bulqar

bulqar
bulkasatan 2021
bulqarca 2021
OBASTAN VİKİ
Bulqar
Bulqar (tatar. Bolğar, Болгар) — İdil bulqarları xanlığının partaxtı. Sonra Qızıl Orda nın böyük şəhərlərindən biri. İndi Tatarıstanın Çerdaklı stansiyasından (Ulyanovsk-Ufa dəmiryolu üstündə) 100 km aralıda yerləşir. == Tarixi == Tarixin uzaq keçmişində Volqa çayının yuxarılarında Volqa Bulqarıstanı yaranmışdır. Digər qismi Don – Kuban çayları arası bulqarlar isə xəzərlərin güclənən hücumları qarşısında duruş gətirməyərək Asparuxun başçılığı altında Balkanlara köç etmişdir. 660-cı ildə Asparux ordası Dunayın deltasında möhkəmləndi. Bu gün qıpçaq türklərindən olan müasir çuvaşlar türk bulqarlarının xələfləridir. Beləliklə, onların bir hissəsi Asparux xanın başçılğı altında Dunay Bolqarıstanın əsasını qoydu. Bulqar şəhərinin coğrafi yöndən uyğun bir yerdə salınmış olması, yəni Doğu Avropanın İdil-Oka, Klyazma, Kama kimi böyük nəhrlərin kəsişdiyi yerlərdə bulunması, qurudan isə doğrudan-doğruya karvan yolu ilə Orta Asiya ilə bağlı olması Doğu Avropa, Orta və Yaxın Şərq ölkələri ilə sıx ticarət münasibətləri saxlamasına şərait yaratmışdır.
Bulqar dili
Bulqar dili - Qədim ölü Türk dillərindəndir. Böyük Bulqariyanın parçalanmasmdan sonra bulqar tayfalarının bir hissəsi Dunayda və Orta Volqaboyunda, digər hissələri isə Azov sahillərində məskunlaşdılar və məhz buna görə də həmin tayfaların dilləri Dunay-Volqa və Kuban-Bulqar adlandırılmışdır. Bulqar dilinin ayrı-ayrı leksemləri haqqında hələ M. Kaşğarinin tədqiqatlarında da rast gəlmək mümkündür.
Bulqar dilləri
Bulqar dilləri (Oğur dilləri) — türk dil qrupuna daxildir. Bu dil qrupuna daxil olan dillər arasında çuvaş dili istisna olmaqla digərləri ölü dillərdir.
Bulqar xanlığı
İdil bulqarları — İdil və Kama çayları ətrafında tarixi dövlət. Bulqar türkləri tərəfindən qurulmuşdur == Zəmin == Volqa boyuna köç edən bulqarlar buranın yerli tayfalarını özlərinə tabe etdilər. 965-ci ildə Volqa — Kama çayları ətrafında İdil Bulqar dövlətini yaratdılar. İdil Bulqar dövlətinin paytaxtı Bulqar şəhəri oldu. Yaşadıqları ərazinin əlverişli coğrafi mövqeyi onlara Volqanın cənubunda yaşayan xalqlarla bərabər, Cənubi Qafqaz, Mərkəzi Asiya və başqa ölkələrlə ticarət etməyə imkan yaradırdı. Bulqarlar taxıl, xəzdəri, sənətkarlıq məmulatları ixrac edirdilər. Yaxşı inkişaf etmiş Bulqar, Bilyar, Suvar şəhərləri sənətkarlıq və ticarət mərkəzləri hesab edilirdi. Kəndlilərin əksəriyyəti azad torpaq sahibi idi. Burada sənətkarlıq, xüsusilə də dəmirçilik yaxşı inkişaf etmişdi. Sənətkarlar gil, mis, gümüş və qızıldan bəzək əşyaları hazırlayırdılar.
