin həyat qabiliyyətinin yüksəlməsi ilə təmin edir. Lakin bu xüsusiyyət ancaq böyük qruplardan olan orqanizmləri müqayisə etdikdə aydın görünür. Konkret bir növün yaşamaq uğrunda mübarizədə nailiyyəti isə hər şeydən əvvəl populyasiyada fərdlərin miqdarının və onun populyasiyalarınınmiqdarının artması, eləcə də növün arealının genişlənməsindən asılıdır. A. N. Seversova görə bioloji proqres bir sıra dəqiq yollarla, aramorfozlar, idioadaptasiyalar və ümumi degenerasiya kimi morfofizioloji dəyişikliklər vasitəsilə baş verir. Bioloji proqres orqanizmlərin mütəşəkkilliyinin həm mürəkkəbləşməsi, həm də sadələşməsi yolu ilə baş verir. Məsələn, sahibin daxilində özünəməxsus şəraitdə yaşayan orqanizmlərin əksər orqanlar sistemi faydasız olur. Bu zaman orqanizmlərdə aktiv fəaliyyət göstərməyən orqanlar reduksiya olunur, lakin sormaclar, qarmaqlar, cinsiyyət sistemi kimi orqanlar isə yaxşı inkişaf edir.
Bioloji reqres
Bioloji reqres — taksonun fərdlərinin miqdarca azalması və arealının kiçilməsi, nəhayət sıradan çıxması. == İstinadlar == == Ədəbiyyat == R.Ə.Əliyeva, Q.T.Mustafayev, S.R.Hacıyeva. “Ekologiyanın əsasları” (Ali məktəblər üçün dərslik). Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2006, s. 478 – 528.
Bioloji silah
Bioloji silah kütləvi qırğın silahlarının bir növü olub bakteriya, virus və ya kif kimi mikroorqanizmlərdən əldə olunan vasitələrə və onları tətbiq etmək üçün istifadə edilən döyüş sursatına, cihaz və tərtibatlara deyilir. Bioloji silahın əsasını xəstəlik törədən mikroorqanizmlər və onlardan alınan toksinlər, viruslar, prionlar təşkil edir. Bioloji silahlar insanların, heyvanların və bitkilərin məhv edilməsi, eyni zamanda ərzaq ehtiyatlarının və içməli suyun zəhərlənməsi üçün istifadə edilir. Bioloji vasitələrə, xarici mühitin təsirinə çox davamlı olan, əhali arasında kütləvi xəstəlik törədən, profilaktikası və müalicəsi çətin olan mikroorqanizmlər aid edilir. Onların insanlara, heyvanlara və bitkilərə zədələyici təsiri bir sıra fərdi xüsusiyyətlərlə xarakterizə edilir. Xəstəlik törədən mikroblar ən kiçik dozalarla belə yoluxucu xəstəlik törədə bilir və onların toksinləri müəyyən müddət xarici mühitdə və ya yoluxmuş həşərat, gənə və gəmiricilərdə qala bilir. Bioloji vasitələrin zədələyici xassələrindən biri də onlarda inkubasiya və ya gizli təsir dövrünün olmasıdır. Bioloji silahlarda, əsasən taunun, vəbanın, Sibir yarasının, tulyaremiyanın, bruselyozun, melioidozanın sarı və başqa isitmə növlərinin, təbii çiçəyin, psitmakozanın (ornitlozanın), səpmə və qarın yatalağının, qripin, malyariyanın dizentiriyanın və b. törədiciləri olan müvafiq mikroorqanizmlərdən, viruslardan, bakteriyalardan, göbələklərdən və s. istifadə olunur.
