BOLQAR

1. болгарин; 2. болгарский;
BOL-SAL
BOLQARCA
OBASTAN VİKİ
Bolqar Avraami
Bolqar Avraami (rus. Авраа́мий Бо́лгарский) — Rus Pravoslav müqəddəsi və əzabkeşi. == Həyatı == O, müasir Rusiyada, indiki Tatarıstan ərazisində müsəlman İdil bulqarlarından olan tacir ailəsində anadan olmuşdur. O, müsəlman olmuş, yoxsullara qarşı yaxşı və mehriban davranmışdır. Daha sonra xristianlığı qəbul etmişdir. Müsəlmanlar israrla onun xristianlıqdan imtina etməsinə çalışmış, lakin Avraami öz imanında qalmışdır. O, mürtəd olduğu üçün bulqarlar tərəfindən edam edilmişdir. Avraami Bolqarda rus tacirləri tərəfindən dəfn edilmişdir. 1230-cu ildə, böyük knyaz Yuri Vsevolodoviçin dövründə, İbrahimin qalıqları Vladimirə aparıldı və Knyaginin monastırında böyük knyaz və yepiskopun iştirakı ilə dəfn edilmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Журавский А. В. Авраамий (Аврамий) Болгарский // Православная энциклопедия.
Bolqar çınqılotu
Bolqar çınqılotu (lat. Geum bulgaricum) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin çınqılotu cinsinə aid bitki növü.
Bolqar
Bolqar (tatar. Bolğar, Болгар; rus. Болгар) — Rusiya Federasiyasında yerləşən şəhər Tatarıstan Respublikasına daxildir. Çerdaklı stansiyasından (Ulyanovsk-Ufa dəmiryolu üstündə) 100 km aralıda yerləşir. (BSE 13. c. s. 570) == Tarixi == Tarixin uzaq keçmişində Volqa çayınını yuxarılarında Volqa Bulqarıstanı yaranmışdır. Digər qismi Don – Kuban çayları arası bulqarlar isə xəzərlərin güclənən hücumları qarşısında duruş gətirməyərək Asparuxun başçılığı altında Balkanlara köç etmişdir. 660-cı ildə Asparux ordası Dunayın deltasında möhkəmləndi.
Bolqar diasporu
Bolqarıstan diasporu ― Bolqarıstandan kənarda yaşayan etnik bolqarların da daxil olduğu bolqar millətinin bir hissəsi. Bolqarıstandan kənarda yaşayan bolqarların sayı 1989-cu ildən, Mərkəzi və Şərqi Avropada kommunist rejimlərinin süqutundan sonra kəskin şəkildə artıb. Bir milyondan çox bolqar ölkəni tərk etdi və bu, ölkənin əhalisinin əhəmiyyətli dərəcədə azalmasına səbəb oldu. Bir çox əcnəbi ABŞ-nin Yaşıl Kart lotereya sistemindən yararlanıb. Həmçinin, bir çox bolqarlar ixtisaslı işçiləri cəlb etmək üçün proqram çərçivəsində Kanadaya mühacirət ediblər. Digərləri Avropa Birliyinə getdilər. Yunanıstan və İspaniya kimi ölkələrdə bir çox bolqarlar, xüsusən də ölkə 2007-ci ildə Avropa Birliyinə üzv olduqdan sonra Bolqarıstanı öz yaşayış yeri olaraq saxlayaraq, yalnız fasilələrlə işləyir və yaşayır. Əsasən 1990-cı illərdən bəri bolqarlar iş və təhsillə bağlı səbəblərə görə Aİ üzv dövlətlərinə və Şimali Amerika ölkələrinə mühacirət edirlər. Əksər mühacirlərin başqa ölkələrdə yaşamaq icazəsi var. Mühacirlərin təhsil səviyyəsi və peşələri müxtəlifdir: onlar fəhlə (adətən mənzil-kommunal təsərrüfatında və ərazilərin təmizlənməsində işləyənlər), həmçinin santexnik, inşaatçı, bağban, fəhlə, qulluqçu ola bilər.
Bolqar dili
Bolqar dili — Hind-Avropa dillərinin slavyan dilləri qrupunun cənub slavyan dilləri yarımqrupuna daxil olan dil. Bolqar dili Bolqarıstan Respublikasının rəsmi dövlət dilidir. Dünyada bu dildə danışanların ümumi sayı 12 milyona qədərdir. Leksik cəhətcə bolqar dili slavyan kilsə dilinə çox yaxındır və şərqi slavyan dilində olan xeyli arxaik sözləri özündə saxlayır. Dildə həmçinin çox sayda türk dili sözləri vardır. == Tarixi == Bolqar dili Hind-Avropa dillərinin slavyan dilləri qrupunun cənub slavyan dilləri yarımqrupuna daxildir. O tarixi inkişafında dörd mərhələ keçmişdir: şifahi dil – IX əsrə qədər; köhnə bolqar dili – IX əsr — XII əsr; orta bolqar dili – XII əsr — XVI əsr; yeni bolqar dili – XVI əsr — indiyə kimi. == Bolqar Əlifbası == == Maraqlı məqamlar == Bolqarıstanda başı aşağı – yuxarı yelləmək narazılıq, sağa-sola yelləmək isə razılıq əlamətidir.