Birinci Bulqar dövləti
Dunay Bolqar Dövləti — Asparux xan tərəfindən qurulan Bulqar dövləti. == Qısa tarixi == Böyük Bulqar türk dövlətinin parçalanmasından sonra bulqarların bir hissəsi Kubrat xanın oğlu Asparux xanın başçılığı ilə 681-ci ildə Dunay çayı ətrafında öz dövlətlərini yaratdılar. 679-cu ildə bulqarlar Bizans İmperiyasına yürüş etdi. Bunun nəticəsində: Bizans asılılığı qəbul etdi. Hər il bulqarlara xərac verməyə razı oldu. Bizans İmperiyası ilə Avarlar arasında qalan Bolqarlar, 681-ci ildə edilən razılaşma ilə Bizans İmperiyası tərəfindən rəsmi olaraq tanındı. Asparuxdan sonra yerinə oğulu Tervel xan keçdi. O, Bizans İmperiyası ilə dostluq müqaviləsi imzaladı. Konstantinopolisin (bugünkü İstanbul) bulqarlar ərəblər tərəfindən mühasirə edilməsində Bizans İmperiyasına kömək etdilər. VII əsrdən sonra Bizans İmperatorluğu ilə müqavilən pozuldu və bu onlar arasında müharibəyə səbəb oldu.
Böyük Bulqar xanlığı
Böyük Bulqar xanlığı (orta əsrlər yunan dili: Παλαιά Μεγάλη Βουλγαρία, Palaiá Megálē Voulgaría) — VII əsrdə Avropada, indiki Ukraynanın cənubunda və Rusiyanın cənub-qərbində mövcud olan bir dövlət. Bulqar sözünün mənası "qarışmaq" deməkdir. Böyük Bulqar dövlətinin qurucusu Qurd (Qubrad) xaqan hesab olunur. 665-ci ildə Qurd xaqanın ölümündən sonra Böyük Bulqar dövləti zəiflədi və xəzərlərin hücumu nəticəsində iki hissəyə parçalandı. Dunay Bulqar dövləti və Volqa Bulqar dövləti yarandı. == Tarixi == 630–635-ci illər arasında Xan Kubrat Bolqarları Türk xaqanlığının(588–639) tabeliyindən xilas etdi, Onogur Bulqarlarını Kutrigur və Utiqur qəbilələri ilə vahid bir qayda altında birləşdirməyi bacardı və güclü bir konfederasiya yaratdı, Qərbi Avropada orta əsr müəllifləri tərəfindən Köhnə Böyük Bolqarıstan(630–665) adlandırıldı. Ancaq qurulan dövlət uzun ömürlü olmadı. Kubrat xanın 665-ci ildə ölümündən sonra oğlanları Batbayan,Asparux və Altsek arasında hakimiyyət uğrunda çəkişmə başladı və xaqanlıq iki yerə parçalandı. == Asparux xan == Bulqar-Türk dövlətinin qurucusu Asparux (643–701) xan idi. O, 679-cu ildə Bizansı məğlub edərək cənub-şərqi Avropada müstəqil Bulqar-Türk dövlətini qurdu.
İdil Bulqar xanlığı
İdil bulqarları — İdil və Kama çayları ətrafında tarixi dövlət. Bulqar türkləri tərəfindən qurulmuşdur Volqa boyuna köç edən bulqarlar buranın yerli tayfalarını özlərinə tabe etdilər. 965-ci ildə Volqa — Kama çayları ətrafında İdil Bulqar dövlətini yaratdılar. İdil Bulqar dövlətinin paytaxtı Bulqar şəhəri oldu. Yaşadıqları ərazinin əlverişli coğrafi mövqeyi onlara Volqanın cənubunda yaşayan xalqlarla bərabər, Cənubi Qafqaz, Mərkəzi Asiya və başqa ölkələrlə ticarət etməyə imkan yaradırdı. Bulqarlar taxıl, xəzdəri, sənətkarlıq məmulatları ixrac edirdilər. Yaxşı inkişaf etmiş Bulqar, Bilyar, Suvar şəhərləri sənətkarlıq və ticarət mərkəzləri hesab edilirdi. Kəndlilərin əksəriyyəti azad torpaq sahibi idi. Burada sənətkarlıq, xüsusilə də dəmirçilik yaxşı inkişaf etmişdi. Sənətkarlar gil, mis, gümüş və qızıldan bəzək əşyaları hazırlayırdılar.