Bioloji sistem
. Bioloji sistem — bir neçə bioloji əlaqəli varlığı birləşdirən mürəkkəb şəbəkə. Bioloji təşkilat bir neçə miqyasda olur və sistemin nə olmasından asılı olaraq müxtəlif strukturlar əsasında müəyyən edilir. Məməlilərdə və digər heyvanlarda orqan və toxuma miqyasında qan dövranı sistemini, tənəffüs sistemini və sinir sistemini misal göstərmək olar. Mikro və nanoskopik səviyyədə bioloji sistemlərin nümunələri hüceyrələr, orqanellər, makromolekulyar komplekslər və tənzimləyicilərdir. Bioloji sistemi canlı orqanizm kimi canlı sistemlə qarışdırmaq olmaz. == Orqan və toxuma sistemləri == Orqan sistemi və insan orqanizminin sistemlərinin siyahısı Bu xüsusi sistemlər insan anatomiyasında geniş şəkildə öyrənilir və bir çox başqa heyvanlarda da mövcuddur. Tənəffüs sistemi — tənəffüs üçün istifadə olunan orqanlar: udlaq, qırtlaq, bronxlar, ağciyərlər və sinə diafraqması. Həzm sistemi — tüpürcək vəziləri, yemək borusu, mədə, qaraciyər, öd kisəsi, mədəaltı vəzi, bağırsaqlar, düz bağırsaq və anus tərəfindən qidanın həzm edilməsi. Ürək-damar sistemi (ürək və qan dövranı sistemi) — qanı ürək, qan və qan damarları vasitəsilə bədənə və ağciyərlərə vurur və yönəldir. Sidik-ifrazat sistemi — böyrəklər, sidik kanalı, sidik kisəsi maye balansında, elektrolit balansında və sidik ifrazında iştirak edir.
Bioloji ritmlər
Bioloji proseslərin intensivliyinin dövri olaraq dəyişməsi bioloji ritmlər adlanır. Yer üzərində yaşayan bütün canlılar bioloji ritmə uyğunlaşmışdır. Bioloji ritmlər yerin öz oxu ətrafında fırlanmasından asılı olaraq işıqlanma və temperaturun dəyişməsi nəticəsində yaranmışdır. Bu amillər sutka, il ərzində dövri olaraq dəyişir. Bu səbəbdən canlı orqanizmlərdə sutkalıq,fəsil,illik və bu kimi ritmlər meydana gəlmişdir. Bioloji ritmlər orqanizmin “bioloji saat “ adlanan xüsusi daxili mexanizmləri ilə saxlanılır.”Bioloji saat” orqanizmlərin günün vaxtlarını hiss etmək,gündüz və gecə vaxtı ölçmək qabiliyyətidir.Bütün orqanizmlər üçün səciyyəvidir. Normal fizioloji proseslərin getməsi üçün gecə və gündüzün növbələşməsi vacibdir. “Bioloji saat” orqanizmdə fizioloji proseslərin idarə olunmasında (məsələn,hüceyrənin bölünməsində) iştirak edir. Orqanizmlərdə sutkalıq və fəsil ritmləri aydın nəzərə çarpır: Sutkalıq ritmlər: Yerin öz oxu ətrafında fırlanması nəticəsində gecə və gündüz növbələşməsi baş verir.Temperaturun da sutka ərzində dəyişməsi sutkalıq ritmə aiddir.İşığın təsiri ilə gün ərzində fəallıq və dinclik fazaları bir-birini əvəz edir.Gündüz həyat tərzi keçirən canlılar sutkanın işıqlı şəraitində fəal olurlar. Gecə həyat tərzi keçirənlər isə gecə fəal olurlar.
Bioloji saat
Bioloji saat — orqanizmlərin vaxtı müəyyən etməsini təmin edən fizioloji mexanizmlərin cəmi. == Ədəbiyyat == R. Ə. Əliyeva, Q. T. Mustafayev, S. R. Hacıyeva. "Ekologiyanın əsasları" (Ali məktəblər üçün dərslik). Bakı, "Bakı Universiteti" nəşriyyatı, 2006, s. 478 – 528.