Bolqar levi
Bolqarıstan levi (bolq. лев) — Bolqarıstanın pul vahidi. 100 stotinkaya bərabərdir. Qədim bolqar dilində "lev", "aslan" deməkdir. 1 sentyabr 2016-cı il tarixinə aid məzənnədə 1 bolqar levi 0.570744 ABŞ dollarına bərabərdir.
Bolqar mətbəxi
Bolqarıstan mətbəxi — Bolqarıstan mətbəxi öz yeməkləri ilə məşhurdur. Bolqarıstan mətbəxi Avropada yayılmışdır. Öz milli yeməkləri ilə tanınır. Hər regionunun özünəməxsus yeməkləri vardır. Ölkədə və bütün dünyada çox məşhurdur. Qeyd etmək olar ki, Bolqarıstan mətbəxi regionlara görə fərqlənir, dadların cürbəcürlüyü ilə boldur və dünyanın ən populyar mətbəxlərindən biri kimi sayılır. == Haqqında == Bolqar mətbəxi çox dadlıdır və tipik Bolqar mətbəxinin dadına baxmış, lakin onu sevməyən adam yoxdur. Sirr – bişirərkən istifadə olunan ədviyyatlardadır. Onlar yalnız yeməyi dadlı etmir, həmçinin çox sağlamdırlar və tərkibində çoxlu orqanik minerallar var. Daha çox spesifik dad qatmaq üçün salatlarda, şorba və digər yeməklərdə çoxlu təzə və yaşıl ədviyyatlar istifadə etmək, xüsusilə isti fəsillərdə ənənədir.
Birinci Bolqar Dövləti
Dunay Bolqar Dövləti — Asparux xan tərəfindən qurulan Bulqar dövləti. == Qısa tarixi == Böyük Bulqar türk dövlətinin parçalanmasından sonra bulqarların bir hissəsi Kubrat xanın oğlu Asparux xanın başçılığı ilə 681-ci ildə Dunay çayı ətrafında öz dövlətlərini yaratdılar. 679-cu ildə bulqarlar Bizans İmperiyasına yürüş etdi. Bunun nəticəsində: Bizans asılılığı qəbul etdi. Hər il bulqarlara xərac verməyə razı oldu. Bizans İmperiyası ilə Avarlar arasında qalan Bolqarlar, 681-ci ildə edilən razılaşma ilə Bizans İmperiyası tərəfindən rəsmi olaraq tanındı. Asparuxdan sonra yerinə oğulu Tervel xan keçdi. O, Bizans İmperiyası ilə dostluq müqaviləsi imzaladı. Konstantinopolisin (bugünkü İstanbul) bulqarlar ərəblər tərəfindən mühasirə edilməsində Bizans İmperiyasına kömək etdilər. VII əsrdən sonra Bizans İmperatorluğu ilə müqavilən pozuldu və bu onlar arasında müharibəyə səbəb oldu.
Bolqar Pravoslav Kilsəsi
Bolqar Pravoslav Kilsəsi (bolq. Българска православна църква) — Bolqarıstanda yerləşən avtokefal pravoslav kilsə. Mərkəzi Sofiya şəhərindədir. Neofit kilsənin indiki patriarxıdır.
Bolqar çarı Boris
III Boris (bolq. Борѝс III ; Boris Treti; 30 yanvar 1894[…], Sofiya – 28 avqust 1943[…], Sofiya) — Bolqarıstanın çarı (30 yanvar, 1918–28 avqust, 1943). == Həyatı == == Fəaliyyəti == Ferdinand I-ın oğlu 1918-ci ildə atasının devrilməsindən sonra(Bolqarıstanın I Dünya müharibəsində məğlubiyyətindən sonra) hakimiyyətə gəlmiş və 1943-cü ilə qədər hakimiyyətdə olmuşdur. Bu dövr Bolqarıstanın siyasi və iqtisadi stabillik dövrünə təsadüf edirdi. Bolqar hökuməti yeni ərazi əldə etmək cəhdləri edir və Bolqarıstan hər vəchlə öz qonşularına təsir göstərməyə çalışırdı. Boris bu yolda əlindən gələni etməyə çalışırdı. == İstinadlar == == Ədəbiyyat == Bulgaria in the Second World War by Marshall Lee Miller, Stanford University Press, 1975. Boris III of Bulgaria 1894–1943, by Pashanko Dimitroff, London, 1986, ISBN 0-86332-140-2 Crown of Thorns by Stephane Groueff, Lanham MD., and London, 1987, ISBN 0-8191-5778-3 The Betrayal of Bulgaria by Gregory Lauder-Frost, Monarchist League Policy Paper, London, 1989. The Daily Telegraph, Obituary for "HM Queen Ioanna of the Bulgarians", London, 28 February 2000. Balkans into Southeastern Europe by John R. Lampe, Palgrave Macmillan, New York, 2006.
