CİHAZ

[ər.] сущ. 1. прибор, механизм, аппарат, алат, зереъат; // са шумуд затӀуникай, паюникай ибарат тир алатрин кӀватӀал, комплект (мес. кхьинардай, чин твадай ва мс. приборар); 2. физиол. аппарат (организмда са тайин везифа кьиле тухузвай органар); həzm cihazı иливардай аппарат, хук; 3. куьгьн. жегьиз.
CİHAD
CİHAZQAYIRAN
OBASTAN VİKİ
Cihaz
Qurğu (yun. ,ing. device) — süni şəkildə yaradılan və texnika sahəsində müəyyən funksiyaların həyata keçirilməsi üçün istifadə olunan obyektdir. Sinxronlaşdırıcı impulslar olmadan işləyə bilən qurğular asinxron qurğular adlanır. Bu qurğuların tərkibində xüsusi sxemlər olur ki, hər bir mikroəməliyyat bitdikdən sonra həmin sxem növbəti mikroəməliyyatın başlanmasına icazə verən impuls göndərir. Asinxron qurğuların cəldliyi sinxron qurğulara nisbətən daha yüksəkdir. == Elektrik cihazlarının siyahısı == Akselerometr - təcili ölçən cihaz. Ampermetr - cərayan şiddətini ölçən cihaz. İşləmə prinsipi cərəyanlı çərçivəyə maqnit sahəsinin göstərdiyi yönəldici təsirə əsaslanır. Dövrəyə ardıcıl qoşulur.
Mobil cihaz
Mobil cihaz, həmçinin əl kömpüteri və ya rəqəmsal köməkçi — əldə tutulacaq və işləyəcək qədər kiçik həcmdə olan kompüter. Mobil cihazlarda adətən düz LCD və ya OLED ekran, sensor ekran interfeysi, rəqəmsal və ya fiziki butonlar olur. Onların fiziki klaviaturası da ola bilər. Bir çox mobil qurğular internetə qoşula və Wi-Fi, "Bluetooth", mobil şəbəkələr, həmçinin NFC vasitəsilə avtomobil əyləncə sistemləri və ya qulaqlıqlar kimi digər cihazlara qoşula bilər. İnteqrasiya edilmiş kameralar, audio və video telefon zəngləri yerləşdirmək və qəbul etmək imkanı, videooyunlar və qlobal mövqeləşdirmə sistemi (GPS) imkanları geniş yayılmışdır. Güc adətən litium-ion batareya ilə təmin edilir. Mobil cihazlar üçüncü tərəf proqramlarının quraşdırılmasına və işə salınmasına imkan verən mobil əməliyyat sistemlərini işlədə bilər. İlkin smartfonlara 2000-ci illərin sonlarında daha böyük planşetlər qoşulmuşdur. Giriş və çıxış adətən sensor ekran interfeysi vasitəsilə həyata keçirilir. Telefonlar/planşetlər və fərdi rəqəmsal köməkçilər eksklüziv xüsusiyyətlərə əlavə olaraq, noutbuk/masaüstü kompüterin əksər funksiyalarını təmin edə bilər.
Axirət Cihazı
Axirət cihazı adətən planetdəki bütün həyat formalarını silmə gücünə malik silah və ya silah sistemlərindən ibarət hipotetik quruluşdur. Bir çox hipotetik quruluşlar hidrogen bombalarının daha böyük versiyalarının yaradıla biləcəyi faktına yaxud onların başqa maddələrlə gücləndirilməsi düşüncəsinə əsaslanır (məs: kobalt bombası.) Axirət cihazları və nüvə qırğınının dünyanı yox etməsi düşüncəsinə 20-ci əsr incəsənət və ədəbiyyatında elm və texnologiyanın təkmilləşməsi ilə inam daha da artdı. Elmi fantastika janrındakı bir çox klassiklər elə bu mövzunu əhatə edir. "Axirət cihazı" termini ilk dəfə 1960-cı ildə öz təstiqini tapıb. == Tarixi == 1954-cü ildən bəri Kəstl Bravo istilik-nüvə silahı testi istənilən böyüklükdə dağıdıcı və təsir etdiyi hər yeri intensiv radiasiyaya məruz qoyan bombaların düzəldilməsinin mümkünlüyünü ortaya qoyur. Leo Szilard kimi bir sıra nüvə silahı nəzəriyyəçiləri massiv istilik-nüvə silahını yüzlərlə ton kobaltla əhatə edib partlatdıqda əmələ gələcək Cobalt-60-ın demək olar yer üzündəki canlı həyata son qoyacağını düşünür. RAND şirkətinin strategisti Herman Kahn Sovetin və ya ABŞ-nin bir sıra hidrogen bombasını eyni anda partladmağa proqramlanmış axirət maşınlarının var olduğuna inanırdı. Axirət cihazının nüvə hücumunu aşkarlaya bilmə qabiliyyəti insansız və insan müqavimətinə məhəl qoymayaraq öz-özünə işə düşməsidir. Kahn bu maşının potensial düşmən hücumlarını dəf etməsi və siyasi önəmini vurğulayaraq bu tip maşının həqiqi olmaq ehtimalının çox yüksək olduğunu bildirir, lakin "axirət maşınları" müzakirəsində Kahn N-ci ölkə eksperimentindən bəhs edir və bildirir ki, o heç vaxt ABŞ-nin axirət maşınına sahiblənməsinin tərəfdarı olmayıb. Soyuq müharibə zamanı Sovet Birliyinin təkmilləşdirdiyi "Perimetr" sistemi ölümcül nüvə xüsusiyyətlərinə görə "axirət maşını" adlandırılırdı.