Bioloji silahlar
Bioloji silah kütləvi qırğın silahlarının bir növü olub bakteriya, virus və ya kif kimi mikroorqanizmlərdən əldə olunan vasitələrə və onları tətbiq etmək üçün istifadə edilən döyüş sursatına, cihaz və tərtibatlara deyilir. Bioloji silahın əsasını xəstəlik törədən mikroorqanizmlər və onlardan alınan toksinlər, viruslar, prionlar təşkil edir. Bioloji silahlar insanların, heyvanların və bitkilərin məhv edilməsi, eyni zamanda ərzaq ehtiyatlarının və içməli suyun zəhərlənməsi üçün istifadə edilir. Bioloji vasitələrə, xarici mühitin təsirinə çox davamlı olan, əhali arasında kütləvi xəstəlik törədən, profilaktikası və müalicəsi çətin olan mikroorqanizmlər aid edilir. Onların insanlara, heyvanlara və bitkilərə zədələyici təsiri bir sıra fərdi xüsusiyyətlərlə xarakterizə edilir. Xəstəlik törədən mikroblar ən kiçik dozalarla belə yoluxucu xəstəlik törədə bilir və onların toksinləri müəyyən müddət xarici mühitdə və ya yoluxmuş həşərat, gənə və gəmiricilərdə qala bilir. Bioloji vasitələrin zədələyici xassələrindən biri də onlarda inkubasiya və ya gizli təsir dövrünün olmasıdır. Bioloji silahlarda, əsasən taunun, vəbanın, Sibir yarasının, tulyaremiyanın, bruselyozun, melioidozanın sarı və başqa isitmə növlərinin, təbii çiçəyin, psitmakozanın (ornitlozanın), səpmə və qarın yatalağının, qripin, malyariyanın dizentiriyanın və b. törədiciləri olan müvafiq mikroorqanizmlərdən, viruslardan, bakteriyalardan, göbələklərdən və s. istifadə olunur.
Bioloji sistematika
Bioloji təsnifat — canlı orqanizmləri təsnifləndirilməsi prinsiplərinin işlənib hasırlanması və bu prinsiplərin orqanik aləmin sisteminin qurulmasına praktik tətbiqinə dair elmi intizam. Təsnifləndirmə dedikdə bütün mövcud olan və nəsli kəsilmiş orqanizmlərin təsviri və sistemdə yerləşdirilməsi başa düşülür.
Bioloji sistemlər
Bioloji sədd
Bioloji sədd — orqanizmlərin bir-birinin yayılmasına mane olması. == Ədəbiyyat == R. Ə. Əliyeva, Q. T. Mustafayev, S. R. Hacıyeva. "Ekologiyanın əsasları" (Ali məktəblər üçün dərslik). Bakı, "Bakı Universiteti" nəşriyyatı, 2006, s. 478 – 528.
Bioloji takson
Bioloji takson, Takson , aləmdən yarımnövə qədər iyerarxiyada düzülmüş canlıların təsnifatındakı bütün vahidlərin ümumi adıdır . Qızılcalar, quşlar, xordatlar, orqanizmlər qrupuna aiddir. Əgər belə bioloji qrup təsnifat mərhələlərində fərqləndirici xüsusiyyətlərinə görə bioloq tərəfindən kifayət qədər fərqli hesab edilirsə, onda orqanizm takson adlanır. Takson, müəyyən bir kateqoriyaya daxil olacaq qədər fərqli fərqlərə malik olan hər hansı bir sıradan (cins, növ, yarımnöv və s.) taksonomik qrupdur . Taksonomik addımlarda (kateqoriya) taksonomik vahidlər (taksonlar) cədvəldə göstərildiyi kimi çeşidlənə bilər. Üst kateqoriyalardakı taksilərə daha aşağı olan taksonlar daxildir. Həmçinin, məsələn, filialda bir və ya bir neçə sinif; Bir sinifdə bir və ya bir neçə komanda ola bilər. Eyni şey ailələr, cinslər və növlər üçün də keçərlidir.