Böyük Bolqar Xanlığı
Böyük Bulqar xanlığı (orta əsrlər yunan dili: Παλαιά Μεγάλη Βουλγαρία, Palaiá Megálē Voulgaría) — VII əsrdə Avropada, indiki Ukraynanın cənubunda və Rusiyanın cənub-qərbində mövcud olan bir dövlət. Bulqar sözünün mənası "qarışmaq" deməkdir. Böyük Bulqar dövlətinin qurucusu Qurd (Qubrad) xaqan hesab olunur. 665-ci ildə Qurd xaqanın ölümündən sonra Böyük Bulqar dövləti zəiflədi və xəzərlərin hücumu nəticəsində iki hissəyə parçalandı. Dunay Bulqar dövləti və Volqa Bulqar dövləti yarandı. == Tarixi == 630–635-ci illər arasında Xan Kubrat Bolqarları Türk xaqanlığının(588–639) tabeliyindən xilas etdi, Onogur Bulqarlarını Kutrigur və Utiqur qəbilələri ilə vahid bir qayda altında birləşdirməyi bacardı və güclü bir konfederasiya yaratdı, Qərbi Avropada orta əsr müəllifləri tərəfindən Köhnə Böyük Bolqarıstan(630–665) adlandırıldı. Ancaq qurulan dövlət uzun ömürlü olmadı. Kubrat xanın 665-ci ildə ölümündən sonra oğlanları Batbayan,Asparux və Altsek arasında hakimiyyət uğrunda çəkişmə başladı və xaqanlıq iki yerə parçalandı. == Asparux xan == Bulqar-Türk dövlətinin qurucusu Asparux (643–701) xan idi. O, 679-cu ildə Bizansı məğlub edərək cənub-şərqi Avropada müstəqil Bulqar-Türk dövlətini qurdu.
Böyük Bolqar xanlığı
Böyük Bulqar xanlığı (orta əsrlər yunan dili: Παλαιά Μεγάλη Βουλγαρία, Palaiá Megálē Voulgaría) — VII əsrdə Avropada, indiki Ukraynanın cənubunda və Rusiyanın cənub-qərbində mövcud olan bir dövlət. Bulqar sözünün mənası "qarışmaq" deməkdir. Böyük Bulqar dövlətinin qurucusu Qurd (Qubrad) xaqan hesab olunur. 665-ci ildə Qurd xaqanın ölümündən sonra Böyük Bulqar dövləti zəiflədi və xəzərlərin hücumu nəticəsində iki hissəyə parçalandı. Dunay Bulqar dövləti və Volqa Bulqar dövləti yarandı. == Tarixi == 630–635-ci illər arasında Xan Kubrat Bolqarları Türk xaqanlığının(588–639) tabeliyindən xilas etdi, Onogur Bulqarlarını Kutrigur və Utiqur qəbilələri ilə vahid bir qayda altında birləşdirməyi bacardı və güclü bir konfederasiya yaratdı, Qərbi Avropada orta əsr müəllifləri tərəfindən Köhnə Böyük Bolqarıstan(630–665) adlandırıldı. Ancaq qurulan dövlət uzun ömürlü olmadı. Kubrat xanın 665-ci ildə ölümündən sonra oğlanları Batbayan,Asparux və Altsek arasında hakimiyyət uğrunda çəkişmə başladı və xaqanlıq iki yerə parçalandı. == Asparux xan == Bulqar-Türk dövlətinin qurucusu Asparux (643–701) xan idi. O, 679-cu ildə Bizansı məğlub edərək cənub-şərqi Avropada müstəqil Bulqar-Türk dövlətini qurdu.
Saloniki bolqar oğlanlar gimnaziyası
Saloniki Bolqar oğlanlar gimnaziyası "Müqəddəslər Kiril və Mefodi" (bolq. Солунска българска мъжка гимназия „Св. св. Кирил и Методий“) – Makedoniyada ilk bolqar oğlanlar gimnaziyası, Bolqarıstan təhsilinin ən əhəmiyyətli mərkəzlərindən biri. Gimnaziya 1880-ci ilin payızında Saloniki şəhərində yaradılmış və 1913-cü ilə qədər mövcud olmuşdur. Saloniki Gimnaziyasının davamçısı Bolqarıstanın Pirin Makedoniyasının Blaqoyevqrad şəhərindəki "Müqəddəs Kiril və Mefodi" Milli Humanitar Gimnaziyası hesab olunur. == Gimnaziya və siyasi mübarizə == Salonikidəki Bolqar cəmiyyəti kimi, 1893-cü ildən sonra gimnaziyanın şagirdləri və müəllimləri iki düşərgəyə — "inqilabçılar" və "təkamülçülər"ə bölündülər. Gimnaziya iki hərəkat arasında mübarizənin mərkəzlərindən biri idi. Təkamül inkişafının tərəfdarlarının fikirləri Ekzarxiyanın Makedoniya əhalisinin mədəni-maarif və iqtisadi inkişafının qanuni vasitələrlə davam etdirilməsinin zəruriliyi mövqeyi ilə əlaqələndirilir. İnqilabçılar Makedoniyanın muxtariyyəti üçün silahlı mübarizə hazırlamaq haqqında Daxili Makedoniya-odrin inqilab Təşkilatı ideyalarının tərəfdarları idilər.