Bulqarlar
Bulqarlar — II əsrdə ortaya çıxmış (lat. Bulensii) yarımköçəri türk xalqı. == Kökləri == Tədqiqatçılar bulqarları Şimali Qafqaz çöllərində hunlardan əvvəl yaşamış türkdilli tayfa hesab edirlər. Bulqar tayfasının adı "Dədə Qorqud" eposunda da çəkilir. Erkən orta əsrlərə aid mənbələrdə bulqarların kazan, çakar, kol (kul), kuvyar və basil adlı tayfalardan ibarət olması göstərilir. Moisey Xorenski yazır ki, erməni çarı Xosrovun vaxtında Ermənistana "qüdrətli basillər" gəlib məskunlaşmışlar. Bulqarlar hələ qədimdən Ptolomeyə məlum idi. Onlar Ukraynanın Cənubi Buq çayı sahilində yaşayırdı. == Böyük Bulqar xanlığı == Bulqar dövləti Onogur-Kutriqur-Utiqur ittifaqının Göytürk xaqanlığından azad olması nəticəsində yaranmışdı. Böyük Bulqar xanlığını Kubrat xan qurdu.
Ermənistan bulqarları
Ermənistan bulqarları — Kubrat xanın ölümündən sonra Ermənistana köçən xalq. == Ümumi məlumat == Onların adına ilk dəfə Moisey Xorenlidə rast gəlinir. Ermənilər onları xanlarının adı ilə Vənəndlilər olaraq tanıyırdılar. Ermənistan Sasanilər və Roma imperiyası tərəfindən bölünəndən sonra bulqarlar heç bir bölgüyə qoşulmamış, Kür çayı vadisində öz qalalarında möhkəmlənmişdilər. IV Xosrov tərəfindən təqib olunan bulqarlar Suriya sərhəddinəcən enmişdilər. Xorenatsi bulqarların qeyri-adi cəsarətli bir xalq olduğunu qeyd edir. Vənəndlilər Ermənistan əsilzadə ailələri siyahısı olan "Qaxnamə"də 17-ci sırada qeyd olunmuşdur. Erməni tarixçi Yegişenin verdiyi məlumata görə Sasanilərin xristianlığı qadağan etməsinə etiraz edənlər arasında Vanandın bulqar yepiskopu Qad da olmuşdur. Avarayr döyüşündə birləşmiş xristian ordularının 3-cü hissəsinə bulqar sərkərdə Tatul başçılıq edirdi. Sasanilərin həbs etdiyi əsilzadələr arasında Tatulun ailəsindən olan 3 bulqar da var idi.
Makedoniya bulqarları
Şimali Makedoniya bulqarları — Kubrat xanın oğlu Kuber xanın başçılığı ilə Şimali Makedoniyaya köçmüş xalq. == Tarixi == 680-ci ildə 70.000 nəfərdən ibarət olan ordası ilə hazırkı Şimali Makedoniyaya torpaqlarında yerləşmişdir. Burda öz xanlığını quraraq Balkanlardakı ikinci Bulqar dövlətini quran Kuberin adı 680-ci illərdən sonra çəkilmir. Lakin Tervel xanın yürüşlərində "Makedoniyadakı əmiləri"ndən kömək aldığı məlumdur. 800-cü illərdə bulqarlar artıq yerli slavyan qəbiləsi olan Draqobitlər ilə qaynayıb-qarışmışdı. I Presian dövründə Şimali Makedoniya bulqarları yenidən digər bulqarlar ilə birləşdirilmişdi. == Arxeolojik məlumat == Şimali Makedoniyalı arxeoloq İvan Mikulçikin başçılıq etdiyi qazıntılar nəticəsində Şimali Makedoniyada nəinki bulqar izləri, hətta tam geniş arxeoloji mədəniyyəti kəşf edilmişdir. Bu mədəniyyət Şimali Makedoniyadan şərqi Albaniyayacan uzanırdı. Arxeoloji qazıntılar nəticəsində bulqarlara aid qalalar, qəbirlər, metallurgiya nümunələri, saxsı qablar, pul xəzinələri, totemlər tapılmışdır.