Bioloji terror
Bioloji terror – siyasi və maddi xarakterli məqsədlərə çatmaq üçün təhlükəli bioloji aqentlərdən istifadə edərək insanların həyat və sağlamlıqlarına vurulan ziyandır. Bioloji terror hələ qədim zamanlardan mövcud olmuşdur: müharibələr vaxtı su quyularının zəhərləndirilməsi, mühasirəyə alınmış şəhərlərə müxtəlif xəstəliklər yayan quş və heyvanların ötürülməsi və s. Bioloji müharibələrin və terrorizmin geniş vüsət alması XX əsrdə baş vermişdir. Bioloji terrorizmin genişlənməsində əsas səbəb kimi biotexnologiyalar üzrə mütəxəssislərin artmasını, bioloji və bakterioloji məhsulların daha asan yolla əldə edilə bilməsini göstərmək olar. Bioloji silahın özünəməxsus xüsusiyyəti vardır: virusun yayılması müəyyən müddət hiss olunmur və bir müddətdən sonra ətrafdakı canlıların xəstələnməsi və məhv olması prosesi başlayır. Bioloji terrorda əsasən su, torpaq və hava zəhərlənməsi baş verir.
Bioloji təkamül
Təkamül — bioloji populyasiyaların ardıcıl nəsillər boyunca irsi xarakteristikalarındakı dəyişiklik. == Təkamül nəzəriyyəsi == Antropologiya elmi istiqamətində zaman baxımından ilkin yaranan nəzəri görüşlər özündə tərəqqi ideyalarını ehtiva edən təkamülçülük görüşləri ilə bağlıdır. Ümumiyyətlə, XVIII əsrin sonu — XIX əsrin əvvəllərində istər təbiət elmləri, istərsə də ictimai elmlər sahəsində əldə olunan biliklər təkamülçülük ideyalarının formalaşmasına səbəb olmuşdur. Təbiət elmlərində əsas iki amil bu ideyaların inkişafına rəvac vermişdir: XVIII əsrin sonu — XIX əsrin əvvəllərində günəş sistemi və Yer kürəsinin yaranması haqqında Kant və P. Laplas nəzəriyyəsi; XVIII əsrin əvvəllərində Çarlz Layel tərəfindən geoloji dövrlərin müəyyənləşdirilib əsaslandırılması, Yer kürəsi qabığının müəyyənləşdirilməsi. XIX əsrin əvvəllərində biologiyada canlı aləmin dəyişkənliyi haqqında Jan-Batist Lamarkın ideyaları da dünyagörüşünün müəyyən qədər dəyişməsində rol oynamış, o, ətraf mühitin dəyişməsinin canlı aləmin dəyişməsinə səbəb olduğunu əsaslandırmışdır. XIX əsrin II yarısı — XX əsrin əvvəllərində antropologiya elminin müəyyən sturukturları formalaşmağa başlayır və antropoloji fikir öz inkişafını davam etdirir. Faktiki olaraq XIX əsrin ortalarında antropologiyanın formalaşması təkamül təliminin yaranması ilə eyni vaxta düşür. Məhz sosial-mədəni antropologiya tarixində ilk nəzəriyyə təkamül təlimidir. Təkamülçülük ilk əvvəl biologiyada formalaşmışdır. Bu təlimin ilkin versiyası hələ XIX əsrin əvvəllərində Lamark və Erazm Darvin tərəfindən irəli sürülmüşdür.
Bioloji təmizləmə
Bioloji təmizləmə — çirklənmiş ətraf mühitin canlı orqanizmlərin köməyi ilə təmizlənməsi. == Ədəbiyyat == R. Ə. Əliyeva, Q. T. Mustafayev, S. R. Hacıyeva. "Ekologiyanın əsasları" (Ali məktəblər üçün dərslik). Bakı, "Bakı Universiteti" nəşriyyatı, 2006, s. 478 – 528.