I Aleksandr (Bolqar knyazı)
I Aleksandr (bolq. Александър I Батенберг; 5 aprel 1857[…], Verona, Veneto – 17 noyabr 1893, Qrats) — I Bolqar knyazı. Bolqarıstan 1877–1878 Osmanlı-Rusiya müharibəsinin ardından müstəqillik qazandı və toplanan məclis Aleksandrı knyaz elan etdi. 1880-ci ildə məclisi, ertəsi il isə konstitusiyanı ləğv etdi. 1883-cü ildə konstitusiyanı bərpa etsə də, bu onun ruslarla münasibətlərini yaxşılaşdırmadı. Şərqi Rumeli torpaqları ələ keçirildi. Rus tərəfdarı olan ordu komandanları tərəfindən 1886-cı ildə taxtdan çəkilməyə məcbur edildi. Qalan ömrünü Avstriya ordusunda general olaraq keçirdi. == Mənbə == Black, Cyril E. The Establishment of Constitutional Government in Bulgaria. Princeton, NJ: Princeton University Press.
I Ferdinand (Bolqar çarı)
I Ferdinand (bolq. Фердинанд I; 26 fevral 1861[…], Vyana – 10 sentyabr 1948[…], Koburq, Almaniya Federativ Respublikası) — II Bolqar knyazı və I Bolqar çarı. == Mənbə == Aronson, Theo. Crowns In Conflict: The Triumph And The Tragedy Of European Monarchy, 1910–1918. London: J.Murray. 1986. ISBN 0-7195-4279-0. Constant, Stephen. Foxy Ferdinand, 1861–1948, Tsar of Bulgaria. London: Sidgwick and Jackson.
III Pyotr (Bolqarıstan çarı)
Konstantin Bodin (XI əsr – 1108) — Duklya və Dalmaçiya kralı və III Pyotr adı ilə Bolqarıstan çarı. == Həyatı == Duklya kralı I Mixailin oğlu olub, Voyislavyeviç sülaləsindən idi. Anadan olduğu tarix bilinmir. === Bolqarıstan çarı kimi === 1072-ci ildə Skopye ekzarxı Georgi Voytex tərəfindən növbəti üsyan başlamışdı. Üsyançılar I Mixailə oğullarından birini onlara liderlik etməsi üçün göndərməyini xahiş etmişdilər. Bodin I Samuilin nəticəsi idi. 1072-ci ildə Bodin III Pyotr adı ilə çar elan olunmuşdu. Lakin elə həmin il üsyan dağıdıldı və Bodin həbs olunaraq Antakiyaya göndərildi. === Duklya kralı kimi === Bodin 6 il sonra Venesiyalı tacirlər tərəfindən ölkəsinə geri gətirildi. və 1081-ci ildə kral elan olundu.
II Pyotr (Bolqarıstan çarı)
II Pyotr (təq. 1001, güm. Macarıstan krallığı – güm. 1041, güm. Konstantinopol, Bizans imperiyası) — Bulqar əyanlarının 1040-cı ildə Bizansa qarşı başladığı üsyanın lideri, Qavril Radomirin oğlu olduğunu iddia etmişdir. == Üsyan == 1040-cı ildə Bizansdan narazı olan əyanların başladığı üsyan tezliklə genişlənmiş, üsyançılar Belqrad şəhərini tezliklə ələ keçirmişdi. Pyotr burada çar elan edildi və tacqoyma mərasimi keçirildi. Pyotr imperatora birbaşa hücum etsə də Saloniki tərəfdə məğlub oldu və geri çəkildi. Şimali Yunanıstan, Makedoniya və Albaniyanı idarə edirdi. Daha sonra İvan Vladislavın oğlu Alusiandan kömək alan Pyotr, sonuncunun xəyanətinə məruz qaldı.
I Pyotr (Bolqarıstan çarı)
Pyotr (bolq. Петър I; 910-cu illər, Preslav – təq. 30 yanvar 970 və ya 969, Konstantinopol) — Birinci Bulqar dövlətinin imperatoru, I Simeonun ikinci oğlu idi. == Hakimiyyəti == Pyotr 27 may 927-ci ildə taxta çıxıb. Elə həmin il də Bizansa hücuma başlamışdı. İmperator I Roman sülhə gedərək nəvəsi Mariya ilə Pyotrun evlənməsinə nail olmuşdu. Mariyanın adı bu vaxt "sülh" mənasına gələn İrene ilə dəyişdirildi. İmperator çara vergi verməyə davam etdi. === Üsyanlar === Pyotr hakimiyyətə gələn kimi qardaşı Mixail ilə hesablaşmalı oldu. Lakin Mixail tezliklə vəfat etdi.
Kintex (Bolqarıstan)
Kintex — Bolqarıstana məxsus dövlət şirkəti. Bolqarıstan Respublikasının xarici ticarəti ilə məşğuldur. 1965-ci ildə yaradılıb. Şirkətin idarə edilməsi Bolqarıstan İqtisadiyyat Nazirliyinin tabeliyindədir. == Tarixi == Şirkət 1965-ci ildə Bolqarıstanın paytaxtı Sofiya şəhərində yaradılıb. Şirkət 1992-ci ilə qədər Bolqarıstan Kommunist Partiyasının gizli xidməti olan Dövlət Təhlükəsizliyi Komitəsinə tabe idi və siqaretdən ağır silahlara qədər hər şeyin satışına nəzarət edirdi. Bolqarıstanda 1992-ci ildə Ticarət hüququ qüvvəyə minir və 1992-ci ildə Kintex, ticarət qanunları ilə tənzimlənən "Qapalı Səhmdar Cəmiyyətə" çevrilir. Şirkətin səhmlərinin hamısı dövlətə məxsusdur. Kintex, Bolqarıstan Ordusu və polisi üçün məhsulların ixracı, idxalı və yenidən ixracı lisenziyasına sahibdir. == Fəaliyyəti == Şirkətin əsas fəaliyyət sahəsi ticarətdir.
