“Горло” mənasını əks etdirir. Bu söz mənbələrdə boğurdaq kimi verilib, boğmaq feili ilə bağlıdır kimi qeydə alınıb. Boğça sözü də bununla qohumdur. Əbu Həyyanda (XIII–XIV əsr) bu söz boğaq (boğuq yer) kimi qeydə alınıb. Türkmənlər buna “boğurdaq” deyirlər. Deməli, boğmaq sözü ilə bağlıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Hamilə heyvanlar haqqında “boğazdır” kəlməsi işlədilir. Sözün əsli buza şəklində olub və “doğmaq” mənasını əks etdirib. Buzov sözü də həmin zəmində əmələ gəlib. Mənbələrdə buzov yerinə buzağu yazılıb. Oğlan kəlməsi doğmaq feilindən törədiyi kimi, buzov sözü də buza feilindən törəmədir. Oğlaq (keçi balası) və oğlan kökdaş sözlərdir. Güman etmək olar ki, buzov və quzu sözləri də eyni kökdən əmələ gəlib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)