Beynəlxalq Bioloji Proqram
Beynəlxalq Bioloji Proqram (ing. International Biological Program) — həm təbii, həm də insanın yaratdığı quru, şirin su və dəniz bitki və heyvan qruplaşmalarının bioloji məhsuldarlığının qlobal öyrənilməsinin uzunmüddətli proqramı. 1964-cü ildən 1974-cü ilə qədər davam etmişdir. Azərbaycan Respublikasıda daxil olmaqla proqramda 58 ölkə, həmçinin Beynəlxalq biologiya cəmiyyətləri ittifaqı Beynəlxalq fiziologiya elmləri ittifaqı, Beynəlxalq coğrafiya ittifaqı və s. iştirak etmişdir. İş 7 bölmədə, o cümlədən məhsulvermə prosesləri, quru qruplaşmalarının mühafizəsi bölmələrində, həmçinin müxtəlif layihələr üzrə aparılmışdır. SSRİ-də Beynəlxalq Bioloji Proqram üzrə tədqiqatlarda SSRİ Elmlər Akademiyasının, müttəfiq respublikaların Elmlər Akademiyalarının təqribən 300 elmi müəssisəsi, bir çox inistutlar iştirak etmişdir. Bu proqram (1969 ildən) orqanizmlərin adaptasiya xüsusiyyətlərinin ekoloji-fizioloji və trofoenergetik mexanizmlərini nəzərə almaqla becərilən bitkilərin və onlara yaxın yabanı (qohum) bitkilərin genetik müxtəlifliyini və s., Arktikadan səhralara qədər müxtəlif qruplaşmaların məhsuldarlığının iqlimdən, biogeosenotik və antropogen faktorlardan asılılığının geniş tədqiqini əhatə etmişdir. Azərbaycanda proqramın rəhbəri akademik Həsən Əliyev olmuşdur. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası (25 cilddə).
Bioloji Müxtəliflik haqqında Konvensiya
Bioloji Müxtəliflik haqqında Konvensiya (ing. Convention on Biological Diversity) — 5 iyun 1992-ci ildə Rio-de-Janeyroda qəbul edilmiş beynəlxalq müqavilə. Konvensiyanın məqsədləri bioloji müxtəlifliyin qorunması, onun komponentlərinin davamlı istifadəsi və genetik ehtiyatlardan istifadə nəticəsində yaranan faydaların ədalətli və ədalətli şəkildə bölüşdürülməsi, o cümlədən genetik ehtiyatlara lazımı çıxışın təmin edilməsi və bu cür resurslara və texnologiyaya dair bütün hüquqlar nəzərə alınmaqla müvafiq texnologiyalar, habelə adekvat maliyyələşdirmə yolu ilə onların müvafiq şəkildə ötürülməsidir. Konvensiya 5 iyun 1992-ci ildə Tərəflər tərəfindən imzalanmaq üçün açılmış və 29 dekabr 1993-cü ildə qüvvəyə minmişdir. == x-situ və in-situ qorunması == Bioloji Müxtəliflik haqqında Konvensiya iki növ biomüxtəlifliyin mühafizəsini nəzərdə tutur - in-situ və ex-situ: Ex situ konservasiya bioloji müxtəlifliyin komponentlərinin təbii yaşayış yerlərindən kənarda saxlanması deməkdir. Bu zooparklarda və laboratoriyalarda növlərin mühafizəsini nəzərdə tutur, xüsusən də nəsli kəsilməkdə olan növlərin genetik məlumat banklarının gələcəkdə itirilmişləri (məsələn, klonlaşdırma yolu ilə) bərpa edə bilmək üçün saxlanılması təklif olunur. In-situ mühafizə ekosistemlərin və təbii yaşayış yerlərinin mühafizəsi, növlərin yaşamaq qabiliyyətinə malik populyasiyalarının təbii mühitində, əhliləşdirilmiş və ya becərilən növlərə gəldikdə isə, onların fərqli xüsusiyyətlərini əldə etdikləri mühitdə saxlanılması və bərpası deməkdir. Bir qayda olaraq, bu, xüsusi mühafizə olunan təbiət ərazilərində (SPNA) bioloji müxtəlifliyin komponentlərinin qorunmasını nəzərdə tutur: qoruqlar, canlı təbiət qoruqları, milli parklar, təbiət abidələri və s. Növlərin yaşayış yerlərinin qorunmasına və münasibətlərin strukturuna xüsusi diqqət yetirilir. == Konvensiyanı imzalayanlar ölkələr == == Biotəhlükəsizlik üzrə Kartagena Protokolu == 2000-ci ilin yanvarında Biotəhlükəsizliyə dair Kartagena Protokolu qəbul edilir.