Mixail (Bolqarıstan şahzadəsi)
Mixail (IX əsr, Preslav – 931) — Birinci Bulqar dövlətinin şahzadəsi. I Simeonun ən böyük oğlu idi. Lakin Simeon kiçik oğlu Pyotru taxta çıxarmaq istəyirdi. 927-ci ildə I Pyotr taxta çıxandan sonra Makedoniyaya qaçaraq bir qalada möhkəmləndi və taxta iddia etməyə başladı. Lakin elə həmin il gələn qəfil ölümü onu dəstəkləyənlərin istəklərini yarıda qoydu.
Monastır məktəbi (Bolqarıstan)
Monastır məktəbi (bolq. килийно училище) — Osmanlı hakimiyyəti dövründə Bolqarıstan ərazisində geniş yayılmış dini yönümlü ibtidai məktəb növü. XV-XVIII əsrlərdə bütün Bolqar məktəbləri monastır tipli idilər. İlk illərdə kilsələr və monastırlarda yaransalar da, sonradan özəl monastır məktəbləri peydə olmağa başladı. Məktəblərdə şagirdləri orta əsr bolqar ədəbi ənənəsinə əsaslanaraq maarifləndirirdilər. Monastır məktəblərinin müəllimləri daha çox rahiblər və keşişlər olurdu, az hallarda isə savadlı sənətkarlar və ya tacirlər idi. Müəllim hər tələbə ilə fərdi şəkildə məşğul olurdu. Dərslər yunan, kilsə slavyan və ya hər iki dildə keçirilirdi. Təhsil prosesinin məqsədi şagirdlərə oxumaq, yazmaq, kilsə nəğmələri və saymağı öyrətmək idi. Bəzən dərslər müəyyən sənətkarlıq sənətinin öyrədilməsi ilə eyni anda aparılırdı.
Müqəddəs Kiril və Mefodiy adına Bolqarıstan Milli Kitabxanası
Müqəddəs Kiril və Mefodiy adına Bolqarıstan Milli Kitabxanası – 4 aprel 1878-ci ildə yaradılmışdır. Kitabxananın fondunda IX-XIX əsrlərə aid slavyan, yunan, şərq və digər xarici arxivlər, əsərlər, həmçinin 1,5 mln. bolqar tarixi sənədləri və s. mühafizə edilir. Yaradılmasından 3 il sonra kitabxana milli status almışdır. 1924-cü ildə kitabxana Bolqar Milli İntibah Arxivi ilə birləşdirilmişdir.
Qazaxıstan bolqarları
Qazaxıstan bolqarları (bolq. Българи в Казахстан, qaz. Қазақстандағы болгарлар) — Qazaxıstan ərazisində yaşıyan çox saylı milli azlıqlardan biri. 1999-cu il siyahıyaalınmasına əsasən Qazaxıstanda 6 915 nəfər özünü bolqar hesab edir. == Tarixi == 1907-ci ildə Qazaxıstanda ilk bolqar köçkünləri meydana gəlir. Onlar Pavlodar vilayətində Razdumovka və Andrianovka, Aqtöbe vilayətində isə Bolqarka kəndlərini qururlar. İkinci Dünya müharibəsi dövründə Bolqarıstan sakinlərinin ikinci dalğası Qazaxıstana gəlir. Bolqarlar Qazaxıstanın hər yerində məskunlaşmışlar, lakin Aktöbe və Pavlodar vilayətində onların payı respublika üzrə orta göstəricidən yüksəkdir. Bolqarıstanın Qazaxıstandakı səfirliyi ilə əlaqəsi olan Qazaxıstanda Bolqarıstan Mədəniyyət Mərkəzi fəaliyyət göstərir. Bolqar diasporunun yaranmasının yüz illiyi ilə Bolqarka kəndində yeni bir məktəb açılır.
Qızılgül vadisi (Bolqarıstan)
Qızılgül vadisi — Bolqarıstanın Stara-Planina dağlarından cənubda və Sredna-Qora massivindən şimalda yerləşən bölgə. Qızılgül vadisi daxilində Kazanlıq şəhəri yerləşir. Vadinin adı XIX əsrin ortalarında bölgədə inkişaf etmiş ənənəvi qızılgül yağı istehsalı ilə bağlıdır. == Coğrafi mövqeyi == Vadi iki çay vadisinin birləşməsi nəticəsində formalaşıb. Stryama və Tunca çayları qərbdə Karlov, şərqdə isə Kazanlıq vadilərini əmələ gətirir. Bölgənin şərq hissəsinin sahəsi 1895 км2 -dir və 350 metr dəniz səviyyəsindən yüksəklikdə yerləşir. Ərazinin uzunluğu 95 km, eni isə 10–12 km-dir. Kazanlıq şəhəri məhz şərq hissədə yerləşir. Qərb hissəsi isə 1387 км2 sahəyə, 55 km uzunluğa və 16 km enə maikdir. Bu bölgədə Karlova və Kalofer şəhərləri yerləşir..