Bakı Cihazqayırma Zavodu
Bakı Cihazqayırma Zavodu — Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tabeliyindəki müəssisə. == Tarixi == Bakı Alət zavodu 1941-ci ildə Azərneft kombinatının "AzNeftMaş" trestinin tərkibində yaradılmış və 1942-ci ildən fəaliyyətə başlamışdır. 6 oktyabr 1993-cü il tarixdən Bakı Cihazqayırma Zavodu adı altında "Geofizcihaz" İB-nin tərkibində Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tabeliyində olmuşdur. 2006-cı ildən Müdafiə Sənayesi Nazirliyinin tabeliyində fəaliyyət göstərir.
Cihazlar və qurğular
Qurğu (yun. ,ing. device) — süni şəkildə yaradılan və texnika sahəsində müəyyən funksiyaların həyata keçirilməsi üçün istifadə olunan obyektdir. Sinxronlaşdırıcı impulslar olmadan işləyə bilən qurğular asinxron qurğular adlanır. Bu qurğuların tərkibində xüsusi sxemlər olur ki, hər bir mikroəməliyyat bitdikdən sonra həmin sxem növbəti mikroəməliyyatın başlanmasına icazə verən impuls göndərir. Asinxron qurğuların cəldliyi sinxron qurğulara nisbətən daha yüksəkdir. == Elektrik cihazlarının siyahısı == Akselerometr - təcili ölçən cihaz. Ampermetr - cərayan şiddətini ölçən cihaz. İşləmə prinsipi cərəyanlı çərçivəyə maqnit sahəsinin göstərdiyi yönəldici təsirə əsaslanır. Dövrəyə ardıcıl qoşulur.
Cihazlarla Enmə Sistemi
Cihazlara Enmə Sistemi (ILS) (İng: instrument landing system), uçuş-enmə zolağı (UEZ) başına yerleştirilmiş ötürcülər vasitəsilə hava gəmilərinin enişinə kömək edən dəqiq yaxınlaşma sistemidir. ILS, hava gəmisini UEZ başlanğıcına qədər dəqiq yaxınlaşmasını təmin edən bir aeronaviqasiya koməkçi sistemiridir. Buludun aşağı sərhəddinin, görünüş faktorlarının çətin olduğu hava şəraitlərində, hava gəmisinin aşağı hüdürlükdə UEZ-ə yaxınlaşmasını ve zolağa elektronik cihazlarla təhlükəsiz eniş etməsini təmin edir. Pilota kurs və qlissada məlumatı verir. Pilotların xüsusi ilə dumanlı ve qarlı havalar kimi görünüş məsafəsinin çox aşağı olduğu zamanlarda enişlərini böyük ölçüdə asanlaşdıran sistemin, tərkibində olan təchizatlar bunlardır: == Kurs göstəricisi (istiqamət göstən) == UEZ səthində eninə yönəlmiş ve eniş istiqamətinin əksi istiqamətdə siqnal göndərən təhcizatdır. Hava gəmisini zolaq istiqamətinə doğru yönləndirir. UEZ sonundan etibaren 1000 fut (300 metr) məsafədedir. Localizer vericiləri 25 nm'yə qadar siqnal ötürür. Yani hava gəmisi, UEZ uzaqlığı 25 nm'dən itibarən siqnalı almağa başlayır. Hava gəmisinə sadecə UEZ istiqaməti məlumatını verir.