Bioloji aktiv nöqtələr
Bioloji inkişaf təkamülü
Bioloji inkişaf təkamülü — Həyat şəraitinin kəskin dəyişməsi nəticəsində iqlimi daha sərt olan yerlərdə qədim çılpaqtoxumlu bitkilərdən tədricən mükəmməl bitkilər əvəz edərək qədim iynəyarpaqlılar əmələ gəlmişdi. Sonralar bu bitkiləri müasir iynəyarpaqlı çılpaqtoxumlu bitkilər-küknar, şam, ağ şam əmələ gəlmişdi. Quru həyatında "məskunlaşan" bitkilərdə bir xətt özünü aydın göstərirdi, quruda yaşayan bitkilər arasında sporlarla çoxalan bitkilər öz yerini toxumlarla çoxalan bitkilərə verdi. Sporlarla çoxalan bitkilərdə su əsas rol oynayır. Quru şəraitində suyun lazımi dərəcədə olmaması yuxarıda qeyd etdiyimiz ikinci çoxalma şəraitinə gətirib çıxardı. Qədim çılpaqtoxumlu bitkilərin əcdadları olan örtülütoxumlu bitkilər Yer üzərində təqribən 130–120 milyon il bundan əvvəl meydana gəlmişdir. Ən mühüm fərq ondan ibarətdir ki, yalnız örtülütoxumlu bitkilərdə çiçəklər var idi. Kiçik bir bioloji dönəmdə örtülütoxumlu bitkilər tezliklə yer kürəsinin hər tərəfinə yayıldı və olduqca müxtəlif yaşayış mühitini əhatə etdi. Artıq 60 milyon ildən çoxdur ki, örtülütoxumlular Yer kürəsinin üzərində üstünlük təşkil edir. Sonrakı bioloji inkişaf təkamülündə yeni bitki növləri əmələ gəlmiş, iqlimə daha uyğun növlər öz əvvəlki əcdadı üzərində mürəkkəb bitki florası əmələ gətirmişdir.
Bioloji məlumat milli
Milli Biotexnoloji Məlumat Mərkəzi (ing. National Center for Biotechnology Information, NCBI) — molekulyar biologiya və tibb sahələrində bir sıra önəmli məlumat bazası və kompüter proqramlarını ehtiva edən internet portalı. Bioinformatika sahəsinin ən önəmli informasiya qaynaqlarından biridir. Ən önəmli databankları GenBank, PubMed və sairədir. Molekulyar biologiya sahəsində ən çox istifadə olunan bioloji ardıcıllıqları emal etmək üçün bioinformatika proqramı olan BLAST da burada yerləşir. NCBI ABŞ-də bioloji elmlər sahəsindəki araşdırmaların böyük bir hissəsini maliyyələşdirən Milli Sağlamlıq İnstitutları (ing. National Institutes of Health, NIH) adlı qurumun bir qolu olan Milli Tibb Kitabxanasına (ing. National Library of Medicine, NLM) tabedir. ABŞ-nin Maryland əyaləti Bethesda şəhərində yerləşir. Qurumun direktoru 1989-cu ildən məşhur bioloq və BLAST proqramının yazıçılarından biri olan David Lipmandır.
Qeyri-bioloji resurslar
Hazırda Okeanın dəyişiklərində yerləşən müxtəlif mineral xammal ehtiyatlarından ən çox neft və qaz böyük əhəmiyyət kəsb edir. Dəniz dibində olan neft ehtiyatları Yer kürəsindəki neft ehtiyatının yarısı qədərini təşkil edir. İndi dünyanın bütün kontinental şelflərindən neft çıxarılır, dənizə çıxışı olan 140 dövlətdən 100-dən çoxu şelflərdə neft istehsal edir, 2000 -dən artıq neft və qaz yataqlan aşkar edilmiş, onların 700-dən çoxunda istehsal başlanmışdır. Dəniz və okanlann dibindən hər il 700 mln. ton neft çıxanlır, bu dünyada istehsal edilən neftin 30%-i qədərdir. Dənizərin dibindən 300 mlrd. m³-dan artıq qaz çıxanlır. Xarici mütəxəssislərin məlumatına görə kontinental şelfdə çıxanlacaq neftin ehtiyatı 80 milrd. ton, qazın həcmi isə 40-50 trln. m³ hesablanmışdır.