Roman (Bolqarıstan çarı)
Roman (bolq. Роман) — Bulqar çarı. Hakimiyyəti nisbətən uzun çəksə də müstəqil olmamış, xədim olduğu üçün övladları da olmamışdır. 991-ci ildən Bizans əsirliyində olan Roman 997-ci ildə vəfat etdi. Bununla da Kubratdan bəri davam edən Dunay bulqarları sülaləsinin nəsli kəsildi. Yerinə Samuil keçdi.
Samuil (Bolqarıstan çarı)
Samuil — Kometopuli sülaləsindən ilk bolqar imperatoru. 977-997ci illər arasında Çar Romanın sərkərdəsi və sağ qolu olmuşdur.Bolqarıstanın müstəqilliyini Bizansa qarşı qorumağa çalışmışdır. == Hakimiyyətdən öncə == Samuil qraf Komita Nikolanın 4 oğlundan ən kiçiyi olaraq dünyaya gəlmişdi. II Borisin Bizans tərəfindən əsir alındığı dövrdə Kometopuli qardaşları dövləti onun adı ilə idarə edirdilər. 970-ci ildə atalarının ölümündən sonra üsyan edən qardaşlar 1 il sonra artıq əsl hakimiyyətə sahib idilər. Samuelin payına isə ölkənin şimal-qərbi olan Vidin bölgəsi düşmüşdü. O ölkənin qədim paytaxtı Preslavı da azad edə bilmişdi. === Bizansla müharibə === 976-cı ildə Bizansla müharibəyə başlayan qardaşlar torpaqların bir çox hissəsini azad etməyi bacardılar. Bizans sərkərdəsi Krıma çəkilməyə məcbur oldu. Eyni zamanda şimala hücum edən qardaşlar Bizans hakimiyyətinə tabe olan və müstəqillik əleyhdarı bütün feodalları edam etdilər, Dunayın şimalına doğru dayanmadar irəlilədilər.
Serbiyada bolqarlar
Serbiyada bolqarlar — rəsmi olaraq tanınan milli azlıq statusuna malikdirlər. 2011-ci ildə ölkədəki bolqarların sayı 18 543 nəfərə çatırdı. Əksəriyyəti Bosileqrad və Dimitrovqrad şəhərlərində yaşayır. == Demoqrafik məlumatlar == Bolqarlar 1948-ci ildən bəri Yuqoslaviyada və Serbiyada siyahıyaalmada qeyd olunur. 1948: 59 472 1953: 60 146 (bolqar dilini ana dili hesab edənlər: 59 166) 1961: 58 494 1971: 53 800 (bolqar dilini ana dili hesab edənlər: 49 942) 1981: 33,455 (bolqar dilini ana dili hesab edənlər: 35,269) 1991: 26,698 (bolqar dilini ana dili hesab edənlər: 25 408) 2002: 20,497 (bolqar dilini ana dili hesab edənlər: 16 459) 2011: 18 543 (bolqar dilini ana dili hesab edənlər: 13 337) 2011-ci il siyahıyaalınmasına əsasən Serbiyada bolqarlar ölkənin cənub-şərqindəki Bosileqrad və Dimitrovqrad şəhərlərində məskunlaşmışlar. Burada 18.543 etnik bolqar yaşayırdı: 5.839 Bosileqradda (ümumi əhalinin 71,9%), 5 413 bolqar isə Dimitrovqradda yaşayır (əhalinin 53,5%). Bolqarlar pravoslavlığı məzhəbində ediqad edir. Bosileqrad və Dimitrovqradın yerləşdiyi dağlıq bölgələrdə demək olar ki, müsəlman yoxdur. Bolqar keşişlərinin sayının az olması səbəbindən bolqarların bəziləri Serb Pravoslav Kilsəsinə gedir. Həm Bosileqrad və Dimitrovqrad şəhərlərində kilsələr var.
Türkiyə–Bolqarıstan sərhədi
Türkiyə–Bolqarıstan sərhədi — Bolqarıstan Respublikası ilə Türkiyə Respublikası arasında 269 km (167 mil) uzunluğundakı beynəlxalq sərhəd. 1878-ci ildə San-Stefano sülh müqaviləsi ilə Osmanlı İmperiyası daxilində daxili sərhəd olaraq qurulur. Mövcud sərhədlər İstanbul müqaviləsi (1913) və Bolqarıstan-Osmanlı konvensiyası (1915) ilə müəyyən edilir. Sərhəd sonda Lozanna müqaviləsi (1923) ilə bir daha təsdiqlənir, halbuki Bolqarıstan əvvəllər Türkiyə ilə sərhədinin Bolqarıstan-Osmanlı konvensiyası ilə dəyişdirilmiş hissəsini Yunanıstana verdiyinə görə ikinci müqavilədə iştirak etməmişdir. == Sərhəd səddi == Avropa miqrant böhranına cavab olaraq Bolqarıstan qanunsuz keçid axınının qarşısını almaq üçün sərhəd səddi qurur. 2016-cı ilin iyun ayından etibarən planlanan 166 kilometr (103 mil) baryerdən təqribən 146 kilometri (91 mil) inşa edilir. 2014-cü ilin yanvarında Bolqarıstan Orta Şərq və Şimali Afrikadan gələn miqrant dalğasınının qarşısını almaq üçün Türkiyə ilə sərhəd boyunca 30 km (19 mil) uzunluğunda bir təhlükəsizlik hasarının inşasına başlayır. 10 ft (3.0 m) hündürlükdə və tikanlı məftillərlə möhkəmləndirilmiş hasar, Lesovo sərhəd keçid məntəqəsi ilə Qolyam Dervent kəndi arasındakı sərhədin ən görünməyən hissəsini əhatə edir. Bolqarıstan ordusu 2014-cü ilin iyul ayında təqribən 5 milyon avroya başa gələn qoruyucu baryeri tamamlayır. Yeni hasar nəticəsində qurğunun yaxınlığında qanunsuz keçid cəhdləri yeddi dəfə azalır.