Elektrovakum cihazlar
Elektrovakuum cihazlar — daxilində vakuumda və ya, qazda hərəkət edən elektronların, yaxud, ionların hərəkəti hesabına elektrik keçiriciliyi yerinə yetirilən cihazlardır. Elektrovakuum cihazları elektron-idarə olunan lampalara, elektron-şüa və qazboşalma cihazlarına bölünürlər. İstənilən elektrovakuum cihazının əsas konstruktiv elementləri balonun (qaz keçməyən örtüyün) daxilində yerləşdirilmiş elektrodlardır. Elektrodlar, elektronları (ionları) emissiya edən (buraxan), yaxud yığan, ya da onların bir elektroddan o biri elektroda hərəkətini idarə edən naqillərdir. Təyinatından asılı olaraq elektrovakuum cihazlarının elektrodları katod, anod və idarəedici elektrodlara bölünürlər. Katod bu cihazlarda elektronlar mənbəyidir. Anod sürətləndirici elektrod olub çıxış elektrodu və əsas kollektor (yığıcı) rolunu oynayır. İdarəedici elektrod, əsas elektron selini idarə etmək üçün nəzərdə tutulmuş elektroddur. Əgər idarəedici elektrod tor şəklində hazırlanıbsa, onu idarəedici tor adlandırırlar. Elektrodları sap, müstəvi lövhə, boş silindr və spiral şəklində hazırlayırlar, onları balonun daxilində xüsusi tutqacların üstündə: traverslərdə və slyudada , yaxud keramik izolyatorlarda bərkidirlər.
Fotometrik cihazlar
Fotometrik anlayışlar — Maddədə həyəcanlanma vəziyyətindən normal vəziyyətə qayıdarkən elektronların keçməsi nəticəsində əmələ gələn atomların, ionların, molekulların və bu maddələrin daha mü- rəkkəb hissəciklərinin işıqlanması lüminessensiya adlandırılır. Maddənin lüminessensiyasının başlanması üçün ona kənardan müəyyən miqdarda enerji çatdırmaq vacibdir. Maddə hissəcik-ləri onlara çatdırılan enerjini udaraq, müəyyən müddət ərzində o halda qalmaqla həyəcanlanma vəziyyətinə keçir. Sonra onlar həyəcanlanma enerjisinin bir hissəsini lüminessensiya kvantları şəklində itirərək sükunət halına qayıdır. Ultrabənövşəyi və görünən tezliklərin optik diapazonunun işıq şüalarının təsiri altında əmələ gələn işıqlanma, həyəcanlanma səviyyəsinin növündən və bu vəziyyətdə qalma müddətindən asılı olaraq fluoressensiya və fosforessensiya kimi iki növə ayrılan fotolüminessensiya adını daşıyır. == Fotometriya == Analitik və biokimyəvi tədqiqatlarda tez-tez rəngsiz məhlulun rəngli məhlula çevrilməsi ilə nəticələnir ki, bu da müəyyən dalğa uzunluqlu işıq şüalarını udmaq qabiliyyətinə malikdir. Əgər qırmızı rəng intensiv udularsa onda məhlul yaşıl və ya göy rəngdə, bənövşəyi rəng udulursa məhlul sarı olur. Müxtəlif dalğa uzunluqlu işığın udulmasını göstərən qrafik spektral əyri adlanır. Adətən fotometriyada ən yüksək işıq udma oblastından istifadə edilir. Əyridə maksimumun miqdarı variasiya edə bilər, ancaq adətən görmə oblastında bir-iki maksimumu olur.
Gecəgörmə cihazı
Gecəgörmə cihazı — obyektləri onların məxsusi və ya əks etdirdiyi istilik (infraqırmızı – İQ) şüalanmasına görə qaranlıqda, yaxud zəif işıqlandırılmış şəraitdə tapmaq və müşahidə etmək üçün cihaz. İş prinsipi obyektin İQ şüalardakı təsvirinin görünən təsvirə çevrilməsinə əsaslanır. Gecəgörmə cihazlarının əsasını İQ şüaların qəbuledicisi, gücləndirici və təsvirin vizuallaşdırılma qurğusu funksiyalarını yerinə yetirən fotoelektron cihaz təşkil edir. Mənbədən (işıqlanan gecə səması, ulduzlar, ay və s.) gələn şüalar obyektdən əks olunaraq gecəgörmə cihazının obyektivinə düşür və obyektin gözlə görünməyən təsvirini ("portretini") yaradır; bu "portret" qəbuledicidə görünən təsvirə çevrilir. Passiv (təbii gecə işığında işləyir) və aktiv (adətən, İQ diapazona yaxın işıqlandırma ilə işləyir) gecəgörmə cihazları olur. Elektron-optik çevirici və ya onun analoqu – fotohəssas inteqral sxem əsasında hazırlanan gecəgörmə cihazları daha geniş yayılmışdır. Konstruktiv cəhətdən gecəgörmə cihazları monokl, binokl, müxtəlif silahların nişangahı, eynəklər, həmçinin fotokamera və videokamera şəklində hazırlanır; enerji mənbəyi kimi akkumulyatorlar işlədilir. Bütün gecəgörmə cihazları tozdan və nəmdən qoruyan hermetik zərbəyədavamlı gövdəyə malikdir. Gecəgörmə cihazları, əsasən, hərbi və kəşfiyyat aparatlarında, həmçinin ov, xilasetmə əməliyyatları, gecə foto və video çəkilişləri, görünmə dərəcəsi aşağı olan şəraitlərdə gəmi və avtomobillərin idarə olunması zamanı tətbiq edilir.
