Dəmyə əkinçiliyi
Dəmyə əkinçiliyi — süni suvarmaya ehtiyac olmadan reallaşdırılan əkinçilik növüdür.
Belə torpaqlar suvarma zonasına daxil edilsə də, burada kənd təsərrüfatı bitkiləri süni suvarma olmadan becərilir. Belə torpaqlar daha çox qayaaltı düzənliklərə və vahələrin kənarlarına xasdır. Azərbaycanda dəmyə əkinçiliyində əsasən yaz fəslində torpağın özünə çəkdiyi nəmişlikdən istifadə olunur. Bu əkinçiliyin sayəsində quraqlığa davamlı taxıl, yem və bostan bitkiləri yetişdirilir.
Orta Asiyada su çatışmazlığına görə dəmyə əkin sahələri XX əsrin ortalarına qədər buranın kənd təsərrüfatında çox mühüm rol oynayırdı və belə torpaqların məhsulsuzluğu aclığa səbəb ola bilərdi.
Dəmyə əkinində çörəyin bolluluğu torpağın rütubət miqdarından və yaz yağışlarından aslıdır, bu isə o deməkdir ki, məhsulluğu daha çox dağaltı ( dəniz səviyyəsi üzərində təxminən 4000 futa qədər) zolağında yerləşən dəmyə sahələri verir. Nəmişliyin miqdarından aslı olaraq dəmyə sahələrinin ərazisi dəyişir.
Bu əkinçiliyin böyük iqtisadi əhəmiyyəti vardır, çünki suvarılma üçün münasib olmayan sahələri istifadə etməyə imkan verir. Əsasən Əfqanıstanda, İranda, Çində, Hindistanda, Pakistanda, Sudanda, Türkiyədə, Orta Asiya ölkələrində, Qazaxıstanın cənubunda və Cənubi Qafqazda qayaaltı düzənliklərdə və vahələrin kənarlarında yayılıb.