DƏRİNLİK

i. depth; məc. (fikir, bilik və s.) inten sity, profundity; gölün (çayın, dənizin və s.) dərinliyi the depth of the lake (river, sea, etc.); meşənin dərinliyində in the depth of the forest; dərinliyi ölçmək to sound the depth (of), to plumb the depth; beş metr ~də at a depth of five metres; biliyin dərinliyi profundity of knowledge; qəlbinin dərinliyində in one’s heart of hearts, in the bottom of one’s heart

DƏRİNLƏTMƏK
DƏRİNLİKÖLÇƏN
OBASTAN VİKİ
Dərinlik xulu
== Morfoloji əlamətləri == Dərinlik xulu— (lat. Neogobius bathybius) Xəzərin endemik növlərindəndir. Başı, demək olar ki, üstdən basıq deyil. Ancaq eni adətən hündürlüyündən çoxdur. İkinci bel üzgəcinin hündürlüyü arxa tərəfdə bir qədər azalır. Rostrumu azca sivriləşmişdir. Başının hündürlüyü enindən xeyli azdır. Qarın üzgəcləri anusa qədər çatmır, onun uzunluğu bədəninin uzunluğuna 7 dəfədən artıq yerləşir. Bel üzgəcinin qurtaracağında heç bir ləkə yoxdur. Bədəni yarımşəffafdır.
Dərinlik yarıqları
Dərinlik yarıqları — Yer qabığı və üst mantiyanın iri mutəhərrik bloklarının birləşmə zonası == Haqqında == Dərinlik yarıqları yüz və minlərlə km-lərlə məsafəyə uzanır, eni isə bəzən onlarla kilometrə çatır. Dərinlik yarıqları inkişaf müddəti geoloji dövr və eralarla ölçülür və Yer qabığının ayrı-ayrı iri elementləri arasında sərhəd strukturu rolunu oynayır; üst mantiya və Yer qabığının dərin hissələri ilə Yer səthi arasında əlaqə yaradır. Dərinlik yarıqları böyük dərinliklərdə özünü yüksək axarlıq zonası kimi aparır. Dərinlik yarıqları daxili quruluşu olduqca mürəkkəbdir: onlar üçün ensiz bloklar — qırılmalarla bir-birindən ayrılan, yüksək diferensial mütəhərrik lövhə və pazlar səciyyəvidir. Blokların yüksək mütəhərrikliyi nisbətən kiçik, lakin çox sıxılmış qırışıqların, həmçinin intensiv şistlik və klivajın yaranmasına səbəb olur. Dərinlik yarıqları zonalarında qırılmayanı çökəklər və ensiz qalxıntılar əmələ gəlir. Çox vaxt qalxmış blokların üzərində mərcan rifləri inkişaf edir. Yer səthində dərinlik yarıqları zonaları boyu subparalel qırılmaların sıxlaşması nəticəsində mürəkkəb sistemlər — dərinlik yarıqları qurşaqları yaranır. Bəzən dərinlik yarıqları zonalarında üstəgəlmələr nəticəsində tektonik örtük və pulcüqvari strukturlar əmələ gəlir. Dərinlik yarıqları təkamülündə maqmatizm mühüm yer tutur.
Dərinlik-buruq süxurlar
Dərinlik-buruq süxurları (DBS) - neft mədəni yerlərində kəşfiyyat quyuları qazılarkən və istismarı dayandırılmış neft quyuluranın təkrar istismarı üçün aparılan yeraltı təmir işləri zamanı yerin səthinə lay suları ilə axıdılıb çala və çökəkliklərdə toplanan şlam çöküntüləridir. == Süxur == Həmin çöküntülər ikinci cahan müharibəsi dövründə Abşeron yarımadasında süni yaradılmış çalalarda xam neftin toplanması və çökdürülməsi zamanı da əmələ gəlmişdir. Ona görə də dərinlik-buruq süxurları genezislərinə görə iki tipə ayrılırlar: Neft buruqlarının qazılması və təmiri zamanı lay suları ilə yaranan DBS; Xam neftin çıxarılıb anbarlaşdırılması və çökdürülməsi zamanı yaranan DBS. Hər iki tipə məxsus DBS neft məhsulları ilə bu və ya digər dərəcədə hopmuşlar.
Azərbaycan ərazisinin dərinlik quruluşu