Kosmik Cihazqayırma Təcrübi Zavodu
«Kosmik Cihazqayırma Təcrübi Zavodu» Azərbaycan Milli Aerokosmik Agentliyi nəzdində 1987-ci ildə təşkil olunan, məhsul istehsalı üzrə ixtisaslaşmış müəssisə. == Fəaliyyətlər == Milli Aerokosmik Agentliyi (MAKA) tərəfindən hazırlanmış texniki və texnoloji sənədlər əsasında elmi tədqiqat üçün avadanlıqlar hazırlayır. hazırlayır. MAKA-ya elmi təcrübi sınaq işləri üçün verilmiş cihaz və komplekslər "Salyut" və "Mir" kosmik gəmilərində kosmosun tədqiqində, kosmosdan yeraltı və yerüstü sərvətlərin aşkar edilməsində o cümlədən, "Çernobıl" AES-də baş vermiş qəzanın aradan qaldırılmasında istifadə edilmişdir. == Bölmələri == Mexaniki emal və qeyri-standart avadanlıqlar bölməsi. Elektronika bölməsi. Mikroelektronika bölməsi.
Moskva Cihazqayırma İnstitutu
Moskva Dövlət Cihazqayırma və İnformatika Universiteti (rus. Федеральное государственное бюджетное образовательное учреждение высшего профессионального образования «Московский государственный университет приборостроения и информатики») — Rusiyada universitet; cihazqayırma, informasiya-ölçü və idarəetmə sistemləri, telekommunikasiya texnologiyaları, robot texnikası və digər maarifləndirici proqramlar üzrə Rusiya Federasiyasının aparıcı ali məktəblərindən biridir. Hazırda tədris və elmi-tədqiqat proseslərinin, o cümlədən elmi bazanın sürətlə inkişaf etdiyi bu ali təhsil ocağında mühəndislər, proqramçılar, professorlar, Rusiya əməkdar elm xadimləri, dövlət mükafatları laureatları, Rusiya və beynəlxalq akademiyaların üzvləri çalışır və 16 min artıq tələbə təhsil alır. Tədris əyani, əyani-qiyabi (axşam), qiyabi və distant təhsil formaları üzrə aparılır. Ali məktəbdə həmçinin universitetə qədər hazırlıq bölməsi, yuxarı sinif şagirdləri üçün pulsuz fizika-riyaziyyat məktəbi, orta peşə təhsili fakültəsi, ali məktəbdən sonrakı və əlavə təhsil, eyni zamanda ixtisasın artırılması və kadrların yenidən hazırlanması proqramları təşkil olunub. Universitet tərkibində doqquz fakültə, Moskva şəhərində, Tver, Yaroslavl vilayətlərində və Stavropol kənarında 41 kafedra və 10 filial yaradılıb. Ali məktəbin informatika fakültəsində ali riyaziyyat, tətbiqi riyaziyyat və informatika, fizika, fərdi kompüterlər və şəbəkələr, informasiyanın qorunması, idarə etmə və sistemlərin modelləşdirilməsi, avtomatlaşdırılmış idarəetmə sistemləri və informasiya texnologiyaları, informasiya-idarəetmə sistemləri kafedraları yaradılıb. Cihazqayırma fakültəsi cihazlar və informasiya ölçü sistemləri, metrologiya, sertifikatlaşdırma və diaqnostika, biotibb cihazları və kompüter texnologiyaları, elektrotexnika və elektronika, cihazqayırma, mikro və optoelektronikada innovasiya texnologiyaları, personal elektronika ixtisas istiqamətləri üzrə tədris həyata keçirilir. Texnoloji informatika fakültəsində isə texnoloji informatika və maşınqayırma texnologiyası, təzyiqlə emal üzrə informasiya texnologiyaları, materialların birləşməsi texnologiyalarının informasiya təminatı, kompüter dizaynı, ekologiya və həyat fəaliyyətinin təhlükəsizliyi, materialşünaslıq, material və örtü texnologiyaları, nəzəri mexanika, nanomateriallar, tətbiqi mexanika, mühəndislik və kompüter qrafiki, xüsusi avtomobillər və bort informasiya-idarəetmə sistemləri kafedraları fəaliyyət göstərir. İdarəetmə və hüquq fakültəsinin dövlət hakimiyyəti orqanlarında təşkilatı-kadr işi, cinayət hüququ, proses və kriminalistika, idarəetmə, tarix, fəlsəfə, sosiologiya və mədəniyyət, xarici dillər, bədən tərbiyəsi və idman, dövlət və beynəlxalq hüquq, vətəndaş hüququ kafedralarında sadalanan ixtisas istiqamətləri üzrə kadr hazırlığı həyata keçirilir.
