BLƏK-AUT

ing. blackout – qaraltma

BİZ
BLOGER
OBASTAN VİKİ
Blək metal
Black Metal heavy metalın bir alt növü olub, 1980-ci illərdə yaranmağa başladı. Bu illərdə proto-black metal qrupları, etdikləri növün 'black metal' olaraq adlandırılmaqdan bir az uzaq olsa da, black metalın ayrı bir növ olaraq ortaya çıxmasına liderlik etmiş qruplardır. Bu musiqi janrı adını Venom musiqi qrupunun 1982-ci ildə yayımladığı Black Metal albomundan alır. Proto-black, thrash metal və black metal arasında bir keçid formasıdır. == Tarixi == İlk Proto-black qrupu Venom hesab edilir. Venomun musiqisi ilə indiki black metal arasındakı fundamental oxşarlıqlar; narahat edici vokallar ilə sürətli və aqressiv musiqi. Venomun 1982 çıxışlı Black Metal adlı albomu növə adını verən albomdur. İsveçli Quorthon (Tomas Forsberg)'un bir nəfərlik fəaliyyəti Bathory, Venomun musiqisini sürətləndirib daha sərt vokal və qaranlıq bir atmosfer işlədərək black metalın demək olar ki ayrıca bir növ olaraq ortaya çıxmasını təmin etmişdir. Digər proto-black qrupları Hellhammer, Celtic Frost və Mercyful Fate'dir. 1990-cı illərdə bəzi Death metal qruplarından da ilham alaraq inkişafını sürətləndirib.
Blək qayası
Blək qayası — Şaq qayalıqlarından 10 mil (16 km) cənubda, Cənubi Georgiya adasından 105 mil (169 km) şimal-qərbdə yerləşir. Qaya Avrora adalarından biri hesab edilir. Argentina Blək qaya və Şaq qayalıqları, o cümlədən çox adalara iddia edir. 1982 ildə Folklend müharibəsi zamanı Argentina Cənubi Georgiya və bir sıra adaları işğal etsə də, sonradan bölgədən çəkilməli olmuşdur. Qara qaya inzibati cəhətdən Cənubi Georgiya və Cənubi Sandviç adaları ərazisinə daxildir. Qaya Cənubi Antil silsiləsinin su səthinə çıxdığı yerdə yerləşir.
Yozef Blək
Cozef Blek (ing. Joseph Black; 16 aprel 1728[…], Bordo – 6 dekabr 1799[…], Edinburq) — Şotland həkimi, fizik və kimyaçısı. Ticarət işləri ilə əlaqədar olaraq Bordo şəhərinə köçmüş çaxır istehsal edən ailədə anadan olmuşdur. Ailəsi ana tərəfdən şotlandiyalı olduğu üçün Qlazqo Universitetinə daxil olmuş və sonra öz təhsilini Edinburqda tibb ixtisası üzrə davam etdirmişdir. 1756-cı ildə Qlazqo Universitetində professor adına layiq görülmüş və 1766-cı ildə Edinburqda müəllimlik fəaliyyəti ilə məşğul olmuşdur. Bundan başqa, Cozef Blek 1783-cü ildə Sankt-Peterburq, 1789-cu ildə isə Parisdə Elmlər Akademiyasının fəxri üzvü seçilmişdir. Blek 1754-cü ildə ağ maqneziumun qızdırılmasından ayrılan əlaqədar hava, yəni karbon dioksid karbon dioksidi və yanmış maqnezium (maqnezium oksidi) əmələ gəlməsini aşkar etmişdir. Daha sonra əhəngdaşının yanmasında əlaqədar havanın çıxarılmasını göstərir. Bu eksperementlərə əsasən o, belə nəticəyə gəlir; karbon anhidridinin və qələvilərin əsasların fərqi ondan ibarətdir ki, birincilərin tərkibinə karbon qazı daxildir. Blekin bu ixtirası ilə pnevmanik kimyanın əsası qoyulur.
Blək-Rok (səhra)
Blək-Rok (ing. Black Rock Desert) — Axarı olmayan göl və şoranlıq ərazisində,ABŞ-nin Nevada ştatının şimal-qərbində yerləşir. Səhranın sahəsi 2,6 min. km² təşkil edir. Uzunluğu 110 km, eni 32 km-dir. Böyük Hövzə ərazisində yerləşir. Səhra qurumuş Laotan gölünün ərazisində yerləşir. Göl 18–7 min il öncə mövcuddur. Gölün yatağı 12,7 min il öncə tam dolu olduğu zamanı dərinliyi 150 metrdir. Hazırda Kinn çayının hövzəsini təşkil edir.
Con Mak-Konnel Blək
Con Mak-Konnel Blək (ing. John McConnell Black; 28 aprel 1855 – 2 dekabr 1951, Adelaida) — Avstraliya botaniki. == Elmi fəaliyyəti == Con Mak-Konnel Blək qıjıkimilər və toxumlu bitkilər sahəsində ixtisaslaşmışdır.. == Əsərləri == The Naturalised Flora of South Australia. 1909. The Flora of South Australia. 1922—1929.
Mpumalanqa Blək Eysiz FK
"Mpumalanqa Blək Eysiz" (ing. Mpumalanga Black Aces Football Club) — Cənubi Afrika Respublikasının Mpumalanqa vilayətinin Nelspruit şəhərini təmsil etmiş peşəkar futbol klubu. Premyer Sokker Liqasında çıxış etmişdir. Ev oyunlarını tutumu 40,929 nəfər olan Mbombela Stadionunda keçirirdi. Klub 1937-ci ildə südçü işçilər tərəfindən yaradılmışdır. Bob Seyv Super Bovl: 1 1993. BP Top Səkkiz Kuboku: 1 1980.