Su hövzələrinin bioloji meliorasiyası
Su hövzələrinin bioloji meliorasiyası – faydalı su orqanizmlərinin yaşayış şəraitinin yaxşılaşmasına və su sahələrinin bioloji və təsərrüfat məhsuldarlığının süni yüksəlməsinə yönəldilən kompleks tədbirlər. Su hövzələrinin bioloji meliorasiyası balıq təsərrüfatında (su hövzəsinin dərinləşdirilməsi və təmizlənməsi, təbii balıq kürü qoyan yerlərin saxlanması və süni kürüləmə yerlərinin düzəldilməsi), həm də ov təsərrüfatında istifadə olunur. Su hövzələrinin bioloji meliorasiyasına həm də hövzədə bitki ilə qidalanan balıqların introduksiyası daxildir (su hövzələrinin "çiçəkləməsi"" ilə mübarizə məqsədilə).
Bioloji aktiv maddə
Bioloji aktiv maddələr — aşağı konsentrasiyalarda canlı orqanizmlərin müəyyən qruplarına (ilk növbədə insanlara, o cümlədən bitkilərə, heyvanlara, göbələklərə və s.) və ya onların hüceyrələrinin ayrı-ayrı qruplarına nisbətən yüksək fizioloji aktivliyə malik kimyəvi maddələr. Maddələrin fizioloji aktivliyi həm onların tibbi istifadə imkanları nöqteyi-nəzərindən, həm də insan orqanizminin normal fəaliyyətinin təmin edilməsi və ya bir qrup orqanizmə xüsusi xassələri (məsələn, mədəni bitkilərin xəstəliklərə qarşı artan müqaviməti kimi). Bioloji aktiv maddələr fermentlər, hormonlar, vitaminlər, antibiotiklər böyümə stimulyatorları (auksinlər, gibberellinlər, kininlər), herbisidlər, insektisidlər, biogen stimullaşdırıcılar (tərkibində bəzi dikarboksilik və humik turşular, arginin, ammonyak, prostamitlər, mikroelementlər, neyromediatorlar, pirogenlər və s. Mənşəyinə görə bioloji aktiv maddələr biogen və abiogenə bölünür. == Fizioloji rol == Bioloji aktiv maddələr son dərəcə müxtəlif fizioloji funksiyalara malikdir. Məsələn, bəzi maddələr bədxassəli şişlərin böyüməsini ləngidə bilər və ya onların inkişafını tamamilə yatıra bilər. == Qidada bioloji aktiv maddələr == Qida ilə birlikdə insan normal həyat üçün lazım olan bioloji aktiv maddələrin çoxunu alır; Onların arasında alkaloidlər, hormonlar və hormona bənzər birləşmələr, vitaminlər, mikroelementlər, biogen aminlər, neyromediatorlar var. Onların hamısı farmakoloji fəaliyyətə malikdir və bir çoxları farmakologiya ilə bağlı güclü maddələrin ən yaxın prekursorları kimi xidmət edir .