Moskva Dövlət Cihazqayırma və İnformatika Universiteti
Moskva Dövlət Cihazqayırma və İnformatika Universiteti (rus. Федеральное государственное бюджетное образовательное учреждение высшего профессионального образования «Московский государственный университет приборостроения и информатики») — Rusiyada universitet; cihazqayırma, informasiya-ölçü və idarəetmə sistemləri, telekommunikasiya texnologiyaları, robot texnikası və digər maarifləndirici proqramlar üzrə Rusiya Federasiyasının aparıcı ali məktəblərindən biridir. Hazırda tədris və elmi-tədqiqat proseslərinin, o cümlədən elmi bazanın sürətlə inkişaf etdiyi bu ali təhsil ocağında mühəndislər, proqramçılar, professorlar, Rusiya əməkdar elm xadimləri, dövlət mükafatları laureatları, Rusiya və beynəlxalq akademiyaların üzvləri çalışır və 16 min artıq tələbə təhsil alır. Tədris əyani, əyani-qiyabi (axşam), qiyabi və distant təhsil formaları üzrə aparılır. Ali məktəbdə həmçinin universitetə qədər hazırlıq bölməsi, yuxarı sinif şagirdləri üçün pulsuz fizika-riyaziyyat məktəbi, orta peşə təhsili fakültəsi, ali məktəbdən sonrakı və əlavə təhsil, eyni zamanda ixtisasın artırılması və kadrların yenidən hazırlanması proqramları təşkil olunub. Universitet tərkibində doqquz fakültə, Moskva şəhərində, Tver, Yaroslavl vilayətlərində və Stavropol kənarında 41 kafedra və 10 filial yaradılıb. Ali məktəbin informatika fakültəsində ali riyaziyyat, tətbiqi riyaziyyat və informatika, fizika, fərdi kompüterlər və şəbəkələr, informasiyanın qorunması, idarə etmə və sistemlərin modelləşdirilməsi, avtomatlaşdırılmış idarəetmə sistemləri və informasiya texnologiyaları, informasiya-idarəetmə sistemləri kafedraları yaradılıb. Cihazqayırma fakültəsi cihazlar və informasiya ölçü sistemləri, metrologiya, sertifikatlaşdırma və diaqnostika, biotibb cihazları və kompüter texnologiyaları, elektrotexnika və elektronika, cihazqayırma, mikro və optoelektronikada innovasiya texnologiyaları, personal elektronika ixtisas istiqamətləri üzrə tədris həyata keçirilir. Texnoloji informatika fakültəsində isə texnoloji informatika və maşınqayırma texnologiyası, təzyiqlə emal üzrə informasiya texnologiyaları, materialların birləşməsi texnologiyalarının informasiya təminatı, kompüter dizaynı, ekologiya və həyat fəaliyyətinin təhlükəsizliyi, materialşünaslıq, material və örtü texnologiyaları, nəzəri mexanika, nanomateriallar, tətbiqi mexanika, mühəndislik və kompüter qrafiki, xüsusi avtomobillər və bort informasiya-idarəetmə sistemləri kafedraları fəaliyyət göstərir. İdarəetmə və hüquq fakültəsinin dövlət hakimiyyəti orqanlarında təşkilatı-kadr işi, cinayət hüququ, proses və kriminalistika, idarəetmə, tarix, fəlsəfə, sosiologiya və mədəniyyət, xarici dillər, bədən tərbiyəsi və idman, dövlət və beynəlxalq hüquq, vətəndaş hüququ kafedralarında sadalanan ixtisas istiqamətləri üzrə kadr hazırlığı həyata keçirilir.