Ukraynanın Bolqarıstan səfirliyi
Ukraynanın Bolqarıstan səfirliyi (ukr. Посольство України в Республіці Болгарія) — Ukraynanın Bolqarıstanıın Sofiya şəhərində yerləşən səfirliyi. == Vəzifələri == Səfirliyinin vəzifələri öz səlahiyyətləri daxilində qəbul edən dövlətdə Ukraynanın təmsil edilməsi, Ukraynanın vahid xarici siyasət xəttinin aparılması, Ukraynanın milli maraqlarının, o cümlədən siyasi, iqtisadi və digər maraqlarının diplomatiya üsulu ilə təmin edilməsi, Ukraynanın, onun vətəndaşlarının və hüquqi şəxslərinin hüquq və maraqlarının müdafiə edilməsidir. == Tarixi == 1991-ci il avqustun 24-də Ukraynanın dövlət müstəqilliyini bərpa eləməsindən sonra xarici dövlətlərlə münasibətlərin qurulmasına başlanıldı. 1991-ci il noyabrın 12-də Ukrayna və Bolqarıstan dövlətləri arasında diplomatiya sahəsində münasibətlərin qurulmasına dair birgə sənəd imzalanıb. 1992-ci ildə isə Ukraynanın Bolqarıstan səfirliyi yaradıldı. Ukraynanın Bolqarıstanda olan fövqəldə və səlahiyyətli səfiri Vitali Moshalenhodur. O, 2018-ci ildən bu vəzifədədir.
Varna (Bolqarıstan)
Varna (bolq. Варна) — Bolqarıstanın Qara dəniz sahilinin ən böyük şəhəri və dənizkənarı kurortu və bu ölkənin üçüncü böyük şəhəri. Varna vilayətinin və bələdiyyəsinin inzibati mərkəzi.Balkanlarda İstanbul, Afina, Buxarest, Belqrad, Sofiya, Saloniki, Zaqreb, Skopye, Tirana və Plovdivdən sonra 11-ci ən böyük şəhərdir.
Yeni il Bolqarıstanda
Yunanıstan–Bolqarıstan Qaz İnterkonnektoru
Yunanıstan–Bolqarıstan Qaz İnterkonnektoru (ing. Interconnector Greece-Bulgaria (IGB)) — Yunanıstanın şimal-şərqindəki Komotini və Bolqarıstanın cənubundakı Stara Zaqora regionundakı milli təbii qaz ötürmə sistemləri arasında birbaşa əlaqə yaradan boru kəməri. Ümumi uzunluğu 182 km-dir. Dəyəri — 240 milyon avrodur. Planlaşdırılan layihə gücü ildə 3 milyard m3 təbii qazdır == Tarixi == Qaz kəmərinin tikintisi 2017-ci ilə nəzərdə tutulmuşdu. 22 may 2019-cu il tarixində Kirkovo rayonunda interkonnektorun əməlqoyma mərasimi baş tutmuşdur. Boru kəməri onun operatoru olan "ICGB AD" tərəfindən tikilir. Tikintidə Bolqarıstanın "Bulgarian Energy Holding"i, Yunanıstanın "DEPA" və İtaliyanın "Edison" şirkətləri iştirak emişlər. 25 mart 2022-ci ildə boru kəməri Trans Adriatik Boru Xəttinə qoşulmuşdur. Tikinti 2022-ci ilin iyulunda başa çatmışdır.
Ön bolqarlar
Bulqarlar — II əsrdə ortaya çıxmış (lat. Bulensii) yarımköçəri türk xalqı. == Kökləri == Tədqiqatçılar bulqarları Şimali Qafqaz çöllərində hunlardan əvvəl yaşamış türkdilli tayfa hesab edirlər. Bulqar tayfasının adı "Dədə Qorqud" eposunda da çəkilir. Erkən orta əsrlərə aid mənbələrdə bulqarların kazan, çakar, kol (kul), kuvyar və basil adlı tayfalardan ibarət olması göstərilir. Moisey Xorenski yazır ki, erməni çarı Xosrovun vaxtında Ermənistana "qüdrətli basillər" gəlib məskunlaşmışlar. Bulqarlar hələ qədimdən Ptolomeyə məlum idi. Onlar Ukraynanın Cənubi Buq çayı sahilində yaşayırdı. == Böyük Bulqar xanlığı == Bulqar dövləti Onogur-Kutriqur-Utiqur ittifaqının Göytürk xaqanlığından azad olması nəticəsində yaranmışdı. Böyük Bulqar xanlığını Kubrat xan qurdu.