Geoloji qırılma — yerdəyişmədən və ya qırılma səthi boyunca süxurların yerdəyişməsi ilə süxurların davamlılığının pozulmasıdır. Ə. Ş. Şixalibəyli Qafqazın dərinlik qırılmalarını yerləşmə və inkişaf etmə vaxtına görə kənar, qaymalarası, sərhəd tiplri kimi təsnif etmişdir. Bu qırılmaların bir çoxu geofiziki məlumatların əsasında aşkarlanmış və əksəriyyətləri geoloji məlumatlarla təsdiqlənmişdir. == Mahaçqala-Krasnovodsk (Ortaxəzər) dərinlik qırılma zonaları == Qravitasiya məlumatlarına əsasən müəyyən olunmuşdur. Qafqazönündən Xəzərin akvatoriyası boyu qravitasiya anomaliyası qeyd olunmuşdur. Bu anomaliyalar Tırnauz-Xəzər-Türkmənistan qırılmalırı boyu yerləşmişlər. == Siyəzən qırılması == Şimal-şərqdə Böyük Qafqazın şimal intensiv qırışıqlıq qanadında Usuxçay boyu Şahdağ-Xızı sinklinorisinin və Tengi-Beşbarmaq antiklinorisinin şimal-qərb qanadı boyu qırılmalar keçir ki, onu ədəbiyyatda Qazmaqrız və Siyəzən üstəgəlməsi də adlandırırlar. == Başqafqaz dərinlik qırılması == Böyük Qafqazın oxu boyu dərinlik qırılmalarının iri zonası keçir. Bu zona boyu kristallik şistlərdən ibarət nüvə cənub yamacının aşağı yura yaşlı şistlərlə tektonik təmas yaradır. Yəni Qafqazın özülü kəskin yerdəyişməyə məruz qalmışdır.
Qafqaz Albaniyası: Əsrlərin dərinliklərindən gələn ölkə
"Qafqaz Albaniyası: Əsrlərin dərinliklərindən gələn ölkə" (ing. Caucasian Albania: A Country from the Depths of the Centuries) — Macarıstan etnoqrafı Peter Veres Tiborun 2021-ci ildə Qafqaz Albaniyası haqqında yazdığı kitab. Monoqrafiya Qafqaz tarixi ilə maraqlanan alimlər, tələbələr və digər şəxslər üçün nəzərdə tutulmuşdur. Monoqrafiya Cənubi Qafqazda mövcud olmuş Qafqaz Albaniyası dövləti haqqında məsələlərə toxunur. Müəllif əsərdə yazılı mənbələr, etnoqrafiya, linqvistika və digər sahələrdən istifadə edərək dövlətin siyasi tarixini, toponimlərin etimologiyasını, regiondakı tarixi prosesə təsir göstərən xalqların etnik mənşəyini araşdırır. Burada bütpərəst inanclar, xristianlığın formalaşması, Alban kilsəsinin beynəlxalq və mədəniyyətlərarası münasibətlərinə də toxunulmuşdur. Əsər 2021-ci ildə Budapeştdə, "Z-füzetek Alapítvány" tərəfindən nəşr edilmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin elan etdiyi "Şuşa ili" ilə əlaqədar tədbirlər planına müvafiq olaraq Azərbaycan Milli Kitabxanası tərəfindən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə birgə həyata keçirdiyi "Azərbaycanı dünyaya tanıdaq" layihəsi çərçivəsində Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə nəşr olunan monoqrafiya dünyanın bir çox ölkələrinin kitabxanalarına göndərilmişdir. Kitab ABŞ Konqres Kitabxanasına, Los-Anceles Universitet Kitabxanasına, Fransa, Britaniya, İsveç, İspaniya, İsrail, Estoniya, Belarus, Bolqarıstan, Çexiya, Çin, Qətər, Latviya, Litva, Macarıstan, Moldova, Polşa, Rumıniya, Slovakiya, Türkiyə, Yunanıstan, Cənubi Koreya, Rusiya Milli və Dövlət, Pakistan Milli Kitabxanalarına, eləcə də Roma Milli Mərkəzi Kitabxanasına, Kanada Milli Elmi Kitabxanasına, Makedoniya Kliment Ohrid Universitet və Milli Kitabxanasına, Danimarka Kopenhagen Kral Kitabxanasına, Serbiya Matice adına Elmi İnstitutunun Kitabxanasına, Yaponiya Milli Parlament Kitabxanası daxildir.
6 fut dərinlikdə
6 fut dərinlikdə (ing. 6 Below: Miracle on the Mountain) — 2017-ci ildə çəkilmiş dram filmidir. Film qarlı Syerra-Nevada dağlarında azmış və orada 8 gün sağ qalmağı bacarmış Erik Lemarkın əsl həyat hekayəsindən bəhs edir. == Süjet xətti == Parlaq idman karyerasını başa vuran xokkeyçi Erik Lemark artıq adrenalinsiz yaşaya bilmir. İndi o bu adrenalini, narkotik və snoubordda tapır. Mammos dağlarında (Kaliforniya) olan xizək patrulu yaxınlaşan qar fırtınasına görə bütün yolları bağladığı zaman, Lemark son bir eniş etmək qərarına gəlir və dağlarda tələyə düşərək itir. == Çəkilişlər == Filmin çəkilişlərinə 2016-cı ilin mart ayında ABŞ-nin Yuta ştatında başlanılmışdır. 2017-ci ilin fevral ayında Momentum Pictures filmin yayım hüquqlarını əldə etmiş və daha sonra isə filmi 13 oktyabr 2017-ci ildə təqdim etmişdir.

Digər lüğətlərdə