Məişət Elektrik Cihazlarından Yanğın Baş verməsi (1986)
Məişət elektrik cihazlarından yanğın baş verməsi (film, 1986)
Məsafə ölçmə cihazı
Məsafə ölçmə cihazı — bir obyektə olan məsafəni təyin edən bir cihaz. Range-Finding in the Army.
Optik cihazlar
Optik cihazlar — optik şüalanmanı çevirməklə görmə imkanlarını genişləndirən cihazlar. Geniş yayılmış optik cihazlara misal kimi persikop, mikroskop, teleskop və kameraları göstərmək olar. İlk optik cihazlar uzaqdakı cisimlərin böyüdülmüş xəyalını almaq üçün istifadə edilən teleskoplar və çox kiçik obyektlərin təsvirini böyütmək üçün istifadə edilən mikroskoplar idi. Qaliley və van Levenhukun dövründən bəri, bu cihazlar çox təkmilləşdirilmiş və elektromaqnit spektrinin digər hissələrini də əhatə etməyə başlamışdır. Binokl daşınabilən yığcam cihazdır. Kamera optik cihazların bir növü hesab olunur, stenop və obskura kamerası belə cihazların çox sadə nümunələridir. İşıq və ya optik materialların xassələrin analiz etmək üçün başqa bir optik cihazar sinfi tətbiq olunur. Onlara daxildir: İnterferometr — işıq dalğalarının interferensiya xassələrini ölçür Fotometr — işığın intensivliyini ölçür Polyarimetr — polyarlaşmış işığın dispersiyasını və ya polyarlaşma müstəvisinin fırlanmasını ölçür Reflektometr — səth və ya obyektin qaytarma qabiliyyətini ölçür Refraktometr — müxtəlif materialların sındırma əmsalını ölçür Spektrometr və ya monoxromator — kimyəvi analiz və ya material analizi məqsədilə optik spektrin bir hissəsini generasiya edir və ya ölçür Avtokollimator — bucaq sapmalarını ölçür Vertometr — kontakt linzaların, eynək və lupa linzalarının sındırma qüvvəsini təyin etmək üçün istifadə olunur DNT sekvenserləri də optik cihazlar hesab edilə bilər, çünki onlar DNT zəncirinin xüsusi nukleotidinə qoşulmuş flüoroxrom tərəfindən buraxılan işığın rəngini və intensivliyini analiz edirlər. Səth plazmon rezonansına əsaslanan cihazlar biomolekulyar qarşılıqlı təsirləri ölçmək və analiz etmək üçün refraktometriyadan istifadə edir.
Spektral cihazlar
Spektral cihazlar-müxtəlif uzunluqlu dalğaları yaxşı ayırd edən, spektrin ayrı-ayrı hissələrinin bir-birini örtməsinə imkan verməyən (sanki) cihazlardır. İş prinsipi işığın dispersiya hadisəsinə (prizmalı spektroskoplar) və difraksiyası hadisəsinə(difraksiya qəfəsli spektrometrlər) əsaslanır. Dispersiya hadisəsi-mühitin sındırma əmsalının işığın dalğa uzunluğundan asılı olaraq dəyişməsinə deyilir.Spektr-dispersiya nəticəsindəağ işığın üçüzlü prizmadan keçməsi zamanı yaranan mənzərədir.Spektrdə rənglərin düzülmə ardıcıllığı-qırmızı, narıncı, sarı, yaşıl, mavi, göy və bənövşəyi. Monoxromatik işıq-müəyyən dalğa uzunluguna malik olan işıqdır. Deməli ağ işıq mürəkkəb işıqdır. İnfraqırmızı şüalar-dalğa uzunluğu qırmızı işığın dalğa uzunluğundan böyük olan işıqdır. Ultrabənövşəyi şüalar-dalğa uzunluğu bənövşəyi işığın dalğa uzunluğundan kiçik olan şüalardır. Dispersya hadisəsi birinci dəfə 1606-cı ildə Nyuton tərəfindən müşahidə edilmişdir. Normal dispersiya-dalğa uzunluğu artdıqca sındırma əmsalı azalan dispersyadır. Anomal dispersiya-dalğa uzunluğu artdıqda sındırma əmsalı artan dispersyadır.