Cənubi Afrika Milli Bioloji Müxtəliflik İnstitutu
Cənubi Afrika Milli Biomüxtəliflik İnstitutu (SANBI) — biomüxtəliflik haqqında məlumatın tədqiqi, yayılması ilə məşğul olan və qanuni olaraq ölkənin biomüxtəliflik ehtiyatlarının idarə edilməsinə töhfə vermək səlahiyyətinə malik təşkilatdır. Təşkilat Cənubi Afrikanın Ətraf Mühit Departamentinin nəzdində 2004-cü il tarixli, 10 saylı Biomüxtəliflik Aktı əsasında yaradılmışdır (sonra Meşə, Balıqçılıq və Ətraf Mühit Departamenti adlandırıldı). == Tarixi == SANBI 1 sentyabr 2004-cü ildə Ətraf Mühit Departamentinin nəzdində 10 saylı Biomüxtəliflik Aktı əsasında yaradılmışdır. 1989-cu ildə, Cənubi Afrikanın florasını öyrənmək və qorumaq üçün XX əsrin əvvəllərində yaradılmış Milli Nəbatat Bağları və Botanika Tədqiqat İnstitutundan muxtar qanuni Milli Botanika İnstitutu yaradılmışdı. Milli Botanika İnstitutunun mandatı Cənubi Afrika ekosistemlərinin tam müxtəlifliyini daxil etmək üçün aktlaşdırıldı. MBİ-nun baş ofisi Keyptaundakı Kirstenboşda, bütün Cənubi Afrikada bağlar və tədqiqat mərkəzləri var idi. == Xidmətləri == Xidmətlərinə bilik, məlumat, siyasət dəstəyi və məsləhətlərin verilməsi, tədqiqat, təhsil və ictimai zövq üçün botanika bağlarının idarə edilməsi, ekosistemin bərpası və reabilitasiyası proqramları ilə məşğul olmaq və biomüxtəlifliyin idarə olunması üçün ən yaxşı təcrübə modellərini təqdim etmək daxildir. Əsas fəaliyyətlərinə konservasiya və davamlı istifadə üzrə tədqiqatlar, bağların inkişafı və bağçılıq, təhsil və biomüxtəliflik informasiya sistemlərinin təmin edilməsi, ekosistemlərin reabilitasiyası və bioregional planlaşdırma proqramlarının və siyasətlərinin inkişafı üzrə tədqiqatlar daxildir. SANBI məktəb səviyyəsində biomüxtəliflik elmində iştiraka təşviq, biomüxtəlifliyin tədrisi və öyrənilməsinin keyfiyyətini gücləndirmək üçün ekosistemlərin bərpası proqramlarında təlim vermək və davamlı məşğulluq yaratmaqla yoxsulluğun azaldılmasına töhfə verir. === Tədqiqat === Araşdırma SANBI-nin gündəliyinin əsas komponentidir və iqlim dəyişikliyi və bio-uyğunlaşma ilə bağlı tədqiqatları əhatə edir.
Sevginin bioloji əsasları
Sevginin bioloji əsasları nəzəriyyəsi təkamül psixologiyası, təkamül biologiyası, antropologiya və nevrologiya kimi bioloji elmlər tərəfindən tədqiq edilmişdir. Oksitosin kimi spesifik kimyəvi maddələrin ifraz olunması insanların sevgi ilə əlaqədar təcrübələri, duyğuları və davranışları kontekstində öyrənilir. Təkamül psixologiyası sevgi üçün bir neçə izahat təklif etmişdir. Məsələn meymunun balaları çox uzun müddət valideynlərin köməyindən asılıdır. Buna görə də sevgi uzun müddət uşaqlara qarşılıqlı valideyn dəstəyini təşviq edən bir mexanizm kimi qəbul edilmişdir. Digəri, cinsi yolla ötürülən xəstəliklər, digər təsirlərlə yanaşı, hamiləliyin daimi azalmasına, dölün zədələnməsinə və doğuş zamanı risklərin artmasına səbəb ola bilər. Təkamül psixologiyası nöqteyi-nəzərindən sevgi ilə əlaqəli təcrübə və davranışların insan təkamülü ilə necə formalaşdığı baxımından araşdırıla bilər. Məsələn, təkamül zamanı insan dili - potensial həyat yoldaşına reproduktiv uyğunluğu mühakimə etməyə imkan verən "cütləşmə siqnalı" növü kimi seçilməsi irəli sürülüb. Miller təkamül psixologiyasını gələcək tədqiqatlar üçün başlanğıc nöqtə kimi təsvir etmişdi: "Koqnitiv nevrologiya beyində eşqbazlıq uyğunlaşmalarını lokallaşdırmağa cəhd edə bilər. Ən əsası, həyat yoldaşı seçiminə təsir edən eşqbazlığın ölçülə bilən aspektləri də daxil olmaqla, real həyatda partnyorların görüşü ilə bağlı daha yaxşı müşahidələrə ehtiyacımız var.

Digər lüğətlərdə