İdil bulqarları
İdil bulqarları — İdil və Kama çayları ətrafında tarixi dövlət. Bulqar türkləri tərəfindən qurulmuşdur Volqa boyuna köç edən bulqarlar buranın yerli tayfalarını özlərinə tabe etdilər. 965-ci ildə Volqa — Kama çayları ətrafında İdil Bulqar dövlətini yaratdılar. İdil Bulqar dövlətinin paytaxtı Bulqar şəhəri oldu. Yaşadıqları ərazinin əlverişli coğrafi mövqeyi onlara Volqanın cənubunda yaşayan xalqlarla bərabər, Cənubi Qafqaz, Mərkəzi Asiya və başqa ölkələrlə ticarət etməyə imkan yaradırdı. Bulqarlar taxıl, xəzdəri, sənətkarlıq məmulatları ixrac edirdilər. Yaxşı inkişaf etmiş Bulqar, Bilyar, Suvar şəhərləri sənətkarlıq və ticarət mərkəzləri hesab edilirdi. Kəndlilərin əksəriyyəti azad torpaq sahibi idi. Burada sənətkarlıq, xüsusilə də dəmirçilik yaxşı inkişaf etmişdi. Sənətkarlar gil, mis, gümüş və qızıldan bəzək əşyaları hazırlayırdılar.
İtaliya bulqarları
İtaliya bulqarları — Altsek xan ilə birlikdə VII əsrdə İtaliyada məskunlaşmış bulqarlara verilən ad. Altsek xan Kubrat xanın ən kiçik oğlu idi. 631-ci ildə qardaşı Batbayan xandan ayrılaraq Avar xaqanlığına sığınmışdı. Lakin burada çox qala bilməyərək üsyan etmiş və xaqanın qəzəbinə uğramışdır. Bundan sonra Bavariyaya gedən və I Daqobertdən sığınacaq tələb edən şahzadə xəyanətə uğradı və bu dəfə İtaliyaya köçməyə məcbur oldu. 9000 qəbilə üzvündən 800ü sağ qalmışdı. Lombard kralı I Qrimoald tərəfindən ona "qastald" titulu verilərək cənubi İtaliyadakı Sepino, Boyano, İserniya şəhərləri onun sərəncanıma verildi. Bulqarlar İtalyanın indiki Kampaniya və Molize bölgələrində məskunlaşmışdılar. 787-ci ildə "Lanqobard tarixi" əsərinin müəllifi Pavel yazırdı ki, "bulqarlar Latın dilini mükəmməl danışır, bununla belə onlar öz dillərini unutmamışlar". Bulqarlar indi İtaliyada qəsəbə və şəhər statusuna sahib olan məskənlər də salmışlar.
Şimali Makedoniya bulqarları
Şimali Makedoniya bulqarları — Kubrat xanın oğlu Kuber xanın başçılığı ilə Şimali Makedoniyaya köçmüş xalq. 680-ci ildə 70.000 nəfərdən ibarət olan ordası ilə hazırkı Şimali Makedoniyaya torpaqlarında yerləşmişdir. Burda öz xanlığını quraraq Balkanlardakı ikinci Bulqar dövlətini quran Kuberin adı 680-ci illərdən sonra çəkilmir. Lakin Tervel xanın yürüşlərində "Makedoniyadakı əmiləri"ndən kömək aldığı məlumdur. 800-cü illərdə bulqarlar artıq yerli slavyan qəbiləsi olan Draqobitlər ilə qaynayıb-qarışmışdı. I Presian dövründə Şimali Makedoniya bulqarları yenidən digər bulqarlar ilə birləşdirilmişdi. Şimali Makedoniyalı arxeoloq İvan Mikulçikin başçılıq etdiyi qazıntılar nəticəsində Şimali Makedoniyada nəinki bulqar izləri, hətta tam geniş arxeoloji mədəniyyəti kəşf edilmişdir. Bu mədəniyyət Şimali Makedoniyadan şərqi Albaniyayacan uzanırdı. Arxeoloji qazıntılar nəticəsində bulqarlara aid qalalar, qəbirlər, metallurgiya nümunələri, saxsı qablar, pul xəzinələri, totemlər tapılmışdır.

Digər lüğətlərdə