Yarımkeçirici cihazlar
Yarımkeçirici cihazlar elektriki komponent olub yarımkeçirici materiallardan xüsusi ilə silisium, germanium və qalium-arsenid kimi təbii yarımkeçiricilərdən hazırlanan cihazlardır. Elektron elektrik keçiricilikli maddələrin böyük qrupu, hansıların ki, xüsusi müqaviməti normal temperaturda keçiricilərin və dielektriklərin xüsusi müqavimətləri arasında yerləşir, yarımkeçiricilərə aid edilə bilərlər. Yarımkeçiricilərin elektrik keçirməsi yüksək dərəcədə xarici energetik təsirlərdən, həmçinin yarımkeçiricinin öz tərkibində olan hədsiz dərəcədə az miqdarda olan müxtəlif qarışıqlardan asılıdır. Yarımkeçiricilərin elektrik keçiriciliyinin temperaturanın, işığın, elektrik sahəsinin, mexaniki qüvvələrin, təsiri altında idarə olunması uyğun olaraq, termorezistorların (termistorların), fotorezistorların, qeyri-xətti rezistorların (varistorların), tenzorezistorların və s. iş prinsiplərinin əsasına qoyulmuşdur. Yarımkeçiricilərdə iki tip elektrik keçiriciliyinin – elektron (n) və elektron-deşik (p) olması p – n keçidli yarımkeçirici məmulatın əldə edilməsinə imkan verir. Bura müxtəlif tipli həm güclü, həm də kiçik güclü düzləndiricilər, gücləndiricilər və generatorlar aiddirlər. Yarımkeçirici sistemlər müvəffəqiiyyətlə müxtəlif enerji növlərini elektrik cərəyanı enerjisinə çevirmək üçün istifadə oluna bilərlər. Yarımkeçirici çeviricilərə misal kimi günəş batareyaların və termoelektrik generatorlarını göstərmək olar. Yarımkeçiricilərin köməyi ilə bir neçə on dərəcəlik soyutma da əldə etmək mümkündür.
Ölçü cihazı
Cihaz və ya ölçü cihazı – verilmiş fiziki kəmiyyəti hər hansı bir diapazonda ölçmək üçün tətbiq olunan qurğudur. İndikasiya üsuluna görə: Rəqəmli multi ölçü cihazı.Bu cihaz yalnız ölçülən kəmiyyətin qiymətini göstərməyə imkan verir. Qeyd edici cihaz – burada ölçülən kəmiyyət qeyd edilir. Nəticə ya analoq ya da rəqəmli şəkildə verilə bilər. Ölçmə üsuluna görə: Bir başa ölçən, burada kəmiyyətin qiyməti bir başa ölçülür, məsələn manometr, ampermetr. Müqayisəli şəkildə olçən cihaz, burada ölçmədən alınan nəticə dolayı yolla bir etalon qiymətlə müqayisə edilərək qiymətləndirilir. Nəticənin təsvirinə görə: Analoq ölçmə cihazı, burada cihazın göstəricisi bir başa ölçülən kəmiyyətdən asılı olan funsiya ilə müəyyən olunur. Rəqəmli ölçmə cihazı - ölçmənin nəticəsi rəqəmli şəkildə verilir. Başqa əlamətlərinə görə: Çəmləşdirici ölçmə ciha zı ölçmənin nəticəsini müxtəlif yollarla əldə edilən iki və daha artıq finksiyalardan asılı olaraq təyi edilir. İnteqrallayıcı ölçmə cihazı ölçmənin nəticəsini inteqralladıqdan sonra göstərir.
İnteqrasiya edilmiş giriş cihazı
Integrated access device (azərb. İnteqrasiya edilmiş giriş cihazı‎) və ya qısaca IAD — geniş ərazi şəbəkələrinə və İnternetə çıxışı təmin edən müştəri tərəfindən təchiz edilmiş avadanlıq. O xüsusilə daşıyıcı və ya provayder PoP-u ilə paylaşılan keçid vasitəsilə səs və məlumat da daxil olmaqla bir çox məlumat kanallarını birləşdirir. Giriş bağlantısı T1 xətti, DSL bağlantısı, kabel (CATV) şəbəkəsi, genişzolaqlı simsiz əlaqə və ya metro-Ethernet bağlantısı ola bilər. PoP-də müştərinin ümumiləşdirilmiş məlumatı adətən müştərilərlə əsas şəbəkə arasında oturan mürəkkəb və bahalı qurğular olan ADM və ya MSPP-yə (multiservis təminat platforması) yönəldilir. Onlar müştərilərdən gələn trafik axınlarını idarə edir və həmin axınları ictimai telefon şəbəkəsinə və ya müvafiq genişmiqyaslı şəbəkələrə (ATM, Frame Relay və ya İnternet) yönləndirirlər. IAD bəzən müştərinin qoşulmaq istədiyi provayder tərəfindən quraşdırılır. Bu provayderə giriş bağlantısının xüsusiyyətlərini idarə etməyə və istifadə zamanı onun əməliyyatını idarə etməyə imkan verir. Rəqabətli provayderlər indi simsiz optik (yəni Terabeam) və metro-Ethernet şəbəkələri də daxil olmaqla müxtəlif giriş texnologiyaları üzərindən xidmətlər təklif edirlər. Köhnə telekommunikasiya protokolları və nəqliyyat üsulları (T1 xətləri və vaxt bölgüsü multipleksasiyası) əsas daşıma üçün uyğun olan giriş metodları ilə əvəz olunur.