İbrahim Paşa məscidi (Bolqarıstan)
İbrahim Paşa məscidi — Bolqarıstanın razqrad şəhərində XVI əsrə aid məscid. Osmanlı sultanı I Səlimin kürəkəni sədrəzəm Parqalı İbrahim Paşa tərəfindən inşa etdirilən məscidin kitabəsi divan katibi Mehmed ibn Qara Üveys tərəfindən hazırlanmışdır.
İdil Bolqarları
İdil bulqarları — İdil və Kama çayları ətrafında tarixi dövlət. Bulqar türkləri tərəfindən qurulmuşdur == Zəmin == Volqa boyuna köç edən bulqarlar buranın yerli tayfalarını özlərinə tabe etdilər. 965-ci ildə Volqa — Kama çayları ətrafında İdil Bulqar dövlətini yaratdılar. İdil Bulqar dövlətinin paytaxtı Bulqar şəhəri oldu. Yaşadıqları ərazinin əlverişli coğrafi mövqeyi onlara Volqanın cənubunda yaşayan xalqlarla bərabər, Cənubi Qafqaz, Mərkəzi Asiya və başqa ölkələrlə ticarət etməyə imkan yaradırdı. Bulqarlar taxıl, xəzdəri, sənətkarlıq məmulatları ixrac edirdilər. Yaxşı inkişaf etmiş Bulqar, Bilyar, Suvar şəhərləri sənətkarlıq və ticarət mərkəzləri hesab edilirdi. Kəndlilərin əksəriyyəti azad torpaq sahibi idi. Burada sənətkarlıq, xüsusilə də dəmirçilik yaxşı inkişaf etmişdi. Sənətkarlar gil, mis, gümüş və qızıldan bəzək əşyaları hazırlayırdılar.
İvan (Bolqarıstan şahzadəsi)
İvan — Birinci Bulqar dövlətinin şahzadəsi, I Simeonun kiçik oğlu. I Pyotrun taxta keçməsindən bir il sonra üsyan etmiş, daha sonra Konstantinopola qaçıb, 928-ci ildə orda erməni bir qızla evlənmişdi.
Bolqarıstan Futbol İttifaqı
Bolqarıstan Futbol İttifaqı (bolq. Български футболен съюз) — Bolqarıstan futbolunun əsas idarəedici orqanı. Mərkəzi ofisi Sofiya şəhərində yerləşir. == Tarix == Bolqarıstan futbolunu idarə etmək üçun ilk təşkilat 1923-cü ildə Bolqarıstan Milli İdman Federasiyasının tərkibində futbol departamenti kimi yaradılmışdır. 1944-cü ildə Bolqarıstanda sosialist rejim yaradıldıqdan sonra ölkədə futbolu idarə edəcək orqan Mərkəzi Futbol Komitəsi adlanmağa başlayır. 1948-ci ildən 1962-ci ilə qədər təşkilat Respublika Futbol Bölməsi adlanır. 1962–1985-ci illərdə isə təşkilat Bolqarıstan Futbol Federasiyası adlandırılır. 27 iyun 1985-ci ildə təşkilatın adı dəyişdirilərək, indiki adı ilə, Bolqarıstan Futbol İttifaqı adlandırılır. == Fəaliyyəti == Bolqarıstanda futbol klublarının birliyidir, Bolqarıstan Futbol İttifaqına 44 peşəkar və 490 həvəskar klub daxildir. Birlik ölkədə futbolun inkişafına rəhbərlik edir, rəsmi yarışlar keçirir, futbol klublarının maraqlarını müdafiə edir, Bolqarıstan futbolunu beynəlxalq səviyyədə təmsil edir.
Bolqarıstan knyazlığı
Bolqarıstan knyazlığı (bolq. Кня́жество Бълга́рия) — 1879-cu ildə Tırnovo konstitusiyasının qəbulundan 1908-ci ildə müstəqillik elan olunana qədər Bolqarıstanın rəsmi adı. Knyazlıq birpalatalı parlamenti (Xalq Məclisi) olan konstitusion monarxiya idi. Dövlət başçısı knyaz titulu daşıyırdı. Monarxın titulu "bolqarların knyazı" idi. Hakim sülalələr: 1879-1886-cı illərdə - Battenberq, 1887-ci ildən - Saks-Koburq-Qota oldu. Knyazın fəaliyyət qabiliyyətini itirdiyi təqdirdə kollektiv regentlik nəzərdə tutulurdu. Bolqarıstan knyazlığı Berlin konqresinin qərarı ilə Osmanlı imperiyasının vassalı sayılsa da, bu daha çox formal xarakter daşıyırdı. Knyazlıq faktiki olaraq müstəqil idi və onun bütün dövlət atributları - pulu, bayrağı, gerbi və himni var idi. == Tarixi == Müasir Bolqarıstan dövlətçiliyinin əsası Bolqarıstanda Müvəqqəti Rusiya Administrasiyası dövründə, 1877-1878-ci illər Rusiya-Türkiyə müharibəsindən sonra rus ordusu tərəfindən işğal edilmiş Bolqarıstan ərazisinə Rusiya administrasiyası nəzarət etdiyi zaman qoyuldu.

Digər lüğətlərdə