Hökumət Cihazlarında TikTokun Olmaması Aktı
Hökumət Cihazlarında TikTokun Olmaması Aktı (ing. No TikTok on Government Devices Act) — "TikTok"un bütün federal hökumət cihazlarında istifadəsini qadağan edən ABŞ federal qanunu. İlk növbədə 2020-ci ildə müstəqil qanun layihəsi kimi təqdim edilmiş, 29 dekabr 2022-ci ildə ABŞ Prezidenti Co Bayden tərəfindən 2023-cü il Konsolidə Edilmiş Təxsisat Aktının bir hissəsi olaraq qanuna imza atılmışdır. == Tarixi == Hökumət Cihazlarında TikTokun Olmaması Aktı (S. 3455) ilk olaraq 2020-ci ildə senator Coş Houli (R-MO) tərəfindən təqdim edilmiş və 6 avqust 2020-ci ildə yekdil razılıqla Birləşmiş Ştatların Senatında qəbul edilmişdir. Qanun layihəsi (S. 1143) 15 aprel 2021-ci ildə senator Houli tərəfindən yenidən təqdim edilmiş və 14 dekabr 2022-ci ildə yekdil razılıqla yenidən Senatdan keçmişdir. Qanun daha sonra 22 dekabr 2022-ci ildə 68–29 səslə Senatda və 23 dekabr 2022-ci ildə 225–201–1 səslə ABŞ Nümayəndələr Palatasında qəbul edilmiş 2023-cü il Konsolidə Edilmiş Təxsisatlar Aktının R Bölməsi kimi il sonu omnibus xərcləri qanun layihəsinə daxil edilmişdir. Qanun layihəsi ABŞ Prezidenti Co Bayden tərəfindən 29 dekabr 2022-ci ildə imzalanmışdır. == Müddəalar == Qanun "TikTok"un istənilən federal hökumət və hökumət korporasiya cihazlarına yüklənməsini və ya istifadəsini qadağan edir, "TikTok"un sözügedən cihazlardan çıxarılmasını tələb edir. Qanun İdarəetmə və Büdcə Ofisinin direktoru, Ümumi Xidmətlər administratoru, Kibertəhlükəsizlik və İnfrastruktur Təhlükəsizliyi Agentliyinin direktoru, Milli Kəşfiyyat direktoru və Müdafiə naziri tərəfindən birgə formada həyata keçirilir. İstisnalar yalnız hüquq-mühafizə orqanları, milli təhlükəsizlik və ya təhlükəsizlik tədqiqatı məqsədləri üçün icazə verildiyi təqdirdə edilə bilər.
Mobil cihazlar
Mobil cihaz, həmçinin əl kompüteri — əldə tutulacaq və işləyəcək qədər kiçik həcmdə olan kompüter. Mobil cihazlarda adətən düz LCD və ya OLED ekran, sensor ekran interfeysi, rəqəmsal və ya fiziki butonlar olur. Onların fiziki klaviaturası da ola bilər. Bir çox mobil qurğular internetə qoşula və Wi-Fi, "Bluetooth", mobil şəbəkələr, həmçinin NFC vasitəsilə avtomobil əyləncə sistemləri və ya qulaqlıqlar kimi digər cihazlara qoşula bilər. İnteqrasiya edilmiş kameralar, audio və video telefon zəngləri yerləşdirmək və qəbul etmək imkanı, videooyunlar və qlobal mövqeləşdirmə sistemi (GPS) imkanları geniş yayılmışdır. Güc adətən litium-ion batareya ilə təmin edilir. Mobil cihazlar üçüncü tərəf proqramlarının quraşdırılmasına və işə salınmasına imkan verən mobil əməliyyat sistemlərini işlədə bilər. İlkin smartfonlara 2000-ci illərin sonlarında daha böyük planşetlər qoşulmuşdur. Giriş və çıxış adətən sensor ekran interfeysi vasitəsilə həyata keçirilir. Telefonlar/planşetlər və fərdi rəqəmsal köməkçilər eksklüziv xüsusiyyətlərə əlavə olaraq, noutbuk/masaüstü kompüterin əksər funksiyalarını təmin edə bilər.

Digər lüğətlərdə